Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə89/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   85   86   87   88   89   90   91   92   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
91 
sanı  yaradılışın  əşrəfi  sayır.  Beşgüşəli  ulduzun  aşağıdakı 
iki ayağı su və torpağı, insan qolu kimi yanlara açılan iki 
güşə  od  və  havanı,  baş  isə  Yaradanı  özündə  gizlədir.  Bu 
beşlik  tamdır.  Fikir  verirsən,  Tanrı  başdır,  birincidir,  tək-
dir, idarə edəndir». 
Azərbaycan  postmodern  romanda  simvolik  obrazlar 
arasında  kollektiv  obrazlar  xüsusi  yer  tutur.  Bu  obrazlar 
vasitəsilə vaxt və məkan ilə məhdudlaşmayan kollektiv id-
rak və kollektiv iradəyə malik subyekt açıqlanır. 
S. Rüstəmxanlının tarixi və mənəvi dəyərlər kəsb edən 
«Göy Tanrı» romanında kollektiv bəy obrazları (Toboxan 
oğlu Duman bəy, Tarduş oğlu Tengiz xan, Bögüxan oğlu 
Ənik  bəy  və  sair)  obrazı  maraq  kəsb  edir.  Bir-biriləri  ilə 
şəxsi  mənafeləri  üçün  inciyən  bəylər,  ümumi  mənafe  uğ-
runda birləşirlər. Düşmən casuslarının fəaliyyətləri bu bəy-
lərin qarşılarına qoyduqları amalları həyata keçirmək məq-
sədlərindən  döndərə  bilmir.  Romanda  qəhrəmanların 
mənəvi  üstünlükləri  kollektiv,  birlik  şəklində  incəliklə 
açıqlanır. 
Ş. Sadiqin  «OdƏrlər»  romanında  kollektiv  obrazların 
təsvirində  qabarıq  şəkildə  bir  daha  təsdiqini  tapır.  Müasir 
nəslin  keçmişin  davamçıları  devizi  ilə  çıxış  edən  müəllif 
bu bağlılığı yaşlı və gənc nəsillərin fəaliyyətlərində müəl-
lif interpretasiyası ilə əks etdirir. Romanda xalqın tarixini, 
cəmiyyətin  formalaşmasındakı  və  inkişafındakı  rolunu, 
Qarabağ hadisələri və dövlətin əsl sahibləri tərəfindən bir-
birindən  xəbərsiz  beş  qəhrəmanın  (gizir  Alıyev  Elçin,  ka-
pitan  Altay  Cavadov,  gizir  Arslan  Sultanbəyli,  əsgər  Ər-
toğrul  (Məhəmməd)  Hüseynov,  əsgər  Ayxan  İsmayılov) 
vətənpərvərlik mübarizəsini bədii dillə əks etdirir. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin