Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
78
və bu problem həll edilmişdir. Bununla bağlı dilin sosial
qruplar üzrə diferensiyasının nəticəsi kimi meydana çıxan
peşə-sənət leksikasının terminoloji leksikası, loru leksika,
etnoqrafik leksika, məhəlli dialektizm və jarqonlarla uyğun və
fərqli cəhətləri araşdırılmış, peşə-sənət leksikasına xas
xarakterik xüsusiyyətləri üzə çıxarılmış, peşə-sənət leksikasının
Azərbaycan dilinin leksik sistemində hansı mövqe tutması
məsələsi
elmi
cəhətdən
əsaslandırılmışdır
[27].
M.Ə.Abdullayeva yazır: “Azərbaycan
dilinin peşə-sənət
leksikası xalqımızın maddi və mənəvi mədəniyyətini əks
etdirir. Bu leksika qədim tarixə malik olub, yaranma tarixi
başqa türk dillərində olduğu kimi, kənd təsərrüfatından sənətin
ayrılması, müxtəlif sənət növlərinin meydana çıxması ilə
əlaqədardır. Sonralar müəyyən əmək kollektivləri yaranmış və
bu kollektivlərdə ünsiyyət üçün xüsusi terminlər yaradılmışdır.
Bu terminlər də dilin leksikasında
xüsusi bir lay, təbəqə
yaratmışdır” [4,s.9]. Həqiqətən də, peşə-sənət leksikasının
qədimliyini anlamaq üçün dialektlərə nəzər salmaq kifayətdir.
Toxuculuq, boyaqçılıq, ipəkçilik, zərgərlik, dəmirçilik,
dulusçuluq kimi qədim peşə sahələrinə aid dialektlərdə yüzlərlə
sözə rast gəlmək mümkündür.
Qədim peşə sahələrindən biri də zərgərlikdir. Qızıl və
gümüşün istehsal xassələri mənimsənildikdən sonra əlvan
metal sahəsi üzrə baş vermiş ixtisaslaşma nəticəsində müstəqil
sənət sahəsi olan zərgərlik meydana gəlmişdir. Bu sahəni
araşdıran H.Əsgərov dilçilikdə zərgərlik sənəti ilə bağlı
terminlərin ilk dəfə olaraq leksik-semantik xarakteristikasını
verir, onların yaranma mənbələrini
göstərməklə leksik-