AZƏrbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2.47 Mb.
Pdf просмотр
səhifə9/20
tarix10.06.2017
ölçüsü2.47 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

haqsevərlik duyğusunun zaman keçdikcə cəmiyyətdə öz antipodları 

ilə toqquşması və təslim edilməsi sayəsində başa gəlir. Bəli, məhz 

təslim edilməsi!” [285, s.6]. 

X.Rzanın təbiətində yaranan sərtlik və etirazlar ilkin olaraq

təbiətdən ruhuna işləyir, onu düşündürürdü. Lirik qəhrəman 

təbiətdən öyrənə-öyrənə, görüb götürə-götürə böyüyür. “Bir dəstə 

çiçək” (1961), “Şəlalə kimi” (1962), “Ürək qızıl gülə  bənzər” 

(1962) şeirlərində olduğu kimi: 

 

Şəlalə - dağların mərd övladıdır.  



Qır bütün sədləri! 

Şəlalə tək qır!  

İldırım - buludun, 

tufan dənizin, 

  


 

170


Cəsarət - ürəyin istedadıdır! 

(“Şəlalə kimi”)  

Lirik qəhrəman qürur və əzəməti də təbiət gözəlliklərindən alır 

(“Ən böyük səadət”. “Dağlara qalxıram”, “Bir dəstə çiçək”, 

“Sonsuz qüvvət”, “Çətin gün”):  



Fikrim - dağ qartalı,  

hissim - asiman. 

Elə bil dünyaya hökmdaram mən.  

İstəsəm, yapışıb bir sal qayadan  

Dağları ovcumda qaldırıram mən. 

(“Dağlara qalxıram”)  

Lirik qəhrəman öz müəyyənliyini hələ ki mücərrəd, ümumi 

ideyaların, etirazların ifadəsində görür. Özünü axtarışdan 

özünütəsdiqə doğru yol götürür:  



Bu dünyaya, 

bu xalqa verə bilsəm ömrümü,  

Bəşər səadətində görə bilsəm ömrümü, 

Zəhmətimlə sevinsə 

vurulduğum məmləkət,  

mənimçün ola bilməz 

bundan böyük səadət! 

(“Ən böyük səadət”)  

Şairin məhəbbət, qəhrəmanlıq və azadlıq ruhunun qaynağı da 

ata yurdu, ata ocağıdır. “Doğma ev” (1960), “Analar” (1960-61), 

“Mənim övladlarım” (1962), “Oğlum Təbrizə” (1964), “Anam 

ocaq qalayır” (1965), “Oğullar gərəkdir Azərbaycana” (1966), 

“Anam layla çalır” (1966), “Oyatmağa qıymaram” (1967), 

“Oğullarıma” (1967), “Atanın  şer dəftərindən” (1968), “Yatır gül 

balalarım” (1968), “Üzü nurlu anam mənim” (1969), “Qollarım 

üstündə” (1969), “Sərvətim” (1969) “Balalarım” (1970), “Gizli 

iftixar”, “Səadətim” (1970), “Rzam üçün”, “Ata ev tikir”, “Biz 

gəldi-gedərik, Vətən  əbədi” və başqaları  həmin mövzudadır. 

Məhəbbət, qəhrəmanlıq və azadlıq ruhunun qaynaqları 50-ci  

illərin  şeirlərindədir 


 

171


“Mənim ata yurdum, ata məskənim” (1957-58), “Ata işdən 

gələndə” (1958), “Zəfər çələngi” (1958), “Ata əlləri” (1959), 

“Sırıqlı” (1959), “Miras” (1959), “Ay ana, yanımda olaydın 

mənim” (1959). Nümunələrdə  əsas ideya yurd sevgisi, valideyn-

övlad məhəbbəti, Azərbaycana və dünyaya olan eşqdir. 

“Doğma ev” şeirində (1960) “təndirinin yanar daşına belə 

bağlanmış” lirik qəhrəman ata ocağından atəş alır, könlü mehr-

məhəbbətdən isinir, onun ürəyi daşında, torpağındadır, vətən 

hissinin qaynağı da oradadır. Lirik qəhrəmana görə dünyaya gedən 

bütün yollar öz başlanğıcını ata ocağından götürür: 



Dünyada heç səni anmayan varmı, 

Dolansın deyirəm boynuna qollar. 

Sənin astanandan başlanmayırmı 

Böyük dahilərin açdığı yollar? 

(“Doğma ev”)  

Lirik qəhrəman doğma evi tərənnüm etmir; onu ağ-qara, yaxşı-

pis, xeyir-şər, sevinc-kədər “rənglərində” tapır.  İctimai təzadların 

mənbəyini də doğma yurdda görür: 



Sən çox dinləmisən şerin səsini, 

Nəsibin gah sevinc, gah da ah olub. 

Sənin pəncərənin ağ pərdəsini 

Titrədən “Şur” olub, Çahargah olub. 

(“Doğma ev”)  

Lirik qəhrəmanın  nəzərində    məskunlaşdığı  ev yer kürəsinə 

qədər böyüyür; belə “böyümə” onun azadəlik ruhundan irəli gəlir: 

Lifti hey səslənən saraylar kimi, 

Nə olar deyilsən yüz mərtəbəli. 

Bu yer kürəsinin özü deyilmi, 

Sənin daş bünövrən, polad təməlin. 

(“Doğma ev”) 

“Analar”, “Anam layla çalır”, “Anam ocaq qalayır”, “Üzü nurlu 

anam mənim” şeirlərində lirik qəhrəman təf- 

  


 

172


silata varır, analar əhval-ruhiyyələrinə  qədər bədiiləşdirilir 

(inqilabçı, vətənpərvər, azadxah anası  və s.), “ata ocağında təkcə 

odun yox, həm də anaların od kimi yan-maları” mənalandırılır. 

Şair, lirik qəhrəman həmin anaları övlad istəyi ilə  tərənnüm edir; 

“dərdlərinin atəşi soyumadığından” da mütəəssir olur. Lakin həm 

də “sevinci dustaq olan” belə analar “kədərindəki azadlıqdan” 

təskinlik tapır. Şair müqəddəs ana kədərindən, Vətən dərdindən söz 

aça-aça, təzadlar aləmindən öz idealına, milli azadlığına boylamr. 

Lirik qəhrəmanın övladları da ata yurdundan, ata ocağından güc 

alır. “Oğlum Təbrizə”, “Mənim övladlarım” (1962), “Oğullarıma” 

əsərlərində övlada ata-ana məhəbbəti təsirli, yanğılı ifadə olunur 

(“Yatır gül balalarım”, “Oğullar gərəkdir Azərbaycana” (1966), 

“Oyatmağa qıymaram”, “Qollarımın üstündə” (1969), “Gizli 

iftixar”(1970): 



Körpə qığıldayır, körpə ağlayır, 

Ana layla deyir lap asta-asta. 

Sanki göy Xəzəri o varaqlayır 

Yellədir beşiyi dalğalar üstə. 

(“Oğullar gərəkdir Azərbaycana”) 

Özüm də bilmirəm sən necə gəldin? 

Yerdənmi, göydənmi tapmışam səni. 

Bəlkə də səni heç tale verməmiş

Taleyin əlindən qapmışam səni. 

(“Oğlum Təbrizə”)  

Şairin qəhrəmanı oğlundan ərənlik istəyir. “Arzusu, amalı üçün 

böyütdüyü övladına “səni döyüş üçün yaratmışam mən”, - deyir.-

Təsadüfi deyil ki, ata arzuları ruhunda tərbiyə olunmuş  oğul - 

Təbriz Xəlilbəyli Qarabağ uğruda döyüşlərdə qəhrəmanlıqla həlak 

olmuş, vətənini yaşatmaq üçün şəhid zirvəsinə ucalmışdır! [Bu 

barədə bax: 106] Belə şeirlərində Xəlil Rza bütünlükdə özünü ya-

şayır, o, mənzil şəraitinin çətinliklərindən söz açır, övlad- 

  


 

173


larından səbr, toxtaqlıq istəyir: 

Sizsiniz qaynağı hər səadətin, 

Sevinciniz min bir, qayğınız min bir. 

Sizinlə bir evdə yaşamaq çətin, 

Sizsiz yaşamaqsa daha çətindir! 

( “Oğullarıma” )  

Övladlarının gündəlik qayğılarını, onların uşaq dünyasını təsvir 

edən  şair dünya uşaqlarının taleyini də unutmur; Vyetnam, ərəb, 

yapon körpələrinin dərdlərindən yazır, rahatlıq tapa bilmir. 

“Dünyanın o başında balalar dardadırsa, dünyanın bu başında 

analar yata bilməz, atalar yata bilməz” - deyir. 

Vətənin keçmişi, bu günü haqqında danışanda lirik qəhrəman 

qoca arxeoloqla vəhdətləşir. Onların təfəkküründə - “tarixi 

yaddaşında yüz məmləkətdə belə daşlarda gül açan qüssələr” 

yaddan çıxmır; tarixi keçmiş obyektə subyektiv baxış  əsasında 

ibrət dərslərini açıqlayır; keçmişin ifadəsində oxucu Tac-mahalı, 

onu yaradan memarı, talanıb Londona daşınan Vətən xəzinələrini 

təsəvvürünə gətirir, Vətənə məhəbbətindən məmnun qalır: 

İnsan gəldi-gedər, Vətən əbədi. 

Vətən ömrümüzün ilk, son məbədi! 

(“Qoca arxeoloq”)  

Xəlil Rza Xəzərlə, Türkanın əmək həyatı ilə bağlı mövzulardan 

yazanda, lirik qəhrəmanı ilə eyniləşir. “Babalar yatan yerdə”, “Mən 

bağbanam”, “İstedad, bərəkət”, “Əlcəklərim”, “Türkan 

sahillərində” və başqa şeirlərində belədir. 

X.R.Ulutürk 80-ci illərin  şeirlərində Türkan mövzusunu da 

davam etdirmiş, bu silsilədən “İlham qaynağım” (1984), “Neçin 

ağacları çox istəyirəm” (1985), “Türkan sağaltdı  məni” (1986), 

“Xızır peyğəmbər kimi” (1986), “Qurumuş  ağacları bağdan 

çıxarmaq gərək” (1986), “Bel və  qələm” (1986), “Diz çökürəm 

qarşısında” (1986), “İnqilab ağacı” (1986), “Əbədi gəncliyin sirri” 

(1986), “Sən 

  

 


 

174


mənə qüdrət ver” (1986), “Yazağzı” (1987) əsərləri qeyd oluna 

bilər. Ümumiyyətlə, “Xəlil Rza zəhmət adamlarının düzlüyünə, 

saflığına, mərdliyinə, qüdrətinə, böyüklüyünə çox inanır. Bu 

cəhətdən onlara həsr edilən  şeirlər də  səmimidir. Bu adamlar, 

qorxmaz, iradəli, sadə, işgüzar, mətin adamlardır. Şairin bu zəhmət 

adamlarına bəslədiyi hüsn-rəğbət hər misrada duyulur. Torpağı 

qayğı ilə, səbrlə, həvəslə becərən,  əkən, biçən, gülüstana çevirən 

insanlar da onun üçün eyni derəcədə əzizdir. Odur ki, daşlı-çınqıllı, 

susuz bir yerdə bağ salmağı, cənnətə çevirməyi böyük hünər sayır. 

Bu cəhətdən “Türkanım” başlığı altında verilmiş  şeirlər daha 

səciyyəvidir” [128]. 

X.R.Ulutürkün məhəbbət  şeirləri sevən qəlbin mənəvi 

zənginliklərini, bəşəri xisləti özündə təcəssüm etdirir. Bu baxımdan 

onuıı  məhəbbəti də idealları kimi böyükdür, qüdrətlidir.  Şairin 

məhəbbəti həm də Azərbaycan məhəbbətidir: 

“Bayatı-Şiraz” üstə 

Ötəcəyik bu axşam 

Duyğular dünyasında 

İtəcəyik bu axşam. 

Qanadlanım bu axşam, 

Uçum səninlə birgə, 

Bütün Azərbaycanı 

Qucum səninlə birgə!  

X.R.Ulutürkün 80-ci illər  şeirlərinin də bir qismi məhəbbətin 

tərənnümünə  həsr olunmuşdur. Məhəbbətin, lirik duyğu və 

düşüncələrin yuvası da vətəndir, vətənpərvərlik və humanizmdir. 

Xəlil Rzanın məhəbbət lirikası  bəşəri, humanist lirikadır. Onun 

sevgi  şeirləri  əsasən bir ünvandan - həyat yoldaşı Firəngiz 

xanımdan başlanğıc götürür. Şair həyat yoldaşını dərin məhəbbətlə 

sevir və eşqinə həmişə sadiq qalır. Xəlil Rzanın lirik qəhrəmanı ilə 

şəxsiyyəti vəhdətləşir. “X.Rzanın ictimai-siyasi məzmunlu 

şeirlərində kəskinlik, tribunluq hakimdirsə, lirik 

  


 

175


şeirləri üçün incəlik, zeriflik, məhəbbət, gözəllik qayğıları 

səciyyəvidir. “Bir gözlə yüz şer” bölməsində “Səslə  məni”, “Sən 

məhəbbət yolçususan”, “Neçin çəkinərsən”, “Gözəlsən”, “Gözdən 

öpmə, ayrılıqdır”, “Üzümü danlama...”, “Ömürdən uzun gecələr”, 

“Unudulmaz o gecə” və s. şeirlərdə incə  məhəbbət duyğuları, 

gözəlliyə vurğunluq, diqqət, qayğı, həssaslıq kimi insanın mənəvi 

zənginlikləri və ləyaqəti tərənnüm olunur” [103]. 

X.R.Ulutürk valideyn-övlad məhəbbətindən yazanda da 80-ci 

illərin  şeirlərində bütün bunların yeni çalarları görünür. Yəni 

X.R.Ulutürk ümumən məhəbbətində sakitlik, dinclik aramır, özünə 

tufan ömrü arzulayır: 

Sən oğluna rahatlıq, dinclik arzulayırsan, 

Tufan nəbzi arzula! 

Mənəsə dağları yıxmaq əzmi arzula, 

Namərdlərin içindən alnıaçıq, üzüağ 

çıxmaq əzmi arzula! 

Dinclik arzulayırsan, mənim dincliyim özgə... 

(“Gül yastıq”)  

“Yorulmaz” (1985), “Son mənim səsimi eşidirmisən?” (1985), 

“Ayrılıq türküsü” (1985), “Türkay balama laylay” (1987) və başqa 

şeirlərdə  də  şair milli idealından, azad Vətən və onun layiqli 

vətəndaşı olmaq, ona şərəflə xidmət etmək amalından danışır. 

Sənətkarın müharibəyə  bədii münasibəti 50-ci illərin 

axırlarından başlamışdır. “Nə gözəl yerləri qorumuşdur o” (1958), 

“Sizin mavzoleyiniz” (1958), “Hayıf, ata, sən görmədin” (1958), 

“Mən dava görməmişəm” (1967), “Atanın şer dəftərindən” (1968), 

“Ən qiymətli  əklil” (1969) əsərləri döyüşçü ataya xatirat kimi 

yazılmışdır. Bu əsərlərdə süjetli, epik təsvir və  təəssürat üstünlük 

təşkil edir. Müharibə hadisələri lirik qəhrəmanın atasına, onun 

döyüşlərinə münasibəti  əsasında açılır. “Mən dava görməmişəm” 

(1967) şeirində müharibənin törətdiyi çətin gün-güzəran, qocaların, 

gəlinlərin ağır iş şəraiti, ataların 

  

 



 

176


doyüş anları, dövrün dərdli yaşantıları xatırlama üsulu ilə oxucuya 

çatdırılır. “Atanın  şer dəftərindən” alınan epik təəssürat genişdir, 

təsvirlər döyüş  səhnələri haqqında  əyanilik yaradır. Poçtalyon 

Krasnodondan bir məktub gətirmiş, içərisindən saralmış bir dəftər 

çıxmışdır. Ata oğluna müharibənin başlandığından, “gözəl günlərin 

üzərinə kölgə düşdüyündən”, oğlunun onu döyüşə yola sal-

dığından yazır: Oğul da ataya məktublar yazır. Birdən məktubların 

arası  kəsilir. Məlum olur ki, oğul ölmüşdür. Bütün bunlan şairə 

cəbhə yolu keçmiş bir qoca - şaxtaçı danışır və  şair bunu şeir 

şəklində  əks etdirir və belə süjet xətti O.Sarıvəllinin “Qocanın 

nağılları” poemasını xatırladır. 

60-cı illərin lirik şeirləri sırasında “Mən torpağam” (R.Rza), 

“Ana torpaq” (M.Araz), “Yerdədir” (B.Vahabzadə), “Torpaq eşqi” 

(H.Arif), “Yaralı torpaq” (M.Dilbazi) seçilir. Bu illərdə X.Rza isə 

“Aç qoynunu, ana torpaq” (1968), “Babalar yatan yerdə” (1969), 

“Daşın  ətri” (1969), “Mən bağbanam”, “İstedad, bərəkət” (1970), 

“Ana torpaq”, “Torpaqla həmnəfəs yaşayıram mən”, “Torpaq” 

şeirlərini yazmışdır. “Elə bil bu şeirlər bir doğulub və  həmişə 

gördüyümüz naqisliklərlə,  ədalətsizliklərlə vuruşmaq üçün birgə 

“döyüş meydanına” atılıblar” [94, № 10, s.184]. “Aç qoynunu, ana 

torpaq”, “Sonsuz qüvvət”, “Gürcü torpağı”, “Ana torpaq”, 

“Torpaq” əsərləri torpağa müraciətlə yazılmışdır. 

X.R.Ulutürk poeziyasında sovet quruluşunun birbaşa tərənnümü 

demək olar ki, yoxdur. “Fişənglər atılanda” (1950-1960), “Böyük 

günlər bayrağı” (1953), “Mənim günəşim” (1962), “Bəşəriyyət və 

Lenin” (1963), “Lenin və bahar” (1967), “Yaşa, mənim partiyam”, 

“Yestakaya partiya” (1954-64), “Ucal, yüksəl, respublikam” 

şeirlərini nəzərə almasaq, o, bilavasitə, sovet həyat tərzini idealizə 

etməmişdir. Çünki X.R.Ulutürk həmişə müsbət olanda belə onun 

mənfi tərəflərindən obyektə diqqət yetirmiş, 

  


 

177


siyasi gerçəkliyə müxalif olmuşdur.  Şairin etiraz və narazılıqları 

onu hər  şeyə  tənqidi surətdə yanaşmaya vadar etmişdir. Həm də 

buna görə  şeirlərin üslubi xüsusiyyətləri başqalarından 

fərqlənmişdir. X.Rzada tərənnüm pafosu azlıq təşkil edir. Şairin 

yaradıcılıq fərdiyyəti daha çox mənfiliklərə etiraz əsasında estetik 

idealı canlandırır. Bu səbəbdən onun 70-ci illər poeziyasında, 

əsasən, təzadların rəngarəngliyi, mövzu zənginliyi, adi hadisələrin 

poetik dünyasından həyata baxış tədricən yığılır, ideya-bədii mətn-

struktur, mənəvi-psixoloji təzad və  məqamları öz içinə alır. 60-cı 

illərin poeziyasında lirik qəhrəman mövzu və mündəricə 

baxımından daha duyumlu görünürsə, 70-ci illər poeziyasında lirik 

qəhrəman mənəvi-psixoloji müəyyənlikdən milli həyata və 

dünyaya nüfuz edir. Tənqidçi Y.Qarayevin qeyd etdiyi kimi, 

“fərdin mənəvi-əxlaqi mövqeyində ictimai fəallığın güclənməsi, 

real, gerçək humanizm problemlərinə azalmayan maraq, insan, 

zaman və xalq fərdi,  şəxsi cavabdehlik və borc mövzusu -ilin 

poeziya məhsulunun vətəndaşlıq məzmunu üçün məhz bu 

əlamətlər çox səciyyəvidir. Özü də  vətəndaşlıq, cavabdehlik 

duyğusunu şeir ayrılıqda, hər kəs, hər fərdiyyət qarşısında mənəvi 

məsuliyyət kimi konkretləşdirir və predmetləşdirir. Konkretləşmə 

və fərdiləşmə lirik “Mən”in öz məzmununda da baş verir: indi şeir 

ən ümumi, ictimai problemlər haqqında da “hamının”, “biz”in 

adından yox, bilavasitə “Mən”in, “Öz”ün adından daha tez-tez 

danışmağa başlayır. Lakin bu, poeziyada bədii-fəlsəfi aspektin 

vüsət və miqyas ölçülərinin daralması kimi başa düşülməməlidir. 

Əksinə, konkret fərdilik və millilik, mənəvi tamlıq və bütövlük 

axtarışlarında, lirik “Mən”, hər  şeydən  əvvəl, yaşadığı dünya ilə 

əlaqələrinin, zamanla, tarixlə ünsiyyətinin sərhədlərini böyütməyə 

çalışır”[117, s.32]. 

“Yeni zirvələrə” (1971), “Ucalıq” (1973), “Doğmalıq” (1977) 

kitabları 70-ci illərdə çap olunmuşdur. Bu il- 

  

 



  

 

178


lərin əsərləri ideya-məzmun tutumu və bədii xüsusiyyətləri ilə daha 

kamil, müdrik nümunələrdir. Obyektiv hadisələri mənalandırma, 

onlara bədii qiymət və dəyər vermək meyarı, obyektə fəlsəfi, idraki 

və didaktik baxış 70-ci illər poeziyası üçün xarakterikdir. Bu 

baxımdan 70-ci illərin “Dünya” (B.Vahabzadə), “Hüseyn Cavid” 

(N.Həsənzadə), “Müdriklik” (M.Dilbazi), “Azərbaycan - dünyam 

mənim” (M.Araz), “Yaddaş” (F.Qoca), “Kök və budaq” (H.Arif) 

kimi  ədəbi nümunələrində  fəlsəfi dəyərləndirmə  və  məntiqi 

mühakimə təhlili bədii xüsusiyyətlərdəndir. X.R.Ulutürk lirik-epik 

üslubu ilə tarixin, zamanın hadisələrinə diqqət kəsilir, onları lirik-

psixoloji və analitik olaraq çözməyə xüsusi səy edir. 

Xəlil Rzanın beynəlmiləl əlaqələrə münasibətinin kökləri də 70-

ci illərin poeziyasındadır. “Şairlərimiz bir çox şeir və poemaları ilə 

qardaş respublikamızın həyatı ilə də oxucularını tanış etməyə ciddi 

səy göstərmişlər. Başqa sözlə desək,  şeirin coğrafi mühiti 

genişlənmiş, onda Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan, 

Türkmənistan, Dağıstan, Kabarda-Balkar, Latviya, Litva, Eston 

həyatı mövzuları da xüsusi bir mövzu - qardaş xalqlar həyatı 

mövzusu, arzusu, əməli bir olan xalqların həyatı mövzusu kimi 

mühüm yer tutmuşdur” [33, s.127]. Azərbaycan - özbək  ədəbi 

əlaqələri hər  şeydən  əvvəl X.R.Ulutürkün elmi-tədqiqat 

axtarışlarının predmetindən,  ədəbi  əlaqələrin qaynaqlarından 

doğmuşdur. Bu problemin öyrənilməsi ilə bağlı olaraq filologiya 

elmləri doktoru, prof. C.Nağıyeva “Azərbaycanda Nəvai” 

mövzusunda monoqrafiya çap etdirmişdir [145], filologiya elmləri 

doktoru X.R.Ulutürk isə, repressiya illərində Azərbaycandan 

Özbəkistana sürgün edilmiş görkəmli  ədəbiyyatşünas,  şair-

dramaturq və ictimai xadim Məqsud  Şeyxzadənin həyat və 

yaradıcılığından bəhs edən dissertasiya yazmışdır [203]. 

“İki mütəfəkkir sənətkar milli ədəbiyyatların vətən- 

  


 

179


daşlıq, vətənpərvərlik və  qəhrəmanlıq qayələri ilə boy atmış, 

tərbiyə olunmuş  və bu amalın keşiyində  zəka yandırmış, can 

qoymuşdur. X.R.Ulutürkün arxivi ilə yaxından tanışlıq bizə imkan 

verir deyək ki, o, ömrünün 15 ildən çoxunu Azərbaycan-

Özbəkistan mədəni əlaqələrinə həsr etmişdir. Həm elmi axtarışlar, 

həm də  tərcüməçilik fəaliyyəti Xəlil Rza Ulutürkü Özbəkistanla 

möhkəm bağla-mışdır. 0, 1969-cu ildən başlayaraq  şairin həyat 

yoldaşı Səkinə xanımla ardıcıl əlaqə saxlamış, Şeyxzadə arxivi ilə 

yaxından tanış olmuş, özü də özbək dilini mükəmməl öyrənmişdir. 

Xəlil Rzanın  şəxsi arxivindən öyrənirik ki, onun M.Şeyxzadə 

haqqında elmi-tarixi memuarların (1969-70-ci illər), monoqrafiya 

və çoxlu ədəbi-tənqidi məqaləsi, habelə, poeziyasının tərcüməsi ilə 

bağlı  hələ çap olunmamış  əlyazma qovluqları, çoxsaylı 

araşdırmaları vardır. Bu baxımdan “Türküstan divanı” poeması, 

“Cəlaləddin Mənquberdi”, “Mirzə Uluğbəy” pyesləri dilimizə 

çevrilerək, arxivində saxlanılmaqdadır. “Özbəkistan poeziyası” 

adlı  əlyazma qovluğunda M.Şeyxzadənin lirik şeirlərinin 

tərcüməsinə üstünlük verilmişdir. “Şeyxzadə  dəftəri” qovluğu 

bütünlüklə Azərbaycan dilinə  tərcümə olunmuşdur. Xəlil Rza 

Ulutürk özbək  şeiri antologiyasını  tərtib etmiş, burada da 

M.Şeyxzadə əsərlərinə geniş yer vermişdir. Təəssüf ki, tərtib etdiyi 

həmin toplumları sağlığında çap etdirə bilməmişdi” [83 , s.5]. 

X.R.Ulutürkün ictimai etirazları konkret və aydın bədii ifadəsini 

70-ci illərin  əsərlərində göstərir. Doğrudur,  şair ictimai etiraz 

motivlərini  əvvəlki  əsərlərində  də ifadə etmişdir. Onlarda həmin 

motivlər mətləbdən-mətləbə, sətiraltı, mətnarası olmuşdur. 70-ci 

illərin  əsərlərində ictimai etirazlar mövcud mühit və  şəraitə, 

insanlar arasında hökm sürən mənəvi-psixoloji, ictimai-siyasi 

haqsızlıqlara, nəhayət, beynəlxalq 

şovinizmə, istismara, 

müstəmləkəçiliyə, imperiyaçılığa qarşıdır. Xəlil Rza ona görə 

etiraz etmişdir ki, “insan yaşadığı cəmiyyətdə hər cür təzyiqdən 

  

 

  



 

180


  

azad olmalıdır. Cəmiyyət bərabərlik  əsasında qurulmalıdır. Orada 

bütün insanlar məsud yaşamalıdır. Ancaq azad cəmiyyət özü azad 

insan problemini həll edə bilər. Cəmiyyətdəki bütün qanunlar 

insanın ləyaqətini yüksəltməyə həsr olunmalıdır”. 

X.R.Ulutürkün ictimai etirazları ilk əvvəl özünə münasibətdən 

başlanğıc götürür (“İlham”, “Səməndər quşu kimi”): 

Təmizlik uğrunda vuruşlardayıq, 

Mətanət gündəlik işdə yoxlanır, 

Dünyanın hüsnündə bircə ləkəyə 

Sənətkar dözürsə, sənət oxlanır. 

(“İlham”)  

İctimai etirazların ifadəsi özünüetirafdan, özünütəsdiqdən 

başlayır. Lirik qəhrəmanın dönməzliyi, qətiyyəti, andı-etiqadı, 

aydın və  kəskindir (“And içirəm” (1974), “Qarşıdadır” (1979), 

“Silkələnmə (1975): 

…Döyüşüm qəbrədək davam edəcək, 

Sevindirmək üçün yurdu, bəşəri 

Dəmiri doğrayan polad qayçıtək 

Mənim hər addımım kəsəcək şəri. 

(“And içirəm”)  

X.R.Ulutürkün ictimai etirazlarının psixoloji səbəblərindən biri 

ictimai etinasızlıq,  ətalət və biganəlikdir. “Heç ola bilməz ki...” 

şeirində şair yazır:  



Heç ola bilməz ki, dəniz qəlbinin 

Az qala sonuncu damlasını da 

Verəsən hər kəsə: yaxına, yada, 

…Ancaq bərk ayaqda, çətin zamanda, 

Qanadın yananda, qolun yananda 

Kənardan baxalar tüstünə sənin, 

Barı bircə gülün şeh payı qədər 

Su tökən olmaya üstünə sənin. 

Çırpasan özünü dağa, daşa sən. 

Yüz minlər içində yalqızlaşasan. 
1   ...   5   6   7   8   9   10   11   12   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə