AZƏrbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2.47 Mb.
Pdf просмотр
səhifə5/20
tarix10.06.2017
ölçüsü2.47 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

Vətənçilik. Türkçülük, xalqçılıq və vətənçilik əslində biri digəri 

ilə qarşılıqlı  və asılı münasibətlərdə olan məfkurələr sistemidir. 

Türkçülük və xalqçılıqdan  əvvəl vətənçilik müəyyənliyi vardır. 

Vətənçilik  əslində  fərdin türkçülük və xalqçılıqdan  əvvəl 

seçmədiyi, lakin tale, tanrı yazısı kimi qəbul etdiyi məkanı, yurd-

ocağıdır. Vətənçilik geniş anlamda türk dünyasına - türk yurdları 

və ellə-rinə, turançılığa nəsib olmuş ortaq başlanğıc və sonucdur. 

Lakin Vətənçilik təkcə tanrı, tale yazısı ilə müəyyən ərazi daxilində 

yaşamaq yox, ictimai-tarixi və  xəlqi normalar daxilində  şüurlu, 

məqsədyönlü fəaliyyət məfkurəsidir.  Şübhəsiz, Vətənçilik anlamı 

könüllü məkan seçimi demək deyildir. Vətənçilik ruhu və 

düşüncəsini fərdin vətən  əxlaqı  və  təfəkkürü hazırlayır. Vətən 

əxlaqı daha geniş ölçüdə mahiyyət və  məzmun daşıyır. Bunu 

sistemli surətdə ifadə etmiş olsaq, buraya borc, məsuliyyət, ədalət, 

həqiqət, sədaqət, əxlaqi münasibət, şüur, mərhəmət, vəzifə, 

 

  



 

107


məhəbbət, alicənablıq, adət-ənənə, davranış, həyat normaları, 

hüquqi, dini və siyasi vərdişlər, xeyirxahlıq, xeyir-şər, haqq, 

bəşərilik, sinfilik, millilik, milli mənlik  şüuru, tərbiyə, təhsil, 

kamillik, psixoloji-mənəvi münasibətlər daxildir. Vətən  əxlaqı 

tərbiyə  və idrak prosesində gündəlik yığılan psixoloji-mənəvi və 

sosial münasibətlərin məcmusudur. 

Vətənçilik və ya vətən  əxlaqının hazırlanması  bədii  şüur və 

təfəkkür sahəsində xalq yaradıcılığından, bayatılarımızdan tutmuş 

N.Gəncəvinin “Xəmsə”  əsərləri, N.Tusinin “Əxlaqi Nasiri”, 

Nəsimi və Xətainin “Nəsihətnamə”ləri, A.Bakıxanovun “Təhzibül-

əxlaq”, “Kitabi-nəsayeh”, “Riyazül-qüds”, “Eynül-mizan” əsərləri, 

Q.Zakir və S.Ə.Şirvaninin mənzum  əxlaqi hekayələri, B.Va-

habzadənin didaktik şeirlərinə  qədər və çağdaş  ədəbiyyatımızda 

yaranmaqda olan əsərləri qeyd etmək olar. Vətənçilik  əxlaqının 

formalaşmasında bədii  şüur sahibi olan ziyalılar  əhəmiyyətli rol 

oynayırlar. 

Vətən əxlaqı geniş mənada dünyəvi xarakterdə olsa da, əslində 

nə  qədər ki siniflər, ictimai mülkiyyətlər, münasibətlər, istehsal 

üsulu, iqtisadi-sosial quruluşlar mövcuddur, o qədər vətən  əxlaqı, 

vətənçilik sinfi, milli səciyyə daşıyır; o, milli həyatın səciyyəvi 

xüsusiyyəti kimi meydana çıxaraq, milli əxlaq və özünüdərkdə 

təcəssüm olunur. Bu baxımdan dünyəvi-milli  şairlərin təlqin 

etdikləri vətənçilik ideyaları  və ruhu təbii olaraq, sinfi, milli və 

siyasi xarakter daşıyır. Bu baxımdan vətənçilik məfhumu nisbətən 

məhdud mənada türkçülük, turançılıq məfhumudur. Türkçülüyün 

böyük vətəni  əslində Turandır, turançılıqdır. Vətənçilik milli-

spesifik səciyyə daşıdığından  əslində elə o, həm də 

azərbaycançılıqdır. Çünki azərbaycançılıq geniş 

mənada 

türkçülükdür. Azərbaycançılıq milli mahiyyətdə olduğu qədər 



xalqçılıqdır. 

Vətənçilikdə müəyyən mənada azərbaycançılıq ehtiva 

olunduğuna görə o, həm də siyasi məqsədlər izləyir, yəni 

 

  



 

108


mənəvi-milli azadlıq, müstəqillik, milli mənlik şüuru, ictimai-tarixi 

borc və  vəzifə, bəşəriyyətin tarixində layiqli yer tutmaq, milli 

özünüdərk və dövlətçilik təfəkkürü, özünütəsdiq və cəhd idealları, 

məsləki daşıyır. Azərbaycançılıq geniş  mənada türkçülük, 

islamçılıq və ümmətçilik olduğu üçün həm də xalqçılıqdır. Deməli, 

Vətənçilik də xalqçılıqdır. 

Xəlil Rza Ulutürk yaradıcılığında vətənçilik, xalqçılıq və 

türkçülük önəmli görünən məfkurədir.  Şairin türkçülük və  Vətən 

əxlaqı  məsələləri ilə bağlı  bədii  şüur və ideyalar sistemi 

araşdırıldığından burada yalnız Vətənin bütövlüyü probleminin 

bədii qoyuluşunu araşdırmaq məqsədini izləyəcəyik. 

Vətən taleyi Xəlil Rza Ulutürkün şəxsiyyət və yaradıcılığında 

ciddiyyəti ilə görünən fikir qaynağıdır. Vətənin bütövlüyü yalnız 

əxlaqi-estetik keyfiyyət deyildir, o, hər  şeydən  əvvəl milli tarixi 

vicdanı oyatmaq və özünəqayıdışdır. Ciddi, ağır istiqlalçılıq borc 

və vəzifəsi dünya-bəşər tarixində şərəfli yer tutmaq, yaşamaq haqqı 

və  əzmidir. Buna görə  də bu kəsik məmləkətin “vəhdəti-vücudu” 

zaman-zaman  şair ruhunu əzmişdir. Cənubi Azərbaycan (Güney) 

mövzusu X.R.Ulutürk yaradıcılığında aparıcı mövzulardan 

olmuşdur. 

Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra ölkənin 

Cənubu 


İran 

ərazisinə qatılmışdır. 

İstiqlalçı yazıçı 

Y.V.Çəmənzəminlinin yazdığı kimi, “biz türklər rus qılıncı zoru ilə 

Rusiyaya tabe olmuşuq. Amma bu yüz ildə  bəzi barədən 

istiqlaliyyətimizi əsla unutmadıq” [42, s.30]. 

Zaman keçdikcə  İran hökuməti Cənubi Azərbaycan  əhalisi və 

ərazisi olmasın deyə onu ostanlara ayırmış  və azərbaycanlıları 

farslar içərisində  əritmək siyasəti yeritmişdir. M.İbrahimov 

demişkən, “Azərbaycanın bütün hakim və  məmurları farslardan 

təyin edilir. Azərbaycan xalqı milli zülm altında saxlanılır. Bütün 

bunlar Azərbaycan xalqında mürtəcelərə  və hakim fars 

şovinistlərinə qarşı 

 

  



 

109


böyük nifrət doğurur. Azərbaycan xalqında milli azadlıq hissləri 

oyanır. Bundan bərk xofa düşən Tehran mürtəceləri  İrandakı 

azərbaycanlıları gəlişigözəl yağlı sözlərlə dilə tutaraq, “vahid İran 

millətindən” danışır, azərbaycanlıların milli tarix və dilini danırlar” 

[108, VII c, s.50]. Lakin Azərbaycan xalqının Cənub tərəfi 

məsləkindən, idealından, taleyindən dönməmiş, özünün milli 

hüquqları, azadlıqları  uğrunda mübarizəyə qalxmış,  Şimali 

Azərbaycana (Quzey) birləşmək şüuruna, ideyasına yiyələnmişlər. 

Azərbaycan  şairlərinin böyük əksəriyyəti Cənubi Azərbaycan 

mövzusunda  əsərlər yazmışlar. S.Vurğun, S.Rüstəm, O.Sanvəlli, 

R.Rza, M.Rahim, Ə.Cəmil, M.Araz, B.Vahabzadə,  İ.Qabil, 

C.Novruz, S.Tahir, Ə.Tudə, B.Azəroğlu, N.Həsənzadə, R.Behrudi 

və başqalarının yaradıcılığı  səciyyəvi sayıla bilər. Hətta, 1941-ci 

ildə S.Rüstəm, O.Sarıvəlli, M.İbrahimov, C.Xəndan, 

Ə.Məmmədxanlı, M.Rahim və başqaları İrana gələrək, orada hərbi 

müxbir sifətilə  işləmiş  və “Vətən uğrunda” cəbhə  qəzetini 

buraxmışlar. 

Müharibədən sonra da yaşlı  nəsillə  bərabər, gənc sənətkarlar 

eyni mövzular, ənənəvi problemlər səviyyəsindən Arazın o tayına 

baxmış, güclü bədii  əsərlər yaratmışlar. M.Arazın “Dünyadan bir 

Araz axır”, “Astaraçay”, “Haçadağ”, “Yenə Arazı gördüm”, “Araz 

yadıma düşüb” (1960), “Arazın işıqları” (1968), C.Novruzun “İran 

qadınlarına heyrət məktubu”, “Yuxumda o taya keçdim bu gecə”, 

“Mən sərhəd görmüşəm” (1961), B.Vahabzadənin “Neytral zona” 

(1970), “Qəribədir” (1970), “İki yol” (1972), N.Həsənzadənin 

“İran  şahına məktub”, Məmməd  İsmayılın “Nə döyüb döşünə 

Vətən deyirsən” (1981), “Savalanda yatan igid” (1983), 

S.Rüstəmxanlının “Tarixi yaradanlar” (1983), H.Arifin “Bakıdan 

Təbrizəcən”, “Araz sahilində” (1959), “Təbrizim” və başqaları belə 

əsərlər sırasındadır. 

 

  


 

110


Xəlil Rza Ulutürkün Cənubi Azərbaycan (Güney) mövzusunda 

yazdığı əsərləri də bədii siqləti ilə seçilən nümunələrdir. Şair 60-cı 

illərdən başlayaraq Cənub (Güney) mövzusuna gah bilavasitə, gah 

da bilvasitə müraciət etmişdir. “Sağlıq, yaxud vəsiyyət”  şeirində 

(1962) Cənuba münasibət sətiraltı, mətnarası anlamda deyildir, 

birbaşa vətənin bütövlüyünə münasibət  əsasında yazılmış  əsərdir. 

Sənətkar böyük kədərini açıq-aydın ifadə etməkdən 

çəkinməmişdir. Şairin həsrət, hicran yarası vardır. Bu yara Vətənin 

birliyi dərdi, qəmidir.  Şair “Mən”i müqəddəs torpağın sağlığına 

badə qaldırmışdır. Bu badə  məst olmaq badəsi deyildir, şair 

“doğma Azərbaycanı, qanlı Arazı unutmamaq, yadda daha yaxşı 

saxlamaq naminə badə qaldırmışdır”.  Şair Arazboyu haradasa 

saralıb düşmüş bircə yarpağın naminə sağlıq deyir. O, Araza doğru 

uzanıb gedən cığırın - o taya doğru uzanan qolların sağlığına badə 

qaldırmışdır. Vəsiyyət edir ki, əgər Ölsəm, məzarıma gülab, ətir 

səpməyin, vəslə yetmiş  Vətəndə Arazdan bircə ovuc su götürüb 

üstümə çiləyin. O vaxtacan Arazın suları durulmasa, heç olmasa 

doğma ana dilində mənə rəhmət deyin, rəhmət diləyin. 

“Oğlum Təbrizə” (1964) hissiyyatlı, ehtizazlı şeirdir. Ata-şairlə 

bala-Təbriz Azərbaycanın cüt qanadları - o tay, bu tay hesab 

olunur. Qanad - uçuş deməkdir.  Şair Azərbaycanın inkişafını ilk 

öncə özündə, oğlunda görür, sonra ətrafa baxır. “Mən nəyəm ki, ey 

Vətən” (1964) şeirində “Vətən ölməzdir” hökmü “ümman”, 

“Gülüstan”, “Füzuli”, “Sabir”, “ay”, “ulduz”, “qılınc”, “kaşı”, 

“kainat”, “Ərk qalası” kimi poetik obrazlarla mənalandırılır. 

“Qardaşım oğlu Babəkə” (1965) əsərində isə deyilir ki, “hər cocuq 

bir parça Vətən deməkdir”.  Şairə görə  Vətənin doğuşu - insanın 

doğuşudur.  İnsan və  Vətən eyni vaxtda qanad tapır. Nəsillər 

Vətəndə yetişməklə  bərabər, həm də onun dadına yetənlərdir. 

Xalqın taleyi də maddi və mənəvi birlikdə qüdrət kəsb edir: 

  


 

111


Bunu ela bilin ki, yalnız və yalnız  

Birlik qüdrətində yaşayır Vətən. 

 

 

 

 

(“Qardaşım oğlu Babəkə”)  

“Təbrizim mənim” (1965-75) şeirində  Təbrizi özünə  işıq, 

pərvanə bilənləri, həsrətindən divanə olanları xatırlayan şair ona əl 

yellədən biganələri də unutmur, diqqətdən yayındırmır, oğlu 

Təbrizə üz tutaraq Vətəni evi, cibi boyda bilənləri yada saldıqdan 

sonra bildirir ki, Təbrizə gedən yollar sərhəddən yox, həm də 

gözdən-könüldən keçir. Ellə  nəfəs-nəfəsə boy atdıqca varlığında 

kədər də, dərd də rişələnəcək, Vətən məhəbbətindən bəbəklərində 

şimşəklər yanacaq. Onda Vətəni xəritələrdə deyil, öz könlündəki 

cəsarətdə, hünərdə axtar: 



Soruş, cavab verim mən, hardan başlanır Vətən: 

 

    vicdanın öz səsindən.  

Zülmətdə bir cüt gözün ildırım qüvvəsindən!  

Min haqsıza baş əyməz bir haqlının əzmindən! 

 

 

 

 

 

(“Təbrizim mənim”)  

Şair oğluna - Vətən övladına öyüdlər verir. Bu öyüdlər sadəcə 

söz deyil, həyat təcrübəsindən, ömür yaşantılarından doğmuş 

müdrik, pirani öyüdlərdir: 



Nə meyxanə bucağı, nə mey tasıdır Vətən. 

Milyon-milyon idrakın 

Eyni amal uğrunda çarpışmasıdır Vətən! 

Ayrılsan bu dənizdən, damcı tək itəcəksən. 

Qovuşsan bu dənizə, 

özündə milyard tonluq qüvvət kəşf 

 

 

 

 

 

edəcəksən.  

 

 

 

 

 

(“Təbrizim mənim”)  

Şair Təbrizi özü üçün susmaz mübariz bilir. Bu mübariz Ərani, 

Xiyabani, Səttarxan ruhundan doğulub. Buna görə  də onun 

əzmində  və inadında da vətən müqəddəsləri yaşamalıdır. Bu, 

mübariz torpağın min-min itkilərinin yerinə tapılmış dürdür. O, 

yalnız alilik, ülvilik üçün doğulmuşdur: 

  


 

112


Nəfsin ləkəsi düşsə təmiz ürək güzgünə,  

Öz atalıq haqqımı haram bilərəm sənə  

Rütbə, sərvət önündə səcdə qılsan, əyilsən, 

Mənim oğlum deyilsən! 

 

 

 

 

(“Təbrizim mənim”) 

Şair özü ilə oğlu arasında vəhdəti Güneylə Quzeyin birliyi kimi 

mənalandırır: 

Hələlik qolunu dola boynuma,  

Eşidim Arazın, Kürün səsini  

Səni qucmaq ilə bitişdirim qoy  

Yurdumun yaralı xəritəsini! 

 

 

 

 

(“Təbrizim mənim”) 

“Anam layla çalır” (1966) şeiri Təbriz milli hökumətinin 

həyatından   götürülmüşdür.  Şeirdə  Cənuba (Güneyə) münasibət 

hissiyyatlı, obrazlı, bədii  vasitələrlə ifadə olunmuşdur. Yanıqlı 

bayatılarla ayrılıq dərdini ifadə edən  şair bələklə Xudafərin 

arasında oxşar assosiasiyalar tapır; 



Xudafərini yeni obrazda təqdim etməyə çalışır: 

Saçılır göz yaşı ulduzlar təki, 

Ümidlər, arzular pərən-pərəndir 

Bəlkə bələk deyil, qarşısındakı 

Qapısı çırpılmış Xudafərindir. 

 

 

 

 

(“Anarın layla çalır”)  

Təbriz Milli hökuməti devrilmiş, şair-xalq qəhrəmanı Yüzbəndi 

isə İran irticaçıları tərəfindən vəhşicəsinə öldürülmüş, başı ayaqlar 

altına atılmışdır. “Sevinci dustaq, kədəri isə azad olan” Nəsibə ana 

başı bədənindən ayrılmış balasına laylalar deyir: 

Laylalar qoşulur əsən küləyə, 

- Çəkilsin yollardan qırov, qar deyir. 

Ana ümidini büküb bələyə, 

Ümidin üstündə laylalar deyir. 

 

 

 

 

(“Anam layla çalır”)  

M.H. Şəhriyarın bu taya, Quzeyə gələcəyi xəbəri çı- 

  


 

113


xanda yazılmış “Gözün aydın, Azərbaycan” (1969) şeiri tərənnüm 

səciyyəli  əsərdir.  Şeirin leytmotivində ayrılıq, birlik əhvali-

ruhiyyəsi, Vətənin bütövlüyü, taleyi dayanır: 

Sığmır yatağına nə Araz, nə Kür, 

Xəzərə qəlbimdən Xəzər tökülür. 

Ayrılıq sədləri lay-lay sökülür. 

Yurdumun yarısı mənə dar gəlir. 

 

   (“Gözün 

aydın, Azərbaycan”)  

Şairin poetik nəzərində ulu Şəhriyarın qədəmləri uğurlu, 

düşündürücü mənalıdır. 

Xəlil Rza Şəhriyarın timsalında vətən yanğısı, məhəbbət və 

həsrətini ifadə etmək üçün təsirli poetik vasitələr tapa bilmişdir: 

Bir az gecikmisən, möhtərəm ustad! 

Vahid çox gözlədi, görmədi, heyhat! 

Mən elə bilirəm: bura bu saat 

Sökülüb tökülən bir məzar gəlir. 

 

   (“Gözün 

aydın, Azərbaycan”)  

Birləşmək ideyasını  təzahür etdirən bədii vasitələr də yenidir; 

şairin ideallarını, xalq taleyini, milli özünüdərki orijinal təcəssüm 

etdirir: 



Mətin, əqidəli, mərd, etiqadlı, 

Tərlan arzuları, Təbriz qanadlı, 

Koroğlu qılınclı, Babək inadlı, 

Savalan kökslü sənətkar gəlir. 

 

Can atır çayları Kürləşdirməyə,  

Xırda duyğuları irəliləşdirməyə.  

Quzeyi Güneylə birləşdirməyə  

Fəxr eylə, ey Vətən, Şəhriyar gəlir. 

 

   (“Gözün 

aydın, Azərbaycan”) 

“Xiyabani yurdunda” (1975) şeiri milli dilə verilən poetik 

qiymətlə səciyyəvidir. Şair milli dilə münasibətlə əlaqədar olaraq, 

“Ata borcu” (1979), “Laylam mənim, nərəm mənim”, “Türk 

sözündən qorxan gəda” (1986), 


 

114


 “Ürəyimdə qalan tikan”, “Azərbaycan türkcəsi” və başqa 

əsərlərini yazmışdır. Ulutürk milli dilimizə münasibətdə 

“azərbaycanlı” sözünə etiraz edərək, “türk dili” anlayışını məqbul 

saymışdır. Türk dilinə o, Quzeylə Güneyi birləşdirən Körpü, Qılınc 

və Günəş anlamlarında yanaşmışdır. 

“Qatar gedər”  şeirində epik təsvirə meydan yoxdur; lirik 

mühakimələr, məntiqi məna ilə  aşılanmış  təhkiyə  və intonasiya 

güclüdür.  Şair gördüyü, müşahidə etdiyi mənzərələrdə bir məna 

arayır, obyektiv mövcud vəziyyəti duyğu və düşüncələrinə 

uyğunlaşdırmaq istəyir, çünki zəhnini məşğul edən həmin duyğu 

və hissiyyatlardır. Bu səbəbdən də  əsərdə  bədii hökm və 

mühakimələr, suallar, qənaətlər üstünlük təşkil edir: 



Kirpiyimi uzadıb göz qoyaram Araza, 

Azərbaycanı görər, kim gözümü arasa. 

İçim deyə bir ovuc ləpələnən axından,  

Əyilərəm, Araza baxaram lapyaxından... 

 

Qəzəbini-qeyzini çırparaq daşdan-daşa, 

Relslərin qırağından, 

Təkərlərin dibindən, 

Məftillərin altından axıb gedər birbaşa! 

Əynimdə sonsuz gecə - od və zülmət qarışıq 

Qatar axara qarşı, axar qatara qarşı, 

.. Mən Arazı az qala gözlərimlə içərəm, 

O dirəyin üstündən alov kimi keçərəm... 

 

 

 

 

(“Qatar gedər”)  

Əsərdə “qatap”, “külək”, “ildırım”, “Şimşək” assosiasiya-

metaforalarından  tez-tez istifadə olunmuş, şair intizarları obyektə 

münasibət əsasında ifadə edilmişdir. 

“Səsin gəlsin, Təbrizim” (1980) əsəri “Qatar gedər”  şeirinin 

ideya, mündəricə davamıdır.  Şair efirdə, radioda Təbrizi axtarır, 

onun səsini eşitmək istəyir. Radionun mili sanki “kirpiyin ucu 

boyda ümidinin telidir”. 

 


 

115


Ümid alışanda, tutuşub yananda şair doğma səsi, dili deyil, 

“ruhu candan aparan yad dilli bir marş dinləyir: “...Ey şəhid, ey 

şəhid. Xuni tu iftixar...”; öz dərdləri ilə Təbrizi danışdırır. 

Sənətkarın üsyankar ruhu, Vətəni bütöv görmək təşnəliyi qəlbi 

riqqətə gətirir və damarda qanı coşdurur:  

Fəxr edim ki, o tayda həm güclüyəm, həm mətin,  

Mən də bir övladıyam üzü ağ bir millətin!  

Səsin gəlsin, Təbrizim, öz avazın, öz səsin!  

Yandırsın daş qəfəsi, söksün beton məhbəsi.  

Haqq, ədalət uğrunda alov - tutan nəfəsin!  

Bərkdən danış, əzizim, səsinin möhtacıyam.  

Yurdu vahid görməyin, yurdu xoşbəxt görməyin  

 

 

 

 

 

təşnəsiyəm, acıyam! 

 

 

 

 

 

(“Səsin gəlsin, Təbrizim”)  

“Xudafərin körpüsü” (1980) əsərinin mövzusu iki sahili 

birləşdirən tarixi körpünün rəmzi mənası ilə bağlıdır.  Əslində 

Xudafərin şeirdə bütövlüyün təcəssümü, şair ideyasını əks etdirən 

vasitədir. Körpü xəyalları uzaq zamanlara, tarixi keçmişlərə 

uçurmuşdur. Sənətkar xatırlayır ki, “bu körpü Naxçıvanı  Təbrizə 

bağlayıb”. Xatırlayır ki: 

Bu körpünün üstündən dövranlar gəlib keçib,  

Su axtaran marallar, ceyranlar gəlib keçib.  

Zınqırovlu, ovsarlı karvanlar gəlib keçib. 

 

 

 

 

 

(“Xudafərin körpüsü”) 

Şair ona görə qəzəblidir ki, “Qıfıllanmış qapısı, körpünün yolu 

bağlıdır”. Müəllif ideyanı, ümid və inamını ifadə etmək üçün 

eyhama, mənaya əl atır və məramını vurğulayır: 



Cahanda hər abidə gözəl bir iş üçündür.  

Körpülər çay üstündə gediş-gəliş üçündür. 

 

 

 

 

 

(“Xudafərin körpüsü”) 

X.R.Ulutürk Azərbaycanın milli birliyini, ərazi bütövlüyünü 

yorulmadan,  usanmadan təbliğ etmişdir. Həmin 

  


 

116


təbliğat və  səfərbərlik lirik təsvirdə, lirik-epik təhkiyədə görünür. 

Şair adi lirik mövzulara yanaşanda belə xalq taleyini, milli idealı 

əsas tutur, nikbin tərənnümlə oxucuya həyat eşqi, mübarizə ruhu, 

gələcəyə inam aşılayır, inam təlqin edir: 



Böyük vəhdətdədir şairin canı,  

Şad günə xəstəhal gəlməyəcəyəm.  

Birləşdirməyincə Azərbaycanı,  

Yüz il yaşasam da ölməyəcəyəm! 

 

 

 

 

(“Yaşasın həyat”) 

Xəlil Rza Ulutürkün Cənub (Güney) şeirləri, milli ideallarla, 

Vətən taleyi ilə  aşılanmış alovlu nəğmələrdir. Həmin  əsərlərin 

qanı, vicdanı, oyadış ruhu çox güclüdür. Bu ruh vətəndaş  qəlbini 

həmişə narahat etmiş və onu milli mübarizələrə səfərbərliyə doğru 

daha çox səsləmişdir. 

Xalqçılıq da X.Rzanın yaradıcılıq məfkurəsidir. X.R.Ulutürkün 

xalqçılıq baxışlarından danışmaq XIX əsr rus inqilabçı-

xalqçılığından və ya Avropada mövcud olmuş xalqçılıq tipindən 

danışmaq demək deyil. 

Rus xalqçılıq tipi Azərbaycanda bilavasitə olmamışdır. Qərb və 

Şərq mədəniyyətlərinin sintezi olan xalq maarifçiliyi olmuşdur ki, 

bu da XIX əsrin 30-cu illəri və sonrakı dövrə aiddir. A.Bakıxanov, 

M.Ş.Vazeh,  İ.Qutqaşınlı, H.Zərdabi, N.Vəzirov, M.F.Axundzadə, 

S.Ə.Şirvani, N.Nərimanov və başqaları xalq içərisinə inqilabçılığı 

yox, maarifçiliyi aparmışlar. 

Xəlil Rzanın xalqçılığı azərbaycançılığın, vətənçiliyin tərkib 

hissəsidir. Yəni Azərbaycan Vətəni yalnız azərbaycanlıların yox, 

həm də onlarla birgə qeyri-azərbaycanlılarındır. 

Sənətkarın ideya və baxışlarında Azərbaycan  ərazisində 

yaşayan başqa etnik qruplara, azsaylı xalqlara hörmətlə yanaşılmış, 

xalqın bütövlüyünə  zərbə vuran sadvalçılıq, talışçılıq, ləzgiçilik 

kimi “xətti-hərəkatlar” ciddi surətdə pislənmişdir.  Şairin 

vətənçiliyində yalnız Azərbaycanın mənəvi birliyi ifadə 

olunmuşdur. Respublikada rus-erməni şovinizminin təsiri ilə 

  


 

117


"Ləzgistan" problemi qaldırılanda onun əleyhinə  səsini ilkin 

qaldıranlardan biri X.R.Ulutürk idi. Talış-Muğan Respublikasının 

yaradılması - 1918-ci ildə  əsası qoyulmuş bu mənfur ideyanın 

(siyasətin) 1988-ci ildə yenidən dirçəldilməsi əleyhinə səsini ilkin 

qaldıranlardan biri yenə də Xəlil Rza olmuşdur. 

X.R.Ulutürk separatizm, şovinizm və nihilizmin amansız 

düşməni idi. Böyük sənətkar  əsərlərində tarixi xidmətlərinə görə 

M.Ə.Rəsulzadənin, müasir zəmanəmizdə isə  cənab H.Ə.Əliyevin 

ideya-nəzəri baxışlarını poetik surətdə təcəssüm etdirmişdir. Onun 

zəngin bədii yaradıcılığında xalqlar, millətlər arasında iqtisadi-

mədəni birlik, qarşılıqlı əlaqə və münasibətlər zəminində xalqçılıq, 

azərbaycançılıq, türkçülük və  vətənçilik ideyaları canlı ifadə 

olunmuşdur. Ölməz sənətkarın  əsərlərində xalq obrazının canlı 

inikası vardır. 

XX  əsrin 80-90-cı illərinə aid olan əsərlərdə prototipə, fərdi 

obraza qarşı tənqid, ifşa pafosu gücləndikcə onların ideya-məfkurə 

mərkəzində xalq obrazı getdikcə konkret şəkil almışdır.  Şairin 

“Göylərdən gələn kişi” (1980), “Bizim Zeynal” (1980), “Şeirim” 

(1980), “Şeirimizin Babəki” “Mənə  bənzə” (1981), “Məmməd 

Araza” (1982), “Sənin cavabın” (1984), “Məndən başlanır Vətən” 

(1983), “Şair ömrü” (1985), “Məzar keşikçisi” (1985), “Hər  şey 

gəldi-gedərdi” (1986), “Sağlıq dilərəm sənə” (1987), “Zürafə 

ölümü” (1987), “Məddah” (1987), “Haçan, hansı yerdə” (1987), 

“Qəzəbliyəm” (1987), “Azərbaycan” (1988), “Yaşasın Xalq 

Cəbhəsi” (1989), “Milli satqın” (1986-91), “Gəlir böyük 

Azərbaycan” (1986-90) əsərlərində  Vətənçilik, vətəndaşlıq və 

xalqçıldıq baxışları ilə yanaşı, başlıca bədii obraz xalqdır. 

Xəlil Rza Ulutürkün xalqı  səfərbərlik ruhu və  təbliği “Şeirim” 

(1980), “Məndən başlanı  Vətən” (1983) əsərlərindən başlamışdır. 

“Şeirim”, “Bizim Zeynal”, “Göylərdən gələn kişi”  əsərlərində 

xalqın, millətin ləyaqət və  şərəfindən, qeyrət və qüdrətindən, 

mənəvi-psioloji və insani keyfiyyətlərdən söz açılır. Mübariz 

sənətkar harada cəsarətsizlik və  ləyaqətsizlik görürsə, oraya 

“döyüş” elan edir. Şair inamı qüdrətli və 



 

118


ləyaqətlidir. Çünki “nəfəs haqdan gələndə sal qayanı da dəlir”: 

Döyüş gedir cahanda, şərəf naminə döyüş, 

Silah düşsə əlindən dişlə, dırnaqla döyüş! 

Dırnaqların üzülsə, kirpiklərinlə döyüş 

Kirpiyin külə dönsə, yan, ciyərinlə döyüş! 

Sənin ki, od nəfəsin bir az dərindən gəlir 

Alov, atəş yurdunun öz təndirindən gəlir. 

Nəfəs haqdan gələndə sal qayanı da dəlir!  

“Bizim Zeynal” şeirində xalq doğruya, düzlüyə olan bağlılığın 

bədii təcəssümü kimi canlanır.  Şəxsiyyətlər həyatı,  əməlləri və 

nurlu taleləri ilə xalqı aldatmayıblar. Şeirin də müasirlik məziyyəti 

budur ki, hakimiyyətlə xalq arasında birlik, tənasüblük olmalı, 

hakimiyyəti təmsil edənlər xalqı aldatmamalıdırlar. Ucalığın 

meyarı düzlük və təmizlik olmalıdır: 

Xalq içində hörmətlilər doğruluğu tanrı sayıb, 

Heç vaxt xalqı aldatmayıb, heç vaxt yalan danışmayıb.  

Şairin hakimiyyət və sənətkar qarşısında qoyduğu tələb budur: 



Çəkməçidən nazirədək dərk eləsin hamı bunu - 

El gözündə ucalanın neçin uca olduğunu.  

Şah  İsmayıl Xətaiyə  həsr olunmuş “Göylərdən gələn kişi” 

əsərində xalqa məxsus olan müəyyənlik vüqar və iqtidar, qılınc və 

qələm, birlik və vəhdət, haqq və vicdandır! Xalqın milli qürurunu, 

azadlıq və  mənliyini tərbiyə edənlər tarixi qəhrəmanlar, yanar 

zəkalardır! Onların timsalında təcəssüm olunan milli özünüdərk və 

əbədiyaşarlıqdır! 

Sənətkar, naqis olana qarşı milli idealı qoyur. Dövrün psixoloji 

təzadlarını milli vətəndaşa çatdırmaqla həqiqəti, ideal olanı  dərk 

etdirmək istəyir. İstəyir ki: 



Xalqın yaman günündə, qan qaraldan günündə

Məhəbbət qıtlaşanda, sədaqət qıtlaşanda, 

Hiyləgərlik, tülkülük öz həddini aşanda, 

Bazarda balla şorun qiyməti bir olanda, 

Məhkəmədə canivlə hakim əlbir olanda, 

  


 

119


Alimi susduranda bir nadanın öyüdü, 

Qorxaq ələ salanda qəhrəmanı, igidi, 

Qara ağdan, namərdlər mərddən seçilməyəndə, 

Mənliyi olmayanlar, “mənəm-mənəm” deyəndə, 

Namus qızıl taxtından, qeyrət gözdən düşəndə, 

Odu, közü hər yetən öz önünə eşəndə 

Qızılgülün yerində qaratikan bitəndə, 

Sözün, şeirin meyarı ilim-ilim itəndə, 

Lapdan çıxır ortaya, gəlişi möcüzəli, 

Şah İsmayıl Xətai, ya Məhəmməd Füzuli! 

Xətai və Füzuli, Qılınc və Qələm - bu birlikdəki vəhdət zamanı 

silkələyəndir! Xalqa, millətə “Dur! Qalx! Ya da öl!” - deyəndir. 

Fəqət: 


Gözü götürməyənlər, iman gətirməyənlər, 

Başı gora əsənlər, yıgmağa tələsənlər, 

Tanqahının üstündə əsim-əsim əsənlər, 

Ziyankar cücü kimi sucaqda yaşayanlar 

Qoltuqda girlənənlər, qucaqda yaşayanlar, 

Qoyma! Məlundur- deyə haray-həşir təpərlər, 

Zəncir çeynər, tələsik od üstə su səpərlər. 

Fəqət sönməz, qaralmaz xalqın, haqqın vicdanı - 

Şah İsmayıl Xətai, Xiyabani, Ərani.  

Sənətkarın qənaəti budur: xalq ləkə götürmür. Xalq işi haqq 

işidir! Xalqın birliyinə, yüksəlişinə mane olanlar “zəqqumlar, kor 

qaranlıqlardır”! 

80-ci illərin  əsərlərində  Xəlil Rza Ulutürk ifşaçı, cəmiyyətə 

müxalif  şair mövqeyi ilə  fərdiləşdiyinə, milli ideoloq və  məfkurə 

carçısı olduğuna görə həmin əsərlərin fitrətində də “Xalqın, haqqın 

vicdanı” - mövcud milli “Mən” - ideal dayanır. 

Mütəfəkkir  şair ideoloq, mücahid kimi milli idealını,  şüur və 

məfkurəsini təcəssüm etdirir. Onun milli “Mən”ində xalq məfhumu 

və  mənasının ifadəsi qüvvətlidir. “Mənə  bənzə” (1981) əsərində 

müəllif xalq adından proqramını, məramnaməsini obrazlı surətdə 

elan edir: 


 

120


 Ömrüm, günüm, mən hardayam gör bu gün də  

Qətran buludlara qarşı ildırımlar yürüşündə!  

Ciyərimi bac istəyən ölüm-dirim döyüşündə. ...  

…İlkallahım, son allahım, mübarizə!Mənə bənzə!  

Doğransam da xıncım-xıncım, zərrə-zərrə, rizə-rizə,  

Məramımdır mübarizə! Mənə bənzə!  

Xəlil Rza antipodların simasızlığını, ləyaqətsizliyini 

göstərərkən, vətəndən, xalqdan, stuldan xeyirləri üçün istifadə edən 

hiyləgərlərin obrazını yaradarkən, mənfinin  əməllərini müxtəlif 

psixoloji məqamlarda ifadə edir, qəti mövqeyini bildirir. Onun 

qələmində  mənfi tip “vətənin cəsur oğullarını  şikəst etmək üçün 

tələ quranlardır, dünən güllə ilə vurulanların nəslini indi sözlə 

vurmağa hazır olanlardır”, mənəvi cılızlar, xəbislər, miskinvə 

dargözlərdir: 

O dar gözlərini aç, məni tanı,  

Mikayıl Müşfiq yox, Xəlil Rzayam.  

Otuz yeddidə yox, səksən yeddidə  

Açan qanlı güləm, eşqəm, arzuyam. 

 

   (“Haçan, 

hansı yerdə”)  

Vətən  və xalq sənətkar dünyabaxışında tanıdır, bütövdür, bu 

səbəbdən də ona özünü bütövlükdə həsr edir:  

Haçan, hansı yerdə bu məmləkəti  

Özümə ən yüksək bayraq seçmədim?  

Sərvəti, şöhrəti, eyşi-işrəti  

Çürük xəzəl kimi basıb keçmədim? 

 

   (“Haçan, 

hansı yerdə”)  

Sənətkar özünü xalqın həyatına, xidmətinə verdiyinə görə onun 

adından danışmağı da haqlı, səlahiyyətli bilir:  

Vətənmi? Silsilə dağlardır vətən,  

Bəlkə də ən yüksək zirvəsi mənəm.  

Nəsihət verməsin mənə hər yetən  

Mən özüm az qala xalqam, vətənəm. 

 

   (“Haçan, 

hansı yerdə”) 

İfşaçı  şair 80-ci illərdə (1985-1987) yazdığı  şeirlərində düzgün 

qiymətləndirir ki, xalqı geri qoyanlar, onun adını hör- 


 

121


mətsiz edənlər, “bu müti qullar, kənizlər, fər önünə  sədd çəkən 

fərsizlər, gözü aclar, acizlər, ləin, yava, baş  kəsənlərdir” (“Açıq 

konuşma”, 1985). “Diz qoyuban ədlin, haqqın boğazına çökənlər” 

(“Məzar keşikçisi”, 1985) olsa da, “xalqı azdı-ranlara xalqın 

tüpürməyi də var” (“Sağlıq dilərəm sənə”, 1987). Şair qəti bildirir, 

“nə  qədər ki, diriyəm, canım var hələ canda xalq qarşısına sədd 

çəkənləri bütün Azərbaycanda rüsvay edəcəyəm” (“Vəzifə ölüsü”, 

1987). Çünki onlar “Vətəni dərdlər, qəmlər kələfinə 

döndərənlərdir” (“Qəzəbliyəm”). 

Böyük sənətkar xalqı, Vətəni dərdlər, qəmlər kələfi hesab edir. 

O, “Şair ömrü” (1985) şeirində  dərd fəlsəfi dərkinin siyasi, 

mənəvi-psixoloji əsaslarına bədii münasibət bildirir, bütün bunları 

orijinal üslub xüsusiyyətləri ilə oxucunun nəzərinə çatdırır.  Şairin 

baxışlarında vətən dərdlər kələfidir ona görə ki, vətənbazlar 

hərisliklə “Azərbaycan” qışqırmağa güc verirlər. Vətən dərdlər 

kələfidir ona görə ki, ruhu qısır, qəlbi yoxsul olub, maddi zənginlər 

dağ başına qaldırılır, sadəlövhlərin çiçək və alqışlarına qərq edilir. 

Vətən dərdlər kələfidir ona görə ki, nur zülmətlə  pəncələşdiyi 

məqamlarda neçə-neçə mikromühitlər “qorxu” yaşadırlar. 

Xəlil Rza fikirlərini, psixoloji düşüncələrini təzadlar üzərində 

inkişaf etdirir. Göstərir ki, saysız-hesabsız cib kəsənlər, iş kəsənlər 

milyon-milyon manatlarla rüşvət udduqları, caniləri, cinayətkarları 

“bəslədikləri”, azadlığa buraxdıqları, xalq mahnı, mülkiyyətini 

talan etdikləri halda, özləri “balıq tutan bir kəndçiyə” iş  kəsirlər. 

Şair sosial təbəqələrin hamısına diqqət yetirir, yalnız idarəetmə 

orqanlarında yox, həm də ziyalı, alim mühitində belə özünü 

göstərən naqisliklərə də işıq tutur: 

Vətən-dərdlər kələfidir, 

yarı satqın, yarı nadan 

Alimlərə öyüd verir 

utanmadan tribunadan 

Vətən döyüş meydanıdır, 

bacarırsan köksünü gər. 

 


 

122


Medallanmış bir ağciyər  

macal versən igidlikdən  

Sənə əxlaq dərsi deyər. 

 

 

 

(“Şair ömrü”)  

Əsərdə sosial münasibətlər, təzadlar içərisindən sənətkar obrazı 

da canlanır, onun sosial-siyasi mövqeyi fərdiləşir.  Şair hakim 

orqanlar qarşısında bəzən aciz olduğunu,  şəxsiyyət və ziyalının 

hakimiyyətdən, zordan aşağı dayandığını etiraf edir:  

Vətən dərdlər kələfidir,  

Şair Vətən dağlarını  

Sağ çiynindən sol çiyninə alan qeyrət!  

Uçurumdan zirvələrə  

dartıb çəkə bilməyəndə  

bir azca pərt.  

X.R.Ulutürkün 80-ci illərdəki əsərləri içərisində “Xalq qüdrəti” 

(1986),   “Silahlan”   (1988),   “Gəlir  böyük  Azərbaycan” (1986-

90), “Yaşasın Xalq Cəbhəsi” (1989), “Davam edir 37” şeirləri 

özünün ideya-məzmun və tərənnüm ladlarına görə diqqəti daha çox 

cəlb edir. “Xalq qüdrəti”  şeirində  sənətkar xalqın mənəvi 

tərcümanı kimi görünür. Onun qüdrəti  şair qüruru ilə 

dəyərləndirilir: 



Mən həmin gün inandım qüdrətinə xalqımın,  

Xalq qasırğa, önündə çör-çöp dayana bilməz.  

Heyran qaldım yenilməz vəhdətinə xalqımın,  

Ehkamları kül eylər bu ehtiras, bu nəfəs. 

 

 

 

 

 

(“Xalq qüdrəti”)  

Xələl Rza xalq qüdrətinin bütün təsisatlardan  əzmli, dəyanətli 

olduğunun psixoloji-mənəvi əsasını siqətli əks etdirir: 

Xalq-qasırğa. Önündə heç nə dayana bilməz,  

Hökumət də özüdür, partiya da, dövlət də.  

İçəridən nurlusa, baş heç kəsə əyilməz,  

Ümmanlardan ləngərli qeyrət yaşar fitrətdə. 

 

 

 

 

 

(“Xalq qüdrəti”)  

“Xalq iradəsi” şeirində həmin ideya-məzmunu davam etdi- 



 

123


rən sənətkar həm də xalq, millət varlığının tarixi-psixoloji 

kökldərinə qürurlu, təntənəli, intonasiyalı münasibət bildirir. 

Əsərdə xalq sonsuz güc, qüdrət mənbəyidir; yer gücü qasırğasa, sel 

gücü qaynar ümmansa, el gücü qasırğa və okeandan da güclüdür. 

Xalq ağı qaradan, haqqı nahaqdan, həqiqəti yalandan seçə bilir, 

“kəsafəti söküb-tökə bilirsə”, gözəlliyi də qurub-yaradır. Hər bir 

insan taleyi və arzusunun gətirdiyi ahkədər, əslində xalq əlində bir 

qılınc misalıdır. Göz yaşına tab etməyən xalq əslində hakimiyyət 

qərarlarına, boş şüarlara, təbliğatbazlara təslim olmur. 

Xəlil Rza əsrin 80-ci illərini, bu illərin xalq qüdrətini bəşər 

tarixində işıqlı mərhələ hesab edir. O, bədii fikri siyasi baxışlarına 

doğru yönəldir. Bu baxışda üç yüz min Azəri türkünü pərən-pərən 

salmış kor xəyanətlər - imperiya siyasətləri pislənir və onun 

ideoloqları hədələnir. “Satqınların arxasından təpəcəkdir qəzəb seli 

coşan millət” - deyib fikirlərinə N.Hikmət ideyalarını dəstək tutur. 

Özünü xalq, millət içərisində “köləliyi alt-üst edən bir azadlıq 

məşəli” bilən tribun sənətkar yeri gəldikcə xalq və millətə 

münasibətdə özünə  də  işıq tutur; göz yaşlarını boğa-boğa fərəhli, 

nəşəli olan sənətkarın lirik ricətli, əzəmətli, müraciətli, münasibətli 

nidalarında “xalq” ifadəsi xüsusi, emfatik vurğularda, təsirli və 

obrazlı görünür, epiforaların yaratdığı danışıq intonasiyasında xalq 

məfhumunun qüdrəti, məna və mahiyyəti məqam və məramlı təsir 

bağışlayır: 

Yaşa, var ol, ey Kazbekdən, Savalandan uca Xalqım! 

Bənövdə tək daim cavan, dağlar qədər qoca Xalqım! 

Rəzillərin, qatillərin axırına çıxan Xalqım! 

Hətta düsmən balasını ürəyinə sıxan Xalqım! 

Yaşa, var ol! 

Bəxtiyar ol! 

Ehkamlara, meydanlara sığışmayan mənim Xalqım! 

Rəzalətə, əsarətə, hər zillətə qənim Xalqım! 

 

 

 

 

 

 

(“Xalq iradəsi”) 

 


 

124


 Xalqın psixoloji-mənəvi və tarixi yaddaşı                

na “Davam edir 37” əsərindən daha gur işıq düşür. Xəlil Rza “otun, 

suyun, torpağın da, söndürülmüş ocağın da” yaddaşını oyadır, 

fikrimizi geriyə - tarixin keçib-gəldiyi yola qaytarır, “haqq” bağırıb 

boğazlara qurquşun tökdürən markaryanlar, qriqoryanlar, 

topuridzelər və cincəfərlərin  əməllərini xatirimizə  gətirir, 

yaddaşımızı oyaq saxlayır: 

Yox, unuda bilmərik biz iş başında omba duran 

   

 

 

 

 

gürzələri.  

Naxçıvanda DTK-da çirrnək qollu dilavəri,  

Alnı kərpic, gözləri tum... mirzələri.  

Əllərində daşdan keçən casusnamə ərizələri,  

Tribunadan “Vətən” deyə, “Millət” deyə vəz 

   

 

 

 

 

eləyən hərzələri.  

Şair vətən taleyini, xalqa dəyən maddi-mənəvi zərbələri 

ümumiləşdirmək üçün sosial-siyasi hadisə  və faktlara fərdi 

münasibət bildirir. Onun fərdiləşdirmələrində “bircə üskük şöhrət, 

göz dikdiyi sərvət üçün mənliyini satanlar, “daloy-muğam, tar, saz, 

hətta, papaq deyib ...lığa batan”lar, “xəyanətə qurban gedən tər 

bənövşə, bahar Müşfiq”lər inikas etdirilir:  

Xəyanətə qurban getdi neçə igid,  

Pensnelli, zər əsalı, nur heykəlli ulu Cavid.  

Qurban getdi dağ büllurlu Yusif Vəzir  

Yalçın qaya Əhməd Cavad  

Qoç Koroğlu Sanı oğlu Hacı Kərim  

Ulduzları salxım kimi göydən dərən Çobanzadə 

   

 

 

 

Bəkirimiz.  

Güllələndi təpərimiz, kəsərimiz, hünərimiz. 

 

   (“Davam 

edir 

37”) 

 

Təpəri, kəsəri, hünəri güllələnmiş xalq tarixi keçmişindən ibrət 

dərsləri götürür, taleyi və idealları haqqında düşünür. Düşünür ki, 

bəlkə “o dəhşətli yanğınlar” bitdi. Fəqət bitdimi? Elə bilmə o 

dəhşətli yanğm bitdi, bitdi, getdi. Hələ durur, davam cdir 37.  

Şair qəlbi Xalqından, Vətənindən nigarandır,  onun bu 



 

125


 günündən arxayın deyildir. Çünki:  

Nə qədər ki, bir milləti yetmiş yerə  

bölənlər var 

  Nə qədər ki, rütbə üçün, şöhrət üçün ölənlər var.  

  Nə qədər ki, kabineti, vəzifəni 

   

 

 

Gözlərinə təpənlər var,  

Nə qədər ki,  

Demokrati! 

Aşkarlama! - deyə-deyə boğaz yırtır  

bu züyçülər, zurnaçılar, şeypurçular,  

Nəqədər ki, cəzasızdır  

Xankəndində evlər yıxan, ürək yıxan yırtıcılar,  

Davam edir 37- 

Daha kəskin, daha ciddi!  

                                                                                                                  

Sənətkar ruhu qırılmayan, haqsızlığa üsyan qaldıran xalqını 

ayıq-sayıq olmağa, haqsızlıqlara boyun əyməməyə, siyasi səbata, 

əzmə və mübarizəyə çağırır:                                                                               

Diqqət! Diqqət! 

Qapamasın gözlərini haray-həşir, çığır-bağır.  

Qəzetləri lal eləmək xalqı lal etməkdən ağır...  

Ruhun hələ ölməmişsə hayqır-bağır:  

Nə qədər ki, sıxıb məni limon kimi sümürən var,  

Sümüyümü gəmirən var, 

 

Nə qədər ki, Ovçarenko dəstəkləyir Balayanı,  

Milli gəda Boroviki, Ağanbekyan min ilanı,  

Nə qədər ki, canımızda qan sorucu min gənə var,  

Mənim isti sözlərimə soyuq baxan biganə var,  

O xəyanət sanma bitd                                                                                          

Davam edir 37.  

Xəlil Rza Ulutürk xalqı ideoloji-siyasi cəbhədə birliyə çağırır. Onu 

azadlığına, tarixi ideallarına qovuşdurmaq üçün yenidən hazırlamağın 

zəruri olduğunu dərk edir, ideologiya cəbhəsinə keçir, “Kişi bətni” 

əsərində sosial-siyasi həyatın, hakimiyyət strukturlarının oynadığı 

oyunlara ümumiləşdirici 



 

126


nəzər yetirən  şair “qananlara qurdu ulayan qanmazlar, alçaqlar, 

xalqı öz əli ilə susduran kütlər, qəbrini özünə qazdırmaq üçün irəli 

çəkdirdiyi vəzifəbaz, xalq üçün düşməndən də qorxulu olan milli 

simasını itirmişlər, pul basıb satqınlar  şəbəkəsini bərkidənlər, qan 

ləkələrini ört-basdır etmək üçün döşünə medallar basanlar” arasına 

tarixi ziddiyyətləri görür, onların mahiyyətinə, səbəb və 

nəticələrinə varır, qəti hökm çıxarır ki: 

Ürəyim qışqırır! Ağlım deyir: - Sus! 

Bu qədər soyğunçu, bu qədər casus. 

Bu qədər qəlbi kar, ürəyi çopur, 

Bunca ikiüzlü, üçüzlü, hətta 

Yüzsifət, minsifət varsa həyatda, 

Demək, bu dağılmış dağılmalıdır! 

Yeni bir, cəmiyyət doğulmalıdır!  

Şair qəti  əmindir ki, “gediş böylə gedə bilməz, belə gediş tez-

gec boğulmalıdır”: 

İşlər böylə getsə... böylə getməsin! 

Getsə bu gedişi boğacağam mən. 

Bütün Azərbaycan övladlarını 

Öz kişi bətnimdən boğacağam mən!  

80-ci illərin əsərləri içərisində “Yaşasın Xalq Cəbhəsi” (1989), 

“Gəlir böyük Azərbaycan” (1986-90) şeirləri Ulutürk idealını, xalq 

taleyi, vətənçilik və xalqçılığın ifadəsi olan şerlər kimi xüsusi yer 

tııtur. Həmin  əsərlərdə çağdaş zamanın -80-ci illər milli azadlıq 

hərəkatının siyasi-psixoloji doğuşu po-etikləşdirilir. 

“Gəlir böyük Azərbaycan”  əsərində xalqın istiqlal məfkurəsi, 

mövqelər, cəbhələr, ideologiyalar müəyyənləşir. Tarixin həqiqətləri 

təzadlarda, antoqonist ziddiyyətlərdə,  əksliklərin mübarizəsi və 

vəhdətində üzə  çıxdığına görə  şair də  təzadlara üstünlük verərək, 

xalqın gücünü, səbatını, sarsılmazlığını,  əyilməzliyini təcəssüm 

etdirir. Özü isə xalq, azadlıq, müstəqillik məfkurəsini yaşatmaq və 

uğrunda mübarizə aparmaq məqamında müəyyənləşir. 

Xalqçı şair inanır ki, xalqla milli “Mən”i arasında qalan, 

 


 

127


“dolu cibli boşboğazlar, peysəri kal, beyni cazlar, azkən çoxlar, 

xosunlaşan sürü-sürü yerlibazlar, dartmanlar, sürünənlər, 

sülənənlər, ölkələrə tank yeridən həşəratlar, qan üstünə maska 

çəkən deputatlar” aramızdan çıxacaqdır.  Şair yalnız demokratik 

dünyamn doğuşunda xalqla şəxsiyyət, sənətkarla xalq arasında 

vəhdət və eyniyyət təsəvvür edir. 

Xəlil Rza Ulutürkün poetik təfəkküründə milli özünüdərklə 

bağlı zəngin ideya-fikir qaynaqları güclüdür, qüdrətlidir. 

 




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə