Azərbaycan miLLİ elmlər akademiyasi


AparılmıĢ araĢdırmalar nəticəsində 72 növ dərman bitkisi müəyyənləĢdirilmiĢdir



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə59/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   ...   55   56   57   58   59   60   61   62   ...   143
AparılmıĢ araĢdırmalar nəticəsində 72 növ dərman bitkisi müəyyənləĢdirilmiĢdir. 
 
      İranın  şimali-qərbində  yerləşən  Savalan  və  Talış  dağlarının  ərazisində  müxtəlif  tipli 
ekosistemlər  formalaşmışdır.  Bu  formalaşmış  ekosistemlərin  müasir  flora  tərkibinin  analizi, 
onların  sistematik  və  taksonomik  öyrənilməsi,  arealoji,  bioloji  və  ekoloji-fitosenoloji 
təhlillərinin verilməsi böyük əhəmiyyətə malikdirlər. 2008-ci ildən başlayaraq Savalan dağının 
su-bataqlıq  bitkiliyi  və  bu  bitkilikdə  rast  gəlinən  bitkilərin  taksonomik  tərkibi  tədqiq 
edilmişdir. Bu zaman tədqiq edilən ərazidən toplanmış müxtəlif fəsilələrə aid bitki növlərinin 
adları ədəbiyyat və herbari materialları əsasinda dəqiqləşdirilmişdir. Həmin ərazidə aparılmış 
araşdırmalar  nəticəsində  218  bitki  növü  təyin  edilmşdir.  Təyin  edilmiş  218  növün  72-nin 
qiymətli  dərman  bitkisi  olduğu  müəyyən  edilmişdir  (Cədvəl  1).  Bu  dərman  əhəmiyyətli 
bitkilərin öyrənilən ərazidə böyük ehtiyatları vardır: Mentha longifolia (L.) Huds, Nasturtium 
officinale  (L)  R.Br.,  Achillea  millefolium  L.,  Plantago  major  L.,  Equisetum  arvense  L., 
Origanum  vulgare  L.,  Hypericum  perforatum  L.,  Tribulus  terrestris  L.  və  s.  Bu  növlərin 
kimyəvi  tərkibi,  dərman  əhəmiyyəti  araşdırılmışdır.  Tədqiq  edilən  bitkilərin  arealının  müasir 
vəziyyətinin  araşdırılması  nəticəsində  müəyyən  edilmişdir  ki,  bu  bitkilərin  yayıldığı  ərazi 
getdikcə  kiçilir  və  hətta  bəzi  növlərin  nəsli  kəsilmək  üzrədir.  Bu  isə  həmin  bitkilərin  bitdiyi 
ərazidən  insanların  kənd  təsərrüfatı  və  digər  məqsədlər  üçün  kortəbii  istifadə  etmələri 
nəticəsində baş verir.  
 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin