XVII-XVIII əsrlərdə Azərbaycanda baĢ verən tarixi
hadisələr Ģeirin, sənətin qarĢısında daha yeni və mühüm vəzifələr
qoyur. Ölkənin iki əsrə yaxın bir müddətdə müharibə meydanına
çevrilməsi, xalqın istiqlaliyyət uğrunda apardığı mübarizə
ədəbiyyatda da öz əksini tapır, vətənpərvərlik və qəhrəmanlıq
motivlərinin qüvvətlənməsinə, yeni xalq qəhrəmanlıq dastan-
larının yaranmasına səbəb olur. Eyni zamanda xarici iĢğala qarĢı
Zaqafqaziya xalqlarının birgə mübarizəsi ədəbiyyatda xalqlar
dostluğu motivlərinin geniĢlənməsinə, nisbətən inkiĢaf etməsinə
səbəb olur. Bu əsərlərdə də keçmiĢdə olduğu kimi məhəbbət
mövzusu ədəbiyyatda yer tutur, azadlıq hissləri ilə əlaqədar olaraq
tərənnüm edilir. Eyni zamanda XVII-XVIII əsrlərdə Azərbaycan
ədəbi dili yad təsirlərdən daha çox təmizlənir, Ģifahi xalq
ədəbiyyatı və canlı danıĢıq dili hesabına zənginləĢir. Xalq
ədəbiyyatının müsbət təsiri nəticəsində ədəbiyyatda realizm
ünsürləri qüvvətlənir. Xüsusilə XVIII əsrdə gedən daxili
vuruĢmalar, üsyanlar və xarici iĢğala qarĢı mübarizə ədəbiyyatda
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
95
yeni bir Ģəkildə öz ifadəsini tapır. Hadisələri olduğu kimi əks
etdirmək meyli güclənir ki, bu da tarixi mənzumələrdə və realist
Ģeirdə öz ifadəsini tapır. Beləliklə, bu iki əsr Azərbaycan
ədəbiyyatı tarixinə yeni bir mərhələ kimi daxil olur.
ġah Abbasın Azərbaycanı istila etdiyi, ölkəyə divan tutduğu
illərdə alim, Ģair və sənət adamlarının vəziyyəti çox ağırlaĢır.
Böyük sürgün illərində belə görkəmli Ģəxsiyyətlərin çoxu Ġsfahana
köçürülür. ġah Abbasın apardığı siyasətdən narazı qalan Ģair və
alimlərin müəyyən hissəsi öldürülür, imkan tapanlar isə Hindista-
na qaçmağa məcbur olurlar. «DaniĢməndani-Azərbaycan» təzkirə-
sində Təbrizdən Ġsfahana köçürülən, qaçıb Hindistanda yaĢamağa
baĢlayan bir çox Ģairlər haqqında qısa məlumatlar verilmiĢdir. Mə-
sələn, ġakir Məhəmmədqulubəy, Vahid Molla Rəcəbəli, Nadir
Kəbləli, Zahid, Hali, HəĢri Təbrizi, Arif, Abdulla Əfəndi, Ġbrahim
Ordubadi, Mirzə Sadiq Ordubadi və b. Tərbiyət bu Ģairlər haqqın-
da məlumatı əsasən Mirzə Tahir Nəsrəbadinin təzkirəsindən, Tağı
KaĢaninin «Xülasətül-əĢar» və XoĢgunun «Səfinə» əsərindən və
Səməi Ġsfahaninin təzkirəsindən almıĢdır.
Tərbiyət Ġbrahim Ordubadi haqqında yazırdı: «Ömrünün
ortalarında o, ġahcahan padĢahın (h.q. 1037-1067/1627-1657) baĢ
vəziri olan Nəvvab Cəfərxanın oğlanlarının müəllimi olmuĢdur.
Ġbrahim Ordubadi burada böyük sərvət toplamıĢ, ancaq topladığı
sərvəti tezliklə puça çıxarıb yoxsul paltarında Ġsfahan Ģəhərində
vəfat etmiĢdir» [88. 165].
Müəllif Ģairin üç rübaisi ilə təzkirəsini bəzəmiĢdir. Bu
rübailərdən biri isə Ģairin vətən həsrətini ifadə edir.
Hindistan becərmiĢ olsa da məni Ģəkərlə, südilə,
Çıxarmı könüldən haq, mənə öz məhəbbətilə.
UĢaq mehriban dayədən belə süd əmmiĢ olsa da,
Yayındıra bilməz dayə anasından öz südüylə [88. 166].
Təzkirədə XVII əsrin Ģairlərindən olan Saib Təbrizinin
həyat və yaradıcılığına geniĢ yer verilmiĢdir. M.Tərbiyət, bundan
əlavə, «RiĢaləyi-qərni-hədiəĢər» əsərində, eləcə də, Təbrizdə çıxan
Könül Nəhmətova
96
«Gəncineyi-maarif» məcmuəsində çap etdirdiyi məqalədə də Saib
Təbrizinin tərcümeyi-halı və yaradıcılığından geniĢ bəhs etmiĢdir.
O, bu əsərlərində ondan əvvəl yazılmıĢ ayrı-ayrı təzkirə və məxəz-
lərin Saib haqqındakı məlumatlarını əsasən əhatə etmiĢdir. Müəllif
təzkirədə məqalənin sonunda Saibin tərcümeyi-halını və Ģeirlərini
öyrənmək istəyənlər üçün 25 mənbə göstərmiĢdir [88. 289].
M.Tərbiyət Vəliqulubəy Samlıya istinad edərək Saibin Təb-
rizdə doğulduğunu və II ġah Abbasın əmrilə Ġsfahanın Abbasabad
məhəlləsinə köçürüldüyünü yazmıĢdır və fikrini təsdiq etmək
üçün Ģairin qəzəlindən misal da gətirmiĢdir. Tərbiyət Saibin bioq-
rafiyası və əsərləri haqqında bəhs etməklə yanaĢı müxtəlif ədəbiy-
yatĢünasların Ģair haqqındakı mülahizələrindən və verdikləri yük-
sək qiymətlərdən nümunələr gətirir və özü də Saib yaradıcılığını
yüksək qiymətləndirərək yazırdı: «Saibin bütün Ģeirləri özlüyündə
seçilmiĢdir, buna baxmayaraq, təzkirə, bəyaz və cüng yazanların
hər biri öz zövqünə müvafiq onun külliyatından seçib yazmıĢlar»
[88. 286].
Saib Təbrizi yaradıcılığının tədqiqatçılarından biri olan Ba-
laĢ Azəroğlu «DaniĢməndani-Azərbaycan» təzkirəsindəki məqalə-
nin mühüm cəhətləri haqqında yazır: «M.Tərbiyətin yazılarında da
Azərbaycanın bu mütəfəkkir Ģairinin yaradıcılığına yüksək qiymət
verildiyini görürük. Alim tədqiqatlarında Ģairin tərcümeyi-halının
bir sıra mühüm cəhətlərini qələmə alır. Eləcə də biz onun Saib
haqqındakı qeydlərindən Ģairin lirik parçalarından əlavə «Qəndə-
hərnamə» poeması və «Mahmud və Ayaz» adlı digər bir əsəri
olduğunu öyrənirik. ġairin ana dilində olan Ģeirləri, habelə nəsr
əsərləri barədə ilk məlumatı da biz M.Tərbiyətdən alırıq» [8. 164].
M.Tərbiyət Saibin aĢağıdakı türkcə qəzəlini bütövlükdə öz
təzkirəsinə daxil etmiĢdir:
Nə ehtiyac ki, saqi verə Ģərab sənə
Ki, öz piyaləsini verdi aftab sənə.
ġərabi-ləl üçün tökmə abru zinhar
Ki, dəmbədəm ləbi-ləlin verir Ģərab sənə.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
97
Əgər vuram daĢa peymanmi köçür məndən,
ġərabdan necə göz diksə hər hübab sənə.
Qurutma tərli uzarın içində badeyi-nab,
Ki, gül kimi yaraĢır çöhreyi-pürab sənə.
Bu atəĢin üz ilən kim tutar ətəgin sənin,
Həlal eylər qanını ta yetər kəbab sənə.
ġərabdan nə əcəb olmusan, əgər sərxoĢ,
Bu duzlu ləblər ilən neyləsin Ģərab sənə.
Dedim çıxara səni xət hicabdan, qafil,
Ki, xət qübarı olur pərdeyi-hicab sənə.
Sənin səhifəyi-hüsnün kəlami-Saibdir,
Ki, daği-eyb olur xal intixab sənə [88. 287-287].
XVII əsrin görkəmli Ģairlərindən olan Qövsi Təbrizinin
bədii irsindən elm aləminə divanının əsasən iki nüsxəsi məlumdur.
Bu nüsxələrdən biri Ġngiltərədə Britaniya muzeyində, digəri isə
Gürcüstan Dövlət Muzeyində saxlanılır. Birinci nüsxənin əvvəli
və sonu naqisdir, ikincisi isə tam Ģəkildədir. Bunlardan baĢqa
Qövsi Təbrizinin hələlik əldə edilməmiĢ divanlarının nüsxələri də
olmuĢdur. Həmin nüsxələrdən biri F.Köçərlidə, digəri isə
M.Tərbiyətdə imiĢ. Hər iki görkəmli tədqiqatçı xüsusi kitab-
xanalarında saxladıqları nüsxələr əsasında Ģair haqqında qiymətli
fikirlər söyləmiĢlər [78. 24].
M.Tərbiyətin Qövsi haqqındakı bilgiləri müxtəlif təzkirələr-
də verilən məlumatların məcmusudur. «Töhfeyi-Sami» təzkirəsin-
də deyilir: «Qövsi Təbrizinin təxəllüsündən onun iĢi də məlum
olur. O, avam adam olmuĢ və bəzən də Ģeir qoĢurmuĢ. Lakin çox
vaxt qafiyədə səhv edərdi [2. 70]. M.Seyidov Sam Mirzənin bu
qeydinə münasibətini bildirərək yazırdı: «Yeri gəlmiĢkən qeyd et-
mək lazımdır ki, əlimizdə olan divanın hər iki nüsxəsindəki Ģeirlər
bədii cəhətdən kamil əsərlərdir. ġairin Ģeirlərindən «qələt qafiyə»
tapmaq çətindir. Buradan görünür ki, Sam Mirzənin təqdim etdiyi
Qövsi elm aləminə məlum olan divanın müəllifi Qövsi deyildir»
[78. 24].
Könül Nəhmətova
98
M.Tərbiyət təzkirədə DərviĢ Hüseynin «Rövzətül-cinan»
əsərinə istinad edərək Ġsmayıl Qövsi və atası Əlican Qövsi
haqqında məlumat verir. Həmid Araslı M.Tərbiyətin təzkirədəki
qeydlərinə əsaslanaraq Ģairin Ģəxsiyyəti haqqındakı fikirləri
ümumiləĢdirməklə yanaĢı ehtimal etmiĢdir ki, Qövsi təxəllüsü ilə
yazan üç Ģair olmuĢdur. Ata, oğul və nəvə, hər üçünün də
təxəllüsü Qövsidir» [10. 155]. Görkəmli alim Mirəli Seyidov da
M.Tərbiyətin təzkirədəki Qövsi bəhsini elm üçün əhəmiyyətli
hesab edərək yazır: «Bu dəlil doğrudan da, çox qiymətlidir. Çünki
istər S.Mümtaz, istərsə də H.Araslının dediyi kimi, divanı bizə
qədər gəlib çatan Qövsi sonsuz olmuĢdur» [78. 29].
M.Tərbiyət Molla Pənah Vaqif və Molla Vəli Vidadi də
daxil olmaqla XVIII əsrin görkəmli Ģairləri haqqında məlumat
verməmiĢdir. Burada doğan sualın cavabını isə Həmid Araslının
«XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi»ndən alırıq:
«XVII-XVIII əsrlərin yazıçıları haqqında ilk mülahizələr elə
həmin əsrlərdə yaĢamıĢ təzkirəçilər tərəfindən irəli sürülmüĢdür.
Lakin bu təzkirəçilər bütün yazıçılar haqqında deyil, əsasən, fars
dilində yazan müasirləri haqqında danıĢmıĢ, Azərbaycan dilində
gözəl əsərlər yaratmıĢ Ģairlər haqqında, demək olar ki, bir kəlmə
də yazmamıĢlar. Əhməd Razi, Lütfəli bəy Azər, Mirzə Tahir
Nəsrabadi və baĢqa təzkirəçilər yalnız fars dilində əsərləri olan
tək-tək Azərbaycan Ģairləri haqqında bir-iki cümlədən ibarət
məlumat vermiĢ və əsərlərindən nümunələr göstərmiĢlər. XIX-XX
əsrlərdə də təzkirə yazan Azərbaycan müəllifləri də orta əsr
təzkirəçilərindən o qədər də irəli gedə bilməmiĢ, qədim
təzkirəçilərə az-çox əlavələr etsələr də əsas yazıçıları əhatə edə
bilməmiĢlər» [10. 5].
Həmid Araslı Məhəmmədəli Tərbiyətin də bu dövrü əhatə
edə bilməməsi səbəbini aydınlaĢdırmaq üçün yazırdı: «Məhəm-
mədəli Tərbiyət əsəri demək olar ki, XVII-XVIII əsrlərdə yaĢamıĢ
təzkirəçilərin və ayrı-ayrı salnaməçilərin öz müasirləri haqqında
verdikləri məlumata əsasən əhatə etmiĢdir. O, xüsusilə, fars dilin-
də yazan azərbaycanlı Ģairlər haqqında geniĢ ədəbiyyat toplaya
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
99
bilmiĢdir. Ancaq o, yalnız Ģairlər haqqında deyil, alim, xəttat və
musiqiĢünaslar haqqında da müəyyən məlumat verir. Lakin
Tərbiyətin əsəri əsasən fars məxəzləri üzərində qurulduğundan
ġimali Azərbaycanda yaĢayıb-yaratmıĢ Ģairlərin mühüm hissəsini,
xüsusən xalq ədəbiyyatı təsirində yazan yazıçıları əhatə edə
bilmir. O cənubda yaĢayan ən kiçik qəzəl Ģairi haqqında məlumat
verdiyi halda, Vaqif, Vidadi kimi böyük sənətkarların adını belə
çəkməmiĢdir» [10. 7]. Göründüyü kimi, Həmid Araslı bu məsələ
ətrafında öz mülahizələrini ümumi sözlərlə ifadə etməklə
kifayətlənmiĢdir.
«DaniĢməndani-Azərbaycan» əsəri ilə yaxından tanıĢlıq
göstərir ki, Tərbiyətin «Təzkireyi-Nəvvab», «Riyazül-aĢiqin»
təzkirələrindən xəbəri olmuĢdur. Lakin nədənsə Molla Pənah
Vaqif, Molla Vəli Vidadi və digər bir sıra XVIII əsr Ģairləri
haqqında məlumat verən bu təzkirələrə müraciət etməmiĢdir.
Ancaq ilk baxıĢda görünür ki, Tərbiyət F.Köçərlinin «Azərbaycan
ədəbiyyatı tarixi materialları» əsərindən istifadə etmiĢdir. Əgər be-
lədirsə, bəs necə olmuĢdur ki, alim Vaqifi və Vidadini nəzərdən
qaçırmıĢdır. Vaqif və Vidadinin Ģeirlərinin xalq Ģeiri üslubunda
olması buna səbəb ola bilməzdi. Çünki Tərbiyət Qasım bəy Zaki-
rin tərcümeyi-halından qısa da olsa, bəhs etmiĢdir. Burada yalnız
bir səbəb ola bilərdi ki, Tərbiyət Köçərlinin əsəri ilə yaxından ta-
nıĢ deyildi. Həqiqətən də, «DaniĢməndani-Azərbaycan» təzkirəsi-
nə diqqətlə nəzər saldıqda görürük ki, burada Köçərlinin «Azər-
baycan ədəbiyyatı tarixi materialları»nın yalnız üçüncü cildindən
götürülmüĢ bir sıra qısa qeydlər vardır. O da bu cilddə yer almıĢ
bir neçə Ģairin ancaq adının təzkirədə çəkilməsidir.
Həmid Araslı «DaniĢməndani-Azərbaycan» təzkirəsinin bu
kimi bir sıra qüsurlarına baxmayaraq orta əsrlər ədəbiyyatı tarixini
öyrənmək baxımından əhəmiyyətli bir əsər hesab edərək yazırdı:
«Ancaq bu əsər bütün Ġran və Hindistan təzkirəçilərinin Azərbay-
can Ģairləri haqqında verdikləri məlumatı, əsasən əhatə edə bildiyi,
eyni zamanda Azərbaycan ədəbiyyatının keçmiĢ nümayəndələrini
yaxĢı tanıyan və müxtəlif kitabxanalarda tədqiqat aparmıĢ olan
Könül Nəhmətova
100
Tərbiyətin zəngin biliyini əks etdirə bildiyi üçün çox qiymətlidir»
[10. 7].
Göründüyü kimi, bu təzkirə, bəzi Ģairlərin adlarının istisna
olması ilə, orta əsrlər Azərbaycan ədəbiyyatını bütövlükdə öyrən-
diyi və geniĢ məlumat verdiyi üçün elmi əhəmiyyətə malikdir.
2.4. Yeni dövr Azərbaycan ədəbiyyatı və ədəbiyyat tarix-
çiliyi məsələləri
XIX əsrdə Azərbaycan ədəbiyyatı ölkənin iqtisadi-siyasi və
mədəni həyatında baĢ vermiĢ ciddi dəyiĢikliklər nəticəsində yeni
inkiĢaf mərhələsinə daxil oldu. XIX əsr Azərbaycan mədəniyyəti
milli-klassik mədəniyyətin bünövrəsi üzərində yüksəlirdi. Yeni
mədəniyyətin yaradıcıları olan alimlər, mütəfəkkirlər, yazıçılar,
rəssamlar, memarlar, musiqiĢünaslar və baĢqaları öz əsərlərini
yaradarkən Azərbaycan xalqının əsrlərdən bəri yaratmıĢ olduğu
zəngin mədəni irsdən bacarıqla istifadə edirdilər. Azərbaycan
mədəniyyətinin inkiĢafında ümumən klassik ġərq mədəniyyətinin
təsiri olduğu kimi, rus və Avropa mədəniyyətinin də rolu vardır.
Buna görə də XIX əsrin birinci yarısından etibarən Azərbaycan
elmində, mədəniyyətinin inkiĢafında müasirlik meylləri aparıcı rol
oynayırdı. Azərbaycan alimləri tədriclə sxolastika təsirlərindən
uzaqlaĢaraq coğrafiya, ölkəĢünaslıq, astronomiya, məntiq, psixo-
logiya, dilĢünaslıq, tarix və s. elmlər sahəsində az-çox müasir
məzmunda yeni əsərlər yaradırdılar. Elmdə dəqiqlik prinsipləri
get-gedə dərinləĢirdi.
XIX əsrin birinci yarısında elm və incəsənətdə olduğu kimi,
bədii ədəbiyyat sahəsində də bir canlanma var idi. Bir tərəfdən
Füzuli ənənələri davam etdirilir, saysız-hesabsız qəzəl Ģairləri
yetiĢir, o biri tərəfdən də çoxlu el aĢıqları və el Ģairləri yetiĢir, aĢıq
Ģeirinin müxtəlif yeni növləri yaranırdı. Yazılı ədəbiyyatda sadə
xalq üslubu qüvvətli idi. Vaqif Ģerinin, Zakir, Salik və Nəbati kimi
davamçıları yaĢayıb yaradırdılar. Ədəbiyyat xalq həyatı ilə getdik-
cə daha sıx bağlanır, onun mövzu dairəsi geniĢlənir, müasirləĢirdi;
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
101
əsərlərdə yeni motivlər, xalq kütlələri içərisindən alınmıĢ yeni
insan surətləri özünü göstərir, kəskin tənqid silahı olan satira
güclənir, tənqidi realizmin və yeni bədii janrların da bünövrəsi
qoyulurdu. Feodalizmin çürümə prosesinin Ģiddətlənməsilə
əlaqədar olaraq Azərbaycanda maarifçi ədəbiyyat təĢəkkülə
baĢlamıĢdı. Satira və yumor inkiĢaf edərək, XIX əsr ədəbiyyatının
əsas tənqid üsuluna çevrilirdi.
XIX əsr Azərbaycan ədəbiyyatı tarixi zəngin, məhsuldar və
eyni zamanda ziddiyyətli bir dövrdür. Ədəbiyyatda hələ köhnə
ədəbi istiqamətlərin qalması və inkiĢafı maarifçi realizmin ədəbi
yaradıcılıq metodu kimi meydana gəlməsi və inkiĢafı
dramaturgiyanın, milli mətbuatın, professional ədəbi tənqid və
estetikanın, bir sıra janr və formaların ilk dəfə meydana çıxması
məhz bu əsrlə bağlıdır.
M.Tərbiyətin ictimai fəaliyyətinə nəzər saldıqda aydın
görünür ki, yaĢadığı dövrün nəbzini dəqiq tuta bilmiĢ, ictimai
həyatın çağdaĢ tələblərini siyasi fəaliyyətində düzgün əks etdirə
bilmiĢdir. Lakin bundan fərqli olaraq Tərbiyət «DaniĢməndani-
Azərbaycan» təzkirəsində XIX əsr və XX əsrin əvvəllərinin ədəbi
mühitini bütün reallığı və geniĢliyi ilə tam iĢıqlandıra bilməmiĢdir.
XIX əsr ədəbiyyatının təzkirədə görünüĢünə nəzər saldıqda
«Azərbaycan» məfhumuna iki cəbhədən yanaĢmağa məcburuq.
Təzkirədə ġimali Azərbaycanın ən görkəmli simalarından Abbas-
qulu ağa Bakıxanov, Qasım bəy Zakir, Seyid Əzim ġirvani, Mir
Möhsün Nəvvab, Seyid Əbülqasım Nəbati, Məhəmmədağa Müc-
təhidzadə, Mirzə Ələkbər Sabir haqqında qısa məlumatlar alırıq və
bunlar ensiklopedik xarakterlidir. Onların ədəbi mühitə təsiri,
əsərlərinin ideya-bədii xüsusiyyətləri üzərində dayanılmamıĢ,
yaradıcılıqları sənətkarlıq baxımından qiymətləndirilməmiĢdir.
Hətta bir sıra məlumatlarda yanlıĢlığa da yol verilmiĢdir. Məsələn,
Qasım bəy Zakirin yaĢadığı dövr 1784-1857-ci illər əvəzinə 1790-
1854 göstərilmiĢdir. Və yaxud, M.M.Nəvvabın təzkirəsinin yazıl-
ma tarizi 1887-ci il olaraq qeyd olunmuĢ, halbuki müəllif özü təz-
kirəsinin 1892-ci ildə bitdiyini yazmıĢdır.
Könül Nəhmətova
102
Təzkirədə Abbasqulu ağa Bakıxanovun qısa tərcümeyi-halı
və əsərlərinin siyahısı əhatə olunmuĢdur. Müəllif «Qüdsi Abbas-
qulu ağa ibn Mirzə Məhəmmədxan Sani» bəhsini «Gülüstani-
Ġrəm» əsərinə və «Füyuzat» jurnalına əsaslanaraq vermiĢdir [88.
72]. Təzkirəyə ədibin farsca rübaisi də əlavə olunmuĢdur [88. 73].
Təzkirədə XIX əsr ədəbi Ģəxsiyyətlərindən yalnız Mirzə Fə-
təli Axundova geniĢ yer verilmiĢdir. Tərbiyət Axundovun doğum
tarixini qeyd etdikdən sonra yazırdı: «Mirzə Fətəli Axundov hicri
qəməri 1295-ci il səfər ayının 24-də (1878, 27 fevral) Tiflisdə və-
fat etmiĢ və bu Ģəhərdə də dəfn olunmuĢdur. O, öz tərcümeyi-halı-
nı fars dilində yazmıĢ və bu tərcümeyi-hal Tiflisdə çıxan «KəĢ-
kül» jurnalının 1877-ci il 43,44 və 45-ci nömrələrində çap edil-
miĢdir. Müasir yazıçılar Mirzə Fətəlinin tərcümeyi-halını «KəĢ-
kül» jurnalının bu nömrələrinə əsaslanıb yazırdı» [88. 28-29].
M.Tərbiyət ədibin yaradıcılığının dövrün ədəbi-ictimai
proseslərdəki yerini düzgün müəyyənləĢdirərək yazırdı: «Mirzə
Fətəli Axundov həm qədim və həm müasir elmlərə yiyələnmiĢ,
nitq və mübahisədə böyük bacarıq sahibi olmuĢdur. O, müsəlman
xalqlarının vəziyyəti ilə dərindən tanıĢ olmaq və onların geriqalma
səbəblərini öyrənib tədqiq etmək üçün bütün qüvvəsini sərf etmiĢ,
müasir Qərb xalqlarının mədəniyyətini ġərq xalqlarına aĢılamaq,
onların inkiĢafına Ģərait yaratmaq yolunda böyük səy göstərmiĢdir.
Ümumiyyətlə, onun əsərlərinin özəyini bu mövzu təĢkil etmiĢdir.
O, fars, türk və ərəb dillərində yazdığı bütün əsərlərini müsəlman
xalqlarına, onların adət, ənənə, əxlaq, mədəniyyət, ədəbiyyat,
qanun və dövlət rejimlərinin tənqidinə həsr etmiĢdir. Bu əsərlərin
ən məĢhuru onun yeddi hekayəsi - yeddi pyesidir ki, onları hicri
qəməri 1267-1273 (1830-1856)-cı illəri arasında türk dilində
yazmıĢ və hamısı çap edilmiĢdir» [88. 29].
Təzkirədə M.F.Axundovun əlifba islahatı ilə bağlı fəaliyyəti
üzərində xüsusi dayanılmıĢdır. Müəllif fürsətdən istifadə edərək
bu mövzu barəsində ətraflı bəhs etmiĢ, digər əlifba islahatçılarının
da fəaliyyətini iĢıqlandırmıĢdır. Bu bölmədən görünür ki, əlifba
islahatı məsələsi bir maarifçi-demokrat kimi Tərbiyətin də
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
103
diqqətindən kənarda qalmamıĢdır. O, bu sahədə göstərilən bütün
təĢəbbüsləri təqdirəlayiq bir addım kimi alqıĢlamıĢdır.
M.Tərbiyət öz təzkirəsində Axundovun «Təlqinnamə» əsəri
haqqında ilk dəfə məlumat vermiĢdir: «Ərəb dilində «Təlqin-
namə» əsəri də Axundzadənin siyasi əsərlərindəndir. Onu
ömrünün axırında yazmıĢdır. Bu əsər hicri qəməri XIV əsrin
əvvəlində (XX) Təbrizdə litoqrafiya üsulu ilə və daha sonra
Bakıda «ĠrĢad» qəzetinin farsca hissəsində bir çox səhvlərlə çap
edilmiĢdir» [88. 34].
Təzkirədə yuxarıda adları çəkilən ədiblərdən, Ģairlərdən
baĢqa Mirzə Nəsrullaxan Bahar, Tuti Əbülfətxan Qarabaği,
Məcruh Muğani, Sabir Hacı Rza Dibnani və b. Ģair və nasirlər
haqqında da məlumatlar vardır.
XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatı təzkirədə
nisbətən artıq yer tutur: Fani, Əhəri, Topçu, Sərraf Hacı Rza, Sabit
Hacı Məhəmmədəli Təbrizi, Sabit Xoylu, Sabit Ərdəbili, Rəmzi
baba, Raci, Nüsrət Mirzə Nəsrulla Sədrül-Məmalik Ərdəbili,
Nizam ƏfĢar Mirzə Həbib, Mütəlli, Müznib Fətəli ibn Hacı Həsən
Təbrizi, Miskin Ağahüseyn Zünuzi, Məcnun Rzaqulu Mirzə
Marağayi, Məhəmmədbağır və baĢqaları. Təzkirədə Mirzə
Abbasquluxan Xoylu, Etimadüssəltəvə, Etizadülməmalik, DaniĢ
Hacı Mirzə Nəcəfəli xan, DaniĢ Ağa Mirzə Lütfəli və b. haqqında
ilk dəfə olaraq bilgilər verilmiĢdir.
Məhəmmədəli
Tərbiyət
«DaniĢməndani-Azərbaycan»
təzkirəsində əhatə etdiyi ədəbiyyat məsələləri ayrı-ayrı Ģair və
ədiblərə, yaxud müəyyən dövr ədəbiyyatına həsr olunmuĢ elmi
məqalə və monoqrafiyalarda öyrənilmiĢ, Azərbaycan ədəbiyyatı
tarixini akademik nəĢrinin hazırlanmasında qiymətli elmi
məxəzlərdən olmuĢdur. Azərbaycan ədəbiyyatının öyrənilməsində
aparılan bugünkü tədqiqatda da «DaniĢməndani-Azərbaycan»
əsəri elmi dəyərini saxlamaqdadır.
Könül Nəhmətova
104
2.5. «Danişməndani-Azərbaycan» təzkirəsində poetika
məsələləri
M.Tərbiyət böyük bir yaradıcılıq yolu keçmiĢdir. Onun
dünyagörüĢü, ədəbiyyat və incəsənətlə bağlı olan baxıĢları
getdikcə daha da yetkinləĢmiĢdir. Hər hansı bir görkəmli alim və
mütəfəkkir kimi M.Tərbiyətin də fikir və ideyaları, ədəbiyyat və
incəsənət baxıĢları yaĢadığı dövr, mühit və ictimai həyat ilə bağlı
idi. M.Tərbiyətin ədəbi baxıĢlarını düzgün qiymətləndirmək üçün
bu cəhəti də nəzərə almaq lazımdır. O, öyrəndiyi məsələlərin
çoxunu maarifçi-demokrat baxımından irəli sürmüĢdür.
M.Tərbiyətin ədəbi görüĢləri, elmi yaradıcılığı daha çox
Azərbaycan, Yaxın ġərq və Orta Asiya xalqlarının ədəbi irsinin
qabaqcıl ənənələri əsasında yaranmağa və yetkinləĢməyə
baĢlamıĢdır. Yarım əsrdən çox sürən dərin, çoxçeĢidli və inadcıl
mütaliə və axtarıĢlar, elmi məqsəd daĢıyan səyahətlər, Ģəxsi
istedad və bacarıq, bir çox xalqların mədəniyyət və elmi uğurları
ilə tanıĢlıq, bir neçə dili dərindən bilmək, bütün bunların hamısı
ədibin türk, ərəb və fars sistemli dillərdə danıĢan xalqların
ədəbiyyat və mədəniyyət tarixi ilə yaxından tanıĢ olmasına, bu
sahədə görkəmli bir ustad kimi yetiĢməsinə səbəb olmuĢ, böyük
elmi müvəffəqiyyətlər əldə etməsinə Ģərait yaratmıĢdır[30. 11-12].
M.Tərbiyət klassik Ģeirin janrlarının yaranma və inkiĢaf
tarixində böyük tədqiqat iĢi aparmıĢ və elmi nəticələrə gəlmiĢdir.
Ədibin «Məsnəvi və məsnəviquyan» (Məsnəvi və məsnəvi
söyləyənlər) əsəri bu cəhətdən daha dəyərlidirsə də,
«DaniĢməndani-Azərbaycan» təzkirəsi də ədəbiyyatın nəzəri
məsələlərinin öyrənilməsi baxımından əhəmiyyətlidir.Təzkirədə
diqqətimizi çəkən məsələlərdən biri poetik risalələrdir. Bu
baxımdan Əssar Təbrizi
*
, Vəhidi Təbrizi və əbu Talib xan
*
Əssar Mövlana ġəmsəddin Hacı Məhəmməd Təbrizi - Sultan Üveys
Ġlxanilər dövrünün görkəmli söz ustalarından və onların məddahı olmuĢdur.
O, hicri qəməri 792 (1389)-ci ildə Təbrizdə vəfat etmiĢdir.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
105
Təbriziyə həsr olunmuĢ yazılar maraqlıdır. Təzkirədə Əssar
Təbrizinin ədəbiyyatĢünaslıq fəaliyyəti haqqında belə məlumat
verilir: «Mövlana əruz, qafiyə, bədi elmləri haqqında bir neçə
kitab təlif etmiĢ və Ģeirdə iĢlədilən qafiyələrin sayı barədə «Vafi»
adlı lüğət kitabı yazmıĢdır [88. 134].
Əbu Talib xan Təbrizinin
*
elmi və ədəbi yaradıcılığı haq-
qında isə belə deyilir: «Əbu Talib yaradıcılığa və ədəbiyyatĢünas-
lığa böyük həvəs bəsləyir və tarixçilikdə misli-bərabəri yox idi. O,
güclü hafizə sahibi olaraq Xaqani, Ənvari kimi Ģairlərin çətin söz-
lərini əzbər bilir və izah edirdi. Mirzə Əbu Talib hicri qəməri
(1791)-ci ildə «Xülasətül-əfkar (Fikirlərin xülasəsi)» adlı bir təzki-
rə təlif etmiĢ, orada bütün sahələri: nəzm, nəsr, inĢa, risalə, əruz,
qafiyə, bədii, musiqi, əxlaq, tarix, tibb və sairə haqqında məlumat
vermiĢdir [88. 107].
Təzkirədə Vəhidi Təbrizinin də ĢeirĢünaslığa, əruz və qafiyə
elmlərinə həsr olunmuĢ «Müxtəsəri-Vəhidi» (Vəhidiyə xas olan-
lar) adlı əsərdən danıĢılır və bildirilir ki, bu kitab Ġraq və Azərbay-
canda məĢhur olmuĢdur. Vəhidi bu əsərdə öz Ģerlərindən misal gə-
tirdiyi üçün onu «Müxtəsəri-vəhidi» adlandırmıĢdır [88. 59].
«DaniĢməndani-Azərbaycan» təzkirəsində ĢeirĢünaslıq, bə-
dii elmi adlarıyla adlandırılan poetika elmi orta əsrlərdə mühəssə-
nat (yəni gözəllik yaradan) və ya sənəat (sənətkarlıq) adlanırdı.
Mühəssənat (və ya sənəat) - sözü bədiiləĢdirən, zinətləndi-
rən, bəzəyən və ya ona gözəllik verən vasitələr sistemidir. Müasir
ədəbiyyatĢünaslıqda iĢlənən bədii ifadə vasitələri adı altında
verilən bir çox poetik kateqoriyalar bu sistemə daxildir. Lakin bu
sistemin məzmun dairəsi, bədii söz sənətinin təsirin emosional və
estetik cəhətdən formalaĢdırmaq baxımından daha geniĢdir. Orta
əsr ġərq poetik sistemində əruz və qafiyə ilə yanaĢı «mühəssənat»
*
Mirzə Əbu Talib xan hicri qəməri XII (XVIII) əsr söz ustalarındandır.
Atası Hacı Məhəmmədxan Təbrizi NadirĢah dövründə Ġsfahandan
Hindistana getmiĢ və o, hicri qəməri 1165 (1751)-ci ildə Ləknəhur Ģəhərində
anadan olmuĢ və orada boya-baĢa çatmıĢdır. Əbu Talib xan hicri qəməri
1221 (1806)-cı ildə vəfat etmiĢdir.
Könül Nəhmətova
106
adı altında iĢlənən kateqoriyalar söz sənətində mühüm yer tutur.
Elmi qaynaqlarda və hətta XIX-XX əsrlərdə yazılmıĢ əsərlərdə və
dərsliklərdə həmin sistem iki qismə bölünür.
1.
Söz sənəti və ifadə gözəllikləri;
2.
Məna sənəti, məna gözəllikləri.
Birinci bölmədə bədii sözün gözəlliyi və emosional estetik
təsiri sözün forması, quruluĢu və yerindən asılı olaraq öyrənilir.
Ġkinci bölmədə bədii söz sənətinin gözəllik və zinəti məna
oyunları, məzmunun çalarları hesabına təmin edilir. Onu da qeyd
edək ki, bu iki sistemə daxil olan kateqoriyalar ayrı-ayrı öyrənilsə
də, onlar bir-birini tamamlayır, söz sənətinin forma və məzmun
bütövlüyünün, gözəlliyinin vəhdətini təĢkil edir [40. 37].
«DaniĢməndani-Azərbaycan» təzkirəsində yeri gəldikcə hər
iki qismə daxil olan poetik janrlardan da bəhs olunmuĢ və nümu-
nələr göstərilmiĢdir. Təzkirədə adı çəkilmiĢ ikinci qismə daxil
olan janrlar aĢağıdakılardır: Əks və tərd
*
, zülqafiyəteyn, ehat, mü-
ləmmə, həzf və s.
«Əks» sözünün mənası tərsinə çevrilməkdir. Bu bədii ifadə
vasitəsi əsasən üç cürdür:
1)
Ġkinci misra birinci misranın yarıdan tərs çevrilməsi
olur;
2)
Bir misranın əvvəl və son hissəsinin çevrilməsi;
3)
Müqayisə edilən iki Ģeydən oxĢayanın oxĢadılandan
üstün olduğunu göstərir [40. 38].
Təzkirədə Zülfüqar ġirvaninin haqqındakı bəhsdə bu janra
aĢağıdakı kimi nümunə göstərilmiĢdir: «Bədrəddin Cacürmi «Mu-
nisül-əhrar» (Azad adamların dostu) əsərində «tərd» və «əks»
adlanan janrların izahında Mövlananın qəsidəsini vermiĢdir ki,
aĢağıdakı Ģeir ondandır:
Sərv ağacında vardır Ģən bostanı yarımın,
Yarımın bostanı var baĢında sərv ağacının.
*
«tərd» sözü ərəb dilində «qovma» və «uzaqlaĢma» mənasındadır.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
107
Təəccübdür gülüstan sənubərdə gül açmıĢ,
Sənubərdə gül açmıĢ gülləri gülüstanın [88. 159].
Göründüyü kimi, bu Ģeir bəndi «əks» janrının mükəmməl
nümunəsi olub janrın ikinci növünə aiddir. Təzkirədə Zülfüqar
ġirvanidən daha bir nümunə göstərilmiĢdir ki, bu da «əks»
janrının üçüncü növündədir. ġeir aĢağıdakıdır:
Qar tək Ģəkər dodağının Ģirnisindən dad almıĢ,
ĠĢıq saçan günəĢ də üzündən iĢıqlanmıĢ.
Qısqanır sərv ağacı o ĢümĢad qamətinə,
Qara saçlar çövkanı ənbər topa yar imiĢ
[88. 159].
Bu bəhsdə Zülfüqar ġirvaninin «Zəhaf»
*
adlanan əruz
vəznində yazılmıĢ qəsidəsi haqqında məlumat alırıq. Bu qəsidənin
bir neçə beytindən müxtəlif vəznlər düzəldiyi deyilir. Seyid Hü-
seyn
**
bu qəsidəni Sədrəzəm ġirvanĢah Məhəmməd Mastərinin
***
mədhində nəzmə çəkmiĢdir və yeddi xalvar (üç ton yarım - K.N.)
ipək mükafat almıĢdır. Qəsidənin baĢlanğıc beytləri iki əruz
vəznindədir. AĢağıdakı beytlər o Ģeirdəndir:
Dilbərim tək çəmən yeri çiçəklərdən cavanlandı,
Bahar fəsli baĢ qaldırdı, yaz nəsimilə canlandı.
Dilbər boylu sərv ağacı rəqsə gəlib qollar açdı,
Bülbül bağda ahu-zarla qızıl çiçəyə yanaĢdı.
*
ərəbcə «sürünmə», «sürünərək hərəkət etmə» deməkdir.
**
Zülfüqar ġirvaninin adıdır.
***
Mastər Həmədanda Qum arasında yerləĢən Fərəhan Ģəhəri
kəndlərindəndir.
Könül Nəhmətova
108
Əlvan rəngli çiçəklərlə döndü cənnətə gülüstan,
Yaz nəsimi bağda süzüb, hər birinə dedi dastan.
Bu üç beytdən herəci-salim vəznində yeni bir beyt düzəlir:
Onda ki, gül dilbər tək açır gülüstanda,
Yaz nəsimi vurğun tək sürünür bostanda.
Mövlana bu qəsidəyə «Məfatihül-kəlam fi mədayihül-
kəlam» (Hörmətli Ģəxslərin mədhində söz açarları) adını
vermiĢdir. Bir çox söz ustaları bu qəsidəyə cavab demiĢlər. Onlar
aĢağıdakılardır: Qivami Mütərrəzinin «Bəyanül-əshar fi sənayeil-
əĢar» (ġeir sənətində ən gözəl sehrlərin izahı), ġəms Fəxr
Ġsfəhaninin «Məxzənül-büxur» (Əruz vəznləri xəzinəsi), Salman
Savəcinin «ġərhun mümərrəd» (Mənalar xəzinəsi) və s. [88. 158].
Zülfüqar ġirvaninin daha bir qəsidəsindən bəhs olunur ki,
onda üç qafiyə, üç hacib
*
və üç rədif vardır və qeyd olunur ki, ərəb
Ģeirində rədif və hacib yoxdur, bu ancaq fars Ģeirindədir [88. 158].
ġeirin əsasını mənalı mətn, vəzn və qafiyə təĢkil edir.
Qafiyə üstündə qurulmuĢ poetik ifadə vasitələri də çoxdur. Belə
bədii ifadə vasitələrindən biri Ģairdən xüsusi məharət və
sənətkarlıq tələb edən «zülqafiyəteyndir ki, onun vasitəsilə
Ģeirin qoĢa qafiyəliliyi (cüt qafiyəlilik) deməkdir. Daha doğrusu,
«zülqafiyəteyn» - beytin son iki sözünün Ģaquli istiqamətdə
həmqafiyəliliyinə deyilir [40.40].
«DaniĢməndani-Azərbaycan» təzkirəsində daha bir maraqlı
janr nümunəsinə təsadüf edirik ki, bu da «inat»dır. «Naci
Ordubadi»
*
bəhsində deyilir ki, o, Katibinin
**
«ġütür-hücrə»
qəsidəsinin cavabında bir qəsidə demiĢ və onun sözlərinə «pəĢĢə»
*
hacib - iki qafiyə arasında rədif, daxili rədifdir.
*
Naci Ordubadi XVI əsrin görkəmli söz ustalarından olmuĢdur
**
Məhəmməd Katibi 1435-ci ildə vəfat etmiĢdir.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
109
(milçək) sözü artırmıĢdır. M.Tərbiyət «Məcməül-xəvas» təzkirə-
sindən götürdüyü bu qeydlərə Sadiqi ƏfĢarın Ģeirə münasibətini
də əlavə edərək yazırdı: «O, bu iĢin öhdəsindən bacarıqla gələ bil-
miĢdir» [88. 243]. Bu qəsidənin birinci beyti aĢağıdakı kimidir:
Bəsdir bədən hicrəmdə fikir milçəyi dəvə olsun,
Mənim hicrəmdə belə milçək dəvə iĢini görsün [88. 243].
Bu beytdən anlaĢılır ki, «ġütür hücrə» qəsidəsi inat janrının
gözəl nümunəsidir.
«Ġnat» sözünün lüğəvi mənası «incitmək, özünü çətinə
salmaq»dır. Poetik kateqoriya kimi isə Ģairin öz Ģerində müəyyən
sözləri iĢlətmək lüzumluluğuna deyilir [40. 42]. RəĢidəddin Vət-
vat isə bu bədii ifadə vasitəsinin izahını belə vermiĢdir: Fikrin
bəzədilməsində elə sözlər iĢlənir ki, onların verilməməsi məzmu-
na heç bir xələl gətirməz. Lakin Ģeirin təsir qüdrətini artırmaq xa-
tirinə bu sözlərin iĢlədilməsi qarĢıya məqsəd qoyulur. BaĢqa sözlə
desək, Ģairin öz Ģeirində əvvəlcədən məqsəd qoyduğu bir və ya bir
neçə sözü iĢlətmək qabiliyyəti, yaxud kimsə tərəfindən əvvəlcə-
dən verilən sözləri Ģerinə salmaqla imtahan edilməsidir [95. 113].
Təzkirədə «əlifsiz və nöqtəsiz xütbə»dən də bəhs olunur ki,
bu, orta əsrlər poeziyasında «həzf» adlanan janrın bir nümu-
nəsidir. «Həzf» sözünün mənası «silmək», «pozmaq», «düĢmək»
deməkdir. ġairlər öz məharətlərini göstərmək üçün əvvəlcədən
müəyyən hərfi tamamilə iĢlətməməyi qərara alırlar. Bu isə Ģairlər-
dən son dərəcə gərgin əmək tələb edir, bəzən isə bu iĢ tamamilə
dolaĢıq Ģeirlə nəticələnərdi.
M.Tərbiyət özündən qabaqkı alimlərin elmi axtarıĢlarının
nəticəsinə tənqidi münasibət bəsləmiĢ, hər hansı bir sənətkarla
bağlı bir fikir irəli sürmüĢ alim təzkirəçilərin düĢüncələrini saf-çü-
rük edərək onların ən yaxĢılarından istifadə etmiĢdir. O, araĢdır-
malarında ayrı-ayrı sənətkarların yaradıcılıq yolunu aydınlaĢdır-
mağa, elm və sənət aləminə gətirdikləri yenilikləri üzə çıxarmağa
çalıĢmıĢdır. Orta əsr ədəbiyyatında baĢ verən yenilikləri öyrənib
Könül Nəhmətova
110
üzə çıxararaq ədəbiyyatĢünaslıq və ədəbiyyat nəzəriyyəsinin orta
əsrlərdəki inkiĢafı ilə bağlı maraqlı mülahizələr irəli sürmüĢdür.
M.Tərbiyət əruz və heca vəznində yazan sənətkarlara eyni ya-
naĢmıĢ, üslubiyyat məsələlərində sərbəstliyi bəyənmiĢdir [30. 14].
«DaniĢməndani-Azərbaycan» təzkirəsində orta əsrlər ədə-
biyyatının «mühəssənat» adlanan kateqoriyalar sisteminin
janrlarına da geniĢ yer verilmiĢdir. Təzkirədə bu qismə aid olan
janrlar aĢağıdakılardır: müəmma, lüğəz, təzriq, hüsnüt-təxəllüs,
mütəzəlzül, maddeyi-tarix və s.
Təzkirədə Sadiq bəy Sadiqinin qədim və orta əsrlər
Ģairlərinin adına yazılmıĢ müəmma məzmunlu rübailəri olduğu
qeyd olunur [88. 281]. Sadiqinin söz ustalarının və müasirlərinin
adına dediyi müəmmaları «Risaleyi-müəmma» əsərində
toplanmıĢdır. Onun müəmmaları rübai formasında olub ancaq Ģair
adlarına həsr edilmiĢdir ki, bu da bir növ təzkirəyə bənzəyir. O,
külliyatının müqəddiməsində müəmmalarından danıĢarkən onu
«təzkirətüĢ-Ģüəra» kimi təqdim etmiĢdir. ġairin 105 müəmması
vardır ki, Azərbaycan Ģairlərindən Qətran, Əbülüla, Xaqani,
Nizami, Fələki, Mücirəddin, Əsirəddin, Zülfüqar; Ġran Ģairlərindən
Rudəki, Cami və baĢqalarının adına deyilmiĢdir [62. 107].
Təzkirədə Malik Deyləmi, Bağır, Məsud Kəmaləddin
ġirvani, Ġbrahim Təbrizi, Səbati və b. Ģairlərin də müəmma demək
qabiliyyətləri təriflənmiĢdir. Əslində ərəb dilindən gəlmiĢ
«müəmma» sözü «örtmək», «düzəltmək» mənasını daĢıyan
«təmiq» sözündən düzəldilmiĢdir ki, «anlaĢılması çətin və
imkansız olan söz» mənasındadır. Müəmma yazmaq və onu
açmaq Ģairdən ayrıca hazırlıq və bilik tələb etdiyinə görə Ģairlər
Ģeirin bu növünə böyük maraq göstərmiĢlər. Müəmma yazmaq
üçün çox dil bilmək, əbcəd hesabına və eləcə də dəqiq elmlərə,
astronomiyaya bələd olmaq tələb olunurdu. Müəmma Ģairin orta
əsrdə inkiĢaf etmiĢ elmlərə münasibətini bildirir və onun
hazırlığını göz önündə canlandırır. Müəmma XIV əsrə qədərki
ədəbiyyatda mövqe tutmuĢdu. Orta əsr mədrəsələrində hətta
«elmi-müəmma» adlı xüsusi bir fənn sahəsi də var idi.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
111
Mütəxəssislər müəmmanı elm kimi təlim etmiĢlər [106. 435].
«DaniĢməndani-Azərbaycan» təzkirəsinin ehtiva etdiyi poetika
məsələlərini öyrənərkən müəmmanı hələ XV-XVI əsrlərdə də
aparıcı bir janr kimi görürük.
Orta əsr poeziyasının janrlarından biri olan «lüğəz» də
təzkirədə diqqətəlayiq, maraqlı bir janr kimi qiymətləndirilmiĢdir.
ġairlərin lüğəz yazmaq bacarığı xüsusi vurğulanmıĢdır. Məsələn,
«Ziyai»
*
bəhsində deyilir: «Mövlana Ziyai gənc yaĢlarında təhsil
almaq üçün Xorasana və Herata getmiĢ, zehninin itiliyi və
düĢüncəsinin incəliyi nəticəsində orada Ģöhrət qazanmıĢdır.
ġeшrlərinin çoxu lüğəz janrındadır» [88. 156].
«Lüğəz» müəyyən mənada «müəmma»ya oxĢasa da, onları
qarıĢdırmaq olmaz. RəĢidəddin Vətvata görə, «lüğəz»
müəmmadan sual formasında tərtib olunması ilə fərqlənir [95.
156]. Salman Mümtaz isə bu fərqi belə izah edir: «Müəmma,
ümumiyyətlə, adlara, lüğəz isə hər bir Ģeyə və hər bir mövzuya
aiddir. Lüğəz kəlməsinin farscası «çistan», türkcəsi isə
«bilməcə»dir. Lüğəz türk ədəbiyyatında «nədir ol, bilməm nədir,
aĢıq oldum və nədir» tərkibləri ilə baĢlanır [67. 231].
Məzmun cəhətdən bu janrlara yaxın olan daha bir janr da
«təriz»dir. Müəmma və lüğəz janrında örtülü qalan addırsa, təriz
janrında qapalı qalan məqsəd olur. BaĢqa sözlə desək, təriz janrı
dolayı yolla məqsədi çatdırmaqdır. Təzkirədə «Əbdülqadir Xacə
Kəmaləddin Əbülfəzail ibn Qeybi Hafiz Maraği» məqaləsində bu
janr haqqında yazılmıĢdır:
«Əbdülqadir nağıl edir ki, bir gün mən xəstələndim. Yanıma
həkimlər gəldilər. Onların içərisində ġükufi adlı bir həkim var idi.
Onun haqqında «təriz» Ģivəsində bir neçə beyt qoĢdum və
«Hüseyni» pərdəsində səkkiz zərbli bir mahnı düzəltdim. ġeirlər
aĢağıdakılardır:
*
Ziyai Azərbaycanın söz ustalarından olmuĢdur. Əmir ƏliĢir Nəvainin
Ģagirdi olmuĢdur.
Könül Nəhmətova
112
Həkim, əlac et xəstələrə, aydınlaĢdır sən bizə,
Səndə vardırmı heç mərhəmət, nə deyim sən bilməzə
Əlacım mənim – Ģahı görmək, o aydır mənə dəva,
Bu torpağa qurbandır baĢım, canım yolunda fəda.
ġərbət istədikdə sən dərhal yox cavabı verirsən,
Yox səndə yara üçün məlhəm, dərmanı da bilmirsən.
Çox qanunsuz demə, danıĢma, gəlməz əlindən Ģəfa,
Xəstə Allahdan umur Ģəfa, ancaq ümidi ona.
Mahnı düzəlt, əmr etdin mənə, rədd etmədim onu mən,
Çalıram mahnını sazımla, eĢit sən öz ağzımdan.
Əbdülqadirə Qadir Ģəfa versə, əcəb yox onda,
Heç də Ģübhəm yoxdur, Qadirin Ģəfası var Quranda. [88.93].
Bu Ģeir bir hadisəyə iĢarədir: Belə rəvayət olunur ki,
Teymur 1386-cı ildə Azərbaycanı Cəlayirlilərdən aldığı zaman
Sultan Əhməd Cəlayirin müəllimi olan Əbdülqadiri Səmərqənd
sarayına göndərdi. Sonra Xoca Əbdülqadir Teymurun
oğullarından MiranĢah Mirzəyə nədim və sarayına baĢ musiqiçi
oldu. Bir gün Əbdülqadir Təbriz sarayından Miran-ġahın
yanından qaçdı. Bağdada, əvvəlki məmduhu sultan Əhməd
Cəlayirin yanına getmək istədi. Bu Teymurlulara xəyanət etmək
idi və o çağda cəzası edam idi. Lakin Əbdülqadirin Təbrizdən
fərariliyinin səbəbləri də vardır. Teymur MiranĢ ahın üç nədiminin
Təbrizdə asılmaları üçün fərman yollamıĢdı. Rəvayətə görə,
asılmasını əmr etdiyi üç Ģəxs arasında Mövlana Qütbüddin Nayi
adlı musiqiçidən baĢqa Əbdülqadir də varmıĢ. MiranĢahın səfehcə
yaĢayıĢı atası Teymuru sərt tədbirlərə sövq etmiĢdi. Bağdada
qaçmaq istəyən Əbdülqadir yaxalanıb Teymurun hüzuruna
gətirilir. Daha doğrusu, Teymur keçərkən onun nəzər diqqətini
çəkmək üçün cəhd göstərdiyi ehtimal olunur. Xondəmirin
yazdıqlarından belə anlaĢılır ki, «Quran»dan fövqəladi bir səslə bir
neçə ayət oxumasıyla Teymur onu əfv etmiĢ və Səmərqənd
sarayında baĢ musiqiçilik məqamına təyin etmiĢdi [116. 15-17].
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
113
Təzkirədə Qivami Mütərrəzi Qivaməddin Əhmədin yaradı-
cılığının sənətkarlıq xüsusiyyətləri üzərində də ətraflı dayanılmıĢ-
dır: «Mövlana Qivami irfan, moizə və bədii mövzularda bir çox
Ģeirlər qoĢmuĢ, Ģeir sənətində və yaradıcılıqda ustad olmuĢdur.
Deyilənlərə görə, onun divanı yeddi min beytdən ibarətdir. Qızıl
Arslanın mədhində dediyi «Bədaiyül-əshar fi sənayeil-əĢar» (ġeir
sənətində ən gözəl sehrlər) adlı «Raiyyə» mənzuməsi onun ən
yaxĢı qəsidələrindən və yüz beytdən ibarətdir» [88. 64]. Azərbay-
can ədəbiyyatĢünaslığında Qivaminin ən qiymətli əsərlərindən biri
kimi dəyərləndirilən «Raiyyə» qəsidəsində Qivami ġərq Ģeirinin
bütün poetik obrazlarını məharətlə iĢlətmiĢdir [11. 46]. M.Tərbiyət
də bu qəsidədə «Hüsnüt-təxəllüs» və «Təzəlzül» adlanan bədii
janrlardan da istifadə olunmasından danıĢmıĢdır. AĢağıdakı Ģeir bu
janrdadır:
Bazarımı ürək qəmi etmiĢsə kasad,
ġahın mədhi bazarımı etmiĢdir rəvad.
Əli, ürəyi də Ģahdır bu Qızıl Arslan,
Əli-say bilməz, ürəyi-düĢmən tanıyan.
«Hüsnüt-təxəllüs» janrının izahını RəĢidəddin Vətvat belə
vermiĢdir: «Bu janrın məğzi ondadır ki, Ģair gözəlin hüsnünün
vəsfindən və yaxud baĢqa motivdən incə üsulla hiss etdirmədən
məmduhunun mədhinə keçir [95. 120]. «Təzəlzül» sözünün lüğəvi
mənası isə titrək deməkdir. Poetikada isə «təzəlzül» Ģairin eyni
Ģəkil, lakin hərəkənin dəyiĢməsilə müxtəlif mənaya malik olan
sözləri iĢlətməsinə deyilir. BaĢqa sözlə, Ģairin hərəkələri dəyiĢmək
hesabına Ģəkilcə eyni kökdən əldə etdiyi sözləri fikrin aydınlığı
naminə yerinə görə iĢlətmək bacarığıdır. Bununla da Ģair «mədhi»
(«tərifi») «qədhə» (töhmətə) çevirə bilər [40. 92].
Təzkirədə nümunə göstərilən Ģeirlərin bir çoxu da
«maddeyi-tarix» janrındadır. Klassik ġərq ədəbiyyatında müəyyən
ictimai və təbii hadisələrə, görkəmli Ģəxslərin təvəllüd və vəfatına,
qalaların, tarixi abidələrin tikiliĢinə və s. dair maddeyi-tarixlər
Könül Nəhmətova
114
(xronoqramma) elmi baxımdan son dərəcə böyük əhəmiyyətə
malikdir. Çünki bu maddeyi-tarixləri yazan Ģair və alimlər
hadisələrin bilavasitə Ģahidi olmuĢ və onların tarixini lazımlı
bilmiĢlər. Buna görə də klassik Ģairlərin təvəllüd və vəfat tarixləri
haqqında təzkirələrin və baĢqa mənbələrin verdiyi məlumatlar
məhz həmin maddeyi-tarixlərlə islah olunub düzəlir. Deməli, bu
maddeyi-tarixlər dürüstlüyü etibarilə ən inandırıcı mənbə
mahiyyəti kəsb edir. Lakin təəssüflə qeyd edək ki, maddeyi-
tarixlərin əksəriyyəti klassik ġərq poetikasının mürəkkəb və
dolaĢıq ibarə və tərkibləri əsasında tərtib edildiyi üçün bəzən
onları tapmaq və ya müəyyənləĢdirmək çətin olur [40. 84].
Maddeyi-tarixlər müxtəlif üsullarla göstərilir ki, bu üsulların
bütün nümunələrinə «DaniĢməndani-Azərbaycan» təzkirəsində
təsadüf edirik:
1)Rəqəmlərlə göstərilən maddeyi-tarixlər. Belə maddeyi-ta-
rixlər aydın göstərildiyi üçün onu baĢqa üsullarla axtarmağa ehti-
yac qalmır. Təzkirədə bu maddeyi-tarixin ən maraqlı nümunələ-
rindən biri MöczübəliĢah Mücrin Marağayinin qəsidəsinin bir par-
çasıdır:
O tarixdə ki, it ili gəlib çatdı,
Aydın gündə it kimi xalqı dağıtdı.
Əridi ət-sümük, nə taxıl, nə buğda,
Çatmadı heç bir kəsə bircə arpa da.
Ölkəmizdə çörək tapılmaz, qıt oldu,
Aclıqdan camaatın beli cüt oldu.
Dostluq getdi, məhəbbət bilmədi insan,
Dostlar da bir-birindən oldu hərəsan.
Min üç yüz on altıncı il bu hadisə,
Bu uğursuz, bədbəxt il bir də gəlməsə!
Gələn il haqda alimdir Allah ona,
Mücrim iĢi həsr olmuĢ ancaq fəğana [88.222].
Bu Ģeir parçası hicri qəməri 1316 (m.v. 1898/1899) –cı ildə
Cənubi Azərbaycanda ictimai-iqtisadi vəziyyətdən xəbər verməsi
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
115
baxımından maraqlıdır. XIX əsrin sonlarından baĢlayaraq əslində
imperialist dövlətlərin müstəmləkəsinə çevrilmiĢ Ġranda, o
cümlədən Təbrizdə iqtisadi Ģəraitin ağırlaĢması Ģəhər əhalisinin bir
hissəsinin kəsbkarlıq məqsədiylə Rusiyaya getməsinə səbəb
olmuĢdu. M.Tərbiyət də bu Ģeiri öz təzkirəsinə salmaqla ədəbi
prosesin baĢ verən ictimai-siyasi hadisələrə münasibətini ifadə
etməyə çalıĢmıĢdır. «Aydın gündə xalqı it kimi dağıtdı» cümləsi
xalqın acınacaqlı vəziyyətinin gerçək ifadəsi idi.
2) Bir kəlmə ilə ifadə edilən maddeyi-tarixlər. Təzkirədə
Təsirin bu janrda olan bir sıra qəsidələrindən bəhs olunur ki,
onlardan biri də Ağarəzi Ģöhrətli və Məsrur təxəllüslü «Lisanül-
xəvas» («Xassələrin dilini bilən») əsərinin müəllifi Həsən oğlu
Məhəmmədin vəfatına həsr edilmiĢdir. Bu beyt aĢağıdakıdır:
Vəfatı tarixini gəldim yazmağa,
Tarixi onun olmuĢdur «Rəziağa» [88. 383].
Bu beytdəki «Rəziağa» kəlməsi əbcəd hesabı ilə hicri qəmə-
ri 1114 (1702) – ci ili göstərir.
Təzkirədə (bir sıra) maddeyi-tarixin bir sıra digər növlərinə
– hərflərlə, misranın bir hissəsi üzrə tərtib edilmiĢ maddeyi-tarix-
lərə də rast gəlirik. M.Tərbiyət təzkirədə HəĢri Təbrizinin
*
təzkirə
tipli iki əsərindən bəhs etmiĢdir ki, bu əsərlər bir çox maddeyi-ta-
rixləri əhatə edir. Tərbiyət öz təzkirəsində yeri gəldikcə bu əsərlər-
dən istifadə etmiĢdir. O əsərlərdən biri hicri qəməri 1011 (1622) –
ci ildə «Məxzənül-əsrar» (Sirlər xəzinəsi) vəznində «Rövzeyi-əb-
rar» (Müqəddəslər bağı) adlı mənzuməsidir. HəĢri bu ildə «Rövzə-
yi-əthar» (Pak adamlar bağı) əsərini də yazmıĢdır. Nəzm və nəsrlə
yazılmıĢ bu əsərlər Təbrizdə və ümumiyyətlə, o vilayətdə olan
Ģeyxlər, ariflər və Ģairlərin məqbərələri haqqında yazılmıĢdır.
Məhəmməd Əmin HəĢri ġəmsəddin Məhəmməd Saninin ailəsindəndir. ġah
Abbasın əmrinə görə onun apardığı döyüĢləri nəzmə çəkmiĢdir.
Könül Nəhmətova
116
«Rövzə» sözü əbcəd hesabilə bu əsərlərin yazılma tarixidir. HəĢri
bu mövzunu aĢağıdakı beytlə ifadə edir:
Bu rövzədə ağıl hər tərəfə çapmıĢ,
Təlif tarixinə «Rövzə» sözü tapmıĢ [88. 390].
M.Tərbiyət ədəbiyyatın ictimai həyatla əlaqədar olduğunu
nəzərə alaraq orta və yeni əsrlərdə ədəbiyyatın inkiĢafına təsir
edən bir sıra ictimai amilləri göstərərək, ədəbi həyatın inkiĢafını
bu amillər əsasında öyrənməyə çalıĢmıĢdır. M.Tərbiyətə görə, hər
hansı bir Ģairin yaradıcılığına aid düzgün elmi fikir söyləmək üçün
tarixi Ģəraiti gözləmək baĢlıca Ģərtdir. O, bu cəhəti öz elmi
yaradıcılığında həyata keçirməyə çalıĢmıĢdır. M.Tərbiyət orta
əsrlər ədəbiyyatı tarixinə, poetika və ədəbiyyatĢünaslıq elminin
inkiĢafına ümumi bir axın kimi baxmamıĢdır. O, ədəbiyyat və in-
cəsənətdə müxtəlif baxıĢların olduğunu, bu axın və meyllərin ayrı-
ayrı zümrələrin həyat və fəaliyyəti ilə səsləĢməsini özünəməxsus
ifadələrlə göstərmiĢdir. Orta əsrlər ədəbiyyatındakı axın və meyl-
lərin qarĢılıqlı bağlılıqlarını da açmağa çalıĢmıĢdır. O, orta əsrlər-
də yaĢamıĢ bir çox Ģair və alimlərin dünyagörüĢünün hansı fəlsəfi
axın əsasında təĢəkkül tapmasını, hansı fəlsəfi məktəbin ideyala-
rından təsirləndiyini, görkəmli sənətkarların yaradıcılığının, dü-
Ģüncə və baxıĢlarının ayrı-ayrı ədəbi Ģəxsiyyətlərin dünyagörüĢün-
də nə kimi izlər buraxdığını da göstərmək istəmiĢdir. M.Tərbiyətin
«Bəhmənyar», «ġeyx Mahmud ġəbüstəri», «Mirzə Fətəli
Axundzadə» adlı oçerkləri bunun üçün gözəl nümunədir.
Görkəmli realist ədəbiyyatĢünaslar kimi M.Tərbiyət də
poeziyada forma və məzmunun vəhdətdə olduğunu, birinin o
birisi üçün baĢlıca Ģərt olması ideyasını müdafiə etmiĢdir. O, ədəbi
yaradıcılıqda təqlidçiliyə düĢmən kəsilmiĢdir. M.Tərbiyətə görə,
orijinal və uğurla yazılmıĢ bir qeyd təqlidçiliklə qələmə alınan
qalın, tutumlu bir divandan üstündür. O, XVIII əsrdə Azərbaycan
və Ġran Ģəhərlərində baĢ qaldıran «təzriq» sənəti adını daĢıyan,
ideyasızlığı və formalizmi Ģeirdə təbliğ edən ziyanlı axını rədd
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
117
etmiĢdir. M.Tərbiyət təzkirədə bu janrın məğzini açmaq üçün
«Təzriqi» və «Tərzi ƏfĢar» yaradıcılığı haqqında bir qədər ətraflı
danıĢmıĢdır. Təzkirədə deyilir:
«Təzkireyi-əsli ərdəbildən olub, ġamaxıda yaĢamıĢ və orada
dəllallıq ilə məĢğul olmuĢdur. Onun Ģeirləri zövqsüz və
məzəsizdir. AĢağıdakı beyt ondandır:
Dəvə tək tikan görürəm mən dağa çıxanda,
Gül kimi açılaram mən bağda, gülüstanda» [88. 328].
Daha sonra məlumat alırıq ki, «təzriq» bədii elmində olan
bir janrdır ki, Səfəvilər dövründə yaranıb inkiĢaf etdirilmiĢdir.
Ərəbdilli Təzriqi də bu Ģivə tərəfdarı olub, hamıdan çox bu mey-
danda at çapmıĢdır. Sam Mirzənin qeydinə görə, Sima MəĢhədi-
nin də bu Ģivədə təbi güclü olmuĢ və o, hər saatda bu Ģivədə min
beyt deyə bilərmiĢ. Hidayət təxəllüsü ilə məĢhur olan Xacə Hida-
yətulla Razi bu Ģivənin ustalarındandır. O, Nizaminin «Xəm-
sə»sinə nəzirə olaraq beĢ mənasız məsnəvi qoymuĢ, I ġah Abbas
bu beĢ məsnəvidə Ģeirə oxĢayan ancaq üç beyt tapdığına görə Hi-
dayətin üç diĢini çıxartdırmıĢ, digər beytlərinin hər birinə bir qızıl
pul vermiĢdir. AĢağıdakı Ģeir onun «Ġskəndərnamə» məsnəvisin-
dəndir:
Ağıllısansa, tükü tikib sırıq getmə,
Öz ayağına pambıq vur, heç azar etmə.
Fələyə qarĢı sən at çapıb lovğalanma,
Bizə qarĢı duraraq sən çox havalanma.
Təbəssüm ilə naldan düzələr mürəbbə,
Səbr edərsən, dəyirman olar köhnə halva.
M.Tərbiyət təzriq sənətinin hələ öz dövründə tənqidə məruz
qaldığını bildirərək yazırdı ki, Molla Fövqi Yəzdi Tərzinin
*
Ģivəsini
II ġah Abbas dövründə Tərzi ƏfĢar adlı Ģair yeni və saxta sözlər düzəltmək
üçün bu Ģivədən istifadə edərək bir divan tərtib etmiĢdir.
Könül Nəhmətova
118
məsxərəyə qoyub həcv etmək üçün incə sözlər və lətifələrlə qarıĢıq
«Fərhad və ġirin» məsnəvisini, eləcə də bir sıra qəsidə və qəzəlləri
Tərzi Ģivəsində demiĢdir. Mövlana Fövqi bu haqda demiĢdir:
Bir zaman yoldaĢların yolilə dolaĢdım,
Min beĢ söz kələfini öz əlimlə açdım [88. 329].
Bu beytdən anlaĢılır ki, M.Tərbiyət məna gözəlliyini sənətin
əsas məqsədi hesab etmiĢ, məzmunsuz formanı isə ədəbiyyatda
ziyanlı bir cərəyan kimi qiymətləndirmiĢdir.
Bütün bu deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki,
ensiklopedist biliyə malik olan M.Tərbiyət klassik Ģeir poetikasını,
Ģeirin daxili qaydalarını ən incəliklərinə qədər bilmiĢ, Ģairlərin yaradı-
cılığından yüksək zövqlə nümunələr seçib öz təzkirəsində istifadə
etmiĢdir. Lakin «DaniĢməndani-Azərbaycan» təzkirəsində ədəbi
Ģəxsiyyətlərə həsr olunmuĢ məqalələrdə müasir ədəbiyyatĢünaslığın
müəyyən ünsürlərini görürüksə də, əsər orta əsrlər təzkirə ənənəçi-
liyindən mütləq mənada ayrılmamıĢ, bir çox xüsusiyyətlərini özündə
cəmləĢdirmiĢdir. Təzkirəni müasir ədəbiyyatĢünaslığa yaxınlaĢdıran
cəhətlərindən biri onun müqayisəli metoda əsaslanmasıdır. Müəllif
bir sıra Ģair və ədiblər haqqında öz mülahizələrini söyləməmiĢdən
əvvəl əsasən özündən qabaqkı təzkirəçilərin, ədiblərin münasibətini
göstərmiĢdir ki, bu da təzkirənin elmi dəyərini bir daha artırır. Orta
əsrlər təzkirələrində Ģəxsiyyətlər haqqındakı bioqrafik məlumatlar və
onların əsərlərinin adı əksərən əksikdirsə, «DaniĢməndani-
Azərbaycan»ın xələfi olduğu təzkirələrlə ən ümdə ortaq cəhəti
verdiyi bilgilərin məlumat xarakterli olmasıdır. Yəni M.Tərbiyət bəzi
ədəbi yaradıcılıqları bir-iki cümlə ilə dəyərləndirirsə də, bu, əsərin
ümumi xüsusiyyətinə çevrilə bilməmiĢdir. Məsələn, təzkirədə ən
geniĢ məqalələrdən biri «Saib Mirzə Məhəmmədəli Təbrizi»dir. Bu
məqalədə Saibin yaradıcılığının ümumi dəyəri yalnız bir cümlədə öz
əksini tapmıĢdır: «Saibin bütün Ģeirləri özlüyündə seçilmiĢdir, buna
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
119
baxmayaraq təzkirə, bəyaz və cüng yazanların hər biri öz zövqlərinə
müvafiq onun külliyyatından seçib yazmıĢlar [88. 286].
M.Tərbiyətin «DaniĢməndani-Azərbaycan» təzkirəsi ilə
müqayisə oluna biləcək yeganə əsər F.Köçərlinin «Azərbaycan
ədəbiyyatı tarixi materialları»dır ki, burada ondan kiçik bir parçanı
nümunə verməklə fikrimizi bir az daha aydınlaĢdırmıĢ olacağıq.
F.Köçərli «Molla Pənah «Vaqif» təxəllüs» məqaləsini bu cümlələrlə
baĢlayır: «Azərbaycan türklərinin məĢhur və müqtədir Ģairi Molla
Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi
adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox
ülum və fünuna vaqif olduğu üçün özünə «Vaqif» təxəllüs ittixaz
etmiĢdir. Müasirləri onun dərin elmini və mollalığını müĢahidə edib
haqqında demiĢdirlər: «Hər oxuyan Molla Pənah olmaz!» və bu
istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli - məĢhurdur. Milli
Ģairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin
Ģivəsində Ģeir və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə
mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar. Vaqif
ziyadə zövqü səfa əhli olduğu üçün gözəl mədhində xeyli mərğub və
nazik Ģeirlər yazmıĢdır ki, onların cümləsi qəlbdən nəĢət edən
hissiyyatdır ki, oxuyanlara dəxi sirayət edib, onları Ģövqü həvəsə
gətirir. Molla Pənah artıq fəsih və Ģirinzəban və hazırcavab bir vücüd
imiĢ ki, hər qisim mətləbi öz məqamında, münasibi-hal söylər imiĢ
[50. 159].
Göründüyü kimi, müəllif bu giriĢ sözündə Ģairin yaradıcılığı-
nın özünəməxsus keyfiyyətlərindən bəhs etməklə onun Azərbaycan
ədəbiyyatı tarixindəki yerini də ustalıqla müəyyənləĢdirmiĢdir.
M.Tərbiyət Azərbaycan ədəbiyyatı tarixçiliyi üçün müəyyən mənada
F.Köçərlidən artıq iĢ görmüĢdürsə də, məhz bu cəhətinə görə
«DaniĢməndani-Azərbaycan», «Azərbaycan ədəbiyyatı tarixi mate-
rialları» əsərinin qazandığı ada və Ģöhrətə nail ola bilməmiĢdir. Lakin
bu kəsir cəhətinə baxmayaraq M.Tərbiyətin «DaniĢməndani-
Azərbaycan» təzkirəsi F.Köçərlinin yaratdığı ədəbiyyat tariximizin
yarımçıq səhifələrini doldurması baxımından ədəbiyyatĢünaslığımız
üçün əvəzsiz mənbələrdən biridir.
Könül Nəhmətova
120
Dostları ilə paylaş: |