Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
102
edir və
“musiqi alətlərinin səthi üçün”, “tar, kamança, nağara
və başqa alətlərdə örtüyün adı” mənasında işlənir [168,s.94].
Göründüyü kimi, bu adlandırmalar arasında məcazi məna ça-
larına rast gəlinmir.
Beləliklə, təkmənalılıq terminin
xüsusiyyətlərdən biri
hesab olunur, amma bu da onun mahiyyətini dərk etmək üçün
yeganə şərt sayılmır. Yəni hər bir təkmənalı söz termin sayıla
bilməz. Əvvəl qeyd etdiyimiz kimi termin sözdür. Bu səbəbdən
sözə xas xüsusiyyətlərə termində də rast gəlmək mümkündür.
Bu xüsusiyyətlərdən bəziləri terminə uyğun, bəziləri isə ona
yaddır. Belə ki, ümumişlək sözlər təkmənalı olduqları kimi
çəxmənalı da olurlar. Çoxmənalılıq terminə tamamilə yaddır.
Çünki terminin sabit müəyyən edilmiş mənası olmalıdır.
R.A.Budaqov yazır: “Hərçənd “polisemiya” ən müxtəlif müasir
dillərin leksikasına daxil olmuşdur, ancaq terminlər sistemində
polisemiya, adətən, yox edilir. Termin monosemiyaya can atır,
hər
bir elmi terminin, adətən, möhkəm müəyyən edilmiş bir
mənası olur” [13,s.33].
M.Qasımov isə terminlərin təkmənalılığı prinsipini qəbul
etsə də bunu terminin mahiyyətini
ifadə etmək üçün yeganə
vasitə olmadığını qeyd edir: “Terminlərin təkmənalılığı onun
simvolikliyi, mütləq neytrallığı demək deyildir. Təkmənalılığı
bu və ya digər sözün termin kimi müəyyənləşdirilməsi üçün
yeganə şərt hesab etmək olmaz ” [47,s.99].
Beləliklə, terminlərin təkmənalı və emosional ekspressiv
çalarlara malik olmamağı onu üslubu cəhətdən neytral edir.
D.S.Lotte
qeyd edir ki, “termin məhdud və təsbit edilmiş
məzmuna malik olmalıdır” [120,s.18]. Bu xüsusiyyətlərə malik