Azərbaycan miLLİ elmlər akademiyasi


Savalan dağının dərman əhəmiyyətli bitki növləri və onların həyatı formaları



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə61/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   ...   57   58   59   60   61   62   63   64   ...   143
Savalan dağının dərman əhəmiyyətli bitki növləri və onların həyatı formaları 
 
Fəsilə 
Cins 
Növ 
Həyati 
formalar 




Butomaceae 
Butomus 
B. umbellatus L. 
Çoxillik 
Caryophyllaceae 
Dianthus 
D. pachypetalus Stapf. P.  
Çoxillik 
Compositae 
Achillea 
A. millefolium L. 
Çoxillik 
Achillea 
A. filipendula Lam. 
Çoxillik 
Anthemis 
A. atropatana Iranshahr   
Birillik 
Artemisia 
A. fragrans Willd
Çoxillik 
Centaurea 
C. cheiranthifolia  Willd
Çoxillik 
Centaurea 
C.iberica Trev.ex 
spreng. 
Çoxillik 
Lactuca 
L.  orientalis Boiss. 
Çoxillik 
Taraxacum 
T.azerbaijanicum              
Çoxillik 
Taraxacum 
T. bessrabicum 
(Hormem)  
Çoxillik 
Taraxacum 
T. hydrophilum V.Soest. 
Çoxillik 
Taraxacum 
T. officinalis 
Çoxillik 
Tragopogon 
T. reticulatus 
Birillik 
Cruciferae 
Allyssum 
A. linifolium 
Birillik 
Capsella 
C.bursa-pastoris  M.B. 
Birillik 
Cardamine 
C. hirsuta L 
Birillik 
Cardamine 
C. uliginosa M.B.          
Birillik 
Descurainia 
D. sophia  (L.) Schur 
Birillik 
Hesperis 
H.kurdica 
Dvora 
ket 
Hadac 
Çoxillik 
Nasturtium 
N. officinale   (L.) R.Br. 
Çoxillik 
Chenopodeacea 
Chenopodium 
C. album L
Çoxillik 
Chenopodeum 
C. ambrosioides L. 
Çoxillik 
Ephorbiaceae 
Euphorbia 
Ephorbia sp. 
Çoxillik 
Equisetinaceae 
Equisetum 
E. arvense L. 
Çoxillik 
 
Equisetum 
E. fluviatile L. 
Çoxillik 
 
Equisetum 
E. maximum 
Çoxillik 


 
 
Hypericaceae 
Hypericum 
H. perforatum L. 
Çoxillik 
Iridaceae 
 
Iris 
I.  caucasica Hoffm. 
Çoxillik 




 
Iris 
I. 
pseudocaucasica 
Grossh 
Çoxillik 
Labiatae 
Allium 
A.ampeloprasum L. 
Çoxillik 
 
Asparagus 
A. persicus Baker. 
Çoxillik 
 
Mentha 
M. langifolia (L.) Huds
Çoxillik 
 
Mentha 
M. aquatica L. 
Çoxillik 
 
Nepeta 
N. ucrainica L. 
Çoxillik 
 
Origanum 
O. vulgar L. 
Çoxillik 
 
Salvia 
S. aethiopis L. 
Çoxillik 
 
Stachys 
S. byzantina C.Koch. 
Çoxillik 
Rosaceae 
Alchemilla 
A.  persica Rothm. 
Çoxillik 
 
Alchemilla 
A.  rigida Buser. 
Çoxillik 
 
Alchemilla 
A.citrina Frohner. 
Çoxillik 
 
Fragaria 
F.vesca L. 
Çoxillik 
 
Geum 
G. rivale L. 
Çoxillik 
 
Sanguisorba 
S. minor Scop. 
Çoxillik 
Rubiaceae 
Galium 
G.verum L. 
Çoxillik 
Ranunculaceae 
Nigella 
N.oxypetala Boiss 
Birillik 
 
Ranunculus 
R.lateriflorus DC. 
Çoxillik 
 
Ranunculus 
R.parsicus DC. 
Çoxillik 
Orchidaceae 
Orchis 
O. latifolia 
Çoxillik 
 
Orchis 
O. mascula L. 
Çoxillik 
Scrophulariaceae 
Veronica 
V. anagalloides Guss. 
Çoxillik 
 
Veronica 
V. orientalis Miller 
Çoxillik 
Poaceae(Gramineae) 
Agropyron 
A.repens (L) P.Beauv. 
Çoxillik 
 
Hordeum 
H. marinum  Hudson 
Çoxillik 
 
Hordeum 
H.  violaceum  Boiss  .et 
Huet  
Çoxillik 
Polygonaceae 
Rumex 
R.  acetosella L. 
Çoxillik 
Primulaceae 
Anagalis 
A. arvensis L. 
Birillik 
Papaveraceae 
Anemone 
A.biflora DC. 
Çoxillik 
Papilionaceae 
Astragalus 
A.(Buceras) hamosus 
Birillik 
 
Lotus 
L. corniculatus L. 
Çoxillik 
 
Melilotus 
M. officinalis  (L.) Desr. 
Çoxillik 
Plantaginaceae 
Plantago 
P. atrata Hoppe
Çoxillik 
 
Plantago 
P. lanceolata L. 
Çoxillik 
 
Plantago 
P. major L. 
Çoxillik 
 
Plantago 
P. maritima L
Çoxillik 
 
Plantago 
Plantago sp 
Çoxillik 
Zygophyllaceae 
 Tribulus 
T. terrestris L. 
Birillik 
 
 


 
 
 
 
NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ 
   Savalan  dağının  şimal  və  şərq  ətəklərinin  su-bataqliq  bitki  örtüyünün  növ  tərkibinin 
analizi nəticəsində müəyyən olunmuşdur ki, bu ərazidə yayılmış 72 dərman bitkisi 22 fəsiləyə 
daxil  olan  67  cinsi  əhatə  edir.  Öyrənilən  bitkilərin  həyati  formaları  müəyyənləşdirilmişdir 
(Cədvəl  1).  Bəzi  dərman  bitkilərinin  kimyəvi  tərkibi  və  dərman  əhəmiyyəti  aşağıda  qeyid 
edilmişdir.  
1.
 
Yarpız - Mentha longifolia (L.) Huds. (Şəkil 1).  
 Yarpız bitkisindən hələ qədim zamanlardan dərman bitkisi kimi istifadə edilmişdir. Bu 
bitkinin  əsasən  yarpaqlarından  istifadə  edilir.  Yarpaqlarının  tərkibində  49,7  %  piperiton, 
18,4%  xinol  olur.  Təbabətdə  dərman  kimi  piperitondan  boğulmanın  və  ürək  döyünməsinin 
qabağının  alınmasında,  xinoldan
 
isə
 
öskürək  və  qan  xəstəliklərinin  qarşısının  alınmasında 
istifadə edilir ( Kamkar və b., 2001; Mathela və b.,1989). 
2.
 
Acı qıjı (Bulaq otu) - Nasturtium officinale (L.) R.Br. (Şəkil 2). 
Acı  qıjı  çoxillik  su-bataqliq  bitkisi  olub  dərman  əhəmiyyətlidir.  Kimiyəvi  tərkibində 
dəmir,  yod,  manqan,  kalisium  və  bir  də  qlükozid  olur.  Bundan  başqa  tərkibində  çoxlu 
vitaminlər  (A,  C,  D)  vardır.  Dərman  kimi  şəkər,  qan,  əsəb  xəstəliklərinə  qarşı  və  qızdırma 
salıcı, iştah gətirici kimi, eyni zamanda xərçəng xəstəliyinin  qabağının alınmasında istifadə 
edilə bilər (Nəcəfpurnəvai və b., 2007; Zərgəri, 1997). 
3.
 
Boymadərən - Achillea millefolium L.(Şəkil 3).   
        Təxminən  40  sm  hündürlükdə  çoxillik  bitkidir.  Düz  duran  gövdəsinin  üzərində  sıra  ilə 
düzülmüş yarpaqları və gövdəsinin təpəsində səbətşəkilli ağ rəngli çiçəkləri vardır. 
Boymadərən bitkisindən dərman kimi çox qədim zamanlardan istifadə edilir. Bu bitkinin 
yerüstü  hissəsinin  tərkibində,  yağ,  inulin,  tanin,  mum,  akonit  turşusu  olur.  Dərman    kimi 
mədə  köpü  və  turşuluğu  zamanı,  qanın  laxtalanması,  yaranın  iltihabı  və  həmiçinin  xərçəng 
xəstəliklərinin  qarşısının  alınması  üçün  istifadə  edilir  (Nəcəfpurnəvai  və.b.,  2007;  Zərgəri, 
1997).  
4.
 
İri bağayarpağı - Plantago major L. (Şəkil 4). 
        Bu bitkinin əsasən kökündən, yarpaqlarından və toxumun dan dərman  maddələri almaq 
üçün  istifadə  edilir.  Kimiyəvi  tərkibində  yapışqan  maddəsinə,  kitrəyə,  taninə,  inurtin
 
turşularına,
 
və  qlükozidə  rast  gəlinir.  Bağayarpağından  qanın  təmizlənməsində,  asma  (nəfəs 
tutulması)  xəstəliyində,  öskürək  və  boğaz  şişməsində,  diş  və  qulaq  ağrısı  zamanı,  həmiçinin 
xərçəng
 
xəstəliklərinin qarşısının alınmasında istifadə edilə bilər (Nəcəfpurnəvai və b., 2007; 
Zərgəri, 1997). 
5.
 
Çöl qatırquyruğu - Equisetum arvense L. (Şəkil 5).  
          Çoxillik  bitki  ol  ub  budaqlı  kökümsov  gövdəsində,  yeraltı  yumrularında  çoxlu  qida 
maddələri  vardır.  Bu  bitkidən  alınan  kimyəvi  maddələr  dərman  sənayesində  geniş  istifadə 
edilir.  Bitkinin  yerüstü  hissəsinin  tərkibində  aşağıdakı  maddələrə  rast  gəlinir:  silisium  
turşusu,  oksalat  turşusu,  alma  turşusu,  akonit,  kauçuk  maddələri  və  az  miqdarda  yağ, 
alüminium, kalium, saponin.   
   Xalq  təbabətində  qatırquyruğu  bişirmə  şəkilində  sidikqovucu  dərman  kimi  istifadə 
edilir.  Qatırquyruğu  daxili  qanaxmada  qandayandırıcı  dərman  kimi  də  işlədilir.  Ondan 
hazırlanmış  duru  ekstraktdan  ürək  və  böyrək  xəstəliklərində  də  istifadə  edilir.  Yara 
iltihablarına qarşı da istifadə etmək olar (Nəcəfpurnəvai və b., 2007; Zərgəri, 1997).  
6.
 
Qaraqınıx - Origanum vulgare L. (Şəkil 6). 


 
 
Qaraqınıx  30-60  sm  hündürlüyündə  çoxillik  bitkidir.  Qol-budaqlı  gövdəsinin  rəngi 
qırmızımtıldır.  Qarşı-qarşıya  düzülmüş  yarpaqları  və  budaqlarının  təpəsində  topa  halda 
yerləşmiş qırmızı və xırda çiçəkləri vardır. Bu bitki xoş ətirli iy verir. 
Onun  tərkibindəki  təsiredici  maddələr,  miqdarı  1%-ə  qədər  olan  eterli  yağdan  və  4% 
tanindən ibarətdir. Eterli yağın əsas tərkibini timol təşkil edir.   
 Təbabətdə qaraqınıqdan asma, sarılıx, öskürək və boğaz şişməsində dəmləmə şəkilində, 
həmidə  əsəb  xəstəliklərinin    qarşısının  alınmasında  istifadə  edilir.  Bu  bitkidən  alınan  eterli 
yağ diş ağrısını kəsici dərman kimi də işlədilir (Zərgəri, 1997). 
7.
 
Dazı - Hypericum perforatum L. (Şəkil 7). 
 Hündürlüyü  60  sm-ə  çatan  və  ikihaçalı  gövdəyə  malik  qarşı-qarşıya  düzülmüş  xırda 
yarpaqları və çiçəkləri olan bitkidir. Bu bitkiyə İranda Azərbaycan dilində çoban çayı və ya 
əlf çayı deyillir.  
Bitkinin yerüstü hissəsinin tərkibində qırmızı və sarı rəngli qətranlı maddələr, eterli yağ 
və aşı maddələri vardır. Bunlardan əlavə tərkibində 12,4% tanin və 13,5 mq%-ə qədər karotin 
olur. 
Dazı  oxy  dəmləmə  və  bişirmələr  şəkilində  qanlı-bəlğəmli  öskürəkdə,  soyuqdəymə  və 
mədə xəstəliklərində, qızdırma salıcı, iştaha gətirici dərman kimi istifadə edilir (Azadi,1999;  
Nəcəfpurnəvai vəb., 2007; Southwell and Compbel, 1991). 
8.
 
Dəmir tikan - Tribulus terrestris L. (Şəkil 8). 
Dəmir  tikan  bitkisindən  dərman  kimi  hələ  qədim  zamanlardan  istifadə  edilir.  Onun 
meyvəsinin tərkibində saponin, qlükozid, flavonoid, alkaloid, tanin olur.  
Xalq təbabətində bu bitkinin meyvə və toxumundan diş və ağız xəstəliklərində, böyrək 
daşının  əridilməsində,  görmə  qabiliyyətinin  artırılmasında  və  xərçəng  xəstəliklərinin 
qarşısının alınmasında istifadə edilir (Nəcəfpurnəvai və b., 2007; Zərgəri, 1997). 
 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin