Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə7/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   2   3   4   5   6   7   8   9   10   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
10 
yışının yanlış olması, hər şeyin keçici olması, dünən doğru 
olanın bu gün səhv olması, bu gün doğru olanın isə sabah 
yanlış olacağı, bu səbəbdən insanın həqiqətə çata bilməyə-
cəyi, cəmiyyətdəki dəyərlərin tarixə çevrilməsi kimi iddia-
larına diqqət yetirmək lazımdır. 
Postmodernizmə xas görüşlər və prinsiplər ilk növbədə 
postmodern mədəniyyət, o cümlədən postmodern ədəbiy-
yatda öz əksini tapmışdır. İ. Hassan postmodern əsərin əla-
mətlərini sistemləşdirib. Onlar arasında qeyri-müəyyənlik
səhv buraxmaların kultu, fraqmentarlıq və montaj prinsipi, 
dekanonizasiya, psixoloji və simvolik səthilik, mimesisdən 
imtina, müsbət ironiya, üslub sinkretizmi, teatrallıq, ünsiy-
yət vasitələrinə sahib olmaq, məqsəd – oyun, parçalama, 
metafora əvəzinə metonimiya (assosiativ əlaqələr zənciri-
nin qurulması) və s. qeyd etmişdir. Sadalanan əlamətlər bi-
lavasitə postmodernizm dünyagörüşünə xas olan özəllik-
lərdən irəli gəlir. Məsələn, zamanın, məkanın, tarixin və 
inkişafın fraqmentar və spiral xarakter daşıdığı, «Mən»in 
çoxölçülüyü, ictimai dəyərlərin dəyişkən və nisbi olması, 
insanın varlığın və həqiqətin sonadək öyrənməyə qadir ola 
bilmədiyi və s. 
Məsələn, qeyri-müəyyənlik, səhv buraxmaların kultu, 
fraqmentarlıq və montaj prinsipi, bədii zamanın və məka-
nın fraqmentarlığı Culian Barnsın «Floberin tutuquşusu» 
(Flaubert
'
s Parrot, 1984) romanında öz əksini tapmışdır. 
Romanda Cefri Braytveytin Floberlə münasibətləri barədə 
xəyali söhbətlərindən ibarət olan və Braytveytin cins tutu-
quşu tapmaq üçün apardığı axtarışlar barədə hekayətlər 
maraqlı və yığcamdır. Romanda Floberin həyatından və 
Floberin öz dilindən bioqrafik və tənqidi hadisələr bir at-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin