Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə51/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   47   48   49   50   51   52   53   54   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
105 
sözüqaytarılmaq şərti ilə birindən alınan, ya birinə verilən pul 
və s. alacaq, verəcək”, “ödənilməmiş vergi”, “vəzifə”, “haqq, 
minnət” mənalarında işlənir [152,s.334]. Maliyyə termini kimi 
isə borc sözü pul vəsaiti, yaxud natural formada alınan aktiv, 
habelə hər hansı iqtisadi subyekt qarşısında icra olunmamış 
öhdəlik deməkdir [147,59]. Cəmiyyət sözü ümumişlək söz kimi 
konkret tarixi maddi həyat şəraiti ümumiliyi əsasında 
birləşmiş insan toplusu”, “hər hansı (mənşə, vəziyyət, mənafe 
və s.) ümumiliyi əsasında birləşən adamlar mühiti” anlamında 
işlənir. Pedaqoji lüğətdə bu söz insan birliyi, birgə əmək 
fəaliyyəti ilə bağlı olan işçi birliyi” mənasında qeyd olunur 
[156,s.16]. Buradan, aydın olur ki, məna genişlənməsi 
nəticəsində terminləşmə prosesində dilin öz sözləri baza rolunu 
oynayır. 
Ümumişlək sözlərin terminləşməsi prosesi terminlərin 
quruluşu baxımından da diqqətə layiqdir. Əksər terminləşmiş 
sözlər say etibarı ilə daha çox sadə və düzəltmə, daha az 
hallarda isə mürəkkəb olurlar. Əlavə olaraq qeyd edək ki, 
terminləşmiş sözlərin əksəriyyəti mahiyyət etibarilə isimdirlər. 
Çünki isimlər ad bildirir, terminlər də əşya, məfhum və ya 
xüsusiləşmiş anlayışın adını bildirir.
Ümumişlək söz terminləşdikdə terminə xas xüsusiyyətləri 
götürür. Terminləşmiş ümumişlək söz fonetik quruluşunu 
saxlamaqla semantik baxımdan dəyişmiş olur. Bu üsul dilin 
daxili imkanları əsasında termin yaradıcılığı prosesində xüsusi 
əhəmiyyətə malikdir. Dili alınmalardan qorumaq və onların 
axınının qarşısını almaq məqsədilə müasir dövrdə bu üsula 
müraciət daha aktualdır. Ancaq bu üsula münasibət 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
106 
müxtəlifdir. Belə ki, bəzi tədqiqatçılar hesab edirlər ki, 
ümumişlək söz hər hansı bir terminoloji sahə üzrə 
xüsusiləşərsə, bu zaman sözün mənası daralmış olar və ya 
əksinə əgər müəyyən elm sahəsinə xas hər hansı xüsusi mənalı 
söz-termin ümumişlək səviyyədə işlək olarsa bu zaman həmin 
sözün mənası genişlənmiş hesab olunar. Fikrimizcə, 
ümumişlək söz hər hansı terminoloji sahə üzrə xüsusiləşdikdə 
onun mənasında daha çox genişlənmə nəzərə çarpır. 
Məhdudlaşan sadəcə onun termin kimi xüsusi mənasının 
işləkliyidir. Məsələn, ailə sözü ümumişlək söz kimi “ata-
anadan, uşaqlardan və yaxın qohumlardan ibarət olub, bir yerdə 
yaşayan adamların hamısı, külfət” mənasında işlənir. Amma 
termin kimi “ailə- üzvlərin qohumluq və evlilik əlaqələr, 
məişət birliyi və qarşılıqlı məsuliyyətlərlə bir-birinə bağlı 
olduğu kiçik sosial qrup”dur. Zoologiyada bu kəlmə “bir 
erkəklə və ya bir neçə dişidən ibarət heyvan dəstəsi” 
mənasında termindir [196,s.365]. Göründüyü kimi, ikinci 
halda əvvəlki məna əsasında xüsusi məna yaranmış, eyni 
zamanda sözün semantik yükü daha da genişlənmişdir. 
Dildə işlənən ümumişlək sözlərin bir çoxu öz strukturunu, 
fonetik tərkibini saxlamaqla bərabər terminologiyada da yeni 
elmi məna kəsb edir. Uzun illər ümumişlək söz kimi istifadə 
olunmuş bir sıra leksik vahidlər mənanın inkişafı ilə yeni 
semantik məna qazanmış və yeni elmi anlayışları ifadə 
etmişdir. Məsələn, mühafizə sözü ümumişlək söz kimi “pis 
təsirdən qorumaq, zərərli şeydən hifz etmək” deməkdir. 
Sonradan bu söz terminoloji sahədə “diskdən, yaxud lentdən 
surətlərin sanksiyalaşdırılmamış götürülməsinin qarşısını alan 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin