Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə62/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   58   59   60   61   62   63   64   65   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
127 
Beləliklə aydın olur ki, eyni sözlər terminologiyanın 
müxtəlif sahələrində işlənərək fərqli semantik mənalar ifadə 
edirlər. Dildə olan hər bir söz müəyyən semantik əlamətlər top-
lusundan ibarətdir. Bu əlamətlərin dinamik səciyyəli olması 
sayəsində sözlər ünsiyyət prosesində aktivləşir, məqsəd və 
vəzifəsindən asılı olaraq bu və ya digər semantik əlamət qa-
barıqlaşır, yaxud əksinə passivləşir, arxa plana keçir və 
beləliklə, müvafiq semantik əlamət uyğun mənanın ifadəsinə 
xidmət edir. “Yeni əşya və hadisələri adlandırmaq üçün 
müəyyən üsullardan istifadə edilir ki, bunlardan biri də sözün, 
terminin yeni mənada işlədilməsidir. Bu üsulda terminologiya 
kəmiyyətcə yox, keyfiyyətcə artır” [85,s.120]. Beləliklə, söz 
terminləşdikdə onun semantikası dəyişir və yeni səciyyə 
daşıyır. 
Belə ki, ümumişlək söz kimi rəng sözü “bir şeyin işıq 
tonu”, “qadınların dodaqlarına, üzlərinə çəkdikləri, əsasən, 
qırmızı boya” mənalarında işlənir [154,s.651]. Bu söz fərqli 
mənada musiqi sahəsində “muğam janrlara aid instrumental 
pyes” mənasında xüsusiləşmişdir [168,s.81]. Yaxud da, qazan 
sözü “içində xörək bişirmək, su qaynatmaq və s. üçün böyük 
girdə metal qab” mənasında işlənir [154,s.86]. Bu söz eyni 
zamanda qoşa nağaranın böyük çanağının adı mənasında 
musiqi sahəsində termindir [168,s.28]. Kəsmə sözü ümumişlək 
dildə “kəsərti vasitəsi ilə bütövdən bir hissə ayırmaq”, “kəsən 
alətlə yarmaq, yaralamaq” kimi mənalarda işlənir [152,s.694]. 
Bu söz musiqi sahəsində tamam fərqli mənada işlənir. Söz hələ 
qədim zamanlardan bəri “yanıqlı, qəlbə təsir edən musiqi və
Azərbaycanda bəlli olan rəqs” anlamında termindir [168,s.56]. 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
128 
Biologiya, epidemiologiya sahələri üzrə də ümumişlək 
sözlərin terminləşməsi hadisələrinə rast gəlirik. Terminlər və 
ümumişlək sözlər arasındakı fərq onların işlənmə dairəsi, aid 
olduqları üslublar və funksional cəhətləridir. Termin və 
ümumişlək 
sözlər 
arasındakı 
sərhəddi 
qeyd 
edən 
Ə.Dəmirçizadə yazır: “Terminlər müasir elmin, texnikanın və 
mədəniyyətin bütün sahələrindəki xüsusi məfhumların dəqiq 
ifadəçiləri olaraq dilin lüğət tərkibindəki sözlərin böyük 
çoxluğunu təşkil edir. Miqdarca ümumişlək sözlər terminlərdən 
qat-qat az olur, lakin işləklik nisbətinə gəldikdə isə əks halla 
rastlaşırıq. Hətta terminlərin canlı ifadələrdə, cümlələrdə 
işlədilməsi bir sıra hallarda ümumişlək sözlərdən asılı olur və 
terminlər, əsasən məhdud bilik sahəsi ilə əlaqədar dairələrdə 
işlənir” [19,s.90]. Ədəbi dildə “mıx vurmaq, metal döymək və 
s. bu kimi işlərdə işlədilən metal və ya taxta dəstəyə keçirilmiş 
müxtəlif formalı metal alət; toxmaq”, “metalı təzyiqlə işləmək 
üçün zərbvuran maşın” və “atmaq, tullamaq üçün çəkicə oxşar 
idman aləti” mənalarında işlənən çəkic sözü biologiya 
sahəsində “eşitmə üzvünün səsi gücləndirən sümüklərdən biri” 
mənasında terminləşmişdir [152,s.460], [160,s.143]. Əlbəttə ki 
çəkic sözü ilkin qeyd olunan mənalarda daha çox yadda qalır 
və işləkdir, amma bu da reallıqdır ki, eyni söz biologiya 
sahəsində zahiri oxşarlıq əsasında semantik baxımdan inkişaf 
edərək xüsusiləşmiş və terminə çevrilmişdir. Deməli, 
“semantikasında çoxmənalılıq olan sözlərin əsas və əlavə mə-
naları müxtəlif cəhətlərə görə fərqlənir, lakin bu mənaların 
vahid məna ətrafında birləşməsi, onların dərk edilməsi 
təfəkkürün 
abstraktlaşdırma 
xüsusiyyəti 
ilə 
bağlıdır” 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin