Azərbaycan miLLİ elmlər akademiyasi


فی مدینه اماسیه سنه ٩٥٦ تم



Yüklə 6,47 Mb.
səhifə223/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   219   220   221   222   223   224   225   226   ...   232
فی مدینه اماسیه سنه ٩٥٦ تم

(Ya əlləhi eylə Mustafayı müsətdam, caninə olsun səlamətlər mühəs­səl vəs-səlam. Fi midiynəti-Amasya sənə 956 tim )

2) Manisa Xalq Kitabxanası. Şifri: 45 Hk 1683. Köçürülmə tarixi h.956/m.1549-cu ildir. Hər səhifədə 19 sətr olmaqla nəsx xətti ilə no­xu­­du rəngli fliqranlı kağıza yazılmışdır. Ölçüləri 19,7x 13,5 sm, həcmi 142 vərəqdir. Çəharguşə meşin qəhvəyi cildi var. Kəlimə başları qır­mızı rəngli mürəkkəblə verilmişdir. 1a vərəqində müxtəlif şeirlər, 143b vərəqində isə Qasım Manisavinin xətti ilə bir yazı nümunəsi vardır. Nüs­xə orijinala çox yaxın olan nümunələrdən hesab olunur. Başlanğıcı və sonu yuxarıda qeyd edilən nüsxələrlə eynidir.

3) Ankara Milli Kitabxanası Adnan Ötükən Xalq kitabxanası kol­lek­siyası. Şifri: 06 Hk 54, dvd nömrəsi 1181. h.963/m.1555-ci ildə kö­çü­rülmüşdür. Katibi məlum deyil. Hər səhifədə 19 sətr olmaqla nəsx xət­ti ilə öküz başı şəkilində filiqranı olan kağıza yazılmışdır. Həcmi 143 və sonradan 3 vərəq əlavə edilmişdir. Başlanğıcı və sonu digər nüs­­xə­lərlə eynidir.

4) Manisa Xalq Kitabxanası. Şifri: 45 Hk 1636. Katibi məlum deyil. H.963/m.1555-ci ildə köçürülmüşdür. Hər səhifədə 19 sətr ol­maq­la incə təliq xətti ilə krem rəngli, filiqranlı kağıza yazılmışdır. Öl­çüləri 21x 13,5 sm, həcmi 145 vərəqdir. Kəlimə başları və bəzi sözlər qır­mızı mürəkkəblə verilmişdir. Vişneyi meşin üzlü cildi vardır. 1a və­rəqində Həsən Niyaziyə aid mülkiyyət qeydi, Muradiyyə kitabxana­sının vəqf qeydi, 1003 h. tarixli bir ölüm qeydi və şeirlər, 1b vərəqində “Elmi-alinin” vəqf qeydi, sonda 145b vərəqində isə göz xəstəliyinə aid faydalı məsləhət, h. 1056-cı il tarixli xatirə ilə Həmidinin bir şeiri vardır.

Başlanır: بسمﷲ...الحمدﷲ الذی جعل الانسان اهل السان و صیره عالما ببدیع المعانی والبیان اما بعد بو عبد فقیر سروری...

(Bismillah... Əlhəmdüllah əlləzi cəələl-insan əhləl-lisan və səyyərə alima bebədil-mani vəl-bəyan əmma bəəd bu əbdi-fəqir Süruri...)

5) Kayseri Raşid Əfəndi Kitabxanası. Şifri: 31 Raşid Ef. 608. Kö­çü­rül­mə tarixi h. 963, katibi məlum deyil. Ölçüləri 21,3x14 sm, həcmi 144 vərəqdir. Dəri cildə tutulmuşdur.

6) İstanbul Topkapı Saray Kitabxanası. Şifri: 2136 M.R. 540. Kö­çü­rülmə tarixi h.971/m.1563, katibi Mustafa bin Bəhlul bin Ramazan əl Ço­lovidir. Hər səhifədə 19 sətr olmaqla ahərli kağızda qələmə alınmış­dır. Ölçüləri 20,5x15, həcmi 143 vərəqdir. Qəhvəyi cildi var. Başlanğıcı və sonu yuxarıda qeyd edilmiş digər nüsxələrlə eynidir.

7) Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmala İnstitutu. Şifri: M-20/3329. Köçürülmə tarixi h.972/m.1564, katibi məlum deyil­dir. Ölçüsü 12x19 sm, həcmi 143 vərəqdir. Nəstəliq xətti ilə qələmə alın­­mışdır. İlk vərəqlərində türk, ərəb və fars dillərində müxtəlif məz­mun­lu şeirlər və dualar vardır. Əsər 6b vərəqindən başlayır. Əlyaz­ma­nın bəzi vərəqləri və cildi zədələnmişdir. Sonda onu qeyd etmək yerinə düşər ki, M formatda qorunan bu əlyazma nüsxəsi qədimliyi, səhihliyi və orijinala çox yaxın olması baxımından qiymətli hesab olunur.

Başlanır: (6b) الحمدالله الذی جعل ...

(Əlhəmdüllah əlləzi cəəl...)

Bitir: (149)......جانانه السون سلامتلر محصل و السلام سنه ۹۷۲



(...Cananə olsun səjamətlər mühəssəl vəs-salam sənə 972)

8) Ankara Milli Kitabxanası. Şifri: 06 Hk 3353, dvd nömrəsi 1392. Katibi məlum deyil, köçürülmə tarixi h.972/m.1564-dür. Hər səhifədə 19 sətr olmaqla təliq xətti ilə filiqranlı krem rəngli kağıza yazılmışdır. Ölçüsü 21x14 sm, həcmi 147 vərəqdir. Şəməsəli, köşəbəndli qəhvəyi meşin cildə tututlmuşdur. Sərlövhə, müzəhhəb, müləvvən, cədvəllər və söz başları qırmızı mürəkkəblə yazılmışdır. Əlyazmanın xatimə hissə­sin­də əsərin h. 11 Səfər 956-cı (m.1549) ildə təlif olunma qeydi var. 1a sə­hifəsində ərəbcə şeirlər, 145b səhifəsində müəllifin yəni Sürurinin bib­lioqrafiyası, 145b-147a səhifələri arasında türkcə şeirlər və məktub­lar vardır. Bunlardan əlavə 1a səhifəsində müəllifin mülkiyyət qeyd­lə­ri­nə aid və üzərində “Qul ül-həqq Mustafa və löv qanə mürrə…” kəli­mə­ləri yazılmış möhür var.

9) İstanbul Topkapı Saray Kitabxanası. Şifri: 2134 H. 659. Katibi mə­lum deyildir, köçürülmə tarixi h.993/m.1585-dir. Hər səhifədə 19 sətr olmaqla ahərli kağıza yazılmışdır. Ölçüsü 22x13 sm, həcmi 143 və­rəqdir. Qəhvəyi dəri ilə cildlənmişdir.

Başlanır:



بسم...الحمدﷲ الذی جعل الانسان اهل اللسان و صیره عالما ببدیع المعانی والبیان

(Bismillah… Əlhəmdülillah əlləzi cəələl-insan əhləl-lisan və səyyərə

alima bebədil-mani vəl-bəyan…)

Bitirir:بو دعایه هرکه ﺁمین دیرسه صدق قلب یله جاننه اولسون سلامتلر محصل و السلام …



(Bu duayə hər ki amin dirsə sidqi-qəlb ilə canınə olsun səlamətlər mühəssəl vəssəlam)

10) Türk Dil Qurumu əlyazmalar kitabxanası.

Şifri: Yz. A 236. Katibi məlum deyil, h.1001/m. 1592-ci ildə köçü­rü­lüb. Hər səhifədə 19 sətr olmaqla nəsx xətti ilə yonca fliqranlı kağıza ya­zılb. Ölçüləri 20,5x 13,5 sm, həcmi 141 vərəqdir.

Başlanır: بسم...الحمدﷲ الذی جعل الانسان اهل اللسان و صیره عالما ببدیع المعانی ...



(Bismillah…Əlhəmdülillah əlləzi cəələl-lisan əhləl-lisan və səyyərə alima bebədil-mani…)

Bitir: ...بو دعایه هر کم آمین درسه صدق قلبله جاننه اولسن سلامتله متصل واسلام




Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin