Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə101/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   97   98   99   100   101   102   103   104   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
203 
qoruyub saxlaması əsas şərt hesab olunur. Əgər dilin 
normativləri tərcümə olunacaq sözə uyğun deyilsə, bu zaman
“uyğunsuz” tərcümə etməkdənsə alınma sözləri donor dildən 
olduğu kimi almaq daha məsləhətə uyğundur. Tərcümə 
nəzəriyyəsini araşdıran bəzi tədqiqatçıların fikrincə isə tərcümə 
ya orijinalı təhrif edir, ya da onun incəliklərini və 
xüsusiyyətlərini verə bilmir. Buna görə də həmişə xarici dildə 
ifadə olunmuş istənilən fikrin tərcümədə verilməsi üçün uyğun 
dil vasitələrini tapmaq lazımdır [119,s.64]. 
Yeni terminlərə olan ehtiyac ən çox tədqiqat işi aparılan 
prosesdə, 
həmçinin 
elmi-texniki, ictimai-siyasi və s. 
ədəbiyyatın tərcüməsi prosesində qarşıya çıxır. Dildə ter-
minlərin yaradılması mürəkkəb məsələlərdən biridir. Dilimizdə 
bunlar bir sıra elmi sahələrdə əsasən tərcümə yolu ilə 
yaradılmışdır. Terminlər yaradılarkən təkcə Azərbaycan dilini 
bilmək kifayət etmir, digər dilləri də bilmək və onun 
incəliklərinə bələd olmaq vacibdir. Müasir dövrdə Azərbaycan 
dilində terminlər yaratmaq üçün bu şərt zəruri sayılmalıdır. 
Termin müxtəlif elmi müddəaları əks etdirən məhdud bir 
məfhumdur. Tərcümə işində bunun xüsusi əhəmiyyəti vardır. 
Termini sadəcə olaraq tərcümə etmək və ya müəyyən dildə söz 
tapılmadıqda onu mütləq çevirmək məqsədi ilə ümumi 
xarakterli sözlə əvəz etmək çox vaxt düzgün olmur, nəticədə 
onu qavramaq çətinləşir, termin isə öz məna və kəsərini itirir. 
Bəzən termin sözü tərcümə edərkən onu ifadə etmək üçün 
mənanın mahiyyəti yetərli olmur. Ona görə söz söz birləşməsi 
şəklində tərcümə olunur. Məsələn, müqayisəli məlumatlar 
(comparatives) 
Maliyyə hesabatlarındakı müqayisəli 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
204 
məlumatlar məbləğlərdən və iqtisadi subyektin birdən çox dövr 
üçün maliyyə hesabatlarında aşkara çıxarılmış müvafiq 
məlumatlar; 
Tərcümə zamanı terminlərin ardıcıllıq prinsipini mütləq 
gözləmək lazımdır. Çalışmalıyıq ki, termin və onun törəmələri 
həmişə eyni dildə və eyni köklü sözlə ifadə olunsun. Bu 
baxımdan, təsviri tərcümə kalkadan fərqlənir və bu üsul kalka 
olunmayan termin-söz və söz birləşmələrinin təsvirinə deyilir. 
Bu zaman şübhəsiz, həmin sözlərin leksik-morfoloji 
xüsusiyyətləri də nəzərə alınmalıdır. Başqa sözlə, təsviri 
tərcümə ingilis mənşəli alınma termin-sözün daha ətraflı izahı, 
açıqlanmasıdır. Bu üsuldan lüğətlərdə və konkret mətnlərdə 
istifadə etmək olar. Belə ki, tərcümə prosesi zamanı bəzən 
sözün müəyyən hissəsi dilə tərcümə olunsa da digər hissə 
olduğu kimi saxlanılır: interküy- (internoise)- təbii səslər 
[192,s.109]; sözsüz film- (silent film)–kinematoqrafiyanın 
təşəkkülünün ilk illərində qəbul olunmuş adı [192,s.260]; 
videosıra- videorow [192,s.310], videosiqnal-video signal, 
[192,s.311] videokitab- video book [192,s.308], videomətn- vi-
deotext [192,s.309]və s. 
Tərcümənin daha dolğun və dəqiq alınması üçün 
tərcüməçinin linqvistik problemləri, dillərin müxtəlif struktura 
malik olmalarını və iki dilin özəlliklərini nəzərə alması vacib 
şərtlərdən hesab olunur. Həmçinin tərcümə prosesi zamanı 
dillərin kommunikativ məqsədlərini nəzərə almaqla elə üsul 
seçmək lazımdır ki, dilin semantik və sintaktik faktorları 
düzgün ifadə olunsun. “Tərcümə dil əlaqələrinin spesifik 
forması və leksik alınmaların dilə gətirilməsinin əsas 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin