Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə37/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   33   34   35   36   37   38   39   40   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
77 
[157,s.213]. Bəzək tərtibatına görə “Azərbaycan xalçalarının 
tarixən saysız-hesabsız çeşniləri yaranmış və onların böyük bir 
qismi zəmanəmizə qədər gəlib çatmışdır. Xalça çeşnilərinə və 
onların icra texnikasına görə Azərbaycan xalçaçılıq sənətində 
üslub xüsusiyyətləri ilə seçilən müxtəlif istehsal məktəbləri 
formalaşmışdır” [157,s.113]. 
Tam terminləşmiş dialekt sözləri ilə yanaşı dildə 
terminləşməmiş müəyyən peşə sahələrinə aid xüsusi funksiya 
daşıyan bir çox dialekt sözlərinə də rast gəlinir. Bu tip sözlərə 
daha çox zərgərlik, dulusçuluq, ipəkçilik, arıçılıq sahələrində 
rast gəlinir. Belə ki, zaman-zaman baş verən müxtəlif ictimai 
və siyasi hadisələr dildə diferensiallaşmaya səbəb oldu. 
Spesifik leksikaya malik müxtəlif sayda peşə sahələri yarandı. 
Sonradan ümumi mədəni səviyyənin yüksəlişi ilə əlaqədar 
olaraq sənət və peşə növləri genişlənərək inkişaf etdi. Tədricən 
kustarçılıq aradan qalxdı və nəticədə təsərrüfatda yeni texniki 
üsullar tətbiq edildi. Bir tərəfdən bu leksika yeni sözlər 
hesabına zənginləşdi, digər tərəfdən mövcud olan sözlər yeni 
mənalar kəsb etdi. Bu və ya digər peşə-sənət sahəsində texnika 
geniş tətbiq edilərək təcrübələr ümumiləşdirildi, bir peşəyə aid 
sözlər yayıldıqca, işləklik qazandıqca elmi xarakter almağa 
başladı. İnkişafla əlaqədar müəyyən sahələrə aid xüsusi funk-
siya daşıyan sözlər müxtəlif terminlər sistemini yaratdı. 
Azərbaycan dilçiliyində ilk dəfə olaraq peşə-sənət leksikası 
H.Əsgərovun doktorluq dissertasiyasında sistemli şəkildə 
tədqiqata cəlb olunub. Tədqiqatda peşə-sənət leksikasının 
Azərbaycan 
dilinin 
leksik 
sistemində 
yerinin 
müəyyənləşdirilməsi məsələsi bir vəzifə kimi qarşıya qoyulmuş 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
78 
və bu problem həll edilmişdir. Bununla bağlı dilin sosial 
qruplar üzrə diferensiyasının nəticəsi kimi meydana çıxan 
peşə-sənət leksikasının terminoloji leksikası, loru leksika, 
etnoqrafik leksika, məhəlli dialektizm və jarqonlarla uyğun və 
fərqli cəhətləri araşdırılmış, peşə-sənət leksikasına xas 
xarakterik xüsusiyyətləri üzə çıxarılmış, peşə-sənət leksikasının 
Azərbaycan dilinin leksik sistemində hansı mövqe tutması 
məsələsi 
elmi 
cəhətdən 
əsaslandırılmışdır 
[27]. 
M.Ə.Abdullayeva yazır: “Azərbaycan dilinin peşə-sənət 
leksikası xalqımızın maddi və mənəvi mədəniyyətini əks 
etdirir. Bu leksika qədim tarixə malik olub, yaranma tarixi 
başqa türk dillərində olduğu kimi, kənd təsərrüfatından sənətin 
ayrılması, müxtəlif sənət növlərinin meydana çıxması ilə 
əlaqədardır. Sonralar müəyyən əmək kollektivləri yaranmış və 
bu kollektivlərdə ünsiyyət üçün xüsusi terminlər yaradılmışdır. 
Bu terminlər də dilin leksikasında xüsusi bir lay, təbəqə 
yaratmışdır” [4,s.9]. Həqiqətən də, peşə-sənət leksikasının 
qədimliyini anlamaq üçün dialektlərə nəzər salmaq kifayətdir. 
Toxuculuq, boyaqçılıq, ipəkçilik, zərgərlik, dəmirçilik, 
dulusçuluq kimi qədim peşə sahələrinə aid dialektlərdə yüzlərlə 
sözə rast gəlmək mümkündür.
Qədim peşə sahələrindən biri də zərgərlikdir. Qızıl və 
gümüşün istehsal xassələri mənimsənildikdən sonra əlvan 
metal sahəsi üzrə baş vermiş ixtisaslaşma nəticəsində müstəqil 
sənət sahəsi olan zərgərlik meydana gəlmişdir. Bu sahəni 
araşdıran H.Əsgərov dilçilikdə zərgərlik sənəti ilə bağlı 
terminlərin ilk dəfə olaraq leksik-semantik xarakteristikasını 
verir, onların yaranma mənbələrini göstərməklə leksik-



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin