Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə95/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   91   92   93   94   95   96   97   98   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
191 
dilində isim düzəldən şəkilçilərdir. Onların Azərbaycan dilində 
qarşılığı tələffüzlərinə görə deyil, daşıdıqları funksiyaya əsasən 
verilib. Bu şəkilçilər Azərbaycan dilində eyni funksiyanı yerinə 
yetirən şəkilçilərlə əvəzləniblər. Məsələn, indeksləşdirmə 
(indexation) – pula olan tələbin və müxtəlif gəlirlərin inflyasiya 
şəraitində real göstəricisinin qorunub saxlanılması üsuludur 
[161,s.56]. 
Qloballaşma 
(globalization
– 
dünyanın 
homogenləşməsi, vahid prinsiplərə əsaslanaraq vahid bəşəri 
dəyərlərə sadiqlik, eyni ənənələr və davranış normalarını 
həyata keçirmək kimi mühüm məsələləri əhatə edən uzun illər 
ərzində inkişaf etməkdə olan tarixi proses şəkilçisidir. Hər iki 
nümunədə milli dildə -tion şəkilçisinin qarşılığı –ma 
şəkilçisidir. Yaxud da, lobbiçilik (lobbysm) – qanunvericilik 
orqanında qanunlar qəbul edilərkən və ya hökumət sifarişləri 
verilərkən prosesə müəyyən iri korporasiyaların və ya digər 
güc 
mərkəzlərinin 
xeyrinə 
təsir 
etmək 
məqsədilə 
formalaşdırılan xüsusi agentliklərin və ya qrupların fəaliyyəti 
mənasında olan bu termində -ysm şəkilçisinin qarşılığı –lik 
şəkilçisidir.
Bir sıra terminlər vasitəli yolla alındıqları üçün vasitəçi 
olduqları dilin xüsusiyyətlərini özlərində qoruyaraq dilimizə 
daxil olmuşlar. Buna investisiya sözünü misal göstərə bilərik
İnvestisiya sözü keçən əsrin 90-cı illərində rus dilinə daxil 
olmuş və инвестиция formasında işlək olmuşdur [161,s.57]. 
Rus dili vasitəsi ilə Azərbaycan dilinə daxil olan bu söz ingilis 
dilinin deyil, rus dilinin fonetik quruluşuna uyğun olaraq 
transliterasiya olunmuşdur: İnvestisiya (investment) – gəlir 
(mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
192 
və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə 
vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.
Bəzi terminlər dilimizə transliterasiya olunduqda sözün 
sonuna müəyyən hissəciklər artırılır, məsələn: subsidiya 
(subsidy) – dövlət büdcəsindən muxtar büdcələrə, yerli büdcə-
lərə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir 
[147,s.318]. Yaxud, logistika (logistics) istehsal, bölgü, 
mübadilə və istehlak sferalarında material resursları axınının 
səmərəli qaydada ən az xərclə çatdırılmasını təmin edə biləcək 
təsərrüfat fəaliyyətinin məcmusu; lisenziya (licence)- 
qanunvericiliklə müəyyən edilmiş hallarda sığorta sektorunda 
peşəkar fəaliyyətin həyata keçirilməsinə rəsmi icazə verən 
səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənəd [166,s.180]; 
ipoteka (hypothec or mortgage) – öhdəliyin icrasının təmin 
edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə 
üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların 
girovu deməkdir [147,s.161]. 
Transkripsiya, transliterasiya və tərcümə üsulları üçün 
ortaq cəhətlər var. Hər üçü alınma sözlərin dildə mənimsənilmə 
üsuludur. Fərqli cəhət isə bu hadisələrin baş vermə halıdır. 
Azərbaycan dilində terminoloji leksikanın inkişaf 
istiqamətlərindən biri də alınmaların semantik cəhətdən 
mənimsənilməsidir. Bu tip alınmalar ekstralinqvistik amillərlə, 
xalqın tarixi, elm və texnikanın müvafiq sahəsinin tarixi, ya da 
ölkədəki ictimai həyat ilə bağlıdır. Alınma prosesin 
sistemliliyinin semantik mənimsəmə pilləsində ilk növbədə 
məna seçimi faktı əsas götürülür. “Alınma mərhələsində əcnəbi 
söz və ya terminin mənaları dilimizin leksik-semantik 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin