T.Banquoğlu türk dillərini qərbi və şərqi olmaqla 2 hissəyə ayırır.
Qərbi türk dilləri adlandırdığı qrupa Azərbaycan, türk, türkmən, qaqauz
dilləri ilə yanaşı Anadolu, Rumeli, Krım şivələrini də aid edir.
3
A.Dilaçar da türk dillərini iki böyük qrupa bölərək səlcuq, osmanlı, türk,
türkmən, Krım, qaqauz və Azərbaycan dillərini Qərbi, göytürk, qədim uyğur,
qaraxani, xarəzm, cağatay, özbək və yeni uyğur dillərini isə Şərqi türküt
dillərinə aid etmişdir.
4
Ə.Erculasunun bölgüsündə oğuz qrupu türk dilləri Güney-Batı adlanan
birinci qrupa aid edilir: Azərbaycan, Türkiyə, qaqauz və türkmən
türkcələri.
5
1
Dörfer G. İranda türklər. Türk dil dərgisi, 1987, sayı 431, s.242-251.
2
Muharrem Ergin. Türk Dil Bilgisi, Sofya, 1967, s.9.
3
Banquoğlu Tahsin. Türk qrameri (ses bilgisi), Ankara, 1959.
4
Aqop Dilaçar. Kutadğu Bilig incelemesi, Ankara, 1995, s.50-51.
5
Türk dili (Dil və ədəbiyyat dərgisi),Ankara,may,1994,sayı 509,s.339-340.
9
B.Çobanzadənin bölgüsündə oğuz qrupu türk dilləri Cənub-Qərb qrupu
kimi səciyyələndirilərək Azərbaycan, türk. Türkmən dilləri ilə yanaşı, Krım
tatarlarının da dili buraya aid edilmişdir. Onun bölgüsündə qaqauz dili yer
almamışdır.
1
F.Zeynalov türk dillərini genealoji cəhətdən 7 qrupa bölmüşdür.
1.Oğuz; 2. Bulqar; 3. Qıpçaq; 4. Karluq-uyğur; 5.Uyğur-oğuz; 6. Çuvaş;
7.Yakut dili qrupları. Oğuz qrupuna Azərbaycan, türk, türkmən, qaqauz
dilləri ilə yanaşı, Krım tatarlarının da dili əlavə edilmişdir.
2
A.Qurbanov son araşdırmalarında türk dillərini 5 yarımqrup üzrə təsnif
etmişdir: 1) Oğuz dilləri yarımqrupu; 2) Qıpçaq dilləri yarımqrupu; 3) Bul-
qar dilləri yarımqrupu; 4) Karlıq dilləri yarımqrupu; 5) Tukyuy dilləri ya-
rımqrupu. Onun bölgüsündə müasir dörd türk dili (Azərbaycan, türk, türk-
mən, qaqauz) ilə yanaşı qədim oğuz, peçeneq, səlcuq, qədim osmanlı və
qədim Azərbaycan dilləri də oğuz qrupu yarımqrupuna aid edilmişdir.
3
B.Xəlilov öz əsərində
4
«Oğuz qrupu türk dilləri» başlığı ilə verilən
bölmədə bu dillərdən kifayət qədər geniş bəhs edərək hər biri haqqında
dolğun məlumat vermişdir. Oğuz qrupu türk dillərinə məlum dörd dil –
Azərbaycan, türk, türkmən və qaqauz dilləri ilə yanaşı, Balkan və Axısqa
(mesxeti) türklərinin dilini də daxil etmişdir.
Türk dillərinin təsnifi üzrə aparılan geniş təhlil onu deməyə əsas verir
ki, bölgülərin hamısı təxmini xarakter daşıyır. Əgər nisbətən dəqiq bir təs-
nifat ortaya qoymaq mümkün olsaydı, onda gərək türk dilləri mövcud təd-
qiqatlarda olduğu kimi, 4-7 qrup deyil, ən azı 20-25 qrup üzrə təsnif
ediləydi.
Oğuz qrupuna daxil edilən dillərin etnolinqvistik təhlili göstərir ki,
onların tarixən formalaşmasında müxtəlif etnik elementlər və dil qatları
iştirak etmişdir. Məsələn, Azərbaycan xalqının və dilinin formalaşmasında
oğuz əsası ilə yanaşı, qıpçaq, uyğur; türkmən dilində oğuzlarla yanaşı,
qıpçaq, qədim xarəzm; qaqauz dilində isə oğuzca ilə bərabər, bulqar və
qıpçaq ünsürünün də rolu olmuşdur.
Oğuz qrupuna daxil olan dillər üçün ən xarakterik cəhətlərə aşağıdakı-
ları aid etmək olar:
1) Bu dillərdə 8 qısa saitin olması. Halbuki qıpçaq və karluk dillərində
bunların sayı 6-9 arasındadır;
1
Çobanzadə B., Ağazadə F. Türk qrameri, Bakı, 1929, s.210-222.
2
Zeynalov F. Türkologiyanın əsasları, Bakı, Maarif, 1981.
3
Qurbanov A. Türkoloji dilçilik, Bakı, Maarif, 1998, s.31.
4
Xəlilov B. Türkologiyaya giriş. Bakı, Nurlan, 2006, s.221-239.
10
2) Şəkilçilərdə dar dodaq saitlərinin üstün mövqeyi: yaruk – yarık,
tanuq – tanıq, kapuq – qapı və s.;
3) Sonda g və ğ səslərinin beg, dağ tipli sözlərdə işlənməsi və bu
səslərin bir sıra şəkilçilərdən düşməsi: alğan – alan, kelqen – kelen, verqen
– verən…;
4) Sözönü mövqedə bir sıra kar samitlərin cingiltiləşməsi: kör – gör, til
– dil, tağ – dağ…;
5) Söz əvvəlində b/p samitlərinin düşməsi: bol – ol, bilə – ilə…;
6) Söz əvvəlində «y» samitinin qeyri-sabit mövqeyi: yır – ır, yit – it,
yüz – üz, yürək – ürək…;
7) Menen qoşması əvəzinə ilə işlənməsi: kol menen – qol ilə, ketmen
menen – ketmən ilə.
8) Oğuz qrupu türk dilləri ilə müqayisədə qıpçaq və karluk qrupu türk
dillərində şəkilçilər daha çox variantlıdır: -lar, -lor, -dor, -dör, -der və s.;
9) Yiyəlik və təsilik hallarda -nen//-nin, -nı//-ni əvəzinə oğuz qrupu
dillərdə fonetik reduksiyaya uğramış -ın/-in, -i işlənməsi norma
səviyyəlidir: kıznın – kızın, kıznı – kızı…;
10) Birinci şəxsin cəmində miz əvəzinə is
4
– iz
4
, -ık
4
işlənməsi:
berermiz – bereris, yazarmız – yazarez, bilermiz – bilirik…;
11) Lazım şəklində -qu//-gu əvəzinə -ası/-əsi işlənməsi: kelğü – gələsi,
körqü – göresi…;
12) Oğuz qrupu dillərdə vacib formantının olması: -malı/-məli:
oxumalıdır, bilmeli…;
13) Oğuz qrupu dillərdə feli sifət forması kimi -ğan/-qen əvəzinə -mış/-
miş işlənməsi: bilqen – bilmiş, tutqan – tutmuş.
14) Qıpçaq qrupu dillərdə yönlük göstəricisi -ka, -ke əvəzinə oğuz
qrupu dllərdə -a, -ə şəkilçisinin formalaşması: evke – evə, kırqızka –
qırğıza, atqa – ata, bizqe – bizə…;
15) Çıxışlıq halda açıq saitliliyin üstün mövqeyi: sizdin – sizdən,
Tyanşandın – Tyanşandan, yerdin – yerden…;
16) Birinci şəxsin təki və cəmində qıpçaq dillərində əsasən tam, oğuz
dillərində yarımçıq formadan istifadə: bilirmen – bilirəm, yazarnuz –
yazamız (yazarıq, yazares), vererbiz – bereriz, barğayman – vararam
(gələrəm) …;
17) Digər türk dillərində məsdər göstəricisi kimi -ay, -ey; -ad, -ğay, -
ğalı/-qeli formalarından, oğuz qrupu dillərdə -mak//-maq; -mek//-mək-dən
istifadə edilir: karay – qaralmaq, sarğay – saralmaq, kutad – xoşbəxt olmaq,
uluğay – ululaşmak, kutqar – kurtarmak, içqeli – içmək, alğalı – almak və s.
11
Bu gün təxmini olaraq «Oğuz-səlcuq qrupu» adlandırıla bilən türk dil-
ləri qrupu 4 qohum dildən – Azərbaycan, türk (Osmanlı), türkmən və qa-
qauz dillərindən ibarətdir. Bu dillər eyni bir qrupda və ya yarımqrupda
birləşməsinə baxmayaraq, formalşdıqları dövr ərzində müxtəlif siyasi-iqti-
sadi və coğrafi səbəblərdən özünəməxsus xüsusiyyətlər qazanaraq dil fərqi
səviyyəsində olmasa da, kifayət qədər fonetik, leksik və qrammatik özəl-
liklərə sahib olmuşdur. Ona görə də son dövrlərdə oğuz qrupuna daxil olan
dilləri bir-birindən fərqləndirən bəzi cəhətləri əsas tutaraq onları da
təsnifləndirmək təşəbbüsləri ortaya çıxmışdır
1
.
Müasir türk ədəbi dili də digər oğuz qrupu türk dillərində, o cümlədən
Azərbaycan ədəbi dilində olmayan bəzi özəl cəhətlərə malikdir. Bunlara
aşağıdakıları aid etmək olar:
1. Azərbaycan dilində işlənən və osmanlıcada mövcud olmuş x və ə
səsləri türk ədəbi dilində yoxdur. Bu səslər müvafiq olaraq h, k, və e, a
səsləri ilə əvəz olunur: Xorasan – Horasan, çıxdı – çıktı, Əziz – Eziz, xəstə
– hasta…;
2. Türkcədə m əvəzinə sözönü mövqedə daha çox b işlənir: mənə –
bana, minlərlə – binlerle…;
3. Sözönündə və sonda q daha çox qalın və k və h səsi ilə əvəzlənir:
qara – kara, qol – kol, yataq – yatak, baxmaq – bahmak…;
4. Sözdə qoşa samitlərin mövqeyi çox zəifdir: saqqal – sakal, doqquz –
dokuz, səkkiz – sekiz, ümumiyyətlə – ümumiyetle…;
5. Dar samitlər üstün mövqedədir: el – il, heç – hiç, getdi – gitti,
verərəm – verərim, görərsən – görersin…;
6. Qalınlaşma hadisəsi geniş yayılmışdır: xəyal – hayal, sənət – sanat,
isitmə – ısıtma, hələ – hala…;
7. Söz əvvəlində ı saiti işlənə bilir: işıq – ışık, ilıq – ılık, isbat etmək –
ısbat etmek…;
8. Söz əvvəlində y səsi üstün mövqelidir: ürək – yürek, ulduz – yıldız,
ilxı – yılkı, igid – yigit, il – yıl…;
9. D-t əvəzlənməsi norma səviyyəsindədir: dadlı – tatlı, duzlu – tuzlu,
dürlü – türlü, dartışma – tartışma, yoxdur – yoktur
10. Y-v, g əvəzlənməsi geniş yayılıb: toyuq – tavuk, soyuq – sovuk,
döyüş – dögüş, ətəyi – ətəgi…;
11. Leksik fərqlər də kifayət qədərdir: yaxşı – iyi, neçə – kaç, harada –
nerede, şəkilçi – ek, bağlı – ilgili, pişik – kedi, pis – kötü, bucaq – köşe,
yarım – buçuk, gözləmək-beklemek və s.
1
Bilgehan A. Gökdağ, Salmas ağzı, Ankara, Kara M nəşri, 2007, s.30-34.
12
Müasir türkmən ədəbi dili Emud dialekti əsasında formalaşmış və digər
dialekt ünsürləri də burada yer almışdır. Bu dildə olan bir çox leksik-fo-
netik özəlliklərə digər oğuz qrupu türk dillərində rast gəlinmir. Məsələn,
«mürəkkəb-verbal» adlanan fel növünə yalnız türkmən dilində rast gəlinir:
yazılıp dursa, kəyinip oturyar, qezip yörmek, gidip otur və s.
Türkmən dilinə məxsus fərdi xüsusiyyətlərə aşağıdakıları aid etmək
olar:
1) Digər oğuz qrupu türk dillərində mövcud olan c, ğ, g, h səslərinə
türkmən ədəbi dilində rast gəlinmir.
2) Bu dilin yazısında iki n (ŋ), iki j (j) hərfi vardır.
3) Bu dildə c-j, f-p, g-q, h-x əvəzlənməsi geniş yayılmışdır: düşüncə –
düşünje, fikir – pikir, gəlmək – qelmek, heyran – xayran.
4) Türk dilində olduğu kimi, saitlərin qalınlaşması geniş yayılıb: hadisə
– xadısa, əsr – asır, elm – ılım, tərəf – tarap, qəbul – kabul.
5) İlkin uzanma mövcuddur: daş – daaş, deyil – dəəl.
6) Olmaz əvəzinə bolmaz, ilə əvəzinə bilə işlənir.
7) V-b əvəzlənməsi kifayət qədərdir: versə – bersə, vardı – bardı.
8) -mış
4
feli sifət şəkilçisi əvəzinə çox vaxt -dık
4
forması işlənir:
paydalanılmadık xadısa, bolmadık söz, bilmedikiş.
9) -rak//-rək və -ıp//-ıb feli bağlama şəkilçiləri birgə işlənə bilir:
alıprak, qeliprək.
10) İndiki zaman göstəricisi -yar, -yər şəkillidir: alyar, qelyər.
11) Türkmən dilində rus sözləri daha çoxdur: teoretika, stil, affiks,
kontrolluk, çlenlər və s.
12) Bu dildə digər dillərdə olmayan xeyli söz var: çenli (o qədər), çeper
edebiyat (bədii ədəbiyyat), nəxili (necə), osüş (inkişaf), əxli (müxtəlif),
qaramak (baxmaq), köp (çox) və s.
Qaqauz ədəbi dili hələ tam formalaşmayıb, ona görə ki qaqauzlar 1957-
ci ildən yazı dilinə sahibdirlər. 1996-cı ildən latın qrafikalı əlifbaya
keçiblər. Azərbaycan əlifbasından fərqli olaraq qaqauz əlifbasında q, ğ, h
hərfləri yoxdur, iki cür e (g) və t (ü) hərfləri var. Azərbaycancadakı kimi
türkcədən fərqli olaraq h əvəzinə söz başında x daha aktivdir: xanım, xasta,
xalva və s. İlkin və son uzanma geniş yayılmışdır: ara – aara, ard – aard, ac
– aac, yarın – yaarın, zor – zoor, oxumaq – oxuma:, getmək – getmə: və s.
Çox geniş dialekt bölgüsünə baxmayaraq, qaqauz ədəbi dili əsasən
mərkəzi (Çadırlunq, Komrat) və cənub (Vulkaneşt) dialektləri əsasında
formalaşmışdır. Komrat dialekti Azərbaycan ədəbi dilinə daha yaxındır.
Dissertasiyanın ikinci fəslinin birinci paraqrafı «Hal kateqoriyasının
morfoloji əlamətləri» adlanır. Türk dillərində hal kateqoriyası ən əsas və
13
ilkin qrammatik kateqoriyalardan biridir. Q.F.Blaqova türk dillərində hal-
lanmanın 3 əsas növü olduğunu qeyd edir: 1) heç bir şəkilçi qəbul etməmiş,
sadə, yəni «təmiz» ismin hallanması; 2) əvəzliklərin hallanması; 3)
mənsubiyyət şəkilçili, yəni posessiv ismin hallanması
1
. Türkmən dilində
hal kateqoriyasından bəhs edən A.P.Potseluyevski bu dildə ismin hallarını
tarixən iki qrupa bölməyin mümkün olduğunu söyləyir: a) rudimentar
hallar; b) aktiv hallar
2
.
Müşahidələr göstərir ki, dilin qrammatik quruluşu sabitləşdikcə hal
sistemi də təkmilləşmiş, hal şəkilçilərinin ayrı-ayrı hallara təhkim olunma
prosesi möhkəmlənmişdir. Hal şəkilçiləri, adətən, sözdüzəldici, kəmiyyət
və mənsubiyyət şəkilçilərindən sonra işlənir. Hal şəkiçilərinin mənşəcə
mənsubiyyət şəkilçiləri ilə qohumluğu diqqəti çəkir.
Dostları ilə paylaş: |