AZƏrbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2.35 Mb.
Pdf просмотр
səhifə3/20
tarix10.06.2017
ölçüsü2.35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

I   FƏSİL 

 

XƏLİL RZA ÜLUTÜRKÜN YARADICILIĞINDA 

MİLLİ ÖZÜNÜDƏRKİN MƏNBƏ VƏ 

QAYNAQLARI 

 

 1.1. 


Şairin milli mənlik şüur və məfkurəsi 

 

Milli özünüdərk tarixən mövcud olmuş mənbələr: ictimai-siyasi 



reallıq, dil, din, etnoqrafiya, arxeologiya və başqaları ilə əlaqəlidir. 

Yeni tarixi şərait XX əsrin 80-ci illərindən başlayaraq milli 

köklərimizə qayıdışı sürətləndirmişdir. Milli özünüdərk milliliyin 

(qismən bəşəriliyin) sintez olunmuş qavrayışıdır. Müasir dünyada 

Azərbaycanın yeri və rolu yeni tarixi dəyər kəsb etməkdə, milliliyi 

və  bəşəriliyi zənginləşdirməkdədir. H.Əliyev özünüdərkin ideya-

nəzəri əsaslarından danışarkən demişdir: “Biz tarixi köklərimizdən 

heç vaxt ayrıla bilmərik. Biz tarixi köklərimizi həmişə iftixar hissi 

ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya 

bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr 

etməliyik. Eyni zamanda öz milli-mənəvi dəyərlərimizi 

ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan 

xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq. Yenə 

də deyirəm, bunun içərisində  həm demokratiya, həm hüquq 

normaları, həm dünyəvi dövlət, həm insan azadlığı, insan 

haqlarının qorunması, plüralizm, sərbəst ticarət, insan sərbəstliyi, 

sərbəst bazar ticarəti, sərbəst bazar iqtisadiyyatı var - bunlar hamısı 

ümumbəşəri dəyərlərin bizim milli-mənəvi dəyərlərlə vəhdətindən 

meydana gələn müddəalardır. Bunlar bizim milli ideologiyanın 

böyük bir hissəsini təşkil edir” [55]. 

Milli istiqlal uğrunda mübarizə üçün tarixi şərait yetişdikcə 

milli özünüdərk hissi də  məntiqi olaraq güclənmişdir. “Bu gün 

milli özünüdərk problemi həm də ona 

  

 



 

47 


görə aktualdır ki, Azərbaycan müstəqillik  əldə etdikdən sonra, 

xalqımız öz milli-mənəvi köklərinə qayıtmağa, öz milli 

mentalitetinə adekvat olan həyat tərzi qurmağa çalışır. Lakin buna 

nail olmaq üçün ilk növbədə  əsrlərdən və  nəsillərdən bizə miras 

qalmış milli sərvətimizi qoruyub saxlamağı  və onları 

dəyərləndirməyi bacarmalıyıq” [105, s.104]. 

H.Əliyev Dünya Azərbaycanlılarının 9-10 noyabr 2001-ci il 

tarixli I qurultayında demişdir: “Millətin gücünü təkcə onun birliyi 

və monolitliyi deyil, həm də milli özünüdərki və mentallığı 

yenidən yaratmaq və qorumaq səyləri müəyyən edir” [55]. 

Milli özünüdərkin yığcam müasir nəzəri təfsirindən sonra qeyd 

edək ki, onun yetişməsi və dərinləşməsində mədəniyyət xadimləri 

mühüm rol oynayır, tarixən yaradılan mənəvi sərvət, xüsusilə, milli 

ruhun, milli mənlik  şüurunun yetişməsi və inkişafında güclü təsir 

göstərir. “İnsanın özünü seçib ayırması, özünə müəyyən münasibət 

bəsləməsi, öz imkanlarını obyektivcəsinə qiymətləndirməyi 

bacarması insan xarakteristikasının spesifik formasını  təşkil edib 

mənlik şüuru və ya özünüdərk adlanır” [85, s. 193-194]. Lakin hər 

bir yaradıcı  sənətkar güclü fərd olaraq meydana çıxsa da, milli 

ideallar, ideya və baxışlar sistemi, milli xarakter keyfiyyətləri və 

geniş  mənada mövcud milli “Mən” onların hamısına müyəssər 

olmur. 


Müasir zəmanəmizdə istər  ədəbiyyat, istərsə  də ictimai-siyasi 

həyatda milli və milli mənlik  şüurunun güclənməsində 

X.R.UIutürkün tarixi rolu böyükdür. 

Ümummilli lider Heydər  Əlirza oğlu  Əliyev təsadüfi 

deməmişdir: “XX əsrdə Azərbaycanın görkəmli simalarından biri - 

şair, yazıçı, filosof, alim, xalq azadlığı  uğrunda fədakar mübariz, 

böyük vətəndaş  Xəlil Rzanı itirmişik. Xəlil Rzanın Azərbaycan 

xalqı qarşısında xidmətləri  əvəzsizdir. Xəlil Rza xalqımıza böyük 

ədəbi irs qoymuş, mədəniyyətimizi, 

ədəbiyyatımızı 

zənginləşdirmişdir. 

 

  



 

48 


Xəlil Rza Azərbaycan xalqının milli azadlıq uğrunda 

mübarizəsinin ön cərgəsində getmiş, bu mübarizəyə qalxmış 

gənclərimizə  həm alim, həm şair kimi, həm də hörmətli bir insan 

kimi örnək olmuşdur. O, daim Azərbaycanın müstəqilliyi duyğuları 

ilə yaşamış, həyatının şüurlu hissəsini buna nail olmağa sərf etmiş, 

böyük xidmətlər göstərmişdir. 

Xəlil Rza bir vətəndaş, bir insan kimi bütün xüsusiyyətləri ilə 

həmişə sevilmişdir. Mən daim onun yaradıcılığına, insanlığına, 

vətəndaşlığına, 

ən çox cəsurluğuna, 

əyilməzliyinə, öz 

ideyalarından dönməzliyinə hörmət et-mişəm, onu yüksək 

qiymətləndirmişəm. Güman edirəm ki, Xəlil Rzanın parlaq həyatı, 

onun böyük vətəndaşlığı, milli azadlıq uğrunda mübarizliyi bütün 

azərbaycanlılar üçün nümunə olacaqdır” [53, s.218-219]. 

Xəlil Rza Ulutürk özünüdərkinə, onun mənlik  şüurunun 

yetişməsinə  təsir göstərmiş mühüm amillər  əsasən aşağıdakılarla 

izah olunmalıdır: 

l.Xəlil Rzanın babası Rüstəm kişi 1918-ci ildə geniş  əkin 

sahələri üstündə bolşeviklər tərəfindən güllələnmişdi. 20-30-cu 

illərdə babasından qalma torpaqlar əllərindən alınıb pambıq 

sahələri üçün verilmişdir (Məlumat nənəsinin xatırlamalarındandır. 

Mənbə: “Nənəm Güllər”  şeirinin ideya-məzmunu. Xəlil Rzanın 

dostu akad.B.Nəbiyevə söylədikləri. Bax:B.Nəbiyev “İstiqlal şairi” 

monoqrafiyası. B., Elm, 2001, s.18). 

2.Ata babası Xəlil kişi 1933-cu ildə həbs edilib öldürülmüşdür. 

Əkin yerləri, öküz və kotanları  əllərindən alınmışdır (Mənbə: 

“Türkan məktubları”, “Eldənizə ikinci cavabım” poemasından. 

Bax: akad.B.Nəbiyev. “İstiqlal şairi” monoqrafiyası. Yenə orada, s. 

17). 


3.Xəlil Rzanın atası Rza kişi 1941-1942-ci illərdə Böyük Vətən 

müharibəsində, Moskvaaltı döyüşlərdə iştirak etmiş, 17 yara almış, 

47 yaşında vəfat etmişdir (Mənbə. Bax: “Kimliyim” adlı 

avtobioqrafiyası. Arxiv əlyaz- 

  

 


 

49 


ması. B.,  10 mart 1973; “Müasirləri Xəlil Rza Ulutürk haqqında” 

kitabında. Çinar-Çap, 2004, s. 12-18). 

4.X.Rza müxtəlif  ədəbi dərnəklərdə  iştirak etmişdir. Salyan 

rayonundakı “Sosializm yolu” qəzeti redaksiyası  nəzdindəki 

poeziya dərnəyi (Mənbə: Oqtay Rzanın “Amalları yaşayacaq 

Ulutürkün” xatirə məqaləsi. Ədəbiyyat qəzeti, 15 oktyabr 1999). 

Mirzə  İbrahimovun 1948-ci ildə  təşkil etdiyi “Gənclər 

günündə” dərnəyi (Mənbə: Qabilin “Şair vüsəti” məqaləsindən. 

“İlk Allahım, son Allahım mübarizə” kitabında. B., 1999, s.79). 

Cəfər Xəndanın, Bəxtiyar Vahabzadənin dərnəkləri (Mənbə: 

Ədəbiyyat qəzeti, 26 noyabr 1949). 

5.Xəlil Rza N.Xozri, M.Araz, Qabil, S.Tahir, Ə.Əylisli, 

Ə.Kürçaylı, F.Qoca və başqaları kimi M.Qorki adına  Ədəbiyyat 

İnstitutu nəzdində  fəliyyət göstərən Ali Ədəbiyyat kurslarında 

dinləyici olmuşdur. Y.Smelyakov, V.Oqnev, M.Svetlov, Anikst, 

P.Antakolskidən mühazirələr dinləmiş, M.Şoloxov və N.Hikmətlə 

görüşmüş, Ç.Aytmatov, R.Həmzətov, Y.Yevtuşenko, B.Kuqiltinov 

tələbə dostları olmuşdur (Məndə: Bax: “Kimliyim” adlı 

avtobioqrafiası. Arxiv əlyazması. B., 10 mart, 1973; “Müasirləri 

Xəlil Rza Ulutürk haqqında” kitabında, Çinar-Çap, 2004, s.12-18). 

6.Xəlil Rza “Doktor Jivaqo” əsərinə görə V.Pasternakın SSRİ 

Ədəbiyyat Fondu üzvlüyündən çıxarılması  məqsədilə  əleyhinə 

təşkil edilmiş imzaatma komissiyasına etiraz etmişdir (Mənbə: 

“Kimliyim” adlı avtobioqrafiyası. Yenə orada). 

7.Atası, ailə üzvləri Füzuli, Raci, Dəxil, Dilsuz, Sabir, Tofiq 

Fikrət, Nəvai, Rustaveli, Əlibəy Hüseynzadə, Ziya Göyalp, Qumru, 

Yunis  İmrəni oxumuş, onların Xəlillə söhbətləri getmişdir, banlar 

şairin mənliyinə, psixologiyasına təsir etmişdir (Mənbə: 

“Kimliyim” adlı avtobioqrafiyası. Yenə orada). 

  

 



  

 

  



 

50 


8.Universitet illəri (1949-1954) (Mənbə: “Kimliyim” adlı 

avtobioqrafiyası. Yenə orada). 

Bütün bu deyilənlər Xəlil Rzanın fərdi “Mən”inin oyanması və 

formalaşmasını  şərtləndirmişdir.  Şairin mənlik  şüuru gücləndikcə 

onunla birlikdə məfkurəsi müəyyənləşmiş və fəaliyyəti ilə bərabər 

poeziyasında da inikas etmişdir. 

X.R.Ulutürkün  şüur və  məfkurəsinin millilik məzmununa 

dolmasının obyektiv və subyektiv səbəbləri vardır. 

Obyektiv səbəb ondan ibarətdir ki, XX əsrin 60-cı illəri 

ümumən Azərbaycan ictimai fikrində də oyanışlar dövrüdür. 

1. 60-cı illər dünya sivilizasiyasında baş verən təbəddülatla, 

Asiya, Afrika, Avropa, Latın Amerikası ölkələrindəki azadlıq 

hərəkatlarının ümummilli poeziyalara gətirdiyi bəşəri-milli 

dəyərlərlə  səciyyəvidir.  Ədəbiyyatda baş verən bədii-estetik 

keyfiyyət poeziyada lirik “Mən”i mövcud milli “Mən”ə dövrü 

ideya-məzmun və poetik xüsusiyyətləri ilə birlikdə daha çox 

genişləndirmişdi. Poetik, ritorik pafos ədəbiyyatdan, poeziyadan 

sıyrılmağa başlamış, yerini dolğunluq, yetkinlik, bədii keyfiyyət 

tutmuşdur. Azərbaycan sənətkarları sivil səviyyədən millilik: milli 

şüur, məfkurə, milli ideal, xalq taleyi, millət, ana dili, xalqçılıq, 

vətənçilik, türkçülük, vətəndaşlıq, hümanizm, beynəlmiləllik 

dəyərləri haqqında ciddi-cəhdlə düşünməyə başlamış  və milli 

özünüdərkdə türkçülük, vətənçilik, xalqçılıq, azadlıq, dövlətçilik 

ideyaları yeni bədii keyfiyyət doğurmuşdu. Xəlil Rza Ulutürk 

“Afrikanın səsini” ifadə etməklə,  əslində milli olanla bəşəri 

azadlığın “səma, günəş  və cahan boyda olan” səsini təcəssüm 

etdirmişdir. Bəşəri mövzulardan yazmaq milli şüur və  məfkurəni 

inikas üçün vasitə yox, dərk edilmiş bəşəri gerçəklik olmuşdur. 

Sənətkarın milli şüur və  məfkurəsinin doğuşu 60-cı illər 

poeziyasından başlanğıc götürmüşdür. 

  

 

 



 

 

51 


2. X.Rza fərdiyyəti 60-cı illər dünya ədəbi-bədii fikrindən sərf-

nəzər deyildir. Ümumən, 60-cı illər  ədəbiyyatında gedən 

təbəddülat,  

“60-cılardan” olan Okurjava, Visotski, S.Zalıgin, V.Astafyev, 

Şukşin, Tvardovski, Y.Yevtuşenko, R.Rojdestvenski (Rusiya), 

İ.Şıxlı,  İ.Hüseynov, R.Rza, Anar, Y.Səmədoğlu, Maqsud və 

Rüstəm 

İbrahim-bəyovlar, Ç.Hüseynov (Azərbaycan), 



N.Dumbadze, Ç.Əmirecibi, O.İoseliani (Gürcüstan), V.Bıkov, 

İ.Melej, A.Adamoviç, İ.Şelyagin (Belarusiya), O.Qonçar, 

P.Zaqrebelni (Ukrayna), E.Mejelaytis, İ.Avijyus, 

Y.Marıinkyaviçyus (Litva), P.Kuusberq, E.Vstemaa (Estoniya), 

Ç.Aytma-tov (Qırğızıstan) və başqalarının yaradıcılığı, fəaliyyəti 

Xəlil Rzanın milli şüuruna, milli məfkurəsinə  təsir göstərmişdi 

[315, s.66]. 

3.X.Rza Moskvada, Rusiyada dissident gənclər nəsli  ətrafında 

oxumuşdur. Lev Ozerov, Pavel Antokolski kimi müəllimləri 

olmuşdur. K.Simonovun “Novıy mir” jurnalından qovulması, 

B.Tvardovskinin təqib olunması, Boris Pasternakın SSRİ 

Ədəbiyyat Fondu üzvülüyündən çıxarılması, Soljenitsının 

dissidentliyi... “gözləri qarşısında” baş vermişdi. Xarici ölkələrin 

görkəmli yazıçıları Pablo Neruda, Romen Rollan, Nazim Hikmət 

və başqalan ilə görüşlər... Dünyanın bir çox incəsənət xadimlərinin 

çıxışları... Moskva mədəni-ədəbi mühiti... Çingiz Aytmatov, Rəsul 

Həmzətov, Yevgeni Yevtuşenko, David Kuqultinov kimi tələbə 

dostların  əhatəsi... Bütün bunlar X.Rzanın dünyagörüşünə ciddi 

təsir etmişdi. 

4.X.Rzanın mühazirələri...  İsmayıl  Şıxlının dediklərindən: “O, 

Azərbaycan sovet ədəbiyyatından dərs deyirdi. Amma nə proqramı 

vardı, nə də planı. Hansı şairin, yazıçının haqqında nə qədər, neçə 

saat mühazirə oxuyacağını unudurdu. Bu sinədəftər müəllimi  şair 

yelkəni qanadına alıb apardı. Çılğın Xəlil sevdiyi şairlərdən 

çılğınlıqla danışırdı. Öz şeirlərini Füzuliyə qatdı, Füzulini Sabirə, 

Sabiri Səməd Vurğuna... Onun bu hərəkəti gözünü 

  


 

52 


konspektdən çəkməyib hıqqana-hıqqana mühazirə oxuyan, zəng 

çalınana qədər qan-tərə batan, hər dəqiqəsi ilə dönən “alimləri” 

yaman çaşdırdı. Onlar elmi şuralarda, kafedra yığıncaqlarında 

üsyan etdilər ki, belə mühazirə oxumaq olmaz, heç kim qayda-

qanunu poza bilməz, belə özbaşınalıq pedaqoji ustalıq və 

müəllimlik istedadının olmamasından irəli gəlir. Bizim sakit və 

ətalətli pedaqoji dünyamızda belə hallara yol vermək olmaz. 

Söndürmək lazımdır bu qığılcımı! 

Xəlil isə mühazirələrinə davam edir, dərslərini təlatümlü  şeir 

dünyasına çevrir, mürgüləyən  şüurlan oyadır, cavanları titrədib 

ayağa qaldırır, ürək sözlərini bir-birinə  pıçıltı ilə deməyə belə 

cəsarəti çatmayanlar mühitinə meydan oxuyurdu. Mən başa 

düşürdüm ki, Xəlil auditoriyalara, institut çərçivəsinə, proqramlar, 

dərsliklər həcminə  sığınır. “Mən hər dəfə onunla rastlaşanda 

“Məndə  sığar iki cahan, mən bu cahana sığmazam” misralarını 

xatırlayırdım.  Şair Xəlil, müəllim Xəlil bu iki cahanı bir cahanda 

birləşdirən Xəlil bu məhdud, qapalı cahana sığmırdı... 

Yayın isti günlərindən birində mühazirəni yenicə başlamaq 

istəyirdim ki, qapı açaldı və Xəlil Rza astanada dayandı. 

-Ustad, qərara aldım ki, bu gün özümüz dərs keçməyək, sizin 

mühazirənizi dinləyək. 

Xoşbəxtlikdən auditoriya çox böyük idi. Yüz əlli tələbə mənim 

idi, Xəlilin dəstəsi də yüzdən çox olardı. Birləşdik. Mövzumuz 

“Səfillər” idi. Viktor Hüqonun “Səfəillər”i. Əsər imkan verirdi ki, 

vicdandan, mərhəmətdən, zülmə qarşı  səfalət törədən ictimai 

mühitə qarşı qəzəb və nifrətdən danışaq. XIX əsri bəhanə edib öz 

dünyamızın ictimai bəlalarını  qılınclayaq... Zəngə xeyli qalmış 

dayandım. “Kimin sualı var?” deyə  tələbələrə müraciət etdim. 

Onlardan biri ayağa qalxdı. 

-Müəllim, belə fürsət ələ düşməyəcək. İstərdik Xəlil 

 

  

 



 

 

53 


Rzanı da dinləyək.  Əl çaldılar. Xəlil kürsüyə yaxınlaşdı. Onun 

səsindən divarlar cingildədi: 



“Şəbi-hicran yanar canım, 

Tökər qan çeşmi-giryanım, 

Oyadar xəlqi əfğanım” 

O sahildə, bu sahildə! 

Ürək dustaq, vətən məhbəs, 

Hanı Babək, Cavanşir bəs? 

Həyat bu cür qala bilməz, 

O sahildə, bu sahildə”!  

Bu üsyan idi. İki yerə parçalanmış ana yurdun, parçalanmış 

torpağın, bir-birindən zorla ayrılmış insanların həzin naləsinə, 

qəzəb və intiqam çağırışına çevrilmiş poetik misralar idi. Bu 

misralar dillərə düşdü. Açıq, gizli toplanışlarda kürsülərdən 

guruldadı. Xəlili izləməyə başladılar” (Mənbə:  İsmayıl  Şıxlı. 

“Zindandan keçən azadlıq yolu”, “Müasirləri Xəlil Rza Ulutürk 

haqqında” kitabında. B., Çinar-Çap, 2004, s.87-89). 

X.R.Ulutürk 1961-1975-ci ilə  qədər fəsiləsiz təqib olunmuş, 

ədəbi mühitdən mümkün qədər uzaq saxlanılmışdır (1961-1963-cü 

illər haqqında bax: monoqrafiya, s.52-56; s.163-168). Faktlara 

müraciət edək: 

Xəlil Rzanın Azərbaycan KP MK-nın təbliğat, təşviqat 

şöbəsinin müdiri şair Teymur Elçin (Əliyev) yoldaşa yoldaşlıq 

məktubundan: “Təxminən on bir aya yaxındır ki, mənim  ədəbi 

inkişafım sizin iradənizlə  mətbuatda dayandırılmışdır. Mən bu 

hadisənin nə dərəcədə obyektiv və süni səbəblərdən doğduğunu bir 

yana qoyub yalnız özümə aid cəhətləri barədə izahat verməyi lazım 

bilirəm. Bəlkə də sizə az-çox məlumdur ki, biz öz yazılarımızın bir 

çoxunu illər boyu çap etdirə bilmirik. Xüsusilə ictimai yaraları açıb 

göstərən, nöqsanlarımızı qamçılayan və  cəmiyyətin inkişafına 

xidmət məqsədini güdən yanğılı, dərdli və  cəsarətli yazılarımız 

redaksiya və senzura idarələrindəki bəzi filisterlərin  əlində  bəndə 

düşür. Məsələn, 

 


 

54 


 1961-ci  ildən bəri yazdığım  əsərlərdən  ən güclülərini: “Məftillə 

sarınmış yaralar”, “İki qardaşın söhbəti”, “Gələcəksən baharda”, 

“Adımız, soyadımız”, Firudin İbrahimiyə dair “Qalx ayağa, 

Vətənim” poemalarımın heç birini və şeirlərimin ən yaxşılarını çap 

etdirə bilməmişəm, bəzilərini hətta üzə  çıxarmamışam... Mənim 

dosta inamımdan və ani bir səhvimdən sui-istifadə edən və şərikli 

yazdığımız “Yaşamaq istəyirəm” povestini təkcə öz adına çap 

etdirmək üçün dəridən-qabıqdan çıxmış Qulu Xəlilova və ona 

havadarlıq edən Qılman  İlkinə qarşı apardığım haqlı mübarizənin 

bəzi mərhələləri də yəqin ki, yadınızdadır... Keçən il “Kommanist” 

qəzetinin titullar barədə açdığı müzakirə də unudulmayıb. Mən bu 

mənasız müzakirəyə öz kiçik töhfəmi verməyə çalışdım: hər xalqın 

öz soyad sonluğu var, bizimki də “lı”  şəkilçisinin dörd biçimidir. 

Məsələn, Cəfər Cabbarski, yaxud Cabbarov, Cabbari, Cabbarpur, 

Cabbarzadə deyil, məhz Cəfər Cabbarlı yazsaq daha yaxşıdır. Bu 

münasibətlə  bəzi başabəla ziyalıların, özünü ayıq-sayıq qələmə 

vermək istəyənlərin qaldırdığı vaveyla, “cahad” səsləri, əlbəttə ki, 

Yazıçılar Birliyindəki iclasda, Əli Vəliyevin dediyi kimi, mənimlə 

DTK maraqlanmağa başladı, mənim işdən çıxarılmağımı Sizən 

tələb etdilər. 

Bu çağlarda aldığım dalbadal zərbələrin “dadı” damağımdadır. 

Yazıçı  İsmayıl  Şıxlının “Kommunist” qəzetinin sifarişi ilə 

filarmoniyada çıxışımız barədə yazdığı məqalə mətbəədə saxlandı, 

mənim yeni il ərəfəsində Natavan klubunda keçirdiyim “Poeziya 

gecəsi”nə dair Yazıçılar  İttifaqında və APİ-də vurulmuş afişalar 

divarlardan qoparıldı  və gecə baş tutmadı, işdən çıxarılmağımı 

redaktor  Şövqi Ağayevdən üçüncü kərə  təkid ilə  tələb etdilər. 

Əslində  mənə çox hörmət bəsləyən, bəzən dinlədiyi dərslərimdən 

razı qaldığmı bildirən, üç aydan bəri məni qoruyan redaktor çox 

çətin vəziyyətdə qaldı: “Xəlil, bəlkə  sən ikiillik elmi ezamiyyətə 

çıxasan, doktorluq işi yaza- 

  

 



 

 

55 


san, öz ərizənlə...”. 

O vaxt təhlükənin bu dərəcədə qatı olduğunu anlamadığım üçün 

bu humanist təklifi qəbul etmədim, məni axıra qədər qorumağa 

redaktorun mərdliyi çatmadı  və bu il yanvarın 3-də verməyə 

məcbur olduğu saxta ömrlə  mənim guya “məşğələlərə vaxtında 

gəlmədiyimi” “əsas” tutdu, işdən azad etdi. Kafedradan, həmkarlar 

və partiya təşkilatından, tələbələrdən xəbərsiz bir növ gizli verilən 

bu “saxta” əmrə etiraz ərizəmi partiya özəyinə  təqdim etdikdən 

sonra mən təmkin və  səbr yolunu seçdim. Sizinlə anlaşmağa 

çalışdım və ailəmi dolandırmaq üçün “Bi-lik” toplumu xətti ilə 

mühazirələr oxumağa başladım...”. 

Bundan sonra martın 12-də Yazıçılar Birliyinin V.İ.Leninə həsr 

olunmuş açıq plenum iclasında mənim barəmdə dediyiniz 

üstüörtülü tənqidi bir cümlə öz karyerası üstündə  əsim-əsim 

əsənləri təşvişə saldı. Mənim APİ partiya təşkilatına yanvarın 9-da 

verdiyim ərizəni yalnız martın 18-də “müzakirə etməyə” başladılar, 

buna uyğun olaraq Yazıçılar  İttifaqında da martın 25-də  mənim 

“məsələm” ilə bağlı iclas keçirildi. Əslində “mənim məsələm” 

deyilən iş yox idi. Bu qondarma məsələ və gərəksiz iclaslar yalnız 

mənim barəmdə sizin tənqidi cümlənizdən sonra başlamışdı. 

Buna etiraz olaraq mən işsizlik günlərimdə Dövlət 

Təhlükəsizlik Komitəsinə  ərizə verməyə məcbur oldum. Ərizədən 

üç ay sonra məni qəbul edən DTK başçıları, Ramiz Məmmədzadə 

və Maqsud Məmmədov yoldaşlar məni inandırmağa çalışdılar ki, 

şübhəniz  əbəsdir, DTK sizinlə maraqlanmayıb,  əgər belə olsaydı 

siz keçən il Türkiyə səfərinə buraxılmazdınız. 

Əlbəttə, bu nəzakətli cümlələr məni az inandırsa da bircə şeyə 

əminəm ki, əgər doğrudan da Ə.Vəliyevin dediyi kimi DTK 

mənimlə maraqlanıbsa, bu maraq fıs çıxıb, başqa cür ola da bilməz. 

Ancaq bu maraqlanma mənə baha başa gəlib, yeddi ay işsiz 

qalmışam, həyatda ən böyük 

  

 



  

 

56 


zövqdən - dərs deməkdən, tələbə-müəllim təmasının verdiyi 

səadətdən məhrum edilmişəm, on ildən bəri nəfəsini, qayğısını 

duyduğum institut kollektivindən, mənim üçün son dərəcə  əziz, 

doğma insanlardan ayrı salınmışam. Mənə vurulan zərbə  əslində 

məndən daha çox tələbə-gənclərin inamına, onların  ədalət, 

humanist və düzlük haqqında qənaətlərinə vurulmuş zərbə idi... 

...Hələ  mətbuat dərdləri.... “Ədəbiyyat” qəzetinin redaktoru 

bəhanə  gətirir ki, senzor sənin  şeirlərini buraxmaz, MK-dan izn 

almalısan. Sizə üz tuturam. Bildirirsiniz ki, Yazıçılar  İttifaqına 

müraciət et. Əlbəttə, mən Mirzə  İbrahimov kimi adamlara ağız 

açmağın faydasız olduğunu bilməyəcək qədər təcrübəsiz deyiləm. 

İki il bundan qabaq verdiyim adicə bir yaradıcılıq ezamiyyəti 

ərizəsinə  hələ  də cavab ala bilmədiyim halda, sözünüzü yerə 

salmamaq üçün onun stolu qarşısında dayanmağa vadar oldum. 

-Bala (?!), sənin şeirlərini İmran Qasımov da oxuyub, bəyənib, 

məndən soruşsalar, öz müsbət rəyimi deyərəm, ancaq senzuranın, 

MK-nın işinə qarışa bilmərəm... 

...Müxtəlif xalqlara və müxtəlif  əsrlərə  mənsub bu 

sənətkarlardan etdiyim tərcümələrin bir qismi mətbuatdan sizə 

tanışdır. Az-çox tərcümə  dəyərini,  ədəbi  əhəmiyyətini hələ bir 

kənara qoysaq, axı bu qədər çevirmələr hər hansı  tərcüməçi, 

tədqiqatçı  və oxucu üçün hər  şeydən öncə böyük bir 

beynəlmiləlçilik məktəbidir. Belə bir ağır, şərəfli zəhməti boynuna 

götürən, gecəsini gündüzə qatan, səadətini gözlərinin işığından, 

ürəyinin alovundan qoparan bu şairin gözdən salınması, yaxud 

izlənməsi nə dərəcədə insaflıdır və ya gülünc deyilmi?.. 

Mən hələ 1962-ci ildə “Ana dili” şeirim üstündə Vəli Axundov 

yoldaş  tərəfindən milli məhdudluqda, lovğalıqda ittiham 

olunduğum üçün bu tənqidin obyektiv olmadığını bir daha yada 

salmaq üçün MK-ya məhz həmin kitabı göndərməyi lazım 

bilmişdim. Rus, belarus, ukraynalı anaların dərdlərini öz dərdi 

bilən, onların göz yaşlarını 

 

  


 

57 


ovcuna toplayan bir şairin ürəyində  cılız duyğular axtarmayın - 

demək istəmişdim. Sözümün canı budur ki, Azərbaycandakı milli 

geriliyə, qayğısızlığa, milli simasını itirmişlərə qarşı apardığımız 

mübarizə, yaxud ana dilinin hüdudlarını genişləndirmək, 

təmizliyini qorumaq, zənginliyini təmin etmək uğrunda 

cəhdlərimiz  əslində partiyamıza, ideallarımıza məhəbbətdən, 

sədaqətdən irəli gəlir. Hətta, bu yolda qüsurlarımız da inamımızın 

dərinliyi, idealımızın ucalığı ilə mövcud yaramazlıqlar arasındakı 

uçurumdan doğur (Şairin arxivindən. 14 sentyabr 1969) [318]. 

Xəlil Rza 30 iyun 1969-cu ildə Azərbaycan KP MK-nın birinci 

katibi Vəli Axundov yoldaşa ərizə ilə müraciət etmişdir: “Yeddinci 

aydır işsizəm. Sanki qəsdən, bilə-bilə  mənim ailəmi, uşaqlarımı 

aclıq halqasında boğmağa çalışırlar. İş o yerə çatıb ki, ev kirayəsi, 

uşaq bağçası haqqı vermək, çörək və duz almaq belə mənim üçün 

ciddi problemə çevrilmişdir. Belə getsə  mənim özüm aclıq elan 

etmək məcburiyyətində qalacağam. Mən qətiyyən inana bilmirəm 

ki, Az.KP MK - bu yüksək partiya aparatı bu dərəcədə süst, biganə, 

qayğısız, bürokrat əllərə tapşırılmış olsun... 

...Vaxtilə bizim Qulu Xəlilov ilə  şərikli yazdığımız və 

“Azərbaycan” jurnalında çap etdirdiyimiz “Yaşamaq istəyirəm” 

povestinin yalnız Q.Xəlilovun adına kitab halında buraxılmasına 

Cəfər Cəfərov yoldaşın razılıq verməsi məndə  oğurluğa qarşı 

böyük üsyankar ruh doğurmuşdur. Ümumi milli gerilik, 

qənimətçilik, rüşvətxorluq  şəbəkəsinin bu dərəcədə güclü olması 

da,  əlbəttə, bu ruhu alovlandırmaya bilməz. Nöqsanım, 

səbirsizliyim bəlkə də bundan doğur...” (Şairin arxivindən. 30 iyun 

1969) [318]. 

5.X.Rza “elə faktlara, elə  mətləblərə üstünlük vermişdir ki, 

həmin fakt və  mətləblər axır nəticədə söhbəti milli özünüdərk 

probleminə, Azərbaycan mədəniyyətinin, onun ümumtürk 

qaynaqlarının qədimliyinə və özünəxas 

 

  



 

 

58 


təkrarsızlığına, Azərbaycan dilinin saflığını qorumağın 

zəruriliyinə... gətirib çıxarmışdır” (Mənbə: Bax., B.Nəbiyev. 

“İstiqlal şairi”, B., Elm, 2001, s.25). 

Şairin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I 

katibi Heydər  Əliyev yoldaşa 9 oktyabr 1969-cu il tarixli 

məktubundan: “Azərbaycan dilinin təsir dairəsini genişləndirmək, 

milli simasını itirmişlərə qarşı amansız olmaq, qənimətçilərə, 

rüşvətxorlara qarşı mübarizədə əsla güzəştə getmədən döyüşmək... 

Sizinlə birlikdə  mənim də  məramımdır” (Şairin arxivindən. 9 

oktyabr 1969) [318]. 

Millilik Xəlil Rza Ulutürk yaradıcılığının ruhudur, varlığıdır. 

Onun insanların  şüur və  mənəviyyatına təsir göstərən  əsərlərini, 

ana dili, vətən məhəbbəti, vətənpərvərliklə bağlı “Ata borcu”, 

“Ehkamçıya”, “Səttar Bəhlulzadəyə”, “Vətən”, “Xiyabani 

yurdunda”, “Yurdum sənin sağlığına”, “Laylam mənim, nərəm 

mənim”, “Qoca arxeoloq”, “Mən nəyəm ki, ey Vətən”, “Yetkinləş, 

Xəlil”, xalqı mübarizəyə çağırış ruhu ilə  aşılanmış “Ayağa qalx, 

Azərbaycan”, “Bahar kibi”, “Xalqımın səsi”, folklor qaynaqlarına 

bağlı olan “Beşik türküsü”, “Apardı Sellər Saranı”, “Gedər”, 

“Əlindən gələni edərsə  hər kəs”, ilkinliyə, soykökü söykənən 

“Qalx ayağa, Azərbaycan”, “Sən mənim vüqarımsan”, “Saz” 

əsərlərini qeyd etmək olar. Onlarca belə əsərlərdə milli şüuru, milli 

vicdanı oyadan ideya qaynaqları güclüdür. Həmin  ədəbi 

nümunələrdə müxtəlif tarixi şərait, sosial mühit müəyyən cəhətləri 

ilə  bədii  əksini tapmaqla yanaşı, xalq psixologiyasını, 

mənəviyyatını, milli dil və  ənənə xüsusiyyətlərini də qabarıq 

təzahür etdirir. 

Zəngin folklordan, klassik poeziyadan, “Əkinçi”, “Kəşkül”, 

“Molla Nəsrəddin”dən üzü bəri dil məsələsi həmişə vacib 

problemlərdən olmuşdur. C.Məmmədquluzadənin məşhur 

“Azərbaycan”, “Meymunlar”, Əliqulu Qəmküsarın  “Qatış-bulaş”,   

Ö.F.Nemanzadənin  “Dərya- 

 

 


 

59 


dan qətrə”, “Yazımız, dilimiz, ikinci ilimiz”, 

Y.V.Çəmənzəminlinin “Milli və  mədəni işlərimiz”, “Kiyevdə 

“Müsavat  şöbəsi” kimi məqalə  və felyetonları doğma ana dili və 

vətənçiliklə bağlı ideyaları canlı inikas etdirmişdir. Ölməz 

klassiklər ana dilini yaşamaq vasitəsi yox, namus dili, milli varlıq, 

həyat dili hesab etmişlər. B.Vahabzadə yazır: “Nədir ana dili? 

Anamın dili, atamın dili, ulu əcdadımın dili, Dədəm Qorqudun boy 

boylayıb, soy söylədiyi dil! Məni Nəsimimə, Füzulimə, Sabirimə 

bağlayan, ulu keçmişimi bu günümə, sabahıma calayan min illik 

mədəniyyətimizin xəzinəsi, Babəkimin, Koroğlumun, 

Səttarxanımın üsyan səsi, Ana Kürümün, Xan Arazımın nəğməsi, 

mənim milli varlığım, bəxtiyarlığım, sərvətim, qeyrətim, 

Anadilim!”[311,s.89]. 

Xəlil Rzanın milli mənlik  şüur və  məfkurəsinin ilkin təzahürü 

ana dilinə ciddi münasibətlə bağlıdır. Dil məsələsi gah kənardan 

dolayısı ilə, gah da daxilən, iç mahiyyətlə ifadə olunmuşdur. Dil 

ulu  əcdad, Vətən bütövlüyünün, milli varlıq və qeyrət 

müəyyənliyinin  əsası kimi təbliğ olunmuş, mənəvi-milli 

simasızlığa, özülsüzlüyə ciddi etiraz edilmişdir. 

Şəhriyar (“Hədyani-dil”, “Türkün dili”, “Heydər baba...”), 

B.Vahabzadə (“Latın dili”, “Anamın kitabı”, “Yollar və  oğullar”, 

“Təzadlar”), S.Rüstəm (“Təbriz”, “Ürəyimi verərəm”), S.Tahir 

(“Ana dili”), F.Qoca (“Azəriyəm”), S.Rüstəmxanlı (“Sağ ol, ana 

dilim”) və başqalarının əsərlərində dil milli varlıq, ruhun və əqlin 

birliyi, tarixi mahiyyət, müasirlik və özünüdərk kimi təcəssüm 

olunmuşdur. 

“1954-cü ildə görkəmli şair M.Şəhriyar “Heydərbabaya salam” 

poemasının birinci hissəsini Azərbaycan dilində çap etdirmişdir. 

Bu  əsər bir tərəfdən azərbaycanlıların öz dili, ədəbiyyatı, 

mədəniyyəti, vətənimizə olan münasibətinin poetik inikası idisə, 

digər tərəfdən etnik birlik hissini əks etdirməklə bu hissin daha da 

dərinləşməsinə səbəb olmuş- 

 

  


 

60 


dur. Məhz həmin əsərin təsiri ilə Azərbaycan dilində yazmaq meyli 

güclənmiş, poemaya yazılmış  nəzirə, cavablardan başqa 

Azərbaycan dilində bir sıra kitablar nəşr edilmişdir” [146,s.l78]. 

Cənubi Azərbaycan  şairlərindən  Ə.Fitrət,  İ.Zakir, M.Niknam, 

M.Səfvət, B.Azəroğlu, F.Məhzun,  Ə.Tudə, M.Çavuşi, H.Nasiri, 

M.Gülgün, A.Pənahi, H.Billuri, A.H.Cavad, F.X.Xoşginabi, 

İ.Cəfərpur, S.Tahir, Q.Cahani və başqaları da milli azadlıq və 

demokratik ruhlu şeirlər yazmışlar. 

60-cı illərdə ümumazərbaycan  ədəbiyyatının inkişafında yeni 

mərhələ olduğu kimi, Cənubi Azərbaycan ictimai-bədii fikrində də 

milli özünəqayıdış, milli özünüdərk və folklor ənənələri 

güclənmişdir. “H.Məcidzadənin (Savalanın) “Türkcə  təranələr” 

(1962), S.Cavidin “Azərbaycan dili bilgisindən yazı qaydaları” 

(1964), “Azərbaycan folklor nümunələri” (1955), B.Q.Səhəndin 

“Sazımın sözü”, M.Fərzanənin “Bayatılar” (1965), S.Behrəngilə 

B.Dehqaninin “Azərbaycan  əfsanələri” (1965) və başqalarının 

kitabları  həmin dövrün məhsullarıdır. B.Q.Səhəndin 1965-ci ildə 

çapdan çıxmış “Sazımın sözü” poeması “Azərbaycan xalqının milli 

şüurunun inkişafında  əhəmiyyətli rol oynamışdır... Səhənd  İranda 

ilk dəfə olaraq, bədii formada türk (Azərbaycan) dili ilə türk 

(Azərbaycan) etnosunun tarixi-irsi birliyi problemini bərpa və həll 

etməyə çalışmışdır” [142, s. 179-180]. 

Ana dilinə münasibətin poetik ifadəsi yalnız milli mahiyyətdən, 

milli hüquqdan qaynaq, güc almamış, o ümumən, bəşəri sənətkarın 

dil haqqında poetik qaynaqlarını öz içinə  çəkmiş, ana dilinin 

ölməz, əyilməz və bütöv ruhunu dərk olunmuş həqiqət kimi idraki 

qavrayışda poetikləşdirmişdir. 

Z.Göyalp türk dilini dil birliyi kimi ifadə edərək demişdir: 

  

 

 



 

 

 



 

61 


 

Turanın vicdanı bir, 

 Dini 

bir, 

vatanı bir, 

 

Fəqət həpsi ayrılır, 

 Olmasa 

lisanı bir.  

Vaxtilə dilə etinasızlığı Sabir və Abbas Səhhət  əsərlərində 

poetik qüvvətlə səsləndirmişlər. M.Ə.Sabir istehza ilə: “Türk qəzeti 

versə də əqlə ziya, Mən onu almam əlimə mütləqa”, A Səhhət isə: 

“Türk dilini sevməyir, nə “Həqiqət”, nə  də “Günəş” oxuyur, 

Yalandan Homer, Kant, Marks, Bualo deyir” - deyə yazmışdır. 

Xalq  şairi S.Vurğun  İran irticasının dilə olan etinasızlığına qarşı 

belə demişdi: 

 

“Söylə, səni xor baxırsan mənim ana dilimə? 

 Dahilərə süd vermişdir Azərbaycan gözəli. 

 

Sənmi türkə “xər” deyirsən, ulusuma, elimə 

 Qoca 

Şərqin şöhrətidir Füzulinin qəzəli”.  

Ana dilini bilməyənlər, bəyənməyənlər, işlətməyənlər və ona 

hücum edənlərə qarşı  Ə.Kərim, B.Vahabzadə, S.Tahir, 

N.Həsənzadə  də kəskin mövqedə dayanmışdır. S.Rüstəmin: “Mən 

sənin dilinə  dəymirəm, cəllad, gəl sən də bu ana dilimə  dəymə” 

misraları  təhdid xarakteri daşıyırdı. B.Vahabzadə yabançılara: 

“Özgəyə dilini öyrən deyirsən, özünsə, bu dili bəyənməyirsən” – 

deyə lağ edirdi. S.Tahirin etirazı da kəskin idi: “Mən istərəm: 

güllələrlə, nidalarla dola dilim, başqasının əlində yox, öz ağzımda 

ola dilim”. O, doğma ana dilində  qılınc tiyəsi kimi itilik, layla 

nəğməsi qədər həzinlik, zəriflik hiss etmişdir.  İnqilabın qapısını  

tay-tay açan dilim mənim. O qılıncın tiyəsinə, o laylanın 

nəğməsinə  bələklənib gələn dildir”. N.Həsənzadənin də ana dili 

haqqında fikirləri, onu milli sərvət kimi dəyərləndirməsi də 

əhəmiyyətlidir: “Dil xalqın verdiyi ən böyük əsər, onun qoynu isti, 

qanı  təmizdir. Adicə vurğular, ya işarələr min illik mənəvi 

sərvətimizdir”. 

Şəhriyar dilə etinasızlara Arazın o tayından belə çağı- 

  

 


 

62 


 rış, xitab etmişdir: “Türkün dili tək sevgili, ehzazlı dil olmaz”. 

X.Rza 60-cı illərdə “Ana dili” (“Laylam mənim, nərəm 

mənim”) “Dəlidağ”, “Məftillə sarınmış yaralar” kimi əsərlərinə 

görə ictimai-bədii mühitdən mümkün qədər təcrid edilmiş, o isə 

mövqeyindən dönməyərək, dissident olmaq dərəcəsinə  gəlmişdir. 

Faktlara müraciət edək: 

“Məni hər addım başı təhlükə gözləyir - dərrakəsi, Vətən eşqi, 

partiya  əqidəsi olmayan miskin adamlar tərəfindən olan təhlükə. 

Lakin bundan ötəri bütöv bir ailəni məgər üç gün qan-yaş içində 

qoymağın faydası varmı? 

Axı  mən Lənkəranda, Astarada, Masallıda elə bir söz 

deməmişdim ki, bundan ötəri məsələm müzakirə olunsun. Bəlkə 

sən (bədxahları,  əleyhdarları  nəzərdə tutulur -Ə.Ə.) mənimlə 

Naxçıvan, Ordubad, Şahbuz görüşlərinə getmiş olaydın? Mən o 

yerlərdəki çıxışlarımda ehkamçılara, dargözlərə, partiya deyə-deyə 

partiyaya zərbə vurmağa hazır olanlara qarşı nifrətimi gur səslə 

elan etmişəm. Mən hələ də o yerlərdən məktublar almaqdayam. O 

məktublar belə  bəd ayaqda mənə qüvvət verir. Tutduğum yolun 

doğruluğuna məni inandırır. Mən bəzən belə bir axmaq fikrə 

düşürəm ki, bir halda ki, Azərbaycanda qüdrətli adamların sayı bu 

qədər azdır, baş götürüb Özbəkistana, yaxud qeyri yerə 

getməliyəm. Məni bundan sonra da sıxışdırsalar, çap imkanı 

verməsələr başqa çarəm qalmayacaqdır” (Şairin arxivindən. Xəlil 

R. 2 mart 1962. B.,)[318] 

Əlbəttə, Xəlil Rza öz xalqının vətənpərvəri olmuş, öz ömrünü 

xarici ölkələrdə yaşamaqda, dissident olmaqda yox, Lefortovolara 

gedilən yolda görmüş və bundan saqınmamış, usanmamışdır. 

Sənətkar ana dilinə münasibətini bir sıra əsərində ifadə etmişdir. 

“Ata borcu” şeirində  şair “Mən”i ata ocağından güc alır, hər cür 

sərvətdən imtina edir. Onun poetik baxışında ana dili bala ruhuna 

ana südü kimi içirilməlidir. 

  

 



 

 

63 


Lirik “Mən” öz dilini yaşatmaq üçün başqa dillərin öyrənilməsini 

də  gərəkli bilir. Ona görə  Təbər, Xəzər, Quzğun, Urqut, Heydər 

Baba, Elbrus və Qoşqar doğma ana dilinin şöhrət zirvələridir. Şair 

“Mən”i ikinci dünyası bildiyi ana dilinin sabahından da nigarandır. 

“Xiyabani yurdunda” şeirində fil olub, belində tülküləri daşıyan 

xalqının, Nəsimiləri dünyaya sığmayan millətinin cənubda dörd 

sinifli anadilli bir məktəbi olmadığına belə dözə bilmir. Buna görə 

də  Təbriz valisinə  xəbərdarlıq edir ki: “Dilimə xor baxanın 

qopardaram dilini”, “Laylam mənim, nərəm mənim” şeirində layla, 

bayatı  həlimliyində bildiyi ana dilini həm də zamandan-zamana, 

əsrdən-əsrə vuruşa-vuruşa yol gələn davamlı bir dil bilir, ona 

Babək qılıncının davamı, o sahili bu sahilə birləşdirən polad körpü, 

qılınc və günəş kimi baxır və iftixar hissi keçirir. 

X.R.Ulutürkün poeziyasında dil əxlaqda, mənəviyyatda 

özüldür. Milli dilə verilən qiymət yalnız milli düşüncənin şüurdakı 

səviyyəsini əks etdirmir, o, həm də məfkurədir, özəli və əbədi olan 

varlıqdır: 

Mənim dilim Göygöyl, Xəzər, 

Mənim dilim Şahdağımdır! 

Qoy dilçilər öcəşsinlər, 

yoxdur bəhsə meylim mənim. 

Heç bir dildən əskik deyil, 

Bəsərin dil ağacının 

Şah budağı dilim mənim! 

(“Laylam mənim, nərəm mənim”)  

XX əsr Azərbaycan poeziyasının milli dəyərləri özünü, əsasən, 

60-cı illərdən qabarıq təzahür etdirmişdir. Lakin bu, o demək deyil 

ki, milli cizgilər  ədəbiyyata həmin illərdə  gəlmişdir. Bütün 

dövrlərdə Azərbaycan sənətkarlarının bədii təfəkküründə folklora, 

milli  ənənələrə söykənmə keyfiyyətləri güclü olmuşdur. Bu, 

S.Vurğun və O.Sarıvəlli yaradıcılığının xəlqiliyini şərtləndirmişdir. 

Ümumtürk bədii təfəkküründə C.Məmmədquluzadənin 

 

  


 

64 


“Anamın kitabı”, X.Ə.Adıvarın “Yeni Turan”, Ç.Aytmatovun 

“Əsrdən uzun gün”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Ağ  gəmi”, 

M.D.Aybəkin “Nəvai”, M.D.Auezovun “Yeni nəsil”, 

Y.Səmədoğlunun “Qətl günü”, Anarın “Dədə Qorqud”, 

M.Şeyxzadənin “Cəlaləddin Mənquberdi”, Erkin Vahid, Abdulla 

Arif, Rauf Pərfi, Həlimə Xudayberdi, Gülçöhrə Nurulla və 

başqalarının  əsərləri milli kökə, yaddaşa, folklora qayıdış kimi 

qüvvətli ənənə yaratmışdı. 

İkinci Dünya müharibəsindən sonra dünyada milli azadlıq 

hərəkatı vüsət aldığından o, ədəbiyyat və incəsənətdə keyfiyyət 

dəyişikliyinə  səbəb olmuş, xalqlar və  sənətkarlar öz “Mən”lərinə 

daha yaxından baxmışlar: “Müasir dövrdə milli-azadlıq hərəkatının 

qüvvətlənməsi, müstəmləkəçilik sisteminin məhvə  məruz qalması 

da milli şüurun beynəlxalq miqyasda vüsətli intibahına təkan verən 

başlıca amillərdəndir. Siyasi müstəqillik  əldə etmiş Asiya, Afrika 

və Latın Amerikası ölkələrində milli müəyyənlik yazıçılar, 

incəsənət xadimləri üçün ən vacib məsələlərdəndir” [97, s.66]. 

Xəlil Rza Ulutürkün poeziyasında kökə,  ənənəyə bağlılığın 

fərdi keyfiyyətləri başqalarından onunla fərqlənir ki, onun 

şeirlərində ictimai-fərdi fəallıq, üsyankarlıq, ciddi etiraz, mənfini 

inkar, yenini təsdiq, milli fikir və qayəyə ciddi meyl, milli “Mən” 

fəallığı güclü olmuşdur. 

Şairin “Beşik türküsü”, “Aşıq Novruz”, “Aşıq Alı”, “Apardı 

sellər Saranı”, “Gedər”, “Masallı xatirələri”, “Əlindən gələni 

edərsə  hər kəs” və başqa  şeirlərində folklora, xəlqiliyə orijinal 

baxış; “Qalx ayağa, Azərbaycan”, “Sən mənim vüqarımsan”, “Saz” 

şeirlərində ilkinliyə, soykökə bağlılıq, milli ruh, milli şüur və 

məfkurə, tarixi-müasir yaddaş; “Özünüdərketmə”, “Anlamaq 

səadəti”, “Sevdiyim sənətkara”, “Heç kəs məndən inciməsin”, 

“Xırdalar”, “Sarsılma, cəsur ol” şeirlərində ümumi İnsan surəti, 

özünəqayıdış, özünüinikas, “Çayla- 

  

 



 

 

65 


rımız”, “Dördlüklər”, “Ürəyindən istə mükafatını”, “Dincəliş”, 

“Qorxu”, “Məmməd Araza” şeirlərində  fəal həyat mövqeyi, milli 

ideallara sədaqət, haqsızlıqlara,  ədalətsizliklərə etiraz ruhu 

fərdiləşir. 

Xəlil Rza Ulutürkün poeziyasında milli mənlik  şüuru yalnız 

müasirliklə  aşılanmır. O, özünü əsrlərin dərinliklərindən, tarixin, 

millətin yaddaşından - ənənəvi olandan gətirir. Keçmiş tarixi 

mədəniyyət  ənənəsi hər bir millətin varlığıdır.  Şairə görə folklor, 

milli müəyyənlik olduğu kimi, qədim türk mədəniyyəti, abidələri 

də onun milli şüur göstəricisidir: 



Eraların özülündə 

Ey əbədiyanar ocaq! 

Şumerəcən, Oderəcən 

Ey şöləsi göynən uçan! 

Qalx ayağa, Azərbaycan!  

Qədim mədəniyyətə baxış sadəcə şair təəssüratları olmayıb, bu, 

Xəlil Rza Ulutürkdə intellektual səciyyə daşıyır,  şair elmi 

yanaşmadan da bəhrələnərək, mədəniyyət abidələrinə qiymət verir

onları  əsaslı surətdə poetikləşdirir. “Sən mənim vüqarımsan” 

şeirində  Əbubəkr oğlu  Əcəminin yaratdığı Möminə xatın 

məqbərəsinin təsviri, tərənnümü və müəllif münasibəti əsasında o, 

həm də Naxçıvan memarlıq məktəbini yanlış olaraq, İran memarlıq 

məktəbinə bağlayan burjua alimlərinə elmi-məntiqi cavabdır. Belə 

münasibətdə oxucu ruhu iti, yaddaşı oyaq, milli varlığı güclü qalır, 

bu tarixi ənənədə gələnəkdə bir sonsuzluq, kəsilməzlik yaşayır: 

Alqış! 

Əcdadımın ruhuna alqış, 

Elimə, obama kömək yarandı. 

Sən özün dünyada heç yaranmamış, 

Səni qorumağa Babək yarandı. 

Yağlı tikə üçün gələn yağılar 

Diş qıcıb, 

  

 



 

66 


  

 

dövrənə çox dolanıbdır. 

Burda yüz fatehin havalı başı 

Misri qılınc ilə ağıllanıbdır. 

Gəlsin bir də baxsın Yakobstal, Zarre. 

(“Sən mənim vüqarımsan”)  

Xəlil Rza Ulutürkü kənardan özünəbaxma, özünüdərketmə çox 

düşündürmüşdür. O, tarixi keçmişimizə, milli-bəşəri sərvətlə-

rimizə, müasirliyimizə, istila və fatehliyə baxa-baxa, onu mənən 

özü üçün araşdıra-araşdıra, öz “Mən”inə qayıtmış  və din-dil 

qardaşlarına, vətəndaşlara, insanlara anlatmaq, öyrətmək 

istəmişdir. Xəlil Rzanın özünüdərkində  zəngin bir mənəviyyat, 

vətəndaşlıq yanğısı, milli tale və aqibət, müqəddəs ideallar və 

məfkurə aydınlığı vardır. Ümumi mənada “İnsan” və  Vətəndaş 

mövzusu Xəlil Rza Ulutürk yaradıcılığında zəngin və orijinaldır. 

Bu şeirlərdə şairin poetik “Mən”i çox fəal və mübariz olduğu qədər 

safdir, əngindir: 



Özünü dərk etmək böyük qüdrətdir, 

Büllur tək saflaşır, təmizləşirsən. 

Bulaq, çay bilirsən bir qurtum suyu, 

Çayları içdikcə, dənizləşirsən. 

( “Özünüdərketmə” )  

Milli  məfkurə    Xəlil  Rzanın  özünüdərkindən,      milli 

“Mən”indən başlayır. Milli özünüdərk bəşəri dərkə  mənəvi 

keçiddir. “Dağlara qalxıram” (1965), “Sevdiyim sənətkara” (1974) 

şeirlərində belədir: 

Mənlikdən başlanır ilk meyar, ölçü 

İlhamın gövhəri tapılmır asan. 

Dünyanı, bəşəri tanımaq üçün 

Ən əvvəl özünü tanımalısan. 

(“Dağlara qalxıram”)  

Milli “Mən” ilk əvvəl şair varlığı, özünüdərki ilə obrazlaşır və 

xalqı, Vətəni dərk etməklə doğulur: 

Anadan bir kərə doğulmaq azdır, 

Yetişib xalq üçün doğulmaq gərək 


 

67 


Ərzin bağrındadır şeirin kökləri  

Şair baxışından od-alov törər.  

Addımı yerləri, əli göyləri,  

İdrakı Vətəni genişləndirər. 

 

   (“Sevdiyim 

sənətkara”)  

Mövcud milli “Mən” özünün böyüməsini, inkişafını, çəkişib-

bərkiməsini Vətənə yaxınlaşmağında görür:  

Nəyisə, kimisə qocaldır illər,  

Mənsə çaylar kimi aşıb daşıram.  

Nə qədər çəkişib-bərkiyirəmsə  

Vətənə o qədər yaxınlaşıram. 

 

 



 

 

(“Vətən”) 

Xəlil Rza Ulutürkün mənlik şüuru, məslək və əqidə yaşantıları 

60-cı illərin  şeirlərindən başlamışdır (“Vurulmuşam mən sənə” 

(1965), “Vətən”, “Saçlarıma dən düşür” və başqaları).  Şairə görə 

məsləkə, məfkurəyə yetəndə  Vətən doğulur, milli özünüdərkə 

çevrilir: 

 

 



Məslək vuruşunda, səngər başında  

 Kişi qeyrətindən doğulan Vətən!... 

 

*    *    * 

 

Vətən - özümüzü dərk etməyimiz,  

 Daim 

fikrimizin 

yeniləsməsi.  

Milli “Mən” yalnız Vətəni özünüdərklə hüdudlanmır. O, özünə 

geniş  mənada “Mən  Şərqəm” fəlsəfi bütövlüyündə yanaşır. Qərbi 

də özündə birləşdirməklə dünyanı, bəşəri dərkə can atır. Onun fikir 

tutumunda Günəş - Tanrı kainatın, həyatın yaradıcısıdırsa, Şərq də 

mədəniyyətlərin və nemətlərin beşiyidir. Çünki Günəş elmi 

anlayışda həm də  Şərqdən doğandır.  Şərq və  Şərq mədəniyyətləri 

isə “Güqamış”dan (“Bılqamıs”) üzü bəri bütün elmin və 

incəsənətin beyişidir. Qərbin özü bu mənada  Şərqdən baş almış, 

Qərbin mədəni-elmi inkişafı da Şərqdən başlanğıc 

 


 

68 


 götürmüşdür: 

 

Bu gün Şərq inqilablar, təlatümlər vətəni,  



 

Mənsiz təsəvvür etmə bəşər səadətini  

 

Şərqəm, elə Şərqəm ki, qərblilər də mənimdir  

 

Hamlet öz doğma balam, Şekspir də mənimdir. 

 

 

 

 

 

(“Mən Şərqəm”)  

Xəlil Rza Ulutürkün anlamında mənlik  şüuru - onu bəşəri 

məhəbbətə, qurub-yaratmağa aparan başlanğıcdır. O, dərk 

olunanda insan özünü tapa bilir:  



Sən ey Mənliyini dərk edən İnsan,  

Özünü dünyanın bəxtəvəri san.  

Qanında məhəbbət atəşi varsa,  

Aləmin ikinci yaradanısan. 

 

 

 

 

(“Dördlüklər”)  

Milli mənlik  şüurunun təzahürü vətəndaşlıqdır. X.R.Ulutürkdə 

Vətəndaş ideyasının da mənbəyi Vətən və xalqdır. Bu ideya milli 

ideal, məfkurə  və xalq taleyinin daşıyıcısı kimi qərarlaşır. 

X.R.Ulutürk yaradıcılığında milli-azadlıq hərəkatının doğuşunda 

həmin ideyanın tarixi rolu olmuşdur.  Şair Azərbaycanı  vətəndaş 

oğullarına görə sevir: 

 

Vətəndaş olmasa, boş şeydir Vətən!  



 Beş günlük, on günlük güney qarıdır.  

 

Vətən məfhumunun özəyindəki  

 

Vətənin vüqarlı oğullarıdır! 

 

 

 

(“Tamam doğmayan günəş”)  

İnsanın dəyər və meyarı mənlikdir. Əxlaqi keyfiyyət olan mənlik şair 

düşüncələrində xislət deyil, şüur formasıdır, millətə  mənsub olan 

müəyyənlikdir. Mənlik şairin humanizmində bəşəri mahiyyətdə, dünyəvi 

dərkdədir:  

 

Mənliyi olmasa fırlanarmı Yer,  



 Yaşada bilərmi bəşəriyyəti.  

 

Ulu kainata sən bir fikir ver,  

 

Mənlikdən yaranmış onun qüdrəti! 

 

 

 

 

 

(“Mənlik”)  

X.R.Ulutürkün milli mənlik şüuru həm öyüd-nəsihət, di- 



 

69 


daktika, həm də təbliği, səfərbəredici ruhdadır. Bunlar çox zaman 

ortaq başlanğıcda təzahür edir: 

 

Bəli, nə poladdır, nə pambıq, nə neft, 

 

Vətən - susdurulmaz kişi ruhudur. 

 

Sən öz mənliyini döyüşdə kəşf et, 

 

Mənliyi yoxdursa, şir də ahudur.  

Lirik qəhrəman Vətən  əxlaqı  və  şəxsiyyətin bütövlüyündə - 

vətəndaş kimi reallaşır. O, tədricən milli xarakter olaraq 

yetkinləşir, həyat və mövcudatla nəfəs alır, xarakterləşir, bədii 

keyfiyyətə çevrilir: 

 

Kişi mənliyindən başlanır Vətən, 



 

Vətən susdurulmaz kişi ruhudur.  

Lirik qəhrəman özünün mənəvi dəyərlərini: nifrət və sevgisini 

ifadə edəndə milli mənsubiyyətə görə müəyyənləşmir, məhdud 

səciyyə daşımır. O, dünyəvi mahiyyətdə duyulur, dərk olunur, ona 

görə  şairin milli xarakterində  bəşəri dəyərlər müəyyənləşir. X. R. 

Ulutürkün lirik qəhrəmanı milli xarakterə, oradan da bəşəri olana 

doğru üz tutur: 

 

Möhtacı deyiləm hələ heç kimin, 



 

Mənim nifrətimin, mənim eşqimin 

 Kökləri dünyanın mərkəzindədir. 

  

(“Mənim keçmişimi tərifəyirsən”)  

Xəlil Rzanın baş  qəhrəmam Azərbaycandır.  Şairin “Mən”i və 

mənliyi də ona görə müəyyənləşir. Azərbaycan - Vətən 

ideyalarının əsasında milli ideal, xalq taleyi dayanır: 

 

Sən elə bilmə ki, baxıb Araza, 

 Ayna 

qabağında dayanır Vətən. 

 Yaşı milyardsa da... mərd bir oğlunu 

 Taparkən... yenidən yaranır Vətən!  

Sənətkar Azərbaycan, xalq, millət haqqında düşünəndə  təbii olaraq 

doğma ana dili haqqında da düşünür - 60-cı illərin əvvəlindən alıb gəldiyi 

ideyam vətəndaşlıq mövqeyini daha ciddi əks etdirir. “30 il öncə  şairin 

ana dilinin saflığı, təmizliyi uğrunda mübarizəsi – “Ana dili” şeirinə 

edilən haqsız hücumlara görəsən Xəlil Rza necə dözüb? “Məndən başlanır 

Vətən” 


 

70 


şair təkrarən ana dilinin saflığını, müqəddəsliyini bütün millətlərin 

mədəni tərəqqisində başlıca meyl hesab edir; bəşəri problemlər 

qaldırır. Tariximizin, xalqın milli varlığının, soyunun, kökünün 

kəşfiyyatçısına çevrilir” [55]. 

Məsul vəzifələrdə, dövlət idarələrində çalışanların hər  şeyə 

tutuquşu tək “hə, hə” demələrinə, nəfslərinin qulu olmalarına etiraz 

edən şair antihumanist xislətləri lənətləyir. 

Mənlik - cəsurluqdur, qorxaqlara, qorxaqlığa döyüş elan 

etməkdir, - çünki qorxaqlıq olan yerdə millət özü də mənliyindən 

məhrum olur: 



Gözüqıpıq yurdun, ağciyər elin,  

Yeməyi olsa da, mənliyi olmaz.  

( “Qorxaqlar, cəsurlar”)  

Mənlik ləyaqəti - X.R.Ulutürk poeziyasında milli müəyyənliyi 

göstərən başlıca göstəricidir:  

Vətənini deyirsən, elmi deyirsən?  

Kişi mənliyindən başlanır Vətən.  

Mənlik ləyaqəti yetişməyibsə  

Millət yox, qarşında tayfa görərsən.  

XIX  əsrin 50-ci illərindən başlayaraq, ilk rüşeymləri görünən, 

70-80-cı illərdə inkişaf edən milli şüur həm də özündə milli 

məfkurə  və idealı yetişdirməyə başlamışdır. Həmin məfkurə 

erməni-rus  şovinizmi, separatizm və nihilizminə  qarşı mübarizə 

şəraitində məqsəd aydınlığına çevrilmişdir. XX əsrin əvvəllərindən 

istiqlal məfkurəsinin ideya daşıyıcıları, ideoloqları, siyasi 

təsisatları, milli mətbuat və ədəbi məktəbləri sülh, demokratiya və 

milli azadlıq uğrunda mübarizənin subyektlərinə çevrilmişlər. 

M.Ə.Rəsulzadənin yazdığı kimi, “Azərbaycanın bu qədər fəlakətlər 

nəticəsində  əldə etdiyi bir qazancı varsa, o da bu istiqlal fikrinin 

rüsuxi” [153, s.95] olmuşdur. 

İkinci Dünya müharibəsindən sonra da Azərbaycanda 

müstəqillik, azadlıq mümkün olmamış, onun ərazi bütövlüyünə 

qəsdlər edilmişdir. 

  


 

71 


Azərbaycan hər dəfə millətçi damğası ilə damğalanmışdır. 

Doğma dil, millət və dini dəyərlər sıxışdırılmış, Azərbaycandan 

ərazi qoparılması, Naxçıvan, Dağlıq Qarabağ muxtariyyətinin 

Ermənistana birləşdirilməsi üçün cəhdlər olmuşdur. 

X.Rzanın arxivindən: 

“Xatırlayıram ki, təxminən altı il bundan qabaq Akademiyanın 

böyük salonunda Səməd Vurğun gecəsində Abbas Zaman 

müəllimin qopardığı tufanda az-çox mən də “taqsırkaram”. Öz 

çıxışı  ərəfəsində  dərin mənəvi həyəcan keçirən Abbas müəllim 

onda lap qabaqda, bəlkə  də birinci cərgədə  mənimlə yanaşı 

əyləşmişdi. 

-Xəlil, bu gecə  sənə Vurğun haqqında xatirə söyləyəcəm. 

Axırda Naxçıvan məsələsinə də toxunacam. Məsləhət bilirsən? 

-Əlbəttə, - deyə mən sevimli müəllimimizi alqışladım. Onda 28-

29 yaşlı bir gənc olan Xəlil, onsuz da fitrətinə görə qızğın olan bu 

gənc alışmaq üçün bir cınqıya bənd idi. Abbas müəllimin sözü 

ürəyimi dağa döndərdi. 

-Əgər bu məsələ  şayiə deyilsə,  əgər bu məsələnin ciddiliyinə 

tam əmin-arxayınsınızsa, əgər doğrudan da, erməni qardaşlarımızın 

arasında belə  şərəfsiz niyyətə düşənlər, təhlükə törədənlər varsa, 

onda deyin... 

Abbas Zaman müəllim o gecə öz sözünü dedi. Söz veriləndə 

xitabət kürsüsünə qalxmadı.  Əlini kürsüyə söykəyib dərya kimi 

ləngər vuran salona üz tutdu. Səməd Vurğun barədə gözəl, səmimi 

bir xatirə söylədikdən sonra əsil mətləbə keçdiyi zaman Abbas 

müəllimin necə  gərgin dəqiqələr keçirdiyini, onun alovlu, mərd 

sözlərinin salonda necə  təlatüm qopardığını unutmaq mümkün 

deyil. Sədrlik edən Məmməd Arif dözmədi. Onun sözünü yarımçıq 

kəsməyə çalışdı. Ancaq Abbas müəllim axıra kimi mərd dayana 

bildi. 


-Mənə elə  gəlir ki, - dedi, - S.Vurğun sağ olsaydı bu gün 

Naxçıvan məsələsi barədə şərəfsiz söhbətləri eşit- 

 

  


 

72 


səydi, məhz bu cür deyərdi: Naxçıvan Azərbaycan torpağının 

müqəddəs bir parçasıdır. Onu qara niyyətli dargözlərə, millətçilik, 

şovinizm mərəzinə tutulmuşlara tərk etməyə bizim heç bir mənəvi 

haqqımız yoxdur. Naxçıvandan əl çəkmək hər şeydən əvvəl bizim 

çoxmillətli Qafqazda dostlara böyük beynəlmiləlçilik  ənənələrinə 

endirilən zərbə ola bilər. Hər şeydən əvvəl erməni-azəri dostluğunu 

qıra bilər. Bizim üçün dostlardan, xalqların Lenin qardaşlığından 

müqəddəs heç nə yoxdur. Ona görə də mən təklif edirəm ki, erməni 

və azəri xalqlarının bütün ağıllı hissəsi bu məsələdə yekdil, ayıq, 

mərd olmalı, bir ovuc daşnak tör-töküntülərini alovlandırmağı 

bacarmalıdır. 

Ancaq, heyhat! Biz dağılışandan sonra da ürəklərin odu 

keçmədi. Abbas Zaman min-min könüldəki milli ləyaqət 

duyğusunu silkələmişdi. Mürgüləyən qüvvələri oyatmışdı. Əlbəttə, 

onun dalınca deyinən, dargözlük edən, Abbas Zamanı milli 

lovğalıqda, şöhrətpərəstlikdə ittiham edənlər də yox deyildi... Çox 

keçmədən eşitdik ki, Abbas Zamanı universitetdən, müəllimlikdən 

azad ediblər. Abbas Zaman yoldaşı milli məhdudluqda ittiham 

edən Vəli Axundovun məruzələrindən sonra onun, hətta partiya 

üzvlüyündən çıxarılması faktı da acı bir xatirə kimi yadımdadır. 

Maraqlıdır, bu dövrdə  mən Abbas müəllimi heç vaxt sarsılmış, 

sustalmış görməmişdim...” (Şairin arxivindən. 15 oktyabr 1967-ci 

il) [318]. 

60-cı illər dünyada Şərqdən Qərbə qapıların açılması, bəşəri-

qlobal münasibətlərin yaranması, Avropa, Asiya və Afrika 

ölkələrinin  əldə etdikləri istiqlalla əlaqədar olaraq başlayan 

səfərlər, millətin öz daxilinə mənəvi-yaradıcı baxışı, milli ideal və 

məfkurəni gücləndirmişdir. 

Milli ruh 50-60-cı illərdə B.Vahabzadənin “Gülüstan” poeması, 

“Ana dili” şeiri X.R.Ulutürkün “Ana dili”, “Dilim mənim, nərəm 

mənim”, S.Tahirin “Ana dili”, M.Şəhriyarın “Heydər baba”, 

H.Savalanın “Türkcə təranələr” 

 

  


 

73 


və başqalarında xüsusilə seçilmişdir. 

X.R.Ulutürk yaradıcılığında məfkurəvilik 60-cı illərin poetik 

nümunələrindən duyulmuşdur. Həmin  şeirlərin məzmununda, 

əsasən, türkçülük, istiqlalçılıq, vətənçilik, xalqçılıq, Azərbaycanın 

ərazi bütövlüyü, Azərbaycan ideyasının gerçəkləşməsi, milli 

dövlətçilik və onun dünyada tanınması ideyası durmuşdur. 

Sənət və  ədəbiyyatın tarixi roluna böyük inam X.R.Uluturkün 

milli özünüdərkində daxili enerjidir. 60-cı illərin  şeirlərində 

(“Nifrətim var” (1960), “Meyar” (1962), “Böyük sənətkar” (1962) 

və başqaları) bədii “Mən”in  şüurunda ictimai məzmun və  kəsər 

özünü güclü göstərirdi. Bu cəhətdən Xəlil Rza M.F.Axundzadənin 

şüur və  məfkurə mücəssəmi kimi tarixi xidmətlərini yüksək 

qiymətləndirirdi: 

Kim deyir, kim deyir döyüşə bilməz 

Sənətkar zamanla, istibdad ilə? 

Zülmün dağlarını dağıtmısan ki, 

Adi bir qələmlə, istedad ilə! 

 

 

 

(“Böyük sənətkar”)  

Bu daxili inam, potensiya enerjisi X.R.Ulutürkü də  məqsəd 

aydınlığına doğru aparmışdır. Hələ 1962-ci ildə yazdığı “Bahar” 

şeirində demişdi: 



Döyüşlərdə ağartsa da saçlarımı qış qar kimi, 

Mən gəlmişəm bahar kimi, gedəcəyəm bahar kimi.  

50-80-ci illərin  əsərlərində milli məfkurənin doğuşu və 

inkişafını müşahidə etmək çətin deyildir. İstiqlal məfkurəsi 

X.R.Ulutürk özünüdərkinin mənbələrindən biridir. “Afrikanın səsi” 

(1960), “Gözün aydın, Azərbaycan” (1968), “Yetkinləş, Xəlil” 

(1968) və başqa  əsərlərdə  həm milli, həm də  bəşəri səviyyədə 

azadlıq fikir və motivləri ilə  bərabər Quzeylə Güneyin 

birləşdirilməsi - bütöv Azərbaycan ideyası  əksini tapmışdır. 

“Quzeylə Güneyi birləşdirməyə fəxr elə, ey Vətən, Şəhriyar gəlir”, 

- deyən şair ayrılıq sədlərinin lay-lay söküldüyündən sevinir, yur- 

 

  


 

74 


 

dunun yarısının ona dar gəldiyindən” darılır, kədərlənir. 

Xəlil Rzanın 50-60-cı illərdən başlanğıc götürən istiqlal fikir və 

məfkurəsi həm də Azərbaycanın ərazi-mənəvi bütövlüyü ideyasıdır 

(Bu barədə  ətraflı bax., monoqrafiya: s.106-116). Cənuba üz 

tutmaq X.R.Ulutürkün 60-cı illər şeirindən həm bilavasitə, həm də 

sətiraltı anlamlarda görünmüşdür. “Qatar gedər” və “Gedər” 

şeirlərində “Araz”, “Təbriz” obrazları çox şairlərdə olduğu kimi 

Xəlil Rza kədərinin, məqsədinin ideya daşıyıcılarıdır: 

Kirpiyimi uzadıb göz qoyaram Araza 

Azərbaycanı görər, kim gözümü arasa 

İçim deyə bir ovuc ləpələnən axından, 

Əyilərəm, Araza baxaram lapyaxından... 

   

 

 

 

(“Qatar gedər”) 

Hələ yer görməyib mənim dizlərim 

Əsrlər dalından gəlir izlərim. 

Təbriz, Təbriz! - deyə gülsə gözlərim, 

Göy-göl gözlərimin yaşında gedər. 

 

 

 

 

 

(“Gedər”)  

70-ci illərdə yazdığı şeirlərində X.R.Ulutürkün istiqlal motivləri 

güclənmişdir. “Səməndər quşu kimi” (1970), “And içirəm” (1974), 

“Millət mücahidləri”, “Dincəl, əllərim dincəl” (1974), “Səlahiyyət 

istəyirəm” (1979), “Məsləklə yaşayanda” (1979), “Saçlara dən 

düşür” (1979), “Mən Azərbaycanam” (1979), “Heç ola bilməz 

ki...” (1979) və başqa  şeirlərdə milli istiqlalı  bəsləyən  şair siyasi 

məfkurə duyğusunun doğurduğu ehtizazları, mübarizlik ruhunu 

qabarıq əks etdirir. 

Xəlil Rza Ulutürkün “Kəşf”, “Gözəl yaşamaq”, “Hər  şeyin 

yaxşısı” (1970) kimi şeirlərində istiqlal məfkurəsi insanın gözəllik 

idealından doğur: 



Görünür yaşamaq qanunları var,  

Beşikdən qəbrəcən yol gedirik biz.  

Dünyada ən böyük gözəllikləri 

 

 

75 


  

Ömür bahasına kəşfedirik biz. 

   

 

 

(“Kəşf”) 

“Bağda xəzan düşüncələri” (1959), “Sonsuz qüvvət” (1962), 

“Göyçayda payız səhəri” (1963), “Dağlara qalxıram” (1965), “Aç 

qoynunu ana torpaq” (1968), “Hər şeyin yaxşısı” şeirlərində təlqin 

olunan ideya, məfkurə  mənəvi gözəlliyə yetmək, onun naminə 

fəaliyyət göstərmək və mübarizə aparmaqdır. X.R.Ulutürk 

yaradıcılığında gözəlliyə qovuşmaq elə  həyatın mənasını 

tapmaqdır: 



Sevsən... 

  

Biləcəksən nədir bu cahan. 

Dolanmaq, sürünmək, yaşamaq nədir? 

Ən gözəl yaşamaq əslinə baxsan 

Gözəllik uğrunda mübarizədir! 

Şairin mənlik  şüurunda ülviyyəti dərk etmək idraka doğru 

gedilən yoldur, seyrçi təfəkkür deyildir. Şairə görə gözəllik idealını 

dəyərləndirmək yalnız sevinc emosiyasına görə yox, həm də 

müqəddəs Vətən, millət kədərinə yiyələnmək, onun məna və 

mahiyyətini dərk etmək. Vətən ruhunda tərbiyə olunmaqdır: 



Gözəllik aləmin genişlənəcək, 

Almasdan bahalı şeh görəcəksən 

Sevincdən qiymətli İnsan kədəri, 

Qılıncdan kəsərli ah görəcəksən.  

Xəlil Rzanı “Göy-göl” şeirində  Ə.Cavad, S.Vurğun və 

başqalarının poetik ənənəsi yeni yozumda davam etdirilir: 

Şair Söhrab Tahir qoşulub mənə, 

Dalıb, əsir düşüb gözəlliyinə. 

Bacın Urmiyədən salam var sənə 

Gözləyir ən gözəl xəbəri, Göy-göl! 

   

 

 

 

(“Göy-göl”)  

Şair məsləkinin doğuşu da insanın azadlıq qüdrətindən, 

məfkurəsindən vüsət alır. “Kəşf”, “Məsləklə yaşayanda” 

şeirlərində olduğu kimi: 



 

76 


Bir məslək ardınca çıxdım yollara, 

Getdik Səmərqəndə, Ankaraya da. 

Gördüm beş dənizə, iki qitəyə 

Sığışmır sinəmdə əl boyda ürək. 

Haqsızlıq və  ədalətsizliklər güc-qüdrət kimi Xəlil Rzanın 

damarlarına sıxılmış, onun ruhunu, emosiyasını gərgin saxlamış və 

mübarizələrə hazırlamışdır. 

Sənətkar ruhunda və  məmləkətində gördüyü azadlığı körpə 

yaşlarından vətən övladlarına da öyrətmək istəmişdir. Bunu 

mücərrəd yox, həyat, təbiət hadisələri  əsasında predmetli təlqin 

etmiş, azadlıq ruhunu onlara geydirmək istəmişdir: 



- Gətir xərəyi, oğlum, 

- Gətir qayçını da, gətir beli də.  

Gətirdi saçında ətirli külək 

- Ala, neyləyək? 

Oğlum, bu yazığa azadlıq verək: 

Əncir ağacının əsarətində 

Qalmasın tənək. 

   

 

(“Müstəqillik”)  

Şair  əyani, predmetli olanı hazırlayıb sonra ideya, məqamı 

şəklində oxucuya çatdırır: 

Müstəqillik-bağımsızlıq, 

Yəni əlin, qolun bağlı olmasın. 

Qucağa, qoltuğa qısılmayasan 

Kiminsə boynundan asılmayasan. 

Oğlum, yadda saxla, bu sözüm haqdır: 

Qoltuqda yaşamaq - yaşamamaqdır.  

Şairin azadlıq haqqında fikirləri yalnız müasirlik mənasında 

müəyyənlik tapmamış  qədim, tarixi, əfsanəvi hadisələrdə belə 

təcəssüm etdirilmişdir. Spartak, Babək, Koroğlu cəngisi, Nəbi 

nərəsi, Misri qılınc X.Rza idealının hərəkətverici qüvvəsidir. 

“Babək”, “Gedər”, “Əbədi məşəl” (1963-64) “Məşəl silahlar” 

(1977) və başqa  şeirlərdə azadlıq ideyası tarixi motivlər  əsasında 

ümumiləşdi- 



 

77 


 rilir.  Həmin  şeirlərdə milli şüur və  mənəvi məfkurəni oyadan 

rəmzlər Cavanşir, Babək, Misri qılnıc, Nəsimi, Sabir, Od, Təbriz 

xalısı, Dədə Qorquddur: 

Romadan Kapuya şəhərinədək 

Çaparlar uçdular, atlı çaparlar. 

Çaparlar bilmədi: 

bir azca öndə 

Azadlıq havalı bir köhlən də var. 

   

 

 

(“Əbədi məşəl”)  

Məlumdur ki, e.ə.74-71-ci illərdə Spartakın başçılığı ilə qullar 

Kapuya  şəhərindəki qladiator məktəbində qiyam qaldırmış, 74 

nəfər azad olmuş, sonra bunların sayı çoxalmış, onlar romalılara 

qarşı azadlıq mübarizəsi aparmış, Vezuvi dağının zirvəsində 

düşərgə salmış, cır üzüm tənəklərindən uzun nərdivanlar hörüb 

gccə ikən aşağı enərək, Roma qoşunlarının üzərinə atılmışlar. 

Romalılarla 3 il silahlı mübarizə getmişdir. Xəlil Rza həmin 

hadisələri əsas tutaraq mühakimələr irəli sürür: 

Qışqırdı on bir min qladiator: 

- Silah!!! 

Silahsızlıq - hər şeyin sonu 

  

... Yanır qaranlıqda bir məşəl, odur,  

bəlkə nişan verir nicat yolunu?! 

 - Varmı məşəlimiz? - sordu Spartak – 

Bu yağlı kəndirdən tapmaq olarmı? 

 - Olarl 

  - Tez yandırın! 

Mumlu, qətranlı 

Məşəl silahlara sarıldı hamı. 

   

 

 

(“Məşəl silahlar”)  

Sənətkar tarixin dərinliklərindən üzü bəri gələn azadlıq 

məfkurəsinə müasir baxışını belə ifadə edir:  

Mənimsə beynimdə bir fikir gəzir  

Əgər qeyrət olsa, silah tapılar. 

   

 

 

(“Əbədi məşəl”) 


 

78 


Xəlil Rzada belə bir məfkurə  hələ mücərrəd məna daşıyır, həyat 

hadisəsindən gəlmir, faktlaşmır; sadəcə, təfəkkür, məzmunu 

daşıyır, kişiləri məsləkə,  əqidəyə hazırlayır. “Əbədi məşəl”, 

“Kişilər” şeirlərində olduğu kimi: 



Kişilər başını əyməmiş yada, 

Xosrova göstərmiş fərhadlığını. 

Qolları zəncirli dustaq olsa da, 

Qorumuş təfəkkür azadlığını. 

   

 

 

 

(“Kişilər”) 

 

Yaxud: 

Ustadın Cəziri, ustadın Qoran! 

Xalqın biləyindən qandallar qıran, 

Bir yandan dağıdan, bir yandan quran 

Memar düşüncəndə ahəgdi şeirin. 

   

 

 

(“Kürd şairinə məktub”) 

Sənətkar milli azadlıq,  əsarətdən qurtuluş düşüncələrini 70-ci 

illərin  şeirlərində, milli hüdudlarda ifadə etməmişdir; o, 

beynəlxalq, qlobal mövzuda yazdığı  şeirlərində belə özünün milli 

ruhunu  əks etdirmişdir; bəşəridə milli, millidə  bəşəri ideal 

axtarmışdır: 



Bu gün qəzəb vahəsidir, Şirvanım da, Muğanım da, 

Təndirdənmi, ya bağrımdan qopub gəlir səda, nida, 

Gühar olsun, raketlərə yurd olmasın Qrenada! 

 

    (“Qrenada, 

Qrenada” 

)  


X.R.Ulutürkün istiqlal məfkurəsi öz başlanğıcını onu milli 

“Mən”ə, məfkurəyə doğru aparan müqəddəs mənəvi-bəşəri 

dəyərlərdən götürür: düzlük kimi saflıq da milli məfkurəyə 

(istiqlala) doğru aparan psixoloji od, işıq və enerjidir. O, insanı 

düşündürür, onun milli-fərdi ehtiyatını hərəkətə gətirir (“Ürək qızıl 

gülə  bənzər” (1962), “Saflıq”, “Təmizlik uğrunda” (1973), 

“Düzlük” (1976), “Yaşamaq” (1977) və başqaları): 

Mən saflıq uğrunda döyüşə çıxdım, 

Elə ki, nakəsə süləmi sıxdım, 


 

79 


Sandım ki, hardasa artdı bir çiçək, 

Bir bənövşə bitdi - ətirli, göyçək. 

İpək yatağından qopardı məni, 

Qalx - dedi - dağların yoxuşlarına 

Saflıq aldı məni, apardı məni, 

Çəkdi ölüm-dirim vuruşlarına. 

Hər gün tələb edir: - Yuxudan tez dur! 

Qılınc qurşamalı, qandal qırmalı! 

Yalnız özün üçün saf olmaq azdır, 

Bütün kainatı saflaşdırmalı. 

   

 

 

 

(“Saflıq”)  

Ulutürkün milli istiqlal məfkurəsinin daxili tutumu, onun 

hüdudları genişdir. Hər bir xalqın təcrübəsi, azadlıq idealı onun 

üçün sadəcə  şüar, anlayış deyildir, mənəvi zənginlik, ləyaqət və 

bəşəri dəyərdir; düzlük, mərdlik, həqiqət, cəsarət, cəsurluq onun 

daxili təkanları, hərəkətverici qüvvələri, milli xarakterin davamlı 

mənəvi keyfiyyətlərindəndir. Onda qətiyyət, dözüm, mərdlik, 

barışmazlıq və mübarizlik vardır. “Əyilmə” (1962), “Şəlalə kimi” 

(1962), “Təmizlik uğrunda” (1970), “Sarsılma” (1970), “Kəsə yol” 

(1982), “Min bir dərdin dərmanı” (1982), “Düzlük” şeirlərində 

mübarizə pafosu mənəvi-əxlaqi düşüncələrdən ayrılmazdır: 

Görünür dünyada təmiz yaşamaq 

Çörəyim, suyumdur, havamdır mənim. 

Paxır götürməyən düzlük, açıqlıq 

Sarsılmaz qalamdır, yuvamdır mənim. 

Dəniz ləngərilə, çiçək ətrilə 

Qartal uçuşuyla yaşadığı tək 

İnsanı tanıdır, alışıb yanan 

Ciyərlərindəki haqqın nəfəsi. 

Həqiqət uğrunda təsadüfü yox, 

Gündəlik, güzəştsiz mübarizəsi. 

   

 

 

 

(“Düzlük” ) 

 

  



 

80 


60-70-ci illərin  şeirlərində milli istiqlal məfkurəsi ilə bağlı 

düşüncələr, ideyalar candan sızmalar  şəklində özünü göstərirdisə, 

70-ci illərin axırları, 80-ci illərin  əvvəllərinə aid olan şeirlərdə 

etirafa, elana çevrilir, şair “Mən”i milli məramından söz açır; milli 

məram fərd, sonra isə  məmləkət və millət hüdudlarına qədər 

müəyyənlik tapır: 



Dinləyin, dinləyin, mən bir kamanam, 

Dağ-daşı yandıran aham, amanam. 

Bir vaxi Albaniya dedilər mənə, 

Dağlardan vüqarlı alpam, alpanam. 

Neçə Keyxosrovun açıq döyüşdə 

Brilyant tacını bomboş qoyanam. 

Rüstəm-Zal öldürdü öz Söhrabını 

Söhrabam, mən onu bağışlayanam. 

Təkcə öz dibinə işıq salmayan, 

Hamıya nur verən şamam, şamdanam, 

Dinlə qoca dünya, ey mənim anam: 

Min yol öldürülən, yenə ölməyən 

Əzəli, əbədi Azərbaycanam!  

“Oğlum Təbrizə” (1964), “Təbrizli  şairin düşüncələri” (1970), 

“Xiyabani yurdunda” (1975) “Mən Azərbaycanam” (1979) və 

başqa  əsərlərində istiqlal məfkurəsi Güney və ya Quzey azadlığı 

demək deyildir; şair Azərbaycanı bütöv dərk edir, onun təqdimatı 

belədir: 



Ey bala Təbrizim, gün o gün olsun, 

Ana Təbrizimə mən azad deyim. 

Baban Şəhriyara kürəkən ol sən, 

Qovuşsun Təbrizə Şəhrizad deyim. 

   

 

 

(“Oğlum Təbrizə”) 

 80-ci illərdə Xəlil Rza Ulutürk bir ideoloq, azadlıq mücahidi, istiqlal 

məfkurəsinin  əzabkeşi olaraq poetik proqramını elan etmişdir.  Şair milli 

ideallarında mübarizəni, əqidə və məsləki əsas götürmüş, milli bütövlüyü 

təcəssüm etdirmişdir. 60-70-ci illərin  əsərlərində milli mənlik  şüur və 

məfkurəsinin təzahürü sətiraltı fikir qatla- 

  


 

81 


rında ifadə olunmuşdursa,  80-90-cı illərin yaradıcılığında bu, 

birbaşa özünü göstərmişdir. Həmin məfkurənin təcəssümü, əsasən, 

imperiyanın kəskin ifşası, yəni mübarizə ideologiyası, Azərbaycan 

xalqının müstəqilliyi, suverenliyi, yəni milli istiqlaliyyəti ilə bağlı 

olan tarixi, bədii-estetik axtarışlarla bağlıdır. 

80-ci illərin şeirlərində qüdrətli çağırış ruhu fərdi xüsusiyyətdir. 

Çağırış, səfərbərlik ruhu 40-50-ci illər poeziyasının poetik ruhu 

deyildir. Bu dövrün çağırış ruhu milli qayə, meram və ideallarla 

aşılanmış qətiyyətli sənətkar mövqeyidir: 

İlk Allahım, son Allahım - Mübarizə! Mənə bənzə! 

Doğransam da xıncım-xıncım, zərrə-zərrə, rizə-rizə, 

Məramımdır Mübarizə! Mənə bənzə! 

   

 

 

 

 

(“Mənə bənzə”)  

Mübarizə  şairin həyat idealı olmuşdur. Həmin məqsəd və 

məram birdən-birə hasil olmamışdır, milli “Mən” bunun üçün 

gərgin hazırlıq illəri keçmişdir. Şairi mübarizəyə qaldıran mənəvi-

daxili təkan geniş mənada müqəddəs milli kədərdir. O, 70-ci illərin 

şeirlərində yazmışdır: 



Kiminsə sevinci bir az bulaşıq, 

Kiminsə qəlbində büllur bir qəm var. 

Kimsə dinc... mənimsə damarlarımda 

Hələ də qışqıran mübarizəm var! 

   

 

 

 

(“Geri qaldım”)  

İstiqlal yolunda tərəddüdlər, büdrəmələr də  şair varlığına yad 

olmamışdır. Onun millilik uğrunda mübarizəsi əvvəl özündən, “Bir 

mən vardır məndə məndən içəri” deyən təsəvvüf şairi Yunus İmrə 

kimi iç “Mən”indən başlamışdır. “Əyilmək qorxusu” (1973), 

“Gücüm, gücsüzlüyüm” (1978), “Çılğınlıqdan dözümə keçid” 

(1984), “Dözümlü ol, dəli könül” (1984) şeirlərində olduğu kimi: 

Döyüş amansızdır, yoxdur orta yol: 

Ya cəsur olmalı, ya da ağciyər 

Ya mərd yaşamalı, ya da bir təhər. 

  

 



 

82 


 Ya baş girləməli, ya baş olmalı!  

Cahana arkadaş, qardaş olmalı!  

Döyüş amansızdır, yoxdur orta yol,  

Bir azca kişi ol, ürəyim, mərd ol! 

   

 

 

(“Mərdləş, ürəyim”)  

Şairin milli istiqlal məfkurəsində  hələ qorxu ilə qorxusuzluq 

məsafəsi vardır. Milli “Mən” həmin qorxu məsafəsini qət etmək, 

qorxusuzluq mövqeyində dayanmaq istəyir: 



Mən qorxuyla qorxusuzluq arasında yaşayıram,  

Sanki bəbir bəbəyində, şir ağzında yaşayıram

Mövcud “Mən”in qorxuları “Azərbaycan çörəyinə, onun 

dadına, duzuna layiq ola bilməmək qorxusudur”. Belə  təzaddan 

sənətkar fikrinin, idealının psixoloji, hissi-məntiqi halları başlayır. 

Şair oxucusuna, vətəndaşlara ibrət dərsləri verir: 

Qorxu hər mikrobdan təhlükəlidir, 

Söndürür idrakı, korşaldır beyni. 

Ac qal, yalavac qal, daş ye, dəmir ye

Yedirmə qorxuya şir ürəyini! 

 

    (“Qorx, 

qorxma”) 

 

Naqis, yarımçıq olan mövcud psixologiyanı  şüurdan 

uzaqlaşdırmaq asan deyildir. Sənətkar milli istiqlalı psixoloji-

mənəvi olaraq yenidən doğmaq, tərbiyə etmək üçün ciddi 

məqamlar üzərində dayanır: 

Qorxma qiymətini ala bilməsən, 

Ömrünü məşəl tək tulla zülmətə. 

Qorx - haram şöhrətə başın qarışa, 

Tamarzı qalasan halal şöhrətə. 

Qorxma hörmətini itirməyindən, 

Lap səni söysə də nakəs, naqabil. 

Alçaqlar yanında hörmətsiz olmaq 

Ülvilər yanında hörmətindi, bil!  

Qorxaqlıq, gözüqıpıqlıq şair nəzərində qarasudur, tra- 

 

  


 

83 


xomadır. Nə  qədər ki, milli heysiyyətimizdə, canımızda qorxu 

yaşayır, o qədər özümüzdən  əvvəl mənliyimizi, mərdliyimizi, 

insanlığımızı öldürürük. No qədər ki, qəzəbimizi, qeyzimizi 

uduruq, bir o qodər nifrətimizi öldürürük; biganələşirik, 

arxayınlaşırıq, adiləşirik. Sənətkar həqiqət sərvətini oxucusuna 

təzad  şəklində  təqdim edir. Bu təzad  əslində  şərəfli həyatla 

şərəfsizliyin barışmazlığıdır: 

Qorxma, təzək üstdə görəndə bəzək, 

Qranit deyil ki, iradən sına. 

Qorx ki, cah-cəlah ayaq topu tək 

Vura bilməyəsən yad qapısına. 

...Qorxma vəzifəni itirməyindən, 

Ucalıq uğrunda enməkdən qorxma! 

 

    (“Qorx, 

qorxma”) 

 

Şairin milli “Mən”i idealı yolunda ölümdən qorxmur. Buna 

görə  də  məfkurə mövqeyi onda obyektiv həsəd qayğısı doğurur: 

“Müşfiqdənmi artığam, ya Şandor Petefidən?!”. Əlbəttə, onu ölüm 

yox, ideal təşnəsi düşündürür: 

Min gözəl nigar gedib, 

Əbədi yaşamağa qadir oğullar gedib! 

Günəş kimi işıqlı, parlaq ağıllar gedib! 

Vaxtsız gedib... çox erkən... 

Hansından artığam mən? 

Pulemyot mağzalını sinəsilə qapayan 

   

 

 

ərlər gedib könüllü! 

Həqiqəti bağrında dustaq edə bilməyən 

   

 

 

mərdlər gedib könüllü!  

  

(“Müşfiqdənmi artığam, ya Şandor Petefidən”)  

Mövcud “Mən”in istiqlalçılıq  şüuru çox güclüdür. 80-ci illərin 

ədəbi məhsulu olan “Məndən başlanır Vətən”  şeirlər kitabının 

səhifələri həyat eşqi, vətənpərvərlik və mübarizlik, vətəndaşlıq və 

ziyalılıq baxışları ilə  zəngindir. Həyat eşqi, vətənpərvərlik elə bir 

qüvvədir ki, insan təbiətindəki qorxu hissi onu nə  qədər izləyirsə 

də, həmin səddi keçə bilmir; şair “Mən”i inkarı inkar etmək əzmin- 


 

84 


də, qətiyyətində qalır. “Məndən başlanır Vətən” (1983), “Gözəl 

yaşamaqdan əl çəkmək olmaz” (1984) şeirlərində belədir: 



Hər insan varlığında 

   

uyuyur iki xislət 

Göz-gözədir elə bil 

  

qorxaqlıqla cəsarət 

Acizliklə dəyanət. 

Xəsisliklə səxavət. 

Tərəddüdlə qətiyyət. 

Qalx ayağa, özünü kəşfet bir do təzədən 

Əl çəkə bilməzsən mübarizədən. 

Atılar üstünə bir qırpımdaca 

Boynunda qalstuk gəzdirən əfi. 

Süstlük - həyatın kəfi. 

Odur, yanır dan yeri... 

Addımla Günəşlə tən. 

Torpaqdan başlanmır yox, 

Kişi qanındakı qeyrət selindən, 

Səndən haşlanır Vətən, 

Məndən başlanır Vətən! 

   

 

(“Məndən başlanır Vətən”) 

“Məndən başlanır Vətən”, “Heç bir ehtiyat” (1986), “Heç 

olmasa bircə  nəfər” (1986) şeirlərində  tərəddüdlər yox olur; şair 

“Mən”i qətiyyətli hökmü, andı ilə  məqamlaşır. Sənətkarın həyat 

mövqeyində  səbatın, qətiyyətin rəhni özünün dərk etdiyi kimi 

xalqın gücüdür (“Xalq qüdrəti” /1986/), yalnız həqiqəti dayaq 

sayan, haqq üçün döyüşlərdə bağrı yanan, hər biri bir dağ, bir ordu, 

bir Boz qurd olan Kişilərdir (“Kişilərə arxalanaq” /1982/). 

80-ci illərin  şeirlərində  şair “Mən”inin mənəvi-psixoloji 

məqamları ilk əvvəl daxilə, mövcud mühitə tənqidi, ifşaçı baxışdan 

müəyyənlik alırsa, həmin tənqid və ifşa bir çox hallarda həcvləşir, 

daha nifrətli şair mövqeyi ilə reallaşırsa ( “Bilmirsən, deyim öyrən” 

(1980), “Açıq 

 


 

85 


 konuşma” (1984), “Barı tanıya bil” (1984), “Bədxaha açıq 

məktub” (1984), “Mənim işim səndən keçir” (1984), “Sənin 

ölümünü gözləyənlər var” (1986), “Toxunmadım ilana” (1986), 

“Son inanma məddahlara” (1986), “Türk sözündən qorxan gəda” 

(1986), “Lənət” (1986), “Hər  şey gəldi-gedərdi...”, “Təslimçi” 

(1986), “Bəs niyə susdun” (1986), “Yunsaqqal” (1986), “Sən 

alçaqsan”, “Sağlıq dilərəm sənə” (1987), “Mən sənə güvənirdim” 

(1987), “Məddah” (1987), “Başkəsən” (1987), “Haçan, hansı 

yerdə?” (1987) və s.), 80-ci illərin axırlarına doğru Azərbaycanın 

milli heyatında mürəkkəb ictimai-siyasi hadisələrin baş verməsi ilə 

əlaqədar olaraq, milli “Mən” bilavasitə, istiqlalçı, yəni sovet 

imperiyasına qarşı mübariz kimi konkretlik alır. Bu illərin 

poeziyasında  şairin “Mən”i təlatümlü, qaynar lirik polifoniyadan 

çıxaraq, onlarla birlikdə üsyankar, patetik-publisistik 

özünəməxsusluğu doğurur. Sənətkarın milli “Mən”i sərt, ağır 

günlərdə Ali Baş Komandan olsa da, olmasa da, Azərbaycan 

adından  əmr edir: Silahlan! Fərsiz rəhbərliklərin göstərişləri 

nəticəsində ov tüfəngləri belə  əllərindən alınmış xalqına qərar 

verir: “Topdan, tüfəngdən üstün, tankdan, raketdən güclü 

qeyrətinlə silahlan!”. 

Qərar verir ki, “Xiyabani ruhunu nəfəsinlə alışdıran cürətinlə, 

düşmənə nifrətinlə silahlan! Çünki o, “36-da batmış, 46-da 

vurulmuş  nəsillərdən güclüdür!”. İstiqlalçı  şair bu səbəbdən də 

dünyaya məhəbbəti ilə silahlanan xalqını “hayqıra-hayqıra” 

səsləyir. Səsləyir ki, “sən tək deyilsən, yer də, göy də  sənindir. 

Bayraq elə özünsən. Qalx döyüşə silahlan! Sən qalib gələcəksən!” 

Beləliklə, Xəlil Rza Ulutürkün, qəhrəmanın idealından, kişi 

bağrından Vətənin mənəvi övladları doğulur.  Şairdən Azərbaycan 

başlayır! 

Xəlil Rza Ulutürk yaradıcılığında milli özünüdərkin 

mənbələrindən biri də 




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə