Gülbəniz BABAXANLI
23
G Ġ R Ġ ġ
Hüseyn Cavid ədəbi fəaliyyətə XX əvvəllərindən başlasa da,
öz əsərləri və görüşləri haqqında ədəbi tənqidin ilk sözünü
sovet dövründə eşidən yazıçılardandır. İnqilabdan əvvəlki
mətbuatda Cavid haqqında heç bir tənqidi mülahizəyə təsadüf
etmirik. Onun yaradıcılıq taleyi ilə birinci dəfə marksist tənqidi
məşğul olmuşdur. Bu təsadüfi deyildi. İnqilaba qədər Cavidin
əsərlərinin ancaq az bir hissəsi nəşr olunmuşdu. Şairin
dramlarından heç biri tamaşaya qoyulmamışdı. Cavid bir
dramaturq kimi ilk dəfə əsasən sovet dövründə səhnə üzü
görmüşdür. 1921-ci ildən başlayaraq 1936-cı ilə qədər Cavidin
―Şeyda‖, ―Şeyx Sənan‖, ―İblis‖, ―Uçurum‖, ―Knyaz‖,
―Səyavuş‖ və başqa dramları müxtəlif quruluşda həmişə
Azərbaycan teatrlarının repertuarında xüsusi yer tutmuşdur.
Cavidin bir dramaturq kimi inkişafına, kamilləşməsinə kömək
edən də yenə sovet səhnəsi olmuşdur. Yazıçı, demək olar ki,
özünün bütün əsas əsərlərinin kütləvi nəşrini ancaq sovet
dövründə görmüşdür.
İnqilabdan əvvəl Cavidin şəxsi həyatı da çox ağır keçmiş,
şair həmişə maddi ehtiyac duymuş, əsərlərini vaxtlı-vaxtında
nəşr etdirə bilməmişdir; o bir müəllim kimi daimi iş yeri tapa
bilməmiş, şəhərdən-şəhərə köçmüş, hətta bir müddət ehtiyac
ucundan Gəncədə dəmir yolunda mühasiblik etməyə məcbur
olmuşdur. Sovet hakimiyyəti illərində isə Cavid həmişə qayğı
ilə əhatə olunmuş, hər gün yeni bir əsərini səhnədə, yeni bir
şeirini mətbuatda görməyə müvəffəq olmuş, nəhayət, sovet
yazıçısı kimi şərəfli bir ada layiq görülmüş, Azərbaycan Sovet
Yazıçıları İttifaqı üzvlüyünə qəbul edilmişdir. Deməli, Hüseyn
Cavid əsil şairlik şöhrətini və hörmətini sovet dövründə
qazanmışdır.
Bütün bu ümumi qayğıkeşilyə uyğun olaraq Sovet
hakimyyətinin ilk illərindən başlayaraq Sovet Azərbaycanının
tənqidçi və yazıçıları da Cavidin yaradıcılığını diqqətlə izləmiş
24
və demək olar ki, onun hər bir yeni əsəri haqqında məqalələr
yazmış, fikir söyləmiş, xeyirxah bir niyyətlə onun əsərləri və
görüşlərində olan müvəffəqiyyət və nöqsanları göstərmişlər.
Bu obyektiv elmi tənqidin də şairin yaradıcılıq inkişafına çox
müsbət təsiri olmuşdur.
Cavidin görüşlərində olan bütün ziddiyyətlərdə, onun
yaradıcılığında müəyyən dövrdə əmələ gələn tərəddüdlərə,
hətta ciddi ideya səhvlərinə baxmayaraq, xalqımız, qabaqcıl
ziyalılarımız
və
ədəbi-bədii
təşkilatlarımız
Cavidin
xidmətlərini və gələcəyini də unutmayaraq onun yaradıcılığına
həmişə geniş ürəklə, qayğı ilə yanaşmışdır.
Azərbaycan sovet tənqidi Cavidin istedad və sənətkarlığını
qiymətləndirməklə bərabər, həmişə onun qarşısına yeni
tələblər, vəzifələr qoymuş və şairin yaradıcılıq çətinliklərindən
qurtarması üçün yollar göstərməyə çalışmışdır. Bununla belə
Cavid
yaradıcılığına
marksist münasibətin birdən-birə
yarandığını demək olmaz.
Cavidin yaradıcılığı ilə məşğul olan ilk sovet tənqidçisi
Hənəfi Zeynallıdır. O, 1923-1926-cı illərdə ―Şeyda‖ xüsusunda
qısa bir mülahizə‖, ―Şeyx Sənan‖ haqqında mülahizələrim‖,
―Cavidin Peyğəmbəri haqqında mülahizələrim‖ məqalələrini
yazmışdı
1
.
Məqalələrin adından da göründüyü kimi,
H.Zeynallının mülahizələri əsasən şairin inqilabdan əvvəl
yazdığı əsərlər haqqında idi. Tənqidçinin xüsusən ―Şeyx
Sənan‖, ―Şeyda‖ və ―Maral‖ haqqında mülahizələri, təhlilləri
maraqlı idi. O, haqlı olaraq, ―Şeyx Sənan‖ı ruhaniliyi,
fanatizmi, bütün köhnəlmiş din və təriqətləri rədd edən bir əsər
hesab edir, ―Şeyda‖ faciəsində şairin inqilabçılara rəğbət
bəslədiyini, ―Maral‖da feodal zülmünü və əxlaqını ittiham
etdiyini, qadın hüququnu müdafiə etdiyini göstərirdi.
H.Zeynallı Cavidin Şeyda kimi romantik qəhrəmanlarında olan
zəif cəhətləri, ziddiyyətləri, tərəddüdləri də meydana çıxarır,
tənqid edirdi. Bütün bunlarla bərabər, H.Zeynallı çox vaxt
1
Bax: ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1923 № 1, 2; 1926, № 9, 10, 11, 12
25
Cavidin yaradıcılığına birtərəfli yanaşırdı. Onun bu
məqalələrində 1920-1926-cı illərdə yeni həyata çox laqeyd
münasibət bəsləyən Cavidə keçmiş xidmətlərinə görə bir növ
bəraət qazandırmaq meyli var idi. Bu illərdə, demək olar ki,
H.Zeynallı özü də hələ marksist estetikası və ədəbi tənqidinin
prinsiplərini tamamilə mənimsəyə bilməmişdi. Buna görə də
tənqidçi səhv olaraq Cavidin ―Peyğəmbər‖ əsərində də ―çox
parlaq‖ bir müasirlik görür, bu əsərdəki mücərrəd
insanpərvərliyin, köhnəlmiş panteist görüşlərin və dini
modernizə etmək təşəbbüslərinin də müasir inqilabi ideyalarla
səsləşdiyini iddia edirdi.
H.Cavidin yaradıcılığına ilk dəfə nisbətən düzgün qiymət
verən tənqidçi Mustafa Quliyev olmuşdur. 1926-cı ildən
başlayaraq Cavidin yaradıcılığını diqqətlə izləyən M.Quliyev
şairin ayrı-ayrı əsərlərinin təhlilinə xüsusi məqalələr həsr etmiş
başqa məqalələrində də Cavidin hər bir yeni əsərinə öz
münasibətini bildirməyə çalışmışdır.
M.Quliyev müasir ədəbiyyatın vəziyyəti və gələcək
perspektivlərinə partiya və dövlət nöqteyi-nəzərindən yanaşan
bir mədəniyyət xadimi idi. O, Cavidin də əsərlərinə bu
cəbhədən yanaşır şairə təsir etməyə, Cavidin yaradıcılığına
xalqın mənafeyinə və müasir ədəbiyyatın tələblərinə uyğun bir
istiqamət verməyə çalışırdı. O, Cavidin səhv addımlarına görə
hamıdan artıq kəskinliklə, bəzən də çox amansız şəkildə tənqid
edirdi. Lakin bu, əsasən, səmimi, haqlı, ədalətli və hər cür
yersiz hücumlardan qərəzçilikdən uzaq olan obyektiv marksist
tənqid idi. M.Quliyev şairin yalnız səhvlərini əsas götürüb,
onun sənəti haqqında birtərəfli mülahizələr yürütmürdü;
Cavidin keçdiyi yaradıcılıq yolunun mürəkkəbliyini nəzərdə
tutaraq onun qarşısında yeni tələblər qoyurdu. O, Cavidin
inqilabdan əvvəlki yaradıcılığını qiymətləndirir, başqaları kimi
heç də onu dəlilsiz-sübutsuz ―füyuzatçı şair‖, ―mürtecə burjua
romantiki‖ adlandırmırdı. Çünki dünyagörüşü və sənəti
26
etibarilə Cavid həmişə mürtəce romantizmdən uzaq olmuşdu
1
.
―Füyuzat‖da isə şair gəncliyində təkcə bir şeir çap etdirmişdi
ki, bu şeirin də məzmunca ―Füyuzat‖ın ideya istiqaməti ilə heç
bir əlaqəsi yox idi. M.Quliyev ―Şeyda‖ faciəsini nəzərdə
tutaraq Cavidin 1917-1918-ci illərdə inqilaba xüsusi rəğbət
bəslədiyini, ―inqilabın qarşısında səcdə etdiyini‖ də qeyd
edirdi. Tənqidçinin nəzərində H.Cavid burjua-dvoryan ictimai
quruluşundan narazı olan, burjua-mülkədar dünyagörüşünün
puçluğunu dərk edən, bununla belə 1926-cı ilə qədər proletar
inqilabı ideyalarını da çətinliklə mənimsəyən yazıçılardan biri
idi.
M.Quliyev tamamilə haqlı olaraq belə hesab edirdi ki, Cavid
kimi yazıçıları yersiz hücumlarla yeni həyatdan uzaqlaşdırmaq
yox, əksinə onların proletar inqilabı cəbhəsinə keçməsinə
kömək etmək lazımdır. Bu kömək də quru təriflərdən ibarət
olmayıb, kəskin marksist tənqid yolu olmalı idi. O yazırdı ki:
―...biz Cavid kimi şairlərdən inqilab tərəfinə keçməyi tələb
edirik. İnqilab treni var qüvvəsi ilə qoşur. Əziz şairlər, inqilab
dalğaları üzərində daha yuxarı qalxa bilərsiniz‖
2
. Bu, keçmişdə
burjua-mülkədar zülmündən fəryad edən, köhnə ictimai
quruluş alt-üst olandan sonra isə gec-tez proletar inqilabı
cəbhəsinə keçəcəklərinə heç bir şübhə qalmayan Cavid kimi
yazıçılara düzgün marksist münasibət idi. Mustafa Quliyevin
belə yazıçılara münasibətində diqqəti cəlb edən başqa bir cəhət
də var idi: tənqidçi, eyni zamanda, nəzərdə tuturdu ki, bu
yazıçıların sosialist inqilabı cəbhəsinə keçməsini arxayınçılıqla
oturub gözləmək də olmaz. Bu məqsədə nail olmaq üçün onları
hərəkətə gətirmək, onlara sağlam və tələbkar inqilabi tənqid
yolu ilə təsir etmək lazımdır, onların hər bir səhvini və bu səhvi
düzəltmək yollarını göstərmək lazımdır.
Cavidin 1920-1926-cı illərdə yeni həyatdan heç nə
yazmaması, əsərlərində yeni cəmiyyət quruluşuna öz
1
Bax: Azərbaycan ədəbiyyatı tarixi, II cild, Bakı, 1960 ―Romantizm‖ bəhsi.
2
―İnqilab və mədəniyyət‖ məcmuəsi, 1928, № 8-9.
27
münasibətini aydın bildirməməsi bütün ədəbi ictimaiyyəti,
eləcə də M.Quliyevi çox narahat edirdi. Tənqidçi, haqlı olaraq,
Cavidin xalq tarixinin ən məsuliyyətli bir dövründə böyük,
cahanşümul ictimai-siyasi hadisələrə laqeyd qalmasını onun
yaradıcılığında və görüşlərində ciddi, bağışlanılmaz bir gerilik
hesab edirdi. Xüsusən Cavidin 1926-cı ildə ―Topal Teymur‖
əsərini nəşr etdirməsini nəzərdə tutaraq M.Quliyev qeyd edirdi
ki, Cavidin belə bir əsəri yazması ―onun inqilabi yaşayış
məsələlərinin həllindən üz çevirdiyini göstərir‖
1
.
―Hüseyn Cavidin ―Uçurumu‖ məqaləsində M.Quliyev şairin
inqilabdan əvvəl yazıb, ilk dəfə 1926-cı ildə nəşr etdirdiyi
―Uçurum‖ faciəsini də ətraflı təhlil etmiş və əsərin nöqsanlarını
göstərmişdir. Kəskin tənqidləri ilə şairə kömək etməyə çalışan
M.Quliyev onun yeni həyata yaxınlaşması, yeni ideyaları
mənimsəməsi üçün qayğı bəsləyir, təkidlə şairi müasir həyata
doğru səsləyirdi; o, nədən yazmaq, necə yazmaq haqqında şairə
məsləhət verməkdən də çəkinməyib deyirdi ki, ―Cavid müasir
həyatın
böyük
məsələləri,
möhtəşəm
vəzifələri
ilə
yaşamalıdır‖
2
.
Bu illərdə bəzi sadəlövh Cavid kimi yazıçılara elə baxırdılar
ki, guya bu yazıçılar marksizmi çox yaxşı bilə-bilə ona əməl
etmək istəmirlər. M.Quliyev belə sadəlövhlükdən çox uzaq idi
ki, bu da onun tənqidinin ən yaxşı cəhətlərindən biri idi. Bu
zaman həm klassiklərə, həm də müasir təcrübəli yazıçılara
haqsız hücumlar edən təsadüfi savadsız ―tənqidçilər‖ də
tapılırdı. İ.Cahangirov yazırdı ki: ―Cəfər Cabbarlının ―Aydın‖
və ―Oqtay Eloğlu‖ əsərləri Şura hökumətinə tamamilə zidd
əsərlərdir. Məhəmməd Hadi və Hüseyn Cavid burjuaziyasının
şeypur çalanlarıdır‖. ―İblis‖də bütün varlıq inkar edilir. Burada
insanlar da iblis olaraq göstərilir. ―Şeyx Sənan‖ bir sözlə bütün
1
―İnqilab və mədəniyyət‖ məcmuəsi, 1928, № 11.
2
―Maarif və mədəniyyət‖ məcmuəsi, 1926, № 11.
28
dünyada islam dinini nəşr etdirmək istəyir‖
1
. Belə cızmaqaralar
ədəbi hadisələrə, özünəməxsus yaradıcılıq yolu ilə gedən
sənətkarlara, qeyri-elmi, yanlış münasibətin nəticəsi idi.
M.Quliyev təcrübəli yazıçılara, çığırdaşlara münasibətdə
partiya göstərişlərini əsas tutaraq belə hesab edirdi ki, Cavid
kimi orijinal bir sənətkarı zorakılıqla müasir ədəbi həyatdan
uzaqlaşdırmaq, əsassız olaraq onu düşmən cəbhəsinə atmaq və
öz çirkin fikirlərini yaymaq üçün Azərbaycan şairinin
nüfuzundan sui-istifadəyə çalışan düşmənə imkan vermək
böyük səhvdir, ədalətsizlikdir, partiyanın ədəbiyyat sahəsindəki
siyasətinə ziddir.
Cavidin gec-tez sosialist quruluşunun böyük əməllərini dərk
edəcəyinə, yeni yaradıcılıq yolu tutacağına, yeni ədəbi hərəkata
qoşulacağına şübhə ola bilməzdi. Onun yaradıcılığının və
görüşlərinin təbii istiqaməti buna ümid verirdi. İnqilabdan
əvvəl Cavid, bütün ziddiyyətlərinə baxmayaraq, burjua-
mülkədar münasibətlərinə və əxlaqına, dini təəssübkeşliyin
müdafiəçisi
olan
ruhaniliyə,
beynəlxalq
imperializmə,
müstəmləkə əsarətinə nifrət bəsləyən və zəhmətkeşlərin
―füqərayi-kasibənin‖ faciəli taleyini düşünən, inqilaba rəğbət
bəsləyən radikal xırda burjua görüşlü yazıçılardan biri idi. Belə
bir yazıçı üçün sosialist inqilabı ideyalarına yaxınlaşmaqdan
başqa bir yol ola bilməzdi. Marksist tənqidçilər üçün bu aydın
bir həqiqət idi.
Cavidin inqilabdan əvvəlki yaradıcılığı çox ziddiyyətli idi.
Onun görüşlərində müəyyən dərəcədə burjua mövhumatı,
mücərrəd ―azadlıq‖ ideyaları, fərdiyyətçilik var idi. Şair ―Topal
Teymur‖ kimi məfkurəcə nöqsanlı bir əsəri yazdığı illərdə də
bu burjua mövhumatı təsirlərindən hələ xilas ola bilməmişdi.
Lakin 20-ci illərə qədərki Cavid, bütün qüvvətli və zəif
cəhətləri ilə bərabər, köhnə cəmiyyət quruluşunun yaratdığı
Cavid idi. Yeni şərait, sovet varlığı, inqilabi ideyalar isə
1
İ.Cahangirov. ―Azərbaycan Dövlət Bədaye Teatrı‖, Bakı, Azərnəşr, 1923,
səh. 67-79.
29
Cavidi, tədriclə də olsa, dəyişirdi, yeni Cavid hazırlayırdı. Həm
də bu dəyişiklik bir şairin yox, bütün təcrübəli yazıçıların,
cığırdaşların yaradıcılığında aydın görsənirdi. Bir çoxları bu
həqiqəti görmürdülər. Onlar ancaq keçmiş Cavidi nəzərdə tutur
və öz aləmlərində ona ―müasir tələblər‖ nöqteyi-nəzərindən
yanaşır, onun keçmiş yaradıcılıq ideyalarını yeni cəmiyyət
quruculuğuna qarşı qoyurdular; şairin yeni həyata münasibətini
―İblis‖, ―Şeyda‖, ―Şeyx Sənan‖ əsərləri ilə ölçürdülər.
Ümumiyyətlə bədii yaradıcılığın mürəkkəb bir hadisə
olduğunu, ədəbi prosesin dialektikasını başa düşürdülər. Bunlar
şəraiti,
sovet
varlığının
böyük
təsir
gücünü
qiymətləndirməyənlər, şüuru varlıqdan irəli tutanlar idi.
M.Quliyev isə bəzən yazılarında ―solçuluğa‖ yol verməsinə
baxmayaraq, belə düzgün bir prinsipə əsaslanırdı ki, varlıq
bədii şüuru dəyişdirməyə qadirdir. Buna görə də bütün başqa
marksist yazıçılar, tənqidçilər kimi, o da Cavidi vurub aradan
çıxarmağa yox, dəyişməkdə, yeni cəmiyyət quruculuğu
uğrunda mübarizəyə qoşulmaqda ona kömək etməyə çalışırdı.
O, şairin yeni bir yaradıcılıq istiqaməti tutacağına ümidini
itirmirdi. Belə də oldu: artıq 20-ci illərin ortalarından Cavidin
yaradıcılığında və dünyagörüşündə ciddi bir dönüş başlandı.
Şairin marksist tənqidçiləri bu dönüşü diqqətlə izləyirdilər.
Cavid ―Azər‖ poemasından ilk parçaları nəşr etdirdiyi zaman
M.Quliyev yazırdı ki, ―bu axır zamanlarda Hüseyn Cavidin
―Azər‖ adlı yeni əsəri dərc edilir... ―İnqilab və mədəniyyət‖
məcmuəsində dərc edilən parçalara istinad edərək Cavidin
―Teymurləng‖ yolundan çıxıb, yeni yol aradığını qeyd etmək
olar‖
1
. Doğrudan da, ―Azər‖ poeması nəinki Cavidin
yaradıcılığında,
ümumiyyətlə
1926-1930-cu
illərin
poeziyasında mühüm ədəbi hadisələrdən biri idi. Hərçənd bu
əsərin məziyyətlərinin o zaman layiqli qiymətləndirildiyini
iddia
etmək
olmaz;
bununla
belə
―Azər‖in şairin
1
―İnqilab və mədəniyyət‖ məcmuəsi, 1928, № 8-9.
30
yaradıcılığındakı dönüşün başlanğıcı kimi qiymətləndirilməsi
də az əhəmiyyətli deyildir.
Cavidin qardaş gürcü xalqının Sovet hakimiyyəti uğrunda
mübarizəsindən bəhs edən ―Knyaz‖ (1929) əsəri ədəbi
ictimaiyyəti,
o
cümlədən
də
M.Quliyevi
daha
çox
sevindirmişdi. Həmin ildə nəşr etdirdiyi bir məqaləsində
M.Quliyev yazırdı: ―Nəhayət, Azərbaycan şairi Hüseyn Cavid
bizim inqilab qatarımıza oturdu. O ağır, çətin ağrılardan
sonra... Şura Gürcüstanında inqilab hadisələrini az-çox təsvir
edən belə bir pyes doğdu...
1
‖
H.Cavidin yaradıcılığını izləyən yazıçılardan biri də Hüseyn
Mehdi idi. H.Mehdi Cavidin yaradıcılığı və əsərləri haqqında
ilk mülahizələrini 1933-1934-cü illərdə irəli sürmüşdür. Bu
illərdə artıq Cavid ―Azər‖dən bir çox parçalar nəşr etdirmiş,
―Knyaz‖, ―Səyavuş‖, ―Şəhla‖, ―Telli saz‖ dramlarını yazmış və
sovet yazıçısı kimi tanınmışdı. Odur ki, H.Mehdinin, hər
şeydən əvvəl, şairin yaradıcılığında və görüşlərində əmələ
gələn dönüşü, məfkurəvi inkişafı sovet varlığının şairin
yaradıcılığına göstərdiyi müsbət təsir ilə izah edərək yazırdı ki,
―Proletar hakimiyyəti Cavid kimi yazıçıların yenidən doğuşu
və inqilab səngərinə keçə bilməsi üçün bütün imkanları
yaratmış, yaşamağa haqlı olan əsil gözəl sənətin yaradılışı,
çiçəklənməsi üçün geniş yollar açmışdır‖
2
.
Müəllif qeyd edirdi
ki, Cavidin də ―birdən birə gəncləşməsinə‖, ―irəliyə‖ doğru
addım atmasına ―şairin az-çox inqilabi ideyalarla tənəffüs
etməsi
3
‖
səbəb olmuşdur.
H.Mehdi də Cavidin yaradıcılığındakı dönüşün ―Azər‖dən
çap olunmuş parçalar ilə başlandığını söyləyir. ―Knyaz‖
dramını şairin ―proletar inqilabına doğru gəldiyini ifadə edən,
menşeviklərin çirkin simasını açan‖, ―istismara qarşı dərin bir
kin ifadə edən‖ əsər kimi qiymətləndirir və yazırdı ki, ―azadlıq
1
―İnqilab və mədəniyyət‖ məcmuəsi, 1928, № 8-9.
2
Yenə orada, 1923, № 1.
3
Yenə orada.
31
uğrunda mübarizədə istismarçıları əzib məhv etmək üçün
müsəlləh üsyan və gərgin mübarizə fikrini irəli sürməsi
Cavidin ―Knyaz‖ əsərinin ən müsbət cəhətlərindən biridir‖
1
.
H.Mehdi ―Azər‖dən parçaları və ―Knyaz‖ı nəzərdə tutaraq
qeyd edirdi ki, bu əsərləri yazdığı illərdə ―proletariatın
kimsədən gizli olmayan sinfi siyasəti Cavidə artıq əvvəlki
qədər yabançı deyildi, bəlkə qismən yaxın idi. Çünki Cavid
istismarın qatı düşməni olmağa başlamışdı‖
2
.
H.Cavid inqilabdan əvvəl də zülmə, istismara ikrah hissi ilə
yanaşırdı. Lakin o zaman bu, sadəcə bi narazılıq, şikayət olaraq
qalmış, qəti, aydın və mübariz bir ideya şəklini ala bilməmişdi.
Şairi istismarın qatı düşməninə çevirən ancaq yeni həyatın
təsiri idi və tənqidçi bu cəhəti xüsusi qeyd etməkdə haqlı idi.
H.Mehdi Cavidin 1933-cü ildə yazdığı ―Səyavuş‖ əsərini də
şairin məfkurəvi-bədii inkişafında ―irəliyə doğru daha yeni bir
addım‖ hesab edirdi. O, ―Səyavuş‖u ―bir çox qiymətli, odlu
misralarla zəngin‖ olan, ―Cavidi gəncləşdirən‖, ―yeni tipli‖ bir
əsər adlandırıb, bu nəticəyə gəlirdi ki, ―Cavidin ―Səyavuş‖dakı
ən müsbət cəhətlərindən biri Səyavuşun şəxsi ixtilaflarını təşrih
etməyə çalışmasıdır. Bu nöqtədə Cavid həqiqi bir sənətkar kimi
meydana çıxır. ―Səyavuş‖da Cavid ―köləlik dünyasını
canlandırmış‖, feodalizm üsuli-idarəsinin bir sıra mühüm
nişanələrini göstərmişdir. Cavid göstərmişdir ki, əsil insanlar
əli qabarlı, bir qrup istismarçıların zövqünü təmin etmək üçün
alın təri axıtmağa məcbur edilən əməkçilərdir‖
3
. Sonra tənqidçi
yazırdı ki, ―...Cavid, eyni zamanda, əsil qəhrəmanların əməkçi
kütlələrdən, bu əsil insanlar içərisindən çıxdığını göstərməyə
çalışmışdır‖
4
.
Bütün bunlarla bərabər, H.Mehdinin Cavid haqqındakı ilk
məqalələrində şairin yaradıcılığının sinfi kökləri və onun
romantizmi haqqında, ötəri şəkildə deyilmiş olsa da, birtərəfli
1
H.Mehdi. Cavid haqqında bir neçə söz, ―Səyavuş‖, Bakı, Azərnəşr, 1934, müqəddimə.
2
Yenə orada.
3
Yenə orada.
4
Yenə orada.
32
və tənqidçinin əsas fikirləri ilə ziddiyyət təşkil edən
mülahizələr də var idi. H.Mehdi bir tərəfdən Cavidin keçmiş
romantizmindən danışanda, başqa tənqidçilərdən fərqli olaraq,
bu romantizmi ―mücadiləçi romantizm‖ adlandırdı
1
. O bu
romantizmdə realist ünsürlər də görüb, qeyd edirdi ki, ―Cavidin
romantizmi çox zaman canlı həyatdan uzaqlaşmağa meyl
göstərən sənətkarın romantizmi olmuşdur, lakin bu heç də
Cavidin fantaziya aləminə qapılmış olduğu iddia etmək deyil
2
‖.
Digər tərəfdən, müəllif şairin keçmiş yaradıcılıq metodundan
danışarkən bəzən bu metodu ―burjua romantizmi‖ adlandırırdı
3
.
O belə hesab edirdi ki, sovet dövründəki yaradıcılığı ilə Cavid
özünün keçmiş ―burjua romantizmini məğlub edərək realizmə
yaxınlaşmışdır‖. H.Mehdi bununla Cavidin 1926-cı ildən sonra
yazdığı əsərlərdəki romantizmin artıq ―yeni keyfiyyətli‖, ―yeni
ünsürlərə malik‖, az-çox real həqiqətlərdən doğan bir
romantizm olduğunu sübut etməyə çalışırdı. Bu niyyətində
tənqidçi haqlı idi. Həqiqətən ―Azər‖, ―Knyaz‖, ―Səyavuş‖
müəllifi olan ―gəncləşmiş‖ Cavidin romantizmi və romantikası
―keçmiş Cavidin‖ romantizmindən və romantikasından kəskin
surətdə fərqlənirdi. Çox güman ki, H.Mehdi ―mücadiləçi
romantizm‖ sözləri ilə ―mürtəce burjua romantizmi‖,
―feodalizm ilə mübarizə aciz, zəif olan burjua yazıçısı‖
sözlərinin bir araya sığmadığını, birinci tərifin Cavid
romantizmi üçün daha səciyyəvi olduğunu yəqin etdiyi
üçündür ki, həmin məqalələri yenidən nəşr etdirdikdə ―burjua
romantizmi‖ kimi sözləri pozub atmış, ancaq ―mücadiləçi
romantizm‖ sözlərini saxlamışdır
4
.
H.Mehdi ilk məqalələrində Cavidin orijinal bədii söz ustası
olduğunu qeyd edir ki, onun sənətini ―alovlu sənət‖, ―yaşamağa
1
H.Mehdi. Cavid haqqında bir neçə söz, ―Səyavuş‖, Bakı, Azərnəşr, 1934, müqəddimə.
2
―İnqilab və mədəniyyət‖ məcmuəsi, 1933, № 1.
3
―Səyavuş‖, Bakı, Azərnəşr, 1934, müqəddimə.
4
Bax: H.Mehdi. ―Ədəbiyyat və sənət məsələləri‖, Bakı, Azərnəşr, 1958. ―Cavid haqqında bir
neçə söz‖ məqaləsi.
33
haqlı olan əsil gözəl sənət‖, şeirini isə ―çoşqun musiqiyə malik
olan romantik şeir‖ adlandırırdı
1
.
M.Quliyev kimi, H.Mehdi də Cavidi kəskin tənqid edən,
şairin məfkurə səhvlərinə güzəştə getməyən tənqidçilərdən idi.
Bəzi məhdud ―solçuluq‖ meyllərinə baxmayaraq bu tənqid
əsasən, xeyirxah tənqid idi. Cavid yaradıcılığına qayğıkeş
münasibət H.Mehdinin 1959-cu ildə nəşr etdirdiyi ―Ədəbiyyat
və müasirlik‖ məqaləsində də çox aydın əks olunmuşdur. Bu
məqalədə tənqidçi yazırdı ki, ―...Hüseyn Cavid kimi nadir
ədəbi bir simanı mədəniyyət tariximizdən silib atmaq, ən azı
ədalətsizlik və bəlkə də cinayət olardı. Biz ―Şeyx Sənan‖,
―İblis‖ və ―Səyavuş‖ əsərlərinin müəllifini heç bir vaxt və heç
bir vəchlə düşmənlərimizə verə bilmərik. Hüseyn Cavid
Azərbaycan xalqının oğludur. Onun poetik yaradıcılığı
Azərbaycan xalqının milli sərvətləri xəzinəsinə daxildir. Bizim
borcumuz Hüseyn Cavid irsinin düzgün qiymətini verməkdən
ibarətdir. Biz bu irsə ehtiyat və qayğı ilə yanaşmalıyıq
2
.‖
Cavid haqqında son illərdə də bir sıra xüsusi məqalələr nəşr
olunmuşdur. Böyük bir qismi ―Şeyx Sənan‖ın yeni quruluşda
tamaşaya qoyulması münasibətilə yazılmış bu məqalələrdə,
müxtəsər və ümumi şəkildə olsa da, şairin görüşləri, sənəti və
Azərbaycan ədəbiyyatında tutduğu mövqe haqqında maraqlı
fikirlər irəli sürülmüşdür. Məsələn, Əkbər Ağayev ―Hüseyn
Cavid və onun ―Şeyx Sənan‖ əsəri‖ məqaləsində, haqlı olaraq,
Cavidin inqilabdan əvvəlki əsərlərində və görüşlərində olan
ziddiyyətləri o dövrün həyatında, real ictimai münasibətlərində
olan ziddiyyətləri əlaqələndirir, şairin görüşlərindəki mücərrəd
insanpərvərlik, qurtuluşu ümumi məhəbbət ideyasında görmək,
fəlsəfi idealizmə qapılmaq, bədii dildə təbiiliyə, xəlqiliyə az
fikir vermək kimi zəif tərəfləri göstərməklə bərabər, onun
yaradıcılığının qüvvətli tərəfləri, əsas ideyaları haqqında da
1
Bax: H.Mehdi. ―Ədəbiyyat və sənət məsələləri‖, Bakı, Azərnəşr, 1958. ―Cavid haqqında bir
neçə söz‖ məqaləsi.
2
―Azərbaycan‖ məcmuəsi, 1959, № 1.
34
orijinal mülahizələr yeridir və bu nəticəyə gəlir ki, inqilabdan
əvvəl ―Cavidi bir şair kimi düşündürən ən mühüm
məsələlərdən biri sinifli cəmiyyətdəki ictimai bərabərsizlik,
burjua hakimiyyətinin yaratdığı zülm və istismar məsələsi idi.
Cavidin ilk şeirlərindən və pyeslərindən başlayaraq aydın hiss
olunur ki, bu qüdrətli sənətkar sinifli cəmiyyətin, kapital
hökmranlığının
doğurduğu
eybəcərlikləri,
zənginlərin
qudurğanlığını, yoxsulların hüquqsuzluğunu görüb duymuş və
bu ziddiyyətin haradan, hansı səbəblərdən doğduğunu özü izah
etməyə çalışmışdır. Onun bütün əsərlərində aydın hiss olunur
ki, Cavid həyatın mənasını yaşayıb yaratmaqda, insanların
dünyanın bütün nemətlərindən bolluca istifadə etməsində,
bütün zövqlərin və gözəlliklərin insana tabe olmasında, bütün
xalqların və millətlərin təntənəsinə nail olmaqda görürdü‖
1
.
Tənqidçi şairin bu arzularında olan müəyyən mücərrədliyi də
göstərməyi unutmayaraq əlavə edir ki, ―lakin Caviddə həyata
romantik bir münasibət var. O, dünyanın yalnız bir guşəsinə
yox, bütün kainata nəzər salmaq, bir xalqı və ya milləti yox,
ümumiyyətlə bütün bəşəriyyəti görmək və onun əhvalındakı
(Cavidin öz anlayışına görə) xəstə olan cəhətləri göstərmək
istəyirdi‖
2
.
Bir qədər mücərrəd şəkildə və pafosla deyilmiş olan bu
mülahizələr Cavidin görüşlərində həqiqətən mühüm yer tutan
ümumbəşəri
ideyaları
və
onları
doğuran
səbəbləri
aydınlaşdırmağa kömək edə bilən mülahizələrdir. Lakin Əkbər
Ağayev bu məqaləsində Cavidin 1905-ci il inqilabi ideyalarına
münasibətini
M.Ə.Sabir və M.Hadinin inqilaba olan
münasibəti ilə eyniləşdirməyə çalışır ki, bu fikir ilə heç cür
razılaşmaq olmaz. Tənqidçi yazır ki, ―Cavid köhnə həyat
tərzini, mövcud ictimai quruluşu sarsıdan, kütlələrdə inqilabi
şüuru və praktik inqilabi pafosunu alovlandıran 1905-ci il
inqilabının yetişdirmiş olduğu Sabir və Hadi kimi sənətkarlarla
1
―Ədəbiyyat və incəsənət‖ qəzeti, 1956, № 45.
2
Yenə orada № 44-45.
35
yanaşı olaraq, böyümüş bir hürriyyət fədakarı idi‖
1
. Şübhəsiz
ki, tənqidçi bu yerdə hissə qapılmışdır. Sabir 1905-ci il
inqilabının doğurduğu qabaqcıl ideyaları və bu inqilabın təsiri
ilə Cənubi Azərbaycanda alovlanan azadlıq hərəkatının
qüdrətini, həmin inqilabın pafosunu əks etdirən bir sənətkar idi.
Cavid isə 1905-ci il inqilabının zəif tərəflərini əks etdirən, ən
yaxşı hallarda inqilaba ancaq sadəcə rəğbət bəsləyən bir
sənətkar idi. 1905-ci il inqilabına münasibətdə Cavidi nəinki
inqilabçı demokrat şair, Azərbaycan xalqının mübariz
müğənnisi, realist Sabirlə, heç romantik şair Hadi ilə də
müqayisə etmək mümkün deyildir.
Hüseyn Cavidin sovet dövründəki yaradıcılığı haqqında
müxtəsər şəkildə olsa da, 1957-ci ildə nəşr olunmuş
―Azərbaycan ədəbiyyatı tarixi‖nin III cildində də bəhs
edilmişdir
2
. Bunlardan başqa tənqidçi və sənətşünas Cəfər
Cəfərov ―Azərbaycan Dram Teatrı‖ kitabının 1959-cu il
nəşrində Cavidin əsərlərinin səhnə tarixini, şairin ideya və
sənətkarlıq inkişafında Azərbaycan Dram Teatrının rolunu
aydınlaşdırmış, yeri gəldikcə ―Maral‖, ―Şeyx Sənan‖, ―Şeyda‖,
―Knyaz‖ və ―Səyavuş‖ əsərlərinə qısa təhlil vermişdir
3
.
Bütün
bunlar
hamısı
marksist
tənqidimizin
və
ədəbiyyatşünaslıq elmimizin Cavid yaradıcılığı ilə yenidən
ciddi məşğul olduğunu və görüşlərində çox ziddiyyətli olan bu
şairi düzgün başa düşməkdə oxuculara kömək etməyə
çalışdığını göstərir.
Bu kiçik monoqrafiyada isə məqsəd mümkün qədər Cavid
yaradıcılığını bütün ziddiyyətləri ilə bərabər tədqiq etmək,
onun
ədəbiyyat
tariximizdə
tutduğu
mövqeyi
müəyyənləşdirmək və xüsusilə Cavid şeirində müasir
ideyalarla səsləşən cəhətləri aydınlaşdırmaqdır.
1
―Ədəbiyyat və incəsənət‖ qəzeti, 1956, № 44-45.
2
Bax: ―Azərbaycan ədəbiyyatı tarixi‖, III cild, Bakı, 1957, səh. 43, 45.
3
Bax: Cəfər Cəfərov. ―Azərbaycan Dram Teatrı‖. Azərnəşr, Bakı, 1959.
36
BİRİNCİ FƏSİL
Dostları ilə paylaş: |