AZƏrbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2.47 Mb.

səhifə4/20
tarix10.06.2017
ölçüsü2.47 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20
türkçülük məfkurəsidir. Türk milli mənlik 

şüuruna qayıdış zaman-zaman imperiya siya- 

 

 


 

86 


sətçilərini, xristianlığı narahat etmiş, onlar həmin ideyalara görə 

Azərbaycan ziyalılarını pantürkist, panislamist kimi qələmə 

verərək, nəzəriyyələr uydurmuş, müsəlman  Şərqini xristianlığa 

qarşı qoymuş, ümumən, türkləşmək ideologiyasını, dövlət və millət 

müəyyənliyini inkar etməyə çalışmışlar. 

Turan dedikdə türk ellərinin Adriatik dənizi sahillərindən 

tutmuş Çin dənizinə  qədər böyük tarixi Vətəni başa düşülür. Bu 

tarixi  ərazi hələ  fərdi vətənçilikdən və azərbaycançılıqdan irəli 

olandır. Türkçülüyün böyük ideoloqu Ziya Göyalpın da yazdığı 

kimi “Turan türklərin oturduğu, türkcənin qonuşulduğu bütün 

ölkelərin toplamıdır” [90, s.63]. Z.Göyalp türkçülüyün son 

məqsədini də Turançılıq kimi sonuclamışdır: Türkçülüyün uzaq 

ülgüsü Turan adı altında birləşən oğuzları, özbəkləri, yakutları 

dildə,  ədəbiyyatda, kültürdə birləşdirməkdir” [90, s.63]. Turan-

çılığı biz həm də ümumtürk, ümumislam mədəniyyəti, mənəviyyatı 

kimi qavrayırıq. 

Vətənçilik və azərbaycançılıq şüuru böyük ümumtürk genindən, 

dilindən və dinindən nəşət almışdır. Ümumtürk vəhdətində mövcud 

milli “Mən” özünü dərk etdikcə Türkçülük və İslamçılıq baxışları 

da dərinləşmişdir. 

M.Ə.Rəsulzadə 1930-cu ildə Parisdə çap etdirdiyi “Panturanizm 

haqqında” (Qafqaz problemi ilə  əlaqədar) ciddi məqaləsində 

türkçülüyün ideya-nəzəri  əsaslarına  əhəmiyyətli münasibət 

bildirmişdir. 

Rusiyanın kölələrindən biri, erməni jurnalisti A.Xondkaryan 

“panturanizm”i təhrif etməyə çahşaraq, məsləkdaşı Zarevandın 

“Türkiyə  və panturanizm” kitabından istifadə edir. Kitabın 

ideyasına görə guya türk-tatar separatistləri güzəranlarını 

yaxşılaşdırmaq yox, Rusiyadan ayrılaraq, Türkiyəyə birləşmək 

istəyirlər. Həmin təhriflərə ciddi etiraz edən M.Ə.Rəsulzadə 

yazmışdır: “Bizim rus xalqına qarşı heç bir ədavətimiz yoxdur, 

əksinə, bizim qəlbimiz ona qarşı ən xoş niyyətləriə doludur. Lakin 

bununla yana- 

  


 

87 


şı, biz həqiqətən zor və  qəsbkarlıq yolu ilə bizi də öz arabasına 

qoşaraq həyatımızı və mədəniyyətimizi istədiyimiz formada inkişaf 

etdirməyimizə mane olan rus imperializminin düşməniyik” [154, 

s.106]. 


M.Ə.Rəsulzadə qeyd edir ki, slavyan xalqlarında olduğu kimi, 

türk xalqlarında da milli birlik ideyası yaranmışdır və o, romantik 

səciyyə daşıyır. Həmin birləşmədə Türkiyə mühüm rol oynamışdır. 

Türk mütəfəkkirləri və ictimai-siyasi xadimləri də bunu öz 

siyasətlərində müdafiə etmişlər. Konsepsiyaya görə “türk 

millətçiliyi” tek-milləşdirilmişdir. Məşhur tarixçi Mükrimin Xəlil 

bəy başda olmaqla təbliğ etdikləri ideyaya əsasən “türklük” bir 

millət deyil, “irsi” mənada anlaşılmışdır. “Anadolular” belə hesab 

edirdilər ki, vahid türk milləti deyil, ayrı-ayrı türk millətləri vardır. 

Böyük öndərə görə Türkiyədəki müasir millətçilik də 

“panturanizm” və pantürkçülük” deyil, sadəcə “türkçülükdür”. 

Azərbaycanda da həmin ideya belə  qəbul olunur və  dərk edilir. 

Rəsulzadə yazır: “Türklərin birləşməsi ideyasının Azərbaycanın 

müstəqilliyinin təşəkkül tapmasına müəyyən dərəcədə  təsir 

göstərdiyini inkar etmədən biz israr edirik ki, siyasətdə realist olan 

Azərbaycan millətləri üçün bu ideyanın yalnız mədəni məsələlər 

sahəsində əhəmiyyəti olduğu gün kimi aydındır: buna görə də biz 

müstəqil Qafqaz federasiyasını zəruri sayır və tam səmimiyyətlə bu 

tezisi müdafiə edirik” [154, s.106] “Xodkaryan kimi Rusiyanın 

dərdini çəkənlər belə bir halı indi də Türkiyəyə birləşmək kimi 

qələmə verirlər. Rusiyaya sədaqətlə Qafqazın müstəqilliyi bir araya 

sığa bilməz”[154, s.107]. 

M.Ə.Rəsulzadə milli hərəkatları milli özünüdərkin nəticəsi 

hesab edir. Bu səbəbdən də özünü demokrat, radikal sosialist 

adlandıran Kerenski və onun nəzəri baxışlarına irad tutur. Kerenski 

Rusiyanın bölüşdürülməsi haqqında yazmışdır: “Qafqaz gürcülərə, 

dağlılara və azər- 

  

 



  

 

88 


baycanlılara, Malorossiya ukraynalılara, Sibir yakut, buryat və 

digər başqa xalqların nümayəndələrinə verilir. Volqanın o tayında 

olan Rusiya - Orenburqdan Sibirə  və Türküstandan Pamirə  qədər 

bütün  ərazi - pantürkçülərə, yəni Qafqaz tatarları ilə kamalçıların 

ittifaqına verilir” [154, s.107]. Kerenski dünya müharibələrini, 

imperiyaların dağılmasını, rus çarizminin məğlubiyyətini sanki 

görməmişdir. Buna görə  də milli hərəkatları xariclə  əlaqələndirən 

“separatçılıq” hesab etmişdir. Onun işlətdiyi “panturanizm” termini 

də həmin siyasəti əsaslandırmaq zərurətindən irəli gəlmişdir. 

Müəllifə görə xalqın müasir mədəni idealı - xalqların öz 

müqəddəratını teyin etmək hüququdur. Həmin səbəbdən də 

ölkəsini yadelli işğaldan azad etməyə  və müstəqilliyini bərpa 

etməyə yönəldilmiş  hərəkatı “separatçılıq” adlandırmaq doğru 

deyildir. Rus işğalının  əleyhinə yönəldilmiş Azərbaycan, gürcü, 

yaxud Ukrayna hərəkatlarını da “separatçılıq” adlandırmaq olmaz. 

Müəllif davam edir: “Biz başa düşə bilmirik ki, nə üçün bu 

xalqların öz təbii hüquqlarını əldə etməyə can atmaları, öz əraziləri 

üzərində tam hüquqlu sahib olmağa və müstəqillik  əldə etməyə 

çalışmaları Rusiyanın parçalanmasına təşəbbüs kimi qiy-

mətləndirilir” [154, s.113]. Rəsulzadə qeyd edir ki, “bizim 

bugünkü idealımız yalnız oğuzların mədəni birliyi ilə kifayətlənir, 

Türkçülüyün  ən yaxın vəzifəsi bu ərazidə (yəni, Oğuzustan 

ərazisində) yalnız bir mədəniyyətin hakim olmasına nail olmaqdır” 

[154, s.114]. 

M.Ə.Rəsulzadə panturanizmin hazırkı  mənzərəsinə  də diqqəti 

cəlb etmişdir. O, Zarevandın fikirlərinə münasibət bildirdikdən 

sonra “Türkçülük” nədir sualına türkçülüyün məşhur ideoloqu Ziya 

bəy Göyalpın 1925-ci ildə Ankarada çap olunmuş “Türkçülüyün 

əsasları” kitabından sitat gətirərək cavab verir: “Türkçülük siyasi 

hərəkat deyil. Bu, elmi-fəlsəfi-estetik məktəbdir. Başqa sözlə, 

mədəni birlik uğrunda  mübarizə  üsuludur...   Bu  səbəbdən   də 

 

  



 

 

89 


türkçülük indiyə  qədər təşkilati cəhətdən siyasi partiya şəklini 

almamışdır. Şübhəsiz, gələcəkdə də bu yolu tutacaq. Bununla belə, 

türkçülük siyasi ideallara da yad deyil. O, onlardan (bu ideallardan 

- M.Ə.Rəsulzadə) yayına bilməz. Mədəni ideallarla yanaşı, onun 

həm də siyasi idealları da var. Məsələn, türkçülük heç vaxt və heç 

vəchlə klerikalizm, teokratiya və irtica ilə banşa bilməz. Türkçülük 

müasir hərəkatdır. O, yalnız müasir ideya cərəyanları ilə barışa və 

harmonik  şəkildə uyğunlaşa bilər. Biz siyasətdə xalqçı, 

mədəniyyətdə türkçüyük” [154, s.97]. 

Ziya bəy Göyalp “Turan” dedikdə Türkiyəni nəzərdə 

tutmamışdur. Deməli, “Turan” həm də “türk Azərbaycanı”, türk 

Türküstanı deməkdir. 

Rəsulzadə: “Hətta bütün dünyanın türklərini  əhatə etməli olan 

bir dövlətin yaradılması ideyası da boş bir xülyadır”. Xalqımızın 

güclü olması, xoşbəxt və firavan yaşaması üçün dövlətin tamamilə 

milli siyasət yürütməsi lazımdır”, - deyə yazmışdır [154]. 

Aydındır ki, türkçülüyü ümmətçilikdən, müsəlmançılıqdan, 

islamçılıqdan ayrı  təsəvvür etmək olmaz. İslamçılıq türkçülük və 

azərbaycançılıq məfkurəsi, tarixi-estetik təfəkkür üçün müəyyənlik 

mənbəyidir. 

Böyük öndər panturanizmin keçmişindən danışanda təbii olaraq 

panislamizm probleminə  də toxunmuşdur. Fakta söykənək: “Orta 

əsrlər mühitində doğulan milli ideya klerikalizm ideyası ilə 

aşılanmaya bilməzdi. Müsəlman aləmində panislamçılıq 

ideologiyasını meydana gətirən  Şərqdə millətçiliyin ilk dövrlərdə 

dini xarakter daşıması da bununla izah olunur”. “Türk xalqları bir 

dövr panislamçılıqdan ilham almışlar.  İslam mütəfəkkirləri nəinki 

dinin ehkamlarını möhkəmlətmək, habelə, bütün müsəlmanları 

birləşdirmək istəmişlər. Liberal-islahatçıların tərəfdarı olan 

Cəmaləddin  Əfqani ilk dəfə milli özünüdərkə üstünlük verərək 

yazmışdır: “Azad, müstəqil və  mədəni həyat sürmək üçün bütün 

müsəlman xalqları milli-özünü- 

 

  


 

90 


dərk şəraitində yaşamalıdırlar” [154, s.97]. 

Panislamist baxışlara etiraz edən Ziya bəy Göyalp 

əsaslandırmışdır ki, əslində panislamçılar xalqlarda milli 

özünüdərkin oyanmasının qarşısını alır, onların tərəqqisini 

yubandırır, bununla da müstəqil millətlər olmasına mane olurlar. 

“Milli özünüdərkin oyanmasının qarşısını almaq, elə xalqlara 

müstəqil dövlətlər yaratmaqda mane olmaq deməkdir”. Buna görə 

də “bütün müsəlman ölkələrində milli özünüdərk prosesini 

gücləndirmək lazımdır, çünki hər hansı bir tərəqqinin, həmçinin 

milli müstəqilliyin  əsası yalnız dərk olunmuş milli “Mən”in 

mövcudluğudur”. 

XIX  əsrin birinci yarısında Türkiyə  vətəndaşlarının hüquq 

bərabərliyi elan olunmuşdur. Bütün bunlar Sultan Əbdüləzizin 

“Gülxana Xətti Hümayuni” fərmanında  əks olunmuşdu. Məqsəd 

xristian xalqlarının bir sıra meyllərini türk dövləti quruluşu ilə 

uzlaşdırmaqdan ibarət idi. Lakin 1848-ci il inqilabının 

ideyalarından ruhlanan xristian xalqları  fərmanla kifayətlənməmiş 

və milli hərəkatlara başlamışlar. Sultan Əbdülhəmidin başçıhğı 

altında “osmançılıq” məğlub olmuş, islamçılıq öz yerini millətçilik 

ideyalarına, ilk növbədə türkçülüyə vermişdi. 

Azərbaycanda  İslamçılıq,  əsasən, XX əsrin  əvvəllərində 

formalaşmağa başlamışdır. Dinlə bağlı siyasi partiya və  təsisatlar 

isə Demokratik Respublika yarandığı  ərəfəyə  təsadüf edir. Bu 

baxımdan “İttihadi-islam” və  “Əhrar” partiyalarını qeyd etmək 

olar. Bunlar əslində islamın birliyini, ittihadçılığı  təbliğ edirdilər. 

Lakin həm də onların fəaliyyətində Azərbaycanın müstəqilliyi, 

milli dövlətçilik ideyaları mühüm yer tutmuşdu. Təsadüfi deyildir 

ki, həmin partiyalar “Müsavat” Partiyası ilə eyni mövqedən çıxış 

etmişlər. S.M.Qənizadə, M.Y.Mehdiyev, M.Şahtaxtinski, 

Ş.Pişnamazzadə  və başqaları islamı milli yox, dünyəvi zəmində 

qəbul etmişlər. 

1905-1906 və 1918-ci illərin siyasi-ictimai hadisələri, 

 


 

91 


 

erməni-müsəlman qırğınları, sünni-şiə münasibətləri xalqın dini 

müsəlmançılıq düşüncəsini türkçülük - Azərbaycançılıq 

düşüncəsinə doğru gücləndirirdi. Xalq başa düşürdü ki, qurtuluş 

yolu islamçılıqda yox, türkçülükdə, Azərbaycançılıqdadır. Bunun 

aydın dərki 1918-ci ildə türk qoşunlarının Azərbaycana daxil 

olması, onları sünnilərlə  bərabər  şiələrin də  qəbul etməsi 

məzhəbçiliyə böyük zərbə idi. Əslində bu, türkçülüyün 

islamçılıqdan ön plana keçməsi demək idi. Bu isə Azərbaycanı 

müəyyən mənada dini dövlət deyil, dünyəvi dövlət quruluşuna 

doğru yönəltmişdi. Keçmişdə olduğu kimi bu gün də din, islam 

Azərbaycanda hakimiyyət forması yox, əqidə müəyyənliyidir. 

Beləliklə, uzun tarixi təcrübədən sonra türkçülük ideologiyası 

siyasi sistem kimi ön plana çıxmışdı. Türkçülüyün mədəni-fəlsəfi 

dünyagörüş kimi ilkin əlamətləri qədim türk mədəniyyətinə gedib 

çıxır. Milli türk sənətkarları  Məhəmməd  Əli Yurdaqulun şeirləri, 

Yaqub Qədri və Orxan Seyfinin hekayələri, Xalidə  Ədibin 

romanları milli özünüdərkin nümunələrindən olmuşdur. 

Türkologiya və ideologiya sahəsində isə M.F.Köprülüzadə  və 

Z.Göyalpı xüsusilə qeyd etmək olar. 

Milli mətbuatda “müsəlman” sözü “türk” sözü ilə  əvəz 

olunmağa başlamışdır. “Açıq söz” qəzeti Rusiya müsəlmanlarını 

türklər adlandırırdı. Qazan və Volqaboyu tatarları da türkçülüyü 

elm və  mətbuat səviyyəsində  təbliğ etmişlər. Hətta Zəki Vəlidi 

“Türklərin tarixi” kimi sanballı elmi kitab da yazmışdı. 

Azərbaycanda milli türk özünüdərki M.F.Axundzadədən, onun 

komediyalarından kök almışdı. H.Zərdabi “Əkinçi” qəzetini təsis 

etməklə  həmin ideyaları yaymışdı.  İsmayıl bəy Qasprinski 

Bağçasarayda (Krım) doğma türk dilində tədris aparmışdır. 

Milli intibahın oyanışı, türkçülüyün, islamçılığın təbliği 

sahəsində böyük xidmətləri olan C.Əfqani, Əhməd 


 

92 


 

bəy Ağaoğlu,  Əli bəy Hüseynzadə Azərbaycanda, Türkiyədə, 

Qərbi Avropada, Peterburq, Moskva və Tiflisdə bir neçə dildə 

əsərlərini çap etdirmişdilər. 

XX  əsrin  əvvəlindən başlayaraq C.Məmmədquluzadə, 

M.Ə.Sabir, Ü.Hacıbəyli, N.Vəzirov, F.Köçərli,  Ə.Haqverdiyev, 

Ə.Hüseynzadə, Ö.Faiq və Y.V.Çəmənzəminlinin fəaliyyətində 

türkçülüyün təbliği yeni bir vüsət kəsb etmişdir. Xüsusilə “Həyat”, 

“İrşad”,“Tazə  həyat”, “Kaspi” Əlibəy Hüseynzadə,  Əhməd 

Ağayev,  Əlimərdan bəy Topçubaşov tərəfindən nəşr olunan 

millətçi qəzet və jurnallar olmuşdur. (27, s.174). Ümumiyyətlə, 

1910-1918-ci illərdə  “Yeni Füyuzat”, “Şəlalə”, “Açıq söz”, 

“Dirilik” qəzetləri də aydın milli məfkurəli mətbuat kimi fəaliyyət 

göstərmişdilər. 

Romantik poeziya sahəsində M.Hadi, Ə.Cavad, A.Səhhət, 

A.Şaiq, C.Cabbarlı  və başqaları türkçülük ideyalarına üstünlük 

vermişlər. 

Azərbaycanda türkçülüyün və istiqlalçılığın tarixində  Əhməd 

Cavadın xüsusi yeri vardır. O, ADR dövrünün nəğməkarı 

olmuşdur.    Azərbaycançılığın, vətənçiliyin, türkçülüyün 

ənənələrini XX əsrin 80-90- cı illərində həyatda və poeziyada əks 

etdirən isə Xəlil Rza Ulutürkdür. 

Türkçülük Xəlil Rza Ulutürk yaradıcılığında milli özünüdərkin 

mənbəyi, davamlı ideya, fikir qaynağı, ideologiya, məfkurə 

müəyyənliyidir. Aydındır ki, türkçülüyə, turançılığa qayıdış 

imperiya siyasətçilərini, xristianlığı zaman-zaman narahat etmişdir. 

Onlar həmin məfkurəyə görə  Şərqi, Azərbaycanı pantürkist, 

panislamist kimi qələmə verərək, onu xristianlığa, russofilliyə qarşı 

qoymuş, ümumən türkləşmək ideyasının dövlət və millət 

müəyyənliyini inkar etməyə çalışmışlar. 

Keçən 

əsrin axırlarmdan başlayaraq H.Zərdabi,n 



Ə.Hüseynzadə,  Ə.Ağayev, N.Nərimanov, C.Məmmədquluzadə, 

F.Nemanzadə, M.Hadi, H.Cavid, A.Şaiqin M.Ə.Sabir, 

Ü.Hacıbəyov, H.Z.Tağıyev,   Ə.Topçubaşov, 


 

93 


S.Mənsur, M.Hacınski, M.Ə.Rəsulzadə, C.Cabbarlı,  Ə.Cavad 

və başqa tarixi-ədəbi  şəxsiyyətlər “Əkinçi”, “Ziya”, “Kəşkül”, 

“Həyat”, “İrşad”, “Füyuzat”, “Molla Nəsrəddin” kimi mətbuat 

orqanlarında, bu və ya digər münasibətlərdə türkçülüyə: türk 

mənşəyi, türkləşmək, islamlaşmaq, müasirləşmək, millətin adı, dili, 

ərazisi ilə bağlı milli-tarixi məsələlərə toxunmuş, həmin məfkurəni 

təbliğ etmişlər, yaymışlar. 

Oktyabr fütuhatından sonra həmin məfkurə yasaq olunsa da, 

Azərbaycan  şairləri müəyyən məqamlarda ona qayıtmış, sətiraltı, 

mətnarası anlamlarda həmin ideyaları yaşatmışlar. 80-ci illərdə 

milli-demokratik hərəkatın başlanması, Azərbaycan dövlətçiliyinin 

bərpasından (1991-ci il) sonra türkçülük məfkurəsinə yenidən 

qayıdış olmuş və bu Xəlil Rza Ulutürk yaradıcılığında daha poetik 

qüvvətlə üzə çıxmışdır. 

Böyük  şairin yaradıcılığında türkçülük milli məfkurə 

qaynağıdır. “Qalx ayağa, Azərbaycan”, “Yalnız pasportunda”, 

“Sən alçaqsan”, “Boz qurda öygü” şeirlərində türkçülük milli 

müəyyənlik kimi dərk olunur. Şairin milli “mən”i “Qalx ayağa, 

Azərbaycan”  şeirində öz ideyalarını  həm Qərbin burjua 

ideoloqlarının fikirlərinə qarşı qoyur, həm də Rəsulzadənin nəzəri 

fikirlərini bədii şəkildə təcəssüm etdirir: 

Bu sahildə odlar yurdu, 

O sahildə Türküstansan, 

Müsəlmanlıq sədlərinə, 

Sığışmayan müsəlmansan. 

Xaçpərəst də, buddaçı da, 

Uzündəki nura heyran, 

Sevir türkü altı qitə 

Sevməyənlər türkə qurban. 

 Xəlil Rza millilik, dil mənsubiyyəti baxımından “azərbaycanlı” 

sözünə etiraz edir. Şairə görə, “azərbaycanlı” türk dil qrupunun 

tərkib hissəsi, kökdə gövdədir. “Mən 

 günəş ürəkli Xəlil Rzayam” şeirində respublikanın ərazi birliyinə 

toxunan sənətkar lahıc, ləzgi, talış, tat, udin, rutul və kürdü türkə 



 

94 


qarşı qoymur, onları ana torpaqda - Azərbaycanda  ayrı-ayrı 

etnoslar bilir:  

 

Lahıc da, ləzgi də, talış da, tat da,  

 Kürd, 

udin, 

rutul da var-dövlətimdir.  

 Azərbaycanımın qucaqladığı,  

 Bağrına basdığı can sərvətimdir.  

 

Fəxrim, qol-qanadım, şan-şöhrətimdir.  

Milli “Mən” türklüyünü, doğma ana dilini dananları “təslimçi 

fərarilər” adlandırır:  

 

Nizami bayramında  



  

Qarahüseyni 

dinlədim,  

 Qorxusundan 

türkcə yox, 

  

başqa dildə danışdı.  

 

İlk və son məktubuna 

  

başqa cavab vermədim,  

 

Təslimçi fərarilər mənə 

  

çoxdan 

tanışdı.  

 X.R.Ulutürk 

türkə qarşı olanları: imperiyapərəstləri, 

“komunnist cildli faşistləri”, “dost” qiyafəli məddahları, müasir 

mənada “sadvalçıları”,  ermənipərəstləri kəskin ifşa edir: 

 

Simasını itirmiş yaddan 



  

heç 

nə ummuram,  

 Ancaq 

səni dartıram 

  

“ölüm” 

kürsüsünə mən.  

 Dinlə, gör nələr deyir 

  

bağrımdakı bu yaram:  

 

Bəşərin düşmənidir 

  

türkə düşmən kəsilən. 

 

Xəlil Rza Ulutürk turançılıq idealında Türkiyəni “Yaşasın 



odyurdu, qardaş Türkiyə”, “Nə yaxşı ki...”, “Xəlil, bir az səbr elə” 

şeirlərində “sal daşlı, qayalı arxa, dayaq, köksümüzə səngər” bilir. 

Şair “Mən”i türk qövmlərini sa- 


 

95 


dalayır, tarixə etiraz edərək, onların pərən-pərən salındığını, 

adlarının belə  dəyişdirildiyini xatırladır və Türkiyə, Azərbaycan. 

Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, 

Başqırdıstan, Altay, Sibir, Uyğurustan, Bolqarıstan, Kərkük,  İraq, 

Bağdad, Hələb türklərini seçib ayırır və onların varlığı ilə fəxr edir. 

Xəlil Rza Ulutürkün nəzərində türkçülük, turançılıq fatehlik, 

menemlik, işğalçılıq mahiyyətindən çox uzaqdır. O, türk birliyinin 

gücünü ona görə  tərənnüm edir ki, türk kiçik olanın, zəifin 

xilaskarıdır. Həm də türk birliyində: udin, ləzgi, nen kimi ulusların 

adı  və payı vardır. “Azadlıq meydanı”, “Azərbaycan-türk salamı” 

şeirlərində də türk birliyi Türküstan, Turan anlamından qavranılıb 

dəyərləndirilir. 

“Türkazər”  şeirində  şair “Mən”i millətinə özünüdərk 

zirvəsindən baxır. M.Ə.Rəsulzadənin “milli müstəqilliyin  əsası 

yalnız dərk olunmuş milli “Mən”in mövcudluğudur” hökmünü 

bədii şəkildə təsdiqləyir: 



Azərbaycan türküyəm! 

Bəlkə də bu cümlə 

heç çıxmayıb ürəyindən! 

Səslənməyib dilində, 

Varlığında bəslənib, 

bəslənməyib dilində.  

“Yıxın, sökün, dağıdın” və “Türk” şeirlərində  fərdi ideya 

istiqamətlərindən biri budur ki, türkçülüyün, turançılığın 

mərkəzində milli “Mən”i təzahür etdirən, Azadlıq meydanında 

həmin ideya ruhunda nitq söyləyən və türk dünyasını mübarizəyə, 

həmrəyliyə çağıran  şair, həm də  yəhudi, buddaçı, atəşpərəst və 

xaçpərəstin belə yerini görür; ifrat islamçılıq təbliğ etmir. O, 

panislamizmin əley-hinədir. Bu da doğrudur ki, şair “Mən”i yalnız 

türk ellərinin azadlığından, müstəqilliyindən söz açmır, bütün 

bəşəriyyətin və xalqların həqiqəti tapmasından danışır: 

  

 

  



 

96 


Ləngərlənən meydana 

 birdən yeni can gəlir,  

Azərbaycan, Türküstan, 

 ardınca Turan gəlir...  

Meydanın sonu yoxdur, 

 yüz-yüz 

nəğmə, min-min səs.  

İudaçı, buddaçı, 

 atəşpərəst, xaçpərəst...  

Həqiqətə təşnədir, 

Bağrı bəşəriyyətin,  

 Bu 

qüdrətdən, bu ruhdan 

qopmaq, ayrılmaq çətin. 

“Azərbaycan türkcəsi” şeirində dilləri vahid bir ağac hesab edən 

şair onun kök və gövdəsində türk dillərinin dayandığını, onların 

arasında Azərbaycan türkcəsi “Misri qılıncın səsini” xatırlatdığını 

poetik şəkildə mənalandırır. 

Mənalandırır ki, Azərbaycan türkcəsini, “nə qaranlıq divarlar, 

nə tikanlı hasarlar, nə gözü dar, beyni dar, niandertal ağalar”... 

bizdən ala bilməz: 



Min il hundan sonra da 

yaşayacaq dünyada 

Füzulinin nəfəsi, 

Şəhriyarın nəfəsi. 

Şairin poetik dərkində  Azərbaycan türkcəsi “Bilqamıs” türk 

abidəsini özündə yaşadan qədim dil kimi həm də müasirdir, 

əbədidir: 



T

əkcə babamsanmı? Yox ...  

…həm də oğlum, qızımsan.  

Zindan pəncərəsindən  

bir az solğun  

görünən baharımsan,  

yazımsan. 

“Odur ruhum, ana dilim” misralı şeirdə də türk dilinə məhəbbət ifadə 

olunmuşdur. 

Xəlil Rza Ulutürk poeziyasında yalnız Azərbaycan türk dili 



 

97 


fərdiləşdirilmir: belə olsaydı bu dil türk dillərinə qarşı qoyulardı. 

Şair türk dilləri birliyindən eyni ehtirasla danışır: Türk, özbək, 

qırğız dillərinə də poetik nümunələr hesr edir. 

X.R.Ulutürk türkçülüyün güclü təbliğatçısı olmuşdur. O, türk 

xalqlarını iqtisadi-mənəvi birliyə çağırmışdır. Onun türk 

qövmlərinə aid şeirləri, onlardan poetik tərcümələri vardır.  Şair 

elmi-tarixi memuarlarında da türk özümlüyündən bəhs etmişdir. 

X.R.Ulutürk yaradıcılığında Özbəkistan mövzusu geniş yer tutur. 

Məlumdur ki, həmin respublika ilə onun həm poetik, həm də elmi 

əlaqələri daha dərin olmuşdur. 

X.R.Ulutürk “Məqsud  Şeyxzadənin bədii yaradıcılığı  və 

Azərbaycan-özbək  ədəbi  əlaqələrinin aktual problemləri” 

mövzusunda doktorluq dissertasiyası yazmışdır [203]. Onun 

M.Şeyxzadə haqqında “Məqsud  Şeyxzadə” (B., Elm, 1978), 

“Məqsud  Şeyxzadənin bədii yaradıcılığı” (B., Elm, 1982) adlı 

monoqrafiyaları vardır. X.Rzanın arxivində “Türküstan divanı”, 

“Özbəkistan poeziyası”, “Şeyxzadə  dəftəri” adlı  əlyazma 

qovluqları saxlanılmaqdadır. O, özbək  şeiri antologiyasını  tərtib 

etmiş, lakin çapını mümkün edə bilməmişdir. X.Rza 50-dən çox 

özbək şeirini, eləcə də M.Şeyxzadənin şeirlərini, “Mirzə Uluğ-bəy” 

və “Cəlaləddin Mənquberdi” pyeslərini dilimizə çevirib çap 

etdirmişdi. Həmin əsərlər 1 992-ci ildə “Turan çələngi” kitabında, 

latın qrafikası ilə eyni adla redaktorluğumuzla 2005-ci ildə çap 

olunmuşdur (Bax: B., Çinar-Çap, 2005). Kitabda Yusif Xas Hacib

Səkkakı,  Əlişir Nəvai, Babarəhim Məşrəb, Həmzə  Həkimzadə 

Niyazi, Çolpan, Osman Nasir, Qafur Qulam, Aybək Həmid 

Alımcan, Zülfiyyə, Mirmöhsün, Həmid Qulam, Əsqəd Muxtar, 

Şükrulla, Cüməniyaz Cabarlı, Erkin Vahid, Abdulla Arif, Yusif 

Şahmənsur, Həlimə Xudayberdi, Gülçöhrə Çurayeva, Abdulla Şır, 

Rəzzaq  Əbdürrəşid, Feyzi Şahismayıl, Rəhim Bəyiryaz, Məqsud 

Şeyxzadə, Cəmal Kəmal, Tahir Qəhhar, Dilək Cürə və başqalarının 

əsərlə- 


 

 


 

98 


ri dilimizə uyğunlaşdırılaraq təqdim edilmişdir. X.R.Ulutürk özbək 

ədəbiyyatına dair “Sənət və istedadın qələbəsi” (26 dekabr, 1974), 

“Sənətkar  şöhrətinin sirri”, “Böyük sənət xəzinəsi” (11 sentyabr, 

1978), “Özbək qadın  şairləri”, “Dostluq nədən başlanır” (23 

sentyabr, 1975), “Cəmal Kəmal poeziyası” (19 ocaq, 1986), “İlk 

möhtəşəm abidəmiz” (22 mayıs, 1994), “Poeziya - ən böyük milli 

sərvət”, “Mədəniyyət iftixarı”, “Poeziya xalqın nəfəsidir”, “İki 

xalqın oğlu” və başqa məqalələrin müəllifidir. O, 1969-cu ildən 

başlayaraq, Özbəkistanla, özbək poeziyası ilə bağlı olmuşdur. 

Akademiyanın müxbir üzvü, professor Yaşar Qarayev doğru 

səciyyələndirir ki, X.R.Ulutürkün “Qardaş özbək xalqına, özbək 

təbiətinə, onun tarixinin zənginliklərinə  həsr olunmuş  şeirlər 

silsiləsi poeziyamızda yeni hadisədir. “Bakı-Daşkənd səma yolu”, 

“Özbəklər”, “Səmərqənddən keçərkən” və s. şeirlərində Xəlil Rza 

sadəcə olaraq dostluğu, qardaşlığı tərənnüm etməklə kifayətlənmir, 

bu dostluğun dərinliklərini üzə  çıxarır,  şair ürəyinin alovu ilə 

qızınmış isti, canlı, unudulmaz lövhələr yaradır” [115, s.28-29]. 

Azərbaycan-özbək  ədəbi  əlaqələrınin tarixi qədimdir. X.Rza 

özü “Poeziya - ən böyük milli sərvət” məqaləsində  həmin 

əlaqələrin  ədəbi mənzərəsini canlandırmışdır. X.R.Ulutürk belə 

əlaqələrin ümumiliyinə Turan müəyyənliyindən, ortaq məkan və 

ədəbi zəmin birliyindən baxmışdır. Etnik qohumluq, dil yaxınlığı, 

tarixi-mədəni inkişaf eyniliyi, oxşar  ənənələr, janr, forma 

bənzərliyi, obrazlı  təfəkkür birliyi doğurmuşdur.  İbn Sina, Əbu 

Reyhan Biruni, Kaşqarlı Mahmud, Balasaqunlu Yusifin əsərləri 

bəşər mədəni fikrinin xəzinəsinə daxil olmaqla bərabər, 

Azərbaycan və Özbəkistanın mənəvi yüksəlişi üçün zəmin 

olmuşdur. 

Özbək  şairi Qütbi Nizaminin “Xosrov və  Şirin” poemasını 

dilimizə uyğunlaşdırmış, özbək  ədəbi dilini zənginləşdirmişdir. 

Nəvai və Füzuli ənənələri iki şair arasında 

 

 



 

 

99 


ideya-məzmun, forma, rədif, qafiyə, vəzn, bəhr bənzeyişləri 

doğurmuşdur. 

Milli 

ədəbiyyatda realizmin güclənməsi baxımından 



M.F.Axundzadə, Mirzə Cəlil, Ələkbər Sabirlə Babarəhim Məşrəb, 

Durdu, Müqimi, Zövqi, Nadirə, Fürqət yaradıcılığı arasında fikir, 

qayə, xəlqilik, milli şüur, məfkurə, antihumanizmin tənqidi, dil və 

üslub baxımından paralellər aparmaq da mümkündür. 

XX  əsrin  əvvəllərinə  qədər (1924) əski Türkmənistanın, 

Turanın ümumi bədii sözü olmuş  cığatay  ədəbiyyatı milli 

özümlüyə parçalanmış, sovet siyasi rejimi ayırmalar doğurmuş, bu 

səbəbdən də Türküstan məfkurəsini qoruyub saxlamaq üçün 

Əbdülrauf Fitrət “Cığatay gürüngü” (söhbətləri) adlı ədəbi mərkəz 

təşkil etmiş  və Münəvvər Qarı,  Əbdülhəmid Süleyman, Çolpan, 

Qazi Yusif, Elbək, Batu, Abdulla Əvlani, Zərif Bəşiri, Rafiq 

Mömin, Ziya Səid, Abdulla Qədiri və başqaları  həmin təşkilat 

ətrafında birləşmişdilər. Lakin onlar Stalin rejiminin qurbanı 

olaraq, millətçi kimi öldürülmüşlər. Azərbaycana aid olan 

repressiya eyni qaydada Özbəkistanda, Türkmənistanda da tətbiq 

olunmuşdur. 

20-30-cu illərdə Türkmənistanda hürriyyət tərəfdə durmuş 

H.H.Niyazi, Sədrəddin Ayni, Saken Seyfullin, Sufizadə, Aybək, 

Qafur Qulam kimi sənətkarlar (bizdə olduğu kimi) milli 

qaynaqlardan uzaqlaşaraq “qırmızı axına” qoşulmağa məcbur 

olmuşlar. Aybək, Mirtemur, Abdulla Qəhhar, Məqsud  Şeyxzadə, 

Qafur Qulam, Həmid Alımcan, əsasən, sovet quruluşu mövzusunda 

əsərlər yazmışlar. S.Rüstəm, O.Sarıvəlli, M.Rahim, S.Vurğun, 

M.Dilbazi kimi, əlbəttə, onların da tarixi mövzuda əsərlər yazması 

istisna deyildi (Aybək “Nəvai”, Səməd Vurğun “Vaqif”, 

M.Şeyxzadə “Cəlaləddin Mənquberdi”, “Mirzə Uluğbəy”, 

H.Alımcan “Muğanna”...). 

İkinci Dünya müharibəsindən 60-cı illərə  qədərki dövr 

ümumsovet ədəbiyyatında hərbi, kolxoz və sovxoz, vul- 

 

 



 

100


qar sosiologizmin təbliği ilə bağlı olmuşdur. Azərbaycanda da, 

Özbəkistanda da bu dövrün çoxlu ədəbi nümunələrini qeyd etmək 

olar. 

Lakin 60-80-ci illər Özbəkistan ədəbiyyatında da milli şüur və 



məfkurə, özünüdərk  ədəbiyyatının tanınmış nümayəndələri kimi 

Erkin Vahid, Abdulla Arif, Rauf Pərfi, Süleyman Rəhman, Abdulla 

Şir, Həlimə Xudayberdi, Məhəmməd Əli, Gülçöhrə Nurulla, Aman 

Mətcan, 80-ci illərdə  Məhəmməd Saleh, Tahir Qəhhar, Xurşud 

Devran,  Əzim Suyun, Şövkət Rəhman, Osman Əzim, Mirzə 

Kencəbar, Törə Mirzə,  İkram Atamurad kimi yaradıcılar 

yetişmişdir. Həlimə Xudayberdiyeva, Zülfiyyə, Gülçöhrə 

Nurullayeva, Etibar Axundov, Gülçöhrə Curayeva, Cəmal Kərnal, 

Yustf Şahmənsur, Hüsnəddin Şərif, Rəzzaq Əbdürrəşid, Nərmurad 

Nərzulla, Cüməniyaz Cabbar və başqaları  ədəbi  əlaqələrin 

qüvvətlənməsində daha ciddi rol oynamışlar. 

X.R.Ulutürkün tərəfimizdən işlənməkdə olan poetikasında onun 

özbək  ədəbiyyatı ilə  əlaqələrini geniş surətdə  tədqiqita cəlb 

etmişik. 

Xəlil Rza 1977-ci ildə “Doğmalıq” kitabını çap etdirmişdir. 

Həmin kitabda Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin poetik 

nümunələri olan bir sıra  şeirlər çap olunmuşdur. “Qardaşlıq 

dünyasında” silsiləsinə “Özbəklər” (1970), “Çətindir ayrılmaq” 

(1970), “Daşkəndin qışı” (1970), “Bakı-Daşkənd səma yolu” 

(1974), “Səmərqəndim” (1974), “Məktublar – qol-qanadım” 

(1976), “İncəsənət sarayında” (1976), “Sizdən  əziz kimim var” 

(1979) şeirləri daxildir. 

Xəlil Rza türkçülüyü qüdrət rəmzi kimi mənalandırır. Ceyhunu, 

Seyhunu qoşalaşdırıb ürəyinə doğru çəkən lirik “Mən” bir-birini 

tamamlayan dağlar silsiləsini vüqar, qürur, məhəbbət rəmzi bilir: 

 

  



 

 

 



 

101


Arxamda dayanmış Savalan, Qoşqar  

Urqut dağlarına calanıb gedər. 

   

 

 

 

( “Özbəklər” )  

Şeirlərdə özbəklər türk qövmlərindən biri kimi fərdiləşdirilir. 

Belə  fərdilik  əsasən özbək dili, adət-ənənəsi, onun yaşayış  tərzi, 

psixologiya, tarix və etnoqrafiyası, habelə, təbiətə aid olan realist 

romantik təsvirldərlə bağlıdır. Poetik nümunələrdə özbək milli 

xüsusiyyətləri etnoqrafik fərdiliklərdə geniş  təsvirdə yox, 

məqamdan-məqama təqdim olunur. Özbəklərin çay içmək 

adətlərinə aid: 



Qızılzeh fincanda az-az içdiyin  

Dəmli çay bir kiçik laləzər kimi 

 

 

 

 

(“Özbəklər”)  

  Qonağı qarşılamaq adəti:  



Özbəklər qonağı qonaq edərlər  

Üstü qırmızı kök, yağlı plova  

Manti, şiş kababı, mastava ilə  

Bir gələn şüşədə yağlı alova 

 

 

 

 

 (“Özbəklər”)  

Qonağı yola salmaq adəti:  



Tələsmə getməyə, çıxıb qarşına  

Səni gətirərlər Fərqanəyədək 

 

 

 

 

(“Özbəklər”)  

Başlarına araxçın qoymaq vərdişi:  



Başına tutalı araxçın qoymuş  

Çapanlı, təpərli kişilərə bax. 

 

 

 

 

(“Səmərqəndim”)  

Yaxud: 


Dövlət quşu kimi qonar başına  

Dördbucaq araxçın - o düppi çələng. 

 

 

 

 

(“Özbəklər”)  

Özbəklərin çörək növlərinə aid:  



Çörəyin nə nədər növü olarmış,  

Üstündə zəfəran, küncüt, sedanə, 

 

102


Lavaş, şirmayı nan, bazar nan, külçə  

Verib öz ətrini gülə, reyhana,  

Üstündə zəfəran, küncüt, sedanə. 

 

 

 

 

(“Çətindir ayrılmaq”)  

Xəlil Rza “Səmərqəndim” şeirində Özbəkistanın, Səmərqəndin 

tarixi, etnoqrafik varlığından eskizlər verir:  

Dəhlizi-kəhkəşan, tağı- asiman,  

Qapısı - tarixin darvazaları.  

Ayla gün asılsın qoy yaxasından  

Günə şölə versin mərmər kənarı. 

 

 

 

 

(“Səmərqəndim” ).  

Şair Səmərqəndim etimologiyasını belə poetikləşdirir: 



Kaşqarlı Mahmudun aç lüğətini  

Səmərqənd - Semiz kənd - barlı, varlı kənd.  

Göylərdə axtarma yer cənnətini  

Hər kövsər bulağın suyu şəkər, qənd. 

 

 

 

 

(“Səmərqəndim” ).  

Şəhərin altında başqa bir şəhər  

Qədim Əfrasiyab mürgülər, yatar.  

Əfrasiyab - Alp,ər, Alplar, ərənlər  

Burda min illəri baş-başa çatar. 

 

 

 

 

(“Səmərqəndim” ).  

Xəlil Rza şeirdə “Sərbedarlar” sözü də işlətmişdir. Sərbedarilər 

(dara çəkilənlər) tarixən İran və Mərkəzi Asiyada monqol əsatirinə 

qarşı xalq azadlıq hərəkatının iştirakçıları olmuşlar. Həmin 

hadisələrə eyham edən şair yazır: 

Burda sərbedarlar nişanəsi var:  

Başını versə də dar ağacına,  

Eşqi, əqidəsi sarsılmayanlar  

Qoymadı toz qona mərdlik tacına 

 

 

 

 

( “Səmərqəndim” ).  

Makedoniyalı İsgəndər e.ə.334-cü ildə Şərqə yürüşlər etmişdir. 

Mərkəzi Asiyada (indiki anlamla) çətin döyüşlər 

 


 

103


  

keçirilmişdir. Bu səbəbdən də X.Rza yazmışdır: 



Qərbi də, Şərqi də tutan İsgəndər 

Özünü bu yerdə salmış çətinə. 

Götürüb başından tacı mükəddər 

Baş əymiş şəhərin dəyanətinə. 

 

 

 

 

( “Səmərqəndim”) 

X.Rzanın Özbəkistanın maddi mədəniyyət nümunələri ilə bağlı 

işlətdiyi maraqlı misraları çoxdur. XVI əsrin  ən məşhur memarı 

özbək-Sinan Xoca olmuşdur. O, 1540-cı ildə Osmanlı 

imperatorluğunda baş memar vəzifəsinə təyin edilmişdi. Onun inşa 

etdiyi Şahzadə, Süleymaniyyə və Səlimiyyə camesi kimi memarlıq 

abidələrinə onun müəllifinə işarə edərək belə yazmışdır: 

Kimindir bu sözlər, hansı memarın? 

Xəyallar içində addımlayıram. 

Mən kiməm?Bir yarpaq, ya qar dənəsi. 

Xeyir Mən özümü yer-göy sayıram. 

Çünki Səmərqənddə addımlayıram. 

 

 

 

 

( “Səmərqəndim”).  

Teymuri hökmdarı böyük alim Uluqbəy Tarakay Səmərqənd,  

Buxara  və  Giduvanda  mədrəsələr  tikdirmişdir. X.Rza bunları 

ümumiləşdirərək yazmışdır: 



Yanaşıb Uluqboy mədrəsəsinə 

Onu seyr edirəm, qışda yaz kimi. 

 

 

 

 

(“Səmərqəndim”). 

Şair Rumi məqbərəsi,  Şirdar, Registan məqbələrini yada 

salaraq demişdir: 

Rumi məqbərəsi, Şirdaar, Registan  

Bəşər dürdanəsi, dünya gövhəri 

 

 

 

 

(“Səmərqəndim”).  

Muzeyləri haqqında: 



Muzey salonları hələ biryana,  

Qəbristanlıq özü ən qədim muzey  

Ucalan hər gümbəz kiçik bir səma 

 

104


 Sənət şöləsinə qərq olub hər şey 

 

 

 

 

( “Səmərqəndim”).  

Vaxtilə Teymurləng öz qadını Bibixanımın  şərəfinə  məscid 

tikdirmişdi. X.Rza həmin məscidə işarə etmişdir:  

Budur Bibixanım - səma çırağı,  

Doyarmı göz-könül bu yadigardan. 

 

 

 

 

( “Səmərqəndim” ).   

 Sənətkar  şeirlərdə Özbəkistanın məşhur  şəxsiyyətlərinin 

adlarını: Biruni, İbn   Sina, Ferabi, M.Kaşqari,  Ə.Nəvai, 

M.Uluqbəy,  Ə.Cabbarlı, H.Tufan, Q.Qulam və başqalarını 

hörmətlə xatırlamışdır: 

Bu yolun hər şaxəsi mənə aşkar görünür,  

Ulduz bağı Səmərqənd, ulu Kaşğar görünür.  

Bu yol hardasa tozlu karvanlarla birləşir,  

Füzulihi gözləyir orda ustad Əlişir. 

 

 

 

 

(“Bakı Daşkənd səma yolu”)  

“Çətindir ayrılmaq” şeirində oxucu Özbəkistanın nəbatat aləmi 

ilə yaxından tanış olur. Şair öz məhəbbətini təsirli ifadə etmək 

üçün S.Vurğun formasından, sintaktik təkrirlərdən geniş istifadə 

etmişdir: 

Bağlar meyvə dolu: ərik, badam, nar,  

Almadan, meyvədən nuş elə bir-bir.  

Bağlara sığmayan nemətlər ki, var,  

Özbək varlığının bərəkətidir.  

Almadan, heyvadan nuş elə bir-bir. 

 

 

 

 

(“Çətindir ayrılmaq”)  

X.Rza Osman Sarıvəlli kimi özbək nemətlərindən olan üzümün bir 

çox növünü şeirdə canlandırır:  

Özbək şeiri kimi üzümlər növ-növ,  

Hüseyni, buki, çiləki, pişraz.  

Saxlasan, qırmızgə qışa qalarmış  

Xatın barmağından göz-könül doymaz.  

Yaqut parçasıdır hər gilə pişraz. 

 

 

 

 

(“Çətindir ayrılmaq”)  

Şair Özbəkistan təbiətinin ağacları haqqında yazanda 



 

105


təsvirin ümumiləşmə keyfiyyətini qabardır, intonasiya 

çalarlarından kontekst daxilində məharətlə istifadə edir:  



Hava ətirlənib, su gülablaşıb,  

Atəş müqəddəsdir, torpaq təbərrik  

Yasəmən gözəllər Çəpərdən aşıb,  

Dilbər sərvlərin önündə diz çök. 

 

 

 

 

(“Səmərqəndim”)  

Oxucu Özbəkistan  şeirlərinde bu qədim türk məkanının 

oykonim, hidronim və oronimleri ilə də tanış olur:  

Çay adı: 



Şaxtanın şiddəti yandırır suyu  

Ənhar dumanlanır - Bozsu buğlanır. 

 

 

 

 

(“Daşkəndin qışı”) 

Dağ adı: 



O Urqut, bu Kuhək, bu ulu dağlar  

Yarandı mərdlərin sümüklərindən 

 

 

 

 

(“Səmərqəndim” ) 

Yer adı: 



Dinlə mənə nələr deyir canımdakı şəlalə qan:  

Qızılqala, Canbaz qala, Kiçik təpə, Sarı kurqan. 

 

X.Rza türk, özbək, qırğız, türkmən dil birliyinə də poetik nümunələr 



həsr etmişdir. 

“İncəsənət sarayında” şeiri X.Rzanın Qazaxıstan mövzusunda yazdığı 

tərənnüm  şeiridir. Əsərdə Qazax dili, türk dil qohumluğu, Qazax həyatı, 

vətənçilik təfəkkürü emosionallıqla ifadə olunmuşdur:  



Dedi: - Dillərimiz necə yaxınmış  

Dedim: - Qəlblərimiz ondan da yaxın.  

Güldü... gülüşüylə yaza döndü qış,  

Qanımda qaynadı od axın-axın. 

 

 

 

 

(“İncəsənət sarayında”)  

“Özbək dili” şeiri  şairin geniş poetik təfəkküründən həm də 

onunla fərdilik tapır ki. Özbəkistan bir məmləkət kimi bütün 

dəyərləri ilə mənalandırılır, dil xalqın varlığı, 

  


 

106


mənəvi yaddaşı kimi qiymətləndirilir: 

Cövhərini səndən aldı 

Neçə yaqut, neçə kaşı, 

Ey iki min beş yüz illik 

Səmərqəndin özül daşı! 

Dinlə, mənə nələr deyir 

Canımdakı şəlalə qan! 

Qızıl qala, Canbaz qala, 

Kiçik təpə, Sarı kurqan. 

Daşkənd, Bozad, Göyçə, 

Şorgöl, Bori qazqan, 

Tənir qazqan. 

Varlığıma qüvvət gəlir 

Adlardakı doğmalıqdan.  

X.R.Ulutürkün türk qövmləri haqqında  şeirləri, onlardan 

qiymətli tərcümələri həm estetik, həm də ideoloji olaraq sənətkarın 

türkçülük məfkurəsini canlı və təravətli əks etdirir. 





1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə