AZƏrbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2.35 Mb.
Pdf просмотр
səhifə6/20
tarix10.06.2017
ölçüsü2.35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

1.2. Milli idealda Azərbaycançılıq 

 

Azərbaycançılıq Azərbaycan Respublikasının müstəqil 



dövlətçiliyi ilə möhkəm bağlıdır. Bu barədə nəzəri ideoloji olaraq 

R.Mehdiyev, S.Xəlilov,  Ə.Daşdəmirov, N.Cəforov, N.Şəmsizadə, 

M.Yusifov, R.Aslanova, Ə.Abbasov, T.Quliyev, Y.Türkel, 

S.Hüseynov,  İ.Məmmədzadə  və başqaları fikir söyləmişlər. 

“Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil 

edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, 

ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının 

tərkib hissələridir” [55]. Azərbaycançılıq müstəqil Azərbaycan 

Dövlətinin  əsas ideyasıdır. Azərbaycançılıq bir ideologiya, təlim, 

fikir və  məfkurə olub elmi-nəzəri və ideoloji sistemə malikdir. 

Hazırda həmin sistemin nəzəri müddəalarını H.Əliyevin ideyaları 

təşkil edir. Milli özünüdərk Azərbaycan Respublikasının 

demokratik prinsipləri, insan hüquqları  və azadlıqlarını  rəhbər 

tutan dövlət birliyinə yaxınlaşdırmaqda, onu Avropa Şurasına, 

Millətlər Məclisinə öz siması ilə daxil etmekdədir. Bu səbəbdən də 

Azərbaycanın azərbaycançılıq məfkurəsi tarixi reallıq 

daşımaqdadır. H.Əliyev demişdir: “Bu məfkurə təkcə Azərbaycan 

Respublikasında yaşayan azərbaycanlıların, təkcə Azərbaycan 

dövlətinin maraqlarını deyil, həm də bütün dünyada yaşayan 

azərbaycanlıların milli-mənəvi maraqlarını ifadə edir [55]. 

 

 


 

128


Azərbaycançılıq tarixən keçən 

əsrin 


əvvəllərində 

Ə.Hüseynzadənin “türkçülük, islamçılıq və çağdaşlıq” 

prinsiplərindən nəşət alsa da, müasir tarixi şəraitdə siyasi-ideoloji 

məzmun keyfiyyəti qazanaraq daha konkret şəkil almış  və 

genişlənmişdir. “Azərbaycançılıq milli mündəricədən kənara çıxan, 

millilik və ümumbəşəriliyin vəhdətindən çıxış edən bir 

məfkurədir” [55]. 

“Azərbaycançılıq” termini ölkənin siyasi həyatında yaxın 

illərdən başlayaraq, istifadə olunur. Lap əvvəldən o, ölkədə 

yaşayan bütün etnik qrupları  və xalqları ümum-dövlət mənafeləri 

əsasında real surətdə birləşdirmək ideyası, xüsusilə, 1992-1993-cü 

illərdə geniş yayılmağa başlayan şovinist-millətçilik və separatçılıq 

əhvali-ruhiyyələri ilə mübarizəyə yönəldilmiş ideya kimi irəli 

sürülmüşdür [137, s.27 

Azərbaycançılığın təməlində, strukturunda, müasirliyində duran 

başlıca müəyyənliklər milli-etnik gerçəkliyin özü, dil (Azərbaycan 

dili), din (İslam dini), etnoqrafiya, milli etnik mənşə, toponimika, 

insanların məskən saldıqları, yaşadıqları yerlərə qoyduqları adlar 

və maddi-mənəvi mədəniyyətdir. 

Məlumdur ki, milli ideologiyanın  əsasında ilk növbədə 

dövlətçilik dayanır. H.Əliyev onun siyasi konturlarını ifadə etmiş, 

kəsb etdiyi müasir anlamı, vətəndaş və cəmiyyətin əsas vəzifəsini 

ifadə edərək, demişdir ki, “Dövlətçilik Azərbaycanın 

müstəqilliyini, 

ərazi butövlüyünü qoruyub saxlamaqdır, 

Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər 

bir vətəndaşın qəlbində olmalıdır. Ona görə  hər bir vətəndaş 

vətənpərvərlik hissləri ilə yaşamalıdır və bizim partiyamız, bütün 

dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi 

inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik 

hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir 

vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli 

mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi 

  


 

129


yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun” [55]. 

Deməli, milli dövlətçiliyin hissi idrak mənbəyi milli 

vətənpərvərlik, milli qürurdur. Cəmiyyətin bu baxımdan tərbiyəsi 

tarixi vəzifədir. Cəmiyyəti təşkil edən insan amili həm də vətəndaş 

amilidir. O, milli ideologiyanın əsas hərəkətverici qüvvəsidir. 

Milli dövlətçilik və ideologiyanın mənəvi potensiyası onun 

fasiləsiz mədəni irsi ilə müəyyənləşir. Onun qavranılıb 

dəyərləndirilməsində xalqımızın milli-mənəvi sərvətləri tükənməz 

mənəvi qaynaqdır. H.Əliyev demişdir: “Azərbaycan xalqının milli-

mənəvi dəyərlərinin  ən  əsası bizim müqəddəs kitabımız Qurani-

Şərifdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın 

mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük 

şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, 

böyük elm, mədəniyyət xadimləri, Azərbaycan xalqının milli-

mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət  ənənəmizdir. Bu, 

bizim milli-əxlaqi mentalitetimizdir” [105]. 

Azərbaycançıhğm 

əsasmda Azərbaycan dili dayanır. 

Azərbaycan dili şifahi xalq ədəbiyyatmın poetik növ və janrları, 

etnik düşüncə  və siyasi təfəkkürü də özünə bağlayır, ümumtürk 

ədəbiyyatı  və  mədəniyyəti eyni bə-dii-estetik abidələrlə, 

mənəviyyatla qovuşur (“Dədə Qorqud”, “Koroğlu”, “Alpamış”, 

“Manas”, “Bilqamış”, aşıq  ədəbiyyatı  və başqaları). Azərbaycan 

dili ümumtürk dili və  mədəniyyətinin tərkib hissəsidir. H.Əliyev 

demişdir: “Azərbaycan dili türk dilləri qrupuna daxil olan bir 

dildir. Türk dilləri qrupunun bir qolu Anadolu türklərinin, bir qolu 

azərbaycanlıların dilidir, biri özbəklərin, biri qaqauzların, biri 

qazaxların və başqalarınındır. Ona görə  də bu ümumi kökləri 

həmişə qorumaq lazımdır. Çünki kökümüz, dilimiz, dinimiz, milli 

adət-ənənəmiz bizi bir-birimizə bağlayır və bağlamalıdır. Bunun 

əsasında da biz bir olmalıyıq” [55, s.37]. 

  

 



 

 


 

130


Milli birliyin təmin edilməsində dillə  bərabər, ictimai şüur 

səviyyəsi, adət-ənənə, dini etiqad, həyat tərzi, mədəni-mənəvi 

abidələr, yazılı  ədəbiyyat, fəlsəfi fikir, siyasi və iqtisadi təfəkkür 

mədəniyyəti mühüm rol oynayır. Millilik “kültür və  mədəniyyət 

ümumiliyinə 

əsaslanmalıdır” (Z.Göyalp). Bu baxımdan 

“Azərbaycanın yerli sakinləri olan etnik qruplar (talışlar, kürdlər, 

tatarlar, lahıclar və s.) belə ikileşmə faktı ilə qarşılaşmışlar. Onların 

milli-siyasi vəhdeti -ilə doğma vətəni, mədəni-mənəvi məkanları 

arasında heç bir fərq yoxdur. Onlar həm coğrafi məkan 

baxımından, həm tarixi, həm milli-siyasi, həm də milli-mənəvi 

baxımdan azərbaycanlıdırlar” [105, s.41]. Milli birliyin çağdaş 

səciyyəsi  şübhəsiz ki, milləti daha güclü və  zəngin edir. Siyasi 

plüralizm, fıkir plüralizmi olduğu kimi, milli-etnik plüralizm də 

vahid mədəniyyətin, vahid dövlət dilinin ziyanına olmamalıdır. Bu 

baxımdan millət anlayışı da çağdaş siyasi həyatımızda yeni 

keyfiyyət qazanmaqdıdır. Millətin etnosdan fərqləndirilən 

əlamətlərdən biri milli-etnik təfəkkürlə milli-siyasi təfəkkürün 

vəhdətindən doğan milli-fəlsəfi fikrin forma-laşmasıdır” [105, 

s.47]. Hazırda milli inkişafda ilkin olaraq ədəbi-bədii fikir - obrazlı 

düşüncə rassional elmi fikirdən çox rol oynamaqda - fəlsəfi fikrə, 

təfəkkürə gedilən yolun bədii  ədəbiyyatdan keçməsidir. Bu 

baxımdan milli dövlət quruculuğu dövlətçilik  ənənələrinin 

formalaşdırılmasında da siyasətçilər yox, həm də alimlər,  şairlər, 

ziyalılar mühüm rol oynamalıdırlar. 

Milli ruhun qorunması  və inkişafında milli dövlətçilik mühüm 

rol oynayır. Milli dövlət yalnız ərazini, maddi sərvətləri deyil, həm 

də milli-mənəvi dəyərləri qoruyur, “milli-mənəvi dəyərlərimiz 

bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dilimizdir, bizim 

adət-ənənəmizdir. Bir də  təkrar edirəm, bizim mənəvi-əxlaqi 

mentalitetimizdir... Bizim xalqın mənəvi-əxlaqi mentaliteti onun ən 

böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun 

  


 

131


milli sərvətidir” [55]. 

Millidə bəşəri, bəşəridə millilik dərki vardır. Bu baxımdan milli 

ideologiya çağdaş  zəmanəmizdə daha geniş önəm kəsb edir: 

“Bizim milli-mənəvi dəyərlərimiz, bizim tarixi milli köklərimiz, 

bizim dilimiz və dinimiz - hamısı bizim milli ideologiyamızın 

böyük bir hissəsidir, böyük bir qoludur... Ümumbəşəri dəyərlərlə 

milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli 

ideologiyamızın bu günü və gələcəyidir” [55]. 

Hazırda ümumbəşəri dəyərlər Azərbaycanı dünya ilə 

qovuşdurur. Həmin deyərlər milli qanunçuluğumuzun nəzəri 

bazasında da təsbit olunmuşdur. H.Əliyev demişdir: “Ümumbəşəri 

dəyərlər birinci növbədə bizim yaratdığımız konstitusiyada əsas 

məqsəddir. Biz dünyəvi dövlət qururuq. Biz hüquqi, demokratik, 

dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Bax bu cümlədə 

ümumbəşəri dəyərlərin ifadəsi öz əksini tapıbdır” [55]. 

Azərbaycançılıq “milli ideyanın”  əsas forması kimi təsəvvür 

edilir və ona “inteqrativ ideya” kimi yanaşmaq lazımdır. Bu 

ideyanın  əsasında sivil Avrasiya birliyinin bir hissəsi - özünəxas 

milli özgünlüyə,  ənənəyə, milli eyniyyətə  və mentalitetə malik 

Azərbaycan haqqında təsəvvür dayanır” [137, s.32]. 

Azərbaycançılıq məfkurəsinin müasir dərkində “milli” anlayışı 

da yeni keyfiyyət qazanmışdır. O, məzmun və mahiyyətinə görə 

tarixən olanı  nə  qədər qoruyub özündə saxlayırsa, bir o qədər də 

yenidən təsəvvür və  dərk olunaraq spesifik keyfiyyət qazanır. Bu 

da ondan ibarətdir ki, milllik öncə “fərdi mən”, sonra “milli mən”, 

daha sonra isə “ümumbəşəri mən” deməkdir. Və bunlar müasir 

sivil dünyada biri digəri ilə koordinasiya olunan xüsusiyyətlərdir. 

Yeni dünya onun - milliliyin məzmununa daxil olduğundan o, yeni 

məna qazanaraq “mənlər” arası sürətli və  dəyişkən keçidi, birinin 

digəri üçün əsas olma mahiyyətini dərinləşdirir. Elə burada da həm 

də milli fəlsəfi 

  

 



  

 

132


fikir - milli mənlə dünya arasında münasibətin yeni formasını ifadə 

edir. “Fərdi mən” isə ümumbəşəri və milli “mənləri” ehtiva etmək 

imkanına malik olduğundan daha zəngindir” [105, s.40]. 

Azərbaycançılığın, dövlətçiliyin möhkəmləndirilməsi və 

mənəvi dərkində milli mənəviyyatın zənginliyi mühüm rol oynayır. 

Milli azadlıqda milli ruhun canlandırılması vacibdir. Şərhə  və 

izaha geniş yer vermədən xatırladırıq ki, “azərbaycançılıq həyat 

tərzimizdə,  əxlaqda, mənəviyyatda, dildə, din və  ədəbiyyatda - 

mənəvi mədəniyyətin bütün sahəsində  əsas istiqamətləndirici 

məfkurə olmalıdır.  Şifahi xalq ədəbiyyatı, el sənəti, milli musiqi, 

millətin mədəni-mənəvi mövcudluğunun bütün təzahürü bu gün 

vahid bir ideya ətrafında sıx surətdə birləşməlidir.  Əsrlərdən bizə 

miras qalmış milli-mənəvi dəyərlər nəinki təkcə muasir milli 

mövcudluğumuzun, həm də siyasi mövcudluğumuzun, 

dövlətçiliyimizin qarantına çevrilmişdir. Və  əksinə, milli-mənəvi 

varlığımızın qorunub saxlanması da dövlətin  ən  əsas 

funksiyalarından biri olmalıdır. Azərbaycançılıq Azərbaycan 

dövlətinin milli siyasi məfkurəsinə çevrilməlidir” [105, s. 13 7]. 

Yazıçı Anar azərbaycançılıq haqqında düşüncələrini  əsasən - 

beş  təməl prinsipi üzərində davam etdirmişdir və göstərmişdir ki, 

azərbaycançılığın  əsasında - Azadlıq, Müstəqillik, Bərabərlik, 

Qadaşlıq, Dostluq ideyaları dayanır və  həmin prinsiplərin 

mahiyyətində  də konseptual fikir və ideyalar dayandığından 

bunların təfsirinə varmadan biz də Anarla həmrəyik ki, “Tarixi 

araşdırmalar, dil, ədəbiyyat tədqiqatları baxımından son dərəcə 

önəmli olan bir sahə - türkçülük məkanı bizi azərbaycançılıq 

məkanından ayıra bilməz. Azərbaycan türk dünyasının bir par-

çasıdır, amma Azərbaycanın içində ayrıca bir Azərbaycan dünyası 

da vardır ki, bu dünyada türk olmayan azərbaycanlılar da layiqli, 

şərəfli yerə malikdir” [10]. 

Xalq imperiyaların işğalına məruz qalanda başqa əqi- 

 

  



 

133


dələrin rəsmi təsir dairəsinə düşəndə milli ruhu öz şəxsi həyatı 

bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da 

olsa, yaşadan və bir əmanət kimi nəsillərə ötürən həmin böyük 

ziyalılar estafeti öz əllerinə almalı olurlar [105, s.70]. Öz idealı 

uğrunda ayağa qalxan ziyalılar ordusu içərisində Xəlil Xza Ulutürk 

istiqlal şairləri -Məhəmməd Hadi, Əhməd Cavad kimi tarixi önəm 

kəsb etmişdir. Bu üç böyük istiqlal şairi fəaliyyətləri ilə milli 

idealda sonucu - tarixi Vətənçiliyi, Turançılığı, yaxın məqsəd kimi 

Azərbaycan müstəqilliyini, azərbaycançılığı təcəssüm etdirmişlər. 

X.R.Ulutürkün milli idealında azərbaycançılıq - Azərbaycanın 

taleyi və idealları ilə möhkəm bağlıdır. Vətənin, xalqın taleyi ilə 

bağlı problemlər tarixlə, cəmiyyətin inkişafı ilə müvazi inikas 

olunmuşdur. Sənətkarın poeziyasında vətənin, xalqın ümumiləşmiş 

obrazı  zəngin mənbələrlə, qaynaqlarla müşayət olunmuşdur. Bu, 

əslində fonetik qabıqdan tutmuş söz-ad, ideya, məqsəd, məzmun və 

məna, arzu, istək, məslək və  əqidə, məfkurə kimi müxtəlifdəki 

birliyi çevrələyir. Bunlardan qabarıq inikas etdirilənlər, dil, tarix, 

ənəne, psixologiya və mənəviyyat problemləri ilə bağlıdır. 

Azərbaycan, vetən, xalq anlayışlarının bədii ifadəsi Xəlil 

Rzanın 50-ci illər şeirlərindən görünməyə başlamışdır. 60-cı illərin 

şeirlerində ideya-estetik məzmun genişləndirilmişdir. 70-ci illərin 

əsərlərində lirik polifoniya, ideya-bədii mündəricə daha da 

zənginləşmişdir. Həmin tarixi-estetik anlayışlar (dil, tarixi reallıq, 

ənənə, psixologiya, mənəviyyat) 80-ci illərin  şeirlərində vüsətli 

bədii siqlətilə seçilmişdir. Həmin illərdən başlayaraq, lirik “Mən” 

milli “Mən”ə doğru təkamüldə olmuş, 80-90-cı illərin  əsərlərində 

milli xarakter, tarixi-bədii şəxsiyyət müəyyənliyi kəsb etmişdir. 

50-ci illərdə yazılmış “Bizim doğma təbiət” (1959) şeirində 

“Azərbaycan”, “Vətən” və “Xalq” sözləri təbiə- 

 

  



 

134


tə münasibətdə şairin fərdi şüurunu ülfət, istək, niyyət duyğuları ilə 

qidalandırmışdır. Xəlil Rzanın arzuları poetik obrazlarda, ritorik 

halda ifadə olunmuşlar: 

Mənə ildırım ver qələm yerinə, 

Dəftərim Muğanın sinəsi olsun. 

Bəşər dəryasında Azərbaycanın 

Ən güclü səadət ləpəsi olsun. 

 

 

 

 

(“Bizim doğma təbiət”)  

60-cı illərin  əsərləri “Afrikanın səsi” (1960) şeiri ilə başlayır. 

Əsər Azərbaycan gerçəkliyi üçün epiqraf, proloq təsiri bağışlayır. 

Şeir “Afrikanın səsi” adlandırılsa da, əslində mövcud “Mən” 

özünüdərkinin ümumi ifadəsidir. Bədii nümunədə “azadlıq” 

ideyası patetik intonasiyada bəşəri dəyər,və  məzmunda inkişaf 

etdirilmişdir.  Əsərdə konkret milli “Mən” və azadlıq məramı 

yoxdur, mücərrəd, bəşəri azadlığın ifadəsi vardır. Təsadüfi deyil ki, 

şair sonrakı kitablarında bu şeiri “Mənim səsim”, “Şairin səsi” kimi 

təqdim etmişdir. 

“Mənim tələbələrim” (1964) şeirində  Xəlil Rza tələbələrinə 

müraciətində Azərbaycana, varlığa yaxınlaşır; o, vətənə 

xidmətlərini hələ ki, arzularında, diləklərində görür, Azərbaycan 

ümumi, mücərrəd, ritorik tərənnümdə duyulur: 



Gedin... gedişin izlə 

   

 

təbiət gəlsin cana 

Sizi gül toxumu tək 

   

 

öz əlimlə səpirəm 

Arzu yağışlarında çimən Azərbaycana.  

“Meyar” (1962), “Əyilmə” (1967) şeirlerində Azərbaycan 

(Vətən və xalq) anlayışları  fərdi  şüurda ona sevgi kimi təzahür 

edir: 


Tutaq ki, var istedadın, 

İlhamın da, 

Biliyin də. 

Rədd oll İtil gözlərimdən 

 


 

135


Əgər yoxsa Vətən eşqi  

Sümüyündə, iliyində. 

(“Vətən eşqi”) 

60-cı illərin şeirlərində (1960-64) vətən düşüncələri, xalq, vətən 

müəyyənliyi yalnız poetik obrazlarda: müqayisələrdə, təşbeh və 

metaforalarda, təsvir və tərənnüm lirikasında təzahür etmişdir. Bu 

şeirlərdə xalqın aydın, konkret, birbaşa bədii doğuşu, həyat və 

mənəviyyat aləmi, estetik idealı  hələ görünmür. Xalqın, vətənin 

ifadəsi mecazlar şəklində müəyyənləşir: 

Bir Muğam zilidir - ox çinarların,  

Mehdəyən budaqlar - incə kamanım  

Sən - Zərdüşt zəkalı, 

Babək baxışlı,  

Üzeyir nəfəsli Azərbaycanım! 

 

 

 

(“Vətən düşüncələri”)  

Yaxud:  


Kəpəzin vulkanı sönmüşdür demə,  

Külünün altında közlər yaşadır.  

Kəpəz - Vətənimin bir dağ üzüyü  

Maralgölü - onun zümrüd qaşıdır. 

 

 

 

(“Vətən düşüncələri”)  

Azərbaycan - vətən və xalq təsvirlərdə, psixologiya və 

mənəviyyat rənglərində predmetli əksini tapmır, motiv, duyğu 

halında görünür: 



Təkcə pardaqlanmış qızılgülün yox,  

Toxumun, tərlanın, boz çınqılın da  

Nəbzimdən nəbzimə od, alov gərək.  

Azərbaycanıma məhəbbətimdir  

Hər bir hüceyrəmdə çırpınan ürək!  

50-80-ci illərin  əsərlərində Azərbaycan ideyası (dil və reallıq) 

tərənnüm, vəsf, etiraf, qənaət halında üzə çıxır. “Tamam doğmayan 

günəş” (1962), “Vətən”  şeirlərində milli-mənəvi dəyər torpağa 

vətəndaş kimi yiyə, sahib olmaqdır. Vətəndaşı yetişməyən 

məmləkətdə vətənçilikdən 



 

136


danışmaq olmaz. 

“Yanardağ” (1975), “Yaxşı ki bu yurdun balasıyam mən” 

(1978), “Mən bu gecə oyağam” (1978), “Mən Azərbaycanam” 

(1979), “Yurdum sənin sağlığına” (1979), “Yaxşı ki” (1980) 

şeirlərində vətənə qiymət tərənnüm və vəsf halındadır: 

Mən bu gün Vətənlə eyniləşmişəm, 

Dinlənir könlümdə tarım, kamanım. 

Palıdlar, qaynaqlar, ocaqlar içrə 

Ərzin od yuvası Azərbaycanım! 

 

   (“Yanardağ”)  

Azərbaycan (Vətən) məfhumu qürur və qəm dəyərləri üzərində 

də  təqdim olunur. Almas İldırımdan təsdis (başqa bir şairin 

əsərindən istifadə yolu ilə yazılmış müsəddəs) etdiyi “Azərbaycan” 

şeirində də belədir: 

Azərbaycan, can vermişik adına, 

Canımızdır adındakı can sənin. 

Soyuq qəlblər yana bilməz oduna, 

Namus sənin, şərəf sənin, şan sənin. 

“Azərbaycan, mənim taxtım, tacım oy. 

Oyanmazmı kor olası baxtım oy!” 

 

 

 

 

(“Azərbaycan”)  

“Mən nəyəm ki, ey Vətən!” (1964), “Mən bu gecə oyağam” 

(1978), “Mayakovski ilə söhbət” (1982) şeirlərində ifadə olunan 

milli məzmunda bəşəri xüsusiyyətlər vardır. Belə nümunələrdə 

Vətən, xalq məfhumları  şairin milli şüurunda bəşəri dəyər kəsb 

edir: 


Sən Aya, ulduza tən! 

Sən Füzulim, Sabirim... 

Yüz dahiyə aşiyan. 

Qılınclarda, səslərdə 

Kaşılarda yaşayan zəhmət, şöhrətim, şanım,  

 

 

 

ləlim, dürrüm, mərcanım. 

Mən bir ovuc torpağam, 

 

 

 

Sənsə kainat qədər 

 

137


 Sonsuz, 

Azərbaycanım!  

 

 

 

(“Mən nəyəm ki, ey Vətən”)  

“Səməndər quşu kimi” (1970), “Şeirimizin Babəki” (1978-80), 

“Məmməd Araza” (1982), “Xudu müəllim” (1983), “Məndən 

başlanır Vətən” (1983), “Sənin cavabın” (1984) və başqa əsərlərdə 

xalq haqqında birbaşa yox, dolayısı ilə söz açılır; Sənətkar və xalq 

vəhdəti R.Rza, B.Vahabzadə, M.Araz, X.Məmmədov, X.Rza 

şəxsiyyətində milli-mənəvi dəyər kimi ifadə olunur. Tarixi 

şəxsiyyətlər xalq psixologiyası və mənəviyyatının təcəssümü kimi 

dərk edilir: 

-

 



Oddur - dedim - bu nəfəs  

Zəlzələ dağı yerdən bəlkə qopara bilər,  

Sənətkarı xalqından heç nə ayıra bilməz.  

Belə əsərlərin ideyasında xalqla sənətkarın, kütlə ilə şəxsiyyətin 

birliyi əsas 

xüsusiyyətdir. 

Şair təsvir və  təhlil vermir, mühakimə yürütmür, tarixi 

şəxsiyyətlərin həyat yolunu xatırladır, onların vətənə, xalqa gərəkli 

olmaq amalını, tərbiyəvi-idraki rolunu yada salır. Vətən, xalq tarix 

və yaddaş  mənasında dəyərləndirilir. Araz, Xudafərin, Vaqif, 

Qobustan, Babək, Sabir, Füzuli, Şəhriyar, Savalan, Xiyabani, 

Xətai, Təbriz, Zəncan bədii nümunələrdə sadəcə tarix deyil, həm 

də müasir adamın qan və idrak yaddaşının qaynağıdır. 

Xəlil Rzanın poeziyasında xalqın həyat və  məişəti (reallıq), 

psixologiya və  mənəviyyatı  bəzən epik təsvir və tehkiyədən çox, 

psixoloji-mənəvi məqamların bədii ifadəsində daha çox aydınlıq və 

konkretlik kəsb edir. Tarixi gerçəkliyə münasibətdə milli və qeyri-

milli həqiqətlərin qarşılaşdırılması, təzadlar üzərində aşkarlanması, 

psixoloji-mənəvi xüsusiyyətlərin daha canlı  və  təsirli  əksi də 

diqqətəlayiqdir. 

Gerçəklik, psixoloji həyat və düşüncə  tərzi,  əxlaqi-estetik 

keyfiyyət azərbaycançılığın ifadəsi kimi konkretdir. 

 

  


 

138


“Tamam doğmayan günəş” psixoloji düşüncələr şeiri, şairin özü 

ilə həsb-halıdır. Başlıca estetik fikir belədir ki, yalnız dövlət deyil, 

həm də “söz” və “ilham” xalq sərvətidir. Söz xalqın keşiyində 

durduğu kimi, xalq da sənətkarın qulluğunda olmalıdır. 

Şeirdə poetik cəhətdən zəif görünən misralar da vardır. “Mən 

bəlkə sevməzdim Azərbaycanı, Sənin tək oğullar yetirməsəydi” 

kimi ideya cəhətdən gücsüz sətirlər X.R.Ulutürk yaradıcılığından 

aşağı səviyyədə durur. 

60-cı illərin ortalarına qədərki şeirlərdə Azərbaycanla bağlı olan 

ideya və düşüncələrin inkişafı  bədii təsdiq, nəqli sintaksis, adi 

intonasiya, lirik mühakimə halındadır. Bu əsərlərdə, əsasən, daxili-

psixoloji düşüncələr, fikir və hissiyyatlar ifadə olunmuşdur. Şairin 

mövzuya süjetli müraciəti yoxdur. 

“Biz gəldi-gedərik”  əsərində Azərbaycanın, Vətənin  əbədiliyi 

ideyası mənfi emosiyalarla təzadda inikas etdirilmişdir. Vətənə heç 

nə vermədən ondan umanlar şairi narahat edir: 



Oğullar müxtəlif, anasa eyni,  

Ayıqlar, sərxoşlar, yatanlar da var, 

Ötərki ömrünü xalqın, Vətənin  

Əbədi ömrünə qatanlar da var.  

“Bədgüman nankor” (1967), “Sən inanma məddahlara” (1968), 

“Mən  Şərqəm” (1968) və başqa  əsərlərdə  vətənbaz, millətpərəst 

boşboğazlar ifşa olunur. Vətənin varlığı  və müdafiəsi - 

dövlətçiliyin qorunması ehtizazlı  bədii təsdiq məzmunu kəsb 

etmişdir:  

-

 

Bəs yoxdursa Vətən, xalq  



Nə cür yoğunlatmısan, bu dönməyən boynunu? ...  

Vətən üçün, xalq üçün neyləmisən sən özün?  

Bəli, şəxsən, sən özün?! 

 

 

 

 

 

(“Bədgüman nankor”) 

Dil Xəlil Rza Ulutürk yaradıcılığında qüdrətli bir silahdır. 

Xalqın varlığı,   müəyyənliyi ondadır. Sənətkar 

 

  



 

139


doğma ana dilinə yüksək qiymət verir, milli dili, heysiyyəti 

olmayanları  qırmanclayır. Milli şərəfi olmayan “alim” belə  şairin 

azərbaycançılıq təfəkküründə dilsiz və dinsiz hesab olunur: 

Balaların həsrətdir Azərbaycan dilinə, Azərbaycan dilinə yas 

saxlayan yekəbaş! Milləti istəyənlər qol çirməyir, iş görür. 

Millətbazlar sənin tək özgələri köçürür. “Mən  Şərqəm” (1968) 

əsəri bütünlüklə azərbaycançılıq, vətənçilik  əhvali-ruhiyyəsini  əks 

etdirir.  Əsərdə elmi məziyyət, poetik obrazlılıq, tarixi-etnoqrafik 

xüsusiyyət üstünlük təşkil edir. Hər bir bədii keyfiyyətin ifadəsində 

şair ruhu, düşüncələri, mənəvi siqlət, arzu, istək və hissiyyatlar 

durur. 

Əsərdə “Günəş”, “Od” obrazları, vətənin təbii sərvətlərinin 



təcəssümü olan  

assosiasiyalardır. Günəş  “Şərq” anlamı,  şairin idealları üçün 

fikir daşıyıcısıdır:  

Baxıram əynimdəki ağ köynəkli səhərə,  

İstəyirəm qışqıram bütün planetlərə:  

- Mən Şərqəm. 

Şöhrətimdə, şanımda al günəşlə şərikəm.  

Sənətkar Azərbaycanı dananları inkar etmək üçün milli 

mənsubiyyətinə,  Şərqin mədəniyyətinə, tarixinə üz tutur; özünün 

təbii sərvətlərini: düşmənə gərək olmuş kömür, neft, gülöyşə narı, 

taxıl və başqa sərvətləri, Səmərqəndin altında yatan Səmərqəndi, 

“Avesta”nı - Zərdüşt  İbrahimi, atəşin sirrini bəşərə verənləri, 

İsgəndər Kəbiri, fateh Napoleonları, Sezarları, onların köksümüzdə 

yüksələn mədəniyyətimizi didib, gəmirdiyini xatırlayır. Elmdə 

Rudəki, sənətdə Firdovsi, “Gilqamış” gövhəri, Xaqani, Nizami, 

Əttar, Sənai,  Ənvəri, Fələki, Məhsəti,  Əbül-üla, Xəyyam və 

Nəsirəddin Tusini mənəvi servət kimi qiymətləndirir. 

Şair həssas bir məqama toxunur. Xatırladır ki, əsrlər boyu 

sərvət içində yaşadığımız halda, qismətimiz, taleyi- 

 

  



 

140


miz zülmət olmuşdur; işığımızı gözlərimizin giləsindən belə 

qoparmışlar,  Ərdəbili, Tac-mahalı karvan-karvan aparmışlar.  Şair 

millətləri özünə övlad, dünyanı vətən bilir, məhəbbətində, istəyində 

hüdudlar tanımır. Qonaqpərvərliyi, səxavəti özü üçün mənəvi 

ləyaqət, insani dəyər hesab edir. Dünya isə bunu - milli 

heysiyyətləri, keyfiyyətləri geri qalmaq kimi yozanda şair qəlbi 

qeyzlənir, NATO, SENTO kimi hərbi təşkilatların yaranmasına, 

özünü ali irq bilib neftinə, pambığına yerikləyənlərə etiraz edir. 

Müəllif nə Qərbi “ali irq” hesab edir, nə də özünü “cılız bir ulus”. 

Ümumən  Şərqi inqilablar, təlatümlər vətəni kimi qiymətləndirir, 

bəşər səadətini Şərqdə, Vətəndə, özündə görür. Şair Şərqi idealizə 

etmir, ifrat mübaliğələrə yol vermir, sadəcə olaraq Günəş Şərqdən 

dünyanı  işıqlandırdığı kimi, Qərbin də  Şərqdən nurlandığını 

dəyərləndirir. Onun təfəkküründə Şərqə fəlsəfi baxış belədir: 



Şərqəm, elə Şərqəm ki, qərblilər də mənimdir. 

Hamlet öz doğma balam, Şekspir də mənimdir. 

Qoy təzədən qaldırsın 

 

 

 

Təbriz rəsədxanası səma xəritəsini 

Uluqbəyin qəbrinə qoyaq çiçək yerinə  

 

  ulduzlar 

dəstəsini.  

“Çıraqqala” (1977), “Mənim  şeirim” (1977) əsərlərində maddi 

və mənəvi mədəniyyət - maddi olanla mənəvi-ideal olanın vəhdəti   

poetikləşdirilmişdir. “Çıraqqala”da Vətən abidələri, maddiləşmiş 

yaddaş dəyərləndirilir, yəni maddi olan mənəvi olanın daşıyıcısına 

çevrilir. Babək, Çıraqqala və  Ərk qalaları  Vətənin polad sipəri, 

güclü səngərləri, çıraqlar isə onun görən gözləridir.  Şeirdə   

“bayquş”   obrazı      mənfi   emosiyanın   daşıyıcısıdır, müsbət 

emosiyanı təsirli aşılatmaq üçün əkslikləri qarşılaşdıran məcazdır: 

Yurdun qalasına bayquşlar qonar, 

Üstündə olmasa yurd oğulları. 

 

  



 

141


“Mənim  şeirim”  əsərində söz, şeir müsbət idealın 

qaynaqlarından olub, xalq, vətən varlığının poetik yaşantıları, əbədi 

ideya-fikir qaynağı kimi dəyərləndirilir. Sənətkar  şeirdə 

“Dərbənddən Təbrizəcən bütün Azərbaycanı ayağa qaldıran” 

qüdrət görür. Özünü sənətin həyatına qurban verməyə hazır 

olduğunu bildirir. Çünki bunda əbədilik, ölümsüzlük vardır. Maddi 

ölüm  şair nəzərində  mənəvi ölümsüzlükdür. Onun poeziyası 

azərbaycançılıq üçün “vüsalı, istiqlalı alqışlayan tərənnüm, iftixar 

və şərəfdir”. 

“Yaxşı ki, bu yurdun balasıyam mən” (1978) əsərində 

X.R.Ulutürk Vətən, xalq haqqında o qədər düşünür ki, başından 

Bayron olmaq havası keçir. Bir zaman Bayron Ellada torpağını 

özünə məskən elədiyi kimi, şair ruhu da Azərbaycanı özünə yurd-

yuva bilir. O, başqa diyarlar həvəsində deyil. “Qanadlı çinarlar 

kimi ömrün çovğunuyla vuruşlarda” olan şair “yaxşı ki, bəxtimə 

düşdü bu ölkə, yaxşı ki, uzaqda mən doğulmadım”, - deyə düşünür. 

Sənətkar fikirlərini təzadlar, bənzətmələr üzərində qurur, təzadlar 

içərisindən Azərbaycanı görür: 



Səni tərk eyləmək fərarilikdir, 

Döyüş meydanımsan Azərbaycanım. 

Qara tikanın da gül ətri verir, 

Sənin daşlarındır ləlim, mərcanım. 

 

 

 

(“Yaxşı ki, buyurdum balasıyam mən”) 

Azərbaycançılığın, dövlətçiliyin aliliyini təsirli, siqlətli ifadə 

etmək üçün sənətkar orijinal bənzətmələr yaratmışdır: 

Vətən dağ kimidir, övlad-şəlalə, 

Bu birlik, bu vəhdət əkiz doğulur. 

Nə qədər ucasa, möhtəşəmsə dağ, 

Şəlalə o qədər vüsətli olur.  

“Mən Azərbaycanam” (1979) şeirində psixoloji məqam doğma 

Təbriz radiosundan başlanğıc götürür. Vətən və Xalq epik təsvir və 

təhkiyə yönündən deyil, güclü lirik 

 

  


 

142


hissiyyatlarla gələn ideyalar şəklində  təcəssüm olunur. Burada 

sənətkar ruhunun ehtirasları, sarsıntı  və sevinc emosiyaları 

poetikləşdirilir.  Şair dərdinin, kədərinin səciyyəsi fərdi deyil, 

Vətənə məxsus olan müqəddəs ictimai kədərdir. Biz şairin obrazlar 

silsiləsində qədim Albaniya, Turan müharibələri, Dumanlı Təbriz, 

Çənli Zəncan, Xiyabani, Doktor Ərani,  İsfahan, Beyləqanı  və 

Naxçıvan abidələrini - tarixi keçmişi ideya şəklində  xəyal edirik. 

Milli Azərbaycan kədəri tarixi nikbinlik işığında  əzəmətli təsir 

bağışlayır: 

Ey cahan, bir daha sən məni dinlə, 

Göz, könül dolusu hələ gülməyən, 

Min yol öldürülən, yenə ölməyən 

Əzəli, əbədi Azərbaycanam!  

“Sən hansı  cəbhədənsən” (1979) şeirində xalqın müəyyənliyi 

psixoloji-mənəvi məqamlarda görünür. Adamlarda özünü göstərən 

mənəvi naqislik nəticə etibarilə xalqa dəyir. İnsan yalan danışırsa, 

susmaq vacib olanda hay-haray qoparırsa, danışmaq lazım gələndə 

lal-kar olursa, xalqı üçün haqqına olanı demirsə, şair bunu mənəvi 

“qısırlıq”, “cəbhəsizlik” hesab edir. Müəllifə görə xalqına, 

torpağına yad baxanlarda milli hissiyyatlar, mənəvi dəyərlər 

korşalanda xalq unudulur. 

“Qayalar  şahid olsun” (1979) əsərində qayalar aləmini seyrə 

dalan, oxucu ilə  həsb-hal edən sənətkar mühakimələr yürüdür, 

vətənçiliklə vətənsizliyi qarşılaşdırır: 



Hesabla gör nə qədər 

Sözdə “Vətən” söyləyən 

Vətən dəyyusları var. 

Qoparaq dargözləri, 

Ataq ürəksizləri 

Silək məsləksizləri, 

Ölkənin ayağından, 

görək nə qalır onda,  

Xəlil Rza buqələmun tək rəng alanları, hörümçək kimi 

 


 

143


tor qurub qan soranları, yalnız kürsülərdən el dərdinə qalanları, 

təfəkkürü qotur olanları, “baş” sayılan başsızları, müasir 

müaviyələri,  şöhrət üçün vəzifə üstündə  əsənləri, rüşvətlə can 

bəsləyib pambıqla baş kəsənləri, xalqın sinə-sində xərçəng olanları, 

Vətən, millət adından kürsüyə dartmanları xalq içərisindən ayırıb 

oxucuya təqdim edir, “yurddaşın” mürəkkəb aləmini, naqis 

xislətini damğalayır. Belələrini “vətənbaz hərzələr, insanvari 

gürzələr” adlandırır. 

Bütün bunlara qarşı  şair Azərbaycan, Vətən idealını qoyur, 

xalqın mürəkkəb, ziddiyyətli psixoloji xüsusiyyətlərini emosional 

təzahür etdirir: 

Azərbaycan!  

 Köksümdə arzuların Xəzəri! 

Mənim gözümün zəri, ürəyimin atəşi, 

Gecəli-gündüzüm, yuxum! 

Həyəcanım və qorxum! 

 

 

 

Məhəbbətim və nifrətim! 

Görünməz yarasından 

 

  Araz 

uzunluğunda qan axsa da, 

Sarğısı açılmayan Vətənim! 

Hələ mərdi namərddən 

 

 

 

seçilməyən Vətənim!  

80-ci illərin əsərləri içərisində “Məndən başlanır vətən” (1983), 

“Azərbaycan” (1988), “Gəlir Böyük Azərbaycan” (1986-90) 

əsərləri azərbaycançılıq idealı, xalq taieyi, vətənçilik və xalqçılığın 

poetik ifadəsi olan əsərlər kimi xüsusi yer tutur. 

“Gəlir böyük Azərbaycan”  əsəri Azərbaycanın müstəqil 

dövlətçilik ideologiyası, xalqın gücü və  səbatının poetik 

təcəssümüdür. Bu qəbildən olan əsərlərdə şair xalq, tarix, azadlıq, 

müstəqillik məfkurəsini yaşatmaq və  uğrunda mübarizə aparmaq 

məramında müəyyənləşir: 



...Sən deyirsən: Gəmiriblər, sümürüblər 

Çox didilib, çox talanıb 

 

 

144


Dönə-dönə şaqqalanıb, 

Neçə yerə parçalanıb, 

Mən deyirəm: - Kül altında qalan qordu, 

Gözlərimdə yanan nurdu 

Yalnız Araz, ya Kür deyil, 

Ərzi qucan ekvatordu 

   

 

məmləkətim. 

...Sən deyirsən: - Havalanma! 

Kəmnəfəsdir, o kəmnəfəs 

Məndeyirəm: neçə-neçə uluslara 

  

öz qanını bağışlayan 

  

dahi millət ölə bilməz! 

 

 

 

(“Gəlir böyük Azərbaycan”) 

Xəlil Rzanin lirik-epiks) hissi-romantik təsvirlərində mənəvi 

birlik ideyası bütün millətə, hər vətəndaşa ünvanlanır, milli şüura, 

məfkurəyə doğru yönəlir, bütün insanları mənəvi axtarışlara 

səsləyir:

 

Mən yardıma səsləyirəm! 



   

Hər nəfəri, hər milləti,  

Hər fitnəni yuvasında haqlamalı!  

  

Yalnız mətbu sözləri yox,  

  

ürəkləri, şüurları, 

   

şüuraltı düşüncəni yoxlamalı!  

Millətləri udmaq üçün gizli nəşə çəkənləri  

  

rüsvayçılıq divarına,  

  

boş məzara mıxlamalı!  

Xəlil Rza Azərbaycanı başqa ruhda təsəvvür edir. Azerbaycarı 

Məsləki onun İdealıdır. O, əmindir ki, cəsurluğu və qəhrəmanlığı 

ilə Azərbaycan Dövlət müstəqilliyini əldə edəcək və dünya 

meridianlarına qovuşacaqdır:  

Bu məsləkin havasıyla  

  

yaşa dolur Azərbaycan!  

Zirvələrdən üzü bəri  

   

gəlir məğrur Azərbaycan!

        

 

 

gəlir cəsur Azərbaycan! 


 

145


   

 

 Nur və büllur Azərbaycan!  

Dar: gözlərin görmədiyi 

   

 

Tamam yeni Azərbaycan!  

Varlığımda od yerinə 

   

 

gəzən qanım Azərbaycan!  

Acgözlərə, zalimlərə 

   

 

yağı, qənim Azərbaycan!  

Ey yol kəsən, çəkil, rədd o l! 

   

 

Açır yolu Azərbaycan!  

Böyük, ulu Azərbaycan!  

Mənim canım kibi dəli, 

   

 

Dəli-dolu Azərbaycan!  

Köhlənimə çata bilər kimin atı 

   

 

Gözlərimdə ulduzlanır Azərbaycan  

 

  kainatı!  

Şair yeni zəmanənin, təzə dünyanın doğuşunda xalqla şəxsiyyət, 

sənətkarla xalq arasında tamliq, vəhdet təsəvvür edir: 

Qupquru zoğlar içindən 

   

 

qalxır cavan Azərbaycan!  

   

 

yaşıl fidan Azərbaycan!  

Sən mənə bax, ora baxma, ey yarımcan!  

   

 

Mən özüməm yeni era,  

 

  tamam 

yeni 

Azərbaycan!  

Xəlil Rza Ulutürkün poetik təfəkküründə milli özünüdərklə 

bağlı ideya-fikir qaynaqları zəngindir. Biz bütün bunların 

təfərrüatlarına varmadıq, önəmli görünən xüsusiyyətlər üzərində 

dayandıq. Məqsəd şairin yaradıcılığındakı  milli şüur,  məfkurə,  

türkçülük,  azərbaycançılıq, xalqçılıq, vətənçilik ideyalarını 

aşkarlamaq və onların tarixi əhəmiyyətini göstərmək olmuşdur. 

Xəlil Rza Ulutürkün adı Azərbaycanın milli azadlıq hərəkatı 

tarixi ilə möhkəm bağlıdır. Həmin hərəkatın bədii ifadəsi onun 

yaradıcılığında da güclüdür. Xəlil Rza poeziyası birdən-birə 

kamala dolmamış, çətin təkamül yolu keçmişdir.  

 


 

146


Bu səbəblən də  sənətkarın yaradıcılığında ictimai-siyasi lirikanın 

keçib gəldiyi yola və poetik xüsusiyyətlərə diqqət yetirmək zərurəti 

vardır. 

  

1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə