4. ―ĠBLĠS‖
―İblis‖ faciəsini Cavid birinci dünya müharibəsinin
axırlarında — 1918-ci ildə yazmışdı. Bu həmin dövr idi ki,
Rusiya müharibədən çıxmış, Rusiyada Böyük Oktyabr sosialist
inqilabı qalib gəlmişdi. Almaniya-Avstriya bloku ağır
məğlubiyyətə düçar olmuş, Türkiyə kapitulyasiyaya uğramış və
faciənin bir yerində işarə edildiyi kimi, ―İstanbul ingilislərlə
dolmuşdu‖. Demək, birinci dünya müharibəsinin törətdiyi
fəlakətlər də, onun mürəkkəb nəticələri də tamamilə göz qaba-
ğında idi. Bu nəticələrdən ən mühümü bu idi ki, imperialist
cəbhəsi xeyli zəifləmiş, Rusiyada sosialist inqilabı qalib
gəlmişdi. Əgər Cavid realist olsaydı, belə bir tarixi hadisə
haqqında ondan tamamilə başqa ruhlu bir əsər gözləmək olardı.
Amma Cavid romantik idi, ―İblis‖ də romantik bir faciə idi.
Bu əsəri tam realist əsər adlandıranlar da olmuşdur.
Doğrudur, hər hansı romantik əsərdə olduğu kimi, ―İblis‖də də
139
realist ünsürlər, hətta realist surətlər yox deyildi. Lakin bu
xüsusiyyət əsərin realist üslubda yazıldığını sübut edə
bilməzdi. Qətiyyətlə demək olar ki, Cavid əvvəldən axıra qədər
romantik olmuş, əsərlərini də romantik üslubda yazmışdır.
Konkret olaraq ―İblis‖ə gəlincə onun romantik bir faciə oldu-
ğu göz qarşısındadır: Burada üz-üzə duran qüvvələr
müharibəyə qoşulan qüvvələr, müxtəlif imperialist dövlətlər və
onların nümayəndələri deyil, qardaşla qardaş, yoldaşla yoldaş,
ərlə arvad və başqalarıdır.
Şəfqət bacısı Rəna öz atasının qatilini axtarır. Bu qatil ibn
Yəmindir. Rənaya aşiq olan iki qardaş — Arif və Vasif bir-
birindən xəbərsiz ayrı-ayrılıqda qatili tapıb cəzalandırmaq və
bununla Rənanın məhəbbətini qazanmaq istəyirlər. Arifin
mehriban arvadı Xavər ərinin bu hərəkətinə, başqa birinə
uymasına mane olmaq istərkən Arif sərxoş olduğu halda
dəlicəsinə öz arvadını boğub öldürür. Nəhayət, qatil ibn Yəmin
tapılıb, əsgəri bir qaçaq olan Elxan tərəfindən cəzalandırılır.
Bir-birini tanımayan iki qardaş, ―iki məcnun‖ — Arif və Vasif
Rənaya sahib olmaq üçün vuruşurlar. Arif uşaqlıqdan itirdiyi
və illərlə həsrətini çəkdiyi qardaşı Vasifi öldürür.
Təbiidir ki, bu hadisələrdə birinci dünya müharibəsinin real
təsvirini axtarmaq artıq zəhmət olardı. İkinci tərəfdən, bu
faciədə biz müharibə törədənləri və imperialist müharibəsinə
qarşı duran həqiqi, real tarixi qüvvələri də görmürük. Burada
qarşılaşdırılan qüvvələr əsasən şairi yaradıcılığının ilk dövr-
lərindən düşündürən iki zidd ideyadan ibarət idi: birincisi:
Yaşamaq istəyirmisən, çarpış,
Hərbə qoş, həp vuruş, ya əz, ya əzil —
— deyən müharibə ideyası, ikincisi isə:
Bir fəzilətsə öldürüb ölmək,
Canavar bizdən əşrəf olsa gərək —
140
— deyən qoca Şərqin mücərrəd sülh, məhəbbət ideyasıdır.
Əsərdə şair tərəfindən yaradılmış somiənişin, qoca Şeyx,
Arif və qismən də xəyali, fantastik surətlər olan İblis, Mələk və
başqaları bu iki zidd ideyanı təmsil edirlər.
Romantik şair öz əsərində zaman-məkan məsələsinə də bir o
qədər əhəmiyyət verməmişdir. Doğrudur, hadisələrin ümumi
fonu Türkiyəni xatırladırdı. Bu isə təsadüfi deyildi. Çünki
Yaxın Şərq ölkələrindən imperialist müharibəsinə qoşulan
yeganə dövlət Türkiyə idi və Hüseyn Cavid bu müharibənin
məhz müsəlman Şərqinə təsirini göstərmək üçün Türkiyə
həyatını əsas götürməli olmuşdu. Bununla belə əsərdə məkan
kateqoriyası nöqteyi-nəzərindən ―Türkiyə torpağı‖ gö-
rünmürdü. Məsələn, birinci pərdədəki hadisə ―Bağdad
civarında‖ bir meşəlikdə, ikinci pərdə ―ərəb zövqünə uyğun
süslü bir salonda‖, üçüncü pərdə yenə eyni Bağdad civarında,
dördüncü pərdə isə əsgəri qaçaqların yurd saldığı naməlum bir
meşəlikdə vaqe olurdu. İştirak edənlərin milliyyətinə gəlincə,
surətlər içərisində əslən İstanbul əhli olan, ―mədəni aləmi
nifrətlə buraxıb‖ meşələrə qaçan Arif, Vasif və Rəna, Bağdad
civarından olan qoca Şeyx və onun qızı Xavər, zənci çovuşu,
Qazan tatarı, ərəb ibn Yəmin və haralı olduğu məlum olmayan
Elxan da vardı. Beləliklə, romantizm, şərtilik, real varlığı, real
münasibətləri göstərməkdən daha çox hadisə və insanları
müəyyən ideyaların təcəssümünə, müəyyən fikirlərin ifadəsi
vasitəsinə çevirmək meyli faciənin hər bir səhnəsində özünü
aydın göstərirdi.
Ənənəvi, fantastik surət olan İblis bu əsərdə bir tərəfdən
―altuna, qüvvətə tabe dünya‖ deyən müharibə ideyalarını, ―XX
əsrin müstəbid övladının‖ fitnəkarlığını ifşa etmək, ikinci
tərəfdən isə bu qanlı müharibələr dövründə qəflətən dəhşətli bir
fırtınaya tutulmuş qərib yolçu kimi özünü itirən, köhnəlmiş
dini zehniyyətə, mərhəmət və vicdan fəlsəfəsinə, ümumi,
mücərrəd məhəbbət ideyasına güvənən, ―allah zülmü yerdə
141
qoymaz‖ deyib duran və bərk ayaqda göylərə sığınan bir nəslin
faciəsini, bu zehniyyətin yeni şəraitdə çox yazıq, bəlkə də
gülünc hala düşdüyünü göstərmək üçün bir vasitə idi.
Əsərin ilk səhnəsində biz İblisin insandan küsüb, ―mədəni
aləmi nifrətlə tərk edib‖, səhranişin olan pərişan saçlı Ariflə
qarşılaşdığını görürük. İblis son pərdədə Arifi ―Şərqin
mütərəddid çocuğu, şaşqın, abdal, əsəbi yavrucuğu‖ adlandırır.
Doğrudan da, dünyanı bürümüş yeni qanlı müharibələr, yeni
əsrin ―mədəni vəhşiliyi‖ Arifi büsbütün çaşdırmışdır. O, son
dərəcə əsəbi, mütərəddid bir haldadır. Etiqad, iman sahibi olan
Arifdə belə bir əqidə var ki, dünyaları idarə edən xaliq
insanların da hər bir hərəkətini qabaqcadan müəyyən edən,
―varlığı yoxdan yaradan ulu tanrı‖, ―xaliqi-hikmətdir‖. ―Bu
―xaliqi-hikmət‖ adildir, zalım deyil; o, zülmü götürməz. Bəs
indi necə olmuşdur ki, bütün yer üzü inləyir, ―xaliqi-hikmət‖
isə bəşər həyatında gündən-günə artan bu haqsızlığı, zülmü,
cinayətləri görə-görə səbirlə durub baxır? Cəmiyyət həyatında
gözü ilə odlar görən, özünün də yurdu-yuvası dağılmış, ailəsi
məhv olmuş, var-yox bir qardaşını da itirmiş olan Arifi
müharibə dəhşətləri qarşısında da yenə insanların işlərindən,
əməllərindən və bunun səbəblərindən daha çox, allahların
vəzifəsi düşündürür. O, insanların işlərinə qarışmaqdansa,
cəmiyyətdən qaçıb meşələrə çəkilir və buradan göylərin
işlərinə qarışır, xaliqin etinasızlığına təəccüb etdiyini bildirir:
Bilməm şu cinayət, şu xəyanət, şu fəlakət
Bitməzmi, ilahi, bu qədər səbrə nə hacət?
Birinci fəsildə qeyd edildiyi kimi, Cavid tələbə ikən yazırdı
ki: ―Mən heç şeyin göydən zənbillə nazil olacağına
inanmıram‖. Demək olar ki, bu əsərdə, ―İblis‖də şair Ariflə
məhz hər şeyin göydən zənbillə nazil olacağına inananların
surətini yaratmışdı.
Arifdə ―Şeyx Sənan‖da təsadüf etdiyimiz Dərvişin dini
142
şübhəçiliyini xatırladan şübhələr də yox deyildir. A.Şaiq də
bunu hiss etdiyi üçündür ki, ―Arifdə sufilik təsiri görünür‖
deyir
1
.
Arif onu düşündürən suallara cavab tapmaq üçün dinləri,
fəlsəfələri də az-çox yoxlamış, lakin onlarda ―tatlı xəyalat‖ və
―qəhrü qəzəbdən‖ başqa bir şey görməmişdir:
Uydum da peyğəmbərlərə, qanuna, kitaba.
duydum yenə qəsvət
2
.
Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə,
həp zə’fə əlamət...
Həp fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat,
yox rəhbəri-vicdan.
3
Bu şübhəçiliklə bərabər, Arif yenə də torpağa yox, lal, dilsiz
göylərə bağlıdır. Hərçənd ki, bütün varlıq onun nəzərində dərk
edilməz ―min dürlü, şübhəli illətlər, pərdəli hikmətlər, zülmətə
bürünmüş müəmmalı həqiqətlər‖ şəklində görünür; bununla
belə bütün bu müəmmalı həqiqətləri dərk edib anlamaq üçün
Arif yenə də yeganə bir yol izləyir: allaha sığınmaq, onu dərk
etmək, onunla birləşmək:
Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat,
bir şö’leyi-ürfan.
En gəl mənə, yaxud məni yüksəklərə qaldır,
gəzdir qanadında;
Yerlərdə süründüm yetişər, göylərə qaldır,
dindir qucağında.
Qaldır məni, bir seyr edəyim xoşmu, gözəlmi
cənnətdə mələklər?
Qaldır məni, ta görməyim insandakı zülmü,
1
―Maarif və mədəniyyət‖ məcmuəsi, 1925, № 2.
2
Qəsvət – rəhmətsizlik.
3
H.Cavid. Seçilmiş əsərləri, səh. 310.
143
Bax, yer üzü inlər!
1
Bu mütərəddid, köhnəlmiş zehniyyət və mərdümgirizlik
meyli ilə bərabər, Arifin görüşlərində bir sıra müsbət cəhətlər
də nəzərə çarpır həmin müsbət cəhətlərdən ən başlıcası odur ki,
Arif zabit ibn Yəminlə görüş səhnəsində olduğu kimi,
müharibə ideyasına, ―kim güclüdürsə, yaşamaq haqqı da
onundur‖ ideyasına qarşı çıxır.
A r i f
Bu gəliş əfv edərsiniz, nərədən?
İ b n Y ə m i n
(məğrur və laübalı)
Səhneyi-hərbdən, mücadilədən.
A r i f
(acı təbəssümlə)
Bir fəzilətsə öldürüb, ölmək,
Canavar bizdən əşrəf olsa gərək.
İ b n Y ə m i n
(istehzalı qəhqəhə ilə)
İştə bir söz ki, büsbütün yanlış...
Yaşamaq istəyirmisən, çarpış!
Hərbə qoş, həp vuruş, ya əz, ya əzil!
Onsuz ermək murada pək müşkül.
A r i f
(istehzalı və əzici bir təbəssümlə)
Doğru, pək doğru bir düşüncə... əvət,
İştə hər əsgər, iştə hər millət
Bu gün olmaqda həp bu fikrə şərik.
1
Yenə orada, 311.
144
Heç çəkilməz fəqət bu sərsəmlik.
1
Arif bu fikirdədir ki, onun dövründə müharibəyə qoşulan
millətləri, silah götürən zabitləri, əsgərləri yerindən oynadan
―kim qüvvətli isə — o yaşayacaqdır‖ kimi sərsəm bir ideyadır.
Arif, eyni zamanda, insanların ancaq iki yol ilə hərəkət etdiyini
dərk edə bilir: o görür ki, insanların bir qismi ―yaşamaq haqqı
güclünündür‖, ―insan insana qurddur‖— kimi sərsəm bir ideya
yolunu tutmuşdur. Arif bu yola nifrət edir, onu vəhşilik
adlandırır, bu sərsəmliyə dözə bilmir:
Mümkünmü unutmaq?! Dayanılmaz buna əsla,
Əsla dayanılmaz bu böyük vəhşətə... zira,
Yalnız deyil insanlara, vəhşilərə sorsan,
Onlar belə insandakı vəhşiliyə heyran
2
.
Arifə məlum olan ikinci yol isə, insana dünyada insanlıq,
yaxşılıq qalacaq — deyən mücərrəd mərhəmət və vicdan
fəlsəfəsidir, ümumi məhəbbət ideyasıdır. Arifin fikrincə ikinci
yol yeganə ―rəhbəri-vicdan, şöleyi-ürfan, mənbəyi-ilham‖ olan
allaha sığınmaq yolu, birinci yol isə, allaha asi olmaq yoludur.
Birinci qisim insanlar XX əsrin hərb əjdahalarının, hərb
allahlarının yolu ilə, ikincilər isə köhnə Şərqin məhəbbət
allahlarının yolu ilə gedənlərdir. Birincilər İblisə uyanlar,
ikincilər isə ―allah adamlarıdır‖. Arif üçüncü yol tanımır. O,
şübhə etmir ki, bəşər həyatında baş verən haqsızlıqlar yenə də
―dünyaları yoxdan yaradan xaliqi-hikmət‖in iradəsi ilə
əlaqədardır. Odur ki, Arif sadəcə öz allahından yüngülcə şi-
kayətlənməklə kifayətlənir:
Ya rəb, bu cinayət, bu xəyanət, bu səfalət,
bulmazmı nəhayət?
1
H. C a v i d. Seçilmiş əsərləri, səh. 317.
2
Yenə orada, səh. 312.
145
İnsanları xəlq etmədə var bəlkə də hikmət,
İblisə nə hacət!
1
Arifin birinci pərdədə söylədiyi monoloqu bəzəkli şairanə
dildən sadə danışıq dilinə çevirdikdə mənası budur ki,
xudavənda, kərəminə min şükür, bu nə bəladır ki, səndən bizə
yetişir. Məsləhət sahibisən, yenə sən bilən yaxşıdır!..
Elə bil, Arif bir nəfərin dili ilə yox, əsrlərdən bəri səbir-
təvəkkül yolunu tutmuş milyonların dili ilə danışır. Dərindən
diqqət edilsə, əsərdəki İblis də məhz bu zehniyyətə bağlı
olanların şüurunda yaşayan, onların etiqadı ilə əlaqədar olan bir
surətdir.
Arif öz vəhşi ehtiraslarının əlində əsir olub, öz arvadının və
qardaşının qatili olandan sonra da yenə İblisi təqsirləndirir, öz
cinayətlərini də ―allahın rəqibi‖ zənn etdiyi İblisin əməlləri
kimi qiymətləndirir. İblis isə Arifi müxtəlif həyat yollarından
keçirərək ona sübut edir ki, insanın yer üzündə çirkin
əməllərinə səbəb onun öz vəhşi ehtirasları, nəfsidir. Bu işlərdən
nə ―qadir allahın‖, nə də İblisin xəbəri yoxdur. ―Allahın
rəqibi‖, özünü allah adamı hesab edən Arifi öz qardaşı Vasifi
öldürdüyü yerdə yaxalayıb, istehza ilə ona deyir:
Bir zamanlar Cəbərut
2
aləminə
Həp uçar, həp öyünürdün də, bu nə?
Vurulub bir qıza pabus
3
oldun,
Xırsız oldun, meyə manus oldun.
Haqqı, vicdanı buraxdın, getdin,
(ixtiyara iĢarə edərək)
O səfilin qızını məhv etdin.
...Tökülən qanlara həp düşmən ikən,
Oldun öz qardaşının qatili sən
4
.
1
H. C a v i d. Seçilmiş əsərləri, səh 311.
2
Cəbərut aləmi – Göylər aləmi.
3
Pabus – ayağa düşmək, ayaqdan öpmək.
4
H.Cavid. Seçilmiş əsərləri, səh. 381-382
146
“İblis”də
əgər
Arif
Şərqin
“mütərəddid
yavrusudursa”, onunla birlikdə mədəni aləmdən nifrətlə
uzaqlaşıb, meşələrə çəkilən ağsaqqal somiənişin Şeyx də
bu Şərqin mütərəddid əhli-təriqət qocasıdır. Onu da
insanlardan küsdürən, hər şeydən əvvəl, yeni əsr
“mədənilərinin” vəhşiliyidir; insan adı daşıdıqları
halda, insanlığı təhqir edən, “duyğusuz, vicdanı
sönüklərin” murdar əməlləridir:
Tərk edərək biz bütün insanları,
Məskən edindik fəqət ormanları;
Görməyəlim ta mədəni vəhşəti,
Zülmü, cinayətləri, sufliyyəti
1
.
Qocanın zənnincə bütün cinayətlərin səbəbi odur ki,
insan insanlıq kimi gözəl sifətləri unutmuş, onda
insanlığa məxsus bütün gözəl hisslər ölüb getmişdir:
Yox kimsədə mərhəmət və vicdan,
İnsanlığı həp unutdu insan
2
.
Qoca şərqli bu vəhşiliyə son qoymaq üçün yeganə bir
yol bilir: məhəbbət fəlsəfəsi... İnsanların bir-birini
sevməsi, hətta düşmənin də düşməni bağışlaması...
İnsandakı haqsızlığı, zülmü unut artıq,
Qəlbindəki nifrətləri, vəhdətləri yax, yıx –
– sözləri qocanın şüarıdır. Lakin Şeyx bu səmimi
məhəbbətə qarşı nəinki başqalarından, ən yaxın
adamlarından da pislik, xəyanət görür. Oğul deyib
1
Yenə orada, səh, 359.
2
Yenə orada, səh, 349.
147
sevdiyi və canından əziz tutduğu Arif onu yeganə qızı
mehriban Xavərin qatili olur. Əsərin sonunda biz qoca
atanı
başıaçıq,
“pərişanhal”,
“məcnunanə
bir
qiyafətdə” görürük. Onun əvvəli bir somiənişin isə,
axırı səhralara düşən bir dərbədərdir. Bütün bu
bəlalardan sonra qoca Şeyx yenə etiqadın göstərdiyi
yolla gedib allahı axtarır; onu görmək, onunla
hesablaşmaq istəyir:
Nerdə, mənə tanrını bir göstərin.
Var ona çox söylənəcək sözlərim.
və ya:
Ey sən!
Sən ki, fəxr etmədəsən ədlinlə,
Bu nə xilqət, bu nə hikmət? Söylə!
1
—
— deyə öz allahından şikayətlənməklə kifayətlənir. Lal
göylərdən isə heç bir cavab gəlmir. Beləliklə, qoca şərqlinin
allahın sifəti hesab edib sığındığı ümumi məhəbbət ideyası da
heç nəyə yaramır. Heç kəs bu ideya ilə hesablaşmaq istəmir. O,
allahını axtarır ki, qızının qatilindən intiqam almağı ondan
tələb etsin. Burada İblisin istehzalı qəhqəhələri yüksəlir. İblis
qocanın artıq heç nəyə yaramayan ümumi məhəbbət ideyasını
lağa qoyub əylənir:
İ b l i s
(istehzalı qəhqəhələrlə)
Mən sən olsam, onu həp əfv edərəm.
İbn Yusif diri olsaydı, əvət,
O da əfv etməyi istərdi fəqət.
2
Əsərdə alicənab bir qaçaq kimi verilmiş Elxan fərdi
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 369.
2
Yenə orada, səh. 371.
148
xüsusiyyətləri ilə başqalarından fərqlənsə də, yenə real
həqiqətlə az hesablaşan, yarıanarxist, yarıxəyalpərvər bir
surətdir. Elxan orduya və dövlətə xain çıxan ibn Yəminə,
ruhani cildinə girib incil, tövrat və quran adından danışan
ingilis, fransız imperialistləri casuslarına, şəfa tapmaq üçün
Kərbəlaya gedən avam xəstələrə divan tutur, onları sıraya
düzdürüb güllələyir. O, təmiz adamlara kömək edib, onları fə-
lakətdən qurtarır. Birincilər onun nəzərində insan cildinə girmiş
şeytanlar, ikincilər isə mələk misallı gözəl insanlardır. Lakin
Elxan da son nəticədə fövqəladə, ilahi bir qüvvəyə malik olmaq
haqqında xəyal bəsləyir, həyatı yoluna qoymaq üçün
müvəqqəti də olsa allah olmaq xəyalı ilə yaşayır:
Bir xəyal iştə — mahal olsa da — mən
Tanrı olsaydım əgər, gərçəkdən,
Ya bu insanları xəlq etməz idim,
Əgər etsəm, yaşadardım daim —
Şad, məsud!.. — O da olsaydı mahal,
Yakaraq həp kül edərdim dərhal.
Sanki sərsəm yaşayışdan nə çıxar?!
Məncə bilmərrə bütün insanlar
Həp gözəl olmalı, yaxud çirkin,
Həp fəqir olmalı, yaxud zəngin,
Həp həkim olmalı, yaxud nadan,
Həp mələk olmalı, yaxud şeytan.
1
Bir çox romantiklərdə olduğu kimi, Cavid də bəzən
surətlərin dilinə elə sözlər verir ki, bu sözlər çox zaman onların
xarakterinə, səviyyəsinə uyğun gəlmir. ―İblis‖də bu xüsusiyyət
müəyyən
dərəcədə
Arif
və
Elxanın
danışıq
və
mühakimələrində hiss olunur və həmin surətlərdən daha çox
şairin ürəyindən qopan sözlərə, fikirlərə bənzəyir. Lakin hər iki
halda istər Elxanın və Arifin, istərsə də qoca Şeyxin zehniyyəti
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 370.
149
yenə də köhnə Şərq zehniyyətidir. Elm və fəlsəfədən artıq
etiqada arxalanan insanların fikirləri, anlayışlarıdır. Bu
zehniyyəti daşıyan insanlar, bir tərəfdən, varlığın ən gizli
sirrlərinə də vaqif olmaq, təbiətin fövqünə yüksəlmək arzusu
ilə yaşayan, allaha belə nəsihət verməyə, yol göstərməyə
cəsarət edən, özlərini xəyalda da olsa, müdrik, arif sayan
insanlardır. Digər tərəfdən, onlar varlığı, təbiəti əlçatmaz sirrlər
yuvası hesab edən, hər şeyi pərdəli hikmətlərdən ibarət bilən,
içərisində dolaşdıqları mühitin, hər gün münasibətdə olduqları
insanların belə dilini, əməlini başa düşməyən, varlığın fövqünə
yüksəlmək istərkən yerlərdə sürünən, həyatın əlində bir
oyuncağa çevrilən, ən yaxında, göz qabağında dolaşan, hər bir
idrak sahibi üçün məlum, anlaşıqlı olan parlaq həyat
həqiqətlərini də görə bilməyən xəyalpərvər, qafil insanlardır.
Bu adamların ruhunda, fikrində, Arifdə olduğu kimi, bir
tərəfdən bütün dinləri, fəlsəfələri incədən-incəyə yoxlamaq,
saf-çürük etmək, şübhəçilik meyli, digər tərəfdən isə möhkəm
etiqad, ―mistika‖, ―cəbərut aləminə‖, lal göylərə müraciət
meyli vardır. Onlar xeyirxahlıq, insanpərvərlik, insaf,
mərhəmət, vicdan aşiqləridirlər, gözəl, səmimi, bəşəri arzu-
larla yaşayırlar. Lakin bu mücərrəd xeyirxahlıq nəinki onlara
və onların münasibətdə olduqları insanlara bir xeyir vermir,
əksinə, onları dözülməz əzab və iztirablara, fəlakət və
məhrumiyyətlərə düçar edir.
―İblis‖də bu zehniyyətin sahibi olan insanlar, ―XX əsrin
müstəbid övladlarının mədəni vəhşiliyinə‖, müharibə
ideyalarına qarşı dururlar. Lakin bu zehniyyət burada, mədəni
vəhşilərin at oynatdığı meydanda bir iş görməli, zülmə,
haqsızlığa
müqavimət
göstərməli
ikən,
əksinə
öz
gücsüzlüyünü, acizliyini, heç nəyə yaramadığını göstərmiş
olur. Bu zehniyyət, qoca Şərqin hələ də şüurlarda yaşayan bu
mərhəmət, vicdan fəlsəfəsi, hələ də bir çox yerlərdə hökmünü
sürməkdə olan köhnə adət və ənənələr, etiqad tərəddüdləri-
yeni mədəni vəhşiliklər qarşısında nə qədər gülünc vəziyyətə
150
düşmüşdür!
Şərqin əsəbi yavrusu bilməz ki nə yapsın,
Bilməz ki, sağır göylərə yaxud mana tapsın...
1
Dostları ilə paylaş: |