Azərbaycan SSR prezidenti A.Mütəllibov yoldaşa
Hörmətli prezident! Bu il yanvarın 20-də Azərbaycan xalqına
qarşı törədilmiş dəhşətli cinayət bir neçə gün sonra filologiya
elmləri doktoru, əməkdar incəsənət xadimi, SSRİ Yazıçılar
İttifaqının üzvü, xalqımızın sevimli şairi Xəlil Rzaya küçədə
getdiyi yerdə quldurcasına basqın edilmiş, əli-qolu bağlanıb maşına
atılmış və naməlum istiqamətə aparılmışdır.
Yaxmlarının bir ay axtarışından sonra onun SSRİ DTK
Lefortovo zindanına salındığı xəbəri alınmışdır.
Avqustun əvvəlində ailə üzvləri görüş ala bilmiş və məlum
olmuşdur ki, onun haqqında Azərbaycan SSR CM-in 67 maddəsi
ilə cinayət işinin istintaqı qurtarmış və ittihamnamə təsdiq olunub
məhkəməyə verilmək üçün iş SSRİ Baş Prokurorluğuna
göndərilmişdir. Həbsdə onun səhhəti pozulmuş, “şəkərli diabet”
xəstəliyi kəskinləşmişdir, həyatı təhlükədədir...
Nəhayət, 80-ci illərin axırlarında Ermənistan SSR-in
ərazisindən, Xankəndidən türklər axırıncı nəfərinədək döyülüb,
söyülüb, qismən ermənicəsinə öldürülüb, qovulandan sonra daşnak
tör-töküntüləri Qarabağ, Gəncə, Qazax, Gədəbəy, Naxçıvan
torpaqlarına doğru hücuma keçəndə Xəlil Rza və onun həmfikiri
olan qeyrətli vətən oğulları bu ağrılara dözməmiş, yeni fəlakətlərin,
milli qırğının qarşısını almaq, nəhayət, Azərbaycanda azərbaycanlı
kimi, vətəndə vətəndaş kimi yaşamaq üçün ayağa durmuşdular.
Başqa cür də ola bilməzdi. Bütün ömrünü böyük amallara həsr
etmiş, gecəli-gündüzlü 40 illik yaradıcı şair, alim, ziyalı ömrünü
doğma vətənimizin saflığına, Azərbaycan torpağının
bəhrələnməsinə, ərazi bütövlüyünə, suverenliyinə həsr etmiş Xəlil
Rza Vətənin
284
belə ağır, qanlı-qadalı günlərində başqa cür hərəkət edə bilməzdi.
Unutmayaq ki, Xəlil Rza bu təpəri ilə hər bir namuslu
azərbaycanlının ruhunda əbədiyyət şamı yandırmışdır.
Xəlil Rza milli qeyrətli vətəndaşdır. Belələrimizin sayı isə
Azərbaycanımızda çox deyil. Milli qeyrətli kadr olmadan heç bir
xalqın özü də mövcud ola, yaşaya bilməz.
Gəlin Allahdan, xalqın qəzəbindən qorxaq. Axı, Xəlil Rzanın
zindanda qalmasına yalnız dözdüyümüzə görə, tarix bizi ittiham
edər, xalq, gələcək nəsillər müttəhim kürsüsündə otuzdurar. Niyə
biz öz-özümüzə düşmən kəsilməli, zülm etməli, xalqımızın Xəlil
Rza kimi görən gözünü çıxarmalı, vuran əlini kəsməliyik?
Siz təsəvvür edin: S.Xandzanyan, V.Hambarsumyan, G.Emin,
K.Dəmirçiyan, Z.Balayan ve s. kimi rəzil, alçaq, ad oğrusu, musiqi
oğrusu, adət-ənənə oğrusu Azərbaycan xalqının ləyaqətsiz
düşmənləri, milli qırğınların səbəbkarları milli qəhrəmana,
Ermənistan və SSRİ xalq deputatlarına çevrilir. SSRİ ərazisində
yaşayan 21 millətin, o cümlədən ermənilərin 110 şairinin və
dünyanın 29 millə-tinin 71 şairinin əsərlərini ana dilinə çevirib
“Qardaşlıq çələngi” (1982), “Dünyaya pəncərə” (1984) adlı kitab
buraxdıran, M.Cəlilin “Moabit dəftəri”ni, İ.Selvinskinin “Çiynində
qartal gəzdirən” (“Babək”) pyesini, R.Rojdestvenskinin “30-cu yüz
illərə məktub” poemalarını orijinaldan ana dilinə çevirib ayrıca
kitab kimi çap etdirən sadəlövh Xəlil Rza isə milli və irqi ayrı-
seçkilik salmaq ittihamı ilə həbs olunur.
Hörmətli prezident, nəzərinizə çatdırmağı özümüzə borc bilirik
ki, irəli sürülən ittihamın nə dərəcədə sübut olunacağından asılı
olmayaraq, subyektivizmə son qoymaq, hüquqi dövlət yaratmaq
iddiasında olduğumuz bir dövrdə Xəlil Rza həbs olunarkən, ona
ittiham irəli sürülərkən, onun barəsində qəti imkan tədbiri həbs
seçilərkən
285
Azərbaycan SSR Konstitusiyası, Azərbaycan SSR-in suverenliyi
barəsində qanunun tələbləri ümumən konkret olaraq, Azərbaycan
SSR Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Bu
müraciətdə həmin tələbləri xırdalamaq zərurəti yoxdur. Lakin onu
deyək ki, CPM-in ziddinə olaraq, Azərbaycan SSR Dövlət
Təhlükəsizliyi Komitəsi, Azərbaycan SSR Prokurorluğu ola-ola
Xəlil Rzanı Azərbaycan SSR CM-in 67-ci maddəsi ilə həbs edib
Moskvaya aparmağa, ona ittiham vermədən üç, zəruri hallarda 10
gündən artıq həbsdə saxlamağa, ittihamı vəkilin iştirakı olmadan
verməyə qanuni əsas yox idi. Cinayət Prosessual qanunun tələbinə
görə cinayət harda törədilibsə, sübut vasitələri hardadırsa, istintaq
da orada aparılmalıdır. Belə olan tərzdə qanunun tələbini pozub
Moskvada istintaq aparmaq 4 dövlət aparmaq SSRİ Dövlət
Təhlükəsizliyi Komitəsinə və Baş Prokurorluğa kim icazə
vermişdir?
SSRİ mövcud qanununun tələbinə görə, cinayət işinin istintaqı
bitdikdən sonra prokuror müstəntiqdən cinayət işini alıb beş
sutkadan artıq olmayan müddət ərzində işlə tanış olmalı və ona
lazımi istiqamət verməlidir.
Bəs necə olur ki, qanunun keşiyində durmalı olan bir orqan
özbaşına hərəkət edib qanunu aşkar pozur və bu beş günü bir
çinovnikin istədiyi qədər uzadır?
Hörmətli prezident, Azərbaycan SSR vətəndaşlarının hüquq və
qanun mənafeyinin ali keşikçisi kimi yuxarıda son dərəcə qısa
söylədiklərimizi əsas tutub xəstəliyi zindanda şiddətlənən, hava
almağı çətinləşən şair Xəlil Rzanın barəsində qəti imkan tədbirinin
dəyişdirilib həbsdən azad olması haqqında sərəncam verməyinizi
xahiş edirik.
Xəlil Rzanı Müdafiə Komitəsinin müştərək sədri:
İsmayıl Şıxlı - yazıçı
Hümmət Süleymanlı - hüquqşünas
Baki, 4 sentyabr 1990-cı il. [318]
29 aralıq 1989-cu ildən mitinqlərdə “Vəzirova istefa”
286
tələbi qoyulmuşdu. X.R.Ulutürkün yeni müstəntiq A.Yanalovla
Azərbaycan Xalq Cəbhəsinin Ali Sovet qarşısında keçirdiyi 28, 29,
30 aralıq 1989-cu il tarixli mitinqləri, H.Əliyevlə bağlı “Pravda”
qəzetində 13 nisan (aprel) 1990-cı il tarixli neqativ yazı ilə bağlı
mühakimələrdən sonra A.Yanalovun 12-13 yanvar hadisələrində
ermənilərə divan tutulmasının səbəbləri ilə əlaqəli olan
sorğularından və cavablardan danışılır. “Cavablandırmışdır ki, rus
ordusunun Bakıya soxulmağına əmr verənlər, onları qarşılayanlar,
qanlı qətli öncə təşkil edənlərdir. Mən həbs olunmağım ərəfəsində
6 günün içində öyrənə bildim ki, bəşəriyyət tarixinin ən iyrənc,
xeyanətkar, qanlı səhifələrindəndir 20 Ocaq 1990-cı il. Bakıdan
qovulmuş ermənilərin hayıfını çıxmaq üçün bu qəsd, bu qətl, bu
amansız ölüm mexanizmi çoxdan düşünülmüş şəkildə
qurulmuşdur” [Bax: 16 nisan (aprel) 1990] [318].
X.R.Ulutürk 8 ocaq (yanvar) 1990-cı ildə Bakının Azadlıq
meydanındakı mitinqdə irəli sürdüyü tələblərə görə də ittiham
olunmuşdur. Şairin idarə etdiyi həmin mitinqdə irəli sürdüyü
tələblər siyasi məzmunu və tarixi əhəmiyyətinə görə fərqlənmişdir.
Tələbnamədə göstərilirdi (ixtisarla verilir):
1. Vəzirov da, Qərib İsgəndərov da, Manuçaryan və Zori
Balayan qədər təhlükəli yırtıcıdır...
3. Bəşəriyyətin bütün mütərəqqi qüvvələri - rusların “Pamyat”
təşkilatı, Soljenitsın dahiliyi, “Arxipelaq Qulaq” bizim də mənəvi
sərvətimizdir, öyrənməyə, mənimsəməyə layiqdir.
4. Arvadı Yelena Bonner Əlixanyan tərəfindən yoldan çıxarılan
Saxarovu dahi saymaq olarmı?
5. Ən böyük idealımız - vahid Azərbaycandır! Bu vahidliyə nail
olmanın bütün vasitələrini kəşf etməliyiz.
6. “Heç bir vəch ilə hakimiyyəti Türkə verməməli” xətti,
Rəfsəncani-Brejnev bağlaşması hələ də gücdən düşməyib.
287
8. Teleradioşirkətin, Akademiyanın, Universitet və institutların,
yaradıcı təşkilatların, mətbuatın suverenliyinə nail olmalıyız.
9. Elbrus, Kazbek, Kuban, Yessentuki, Krım, İtil (Volqa), Oder
(Odər), Ural, Karpat, Altunsu (Krasno-vodsk), Baykal, Altay,
Sibir, İrtış, Yenisey, Çukot, Taymır, Kamçatka... türk
toponimləridir.
13. Andranik, Amazasp, Mirzoyan, Mikoyan, Markaryan,
Qalustyan cinayətlərini necə unutmaq olar? Bu həmin Qalustyandır
ki, 1938-ci ilin fevralında M.Müşfiq kimi gənc dahini vur-tut 25
dəqiqə mühakimə etmiş, haqqında ölüm hökmü çıxarmış,
“troyka”nın sədri olmuşdur...
16. “Silahları” şeirini oxuyuram [Bax: 27 hazıran (iyun) 1990]
[318].
Bu çıxışların motivində də erməni faktoru dayanmış, guya
ermənilərə qarşı ittihamlar irəli sürüldüyü qeyd olunmuşdur. 12-13
ocaq hadisələrində də X.R.Ulutürkə erməni məsələsinə - erməniləri
Azərbaycandan qovmaq çağırışlarına görə ittihamlar irəli
sürülmüş, şair siyasi çıxışlarına görə mühakimə edilmişdir.
X.R.Ulutürk 26 yanvar 1990-cı il tarixdən 9 oktyabr 1990-cı
ilədək, 8 ay 13 gün Lefortovo zindanının izolyatorunda
saxlanılmışdır. O, zindanda 2000 səhifədən artıq əsər yaratmışdır
ki, bunun 197 şeirini azadlığa buraxıldıqdan sonra çap etdirmişdir.
Şair həmin şeirləri “Qıfılı o üzdən olan qapılar” adı altında
ümumiləşdirmişdir. Həmin şeirlər başdan-başa nikbinlik,
qəhrəmanlıq nümunələridir.
Xəlil Rzanın zindan şeirləri çoxəsrlik Azərbaycan
ədəbiyyatında “Həbsiyyə” adı altında tanınmış Xaqani, Fələki şeir
ənənələrinin XX əsrə gələnəyidir.
“Xüsusi təyyarədə” (28 ocaq), “Dəmir qəfəs” (2 şubat), “Soruş,
peşmanammı” (2 şubat)
şeirlərində
şairin taleyi
avtobioqrafikləşdirilir. TU SSSR Vnukovo hava meydanına
gətirilən mücahid “dəmir kibi gəlib, polad ki-
288
bi çıxacağını” yoldaşı Firəngiz xanıma inamla söyləyir, şair qadını
olduğuna görə adını Ülu saxlamağı, vüqarlı gəzməyi tapşırır.
“Dəmir qəfəs” şeirində assosiasiya -metaforalarla düşünən şair
dəmiri maddi obyektlərdən tutmuş, psixoloji əhvali-ruhiyyəyə
qədər mənalandırır. Protokollarda, qərarlarda olan “dəmir
effektdən” belə usanmır, paslı daş-dəmirdə nur “görür”. Bu qədər
“filizi” dizlərilə qıra biləcəyi barəsində düşünən şair qətiyyətləşir.
Dəmirlərə qarşı almaz olan şair, özünə hökm çıxarır: “Nəinki
zindan, cəza, hətta heç ölüm də mənim azadlığımı əlimdən ala
bilməz!”.
Lefortovo şeirlərinin iri həcmli nümunələrindən biri “Əlvida,
Azərbaycan”dır. Əsərdə şair “qırmızı” metafora assosiasiyasının
emosional-siyasi rənglərini mənalandırır, onu qırmızı imperiyanın,
Kremlin vədləri, “Aşkarlıq və demokratiya” uydurmaları ilə ifadə
edir və respublikanı yenidən xatırlayır. Kameraya sığmayan şair
xatırlayır ki, “yəqin qar yağır indi Bakıya, qırmızı qar”. Və “qan”
sözünə siyasi rəng verir. Bu, Bakı qırğınlarına, ölüm və qanlara, 20
Yanvara işarədir. Şair “qan” assosiasiyasından ciddi siyasi
mətləblərə keçir. 20 Yanvar gecəsində əzilmiş maşınları
canlandırır, qərara gəlir ki:
Toxunmayın, ağalar, bu gün dinc durun barı,
Dünya sərgilərinə qoyalım maşınları.
Sizin “xalqlar dostluğu” adlı muzeyiniz var.
Saxlansın qoy ordaca bu yaralı maşınlar.
Sonra şair baş vermiş faciələri sadalama intonasiyasında davam
etdirir, yalnız sovet tanklarının tırtılları altında qalmamış qollardan,
çəkmələrdən danışır:
Qanla dolu çəkmələr... çəkmələr gör nə gündə
Çiynindən qoparılmış qollar gözüm önündə...
Qan çəkməli ayaqlar qalxıb addımlayacaq!
Çiynindən qoparılmış qollar yaralı bayraq,
Bakı qanh bir məzar, özü boyda laləzar,
Selin, suyun altında pərən-pərən bir gülzar.
289
Milli xarakter fəci reallıqların təfsilatına varir, konkret poetik
təsvirlər verir:
Əlinidə təpcəkli bel... qazıram yaş torpağı,
Gözlərimin sürməsi bu qaya, daş torpağı.
Yanıqlı bayatılarla gücləndirilən təfsilat milli xarakterin - şairin
emosional duyğularında təbiətlə cəmiyyət arasında qəribə bənzəyiş
duyur, göydə olan kəhkəşanların yerdə qurulduğuna heyrətlənir:
Hanı yüz milyard ulduz? Hanı gümüş kəhkəşan?
Kim yıxdı kəhkəşanı ərşin ucalığından?
Neçə milyon ülkəri gətirdi kim doldurdu
Bir avtomat diskinə, min avtomat diskinə?
Bizi pis günə qoyan özü qalsın pis günə...
Bakı matəm sərgisi... baxın qanlı əyninə,
Şəfqət bacısı dünya aldı onu çiyninə.
X.R.Ulutürk faciənin təfərrüatlarına varır, gördüyü, yaşadığı
hadisələri diqqətdən yayındırmır, təsvirdə od-alov səpə-səpə
şaqqıldayan pulemyotlar, daş asfaltı yandıran ləpə-ləpə qan seli,
güllə yağmuruna tutulan ayparalı maşın da, qurşunlanan həkim də,
yüksəliş sevdasına güllə dəyən qartal da, yenicə qız əli tutmuş bir
cavanın eşqi də canlanır və oxucu qəlbini dağlayır.
X.R.Ulutürk təsvir-təhkiyənin yönünü epik təsvirə, dialoqlara
doğru yönəldir, həyatda mövcud olanları - epik hadisələri təbii
verməkdən ötrü ağappaq, tərtəmiz divara qanla yazılmış sətirləri
daha önəmli diqqət mövqeyinə çəkir: - “Azərbaycan, əlvida!”, -
“Alın qisasımızı”, -“Öldük, amma qaçmadıq” nidaları - Bakının
Salyan kazarması yanındakı avtobus parkında ağır maşınların
kapotuna və divarlara insan qanı ilə yazılmış cümlələr gözümüzü
dalayır. Sonra şair təhkiyəni yenidən lirik intonasiyalara doğru
yönəldir - poetik ləngəri bayatıların 14-lüklərlə əvəzlənməsi,
növbələnməsi doğurur. Tənqidin kəsə-
290
ri ondadır ki, 20 Yanvarı törədən Qorbaçov, birbaşa ifşa olunur,
şərəfsiz əllərdən Nobel mükafatı alan qızıl ilan cildinə girib
aşkarlıqdan söz açır.
Şeirdə X.R.Ulutürk həbs olunmasını nikbin poetik dillə oxucu
diqqətinə çatdırır, “diz altına salıb sanki şairi azca tumarlayan”
əlləri tapançalılar: - “Silahın varmı” - deyə sorurlar:
Əlləşdirib qoynumu, ciblərimi, əynimi
Sordu: - Varmı silahın? - yoğun boynu tir adam.
Dedim: - Gəzmə əynimi, axtar qaynar beynimi,
Məgər görmürsən ki, özüm canlı silaham.
Şair metaforalarla, assosiasiyalarla faciəli hadisələrin təsvirini
verir və ömür-gün yoldaşı Firəngiz xanımdan nigaran qaldığını
bildirir:
Mənim zərif çiçəyim, qorxacığım, ürkəyim,
Bəs sən dözəcəkmisən, bənövşədən kövrəyim?
Mənim dərdim damladır dərd dənizi içində,
Mən adi bir nərgizəm, qızıl qana bələnmiş
min nərgizin içində.
Qərənfıllər düzülər səkilərə, yollara
Qərənfil alovundan yanğın düşür süd qara.
Sənətkar qərənfillərin yaratdığı əfsanəyə də xüsusi
diqqət bəsləyir:
Qərənfil saçılmada dağa, daşa qərənfıl
Sumqayıtın rizləri başdan-başa qərənfil.
Biləcəri, Mərdəkan, Binə yolu qərənfil
Addımbaşı deyir ki, yatma, oyan ey qafil!
Salyan kazarması qan, dörd tərəfi qərənfil,
Əriyərsən bu dərddən. Sən birfil olsan da, fil!
Bəşəriyyət görübmü böylə birfaciə, yas?
Bu boyda məzar olmaz, bu boyda gülzar olmaz!
291
X.R.Ulutürk Azərbaycan torpaqları və tarixi şəxsiyyətlərinin
itirilməsini yada salıb onları bu günün fəci mənzərəsi ilə birlikdə
lirik planda təqdim edir. Poetik panoramdan Xankəndi, Ağdərə,
Zəngəzur, Altunkənd, Basarkeçər, Kəlbəcər kimi bölgələr maddi
sərvətləri ilə göz önündə canlanır. Lirik ahəng və intonasiyada
Mikayıl Müşfiq, Əhməd Cavad, Yusif Vəzir, Seyid Hüseyn kimi
repressiya qurbanları 90-cı illərdə, 20 Yanvar günlərində yenidən
canlanır. “Demokratik” hökumət xalqı güllələyir, Borovik, Süva,
Qdlyan, “Pravda Vostoka”, “Pravda”, “Litqa-zeta”, “İzvestiya”,
“Moskovski novosti” - zəhərli millətçilik təbliğatı xərçəng,
traxoma kimi xalqları parçalayır, məsxəti türkünü özbəyə qarşı
qoyur. Amerika dünyası İran körfəzinə qoşun, təyyarə, tank, mərmi
daşıyan esmi-neslər, donanmalar, raketlər məmləkəti kimi ittiham
olunur, dünyanın dərdi şairin dərdi kimi qavranılır. Rus imperiyası
“Xotyat li russkie voynı” mahnısını oxuya-oxuya 1956-cı ildə
Macanstana, 1968-ci ildə Çexoslavakiyaya, 1978-ci ildə
Əfqanıstana soxulur. Şair bu əsasda dünya həmrəyliyini Berlin,
Paris, Tokio, Bolqarıstan, Ukrayna, Beloras və başqalarının Bakıya
yardımını da unutmur. O, milli ayrı-seçkilik aparmadan 20 Yanvar
günlərinin şəhidlərinə: rusa, ləzgiyə, tatara, azəriyə qan qardaşı
kimi ağlayır, qardaşlıq məzarında rahat yatmalarını Allahdan
diləyir. Şair imperiya dünyasını, “Pravda”nı ittiham edir:
Vətənim qan içində... baxır, susur “Pravda”,
Borovikin dililə yalan qusur “Pravda”.
Qəzetlə maskalanan İqor Belyayevə bax,
Ərzə yalan püskürür neçə-neçə qurumsaq.
Balayanı qorxudur türkün hədsiz artımı,
Bir fayda verməyəcək Buşun ona yardımı...
“Azərbaycan, əlvida” şeirində yanıqlı bayatılar, “Qazırıq bellə,
külünglə... açılır öndə məzar” misralı qəzəl də verilmişdir. Qədim
Çəmbərəkənddə, dağ yüksəkliyin-
292
də 1918-ci ildə dəfn olunmuş şəhidlərin qafaları üzə çıxır - 1918-ci
il 1990-cı ildə yenidən təkrar olunur - işğal davam edir. Şair
iştirakçısı olduğu bu günləri unutmayacağına, “cahanda son fatehin
axırına çıxmayınca” bu aləmdən getməyəcəyinə and içir.
“Gülüm, aç pəncərəni”, “Dustaq”, “Zindanda səadət”, “Gəzinti
guşəsi”, “Yox, mən qala bilməzdim”, “Limon qabığı”, “Razılıq,
narazılıq”, “Təmiz havanın dadı”, “Can vermərəm özümə”,
“Nigaranam” psixoloji məqamlarla əlaqəli olan şeirlərdir. “Yox,
mən qala bilmərəm” şeirində elegiya janr müəyyənliyidir.
Xəlil Rzanın fikri assosiasiyalarla ifadə etməyi “Təmiz havanın
dadı” şeiri üçün də xarakterikdir. Şair “Pravda”nın yaydığı zəhərli
ideyalarla həmin qəzetin kağızından istifadə edib eşdiyi tütün
arasında bənzətmə görür və mənalandırır ki, “Apaydın bilinərdi
təmiz havanın dadı, bu “Pravda” tüstülü zəhrimar olmasaydı”.
X.R.Ulutürkün Lefortovo şeirlərinin bir qismində milli
xarakterin psixoloji-fərdi məqamları təsvir edilirsə, digər bir
qismində obyektin idraki-psixoloji cəhətdən dərk olunması önə
çəkilir. “Otuz milyon”, “Qanların şəlaləsi”, “Təbrik, Nelson
Mandela”, “Salam, Boris Pasternak” belə əsərlərdəndir.
Şair “Təbrik, Nelson Mandela” əsərində özü ilə səngərdaş
bildiyi Nelson Mandelaya ritorik-emfatik nidalarla müraciət edir.
N.Mandela zənci xalqının qəhrəman övladı olub 30 illik həbs
cəzasına məhkum edilmiş, “Viktor Ferster” zindanında
saxlanılmışdır. O, həbsdən əvvəl Afrikanın azadlıq meydanlarında,
Keyptaun meydanında mitinqlər, marşlar, nümayişlər keçirmişdir.
Lakin dəmir-beton divarlar onun ruhunu susdura bilməmişdir.
Azadlıq aşiqinə güllələnmə kəsilsə də, ehtiyatlanıb ölümü 30 illik
həbs cəzası ilə əvəz etmişdilər. O, 13 fevral 1990-cı ildə 30 illik
həbsdən azad olmuşdur. Şair özü ilə Mandela arasında oxşar tale
görür və onun azadlığından sevinərək
293
“sağ əlin başıma”, - deyir. Milli xarakter azadlığı yalnız “alım”
dəyərində düşünür, buna görə də o, “yarmaq gərək zindanı dırnaq
ilən, diş ilən” qənaətindədir (“Qoyma şir pişikləşə”, “Salam, Boris
Pasternak”).
“Salam, Boris Pastemak” əsərində B.Pasternaka “Doktor
Jivaqo” romanına görə olan hücumlar əleyhinə toplanan imzaları
xatırlayan şair YUNESKO-nun 18 fevral 1990-cı ildə keçirdiyi
bayramda ola bilmədiyinə təəssüf edir.
Xelil Rza Ulutürkün milli xarakteri təbiət saflığından dinclik
tapır və şairi şirin xatiratlar qoynuna çəkib aparır. “Qar” şeirində
şairə “nəvaziş göstərən, başına sığal çəkən, çiyninə, kirpiyinə,
qaşına qonan” qar həm də onun xəyalını tarixi keçmişə, həyatının
Peredelkino illərinə uçurur - N.Həsənzadəli, Sara xanımlı,
Firəngizli günlərinə qaytarır, şairdə xoş, ümidli ovqat oyadır, bu
ovqatda xəfif sıxıntı və xiffət də vardır, - ona görə ki, şair
qismətinə düşən qar indi “torun dəmir gözündən keçir”, “bir
qəfəsin şöləsi” qar şöləsi qədərincə olur. Adi təbiət düşüncəsindən,
xoş ovqatdan qəfləti ayrılan şair varlığı birdən də sərtləşir, təzadlı,
ciddi görkəm alır. Belə olanda milli xarakter filosoflaşır,
müdrikləşir, dünyanın mövcudluğundan, insanın mənşəyindən,
müasirlikdən söz açır. İnsandan olmazın əzab-əziyyətlər görəndə
onu kor meymuna müncər edir, “yenidən yaxınlaşır insan meymun
həddinə, planetin göz yetir mirimin kor sərhəddinə” düşüncələrinə
qayıdır (“Təcrübə stansiyası”). Qayıclır ki, “diktatorlar bilsin ki,
cəngəllik qanunuyla yaşaya bilməz bəşər, diktatorlar hökmündə
xeyiri üstələr şər”. Həmin ümumi hökmdən fərdini ayıran şair milli
zəmindən yaddaşı, oyanışı vurğulayır. Vurğulayır ki, milli idealı,
milli taleyi qorumaq üçün:
Bir milyon səkkiz yüz min türk azəri, insanı
Öz yurdundan qoparan kor qüvvəti, gör, tanı!
Dünyanı təzadlarıyla qavrayan Ulutürk hərlənən yer
294
kürəsinin mərkəzində kürə üçün gor qazanları görür. Onların
siyasətidir ki, ağla qara, müsəlmanla xaçpərəst, alimlə nadan bir-
biri ilə toqquşan siyasətlər, dövlətlər uyuşa bilmir. Şair sinəsində
zindanlarıyla hərlənən yer kürəsində - rus imperiyasının üç yüz ili
haqlayan ikibaşlı qartalını əsla unutmur, xoşbəxt vaxtlarında belə
“yer altında al boyaq” olan qızıl güllər ildırıma dönüb təbərrük
torpaqdan baş qaldıranda, universitet illərində “addımlayan baharın
ağ örpəyi sürüşəndə də, “qolu bağlı, köksü dağlı məmləkətini”
düşünmüş, pərt olmuşdur”. Üçrəngli bayrağı ay-ulduzla görüşəndə
sənətkar ölüm-dirim qovğasına düşmüşdür. O, əbədiliyini onda
görür ki, Vətən “bütün səltənətlərdə döyüşmüş X.Rzanı bəxtinə
düşmüş qüdrətli sənətkar” bilir! (“Mənim bəxtimə düşdü”)
X.R.Ulutürk Lefortovo şeirlərində xəyalın, xatiratın nurlu
pəncərəsindən də baxmalı olub. Belə məqamlarında o, Firəngizinə
dönə-dönə üz tutub - Mandelanın xanımı Vindi kimi “Nigaranam”,
“Mənim həbs xəbərim”, “Qəm içrə bayram yarat”) mətin olmağın,
dözümün əlacını ona öyrədib. Söyləyib ki, “günəş qədər pakizə
süfrəni özü bəzəsin”, - ailə üzvləri Sevinc, Türkay, Təbriz gəlsin,
üçrəngli bayrağını başının üstündən assın, uvertura çaldırsın”.
Sonra da deyir:
Bizim həyətimizdə qocaman bir palıd var,
Ağzı geniş, dibi dar.
Zərli piyalələri çırpın həmin palıda,
Planetdən, qanımdan atəş əmən palıda.
Durun, qəmi tapdayın düşmən bayrağı təki,
Bizim evdən nur alıb çıraqban olsun Bakı.
Milli xarakter özü ilə Firəngizi arasında olan vəhdətdə
ümmanları, dalğalanan, “əllərində şüar olan plakatları –“Ulutürkə
Azadlığ”ı görür, həmin inamdan da “dağıdacaq zindanı həm xalq,
həm Xəlil Rza” hökmü boy verir!
Sənətkar xalqına özünün vəhdəti misalında baxır, Azərbaycanın
gələcək baharını da yeni görür. Bu bahar
295
“şəhidlərin qanını götürüb, al-qırmızı ağaclar qan qırmızı olub:
“Lalələr çöllərə düzüm-düzüm od tökür” - şair dünyanı,
Azərbaycanı qırmızı assosiasiyasında təsəvvür edir (“Tamam başqa
bir bahar”).
Zindan heyatı Xəlil Rzanın özünüdərkinə baxışdır. Şair belə
həyatdan sarsılmamış, bədbin olmamışdır. Zindana gəldiyi yola
nəzər salan şair “yox, mən susa bilməzdim” deməyindən məmnun
qalır, özünü haqlı görür.
X.R.Ulutürk Lefortovo həyatını təfərrüatlarına qədər izləyir.
“Bakıdan gələn bağlama”, “Günü gözəl keçirmək”, “Dustaq
geyimi” şeirlərindən aydın olur ki, şairə göndərilmiş bağlamanın
qayda üzrə çəkisi beş kq-dan çox olmamalıdır. Şair ağ şam, limon,
soğan, ağ kişmişə poetik nəzərlə baxmış, 34 il əvvəli - toy
gecəsindəki bağlamanı xatırlamışdır:
Balaca bir bağlama nələri saldı yada,
Nə məhəbbət öləndi, nə səadət dünyada.
Şair keçmişi ilə bu günü arasında bağı belə poetikləşdirmişdir:
Nələr deyir ağ kişmiş, hər giləsi müqəddəs, Mənim ulduzlarımı
zindan söndürə bilməz! “Günü gözəl keçirmək” şeirində adiliklər
mənalandılır. Şair özünü zindanda gözəllik keşikçisi hesab edir. O,
“zər külçəli döşəməni silir”, 3 çarpayını, 4 divarı par-par parıldadır,
döşəkağı, balışı qızıl gül çələngi” kimi dəyərləndirir, “su lüləyini
qızıldan” bilir - özünü “Lefortovo qəsrinə memar görür, cüt qaşığı,
boşqabı, çaydanı gövhər, dürr, kağızları ağ çiçək”, çayı bu zindana
səpilən Lənkəran ətri” hesab edir və “Zolotoe runo” sunu ləzzətlə
nuş edərək, “günəşi cahan məşəli”, “qarı başına yağan ağ ulduz”
görüb deyir: “Başım səadət tacı, mən - Azadlıq Allahı, Bu cür
qarşılayıram zindanda hər sabahı”. Zindanda belə günü gözəl
keçirmək şair nəzərində “kişi ləyaqətini, Vətən ləyaqətini canından
və günəşdən uca tutmaqdır!” “Dustaq geyimi” şeirindən bilirik ki,
şairi “ştamplanan
296
şalvarı, düyməsiz pencəyi, qapqara çəkmələri” ilə kamera dustağı
etsələr də, “söndürə bilmirlər təbəssümünü”. Zindanda şairin şəraiti
əzik döşək, çarpayı, yumruq boyda balınc, gödək adyaldan ibarət
olmuşdur. O sanki “qayalar qəmbərində narahat bir dəniz”, yaxud
“şimalın qarlı buzunu əridən səməndər quşudur” (“Səadət
ulduzuyam”). Sənətkarın qəlbi, əlləri dustaq olsa da, yarıcanı
Azadlıq meydanındadır, “əllərdə çiçəkləyən bayraqların
yanındadır”, sənətkar ölməyən ruhlarladır, şəhidlər məkanında
İsmayıl, Ülvi, Vəfadarladır. Şair sakit kamerada 6 milyardlıq
bəşerin davamıdır. Zindanda sənətkara bir qetrə azadlıq yoxdur.
Bir neçə dəfə bərkdən danışdığına, davranış qaydalarını pozduğuna
görə əyninə 24 saatlıq rezindən cəza köynəyi geydirmişlər. O, cəza
köynəyini özü üçün Səməndər köynəyi bilir, soyuq rezin şair
varlığından od-atəş alıb alışır, yanır. Hiddətlənir ki, beton məhbəs,
hərbə-zorba azmış kimi üstəlik ona sorğu-sual, cəza köynəyi bəxş
edir. Milli xarakter özü ilə kainat arasında bənzətmələr arayır,
vulkanları, odları planetin cəza köynəyi bilir, eşitməməkçün cəza
köynəyi qulaqlarını sıxır, yazmamaqçün barmaqlarını sıxır, sözlü
dodaqlarına “sus” möhürü vurur, getməməkçün ayaqlarını bağlayır
-sıxır əynini, kürəyini. Fəqət şair idrakım, təfəkkürünü bağlaya
bilirmi? Sənətkar şeirdən lirik ricətlərə çıxaraq Polşa, Rumıniya,
Çeçen-İnquşetiyanı seyr edir: “Qırır qandalı Polşa. Parçalayır
Varşava öz cəza köynəyini”. “Buxarestdə Ağ qəsri dağıdır
Rumıniya, Paslı darvazaların sındırır biləngini”. “Qalxır çeçen-
inquşlar, osetinlər ayağa. Dönür cəza köynəyi qana batmış
bayrağa”.
Şair millilikdən bəşəriliyə, bəşərilikdən milliliyə yol alır:
“Həmnəfəs olur bəşərlə, aləm qalxır ayağa”. Şairin burnundan
açılan qan da obraza çevrilir; həkimlər qanı kəsə bilmirlər, çünki
bu qan Bakı meydanlarından gəlir:
Zəhmət çəkmə, can həkim!
Kəsə bilməzsən qanı. Get dinc əyləş yerində.
297
Qanın bir ucu burda, bir ucusa ordadır.
Bakı küçələrində.
Əsərdə şairin “həbs xəbəri” ilə bağlı fərdi detallar da
verilmişdir. Sənətkarın həbsi onun nəsli üçün həm fiziki ağrı, həm
də səfərbərlikdir. Bu, xalqa doğru aparan səfərbərlikdir; İ.Şıxlı,
H.Süleymanlı Yazıçılar Birliyində Müdafiə Komitəsi yaratdı,
Qabil, Hidayət, Qulu Kəngərli, Zeynal Vəfa şeirlə Xəlil Rza
böyüklüyünü təcəssüm etdirdi. Sərvinaz kimi kişi qeyrətli qadınlar
neçə yüz şag-irdi belə tətillərə çəkdi. Səttarxan zavodunda fəhlələr
əl saxladı, plakatlar qaldırdı. Bakıda yüz milyonluq meydan coşdu,
xəbər Münhenə çatdı, Mirzə Xəzər efirə səs saldı. Mikayıl Mirzə
bütün Türkiyəyə ün saldı, “dünya gəmiyə, Xəlil Rza mayağa
döndü”, Oruc qızı Dilarə xanım əlində şəkil, sərkərdə Ulutürk ilk
cərgədə irəlilədi, Məhəmmədin, Rəhbər Bəşiroğlunun gur səsləri
dalğa-dalğa yayıldı, Azadlıq eşqi ilə sərhədlər dağıldı, eyni
məkanda “xalqın azadlığına şair həbsi təkan oldu”.
O vaxt inqilab bahadırının qardaşı Məhəmməd Rza
Xəlilbəylinin ilk güman, ümid yeri xalq şairi, millət vəkili Bəxtiyar
Vahabzadə olmuşdu. Ona Xəlil Rzanın həbs edildiyini bildirir...
“Döymədiyimiz qapı-pəncərə qalmadı. Respublika rəhbərliyinə,
hüquq-mühafizə orqanlarına müraciətlər, teleqramlar, haraylar,
fəryadlar sükutla qarşılandı. Dəfələrlə Moskvaya - qan çanağına
getdim. Ustadla görüşə icazə verilmədiyi üçün imperiyanın kahası
Kreml qarşısında aclıq aksiyası keçirdiyim, intiharla hədələdiyim
ünvanlar da oldu. Aprelin 1-də venamı kəsib ölümcül halda
şəfaxanaya düşdükdən sonra məşhur dustaqla görüş almağımın nə
qədər ağır olduğunu düşünəndə indi üşənirəm. 68 gün üzünü
görmədiyim ustadla bu tarixi görüşümüz nə qədər ağır olsa da,
indiki əbədi ayrılıqla tutuşdurduqda bu o qədər xoş ovqat yaradır.
O vaxt Kremlin qurultaylar sarayı qarşısında Ali Sovetin deputatı
“Aziya”-nın yazarı, ustadın bağ evində qonaqlıqdan ta-
298
nıdığım böyük qazax şairi Oljas Süleymenovla, “Əsrə bərabər
günü”ün müəllifi, deputat Ç.Aytmatovla, ustadın azadlığı ilə bağlı
müxtəlif ünvanlara yazılmış məktublar, əsrə bərabər bir ömür
xatirələri kimi beynimdə çözələnir. Nəhayət, avqustun 22-də
Azərbaycan Yazıçılar Birliyində vətənpərvər hüquqşünas Hümmət
Süleymanlı və xalq yazıçısı İsmayıl Şıxlının müştərək sədrliyi ilə
rəsmi qaydada “Xəlil Rzanı Müdafiə Komitəsi” yaratmağa nail
olduq” [102]. M.R.Xəlilbəyli nəyə gücü çatırsa, satıb tərtib elədiyi
“Xəlil hey...” kitabını fövqəladə vəziyyət şəraitində 200 min tirajla
çap etdirib yayır.
X.R.Ulutürkün azadlığına doğru yol getməyi adi bir Pərvanənin
(kəpənəyin) azadlığından başlayır (“Pərvanəyə azadlıq”).
“Bayırdan gələn səslər” şeirində səs motiv - obraz müəyyənliyi
kəsb edir. Xəlil Rza səsi gah qüdrət kimi qavrayır, gah da avtomat,
raket kimi dəyərləndirir. Şair qəlbi Səsə bir az da yaxından diqqət
kəsilir. Hətta, “diqqət kəsilirəm mən süd köpüklü qara da, təzə qara
sanlınmış altun şüalara da”. Adi qarğa səsində isə traktorla dalğa-
dalğa sökülən yeri, torpağı xatırlayır. Şair “çöldən gələn səsləri
acgözlüklə udur”. Sonra Səs şair nəzərində siyasi mənaya qədər
böyüyür, güclənir: Uzaq Almaniyada zindanlar dağılır, Berlin,
Vyetnam, Drezdendə zəncirlər qırılır. Bakı qan içində çimizdirilsə
də, bəşərin yürüşləri kəsilən deyil. Gecənin qoynunda səs-səda
eşidiləndə sanki “yatmış dəniz baş qoyub şair köksündə
mürgüləyir”. Heç bir zindan, qadağa şairə gələn səslərin yolunu
kəsə bilmir.
X.R.Ulutürk zindan şeirlərini siyasi motivlər, ideyalar üzərində
qurmuşdur. Lefortovonu ən həssas duyğularına, ovqatına, sevinc və
kədərinə qədər yaşamaq istəmişdir, buna görə də 23 şubat günü
onun nəzərində tarixə dönür: qız nəvəsinin dünyaya gəlişi onun
bayramı, sevinci olur. Lakin şair bu tarixi, 23 fevralı həm də qızıl
orduya yas günü kimi anır. Düşünür ki, məhbəs sevinci “bayram
299
sayılan yasın isti qan ləkəsini Abşerondan, bu aləmdən siləcək!”
Lefortovo mövzusunun psixoloji-fərdi məqamlarından biri də
dustaq məlaikələrinin - qızların şeirə gətirilməsi, mövzuya
çevrilməsidir (“Dustaq məlaikələr”).
“Keşikçilərim” şeirində şair məhbəs qayda-qanunlarından
danışır, danışır ki, hər gün dörd növbə dəyişilməli, 2 dəqiqədən bir
keşikçi göz yerindən baxmalıdır. “Yuxu” şeirində X.Rza
“Türkanda dərdlərini gizlədib şad oxuyan bir gəlini” dinləyir.
Əruzla yazılmış “Bizim ellər yerin-dəmi” şeiri psixoloji-mənəvi
ağrıları dilləndirir. “Gözlük seçən göz həkimi”ndə şair - milli
xarakter “görmə” asso-siasiyasını mənalandırır, gözlüyü, linzanı
uzaqgörənlik, lakin yaxşı insanı gözsüz də, - İdrakın gözü ilə
görmək mənasında dəyərləndirir. “Tüstülər” şeirində milli xarakter
- məhbəs həyatını heç olmasa məcazi olaraq, tüstü, siqarla
dağıtmaq istəyir. Lakin özünü kiçik zindanda bilirsə, xalqını da
böyük zindanda görür. Vətəni özündən bətər hesab edir. “Kibrit
alovu” şeirində şair kibrit alovunu mənalandırır, günəşdə belə
əbədi yanan kibritini - payını görür. “Nəfəslik”də kiçik bir nəfəslik
onun nəzərində havanı aldığı borcdur. Əvəzi isə verdiyi qələmidir.
“Sənətkara azadlıq” siyasi şeiri bir milyon iki yüz mindən artıq
məktub, ərizə, teleqram, şikayət, tələbnamə göndərmiş xalqın -
milli azadlıq hərəkatı dalğası, xalqın qüdrət selinin ifadəsi kimi
yazılmış, şairə azadlıq tələb etmişdir. “Yıxın, sökün, dağıdın” və
“Türk” şeirləri şairin türkçülük məfkurəsindən doğulur, böyük
turançılıq fıkirlərindən güc alır, sərhədlər - məftillər əleyhinə
turançılığa çağırır. “Mağara” şeiri qaçqının mağaraya sığınıb
əqrəblərlə, ilanlarla yaşadığını əzabla xatırladır, tarixi keçmişə
qayıdışı, “mənliksizliyi” əks etdirir. “Prometey” şeirində milli
xarakter özünü “Prometey” hesab edir. “Sənin eşdiyin tütün”
şeirində “Astra”sı qurtaran şair tütünü “Pravda”nın kağızına büküb
eşir və “Pravda”nı ifşa edir. “Ağ və qırmızı telefonlar”da hər şeyin
“dustaq” olduğun-
300
olduğundan, qadını Firəngizlə əlaqə saxlaya bilmədiyindən
danışılır.
X.R.Ulutürk “İşıqlan, ey gözüm, könlüm”, “Aman, tanrım bu
səadət”, “Getdin qəlbə qüssə doldu”, “Bu gün eyni şəhərdəyiz”,
“Zindan türküsü”, “Vaysınıram”, “O yerlər”, “Neçin yata
bilmirəm”, “Kəfənini geymiş kişi”, “Qaranquşlar qayıdanda”,
“Mən özümçün darıxmıram”, “Birinci düşmənim”, “Gözüm qaldı”,
“Dözməlisən”, “Azca huşa gedə bilsəm” şeirlərində başlıca ideya
“sənətkara azadlıq”dır. Milli xarakter Müşfiq, Hadi, Cavid,
A.İldırım, Ə.Cavad, Yusif Vəziri - repressiya qurbanlarını
xatırlayır. Lakin razılaşmır ki, indi 1937-ci il deyil, əsrin
axırlarıdır, imperiya Azərbaycandan əlini çəkməlidir. “İlham
üstündə” şeirində fikir təşbehler silsiləsilə daha çox əyanilik tapır:
Kameram - qızıl saray, barmaqlığım - bağça, lək,
Əyləşdim şah taxtımda şerin hökmdarı tək.
Ərzin hökmdarı tək!
Qarşımda ağ vərəqlər... büllur bahar səhəri,
Qələmimdə sıyrılmış Misri qılınc kəsəri.
Mürəkkəbim - Göygölüm bir cüt mavi damlası,
İlhamım - əzəmətli bir Xəzər qasırğası.
Köksüm - alov kürəsi, üzüm-gözüm dan yeri,
Barmaqlarım - günəşin şüa-şüa telləri.
Addımlarım - toprakdan bir azca hündür, uca
Hazıram varıb keçim xəttüstüva boyunca.
Gülüm qaima nigaran obadayam, eldəyəm,
Rövşənəm, zindanda yox, doğma Çənlibeldəyəm.
Şair “Gültac balam” şeirində Bakı qan ağlayanda, qışın qarlı
çağında dünyaya gələn Gültacını əzizləyir. “Əllərimin əksi”
şeirində milli xarakterin əvvəlcə bütöv, sonra isə əllərinin şəklini
çəkib qolubağlı zindana atırlar. O öz əlləri ilə qəsbkar əllərini
müqayisə edir. Düşmən əli
301
ordular yeridib müqəddəs ölkələrə girib. “Firəngizin məktubu”,
“Bu gələn yara bənzər” - əruzla yazılmış bu lirik şeirlərdə
Firəngizlə şair görüşü poetikləşdirilir.
“Qanım” əsərində qanı kəsilməyən Vətənin dərdləri çözələnir.
“Ağ pambıqda bir damla qan” şeirində Vətənin taleyi, idealı
xatırlanır, “qan” metaforası Azərbaycanın verdiyi qan kimi
mənalandırılır. “Çıxaraq bahara Azərbaycanı!” - məhəbbət, həyat
sevgisi ilə dolu olan şeirdir. “Madlen Riffo” - fransız qızına, Fransa
Milli Müqavimət Hərəkatının fəal iştirakçısı, görkəmli şair,
jurnalist və xadminə həsr olunmuşdur.
“Qaçsan güllələyəcəyəm” şeirində milli xarakter nigarandır ki,
onu hara göndərirlər göndərsinlər, təki Şəhidlər Xiyabanından,
Azərbaycandan, Müşfiqdən, Caviddən ayrı düşməsin; onlar da bu
sürgün, həbs yolunu seçiblər. “Siyasi dustağın yeriş qaydası”
şeirində siyasi dustaq özü ilə gözətçi arasında müqayisə aparır,
onların qismətləri eynidir - birinin qolu bağlıdır (siyasi dustağın), o
birinin idrakı, beyni. Fəqət gözətçi qul, dustaq azaddır.
“Zəncirlənib əllərim” şeirində şair mücərrəd səyahətlərə çıxır, əllə
görülən hər cür işə poetik-metaforik məna verir! Əllərini təsvir və
tərənnüm edir.
X.R.Ulutürkün zindan şeirlərində mübaliğə, təşbeh güclüdür,
işləkdir. Şeirlərdə təsvir əlvandır, təfərrüatlara çox varılır.
“İttiham” şeirinin siyasi kəsər və ifşa pafosu güclüdür - hüquq
polkovnikinin şairlə dartışmasını əks etdirir. “Qorxu girmədi
qəlbə” şeirində milli xarakterin dözümü, “Həsrət” şeirində
Türkanına həsrəti ifadə olunur. “Ulu tanrım – poeziya” şeirində
poeziyaya məbəd, ulu tanrı, qılıncdan kəsərli, şir ürəkli millətin
cürət və qüdrəti kimi baxır. “İmkan məhdudlaşanda” şeirində milli
xarakter qandallı ayağı, zəncirli əlləri ilə də özünü xalqınmın
silahı, azadlıq Allahı bilir, imkan məhdudlaşanda sanki “can
yenidən doğulur”. “Bayram axşamı” şeirində Yaz günü Novruzun
bütün adətlərini, vərdişlərini xatırladan
302
şair kənd məzarıstanında öz doğmalarını yad edir.
Xəlil Rzada özünüifadə güclüdür. “Xəlil” şeirində əruzla
yazılmış şeiri tərənnüm pafosu süsləyir: “Üç zaman vahidinin
sahibidir, fikir eləməz. Öz qızıl qiymətini almasa dövründə Xəlil”.
“Zəncilərin azadlıq türküsü” şeiri azadlığa odadır. “Firəngiz
görəydi kaş” şeirində həbs şairi qorxutmur, əksinə, o, həbsə
düşəndən bəri bir az cavanlaşdığım deyir. “Mükafatım” şeirində
milli xarakter təmənnasız ömür yaşayır, axırda isə mükafatı “bu
barmaqlıqların arası” olur. “Bursadan bir xatirə”də şair
kommunistlərin əleyhinə qaldırılan badəni xatırlayır.
“İldırımdır qələmim” - Puşkinsayağı yazılmış, əruzda olan bu
şeirdə qələmin qüdrəti tərənnüm olunur. “Pas qoxulu damcılar”da
milli özünüdərk yenidən canlanır, millətlərin öz hüquqlarını,
müstəqilliklərini əldə etmələri ifadə olunur:
Qorxma, Xəlil Rza, döz, yaxınlaşır təlatüm,
Kişinyovdan, Tallindən məğrur sodalar gəlir.
Moskvada, Tiflisdə aşıb-daşır təlatüm
SSRİ qəfəsi milləllərə dar gəlir.
Bu sıradan şair saxta deputat seçkilərinə və deputatlara etiraz
edir, zindanları sökən bütöv bir cavan “gəldiyindən” ruhlanır.
“İradəni itilə” - psixoloji-mənəvi şeirdir. İradəni iti saxlamaq,
inqilabın kişilik olduğu psixoloji incəliklə ifadə olunur. “Vyetnam
qızı Xanoy bala”, “Vyetnam”, “Silah növləri” - Vyetnamdakı
vətənpərvərliyi, şəhidliyi, torpaq məhəbbətini tərənnüm edir.
“Haqqın iradəsiyəm” şeirində milli xarakterin müsəlmanlığı,
Allaha etiqadı ruhani qüdrəti ifadə olunur:
Bismillahla açıram hər qızıl sabahımı,
Allah məni səsləyir, mən də ki Allahımı.
“Bir cüt göyərçin” şeiri 13 yaşlı İlqarın tank atəşi altında
öldürülməsinə elegiyadır. “Calaq vurun”, “Haqqın iradəsiyəm”,
“İldırımdır qələmim”, “Xəlil”, “İmkan məhdudlaşanda”, “Vüqar
türküsü”, “Ulu tanrım poeziya”,
303
“Azərbaycan”, “Odlar məmləkətiyəm”, “Uman yerdən küsərlər”,
“Xəlil, dustaq deyilsən”, “Vətənimi düşünürəm”, “Zindan mənim
ömrümü bir az uzatsın gərək”, “Təki kağız-qələm verin”,
“Zindanda gəncləşirəm” şeirləri - fəxriyyədir, özünü tərənnümdür.
X.R.Ulutürkün hissiyyatlı, ehtizazlı hallarını “Tamarzı Xəlil”,
“Mən özümçün darıxmıram” şeirləri ifadə edir. Münhendəki
“Azadlıq” radiostansiyasının əməkdaşı Mirzə Xəzərə ithaf olunan
“Hələ durur cahanda...” şeirində milli xarakter çörəksiz yaşaya
bilir, lakin həqiqətsiz yaşaya bilmir:
Hələ durur cahanda
sərhəd-sərhəd ləkələr
Müstəqillik maskası
taxan müstəmləkələr...
Hələ durur cahanda
azadlığın dilini
boğazından çıxarıb
qollarını buranlar,
Qızılayaq taxtını
Tank üstündə quranlar,
top üstündə quranlar.
“Perestroyka” sözü
haça dilin əzbəri
Üstündə şərbəti var,
altındasa zəhəri.
“Nə cür baxacaqsan gözlərimə sən” lirik-epik planda işlənmiş
siyasi şeirdir. Şair sərt, acı həqiqətləri israrla gözümüzə,
qulaqlarımıza ötürür ki, tarixi keçmişimizi, Azərbaycan dərdini,
xalq taleyini unutmayaq:
Sənin göylər boyda məmləkətini
Bölüb, bölüşdürüb gətirdilər də.
Sorub zaman-zaman sümürdülər də.
Arslan millətini, şir millətini
Bir əl quzusuna döndərmək üçün,
304
İnsan kəlməsinin ucalığından
Bir qul mövqeyinə endirmək üçün
Bakını qanına bələdi düşmən -
Şəhdini çəkdiyi dərdli Bakının
Üstünə zirehli tanklar yeritdi,
Fəqət unutmadı altındakını,
Cınqırın çıxdımı barı bircə yol? Tarixi, həyati həqiqətlər milli
xarakterin varlığını, mənəvi-psixoloji vəziyyətini müəyyənləşdirir
(“Qardaşların”). X.R.Ulutürkün Lefortovo şeirlərində mübarizə,
qəhrəmanın fərdi aləmi, psixologiya və mənəviyyatı şeirləşir - xalq
taleyi qəhrəmanlıq, şəxsiyyət, xarakter mənasında bir fərdin
üzərində cəmləşir. Milli ideal da həmin fərdin xarakterində
müəyyənləşir. Fərdiləşmə bu baxımdan ümumiləşə, ictimailəşə
bilmir (“Yuxu”, “Ehtiyat”). Şair - milli xarakter dostlarından, Əşrəf
Şəfidən aldığı şeirdən (“Sağ ol, qardaşım Əşrəf”), həyat yoldaşı
Firəngiz xanım Ulutürkün ilahi məhəbbətindən, onun mənəvi
böyüklüyündən, mənliyindən güc alır, Firəngizini dustaq qadını
yox, Azadlığın gəlini kimi dəyərləndirir (“Sənsiz nasıl dönüm
evə”, “Qorxma, mən sarsılmaz dağ qalasıyam”, “Vüsal, hicran
yollarında”, “Elə günüm olubmu ki...”, “Neçin gəlmədin”, “Qurban
olduğum”, “Sənin xəttin”, “Mehin dəydi”, “Sən mənim bəxtimə
göylərdən enmiş”, “Bu gün xoşbəxt oyanmışam”, “Bircə qismət
paxlava”, “Zindanda Novruz bayramı”, “Mənim şah qızıl gülüm”,
“Hələ dünən”, “Mehin dəydi”, “Döyüş yolu uzundur”, “Səadətim”
və b.). Şair zindanda Novruzu xanımı sədaqətli Firəngizlə
qarşılayır. O, bu anında nəşənin, həzzin həyatını duyduğu kimi,
fıziki-ruhi iztirablarını da eyni dərəcədə yaşayır. Mücahid
Moskvaya azadlığın həbsxanası kimi baxır, quşlarla, baharla özü
arasında təzadlar yaşayır və ağrınır:
Kamera daş. Kamera nəm,
bir az tutqun, bir az soyuq
305
Burda mənim bir quşca da
hüququm yox.
Uğuldayır su kəməri. Qaz kəməri,
işıq xətti,
Göylər boyda səadətim
hara getdi, hara itdi?
Orda sellər, sular azad...
Dağlar azad, çöllər azad
Burda mənim zəncirlərim
azadlığa yalnız təzad.
(“Barmaqlığın pası qədər”)
İnam, şübhə, qətiyyət, iftixar, ağrı poeziyası fakt-təhkiyə-
hərəkət (psixoloji-məntiqi-emosional) müəyyənliyindən başlanğıc
alır (“Nənəm güllər”, “Sənin göz yaşların”, “Əyil gülüm, əyil,
keç”, “Bəxtiyarlıq”). Xalqın tərənnümü, idealı, taleyi birbaşa
“Xalq” obrazı ilə canlanmır, o, ən müxtəlif obrazlarla, çalarlarla
fərdiləşir.
X.R.Ulutürkün Lefortovoya baxışı eyni zamanda Azərbaycanın
milli azadlıq hərəkatına qayıdışıdır. Müstəntiqlər onu dindirəndə
sübut-dəlil kimi lenti, kameranı fırladırlar. Azadxahı danışdırır,
faktları öyrənirlər. O isə “ekranda” xalqın sonsuz dalğasını görüb
yenidən qürurlanır, ağır-ağır nəfəs alır (“Ağır tanklar dayanıb
ürəyimin üstündə”, “Tanklar”).
X.R.Ulutürk Azərbaycanı türkçülüyün, turançılığın,
azərbaycançılığın azadxahı kimi yenidən dəyərləndirir,
E.Məmmədov, Tantəkin, Mənsur Əlisoy, Məmməd Əlizadə, Seyid
Tahirin milli hərəkatdakı qiymətini verir (“Bizi ayrı saldılar”, “Ağ
çələngli Azərbaycan”, “Mən yenə dönəcəm Azərbaycana”, “Vətən,
sənin sipərinəm”, “Vətənimi düşünürəm”, “Aman dostlar”):
Sizi gördüm aman dostlar,
qoy hayqırım diyar-diyar,
Beş dənizin arasında,
ürəyimin yarasında
306
Planetin iftixarı,
azadlığın bayraqdarı
Azərbaycan türkləri var.
(“Amal dostları”)
Türkçülüyü tərənnüm edən X.R.Ulutürk dini etiqadı ilə də
poetikləşir (“Səadət sorağında”, “Vətənimi düşünürəm”, “Şer
yazmazdan öncə”, “Turan balama layla”, “Yazıq deməyin mənə”):
Mənə cürət, mənə qüdrət, mədəd, hümmət, ey yara-dan,
Eraların, ümmanların, dünyaların o tayından!
(“Səadət sorağında”)
Bu qurdları mən ovcumun içi kibi tanıyıram,
Döyüşdəyəm, özün mənim dayağım ol, ulu Tanrım!
(“Vətənimi düşünürəm”)
Keçmişin də, bu günün də, sabahın da qüdrətini
Cürətini bəxş et mənə, bəxş et, ulu pərvərdigar!
(“Vətənimi düşünürəm”)
Şer yazmazdan öncə
dəstəmaz alıram mən,
Dupduru bulaq üstə
ayağımı, əlimi,
qollarımı yuyuram.
(“Şer yazmazdan öncə”)
Azadlığın emosional həsrəti qoşma formasında olan şeirlərdə də
ifadə olunmuşdur. Milli xarakter azadlıq günəşinə, milli bayrağın
hüsnünə, sevgilisinin üzünə, balasının gözlərinə, Xəzərə, Milə,
Muğana, saza, sözə həsrətdir, lakin nikbindir (“Azadlıq həsrəti”,
“Yolum”, “Bir stəkan çay”). Sənətkar zindan şeirlərində hər şeyə
məftunluqla, sevgi ilə, ehtirasla yanaşır, həsrət-həsrət baxır - bu
duyğu Lefortovo şeirlərində güclüdür, - bu, onun emosional
təbiətindən, sürgün həyatından irəli gəlir (“Bir stəkan çay”).
307
Xəlil Rza zindan şeirlərində milli dil məsələsindən də
danışmışdır. “Azərbaycan türkcəsi” yüksək intonasiyalı tərənnüm
şeiridir, burada həm də türkçülük ideyaları tərənnüm olunmuşdur.
Həbsiyyə şeirlərində duyğu, arzu, istək, dilək, həsrət, hicfan,
vüsal motivləri fərdiləşdirilmiş, obrazlaşdırılmış, sözün gücü ilə
milli xarakterin mənəvi-psixoloji varlığı dəyərləndirilmişdir
(“Səadət paytaxtıyam”, “Möcüzə sorağında”, “Son səadətim”,
“Zindanda görüş”, “Qardaş məhəbbəti”, “Ah, siz a zəncir, a
zəncirlərim”, “Günaydın, mənim bacım”, “Bu görüş bir
möcüzəydi”, “Sən görüşə izn verdin”, “Gəlib çatdı doqquz iyun”,
“Mən yenə gələcəm Azərbaycana”, “Günəş həsrəti”, “Zindanda
gülüstan”).
Zindan şeirlərində azərbaycançılıq şüuru, məfkurəsi önəmlidir.
Şair doğmalarına yazdığı şeirlərində də Azərbaycan idealını
bəkləyir (“Mən əvvəlki balanızam”, “Toprağından öp”, “Silahım”,
“Təlqin”, “İkinci təlqin”, “Günəş həsrəti”).
Üç rəngli bayrağım - xalqımın canı
Oxşa şüa-şüa, saçağından öp!
Mənim qollarımla Azərbaycanı
Qucaqla, yaralı torpağından öp!
Hey! Hey! Davam edir hələ vuruşlar,
Mən kiməm? Ər oğlu, mübariz dədə.
Özüm kamerada, yarı canımsa
Bəşərin uğrunda mübarizədə.
Milli ideal nəticə etibarilə bəşər azadlığı uğrunda mübarizə
ideyası ilə birləşir.
X.R.Ulutürk bəzən sürreal səpkili şeirlər də yazmışdır. Belə
olanda o, dərdin və ölümün rənglərini, növlərini verir, ölümlərdə
belə ölümsüzlüyünü dönə-dönə tərənnüm edir, fəxriyyələrə dalır
(“Ölümlərin növləri”).
Xəlil Rzanın Lefortovo şeirlərində lirik-epik mətn az-
308
lıq təşkil edir (“Mamır”, “Ağçələngli Azərbaycan”, “Nə cür
baxacaqsan gözlərimə sən”, “Yuxu”, “Zindanda gülüstan”).
Lefortovo əsərlərinin bir qismi məhəbbət şeirləridir.
X.R.Ulutürk Lefortovo şeirlərində siyasi pamflet və həcvlərdən də
yararlanmışdır (“İttiham”, “Sənətkar məğrurluğu” və başqaları):
Bakımı qanına bələyənləri
Görməyə gözüm yox... gözüm güllədir
Marşal mundirinə təpilən şəri
Salamlayan ancaq murdar kölədir.
Görməyə gözüm yox... gözüm güllədir.
(“Sənətkar məğrurluğu” ) X.R.Ulutürk - məhkəmə həyatından
“fraqmentləri” şeirə gətirmiş, yaddaşa köçürmüş, tarixləşdirmişdir
(“Qalx ayağa, şair gəlir”, “Qanadlı günlərim”, “Səadət
paytaxtıyam”, “Sizi gördüm”, “İttiham”, “Zəncirlənib əllərim”,
“Siyasi dustağın yeriş qaydası”, “Qaçsan güllələyəcəyəm”,
“Əllərimin əksi”, “Zindan türküsü”, “Yıxın, sökün, dağıdın”).
Xəlil Rzanın zindan həyatı son günlərinə
qədər
poetikləşdirilmişdir. Şairin azadlığa doğru gəlişinin ifadəsi “Bakı
hava alanına qayıdarkən...”, “Əlvida, Lefortovo”, “Dostlarım”,
“Aldım yenə sovqatını”, “Gözün aydın, Almaniya”, “Bakıya
doğru”, “Bu aləm nə qədər gözəlmiş, Allah”, “Poeziya hökmdarı”,
“Şəhriyar üslubunda” şeirləridir. Bunlar şairin Lefortovo həyatının
siyasi yekunudur. Şair Bakı hava alanından Azərbaycanı
salamlayır:
Mübarək uçuşun istiqaməti
Birbaş Bakımıza, Azərbaycana!
Ruhumda yer gücü, göylər vüsəti
Buludlar bənzəyir lələ, mərcana.
Salam Bakımıza, Azərbaycana!
Şair - milli xarakter yenə mübarizə hökmündə qal-
309
dığını bəyan edir. Bu əslində poetik bəyanatdır:
Qalxsın milyon-milyon göyərçin göyə,
Yenidən qızışır mübarizəmiz.
Üç rəngli bayrağım enməsin deyə
Yurd boyda yumruğa dönməliyik biz!
Yenidən qızışır mübarizəmiz!
Xəlil Rza Ulutürk Lefortovoya nifrətlə, qəzəblə əlvida söyləyir:
Əlvida, ey göz deşən baş yeyən, sarı quzğun
Stalinin, Yejovun, Jdanovun, Kirovun
Brejnevin, Suslovun, Çernenkonun tilovu!
Əlvida, zülmət qala, ey namərdlik alovu!
Lefortovo, ey dibsiz sovet zülmətxanası,
Kainatın ən iyrənc, murdar, mənfur binası!
Yıxaq bircə səni yox, altun imperiyanı!
Qanun cildinə girmiş məlun imperiyanı! X.R.Ulutürk “Xəlil daş
qoyan yerə baş qoyan fədailərin” minlər, milyonlar olduğundan -
öz kişi bətnindən doğulanlardan, azadlıq aşiqlərindən qürurlanır,
“günəşi göydə yox, həm də bağrında tapanları” kəsilməz, usanmaz
mübarizələrə səsləyir!
Biz Xəlli Rza Ulutürkün Lefortovo əsərlərinə mövzu və ideya-
məzmun mündəricəsinə görə münasibət bildirdik. Münasibət
bildirdik ki, həmin əsərlərə Ulutürkün pərən-pərən olmuş taleyi,
həyatı kimi təbii baxaq.
X.Rza 1990-cı ilin qanlı hadisələri, 20 Yanvar faciəsi, bütöv
Azərbaycan taleyinin tərcümanlığı olan əlvan motivli ideya-
məzmunlu əsərlər yazmışdır. Bunlardan çoxu arxivindən ilk dəfə
götürülüb “Türkün dastanı”,
“Bağışla, ey vətən” kitablarına daxil edilmişdir “Ağı”, “Bacım
Arifənin oxşamaları”, “Azərbaycanın Milli Qəhrəmanı” kimi
şeirləri şairin qəhrəman oğlu Təbriz Xəlilbəylinin, bütün şəhidlərin
xatirəsinə ithafdır, elegiyadır. Şair Qardaşxan Təbrizə gedəndə ulu
Şəhriyarın qəbri üstündən bir ovuc torpaq gətirmiş və Təbrizin
məzarı
310
üstünə çiləmişdir. Ata bundan sinirlənmiş və təsirli bədii əsər
yazmışdır. “Ağı” lirik-psixoloji, çoxçalarlı motivlərlə aşılanmış
şeirdir. Şair oğul məhəbbəti, həsrətini, yurd sevgisini, vətəndaş
birliyini, insan qəlbinin dəruni, əsrarlı hallarını poetikləşdirmiş,
yüksək sənət nümunəsi yaratmışdır. Şeir 8 hecada, aaa b, vvv b
qafiyə quruluşundadır. Sənətkar şeirə bütün dərdini-kədərini için-
için, udum-udum yedirmişdir.
Təbriz - ölümündən irəli olan mübarək döyüşdür, mübarizədir:
Neçin sənə qıydı fələk?
Çiyninəmi qondu mələk?
Salam, döyüşün mübarək,
Salam, Təbrizim, Təbrizim.
Təbriz - ölümündən irəli olan millət balası, düşməndən öc alan,
Təbrizə, Bakıya Ərk qalası, şairə qaladır:
Düşmənlərdən öc alası,
Millətimin ər balası!
Təbrizimin Ərk qalası
Qalam, Təbrizim, Təbrizim!
Təbriz - ölümündən sonra olan tabut altında göynəyən ata
əlləridir:
De hardasan? Şah taxtında,
Ərşin ən yüksək qatında
Göynər tabutun altında
Əlim, Təbrizim, Təbrizim!
Təbriz - ölümündən sonra gül məzarların ağırlığı altında qalan
dərddir, yanan Azərbaycandır:
Gömkəkində qan ərqəvan,
Gül məzarlar əlvan-əlvan
Yanır odda Azərbaycan,
Elim, Təbrizim, Təbrizim.
Təbriz - ölümündən irəli, ölümündən sonra olan şair
mübarizəsi, parça-parça olan ürəkdir:
311
Ömrün-günün mübarizə,
Sənsiz nə cür baxım ərzə?
Parça-parça, rizə-rizə
Könlüm, Təbrizim, Təbrizim!
Təbriz - ölümündən sonra olan, məbədinə səcdə qılan aləmdir:
Mən atanam, söylə mənə:
Ötəri nə, əbədi nə?
Səcdə qılsın məbədinə
Aləm, Təbrizim, Təbrizim.
Təbriz - ölümündən sonra əbədi olan həyatdır, cahanda
həmişəlik qalandır:
Sevincin, başda tacın var,
Türkayın var, Gültacın var.
Milyon qardaşın, bacın var
Mən qoymaram, solmaz bahar
Solan Təbrizim, Təbrizim!
Qanlı köksü dəlik-deşik,
Xocalıda bir qəsr tik.
Ey cahanda həmişəlik
Qalan Təbrizim, Təbrizim!
Təbriz - ölümündən irəli və sonra olan doğulmaqdır, yenidən
yaşamaq və yaşatmaqdır, millətə və gəncliyə salamdır:
Ey bəxtəvər, ey üzü ağ,
Balam Təbrizim, Təbrizim.
Sən yenidən doğulursan
Salam, Təbrizim, Təbrizim!
“Bacım Arifənin oxşamaları” (1992) qədim bayatılarımızın
axarı, dərdli-kədərli ağbirçəklərin çağırdığı ağıların davamıdır:
Dağdan bir lalə dərdi,
Dağ basdı lalə, dərdi.
Hər dərdi çəkmək olar
Çəkilməz bala dərdi.
312
“Azərbaycanın Milli Qəhrəmanı” (1992) şeiri Təbriz
Xəlilbəyliyə odadır:
Aç başından qara şalı, mərd anası, sən ağlama!
O, məqbərə yerdi - göydü... başdaşını qucaqlama.
Mərmərində dürrə dönür, yağış göydən dama-dama
Üstündəki ehtişama matdı Təbriz, can Firəngiz!
Yurdum-yuvam od tutanda gizlədərdi pərtliyini,
Güllə-qurşun tükənəndə silah etdi mərdliyini.
Yalnız qarı düşmən bilir zirehdən də sərtliyini
Sal qayadan bir az məğrur, coddu Təbriz,
oddu Təbriz.
“Nəslimizin çələngi” (1992) şeiri şairin Türkiyədə müalicə
olunduğu çağlarda yazılmışdır:
Atasıyam Təbrizin! Bu sadə həqiqəti
Uzaq şəfa elində, İstanbulda bildilər.
Bildilərmi, yığışıb Dalğa-dalğa gəldilər.
Ata Təbriz adından qürurludur, buna görə də vüqarından
xəstəliyini gizlədir:
Turqut Ozal göndərən
Bahar nəfəsli çələng. Hər gülündə yeni rəng
Atasıyam Təbrizin. Bu sözdən işıq gəlir,
Saqqalıma, rəngimə bir nur, yaraşıq gəlir.
“Mən cəbhəyə gedirəm” şeirinin yazılma tarixçəsi vardır. Şeir
1993-cü il 29 dekabrda Füzuli rayonunun Kürdmahmudlu kəndi
yaxınlığında işgəncəli surətdə həlak olmuş Pərviz Sovet oğlu
Şükürlüyə ithaf olunmuşdur. Qəhrəmanın anası Yazıçılar Birliyinə,
Anar müəllimə yazırdı: “Hörmətli qardaşım Anar! Salam! Mən
böyük şairimiz Xəlil Rzanın ünvanını bilmədiyim üçün bu yaralı
məktubumu Sizə göndərdim. Çox xahiş edirəm, zəhmət olmasa, bu
məktubu sahibinə çatdırın. Bəlkə məktubum Sizə də çatmaz, onda
çox-çox xahiş edirəm, kim olsa Xəlilə çatdırsın. Hörmətlə şəhid
anası Rəhilə Şükürlü. Sum-
313
qayıt şəhəri, Komsomol küçəsi, 16-25, mənzil 7”.
R.Şükürlü məktubunda həm də xahiş edir ki, şair oğlu haqqında
şeir yazsın. Şair də anaya məktub yazmış, onunla görüşəcəyini,
oğluna şeir yazacağını vəd etmişdir. Beləliklə, “Mən cəbhəyə
gedirəm” əsəri yaranmışdır.
Şeir 3 noyabr 1993-cü ildə, 60-80 yaşlıların səfərbərliyindən
gəncliyə öyüd kimi yazılmışdır. “Avtomatı bəri ver, mən könüllü
gedirəm bu gün cəbhəyə” - deyən şair, əslində çağırışlarıyla
gəncliyə üz tutur, onları birliyə dəvət edir. “Torpaq, daş yanırsa,
doğma ana, sevgili bacıya əl uzanırsa” – sinirlənən şair cəbhəyə
səfərbər olduğunu bildirir. Bu gün söz nifrəti yüz-yüz dəliqanlının
nifrətindən, qeyzindən böyükdür - çünki Vətən çağırır! Çünki
Vətən rütbə, vəzifə, stol, sərvət, şöhrət düşkünlərindən heç nə
ummur. Ərzin gözü Azərbaycanı: Şuşanı, Qaragölü, Çalbayır,
Şirdağı, Lülpər, Sarıyer, Uzunyol, Muğanlı, Turşsu, Meşəli,
Umudlu, Armudlu, Şırlan, Xəlfəli, Qar-qar, Nərdivan, Mıxtökən,
Gendərə, Gəlinqaya, Çəmənli, Zarıslı, Sultan-Heydəri... qorumaq
üçün şair cəbhəyə gedir - Vətən bizi çağırır. Metenin, Atillanın
qəbirləri uyuduğu bu torpaq düşmənin yad çəkmələri altında tab
gətirə bilməz. Buna görə də üçüncü yol yoxdur – “bu müqəddəs
ölümə, bu müqəddəs həyata, ey Vətənim hazır ol” çağırı-şı, qeyrət
və məsləkə dolmalar təbrizləri, pərvizləri, milyonlarla Vətən
oğullarını ayağa qaldırıb könüllü cəbhələrə, səngərlərə yolladır.
“Hələ durur” (1992) şeirində milli ideallarımızın əleyhdarları
kəskin ifşa olunur, belə şeirlər siyasi pamfiet təsiri bağışlayır.
“Qanlı cəllada” (Qanlı cəllad Mixail Sergeyeviç Qorbaçova)
şeiri 20 ocaq 1990-cı il qatillərinə, M.S.Qorbaçova qarşı ifşaçı
əsərdir. Şeirdə faciələrimizin dəhşətləri, qırğınların - qanların baş
verdiyi yerlər, şüurumuzda doğurduğu mənəvi əzab və işgəncələr,
M.S.Qorbaçovun murdar siması inikas olunur. Şair qanlı cəlladlara
Azər-
314
baycandan: Təbrizimizdən, Bakımızdan, Qarabağımızdan əl
çəkməyi hökm edir! “Xalqıma qəddar yağı, alçaqların alçağı!” Şair
inamında qərarlıdır ki, “bütün qan soranları odlayacaq bu torpaq”.
“Nifrət yarat” (1993) satirik pamfletdir. Şeirdə erməni xislətinə,
ASALA-ya şair nifreti ifadə olunur. “Erməni türkün düşmənidir” -
düşüncəsi iliyə-qana keçməlidir. Bunun üçün “erməni şərdir
söyləməklə kar aşmaz”, hər cür silahları öyrənmək, səngər seçməyi
bacarmaq lazımdır. “Yer üzünün Əhriməni erməni, insanlığın
düşmənidir, düşməni” - bu Sədi kəlamı milli şüura yeridilməli,
nifrət məktəbinə çerilməlidir, səfərbər olmaq, silahlanmaq məktəbi
keçmək lazımdır, - nifrət məktəbi yaratmaq “elə qabiliyyət, şərafət,
ləyaqət məktəbi yaratmaq” de-məkdir.
“Əynimdə sənin kömləkin” (1994) şeiri X.R.Ulutürkün Rəfiq
Zəka və başqa dostlarıyla Horadiz, Füzuli, Cəbrayıl cəbhələrinə
getdiyi çağlarda yazılmış, yun köynəyini soyuqdan qorumaq
məqsədilə çıxarıb Xəlil Rzaya geydirmiş Əhməd Elbrusa həsr
olunmuş lirik şeirdir.
“Yaşasın həyat” (1992) Sumqayıtdakı azadlıq hərəkatını, tətil
və mitinqlər dövrünü əks etdirir. Şair fiziki cəhətdən ağır şəraitdə,
qan təzyiqi və ürəyi infarkt olduğu halda, Sumqayıt izdihamına
daxil olur və alovlu nitq söyləyir.
“Gerbimiz - qəlbimiz” (1993) Ə.Cavadın, C.Cabbarlının
cümhuriyyət şeirlərinin gələcəyini xatırladan, milli gerbimiz,
üçrəngli bayrağımız tərənnüm olunan şeirdir. Əsərdə yaşıl rəng
müsəlmanlıq, göy rəng türkçülük, qırmızı rəng isə çağdaşlıq
mənasında qiymətləndirilir:
Yaşıl rəngim -yaşıl bahar, müsəlmanlıq timsalıdır,
Göy rəngimdə türklük yaşar, - millətimin amalıdır.
Qırmızılıq simvoludur, çağdaşlığın, yüksəlişin
Vətənimə can verməli mənim əzmim, mənim işim.
Səkkiz guşə ulduzumda səkkiz cənnət qapısı var,
315
Yalnız oğul qeyrətilə açılacaq bu qapılar.
Qızıl sünbül soraq verir xırman-xırman bərəkətdən,
Ərzə bəhrə-bar gedəcək bu müqəddəs məmləkətdən.
“Tumurcuq, çiçək, nübar” (1993), “Yaralı baharın” (1994)
şeirləri təbiət mövzusunda yazılsa da, əslində təbiət milli
xarakteri səciyyələndirmək və tarixi gerçəkliyi göstərmək üçün
vasitədir. X.R.Ulutürk təbiəti qarşılaya-qarşılaya içindən
keçirdiyi hadisələri, anaların vüqarını, şəhidləri, insan
xarakterinin əsrarlı hallarını tərənnüm edir:
Elcanın, Pərvizin, Bünyadzadənin,
Təbrizin qanıdır, bu dağ ayları
Min-min adı Ülvi, özü sadənin
Bu torpaq uğrunda qurban gedənin
Bürüsün aləmi hay-harayları
Təbrizin qanıdır bu dağ çayları.
Analar dərdin heykəli kimi təcəssüm olunurlar:
Basaq bağrımıza mərd anaları,
Vüqar heykəli tək dayanmış onlar.
Sıxsa da ovcunda dərd anaları,
Kədərdən sıyrılıb oyanmış onlar,
Vüqar heykəli tək dayanmış onlar.
X.R.Ulutürkün son şeirlərindən olan, “Günay” qəzetində dərc
edilmiş “Ləkə” şeirini de qeyd etmək lazımdır. Bu əsər rus
qoşunlarının Azərbaycana girə biləcəyi ilə bağlı narahat günlərdə
etiraz təriqilə yazılmışdır. Çap olunmamış bir neçə şeiri isə
əlyazması halında şairin arxivində, Firəngiz xanım Ulutürkdə
saxlanılır.
X.R.Ulutürkün xarakteri milli gerçəkliyin üzvi hissəsi olub,
özündə milli idealları, türkçülüyü, vətənçiliyi və azərbaycançılığı
ehtiva edən tarixi şəxsiyyət xarakteridir.
316
Поделитесь с Вашими друзьями: |