Azərbaycan miLLİ elmlər akademiyasi


=============================================================



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə41/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   ...   37   38   39   40   41   42   43   44   ...   143
============================================================= 
UOT 634.8:631.527 
Naxçıvan Muxtar Respublikasının Az YayılmıĢ 
Aborigen Üzüm Sortu Tula Gözü 
 
C.S.Nəcəfov 
1
, M.R Qurbanov
 
1
 AMEA Naxçıvan Bölməsi, Bioresurslar Institutu 
 
          Naxçıvan  Muxtar  Respublikasının  indiki  ərazisində  üzümçülük  çox  qədim 
zamanlardan başlayaraq bütün əmin-amanlıq dövrlərində sosial-iqtisadi duruma müvafiq 
dərəcədə  inkişaf  etdirilmiş  və  nəhayət  ötən  əsrin  yetmişinci  və  səksəninci  illərinin 
əvvəllərində özünün ən yüksək zirvəsinə çatmışdır (Наджафов, 2007). 
Lakin,  təəssüf  ki,  keçmiş  SSRİ  rəhbərliyinin    Azərbaycan  Respublikasına  qarşı 
yürütdüyü  məkrli  siyasət  və  elə  bu  siyasət  zəminində  Ermənistanın  mənfur  torpaq 
iddiaları  sonucu  olaraq  Muxtar  Respublika  blokada  vəziyyətinə  salındı.  Bununla  da 
xaricə  çıxış  yollarının  qapanması  nəticəsində  satış  bazarlarının  itirilməsi  səbəblərindən 
1988-1989-cu  illərdən  başlayaraq,  burada  üzümçülük  və  onun  emal  məhsulları  istehsalı 
böyük  miqyasda  tənəzzülə  uğradı.  Əkin  sahələri  və  ümumi  məhsul  istehsalı  ilbəil 
azalaraq,  2004-cü  ildə,  1983-cü  ildəki  17,1  min  hektardan  908  hektara,  ümumi  məhsul 
istehsalı  isə  105,0  min  tondan  6986  tona  düşmüşdür.  Lakin,  bu  müvəqqəti  çətinliklər 
Muxtar  Respublikada  əhalinin  üzüm  bitkisinə  olan  rəğbətini  və  onun  kənd  təsərrüfatı 
istehsalındakı rolunu və əhəmiyyətini  əsla azaltmamışdır. Naxçıvanın çox əsrlik tarixi ilə 
yanaşı  yaşadılmış  üzüm  bitkisi  günümüzdə  yenə  də  Muxtar  Respublikanın  bütün 
bölgələrində həmişə olduğu kimi becərilir və əziz tutulur.  
Müəyyən edilmişdir ki, Muxtar Respublikanın yerli üzüm sortlarının 85%-i ekolji-
coğrafı şərq üzüm sortları qrupuna (ondan 65%-i süfrə və 20%-i şərablıq sortlarıdır)  və 
15%-i  Qara  dəniz  hövzəsi  sortlar  qrupuna  daxildir  (  Аманов,  2004).Yerli  sortların 
yaranma  mənşəyi  hələlik  tam  öyrənilməsə  də,  onların  müəyyən  qisminin  yerli  adlar 
daşıması və böyük əksəriyyətinin yalnız bu ərazidə yayılması onu göstərir ki, bu sortlar 
uzun bir tarixi dövr ərzində Naxçıvan bağbanları tərəfindən aparılmış süni seçmə, calaq 
etmə  və  digər  seleksiya  üsulları  ilə  yetişdiirlmişdir.  Şahtaxtı  üzüm  sortunun  öz  adının 
Kəngərli  rayonunun  Şahtaxtı,  Zerəni  qorası  sortunun  Ordubad  rayonunun  Zerəni,  Şada 
sortunun  Şahbuz  rayonunun  Şada,  Milax  sortunun  Culfa  rayonunun  Milax  və  s. 
kəndlərindən  alması,  Ağ  kələmpür,  Bəndi,  Cəlali,  Daş  qara,  Əlimərdan,  Əşrəfi,  Gülabı, 
Hüseyni, Xanımı, Xəzani, Qiami, Qara Kürdəşi, Nəbi üzümü, Nəxşəbi, Rəzzaqi, Sahibi, 
Şəfei  və s. onlarca digər  nadir üzüm sortlarının bu günə qədər yalnız Naxçıvan MR-ın 
ərazisində  yayılması  Naxçıvan  sortlarının  həqiqətən  də  burada  yaradıldığını  təkzib 
olunmaz bir şəkildə sübut edir. 
 Görkəmli seleksiyaçı alim, akademik C.Ə. Əliyev ( 2005) göstərir ki, hazırda 
mövcud  olan  bütün  sortlar  və  heyvan  cinslərinin  rəngarəng  və  geniş  çeşidinin  hamısı 
minilliklər  boyu  ənənəvi  seleksiya  üsulları  ilə  yaradılmışdır  və  onun  imkanları  hələ  də 
tükənməmişdir. 
Azərbaycanın demək olar ki, bütün rayonlarında, o cümlədən də Naxçıvan MR-da 
yüzlərcə  aborigen  üzüm  sortlarının  yaradılmasında  heç  şübhəsiz  bu  yerlərdə  mədəni 


 
 
üzümə  başlanğıc  vermiş  yabanı  Vitis  sylvestris  üzümünün    çeşidli  tiplərinin  geniş 
miqyasda  yayılması mühüm rol oynamışdır (Amanov,1999, 2006; Amanov və b., 2006; 
Аманов,  2006).  Qeyd  etmək  lazımdır  ki,  üzümün  yabanı  formaları  indinin  özündə  də 
Naxçıvan  Muxtar  Respublikasının  Şahbuz  rayonundakı  Sarı  dağ,  Əmir  Səyyad  dağı, 
Culfa rayonundakı İlanlı dağ  (Şək. 1; Şək.  2), Darı dağ yamaclarında, çay vadilərində və 
digər ərazilərində geniş miqyasda yayılmışdır (Nəcəfov, 2004).Yarandığı bir gündən yerli 
şəraitə  tam  uyğunlaşan  aborigen  üzüm  sortları  bütün  regionlarda  xarici  mühitin  mənfi 
təsirlərinə:  şaxtaya,  quraqlığa,  qızmar  hava  şəraitinə,  səmt  küləklərinə,  xəsətlik-
zərərvericilərə və s. qarşı davamlı olmaları ilə fərqlənirlər. 
Tanınmış  alium  Qolodriqa  P.Y.  aborigen  üzüm  sortlarına  yüksək  qiymət  verərək 
yazır ki, insanın müdaxiləsi olmadan ətraf mühitin ekstremal şəraitinin təsiri altında bitən 
yabanı  üzüm  formaları  və  aborigen  üzüm  sortları  biotik  və  abiotik  stress  amillərinə 
davamlılıq xüsusiyyətləri daşıyan gen və gen qruplarına sahib olmuşdur 
(Голодрига,1988).                                                                                                                                                                 
         Müqəddəs  torpağımıza,  tariximizə,  maddi-mədəniyyət  abidələrimizə  göz  dikən 
mənfur  erməni  cızmaqaraçıları  Azərbaycan  xalqının  milli  sərvəti  olan  Naxçıvanın  nadir 
və qiymətli  üzüm sortlarını da özununküləşdirmə tamahı ilə çırpınırlar.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək 1.  Culfa rayonu İlanlı dağ yamacında  yayılmış V. sylvestris yabanı üzüm kolluğu 
 
 
 


 
 
 
Şək.2. Naxçıvan MR ərazisində yayılmış V. sylvestris yabanı üzüm forması 
 
 
Bəşəriyyətin  açıqdan-açığa    ikrah  doğuran  bu  xəbis  tör-töküntü  ünsürləri  üzündən  həya 
pərdəsini cırıb ataraq Naxçıvan xalqının    əsrlərdən bəri böyük zəka  və zəhmət hesabına 
yaratdıqları  üzüm  sortlarını:  Əsgəri  sortunu  -  “Nazeli”,  Hənə-qırnanı  -  “Arevik”,  Qara 
aldərəni  -  “Areni  noi”,  Ağ  Tayfini  -  “Araratı”,  Pişik  üzümünü  -  “Voskayet”,  Naxçıvan 
Qızıl üzümünü - “Karmir Koxani”, Misqalını - “Msxali”, Ağ xəlilini - “Aq Sateni”, orta 
əsrlərdən  belə  məhşur  olan  Şəfeini  -  “Şaumyani”  adlandırmışlar  (Amanov,  2004; 
Лучшие  сорта  винограда  СССР,  1972).  Bu  xəbis  xilqətli  millət  (əgər  onları  millət 
adlandırmaq  olarsa)  onu  qəti  anlamalıdır  ki,  Naxçıvanda  yetişdirilmiş  təbiətin  bu  zərif 
varlıqları  erməni  ruhu  ilə  əsla  uyuşmazdır  və  onlar  törətdikləri  cinayətlərə  görə  cavab 
verməli olacaqlar. 
Beynəlxalq  Bitki  Genetik  Ehtiyatları  İnstitutu  (İPGRİ)  Qafqaz  və  Qara  dənizin 
şimal bölgələrində, o cümlədən də üzümün yabanı formalrının geniş yayıldığı, həmçinin 
də mədəni üzümün əsas yaranma və formalaşma diyarı olan Azərbaycanda geniş tədqiqat 
layihəsi  təşkil  etmişdir.  Layihənin  başlıca  məqsədi  bu  ölkələrin  elmi  potensialının 
gücündən  istifadə  edərək    müxtəlif  bölgələrdə  üzümün  sort  tərkibinin  qorunması  və 
zənginləşdirilməsini  təmin  etməklə  üzüm  genofondunun  toplanması,  identifikasiyası, 
konservasiyası,  xarakterizə  edilməsi  və  öyrənilməsi  işləri  təşkil  edir    (Аманов,  2006; 
Трошин и др., 2006; Трошин, 2006) . 


 
 
Konvensiyaya  daxil  olunan  tarixdən  keçən  qısa  bir  dövr  ərzində  bütövlükdə 
Azərbaycan Respublikasında olduğu kimi, Naxçıvan MR-də də istər geniş istehsalatda və 
istər elmi tədqiqat müəssisələrində xeyli iş görülmüş, həyata keçirilmiş aqrar istehsalatlar 
nəticəsində  yaranmış böyük imkanlara və müstəqil fəaliyyət dairəsinə malik olan fermer 
və  digər  özəl  təsərrüfatlarda  onların  məqsədinə  cavab  verən  aborigen  sortlardan  istifadə 
edilməklə  on  hektarlarla  yeni  bağlar  salınmışdır.  Elmi  tədqiqat  müəssisələrində  mədəni 
və  yabanı  üzüm  formalarının  axtarışı,  kolleksiya  bağlarında  toplanması,  artırılması, 
öyrənilməsi, seleksiyası və nəşriyyat işləri genişləndirilmiş, burada perspektivli aborigen 
və  introduksiya  olunmuş  sortların  tinglikləri  yaradılmış  və  yayılması  təşkil  edilmişdır. 
Dövlətin böyük  dəstəyi ilə  həyata  keçirilən bu və digər başqa tədbirlər  sayəsində yəqin 
ki,  Muxtar  Respublikada  üzümçülük  və  onun  emal  sənayesi  yaxın  bir  neçə  ildə  yüksək 
səviyyədə bərpa ediləcəkdir. 
AMEA  Naxçıvan  Bölməsinin  Bioresurslar  İnstitutunda  aborigen  sortların 
biomorfoloji və texnoloji-təsərrüfat  göstəriciləri inamla deməyə əsas  verir ki, bu sortlar 
Muxtar  Respublikada  üzümün  sort  tərkibinin  daha  da  zənginləşdirilməsində  önəmli  yer 
tutacaqdır.  Haliyədə  Bioresurslar  İnstitutunun  Nəbatat  bağında  145-dən  artıq  sort  və 
forma  olan  üzüm  genefondu  toplanmışdır.  Həmin  sortlardan    birini  Tula  gözü  sortunu  
təqdim edirik.  
Tula  gözü  sortu  Naxçıvan
 
Muxtar  Respublikasının  az  yayılmış  nadir  aborigen 
sortudur (Şək. 3).
 
Cavan zoğları (5-7 sm) yaşıldır, tumurcuq qalpağı qəhvəyi rəngli sıx 
tükcüklərlə  örtülüdür,  birinci-üçüncü  yarpaqları  azacıq  açıq  yaşıldır,  tüksüzdür.  Boy 
atmış zoğları orta yoğunluqdadır, yetişmiş zoğları tünd qəhvəyidir, üzərində qırmızımtıl 
ləkələr  vardır.  Yarpağı  orta  irilikdədir  (uzunluğu  16  sm,  eni  12  sm),  uzunsovdur,  dərin 
kəsimlidir, beş dilimlidir, üst səthi tünd yaşıldır, ələkvari  torludur, hamardır, alt səthi bir 
qədər  açıq  yaşıldır,  tüksüzdür,  yuxarı  kəsimlər  olduqca  dərindir,  bəzən  açıq,  bəzən  də 
qapalıdır,  orta  və  bəzən  iri  həcmli  yumurtavarı  pəncərəlidir,  aşağı  kəsimlər  kiçikdir, 
açıqdır,  oturacağı  iti  bucaqla  qurtaran  paralel  şəkillidir.
 
Saplaq  oyuğu  çox  genişdir, 
açıqdır, lirə şəkillidir, dilimlərin təpə dişcikləri nisbətən iri, sivri bucaq, bəzən də günbəz 
çəkillidir,  yan  dişcikləri  kiçik  həcmlidir,  mişar  şəklindədir,  saplağı  mərkəzi  damarın 
yarısı  uzunluğundadır,  qırmızı  şərab  rəngindədir,  ayə  damarları  seyrək  səpələnmişdir, 
açıq-yaşıl rənglidirlər. Çiçəyi iki cinclidir, erkəkcikləri beşdir, yaxşı inkişaf etmişdir, bir 
qədər yanlara əyilmiş  vəziyyətdə dikdurandır, çiçəkləmə dövründə qönçələrinin 68,7%-i 
tökülür,  formalaşmış  gilələrinin  11,1  %-i  noxudlaşır.  Salxımı  orta  irilikdədir  (uzunluğu 
16 sm, eni 10 sm), konus formalıdır, orta sıxlıqdadır, salxım saplağı orta uzunluqdadır ( 
3,5-4,5 sm), əksər hallarda odunlaşandır, barmaqdan nisbətən çətin qopandır. Giləsi orta 
irilikdədir  (uzunluğu  18  mm,  eni  15  mm),  konus  formalıdır,  rəngi  qaradır,  qabığı 
möhkəmdir,  orta  qalınlıqdadır,  nazik  mum  qatı  ilə  örtülüdür,  ləti  çox  şirəlidir,  spesifik 
ətirlidir,  dadı  şirintəhərdir,  şirəsi  şəffafdır,  toxumları  1-2-dir,  az  hallarda  3-dür,  iridir 
(uzunluğu 6,2 mm, eni 4,1 mm), dimdiyi orta uzunluqdadır, rəngi tünd qəhvəyidir. 
 
Vegetasiya  dövrü  -  tumurcuqların  açılmağa  başlanmasından  gilənin  tam 
yetişməsinə qədər - 3498
0
 C fəal tempraturda 153 gün, yarpaqların tökülməsinə qədər isə 
4523
0
  C  fəal  tempraturda  221  gün  davam  edir;  ayrı-ayrı  inkişaf  fazaları:  tumurcuqların 
açılmağa  başlamasından  çiçəkləmənin  başlamasına  qədər  726
0
  C  fəal  temperatur  və  45 
gün, çiçəkləmənin başlamasından qurtarmasına qədər  287

C fəal temperatur və 13 gün, 
çiçəkləmənin sonundan gilənin yetişməyə başlamasına qədər  
   


 
 
 
 
Şək.3. Tula gözü sortu 
 
1544
0
  C  fəal  temperatur  və  59  gün,  gilənin  yetişməyə  başlamasından  tam  yetişməsinə 
qədər  941
0
  C  fəal  temperatur  və  36  gün,  gilənin  tam  yetişməsimdən  yarpaqların 
tökülməyə  başlamasına  1025

C  fəal  temperatur  və  68  günə  kimi  şəraitində  və 
müddətlərdə davam edir və bununla da illik vegetasiya dövrünü tamamlayır.  
 
Tula  gözü  orta  boyatan  sortdur,  birillik  zoğların  boyu  vegetasiya  dövrünün 
axırında  123,2  sm-ə  çatır  və  onun  92,9%-i  yetişib  qızarır.  Yüksək  dərəcədə  məhsuldar 
olması  ilə  fərqlənir,  orta  hesabla  79,67  göz  yükündə  tumurcuqların  açılması  73,0%-ə, 
yaranmış zoğların barlılığı 93,27%, bir barverən zoğda salxım sayı 1,40 ədəd, bir gözün 
barvermə  əmsalı  0,949,  bir  zoğun  barvermə  əmsalı  1,299-a  çatır,  bir  salxımın    orta 
kütləsinin 228 q olması hesabına bir gözün məhsuldarlığı 216 q, bir zoğun məhsuldarlığı 
296 q, bir tənəyin məhsuldalığı 17,24 kq, bir hektarın məhsuldarlığı 283,34 sen.-ə qədər 
yüksəlir.  
 
Xəstəlik  və  ziyanvericilərə  qarşı  kifayət  qədər  davamlıdır,  çoxillik  müşahidə 
nəticələrinə görə xəstəliklərdən mildiuma çox zəif, oidiuma 1 ball, boz çürüməyə 1 ball, 
ziyanvericilərdən  üzüm  salxım  yarpaqbükəninə  1  ball,  tor  gənəciyinə  1  ball  gücündə 
sirayətlənir.  Tula  gözü  Muxtar  Respublikada  yetişdirilən  üzüm  sortları  arasında  şaxtaya 
qarşı ən çox davamlı olması ilə fərqlənir.  
 
Salxımın  mexaniki  tərkibi:  daraq  4,08%,  gilə  95,92%,  gilənin  tərkibi:  lətin  bərk 
hissəsi ilə birlikdə qabıq 7,23%, şirə 84,24 %, toxum 4,42%. 100 gilənin orta kütləsi 187 
q, 100 toxumun orta kütləsi 5,40 q. Gilənin tam yetişmə dövründə 3,4 q/dm
3
 turşuluqda 


 
 
23,8%    şəkər  toplayır.  Tula  gözü  sortu  müstəsna  olaraq  şərab  istehsalı  üçün  yaralıdır, 
sortdan  qırmızı  rəngli  və  təravətli  desert  və  süfrə  şərabı  hazırlamaq  olur,  süfrə  şərab 
nümunəsi dequstasiya edildikdə 79 ball orqanoleptik qiymət almışdır.   
 
                                                    

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin