Azərbaycan miLLİ elmlər akademiyasi


Əllamə Məclisiyə görə dinin meydana gəlməsi və mahiyyəti



Yüklə 6,47 Mb.
səhifə229/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   224   225   226   227   228   229   230   231   232
Əllamə Məclisiyə görə dinin meydana gəlməsi və mahiyyəti

Əllamə Məclisi məşhur “Biharül-ənvar” əsərində dinin lüğəti və ter­minoloji mənalarına toxunmuşdur. O, müsəlman alimlərinin dinin eti­moloji mənşəyi haqqındakı müxtəlif fikirlərini qeyd etməklə yanaşı, onun ərəb mənşəli “diyanət” kökündən gəldiyini və cəza, mükafat, yol, adət, şəriət, qanun mənalarında olduğunu qeyd etmişdir. Dinin termino­lo­ji mənasına gəldikdə isə müəllif dinin Allahın qarşısında boyun əy­mək, onun göstərdiyi bütün qayda-qanunlara tərəddüdsüz əməl etmək, onun əmr və qadağaları əsasında yaşamaq, insanların etdikləri əməllərə görə mükafat və cəzalanmalarını göstərən nizam-intizam külliyyatı ol­duğu qənaətindədir (1, c.64, s.123).



Deməli, Əllamə Məclisiyə görə din anlayışının mənalarını bu şə­kil­də qruplaşdırıldırmaq müm­kündür:

1.Cəza, mükafat, hökm, hesab,

2.Üs­tün gəlmə, hakimiyyət, zəlil etmə, məcbur etmə,

3.İtaət, təslimiyyət, xidmət, ibadət,

4.Adət, yol, qanun, şəriət, millət, məzhəb.

Di­nin meydana gəlməsi məsələsinə toxunan müəllif onun ilk insan olan Adəmin (ə) özü ilə birlikdə meydana gəldiyini, Allah tərəfindən ona dinin (peyğəmbərliyin) verildiyini göstərmişdir. Bununla da o, di­nin bəşər idrakı qədər qədim olduğunu və buna inamın əsas olduğunu vurğulamışdır. Müəllifin bu qənaətə gəlməsi onun din insan qədər qə­dimdir və harada insan varsa orada din vardır sözünün nə qədər doğru ol­duğunundan xəbər verir.



Müəllif islam inancını əsas tutaraq ona görə dinin qurucusu Allahdır deyir. “Biharül-ənvar” əsəri araşdırıldıqda məlum olur ki, müəllifə görə bütün haqq din­lər Allahdan gəlmiş və səmavi xüsusiyyətlərini qo­ru­duq­ları müddətcə qüvvədə qalmışlar­. İlk insan eyni zamanda ilk pey­gəm­bərdir və ona verilən din də tövhid dinidir. Müəllifə görə Adəmdən (ə) Məhəmməd peyğəmbərə (ə) qədər bütün peyğəmbərlərin gə­tirdiyi haqq dinlərin ortaq adı islamdır. Ancaq tarixin axışı içində insanlar haqq din­dən uzaqlaşmışlar və bəşəri zəiflik nəticəsində dində meydana gələn təh­riflər səbəbiylə Allah peyğəmbərlər göndərərək insanları ya qədim dinlərini əsl şəkliylə öyrənib tətbiqə çağır­mış və ya yeni bir din və şə­riət göndər­mişdir.

İnsan başlanğıcda Allah tərəfindən “ən gözəl bir biçimdə” (2, ət-Tin 95/4) yaradılmışdır. Adəmdən (ə) eti­barən bütün insanlar Allah tərəfindən göndərilən tövhid dininin əsaslarını qav­rayıb mənimsəyəcək və həyatlarını bu əsaslara görə təşkil edəcək səviyyədə zeh­ni, ruhi və bə­dəni gücə sahib qılınmışdır. Allahın başlanğıcdan etibarən insanlara bildirdiyi dinin tövhid (hənif) dini olduğu və onların bu dini mənim­sə­məyə uyğun bir fitrətdə yaradıldığı bi­ldirilmişdir. Əllamə Məclisi ayə­lərə istinad edərək insanda haqq di­ni mənimsəmə mövzusunun fitri ol­du­ğunu, necə ki, hənif anlayışının “doğru dini mənimsəməyə uyğun” mə­nasını da daşıdığını ifadə etmişdir. Ayrıca yuxarıdakı ayədə ge­çən “fitrətullah” təbiri müəllifə görə “Allahın dini” deməkdir ki, o da is­lam və tövhiddir. İstər bu ayədə, istərsə də digər bir çox ayə və hədis­lərdə haqq dinlərin ilahi qaynaqlı olduğu israrla vurgulandığın­dan islam alimlərinin dinə verdikləri təriflərin hamısında olduğu kimi, Əllamə Məclisidə də dinin Allah tərəfin­dən qoyulmuş, ilahi təşkilat qeydi diq­qət­lə qorunmuşdur.

Müəllif əsərdə dinin psixoloji köklərinə də toxunmuşdur. Ona görə Allah sev­gisi və qorxusu iki istiqamətdən insanın ruhi primitivliyini aradan qaldırar, ona qüvvətli bir iradə və möhkəm bir xarakter qazan­dırar. Be­lə kəslərin daxilində yaşadığı cəmiyyətdə fəzilət yarışı başlar. Din insana həm instinktlərinin və maddə aləminin əsiri ol­madığı, həm də sonsuz bir azadlıq və müstəqillik içində olmadığı şüurunu verir. İn­san eqoist duyğularına, canlı və cansız təbiətə deyil, tək hər şeyin sa­hibi olan Allaha boyun əyəcək. Dinin bu təlqini insana həqiqi azadlıq qa­zan­dırır. Artıq insan yaranmışlar qarşısında və təbiət hadisələrinin qarşısın­da heyrət və dəhşətə düşməyəcək.

Dinin əsas mahiyyətinin Allaha inam olduğunu qeyd edən müəllif əsərdə xüsusi “Tovhid” fəsli açmış (1, c.III, s.230), orada Allahın kos­mo­loji, ontoloji və teoloji yollarla isbat olunmasını ön plana çəkmişdir. O, insanın yalnız Allaha ibadət etməsini, bu ibadətdə kor-koranə və şüursuz şəkildə deyil, o uca varlığı tanıyaraq bu işi icra etməsini zəruri saymış və bununla da dini ideologiyanın mahiyyətini açıb göstərə bil­mişdir. Müəllif əsərdə Allahı kainatın yaradıcısı və onun işlərini idarə edən kimi xarakterizə edir, onu hər şeyə qadir, hər yerdə mövcud və hər şeyi bilən varlıq kimi təsvir etmişdir. O, qədim filosofların Allahın var­lığını sübut etmək üçün kosmoloji, ontoloji və teoloji dəlillərin ağla­ba­tan olduğunu vurğulamış və yeri gəldikcə bu dəlillərdən faydalanmışdır (1, c.V, s.82, 127).




Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin