Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə90/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   86   87   88   89   90   91   92   93   ...   232
Lalə Sultanova

(Əlyazmalar İnstitutu)
Oğuz qrupu türk dİllərİndə cİns anlayışı
İctimai hadisə olan dilin inkişafı, yeni elementlərlə zəngin­ləş­məsi, sadədən - mürəkkəbə doğru irəliləyərək daha mükəm­məl xarakter daşı­yan ünsiyyət sisteminə çevrilməsi prosesi hə­min dilin mənsub olduğu xalqın keçdiyi təkamül yolu ilə ay­rılmaz surətdə əlaqəli olur. Məlumdur ki, tarixi-siyasi və coğ­rafi səbəblərə görə türk xalqları uzun müddət bir-birindən ayrı düşmüşdür. Mövcüd dövrdə demək olar ki, əksər türk xalq­ları müstəqillik əldə etmişlər. Müxtəlif türk dövlətləri arasında si­yasi, elmi-mədəni əlaqələr yaranır, möhkəmlənir və inkişaf edir. Bu sə­bəb­dən də, türk xalqları dillərinin, o cümlədən, oğuz qrupuna daxil olan dillərin öyrənilməsinə, əsaslı tədqiq olun­masına böyük ehtiyac vardır.

Demək olar ki, bütün türk dillərinin fonetik, leksik və sin­taktik qu­ru­luşları eynidir. Uzun illər öncə olduğu kimi bu gün də bu mövzu öz ak­tuallığını qoruyub saxlamaqdadır. Oğuz qru­pu türk dillərində ismin kateqoriyalarını hər bir dildə ayrı-ay­rılıqda və müqayisəli şəkildə incə­lə­dikdə aradakı xırda mə­qam­ları, hər dilin öz spesifik xüsusiyyətlərini nə­zərə almasaq, belə bir nəticəyə gəlirik ki, hər dörd dildə ismin ka­teqoriyaları və onların ifadə vasitələri, yerinə yetirdikləri funksiyalar bir-birinə çox oxşardır.

Bilirik ki, qrammatikada, xüsusilə morfologiyada əsas ye­ri qram­ma­tik kateqoriyalar və qrammatik formalar tutur. Qram­matik kateqoriya anlayışı təfəkkürün və dilin inkişa­fı­­nın mü­əy­yən dövrlərində meydana çıxan tarixi bir kateqoriya anla­yı­şı kimi başa düşülür. Qrammatik ka­te­qoriya dedikdə, həmcins əşya və hadisələrin müəyyən qruplar üzrə toplanması haq­qın­da anlayış nəzərdə tutulur. Başqa sözlə desək, həm­cins qram­matik hadisələrin məcmusu qrammatik kateqoriya adlanır. Həm­­cins qrammatik hadisələr dedikdə, həm onların qram­ma­tik əlamət­lə­ri, həm də onların əmələ gətirdiyi qrammatik mə­na­lar nəzərdə tutu­lur. Məhz buna görə də, qrammatik kate­qo­riyalar sözlərdə müəyyən mə­na xüsusiyyəti əmələ gətirməklə, onların nitq hissələri kimi forma­laşmasında da müəyyən rol oy­nayır.

Oğuz qrupu türk dilləri qrammatik nöqteyi-nəzərdən çox ya­xın olan dörd dildən ibarətdir: azərbaycan dili, Türkiyə türk­cə­si, türkmən dili və qaqauz dili. Bu dillərin hər birinin öz spe­sifik xüsusiyyətləri nəzərə alın­masa deyə bilərik ki, dörd dilin dördü də bir-biri ilə çox oxşardır. Bu qrammatik oxşarlıq özü­nü isim mövzusunda da göstərir. Oğuz qrupu türk dillərində is­min dörd qrammatik kateqoriyası vardır: hal, kə­miyyət, mən­subiyyət və xəbərlik. Bu kateqoriyaların hər biri şifahi və ya­zılı dldə oynadıqları rola görə, ifadə vasitələrinə görə hardasa bən­zərdirlər. Lakin Oğuz qrupu türk dillərində qrammatik ka­teqoriya kimi var olmayan daha bir anlayış da mövcuddur. Bu isə cins anlayışıdır. Cins anlayışı bir sıra dillərdə kateqoriya kimi mövcuddur. Türk dillə­rində isə cins anlayışı sintaktik məz­mun daşıdığına görə yalnız sintaktik kateqoriya kimi qəbul edilə bilər. Müasir türk dillərində cins anlayışı mü­əy­yən sis­te­mə malik olan xüsusi şəkilçilər vasitəsilə meydana çıx­mır. Əgər belə olsa idi, onda bu dillərdə cins ayrıca bir kateqoriya kimi qeyd olunardı .

Qrammatik kateqoriya kimi mövcud olmasa da cins anla­yı­şı­nın dil­də oynadığı rol çox mühimdir. Muasir dövrdə Oğuz qru­pu türk dil­lə­rində cins anlayışıının heç bir morfolofi əla­mə­ti yoxdur. Bu kateqoriya dildə sözlərin erkək və ya dişi, kişi və ya qadın cinslərinə aid olduğunu bildirməyə xidmət gös­tərir.

Müasir türk dillərində cins anlayışı üç usulla ifadə edilir:



  1. Leksik usul

  2. Sintaktik usul

  3. Morfolofi usul

Oğuz qrupu türk dillərinin leksik tərkibində heç bir mor­fo­loji əlamət olmadan öz daxili məzmunlarında cins anlayışı olan sözlər vardır. Bu sözlərin vasitəsilə leksik üsulla insan və hey­vanların cinsi ifadə edilir.

Türk dillərində sözlərdə cinsiyyət bildirmək üçün edilən artikllər – sözün əvvəlinə artırılan şəkilçilər olmadığınından bu dil­lərdə cinsiyyəti bildirmək üçün xüsusi sözlərdən istifadə edi­lir. Məs: erkək, dişi, qadın, kişi və s.

Şəxslərin hansı cinsə mənsub olduğunu bildirmək üçün qa­dın və ya kişiliyi bildirən bir sıra sözlər vardır.

Məsələn: kişi, ər, dayı, əmi, oğul, oğlan, əmioğlu, oğul, da­yıoğlu, yez­nə, kürəkən, bacanaq, qayın, qayınata, qardaş, ata, baba (azər­bay­can dili); baba, bay, beyefendi, efendi, oğlu, er­kek, abi, amca, dayı, ka­yın­birader, oğlan, erkekkardeş, kayın, beyzade, büyük baba, adam, ağa, ağababa, ağabey, ata, dede, bacanak, bey, büyük peder, dayı oğlu, em­mi oğlu, amca oğlu, er, hala oğlu, kayın, kayınbaba, kayınço, kaynata, koca, süt­baba, sütoğul, üvey oğlan, üvey baba (türk dili); ana, bacı, qız, xala, bibi, əmidostu, dayıdostu, nənə, arvad, xanım, gəlin, bal­dız, əmca­nı, xalaqızı, əmiqızı, dayıqızı, qayıana, qarı, elti (azər­­baycan dili); kız­kar­daş, ana, karı, babu, baldız (qaqauz dili); hanım, hanımefendi, an­ne, abla, kızkardeş, kız, kadın, ge­lin, kuma, bayan, teyze, hala, baldız, gö­rümce, nine, ana, am­ca kızı, bacı, anneanne, avrat, babaanne, ba­yan, bibi, bü­yük anne, dayı kızı, dul, emmi kızı, amca kızı, hala kızı, tey­ze kızı, hanım, hatun, kadın, karı, kaynana, sütanne, sütkız, süt­ni­ne, üvey ana, üvey, anne, üvey baba, üvey kız (türk dili) və s.

Həmçinin heyvanların məhz hansı cinsə aid olduğunu bildi­rən xüsusi sözlər vardır. Məs: “at” cinsiyətindən asılı olma­yaraq bir hey­va­na verilmiş addır. Lakin onun dişi və ya erkək olduğunu müəyyən­ləş­dir­mək üçün aşağıdakı sözlərdən istifadə edilir. Erkək ata – ayğir, dişi ata madyan, cinsindən asılı ol­mayaraq balaca ata isə “dayça” deyirlər.

Həmçinin bu sözləri də nümunə göstərə bilərik. Məs: qoç (erkək), qoyun (dişi), quzu (dişi quzu, erkək quzu); öküz və ya buğa (erkək), inək (dişi), dana (yetkinləşməmiş inək və ya öküz), buzov (erkək bu­zov, dişi buzov); xoruz – toyuq-cücə) və s.

Türk dilində heyvanların dişi və ya erkəkliyini bildirən söz­lərə misal olaraq: öküz, boğa, tay, aygır, horoz və s. (erkək hey­vanlara deyilir); kısrak, dana, inek, tavuk və s. (dişi hey­van­lara deyilir).

Şəxsin və ya heyvanın hansı cinsə aid olmasını sintaktik usulla ifadə etmək üçün bəzi sözlərdən, leksemlerdən istifadə edilir. Heyvanlarda cinsiyəti bildirmək üçün isə sözün önünə “dişi” və ya “erkək”, insanlara aid edildikdə isə “”kişi” və ya ”qadın” sözləri əlavə edilir.

Məsələn: dişi ördək, erkək ördək, dişi qaz, erkək qaz (azərbaycan dili); erkek fil, dişi fil, erkek kedi, dişi kedi (türk dili) və s.

İnsanlara aid edildikdə isə;

Məsələn: qadın aparıcı, kişi aparıcı, qadın sürücü, kişi sürücü (azər­baycan dili); kız çocuk, erkek çocuk, kadın (kız, bayan) hizmetçi, erkek (bay) hizmetçi, kadın şoför, erkek şoför, bayan öğretmen, bay öğretmen, bayan savcı, bay savcı, bayan hakim, bay hakim, bayan oyun­cu, bay oyuncu (türk dili) və s. ifadələrdən istifadə edilir.

Türk dillərində cinsi bildirən xüsusi morfoloji əlamətlərin bir çoxu alınma sözlərin tərkibində bu dillərə daxil olmuşdur. Alınma sözlər de­dikdə, əsasən dilimizə fars, ərəb, rus və rus dili vasitəsilə başqa dil­lər­dən keçən sözlər nəzərdə tutulur.

Məsələn: müəllim (kişi), müəllimə (qadın), katib (kişi), kati­bə (qa­dın), sahib (kişi), sahibə (qadın), rahib (kişi), rahibə (qa­dın) kassir (ki­şi), kassirşa (qadın), bərbər (kişi), parex­ma­xer (qadın), maşinist (kişi), maşinistka (qadın), və s.

Türk dilinə alınma sözlər daha çox ərəb, fars və fransız dil­lərindən keçmişdir.

Məsələn:sahip (kişi), sahibe (qadın), berber (kişi), kuaför (qadın) və s.

Alınma sözlərdən başqa öz dilimizə aid olan sözlər də var­dır ki, bu sözlərin hansı cinsə aid olduğu birmənalı qəbul edil­mişdir.

Məsələn: gözəl, göyçək (qadın), yaraşıqlı (kişi) və s.

Hind-Avropa dillərinin çoxunda, Hami-Sami dil ailəsinə mən­sub dil­lərdə cins kateqoriyası mövcud olduğu halda Altay dillərində ve eyni zamanda bu dil ailəsinə aid olan Oğuz qrupu türk dillərində bu kateqo­riya yoxdur. Müasir dövrdə cins an­la­yışı Oğuz qrupu türk dillərində sintaktik formada mövcuddur, qrammatik cins əlamətləri, şəkilçiləri mövcud deyil. Lakin Oğuz qrupu türk dillərində bəzi sözlərdə dilçilər tə­rəfindən cins anlayışı düzəldən şəkilçi kimi qəbul edilən müxtəlif mor­­fem­lərə təsadüf edilir. Belə ki, oğuz qrupu türk dillərində möv­cud olan -ım, -im, -um, -üm nisbət şəkilçiləri vasitəsilə bir sıra xalis türk dillərinə aid cins bildirən sözlər əmələ gəlir. Məsə­lən, “xanım” sözün­dəki -ım, “xatun” sözündəki -un, “bəyim” sö­zündəki -im sonluqlarını buna misal çəkə bilərik. Əgər “xan” kişi cinsini bildirən bir sözdürsə, bu sözüm sonun –ım sonluğunu artıraraq qadın cinsini bildirən “xanım” sözünün yarandığını görürük. Həmçinin “bəyim” sözündə də bu hala rast gəlinir.

Müasir türk dillərinin qrammatikasında kişi (erkək) adla­rıy­la qadın (dişi) adlarını ayırd edəcək şəkilçi mövcud deyil­dir. Lakin Oğuz qrupu türk dillərinin dilçilik tarixinə nəzər sal­saq görərik, çox qədim zaman­lar­da dilimizdə işlənən bəzi söz­lərdə dişilik və erkəklik anlayışlarını ayırd edən sözlər vardır.

Han (Türk sultanı) – Hanım (Xanın xanımı) ;

Beğ (ugün : bəy) – Begüm, Bike (Bəyin xanımı) ;

Ağa – ağaça (ağanın xanımı) ;

Kağan – Katun

Yuxarıda qeyd etdiyimiz kimi, xüsusi bir kateqoriya kimi oğuz qru­pu türk dillərində cins kateqoriyası yoxdur. Lakin bə­zi tədqiqatçılar Tür­kiyə türkcəsində dişilik bildirən bəzi şəkil­çilərin, morfemlərin möv­cud olduğunu iddia edirlər. Bri sıra tədqiqatçılar isə şəkilşilərin möv­cudluğu iddia edən təd­qiqat­çı­larla razılaşmırlar və onlara qarşı çıxırlar. Bəzi tədqiqatçılar –m, -ım, -im, -um, -üm ve –ça, -çe şəkilçilərinin bu qəbildən ol­duğunu iddia edirlər.

Məsələn: han+ım, beg+üm, köse+m; temür+çe, ağa+ça, tayı+çe (teyze) və s.

Kononov bir sıra kiçiltmə bildirən şəkilçilərin feodal titul­la­rın­da qadın cinsini bildirən sözləri yaratmaq üçün istifadə edi­lən sözdüzəldici şəkilçilər olduğu fikrini irəli sürür və bu şəkil­çilər ardıcıllıqla sıralayır:



  1. –m, -ım.

Məsələn: han+ım (xanın arvadı), bek+im/ beg+üm (bəyin arvadı).

  1. –a (-ak); -ka, -ga (kay).

Məsələn: kuda+ga (görücü, falçı), bik+e və ya bek+e (xanın qızı və ya arvadı), han+i+ke (xanın arvadı).

  1. –çı, -çü; -ça (-çik, -çak).

Məsələn: bi+çe, be+çe (bəyin arvadı və ya qızı), ağa+ça (xanım, xanın və ya ağanın arvadı).

  1. –ç, -ş.

Məsələn: bik+eç (xanın arvadı və ya qızı), han+iş (xanın arvadı).

  1. –cık.

Məsələn: kar+cık (yaşlı qadın).

  1. –kan, -ken.

Məsələn: tanri-ken (hökmdar qadın).

  1. –ey.

Məsələn: ög+ey, üvey (doğma olamayan şəxs).

  1. –ka, -kay.

Məsələn: ana+ka (nənə), ana+kay (süd ana).

Qeyd etdiyimiz kimi türk dillərində cins yaradan morfem­lə­rin möv­cudluğu mübahisəli məsələ olaraq qalır. Əsasən tədqi­qatçıların böyük bir qismi türk dillərində qadın cinsini bildirən şəkilçilərin olmadığını, bu morfemlərin isə daha sonralar mey­dana çıxdığı, yarandığı mövzu­sunda həmfikirdirlər. Lakin müa­sir dövrdə də “hanım, begüm, beyim, biçe, beçe, bikeç, haniş, kaniş, ağaça, tanrıça” və s. məhdud sayda söz­lə­rin qa­dın cinsini bildirən ifadələr kimi türk dillərinin sonrakı inkişaf mərhələlərində yaranan yeni şəkilçilər olaraq qəbul etmək və ya bun­la­rın formalarını dəyişdirmələrinə baxmayaraq hələ də iki sözdən ibarət qo­humluq bildirən adlar olduğunu qəbul et­mək məsələsində ortaq nəti­cəyə gəlinməmişdir. Bu mövzu mü­bahisəli olaraq qalmaqdadır.

Türk dilində müxtəlif nitq hissələrinə aid bir sıra sözlər cin­siyyət bil­dirir:

Kişi və qadın cinsini bildirən sifətlər: abazan, alp, ayıbo­ğan, baba, babaca, babacan, babacıl, badem bıyıklı, bıyıklı, bıyıksız, boynuzlu, çap­kın, çember sakallı, çok karılı, dallama, daltaban, damsız,delifişek, de­likanlı, demir bilek, demir yürek, dızman, didon sakallı, didona sakallı, erkek,fukara babası, gidi, hırbo, hırt, hırtapoz, kadıncıl, kadınlı, kadınımsı, kadınsı, kadınsız, kakavan, kaltaban, karı ağızlı, karısı ağız­lı, karısı köylü, kaytan bıyıklı, kazak, kazma, keçi sakal, keçi sakallı, keskin, kılıbık, külhanbeyce, lavuk, pala bıyık, pala bıyıklı, pırasa bı­yıklı, pos bıyıklı, sakallı, sakalsız, suna boylu, sün­net­li, sünnetsiz, şahin bakışlı, traşsız, top sakal, top sakallı, tora­man, yakışıklı, yiğit, zibidi (kişi cinsinə aiddir); ahu gözlü, ahu parçası, alımlı, alımlı çalımlı, ateş­li, ay parçası, balık eti, balık etinde, başörtülü, baylan, bilezikli, cada­loz, ceylan ba­kışlı, cilveli, cilvesiz, cimcime, civelek, çarşaflı, çarşafsız, çe­yizli, çeyizsiz,dişisel, dudu dilli, duvak düşkünü, duvaklı, du­vaksız, dün­ya güzeli, emzikli, erkekçil, ersiz, eteği arı, eteği te­miz, eteğine eğri, eteğine pis, etine dolgun, evcimen,feraceli, feracesiz, fıkır fıkır, fıkırdak, fingir fingir, gelinlik, göğüslü, göğüslüce, gökçek, hanım, hanım hanım­cık, işveli, kadın, ka­dınca, kalem kaşlı, kancık, kapalı, kırıtkan, kızlık, kocalı, koca­sız, körpe, kumalı, kumasız, makyajlı, makyajsız, mantolu, man­­tosuz, nazlı, oynak, örtülü, peçeli, peçesiz, servi boylu, sırma saçlı, telli duvaklı, yaşmaklı, yaşmaksız, yosma, zilli (qadın cinsinə aiddir) və s.

Kişi və qadın cinsini bildirən zərflər: adamca, adamcasına, askerce, askercesine, aslanca, aslancasına, babacanca, baba­yi­ğitçe, delikanlıca, efece, erce (kişi cinsinə aiidir); anaca, hamaratça, kız başına, yosmaca (qadın cinsinə aiddir) vəs.

Kişi və qadın cinsini bildirən fellər: babalanmak, dayılan­mak, efe­len­mek, horozlanmak, kabadayılanmak, kabadayılaş­mak, kadınlaşmak, karılaşmak, kılıbıklaşmak, yiğitlenmek, yi­ğitleşmek (kişi cinsinə aiddir); cadalozlaşmak, cilvelenmek, er­semek, fıkırdanmak, fıkırdaşmak, fingir­de­mek, fingirdeşmek (qa­dın cinsinə aiddir) və s.

Kişi və qadın cinsini bildirən nidalar: aslan, aslanım, koç, koçum, ağa­bey, amca, babalık, beyefendi, beybaba, beykardeş, çapkın, dayı, dede, delikanlı, mirim, oğul (kişi cinsinə aiddir); anam, ana, bacı, ba­yan, hanımanne, hanımefendi, kız, nine, teyze, yenge (qadın cinsinə aid­dir) və s.

Dünya dillərində olduğu kimi türk dillərində də şəxs adları cin­siyyət bildirməkdədir. Adlar şəxslərin kişi və ya qadın ol­duğunu ayırd etməyə xidmət edir. Lakin bu baxımdan da is­tis­nalar mövcuddur. Beləki , həm kişi və həm də qadınlara ve­rilən ortaq adlar da movcuddur. Məsələn, azərbaycan dilində olan Arzu, Məhəbbət adlarını buna misal çəkə bi­lərik. Qeyd et­diyimiz bu adlar cinsiyyətindən asılı olmayaraq hər iki cin­sə aid ortaq adlardır.

Türk dilində kişi cinsini bildirən: Bulut, Yıldırım, Ahmet, Şim­şek, Tayfun, Alper, Gündüz, Gürhan, Gündoğan, Ogün, Ozan, Ergün, Ay­han, Aykut, Alp, Alpaslan, Alpay, Bahadır, Batur, Osman, Hakan, Sa­vaş, Barış, Asker, Cenk, Cihangir, Kah­raman, Yavuz, Ferhat, Kaya, De­mir, Aslan, Doğan, Kartal və s. adlar vardır.

Türk dilində qadın cinsinin nümayəndələrinə verilən adlara misal ola­raq bunları qeyd edə bilərik: Aynur, Aylin, Aysel, Nuray, Neva, Rey­han, Lale, Gül, Gonca, Yasemin, Sümbül, Ba­şak, Çiğdem, Ceylan, Ce­ren, Suna, Kumru, Nazlı, Serpil, Sev­can, Sevil, Sevilay, Güler, Neşe, Fi­ruze, Gümüş, Zümrüt və s.

Türk dillərində cins anlayışı hər zaman dilçilərin böyük marağına səbəb olmuş bir mövzudur. Bu mövzü araşdırılarkın türk dillərinin ta­rixi inkişaf prosesi izlənilməli, bu proses za­manı baş verən dəyişikliklər diqqətlə nəzərdən keçirilməlidir.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin