AZƏrbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2.47 Mb.
PDF просмотр
səhifə7/20
tarix10.06.2017
ölçüsü2.47 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   20

II FƏSİL 

SAİRİN POEZİYASINDA MİLLİ AZADLIQ 

HƏRƏKATININ ƏKSİ 

 

2.1. İctimai-siyasi lirikasının təkamülü və fərdi 

müəyyənlik xüsüsiyyətləri 

 

Xəlil Rza bədii yaradıcılığa XX əsrin 40-cı illərinin sonlarından 



başlamışdır.  Şairin arxiv sənədlərində ilk mətbu  əsəri 1948-ci il, 

“Kitab”  şeiri (“Pioner>” qəzeti) göstərilir; Lakin həmin ildə 

“Pioner” qəzetində şairin “Abşeron” şeiri dərc edilrnişdir. Şair 50-

ci illərdə “Qatar gedir” (1951), “Budapeştdə heykəl” (1951), 

“Müqəddəs yol” (1952), “Böyük günlər bayramı” (1953), 

“Radionu dinlərkən” (1954), “Həyat düşüncələri” (1954) şeirlərini 

yazmışdir. Həmin nümunələrdə patetik intonasiya (xitablar, 

emfatik vurğular) güclü olub, obrazlılıq, obyektə psixoloji 

münasibət azlıq təşkil edir. “Şərqin gozləri” (1956), “Şairin 

cavabı” (1956), “Bəzənin, a qızlar”(1961), “Böyük günlər 

bayramı” kimi ictimai-siyasi şeirlərdə  ənənəvi motivler, emfatik-

məntiqi vurğular, III şexslə bağlı olan münasibətli, məsnəvi 

üzərində qurulan epik-lirik tehkiyə görünən xüsüsiyyətlərdir. 

60-cı illərdə dünyada baş verən ictimai-siyasi hadisələr, azadlıq 

hərəkatları milli ədəbiyyatlara xəlqi-bəşəri dəyərlər gətirmiş, 

poeziyada bədii keyfiyyət dəyişiklikləri doğurmuşdu. “Altmışıncı 

illərin  şeirlərində üslub polifonizmi xüsusilə diqqəti cəlb edirdi. 

Fərdi üslublar get-gedə püxtələşir, poeziyada rəngarənglik 

yaradırdı... Zamanın yeni inkişaf meyllərini, onun aparıcı 

tendensiyalarını da altmışıncı illərdə yazıb-yaradan  şairlər eyni 

üsulla qəbul edə bilməzdilər” [317, s,6]. Xəlil Rzanın “Mən”i daha 

tez”«özümləşdi”; Xəlil Rza Afrika, Amerika, Avropa hadisələrinə 

üz tutanda daha çox milli “Mən”ini,  şüur və  məfkurəsini 

düşünmüşdür. Günün adilikləri mövzüsünda 

  

 


 

148


yazılmış  şeirlərdə belə ictimai (siyasi) məzmun və  məna özünü 

ciddi təzahür etdirmişdir, 60-cı illərdə yazılmış “Mərmi” (M.Araz), 

“Soyuq olun, insanlar”, “Hind masalı” (R.Rza), “Bizim əsr”, 

“Qorunun” (C.Novruz), “Raketlər keçir” (N.Həsənzadə), “Şim-

sim, qapını aç” (S.Rüstəmxanlı), “Tapılmaz” (M.İsmayıl), “Daşa 

düşər” (F.Qoca), “Fikir qanadlarım” (B.Vahabzadə) və 

başqalarında ictimai-şiyasi ideya-məzmun qabarıq əks olunmuşdur. 

60-çı illərin poetik axtarışları X.Rza idealının mənbələrini 

əsasən aydınlaşdırmış, türkçülük, Vətənçilik, azadlıq, istiqlalçılıq 

ideyalarını  təzahür etdirmişdir. “Atrikanın səsi” (1960) (sonralar 

“Şairin  şəsi”, “Azərbaycanın səsi”, “Xalqımın səsi”, “Mənim 

səsim”)  şeirində azadlıq ideyasının məna, tutumu, onun poetik 

intonasiyası, ifadə vasitələri, bəşəri “Mən” güclü inikas 

olunmuşdur,  



Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,  

Qolumdakı zəncirləri qıram gərək,   

   

 

 

Qıraml   

   

 

 

 

Qıram!  

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi  

İstəyirəm Səma kimi, 

  

Günəs kimi, 

 

   Cahan 

kimi! 

 

Çəkil!  

   

Çəkil, ey qəsbkar! 

   

 

Mən bu əsrin gur səsiyəm!  

Gərək deyil sısqa bulaq! 

   

 

Mən ümmanlar təşnəsiyəm!  

Lirik qəhrəman  əzmi, qətiyyəti, inam və mübarizəsi, dünya, 

günəş,  şəma boyda olan Azadlıq idealı ilə  Xəlil Rza poeziyasına 

bəşəri məzmun gətirmişdir. B.Vahabzadə  təsadüfi yazmırdı ki, 

“Afrikanın  şəsi” adlı  yığcam bir şeirdə yalnız Afrika xalqlarının 

deyil, öz azadlığı  və istiqlalı  uğrunda ayağa qalxan və 

müştəmləkəçiliy fa- 

  


 

149


şizmin hər cür təzahürünə qarşı barışmaz mövqe tutan, 

imperializmin buxovlarını  qıran bir sıra ölkələrin rnübarizə  əzmi, 

üsyankar ruhu çox sərrast və qüvvətli ifadə olunmuşdur” [310, s.3]. 

Həmin illərdə B.Vahabzadə “Sökün çəpərləri” (1965), R.Rza 

“Lüban oğlu Şəkib (1967), “Vyana xatirələri”, C.Novruz “Zamanın 

səsi”,  Ə.Cəmil “Kuba vətənpərvərlərinə”, N.Həsənzadə “Fələstin 

nəğmələri” şeirlərini yazmışdı. 

60-cı illərde Xəlil Rza yüzlərlə  əsər yazmış, üç kitab çap 

etdirmişdir (“Məhəbbət dastanı”, “Mənim günəşim”, “Qollarını 

geniş aç”). 

60-cı illərin poeziyasında motiv əlvanlığı güclü olmuş, başlıca 

mövzular dostluq, təbiət, ana, ata, ocaq, torpaq, xəzər, vəten, 

vətəndaşlıq, beynəlxalq Cənubi Azərbaycan və müharibə ilə bağlı 

olmuşdur. Ümumən “Müasir şairlərin lirikasında özünəxas, orijinal 

yazı manerası, üslubu, deyim tərzi, hadisəyə, fakta, obyektə 

münasibət, estetik duyum, zövq və idrak baxımı mövcuddur... Lirik 

şeirin gözəl hər cəhətdən mükəmməl nümunələrində yeni ruh, yeni 

fikir, məna və məzmun, forma yeniliyi, bədii tamlıq, emosionallıq 

müşahidə olunur, müasir insanın istək və arzuları: onları 

düşündürən ictimai-fəlsəfi, etik-əxlaqi məsələlər ön plana çəkilərək 

məhəlli, məhdud tərzdə deyil, ümumiləşdirici, bəşəri bir əhatə  və 

vüsətlə bədiiləşdirilir” [22, s.333]. 

Xəlil Rza fərdi  şüuru oyatmağa və  fəallaşdırmağa psixoloji 

məqamlardan başlamışdır. 70-80-ci illərin poeziyasında aparıcı 

bədii keyfiyyət olan psixoloji-mənəvi məqamların poeziyası 

mənbəyini  əslində 60-cı illərin ilk nümunələrindən tapmışdır. Bu 

baxımdan “Nifrətim var” (1960), “And içirəm” (1962), “Şəlalə 

kimi” (1962), “Ermitaj və Avrora”, “Ürək qızıl gülə  bənzər” 

(1962),  Əyilmə” (1962), “Qonaq cağırıram bəşəriyyəti” (1963), 

“Vəzifə” (1967), “Mən  Şərqəm” (1968), “Bir dostun öyüdü” 

(1968) şeirləri səciyyəvidir. Nümunələrdə mövc- 

  

 



  

 

150


ud mühitə qarşı etiraz motivləri aşkarlanmağa başlamışdır. Onun 

müharibələrə etirazı  həm də  məhkum millətin istismarçı 

imperiyaya qarşı etirazları anlamındadır: 

Qalsan belə susuz, ac, 

Yavan çörəyə möhtac, 

Boğazına ilan tək

Sarılsa da ehtiyac, 

Ehtiyac ürəyini 

Köksündən qoparsa da, 

Odu, suyu, havanı, 

Evindən aparsa da, 

Ağız açma namərdə! 

Ürəyində dərd, yaşa. 

Sən insansan! Əyilmə! 

Yoxsul yasa. 

   

 

Mərd yaşa. 

 

 

 

 

(“Əyilmə”) 

“Vətən, ya ölüm” (1960 - 1962) şeirinin mövzusu Kuba 

xalqının azadlıq mübarizəsindən, “Kürd şairinə  məktub” (1963) 

şeirinin movzusu isə kürd xalqının həyatından alınmışdır. Kuba 

rəhbəri F.Kastronun eyni adlı fikrini (Vətən, ya ölüm!) şeirə başlıq 

verən  şair beynəlxalq mövzu və motivlərə keçid etmiş, həyat və 

bədii təzadı əsas götürərək, azadlıq ideyasını, əslində milli olanı - 

öz inam və idealını fərdiləşdirmişdir: 



Basılarmı, söylə heç 

Qız-gəlini, anası, 

Hər mahnısı, laylası silahlanmış bir Vətən?! 

Dinlə, qəlbimdən qopan bu alovlu sözləri: 

Haqqa güvənənlərin yerə gəlməz dizləri! 

- Vətən, ya ölüm dedin. Budur məramın! 

   

 

 

 

 

Ancaq 

Ölüm - düşmənimizin, Vətən - sizin olacaq!  

Xəlil Rzanm poetik “Mən”i lirik qəhrəmana keçidini də 60-cı 

illərdən: “Mənim şeirim” (1962) və “Əbədi mə- 


 

151


şəl”dən (1963-1964) alır. Sənətkarın yaradıcılığında sakit, təmkinli 

görünən lirik “Mən” tərənnümə, vüqar və  əzəmətə uyğun olaraq 

“böyüyür”, “qəhrəmanlaşır”. Akademik M.Arif demişkən, “Mən, 

biz, bütün dünya bir adamın sinəsində çarpazlaşır və  bəşəriyyətin 

səadəti naminə qüvvətli, coşğun, ehtiraslı bir ürək kimi vurur. 

Arxayınlıq, ictimai laqeydlik, meşşan istirahəti demək olar ki, 

lirikamızın qəhrəmanına yaddır. Bu qəhrəman narahatdır. Onu 

“dünyanın dərdi, torpağın ağrısı yatmağa qoymur” (R.Rza), o “tək 

özü üçün yaşamaq istəmir” (C.Novruz), o, ən böyük səadəti - 

ömrünü xalqa verməkdə, bəşər səadətində görə bilməkdə, zəhməti 

ilə ölkəsini sevindirməkdə axtarır. X.Rza deyir: 

Bu dünyaya, 

Bu xalqa verə bilsəm ömrümü, 

Bəşər səadətində görə bilsəm ömrümü 

Zəhmətimlə sevinsə vurulduğum məmləkət, 

Mənimçin ola bilməz 

Bundan böyük səadət. [12, s. 77]  

Lirik qəhrəmanın cəbhəsi, məramın səngəri  əslində, amalı, 

idealı hazırlayır, bu amalda Vətən eşqi, əxlaqı və istiqlalı bəklənir. 

Vüsal şair poeziyasının istiqlalıdır: 



Həyatımı verərəm 

Bircə sənin yolunda, 

Sənin özünü isə 

Bu Vətənin yolunda! 

Ürəyimin aynası, 

Qəlbimin amalısan. 

Mən öləndən sonra da 

Məni yaşatmalısan! 

Mənim şerim vüsalı, 

İstiqlalı alqışlar. 

Şerimin davamıdır, 

Salondakı alqışlar! 

 

 

 

 

(“Mənim serim”) 

  


 

152


 

“Mənim gözlərimdədir paytaxtımın vüqarı” deyən lirik 

qəhrəman Azərbaycandan güc  alır,  vüqarlanır.  O, keçmişimizlə, 

tariximizlə  vəhdətləşir, mənəvi təzad və varislik onu azadlıq 

hərəkatına doğru hazırlayır:  

Ürəyimin kədəri, 

  

ürəyimin qüruru – 

Al günəşin doğması, 

  

al günəşin qürubu.  

Qürurum, iftixarım 

  

boğur kədərimi.  

Mənə nişan verərək 

   

əsrlər dalındakı  

   

qızıl səhərlərimi,  

Boğur kədərimi! 

 

 

 

 

(“Əbədi məşəl”)  

Lirik qəhrəmanı yetişdirən ictimai-siyasi mühitdir: “Lənət 

dedim dövrana, nifrət dedim dövrə  mən!”. O, həqiqətlə yalanı, 

ədalətlə  ədalətsizliyi, haqla haqsızlığı özü 'üçün dərk etməyə 

çalışıx - təbiətdən öyrənir. Ondakı ahəngi, harmoniyanı cəmiyyətdə 

görmür - təzadlar təbii olaraq, lirik qəhrəmanda etiraz, inkar 

mövqeyi formalaşdırır. Prof. T.Hacıyevin qeyd etdiyi kimi, 

“şeriyyəti duymaq, təbiəti və  cəmiyyəti poetik mənalandırmaq 

üçün şair ürəyi ilə gördüyü kimi, ürəyi ilə eşidir də. Sərrast görmə 

qavrayışı  və  eşitmə rezonansları onun poeziya dünyasının 

rənglərini və melodiyasını torpaq günəş  şüalarını  və suyu udan 

kimi özündə  cəmləşdirir. Onların bərəkət məhsulu dil 

materiyasından və şeir şəklində oxucuya təqdim olunur. Bu təqdim 

olunan poeziyada oxucu və bədiilik adlandırılan psixoloji hadisə - 

tərənnümün sərəncamında olur” [92, s.65]. 

Lirik qəhrəmanda inam və  qətiyyətin başlanğıc götürdüyü 

mənbə əbədiyyətdir: 

Sən elə bilmə ki, köçdüyüm zaman  

Dünyadan bir yolluq köçəcəyəm mən. 


 

153


 Bir dəfə ölüncə, 

   

 

bəlkə min dəfə  

Ölümü tapdayıb keçəcəyəm mən! 

 

 

 

 

(“Həyat düşüncələri”) 

Sülh, demokratiya, milli-azadlıq uğrunda mübarizə  hərəkatı 

şairlərə  əhəmiyyətli mövzular verirdi. Həmin mövzularda milli 

istiqlalın, demokratik nailiyyətlərin qorunub-saxlanılması  və 

beynəlxalq imperializmin ifşası  əsas ideya idi. “Mübariz çağırış 

ruhu R.Rza, B.Vahabzadə, B.Azəroğlu, S.Tahir, Ə.Tudə, Ə.Kərim, 

N.Həsənzadə və başqa şairlərimizin poeziyasında diqqəti cəlb edir. 

Bey-nəlxalq mövzularda yazılan  şeirlərin mübarizlik ruhunu və 

təsir qüvvəsini artıran cəhət odur ki, şairlərimiz bu mövzunu çox 

geniş  mənada başa düşür, bütün dünyada milli azadhq hərəkatı 

məsələlərinə  nəzər salır, hər hansı bir ölkədə azadlıq uğrunda 

imperializmə qarşı aparılan mübarizəni bütün mütərəqqi 

bəşəriyyətin gələcək taleyi üçün mühüm hadisə kimi 

qiymətləndirir, xalqların azadlığı üçün canlarından keçən 

qəhrəmanları  tərənnüm edir, onların bədii obrazlarını yaradırlar” 

[4, s.87]. 

S.Vurğunun “Zəncinin arzuları”, “Avropa xatirələri”  şeirlər 

silsiləsinin ənənələri ilə başlayan beynəlxalq mövzu O.Sarıvəllinin 

“Sadəcə suallar”, “Ana”, “İqlimdən-iqlimə” silsiləsi, “Misirli 

qardaşlar”, R.Rzanın “Zənci balası Villi haqqında ballada”, “Si-

Au”, “İnqalesyo”, M.Dilbazinin “Əlcəzairli qız”, B.Vahabzadənin 

“Vyetnam balladası”, B.Azəroğlunun “Berlin”, “Sərhəd»”, “Eşidin 

dünyanın səsini”, “Elə  oğul istəyir Vətən”,  Ə.Cəmilin “Kuba 

vətənpərvərlərinə”, M.Arazın “Nobel mükafatı”, S.Tahirin “Yer 

kürəsi”, “Cavab versin tarix mənə”, C.Novruzun “Qərbi Berlin”, 

“Yox, Hitler ölməyib”, F.Qocanın “Salam, Vyetnam”, “Xose Risal, 

T.Bayramın “Los-Anceles matəmi”, P.Qəlbinurun “Ərəb qardaş”, 

“İçimin işığı”, Sabir Rüstəmxanlının “Bütövlük” və 

  

 

  



 

154


başqalarının  əsərləri Vyetnam, Kuba, Qrenada, Fələstin, Koreya 

xalqlarının həyatı ilə bağlı olsa da, milli şüuru ehtiva edən 

xüsusiyyətlərlə güclü idi. Həmin silsilədən Xəlil Rza Ulutürkün 

“Vətən, ya ölüm” (1960-62), “Afrikanın səsi” (1960), “Vyetnam”, 

“Vətən, ya ölüm”, “Prezident kabinəsi”, “Qrenada, Qrenada”, 

“Rədd olun Vyetnamdan, ey qəsbkarlar” (1966-68), “Sofiyada 

festifal”, “Qəzəb marşı”  əsərləri də diqqəti cəlb edirdi. 

O.Sarıvəllinin “Sadəcə suallar” əsərində koreyalıların 

istiqlaliyyətini qoruyub saxlamaq mübarizəsi ifadə olunurdusa, 

X.R.Ulutürkün “Qəzəb marşı”nda Vyetnam xalqının beynəlxalq 

imperializmə qarşı mübarizəsi və onu ifşa başlıca bədii keyfiyyət 

idi. 


Asiya, Afrika xalqları oyanmışdır. Milli şüur və özünüdərk 

onları  məfkurə  uğrunda mübarizəyə qaldırmışdır. Dünyanın 

azadlıq  şairləri müstəmləkəçiliyə, beynəlxalq imperializmin 

işğalçılıq siyasətinə  qəti etiraz edirlər. Amerikanın sənət adamları 

Koren Lindsey, Georqakas, - Robert Blay, Olqa Kibrek, Davud 

Reyn və başqaları xalqlara qarşı yönəlmiş cinayətlərə etiraz edir, 

müstəmləkəçiliyi pisləyirlər. Amerikanın Uoll-strit küçəsini etiraz 

dalğaları bürüyür, tələbələr hərbi nazirlikdə biletlərini cırır, 

oğulları Vyetnamda həlak olmuş analar, rahatlıq is-təyən sadə 

amerikalılar “Ağ Evin qapılarını  lərzəyə  gətirir, Pentaqona 

tüpürürlər. Bu qəzəbin qarşısında Vaşinqton dayana bilmir, buna 

görə  də “polislərin ilanvari dəyənəyi, gürzə gözlü süngüləri, qazı 

və  zəhərləri” işə düşür. Fatehlər və  qəsbkarlar hər cür azadlığı 

yerində boğmağa çalışırlar. 

Vyetnamda gedən döyüşlər neçə-neçə amerikan əsgərini ölümə 

aparır, “hər tabut öz anasını taparaq, onların ağ geyimli libaslarını 

qaraya döndərir”. Hər bir Vyetnam əsgəri məsləkindən dönmür

illərlə mübarizə aparıb, azadlıq tələb edir. X.R.Ulutürk “Vyetnam”, 

“Vyetnam qızı Xanoy bala” şeirlərində eyni ideya motivlərini oriji- 

  


 

155


nal poetik formalarda davam etdirərək Vyetnamın birliyinə,  ərazi 

bütövlüyünə  əminlik ifadə edir. Şair bu əsərlərdə  sətiraltı, 

mətnarası olaraq öz millətinin, torpağının da taleyini düşünür. 

Şairin inamı belədir, “Vyetnamdan böyük Vyetnam torpağın 

altındadır”: 

Nə napalm bombası, nə kərtənkələ tanklar, 

Heç nə qıra bilmədi Vyetnam iradəsini. 

Onlar yer altında da vahid yurdu qucaqlar 

Öpərlər məmləkətin bütöv xəritəsini. 

 

 

 

 

 

(“Vyetnam”)  

60-cı illərin Afrika ölkəlerində gedən siyasi hadisələrə də ciddi 

münasibət bildirilmişdir. X.R.Ulutürk “Afrikanın səsi”, “Afrika” 

şeirlərində  həmin hadisələrə öz içindən baxır,  şairin milli 

özünüdərkində  bəşərilik, dünyəvilik mahiyyəti poetik tapıntılarla 

inikas etdirilir. Sənətkar Afrika həyatının ictimai-siyasi 

mənzərəsini, mübarizlik əhval-ruhiyyəsini orijinal mənalandırır: 

Afrika qitəsi - nəhəng bir ürək, 

Min il Avropaya qan axıtdı, qan. 

Böyük səhradakı yad tələsini 

Bu gün parçalayır qaradöş aslan! 

   

 

 

 

(“Afrika”)  

“Qəsbkarlar” (1966) şeirində şair mühakimələr  

  

yürüdür və məntiqi qənaətlərə gəlir: 

Dağlar bəlkə yaranmış xalqın sinə dağından, 

Torpağın zülm əlində naçar sıxılmağından! 

Görən neçin ucalmış hu bahadır qayalar? 

Bəlkə əcdadımızın qalxanıdır qayalar!  

Xlil Rzanın təsvirlərində mühakimələr, qənaətlər Qobustan 

qayalarma həkk olunmuş yazılardan - eramızın birinci əsrində 

Roma imperiyasının XII legionundan, imperator Domisian, Sezar, 

Avqust, Germaniskin dövründən, Lutsi, Yuli və Maksimdən baş 

alıb gəlir.  Şair Romanın fatehlik ehtiraslarınan etiraz edəndən 

sonra ərəblərin, Avropa və Amerikanın Azərbaycan neftinə olan  


 

156


iştahalarından söz açır, Vişşau, Denstervil və başqalarının mənfur 

adlarını xatırlayır: 



XXəsrdə bir az başqalaşıbdır 

fatehliyin növləri, 

İndi fatehlər ancaq sərvət

sovqat aparmır. 

Mənəviyyat aparır. 

Vətən nemətimiz bir, 

   

 

Vətən duyğusunu da  

Şüurlardan qoparır! 

   

 

Ürəklərdən qoparır!  

Müstəmləkə xərçəngi 

 

  kök 

atır vicdana da  

Virus kimi işləyir 

 

  iliyə də, qana da. 

(“Qəsbkarlar”)  

Şairin ümumiləşdirmələri  əhatəlidir. O, Formoza, Qana, 

Kanada, Konqo, Ərəbistanda qəsbkarların törətdikləri qırğınları 

yada salır. XX əsrin qəsbkarlığına bir qədər mədəniyyət və modern 

gətirildiyini təsvirdən yayındırmır, saxta təbəssümləri və milli 

satqınları da təsvir edərek hökm çıxarır: 

Nə yamandır şüurda, idrakda müstəmləkə  

Başına sığal çəkə, sərvətinə süpürgə.  

“İmperialistlər illərlə  əsarətdə saxladıqları Asiya və Afrika 

xalqlarını “mədəniləşdirməyə”, “müasirləşdirməyə” çalışmışlar. 

Müstəmləkəçilər həmin xalqların milli mənliyini, orijinal simasını 

məhv etməyə, onların içərisindən kölələr yetişdirməyə,  ədəbiyyat 

və incəsənətlərinin milli cizgilərini yoxa çıxarmağa can atmışlar. 

Bunun nəticəsidir ki, “hazırda Afrika xalqlarının  əksəriyyətinin 

ədəbiyyatı öz ana dillərində yox, əsasən yeddi Avropa dilində 

təşəkkül tapmış  və inkişaf etmişdir. Yalnız indi-indi Afrika 

yazıçılarının bəziləri ana dillərində də yazıb-yaratmağa, öz dillərini 

də inkişaf etdirməyə çalışırlar” 

  


 

157


[97, s.69]. Şair Koreya, Almaniya, Vyetnam kimi 

məmləkətlərdəki parçalanmanı, assimilyasiya siyasətini ifşadan 

sonra məramını poetik şəkildə açıqlayır:  

Bu dərdlər dünyasında 

öz qübarını var mənim:  

Azərbaycan dilində 

Hələ təzə dil açan Şəhriyarım var mənim.  

Şairin qənaəti belədir: XX əsr başqalaşmışdır, qəsbkarlar  əsri 

deyildir, “Beş milyard insanlığın yumruqları  sıxılır”. Həmin 

qənaətin bədii ifadəsi “İki ərəb, iki yol” (1977) şeirində də davam 

etdirilmişdir.  Şeir  ərəb xalqının  İsrail ilə olan mübarizəsinə  həsr 

olunmuşdur. Bir ərəb başçısı “Mersedes”inə  əyləşib Təl-Əvivə 

yollanır. Oradan da “Misir-eyr” təyyarəsinə minib xalqını, 

torpağını  tərk edir. Sanki o, “pəncərədən dirsəyini göstərir öz 

xalqının tələbinə”. Trapa ayaq qoyan kimi “şimşəklər  şaqqıldadı, 

göylər topa tutuldu, buludlar leysan tökdü, yer, göy silkələndi. 

Dörd motor var səsiylə getmə - dedi, ciyəri kabab olan böyük şəhər 

getmə - dedi, günbəzindən göz yaşları sel-sel olan göy məscidlər, 

ahu-fəğan sükututək göyə qalxmış minarələr, yatağında qəzəbindən 

ləngər vuran qocaman Nil, həyat işığını yenicə nuş etmiş palmalar, 

bananlar, Sina vadisində yad təyyarə od tökəndə balasını qapıb 

qaçan analar, tarix qədər qoca Xeops, Əbülhövl eh-ramları da ... 

getmə, - dedi:  

Getdi. 

Dal çevirdi doğmalara, yadlar onu pişvaz etdi 

üzəvari bir hörmətlə.  

Bilmədi ki, bu görüşlər, əlsıxmalar 

yalançı bir nəzakətdir. 

Özünkündən uzaqlaşma, özgələrə yaxınlaşma 

fəlakətdir.  

Şair milli mövqeyini büruzə vermək üçün satqın ərəb başçısma 

qarşı yeni dövlət başçısmı, zirehli yumruğunda şığıyan bir bayrağm 

iradəsi, inadı olan qətiyyətli və ləya- 

  


 

158


 

qətli Yasir Ərəfatı qoyur, millətçilərə ibrət dərsi götürməyi təlqin 

edir. “Qrenada, Qrenada” şeirində isə 80-ci illərdə  qəsbkarların 

dünyanı yenidən silkələmək cəhdlərini pisləyir. Etiraz edir ki, 

dünyanı tutan, dişlərindən qan daman yırtıcıların quduz tamahları, 

1   2   3   4   5   6   7   8   9   10   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə