18985
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NAXÇIVAN BÖLMƏSİ
İ
,
--------
----------------
—
"
^
—
-
=
-
■
■
■
■
-
■
■
'
■
=
AZƏRBAYCANDA ELMİN
İNKİŞAFI VƏ REGİONAL
PROBLEMLƏR
В а к ı - «Nurlan» - 2005
ftzdr6ayjan M illi ‘Elmbr Äfademiyasınm
60 illiyind fıəsr olunur
Redaksiya heyəti:
İsmayıl Hacıyev, İsa Həbibbəyli, Əbülfəz Quliyev,
Tariyel Talıbov, Vəli Hüseynov, Əliəddin Abbasov,
Hacı Qadir Qədirzadə, Qulu Həziyev, Rəcəb Rəhimli.
Azərbaycanda elmini inkişafı və regional problemlər (28 fevral -
1 mart 2005-ci il taırixdə keçirilmiş elmi konfransın material
ları). Bakı, «Nurlan», 2005. - 632 səllı.
4602000000 ^
------------Qnfl1 nəsr
N
- 098 - 2005
© «N urlan», 2Ю05
MÜNDƏRİCAT
PLENAR İCLAS
ismayıl Hacıyev. Müqəddəs elm məbədi............................... 11
İsa Həbibbəyli. Azərbaycan elminin baş qərargahı........... 19
Tariyel Talıbov. Naxçıvan MR ərazisində botaniki
tədqiqatlar tarixi......................................23
Əbülfəz Quliyev. (50 ildə Naxçıvan MR dialekt, şivə və
yer adlarının öyrənilməsi........................ 29
Əliəddin Abbasov. Azərbaycanda kimyanın iııkişal'
istiqamətləri və XXI əsrə baxış................ 36
Qulu Həziyev. XX əsrdə Azərbaycanda astronomiya
elminin inkişaf tarixi.....................................43
Asif Şirəliycv, Müslüm Cabbarzadə. Azərbaycanda iqtisadi
araşdırmaların və elmi tədqiqatların
əlaqələndirilməsinin mərkəzi..........................46
В Ö L M Ə L Ə U
7. Tarix elmləri
Qadir Qədirzadə. Qızılbaşlığm mahiyyətinə d air.................. 49
Fəxrəddin Səfərli. Naxçıvan imamzadəsinin kitabələri......... 56
Vəli Baxşəliycv. Naxçıvanın qədim tayfalarının
ideoloji görüşləri........................................ 63
Eınin Şıxəliyev. Naxçıvanın problemli zonaya çevrilməsində
böyük dövlətlərin maraqları.......................68
Musa Quliyev. Şükrulla Xan Kəngərli ilə
bağlı araşdırmalar........................................ 74
Nəzakət Əsədova. Naxçıvan qəzasının iqtisadi-mədəni
həyatında Kəngərlilərin rolu ...................79
Sara Hacıyeva. Naxçıvanın açıq muzeyindəki qoç və
qoyun heykəlləri haqqında...........................84
Türkan Qədirzadə. Türkəçarə müalicə üsulu.........................89
Arif Əsədov. Naxçıvan MR ərazisindəki maddi-mədəniyyət
abidələrinin öyrənilməsi tarixindən..................93
Zakir Rzayev. Nəlıəcirin orta tunc dövrü keramikası........... 96
Fizuli Ibrahimzadə. B.Şahtaxtınskinin publisistik fəaliyyəti.... 102
3
Zəhmət Şahverdiyev, ismayıl Zeynalov. Naxçıvanda məişət
mədəniyyəti və onun
təkmilləşdirilməsi...................................105
Həmzə Cəfərov. XX əsrin əvvəllərində Azərbaycanlı tələbə
gənclərin ictimai-siyasi fəaliyyəti.................. 110
Elşən Hüseynov, Rafiq Rəhimov. Sülh amili Heydər Əliyevin
xarici siyasətinin əsasıdır.............................122
Elbrus İsayev. Böyük ipək yolu üzərində
Naxçıvan şəhərləri........................................... 127
Nadir Hüseynbəyli. Naxçıvanda sovetləşməyə qarşı
müqavimət hərəkatı.................................133
II. FƏLSƏFƏ, İQTİSADİYYAT VƏ HÜQUQ ELMLƏRİ
Məmməd Rzayev. Müasir keçid dövrü şəxsiyyətinin
formalaşmasının bəzi məsələləri................ 140
Rəcəb Rəhimli. Demokratikləşmə prosesində mərkəzi
dövlət orqanları ilə yerli özünüidarəetmə
orqanları arasında münasibətlərin
tənzimlənməsi...............................................147
Novruzəli Rəhimov. Qloballaşma prosesinin mahiyyəti və
bu prosesdə Azərbaycanın rolu.............. 152
Ağarza Rüstəmov. Bazar münasibətləri şəraitində kənd
əhalisinin sosial müdafiəsinin iqtisadi
mexanizminin mahiyyəti və onun
əsas prinsipləri.......................................... 156
Ərəstü Iləbibbəyli. Azərbaycanın enerji resurslarının
istifadəsində Böyük Britaniya şirkətləri
m
arasında tarixi rəqabət..............................160
Ceyhun Mahmudov. İnvestisİ
3
'a siyasəti və Azərbaycan
iqtisadiyyatında xarici sərmayə............. 167
Həsən Məmmədov. İstehsal infrastrukturunun
formalaşması və inkişafında
demoqrafik amillərin rolu........................ 171
Bəhram Həsənov. Aqrar bölməyə dövlət himayəsi................. 176
Asəf Qəribov. Azərbaycanın dünya iqtisadiyyatına
inteqrasiyasının zəruriliyi və əhəmiyyəti...........183
Əli Səfərli. Bazar iqtisadiyyatına keçid şəraitində kənd
təsərrüfatının səmərələliyinin yüksəldilməsi
4
187
Elçin İbrahimov. Sahibkarlıq münasibətlərinin mahiyyəti və
iqtisadi münasibatlər sistemində yeri..........189
Rəhman Məmmədov. Aqrar sektorda məhsulun keyfiyyətinin
və rəqabət qabiliyyətinin
artırılması yolları.................................. 193
Səhət Həbibbəyli. Daxili bazarın tənzimlənməsində
gömrük amili.............................................199
Mehriban Qasımova, iqtisadi artım və əhalinin
rifahı - sosial-iqtisadi inkişafın
əsas amili kimi...................................... 202
Məmmədcəfər Sadıqov. Hazırlıq iclasının nəticələrinə dair
çıxarılmış xüsusi qərar...............
207
III. FİLOLOJİ ELMLƏR VƏ İNCƏSƏNƏT
Məhərrəm Cəfərli. Məhəbbət dastanlarında şərti amil........... 212
Rafiq Babayev. Bədii dünyanın bulalı Şeyx Sənanı................ 217
Məhsəti İsmayıl. Əfsanələrdə mifik inamın təzahürü............. 222
Nazirə Əsgərova. Naxçıvan lətifələri və onların ideya-bədii
xüsusiyyətləri............................................. 225
Yusif Səfərov. Bəzi nağılların tarixi kökləri............................229
Firudin Rzayev. Naxçıvan və onun ətraf bölgələrində qədim
Sak türkləri................................................... 233
Kəmalə ismayıllı. Naxçıvan toponimlərinin
tədqiqi tarixindən......................................242
Adil Bağırov. Naxçıvan ərazisində bəzi oykonimlərin
mənşəyi haqqında............................................ 248
Nuray Əliyeva. Azərbaycan dilinin şahbuz rayon
şivələrində cümlənin baş üzvləri..................... 253
Şirməmməd Quliyev. Dilçilikdə sahə nəzəriyyəsinə dair......... 258
Sədaqət Həsənova. Söz-cümlə (cavab cümləsi)
və predikativlik........................................ 261
Fərqanə Kazımova. Akademik Məmməd Cəfər Cəfərovun
bədii yaradıcılığı.................................... 267
Aynur Cəlilova. Naxçıvan regionu əfsanə və rəvayətlərinin
bədii xüsusiyyətləri..............;.......................273
Surə Seyid. Mirzə İbrahimovun Naxçıvanda ədəbi proses və
mətbuatın inkişafında rolu............................
277
5
Azadə Zeynalova. Güllü Məmmədovanın
«Qarabəkir əfsanəsi» romanı..................... 283
Aypara Behbudova. Adil Babayevin lirikası və onun
əsas xüsusiyyətləri................................... 288
Lütvüyyə Əsgərzadə. «İblis» - şərq mifologiyasının
tipoloji həlli..........................................293
Nəzakət İsmayılova. Mədəni irsimizin güney qolu
istiqamətində öyrənilməsi......................299
Əli Qəhrəmanov. Rza Təhmasibin teatr, kino və
' pedaqoji fəaliyyəti...................................... 304
Cəlil Vəzirov. «Vaqif», «Frhad və Şirin» pyesləri
Naxçıvan səhnəsində........................................311
Rüxsarə Hüseynova. Azərbaycan xalq teatrında
musiqinin rolu.......................................317
Mehriba n Sultan. «Yeni yol» qəzetində
teatrşünashq məsələləri............................. 322
Gülnarə Qənbərova. Memarlıq və xalçaçılıqda naxış
yaradıcılığının ortaq prinsipləri............. 328
IV. TƏBİƏT ELMLƏRİ
Tariyel Talıbov, Abbas Dəmənabi. Cənubi Azərbaycanın
Kiyaməki ərazisinin endemik və
nadir bitkiləri............................................... 336
Varis Quliyev. Hibridləşmə yolu ilə yeni üzüm
formalarının alınması.....................................339
Teyyub Paşayev. Naxçıvan MR lixenoflorası üçün yeni
şibyə növləri................................................ 343
Ənvər İbrahimov. Naxçıvan MR ərazisində yayılan yabanı
armud növlərinin fenoloji xüsusiyyətləri ....347
Seyfəli Qəhrəmanov. Naxçıvan MR-də yayılmış bir sıra
yaşıl yosunlar................................... 350
Aydm Qənbərli, Rüstəm Rəhimov. Sənaye əhəmiyyətli bəzi
bitkilərdə efir yağlarının toplanılma
dinamikasının və yağ çıxımının təyini........... 354
Ramiz Ələkbərov. Naxçıvan MR briofiorasmm
sistematik təhlili..........................................358
Arzu Məmmədov. H.Ə.Əlij'ev adına Ordubad Milli
parkının ornitofaunas.............................. 362
6
Loğman Bayramov. Naxçıvan MR ərazisində yayılmış bəzi
yerli alma sortlarmm biomorfoloji
xüsusiyyətləri......................................... 368
Abbas İsmayılov. Gilançay hövzəsinin səhra və
yarımsəhra bitkiliyi.....................................372
Pərviz Fətullayev. Naxçıvan MR şəraitində buğda
bitkisinin müxtəlif sort və formalarının
öyrənilməsi............................................... 376
•
____
Səyyarə Ibadullayeva, Tamaşa Nəzərəliyeva. Kərəvüzkimibrin
bəzi yabanı ədviyyat
bitkiləri haqqında...............................380
Orxan Bağırov. Naxçıvan MR ərazisində gilas və gilənarın
sort müxtəlifliyinin tədqiqinə dair................ 385
Şəfiqə AJlahyarova. Tiilpan cinsinə daxil olan növlərin Nəbatat
bağında toplanılması və biomorfoloji
xüsusiyyətlərinin tədqiqi............................. 390
Günay Rüstəmova. Naxçıvan MR-in səlıləbkimilər
fəsiləsi bitkiləri.........................................392
Aytən Vəlisoy. Naxçıvan MR-də yayılmış ardıç növlərinin
biomorfoloji xüsusiyyətləri............................ 395
Zülfiyyə Salaycva. Naxçıvan MR-in Naxçıvan düzənliyi
botaniki-coğrafi rayonunun süsənləri.... 397
Gültəkin Əliyeva, İlhamə Mustafayeva. Dərman təyin
edilməsinin bəzi xüsusiyyətlərinə dair........ 403
Fərman Xudaverdiyev. Naxçıvan MR-də becərilən yerli və
gətirilmə gavalı sortları...................... 410
İsmayıl Sadiqov. Naxçıvan florasının yeni taxıl növləri......... 412
Xanbala Rüstəmov, Naibə Əliyeva. Naxçıvan MR-də otlaq
və biçənəklərin mühafizəsinə d air........... 416
Musa Piriyev. Andız bitkisinin biologiyası və əhəmiyyəti__ 421
Əli Məmmədov. Nalbənd ağacı Naxçıvanın gözəl
bəzək bitkisidir............................................. 425
Daşqın Qənbərov. Arazboyu düzənlik zonasının epigey
şibyələrinin indikatorluq xüsusiyyətləri ...429
Hamlet Nəzərov. Naxçıvan MR-də qoz bitkisinin bəzi bioloji
xüsusiyyətləri.............................................. 432
İsmayıl Məmmədov. Naxçıvan MR-də xırdabuynuzlu
heyvanların sarkosporidiozu................ 436
7
Etibar Məmmədov. Anoplosefalyatozlarm iribuynuzlu
heyvanlarda yayılma xüsusiyyətləri....... 439
Mahir Məhərrəmov. Arazboyu maili düzənliyin
arıkim ilərin in (hymenoptera apoidae)
öyrənilməsi........................................... 442
Akif Bayramov. Naxçıvan su anbarında ali xəıcəng
növlərinin çoxillik inkişaf dinamikası.......... 446
Aqil Qasımov. Gavalı meyvələrini (laspeyresia funebrana Tr.)
onun bioloji xüsusiyyətləri
və entomofaqları........................................... 450
Mirmahmud Seyidli. Naxçıvan MR ərazisində bal arısının
cinsləri və onların populyasiyaları....... 454
Elsevər Əsədov. Vərəmumun bioloji təsir
mexanizminə dair.........................................458
Saleh Məhərrəmov. Naxçıvan MR-in müxtəlif zonalarında
he İmin ilərin yayılmasının ekoloji
xüsusiyyətləri.........................................463
Tapdıq Məmmədov. Naxçıvan MR-in balıq sərvətlərindən
səmərəli istifadə yollan......................... 466
Yavər Məmmədov. Ağqalxanh sümürtkən (Anisoplia leucaspis cast)
böcəyi növünün Naxçıvan MR şəraitində
generasiya xüsusiyyəti.................................471
I ləbib Hüseynov. Azərbaycanda arı xəstəliklərinin
öyrənilməsi vəziyyəti................................. 475
Həmid Fərəcov. Naxçıvan su anbarında ekoloji amillərin
heyvanat aləminə təsiri................................. 480
Qara Mustafayev, Hüseyn Novruzov. Naxçıvan MR-də
quşların sinekologiyasmm əsas
göstəriciləri............................................. 485
Sahib Hacıyev. Sədərək düzünün torpaq örtüyü struktur
tərkibinin öyrənilməsi və onlardan səmərəli
istifadə yolları.............................................. 490
Bəhruz Şəkuri, Akif Mərdanlı. Naxçıvan Muxtar
Respublikasında dağ və dağətəyi zonalarda
eroziyaya qarşı m übarizə tədbirləri................ 496
Fizzə Məmmədova, Aytən Məmmədova, Əliəddin Abbasov.
KU-2x8 kationiti ilə Cu2+, Zn2f və Pb2+
ionlarının sorbsiyasmın tarazlıq xüsusiyyətlər
və kinetikası............................................501
8
Bayram Rzayev, Rafiq Quliyev, Naibə Məmmədova.
SnSz-AgNCb-IhO sistemindən AgıSnS^
tərkibli tiöbirləşmələrin alınma şəraitinin
araşdırılması................................................ 507
Əhməd Qarayev. Parağaçay molibdenit filizinin kollektiv
Flotasiyası.................................................. 511
Günel Məmmədova. İzobııtilen oliqomerlorinin alınması və
onunla qatılaşdınİmiş M-10 yağının özlüliik
indeksinin təvini......................................516
Məmməd Babanlı, Qorxmaz Hüseynov. TlJ-Te sistemi.......... 520
Şamil Mahmudov. Naxçıvan Ağdərə polimetallik konsentratı
əsasında yeni, bir və çox nüvəli molibden
karbon il klastcr birləşmələrinin sintezi
və tədqiqi................................................. 522
Məmməd Ağasıyev. Naxçıvan MR ərazisində
neft təzahürləri....................................... 527
Malikəjdər Ibralıirııov. Daı ıdağ mineral suyunun ürək-damar
xəstəliklərində müalicəvi
əhəmiyyəti;........................................ 535
Əlövsət Quliyev. Əylis kəhriz sistemləri, onların
potensial imkanları.......................................540
Aygün Heydərova. Kəngərli rayonunun hidrogeoloji
şəraitinə dair................................................544
Nazim Bababəyli. Orta Araz təbii vilayəti düzənlik landşaft
kompleksində səhralaşma problemi......... 548
Əli Qurbanov. Naxçıvan MR ərazisində aqroirriqasiya
eroziyası.............................................................553
Alonı Ələkbərov. Naxçıvan MR torpaqlarında
radionuklidlərin hərəkti və miqrasiyası......556
Ceyhun Əsgərov. Gilançayın hidroenerji ehtiyatlan............... 560
Gültəkin Süleymanova. Naxçıvan MR-də dağ-çəmən
landşaftının rekreasiya ehtiyatlarının
qiymətləndirilməsi..............................564
Etiqat Bektaşi. Naxçıvan Muxtar Respublikasında
endogen mənşəli təbiət abidələri.................... 568
9
Azad Məmmədli. Məhdud üç cisim məsələsinin xüsusi
həlləri haqqında......................................... 572
Tapdıq Hacıyev. Kiçik səyyar kornoqraf................................580
Əlövsət Dadaşov. Orbitlərarası ən qısa məsafənin tapılmasının
bir həlli haqqında...................................... 583
Sadıq Vəliyev. Cırlaşan əmsalh eksponentlər sisteminin
hilbert bazisliyi...............................................586
Rövşən Həsənov. Başlanğıc gərginlik yarımmüstəvi tiçün dövri
məsələ (xüsusi elastiki potensiallar)............. 592
İbrahim Rüstəmov, Faıtma Hacıyeva. İbtidai siniflərdə tənlik
qurmaqla məsələlər həllinin
tədrisinə dair.......................
598
Elşad Ağayev. Bir elliptik tip tənlik üçün sərhəd məsələsi......603
Azad Novruzov, Sahib Əliyev. Riyazi analizdən praktik
məşğələlər üçün çalışmaların seçilməsi
prinsipi və onun didaktik əhəmiyyəti............ 608
Aygün Sultanova. ZnGa
2
Se<ı moııokristalmda valent və
keçiricilik zonası iiçün deformasiya
potensialı............................................... ...613
Almuq Abbasov, Məcnun Ağayev, Oruc Əhmədov.
CuGdTe
2
, CusCrdTe
4
birləşmələrinin sintezi
və əksolma spektrlərinin öyrənilməsi........... 616
Məmməd Hüseynəliyev. Horizontal bricmen üsulu ilə
alnımış CulnJb monokristalının optik
xassələri...........................................619
Məhbub Kazımov, Nazilə Mahmudova. GaİnS
3
-Fe tipli
monokristalının sintezi, elektronoqrafık və
rentgenoqrafık tədqiqi.............................. 623
Nailə Qardaşbəyova. Polyar optik fononlardan səpilmə........ 625
Məhərrəm İbrahimov. İnfornıasiyaölçmə sisteminin əsas
xüsusiyyəlləri haqqında......................627
Cavid Mustafayev, Rafiq Nəcəfov. Tədqiq edilən obyektlərdən
informasiyanın alınması və toplanması ....630
V. FİZİKA, RİYAZİYYAT VƏ .ASTRONOMİYA ELM LƏ Rİ
10
İS M A Y IL H A C IY E V
A M E A Naxçıvan Bölməsi
MÜQƏDDƏS ELM MƏBƏDİ
Azərbaycanda elmin, mədəniyyətin, ictimai-fəlsəfi
fikrin inkişafında çox mühüm rol oynayan Milli Elmlər
Akademiyası 60 ilə yaxın bir müddətdə şərəfli yol keçmişdir.
Bu illərdə Azərbaycan elmi, təhsili və mədəniyyəti dünya
elminə birbaşa inteqrasiya olunmaq imkanı qazanmış və
həmişə cəmiyyətin inkişafına xidmət etmişdir.
«Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik
yubileyi haqqında» Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin imzaladığı sərəncamda qeyd edildiyi kimi, bir
çox sahələrdə alimlərimizin əldə etdiyi nəticələr elm aləmində
öz layiqli yerini tutm uşdur1.
Respublikamızda
elmi-tədqiqat
təşkilatları
və
idarələrinin formalaşması prosesi keçən əsrin 20-ci illərindən
başlamışdır. 1923-cü ildə Elmlər Akademiyasının ilk özəyi
olan «Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti» (ATTC)
yaradıldı2. 1929-cu ildə ATTC təxminən akademiya struk-
____
•
turuna malik olan Azərbaycan Elmi-Tədqiqat İnstitutuna
çevrildi3. Bu instituta respublikada mövcud olan bütün elmi
idarə və təşkilatların fəaliyyəti birləşdirildi. 1923-cü ildə
həmin institutun əsasında SSRİ EA Zaqafqaziya Filialının
Azərbaycan Şöbəsi (AzOZFAN) yaradıldı4. 1935-ci ildə isə
bu şöbə SSRİ EA-nın Azərbaycan Filialına çevrildi5.
SSRİ XKS-nin 28 yanvar6 1945-ci il tarixli qərarı və
Azərbaycan XKS-nin həmin ilin 27 mart tarixli xüsusi qərarı
ilə
Azərbaycan
Filialı
əsasında
Azərbaycan
Elmlər
Akademiyası yaradıldı7. Bu vaxt akademiyanın 4 bölməsi
(geologiya-kimya elmləri və neft, fizika-texnika elmləri və
neft, biologiya və kənd təsərrüfatı elmləri, ictimai elmlər)8, 16
elmi-tədqiqat institutu, 2 elmi-tədqiqat şöbəsi, 3 muzeyi,
mərkəzi kitabxanası və respublikanın 4 regionunda elmi
bazaları var idi9. Bu zaman Akademiyanın ilk heyəti də
11
formalaşır: 41 nəfər namizəddən 15-i Elmlər Akademiyasına
həqiqi üzv seçilir. Onun ilk heyətinə M.Mirqasımov, O.Hacı-
_ _ _ _
•
bəyov, S.Vurğun, Y.Məmmədəliyev, M.Torçubaşov, M .İbra
himov, M.Qaşqay, S.Dadaşov, Ş.Əzizbəyov, A.Qrossheym,
İ.Yesman, Ə.Əlizadə, H.Hüseynov,
İ.Şirokoqo- rov
və
M.Hüseynov daxil oldu10. Həmin ilin mart ayının 31-də Aka
demiyanın keçirdiyi ümumi iclasda akademik M.Mirqasımov
Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti seçildi11.
1945-1947-ci illərdə Akademiyanın prezidenti olan M.Mirqa-
sımovun təşkilatçılıq bacarığı sayəsində respublikada elm və
texnikanın müxtəlif sahələri üzrə fundamental və tətbiqi
tədqiqatların genişləndirilməsi, texniki, neft-kimya, təbiət
şünaslıq, ictimai elmlər, ədəbiyyat və incəsənət sahəsində
aktual məsələlərin yaxın illərdə həlli üçün məqsədyönlü
tədbirlər planlaşdırıldı.
Sonrakı illərdə Respublika Elmlər Akademiyasına
tanınmış elm xadimləri Yusif Məmmədəliyev (1947-1950;
1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1962-
1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev
(1970-1983), Eldar Salayev (1983-1997), Fəraməz Maqsudov
(1997-2000) rəhbərlik etmişlər. 2001-ci ilin iyul ayından isə
elm ocağına görkəmli alim Mahmud Kərimov rəhbərlik edir.
1945-1965-ci illərdə Azərbaycan Elmlər Akademiyası 5
bölmədən. 22 elmi-tədqiqat institutundan, 2 sektordan, 3
muzeydən ibarət olmuş və burada 6 mindən artıq əməkdaş
çalışmışdır. Elmi əməkdaşlardan 150 nəfəri elmlər doktoru,
300-ə qədəri isə elmlər namizədi olmuşdur. Həmin illərdə
Akademiyanın 34 nəfər həqiqi üzvü, 25 nəfər müxbir üzvü
olmuşdur12. Bu illərdə Azərbaycan Elmlər Akademiyasına 6
dəfə (1945, 1949, 1955, 1958, 1959, 1962) seçkilər keçirilmiş,
Azərbaycan elminin ən görkəmli nümayəndələri həqiqi və
müxbir üzv seçilmişdir. 20 il ərzində Elmlər Akademiyasının
maddi texniki bazası möhkəmlənmiş, əhatə dairəsi genişlən
miş, yeni elmi-tədqiqat müəssisələri, laboratoriyalar, şöbələr,
bölmələr açılmış, perspektivli elmi sahələrin inkişafına,
12
yüksək ixtisaslı kadr hazırlığına və elmi əlaqələrin artırıl
masına ciddi diqqət yetirilmişdir.
60 illik tarixə malik olan Azərbaycan Elmlər
Akademiyasının ən yüksək inkişaf dövrü ümummilli lider
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərə təsadüf
edir. Bu elm ocağının yeni yüksəlişi məhz Heydər Əliyevin
adı ilə bağlıdır. 70-ci illərdə Akademiya onun böyük
təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı,
özünün kadr potensialını, texniki arsenalını yaratdı13. Aka
demiya sistemində 6 bölmə, 24 elmi tədqiqat institutu, 3 sek
tor, 3 muzey, 1 mərkəz, 1 fond və 1 XDR sarayı fəaliyyət gös
tərirdi.
Həmin illərdə Akademiyanın Gəncə və Naxçıvan
şəhərlərində fəaliyyət göstərən Elmi Mərkəzlərinin, Şamaxı
Astrofizika Rəsədxanasının və Şəki zona elmi bazasının işləri
də xeyli gücləndirilmiş, onların elmi-texniki avadanlıq
baxımından imkanları xeyli zənginləşmişdir14.
70-80-ci illər Azərbaycanda elmin müxtəlif sahələrinin
sürətli inkişafı ilə xarakterizə olunur. Elmin fizika, riyaziyyat,
informatika və texnika sahələrinin inkişafı təmin edildi.
Nəticədə, 120-dən artıq informasiya-hesablama mərkəzi,
informatika elm-istehsalat birliyi və başqa müəssisələr
yaradıldı. Elm-istehsalat birlikləri, elektron və cihazqayırma
zavodları işə salındı. Astronomiya, kosmik tədqiqatlar
sahəsində uğurlar əldə edildi. Biologiya elminin yeni sahələri -
biokimya, molekulyar biologiya, biofızika, gen biotexno
logiyasının əsasları yaradıldı. Bu illərdə elmlə istehsalatın
əlaqəsinə xüsusi önəm verildi. Kimya, neft emalı və neft-
kimya sənayesinin əsl inkişafı bu illərə təsadüf edir. Fizio
logiya, mikrobiologiya, seysmologiya kimi sahələrin inkişafı
na xüsusi diqqət yetirilirdi. Neft və qaz emalı, yeni neft məh
sulları alınması, neft kimyası prosesləri, kimya texnologi
yasının nəzəri əsasları, respublikanın mineral sərvətlərinin
kompleks emalı, materialların karroziyadan qorunması,
polimerlərin alınması, elektrokimya, yüksək enerjilər kimyası,
dizel və avtomobil yanacağı istehsalının səmərəli metod-
13
larinin yaradılması, yüksək keyfiyyətli aşqarların sintez
edilməsi akademiyanın elmi-tədqiqat planlarında xüsusi yer
tuturdu15. Akademiyanın ictimai və humanitar istiqamətli
elmi-tədqiqat institutlarında da maraqlı və əhəmiyyətli
tədqiqatlar aparılır və bir sıra fundamental və ümumiləşdirici
əsərlər nəşr olunurdu.
1967-1989-cu illərdə Azərbaycan Elmlər Akademiya
sına 8 dəfə seçki keçirilmiş (1967, 1968, 1969, 1972, 1976,
1980, 1983, 1989), nəticədə Akademiyanın tərkibində 53
həqiqi üzv, 72 müxbir üzv təmsil olunmuşdur. Bu dövrdə
Akademiyanın tərkibində 6 bölmə, 31 elmi-tədqiqat institutu,
2 sektor və 2 muzey olmuşdur. Akademiyanın elmi-tədqiqat
stirukturlarmda 450-yə yaxın elmlər doktoru, 2 minə yaxın
elmlər namizədi çalışmışdır.
Azərbaycan elminin inkişafında Elmlər Akademiya
sının xüsusi mövqeyi və xidmətləri olmuşdur. 60 il ərzində
elmimizin bütün sahələrinin ağırlığı Akademiyanın üzərinə
düşmüşdür. Son 60 ildə neft kimyası, neftayırma sənayesi,
yarımkeçiricilər fizikası, energetikanın fiziki-texniki problem
ləri, fotoelektronika. neft-qaz problemləri, regional-geoloji
tədqiqatlar, seysmologiya və zəlzələlərin proqnozlaşdırılması,
palçıq vulkanizmi, yerli floranın və faunanın öyrənilməsi,
bitkilərin fiziologiyası, biofizika və biokimya problemləri,
patoloji anatomiya, eləcə də kimya və digər elm sahələri üzrə
onlarca digər mühüm problemlərə dair çox qiymətli
tədqiqatlar və kəşflər məhz Elmlər Akademiyasının alimlərinə
məxsusdur16. Bu elm sahələri üzrə Y.Məmmədəliyev, Ə.Quli
yev, V.Qutırya, H.Abdullayev, A.Mirzəcanzadə, Ə.Hüsey
nov, M.Qaşqay, Ş.Mehdiyev, Z.Xəlilov, M.Topçubaşov,
İ.Mustafayev, M.Nağıyev, H.Əliyev, V.Volobuyev, M.Dalin,
A.Qarayev, C.Əliyev, Ə.Sıımbatzadə, E.Salayev, F.Maq-
sudov, Z.Bünyadov, A.Əlizadə, T.İsmayılov, C.Kərimov,
M.Kərimov, M. Rüstəmov kimi alimlərin qazandıqları
uğurlar Azərbaycan elmini dünyaya tanıtdırmışdır.
Keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəl
ləri Azərbaycan üçün ən çətin, ən ağır dövrə çevrildi. Həmin
illərdə Azərbaycan elminə, mədəniyyətinə, təhsil sisteminə də
ciddi zərbələr vııruldu. 90-cı illərin əvvəllərində Azərbaycan
Elmlər Akademiyası dağılmaq təhlükəsi qarşısında qaldı.
1993-cü ildən, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışın
dan sonra, Azərbaycan elminin və təhsilinin intibahına geniş
yol açıldı. Müstəqil dövlət quruculuğuna qayıdan Heydər Əli
yev ilk görüş yeri kimi Elmlər Akademiyasını seçdi. Bununla
höyiik öndər müstəqil dövlətin qurulmasında «...intellektual
potensiala arxalandığını ictimai fikrə çatdırdı»17.
Azərbaycan xalqının ümummilli lideri 1997-ci il
yanvarın 31-də Elmlər Akademiyasının rəhbərliyi; həqiq və
müxbir üzvləri ilə görüşündə Akademiya ilə bağlı olan söz-
söhbətlərə son qoydu: «...XX əsrdə Azərbaycan xalqının ən
böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə
inkişaf etməsidir. Biz bununla fəxr edirik.
Bir şeyi
bilməlisiniz, bu, mənim fikrindir - Azərbaycan Elmlər
Akademiyası respublikamızın ən yüksək elmi müəssisəsidir.
Azərbaycan dövlətinin ən yüksək elmi müəssisəsi Elmlər
Akademiyasıdır. Bu Akademiyanın işi və orada işləyənlərin
səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də
olacaq. Biz Akademiyanın hörmətini həmişə qoruyub
saxlamalıyıq, heç vaxt imkan vermək olmaz ki, Akademiya
mız, yüksək səviyyəli elini-tədqiqat institutlarımız yaranan
cürbəcür elmi müəssisələr arasında ərisin, itsin. Buna yol
vermək olmaz. Azərbaycan Elmlər Akademiyası dövlətin
Akademiyasıdır. Prezidentin birbaşa himayəsi altındadır,
labcliyindədir və Prezidentin qarşısında cavabdehdir. Bir
daha bunu deməyə məcburam ki, Azərbaycan Respublika
sının müstəqil Elmlər Akademiyası Azərbaycanın ən yüksək
elmi müəssisəsi, elmi təşkilatıdır...»18.
• #
Olkə prezidenti Heydər Əliyev 15 may 2001-ci il tarixli
fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına «Azərbaycan
Milli Elmlər Akademiyası» statusunu vermiş və bununla da
Akademiyanın fundamental elmin inkişafında əldə etdiyi
nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşək
külündə oynadığı rolu və akademik elmin ölkənin inkişafının
əsas təminatçısı olduğunu bir daha təsdiq etmişdir
1$
2001-
ci ilin iyun, noyabr və 2003-cü ilin aprel
aylarında Milli Elmlər Akademiyasının həqiqi və müxbir
üzvlərinin seçkiləri keçirilmişdir. Heydər Əliyev Akademiya
üzvlərinin ümumi sayının 200 nəfər müəyyən edilməsi haqda
xüsusi sərəncam imzalamışdır. Seçkilər nəticəsində 40 ixtisas
üzrə AMEA-nın üzvlüyünə 31 nəfər həqiqi üzv və 94 nəfər
müxbir üzv seçilmişdir. Beləliklə, keçirilmiş seçkilərdən sonra
həqiqi üzvlərin sayı 61, müxbir üzvlərin sayı 109-a çatmışdır.
2002-
ci il avqustun 7-də dövlət başçısı Naxçıvan Mux
tar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətini
gücləndirmək, mövcud elmi potensialdan səmərəli istifadə
etmək, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii
sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şərait yaratmaq
məqsədilə AMEA-nın Naxçıvan Bölməsinin yaradılması
haqqında tarixi sərəncam imzalamış, avqustun
12-do Naxçıvanda Bölmənin yaradılmasına həsr olunmuş
müşavirə keçirilmişdir.
Olkə prezidenti Heydər Əliyevin 4 yanvar 2003-cü ildə
verdiyi fərmanla
AMEA-nın statusu və Nizamnaməsi təsdiq edilmişdir.
Verilən həmin fərmanda ölkəmizin müasir inkişaf səviyyəsinə
uyğun olaraq elm və texnikanın qarşısında duran vəzifələr
konkret və aydın göstərilmişdir. Fərmanda bu münasibətlə
deyilir: «Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan
Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlət
elmi vs elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan
Respublikasındakı
bütün
elmi
müəssisələrinin
və
ali
məktəblərin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqa
mətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elm
və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi
təşkilatıdır»19.
Qəbul olunmuş Nizamnamədə AMEA-ııın fəaliyyə
tinin məqsəd və vəzifələri, funksiyaları, strukturu və fəaliy
yətinin təşkili və hüquqları göstərilmişdir. Nizamnamədə
deyilir: «Akademiyanın fəaliyyətinin əsas məqsədi təbiət,
cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə
16
Azərbaycanın iqtisadi, sosial və mənəvi inkişafına xidmət
göstərmək. Azərbaycanda elmi inkişaf etdirməkdir»20.
Azərbaycanda Milli Elmlər Akademiyasının çoxminli
kollektivi qarşıya qoyulan vəzifələrin həlli üçün səylə çalışır,
ciddi elmi-tədqiqat işləri aparırlar. 2003-cü ildə Akade
miyanın elmi müəssisələrində 153 problemi əhatə edən 427
mövzu üzrə elmi tədqiqatlar aparılmış, 100-dən artıq mühüm
elmi nəticə alınmışdır20. Azərbaycan MEA-nın bütün idarə və
təşkilatlarında, elmi-tədqiqat müəssisələrində 10249 nəfər
əməkdaş çalışır. Bunlardan 4306 nəfəri elmi işçidir. Elmi
işçilərdən 450 nəfəri elmlər doktoru, 1998 nəfəri isə elmlər
namizədidir22. Ümumiyyətlə, respublikada
11599 nəfər
pedaqoji fəaliyyətlə yanaşı elmi-texniki işləri də yerinə yetirir.
Bunlardan 9913 nəfərin elmi dərəcəsi vardır. Elmlər doktoru
1530, elmlər namizədi 8383 nəfərdir23.
Hazırda Azərbaycan MEA sistemində 5 elmi bölmə,
36 elmi-tədqiqat institutu, 1 Bölmə, 3 mərkəz, 2 muzey
fəaliyyət göstərir. MEA-nın bütün əməkdaşlarının Akade
miyanın işini müstəqil dövlətimizin tələbatlarına uyğun
olaraq daha intensiv qurması, dövlət əhəmiyyətli prioritet
istiqamətlər üzrə elmi-tədqiqat işlərinin aparılması, Azərbay
can elminin dünya elminə daha sıx inteqrasiya olunması,
struktur islahatların həyata keçirilməsi istiqamətində səmərəli
iş aparırlar. «Milli Elmlər Akademiyası bizim milli sərvə
timizdir. Onu qoruyub saxlamalıyıq», - Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin dediyi bu sözlər bütöv
lükdə Azərbaycan elminə, Akademiya əməkdaşlarına verilən
ən yüksək qiymət olmaqla qalmır, həm də Akademiyanın
yaranmasının 60 illiyini qarşılayan elm adamlarının məsu
liyyətini bir daha artırır.
Ə d ə b i y y a t
1. «Azərbaycan» q., 2005, 15 fevral (№ 35).
2. Müqəddəs elm məbədi (AEA-nııı 50 illiyinə həsr olunur.
Tərtibçi T.Əhmədov). Bakı, «Azərbaycan», 1996, s.7.
3. Xəlilov H. Mənəvi borc və şərəfli iş. «Azərbaycan» q., 2003, 2
dekabr.
4. ASE, c.l, Bakı, 1976, s. 171.
5. Azərbaycan SSR EA-nın xəbərləri. Tarix, fəlsəfə və hüquq
seriyası. 1975, №l,s.5.
6. Bəzi mənbələrdə bu tarix 23 yanvar göstərilir (Bax: ASE. c.l.
Bakı, 1976, s. 171).
7. Müqəddəs elm məbədi... s.7.
8. Академия наук Азербайджанской ССР (Под редакцией президента
АН Азерб. ССР Г.Б.Абдуллаева). Баку, «Элм», 1976, s.7.
9. ASE. c.l, s. 171.
10. Yenə orada, s. 171-172.
11. Dağ əzəmətli insan, «iqtisadiyyat» q., 2004, 23-29 aprel.
12. Müqəddəs elm məbədi... s.l 1.
13. Kərimov M. Heydər Əliyev fenomeni. «Elm». Xüsusi buraxılış.
Bakı, «Nurlan», 2003, s.l2.
14. Mücəddəs elm məbədi... s. 11.
15. ASE. c.l, s. 172.
16. Mücəddəs elm məbədi... s.l2.
i*
17. Kərimov M. Göstərilən əsəri, s.32.
18. «Azərbaycan» q., 1997, 4 fevral (№22).
19. Yenə orada, 2003, 5 yanvar (№03).
20. Yenə orada.
21. AMEA-nın 2003-cü ildəki fəaliyyəti haqqında hesabat. Bakı,
«Elm», 2004, s. 182.
22. Yenə orada.
23. «Elm» q., 2004, 28 dekabr (№37-40).
18
İSA HƏBİB B Ə Y L İ
Naxçıvan Dövlət Universiteti
Поделитесь с Вашими друзьями: |