Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə2/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   2   3   4   5   6   7   8   9   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 

bir mənəvi haldır, sənət iradəsilə (Nitşenin ifadəsilə desək, 
«kunstwollen») işə bir yanaşmadır. Bu mənada hər dövrün 
öz xüsusi manyerizmi olduğu kimi, hər dövrün öz postmo-
dernizmi də var» 
1
. U. Eko qeyd etmişdir ki, postmoder-
nizm təsbit olunmuş xronoloji hadisə deyildir, hansısa bir 
mənəvi durumdur. 
Postmodernizm termin kimi leksik baxımından «mo-
dernizmdən sonrakı» mənasını verir. Lakin modernizmin 
və postmodernizmin arasındakı əlaqələri sadələşmiş ardı-
cıllıq şəklində qəbul edilməsi düzgün deyil. Tədqiqatçılar 
modernizmi və postmodernizmi müqayisə etdikdə müxtə-
lif nəticələrə gəlmişlər. Duqlas Kellner və Stiven Best 
«post» ön şəkilçisinin anlamı modernizmi keçən, anti mo-
dern, Vattimo müsbət mənada modernizmdən qopma, ay-
rılma, azadolma, Fuko yeniliyin ifadəsi, Arnold Toynbi 
geriləməkHabermas modernizmdən azadolma, Matei mo-
dernliyin yeni üzü, İqlton modernizmə qarşı olan təpkilərin 
cəmi, Oktavia Paz modern daha modern görünüşü kimi də-
yərləndirmişlər. 
Əgər 1950-ci illərdə Charles Olsan postmodernizmi moder-
nizmə qarşı cərəyan olmasını vurğulamışdırsa, J.F. - Liotar 
«The Postmodern Explained to Children» kitabında post-
modernizmin modernizm içərisində gizlənərək onun tərkib 
hissəsinə çevrilməsi faktını qeyd etmişdir. X.-F. Liotar 
postmodernizmi modernizmin antitezisi olmadığını və ye-
nilənmədə olan növbəti modernizm kimi qəbul edir. Oxşar 
fikirləri F. Ceymisson və Y. Habermas irəli sürmüşdülər. 
F. Ceymisson postmodernizmin təkbaşına mövcud olmadı-
1
Eco U. Postscript to the Name of the Rose. NY.: Harcourt, 1985, 91 
p. P. 75. 


S
S
a
a

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin