8
Türk dillərinin ən mükəmməl təsnifatı
N.A.Baskakova məxsusdur. Tari-
xi-coğrafi baxımdan türk xalqlarını Qərbi və Şərqi türk tayfa birliklərinə
ayıran müəllif sonrakı mərhələdə türk dillərinin inkişafını şərtləndirən
amilləri geniş təhlil süzgəcindən keçirmişdir. Onun bölgüsündə oğuz qrupu
türk dilləri qərbi hun budağına daxil edilmişdir.
Alman alimi
G.Dörfer «İranda türklər» adlı əsərində Oğuz qrupu türk
dilləri və Azərbaycan dialektlərindən bəhs etməklə yanaşı, burada türk
dillərinin təsnifatına dair düşüncələrini də ortaya qoymuşdur. «Təkcə türk
dili ailəsinin yeddi dili vardır: oğuzca, qıpçaqca, uyğurca, güney sibircə,
yakutca, xalacca və bolqarca»
1
Oğuz qrupu türk dillərinin beş dil ailəsinə bölündüyünü iddia edir:
1)Batı oğuzca – Türkiyə türkcəsi; 2) Orta oğuzca – Azərbaycanca türkcəsi;
3)Güney oğuzca – Qəzvinə qədər uzanan ləhcələr; 4) Kuzeydoğu oğuzca –
özbək oğuzcasının da daxil olduğu Xorasan türkcəsi; 5) Kuzey oğuzca-
türkməncə. Oğuz qrupu türk dillərindən qaqauz dili G.Dörferin bölgüsündə
yer almamış, Azərbaycan dilinin dialektlərindən olan Qəzvin və Xorasan
ləhcələri, o cümlədən xalac dialekti ayrıca bir türk dili kimi təqdim
olunmuşdur.
Məhərrəm Ergin türk dillərinin təsnifatı ilə ciddi məşğul olmasa da,
onun türk dilləri və ləhcələri, şivələri haqqında fikirləri maraq doğurur. O,
türkcəni ümumi bir dil sayaraq qıpçaq və yakutcanı bu dillərin ləhcələri,
qırğız, qazax, azəri (Azərbaycan dili) və osmanlı türkcəsini onun şivələri,
Qara dəniz, Konya, İstanbul türkcələrini isə türk dili ağızları adlandırır.
2
Dostları ilə paylaş: