Əlayzmanın şərti adı
|
Saxlanma yeri
|
Köçürülmə tarixi
|
Bakı nüsxəsi
|
ب
|
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu
|
h.1124 (1712)
|
Kayseri nüsxəsi
|
ق
|
Kayseri Raşit Əfəndi Kitabxanası
|
h.1137 (1724-25)
|
H.901
|
م
|
Topqapı sarayı Kitabxanası
|
h.1148 (1735-36)
|
H.902
|
ت
|
Topqapı sarayı Kitabxanası
|
h.15 zilhiccə 1161 (3dekabr 1748)
|
A.1949
|
ا
|
Ankara Milli Kitabxana
|
h.1162 (1748)
|
H.878
|
ل
|
Topqapı sarayı Kitabxanası
|
h.1168 (1754)
|
E.H.1620
|
ى
|
Topqapı sarayı Kitabxanası
|
h.15 rəcəb 1204
(31 mart 1790)
|
A.550
|
ه
|
Ankara Milli Kitabxana
|
məlum deyil
|
Aşağıda nüsxələrin paloeqrafik təsvirini və onlar haqqında ayrı-ayrı, geniş məlumat verməyi lazım bilirik.
1. Bakı nüsxəsi - ب
Əlaəddin Sabit Bosnəvinın AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mövcud olan əlyazması M-25 şifri altında saxlanılır. Həcmi 147 vərəqdən ibarətdir, ölçüsü 19x12 sm.dir. Hər səhifədə iki sütunda, 19 sətirli, təliq xətlə yazılmışdır. Avropa istehsalı filiqranlı kağızda, 1124-cü ildə qələmə alınmışdır. Vərəqlər açıq və tünd təbii sarı və noxudu rəngdədir. Cildi bərpa olunduqdan sonra moruq rəngli dəridir. Mətn qara, başlıqlar narıncı, qırmızı mürəkkəb və zəfəranla yazılmış, qara mürəkkəblə zərlə qoşa xətli haşiyə içərisindədir. Hər bölüm gözəl bir rəsmlə başlayır. Əlyazmanın 1-ci və 43-cü səhifələrində üçbucaq şəkilli müəssisə möhürü, 10-dan çox səhifədə isə “Sabit Əli, 1124” yazılmış şəxsi möhür basılmışdır. Bu möhürə əsasən əlyazmanın h.1124 (1712)-ci ildə yazıldığı təxmin olunur. 7 vərəqdə “İşbu divani-Sabit Əlaəddin Bosnəvi, bin yüz igirmi dördüncü sənəyi-hicridə zilqədə ayının müntəsifində ərbabi-zövq və səfa üçün yadigar olaraq təhrir qılındı” (Bu Sabit Əlaəddin Bosnəvi divanı, min yüz iyirmi dörd hicri ilinin zilqədə ayının yarısında zövq və səfa əhli üçün yadigar olaraq yazıldı) yazısı vardır.
Əlyazma kitabının birinci səhifəsi yoxdur. Əlimizdə olan başqa nüsxələrlə qarşılaşdırarkən təxminən 21 beytinin olmamasını ortaya çıxarırıq. Yəni başlıq olan ilk səhifə itmişdir. Bu nüsxələrə əsaslanaraq divanın meracnamə ilə başladığını düşünürük. Divan başlayır:
Dostları ilə paylaş: |