Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə24/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   20   21   22   23   24   25   26   27   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
27 
vabı müəllifin daxili dialoqu kimi də dəyərləndirə bilərik. 
Dialoq danışığını obrazların xarakterinə və şüur səviyyəsi-
nə uyğun tərtib edildiyinin də şahidi oluruq: «Elə son cüm-
ləni  bitirər-bitirməz  (yuxarıdakı  «mən  özüm  bu  tərəddüd-
lərimin  cavabını  araya-araya  qalmışam»  cümləsini  deyi-
rəm) məni qəfildən yuxu apardı. Başım özümdən xəbərsiz 
yazı masasına əyildi və yəqin ki, bu elə belə də olur – mən 
öz  halımı  kənardan  seyr  etməyə  başladım.  Bu  çox  qısa 
vaxt ərzində baş verdi. Yuxuda bir adam gördüm. Bu ada-
mın qiyafəti də, üzü - gözü də, boyu - buxunu da yuxudan 
ayıldığım  andaca  uçub  yadımdan  çıxıb  getdi.  Yadımda 
başqa şey qaldı: onunla mənim aramda baş vermiş bu qısa 
mühakimə: 
- Nə üçün bunu etdin? – O, adam soruşdu. 
- Bilmirəm, – mən cavab verdim». 
Ardıcıllığı  qorunmayan  mətnlərin  silsiləsi  olan  hiper-
tekstə  postmodernizmdə  tez-tez  rast  gəlinir.  Postmoder-
nizmdə bütün reallıq mətn, təhkiyə kimi qəbul edilir. Qeyd 
etməliyik ki, «dünya mətn kimi» ifadəsi postmodernizmin 
ən  məşhur  tezislərindən  biridir.  Hipertekst  anlayışı  ötən 
əsrin  60-cı  illərində  T. Nelson  tərəfindən  formalaşmışdır. 
Hipertekstin əsas xarakterik cəhəti oxucu mövqeyinin göz-
lənilməz qarışıqlığının imkanı sayəsində təhkiyə mətni şa-
xələnir, oxucuya müxtəlif alqoritmləri (müxtəlif ardıcıllıq) 
seçməklə  mətnin  hissələri  ilə  tanış  olmağa  imkan  verir. 
«Hipertekst»də  (hipermətn)  informasiya  modeli,  insan 
beynində fikirlərin ardıcıllığa uymadan, sərbəst axınla, biri 
digərini  doğuraraq,  ortaya  çıxmasına  əsaslanaraq  mətnin 
başqa hissəsinə qısa yolla keçid qoyulmuş istənilən roma-
nı, lüğəti, veb - saytı başa düşürük. Hipertekstin üstün cə-
hətlərindən  biri  də,  mətni  oxucuya  daha  dərindən  çatdır-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin