S S a a l l i i d d ə ə Ş Ş ə ə r r i i f f o o v v a a
62
Azərbaycan postmodern romanında süjet və süjet xətləri
Süjet bir anlayış kimi ta qədimdən ədəbiyyatşünaslığın
diqqətini cəlb etmiş və bu anlayışa ilkin olaraq Platоnun
və Aristоtelin əsərlərində rast gəlirik. Aristotelə görə süjet
«istədiyi yerdə başlanmamalı, istədiyi yerdə bitməməlidir»
və süjetin «başlanğıcı, ortası və sonu olmalıdır».
Əsərdə yazıçının həyatdan götürdüyü hadisələri, müşa-
hidə etdikləri faktları qruplaşdırması, sistemə salması və
onları dinamik inkişafda təsvir etməsi əsərin süjetini təşkil
edir. Süjet əsasən həyat materialı və surətlərdən təşkil edi-
lir. Bir-biri ilə bağlı olan bu və ya başqa əhvalatı bədii
əsərdə ardıcıl surətdə müəyyən xətt üzrə inkişaf etdirir.
Süjet əsərdə təsvir olunan mahiyyət və hadisənin özüdür.
A. Tamarçenkoya görə süjet roman janrında sərbəst, çevik,
dəyişkən forma hesab edilir. Bu forma, yəni süjet müəllif-
dən zamanla ayaqlaşmağı tələb edir. Tarixi prosesdə cə-
miyyətdə baş verən tarixi hadisələr süjet qurmaqda yeni
formalar və təsvir quruluşu doğurduğunu vurğulayan
A. Tamarçenko
32
bunu dövrü üçün tipik hadisə hesab edir.
L. Timоfeyev süjeti bilavasitə hadisə və ya hadisələr siste-
mi kimi dəyərləndirir, sənətkarın həyat şəraitinin tələbi ilə
təsvir etdiyi xarakterlərin əməlləri ilə açılmasını süjet kimi
qiymətləndirir
33
.
32
Тамарченко А. Поиски современного сюжета. Сб. «Советская
литература», М.-Л., 1961. С. 242;
33
Тимофеев Л.И. Основы теории литературы. М., 1971.С. 164.