Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə57/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   53   54   55   56   57   58   59   60   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

309

 

 



 

 

Nuridə Qurbət qızı Əhəmədova 



Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin tarix müəllimi 

nuride.ehmedova.1976@mail.ru 



 

MULTİKULTURALİZM AZƏRBAYCANDA 

 

Açar  sözlər:  tolerantlıq,  mənəvi-mədəni  dəyərlər,  multikulturalizm,  dini  dözümlülük, 

mədəniyyətlərarası dialoq. 

Key  words:  tolerance,  moral-cultural  values,  multiculturalism,  religious  tolerance,  inter-

cultural dialog. 

 

Multikulturalizm  termini  60-cı  illərin  sonunda  Kanadada  meydana  çıxıb.  Ölkəmizdə 



multikulturalizm milli siyasətin əsas forması kimi qəbul edilir. Konsepsiya insanın etnomədəni, irqi 

və  dini  müxtəliflik  statusunu  hər  bir  millətin  içində  qorumağa  şərait  yaradılmasına  əsaslanır. 

Multikultural model assimilyasiya olmadan inteqrasiyaya yönələrək legitimləşdirilməni təmsil edir. 

Bu o deməkdir ki, etnomədəni bir dövlətin sərhədləri daxilində dini və mədəni mənsubiyyətə uyğun 

həyat tərzi, ən əsası bu prinsipləri ödəyən təhsil qurulmalıdır.  

Etnik və dini azlıqların hüquqlarının müdafiəsi prinsiplərini rəhbər tutan demokratik dövlətlər 

miqrantların  milli  cəmiyyət  daxilində  öz  etnomədəni  cəmiyyətlərini  quraraq,  onları  inkişaf 

etdirmələri  üçün  şərait  yaradırdılar.  Müxtəlif  mədəniyyət  və  ənənələrin  vahid  çoxmədəniyyətli 

məkanda birgə mövcudluğu ideyası həqiqətən də dəyərlidir. Əqidəmizə görə müxtəlif dinlərə etiqad 

edən, fərqli  dillərdə danışan xalqların birgə  yaşaması  uzun  əsrlər boyu təbii hal  kimi qəbul  edilib. 

Çoxmədəniyyətli cəmiyyətimizdə hər bir etnik, dini və ya mədəni qrup öz ənənələrini yaşatmaq və 

onları övladlarına ötürmək hüququna malikdir. Dövlət də onların bu hüquqlarını təmin edir və onlar 

arasında qarşılıqlı anlayış və münasibətlərin olması üçün hər cür şərait yaradır. Bütün bu ənənələrin 

təməlində  aşılamaq,  təbliğ  etmək  dayanır.  Bu  isə  hələ  kiçik  yaşlardan  ailədən,  məktəbdən 

başlanmalıdır. Tədris olunan materiallar kifayət qədər inteqrativ olmalıdır. 

İnteqrativ  təlim  mühüm  pedaqoji  problem  kimi  müasir  dünyagörüşlü,  fəal,  yaradıcı, 

problemlərin həlli və müstəqil qərarlar qəbul etmək üçün zəruri təhsil səviyyəsinə və keyfiyyətlərə 

malik şəxsiyyət formalaşdırılması vəzifəsinin ön plana çıxdığı hazırkı dövrdə xüsusi aktuallıq kəsb 

edir. Bu problemin tədqiqi və həlli təkcə ədəbiyyat tədrisinin elmi, nəzəri əsaslarının inkişafı üçün 

deyil, müəllimlərin praktik fəaliyyəti üçün də böyük əhəmiyyət kəsb edir. 

Burada  təhsilin  məqsədinə  hadisə  və  təzahürləri  öyrənmək  və  bilmək  deyil,  həm  də  əldə 

olunmuş  bilik,  bacarıq  və  dəyərlərdən  müxtəlif  situasiyalarda  istifadə  etmək,  araşdırmaları 

təkmilləşdirmək,  anlama,  birbaşa  şəxsi  iştirak  daxildir.  Belə  tədris  şagirdlərə  öyrənmə  zamanı 

müxtəlifliklər  arasında  bilik  və  konsepsiya  səviyyəsində  dəyərli  əlaqələr  yaratmaqda  köməklik 

göstərir.  Əsrlər  boyu  multikultural  ənənələrə  əsaslanan  milli  tariximiz  formalaşmış, 

çoxmədəniyyətliliyin təbliğ edildiyi tarixi əsərlərimiz işıq üzü görmüşdür.  

Multikulturalizm  termini  Azərbaycan  ictimai-siyasi  fikir  tarixinə  yeni  daxil  olsa  da,    ona 

qədər  biz  bu  anlayışa  mədəni  müxtəliflik  kimi  yanaşmış  və  cəmiyyətdə  uğurlu  tətbiqinə  nail 

olmuşduq.  Müstəqil  Azərbaycanda  multikultural  dəyərlərin  formalaşmasında  azərbaycançılıq 

ideologiyası  əvəzsiz  rol  oynamışdır.  1993-cü  ildə  Azərbaycan  dövlətini  parçalanmadan  qurtarmış 

ümummilli  lider  Heydər  Əliyevin  həyata  keçirdiyi  siyasətin  uğurlarının  kökündə,  məhz 

azərbaycançılıq  ideyası  dayanırdı.  Müstəqilliyin  ilk  illərində  Azərbaycanın  düşdüyü  dərin  böhran, 

təkcə,  Ermənistanın  ölkəmizə  qarşı  hərbi  təcavüzü  ilə  bağlı  deyildi.  Həmin  dövrdə  bütövlükdə 

respublikada  milli-etnik  ixtilaf  ayrı-ayrı  bölgələrdə  özünü  göstərirdi.  Belə  bir  zamanda  xalq  Ulu 

öndər  Heydər  Əliyevin  azərbaycançılıq  ideyası  ətrafında  birləşdi  və  ölkəni  parçalamaq  istəyən 

qüvvələr  zərərsizləşdirildi.  Məhz  azərbaycançılıq  bizim  keçmişimizdən  gələn  dəyər  olaraq  vahid 

Azərbaycan ideyasının, ölkədə bütün etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi 

təcrübəsidir. 

Bir  siyasət  kimi  multikulturalizm  öz  mahiyyəti  baxımından  tolerantlıqla  da  sıx  bağlıdır.  O, 

müxtəlif  mədəniyyətlərin  paralel  şəkildə  yaşamasını  qəbul  edən  tolerant  cəmiyyətin  başlıca 

xüsusiyyətlərindən  biridir.  Multikultural  cəmiyyətin  formalaşması  və  inkişafı  -  tarixi  təkamülün 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

310

 

 



 

 

xüsusiyyətləri  ilə,  konkret  olaraq,  sosial  amillərlə  müəyyənləşmişdir.  Onu  da  qeyd  edək  ki, 



multikultural  cəmiyyətin  formalaşmasında  və  inkişafında  demokratiya  mühüm  rol  oynayır,  daha 

dəqiq  desək,  demokratiya  multikultural  cəmiyyətin  təkamülü  üçün  əlverişli  şərait  yaradır. 

Multikulturalizm  hamı  tərəfindən  tanınan,  müxtəlif  mədəniyyətlərə  tolerant  münasibətə  əsaslanan 

dinc, yanaşı yaşama prinsipidir. Azərbaycan üçün fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük 

mövqeyi  bəsləmək  demokratik  dövlət  strategiyasıdır.  Azərbaycan  ümummilli  həmrəyliyin  inkişafı 

üçün əlverişli mühitdir, mənsubiyyətindən asılı olmayaraq ərazisində məskunlaşan hər bir vətəndaş 

Azərbaycanın sərvətidir. 

Tarix  boyu  ölkəmiz  tolerantlığın,  dini  dözümlüyün  və  mədəniyyətlərarası  dialoqun  vətəni 

kimi  dünyaya  açıq  olmuşdur.  Azərbaycan  Respublikası  Konstitusiyasının  25-ci  maddəsinə  əsasən 

mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hamının hüquq və vəzifələrinə hörmət 

təmin  edilmişdir.  Müstəqilliyin  inkişafı  gedişində  multikultural  dəyərlərin  qorunması  sahəsində 

əsaslı hüquqi baza təşəkkül tapmışdır ki, bununla da diskriminasiyanın, rasizmin, ksenofobiyanın, 

islamafobiyanın və anti-semitizmin təzahürü yolunda ciddi maneələr yaradılmışdır. 

Azərbaycanda  2008-ci  ildə  müasirləri  tərəfindən  tolerantlıq  prosesi  adı  verilmiş 

mədəniyyətlərarası  və  dinlərarası  dialoqa  start  vermişdir.  Azərbaycan  cənab  Prezidenti  İlham 

Əliyev tərəfindən 2016-cı ilin "Multikulturalizm ili" elan olunması, dünyanın dini liderlərinin 2010-

cu il Bakı sammiti, Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi, "Tolerantlıq ünvanı 

- Azərbaycan" layihəsi adı altında keçirilən tədbirlər, 2015-ci il aprelin 26-da "Atəşgah məbədində" 

ilk  Avropa  Olimpiya  oyunları  məşəlinin  yandırılması,  Azərbaycanın  20  ali  məktəbində 

"Multikulturalizm"  fənninin  tədrisi,  Azərbaycan  Prezidentinin  "Kitabi-Dədə  Qorqud"  dastanının 

alman  dilinə  tərcüməsinin  200  illiyinin  keçirilməsi  haqqında  (dastanı  alman  tədqiqatçısı  Fridrix 

Henrix fon Dits tərcümə etmişdir), "Renessans" jurnalının nəşri haqqında və 2014-cü il mayın 15-də 

Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzinin  yaradılması  haqqında  sərəncamları,  2014-cü  il 

fevralın 28-də Millətlərarası münasibətlər, multikulturalizm və din tədbiri buna nümunədir. 

Ölkəmiz  ipək  yolunun  üzərində  yerləşməsinə  görə  daim  miqrasiya  proseslərinin  getdiyi 

region  kimi  assimiliyasiya  proseslərinin  təsirinə  məruz  qalmışdır.  Regionumuz  sivilizasiyalar, 

dinlər,  dillər  mərkəzidir.    Bu  mərkəz  qarışıq  mədəniyyətlər  üzərində  qurulan  Qafqaz 

mədəniyyətinin  yüksəlişində  mühüm  rol  oynamışdır.  Bu  baxımdan  Azərbaycan  bəşər 

sivilizasiyasına bütün sahələrdə nadir incilər bəxş etmiş ölkədir. 

Bütün  dünya  Azərbaycan  Respublikasının  region  və  dünya  siyasətində  yerinə  öz  obyektiv 

qiymətini  vermişdir.  Azərbaycan  türklərinin  yerinə  və  əhəmiyyətinə  əsrlər  boyu  regiondan  keçən 

səyyahlar,  coğrafiyaşünaslar,  tarixçilər  və  diplomatlar  salnamələr  həsr  etmiş,  region  xalqları 

haqqında  qiymətli  yazılar  qoyub  getmişlər.  XIX  əsrin  30-cu  illərində  Azərbaycana  gələn  fransız 

yazıçısı  A.  Duma  topladığı  məlumatlardan  sonra  ölkənin  etnosiyasi  mozaikasının  zənginliyinə 

baxmayaraq  qeyd  dəftərinə  aşağıdakı  cümləni  yazmışdı:  "Türk  dilini  bilmək  kifayətdir  ki, 

Qafqazdan  İran körfəzinə və Hindistana qədər heç bir tərcüməçinin köməyindən istifadə etmədən 

gəzib dolaşasan". 

Bəşər sivilizasiyasının ən qədim ocaqlarından olan Azərbaycanda etnik, dini, irqi və linqvistik 

ümumiliyin formalaşması ölkəmizin yaşadığı çoxəsrlik inkişafın yekunudur. Əsrlər boyu miqrasiya 

proseslərinə məruz qalmış Azərbaycan torpaqlarında müxtəlif xalqların, irqlərin və dinlərin övlad-

ları məkan tapmış, qaynayıb-qarışsa da, identikliyini qoruyub saxlamış, dilini, dinini, mədəniyyətini 

inkişaf etdirmişdi ki, bu prosesdə qazanılmış dəyərlər dünya mədəniyyəti xəzinəsinə mühüm töhfə 

olmuşdur.  

Ənənə  Azərbaycanda  bu  gün  də  yaşayır  və  inkişaf  edir  ki,  bunu  multikulturalizmin  dövlət 

siyasəti  səviyyəsinə  yüksəldilməsinin  göstəricisi  kimi,  Azərbaycan  Prezidentinin  2013-cü  il 

oktyabrın  2-də  IV  Bakı  Beynəlxalq  Humanitar  Forumunun  açılışı  zamanı  etdiyi  çıxış  da  aydın 

şəkildə  göstərir:  "Multikulturalizm  -  Azərbaycanda  həyat  tərzidir.  Doğrudur,  bu  nisbətən  yeni 

termindir. Bununla belə, yüzilliklər boyu Azərbaycanda multikultural cəmiyyət mövcud olmuşdur. 

Bunun əyani sübutu xalqlarımız arasında dostluq və həmrəylikdir. Biz bu gün də ona çalışmaq ki, 

təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə pozitiv təsir göstərək”. 

Avropa  və  Asiya  arasında  yerləşən  Azərbaycanda  çox  mədəniyyətlilik  tarixin  qədim 

dövrlərindən  qidalanır.  Məhz  etnik  müxtəliflik  bu  gün  Azərbaycan  ərazisində  özünü  qoruyub 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

311

 

 



 

 

saxlamış  sistemli  münasibət  modeli  formalaşdırmışdır.  Ona  görə  də  müasir  dövrdə  Azərbaycanın 



çox mədəniyyətlilik ənənəsi inkişaf edib keyfiyyətcə yeni müstəviyə keçdi. Bu haqda Azərbaycan 

Prezidenti cənab İlham Əliyev qeyd edir ki, “multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu 

həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”. 

Müxtəlifliklərin düzgün tənzimlənməsi çox mədəniyyətli dövlət üçün böyük əhəmiyyət kəsb 

edir. Multikulturalizm - cəmiyyətin mədəni müxtəliflik əleyhinə etirazım səngitmək üçün alternativ 

siyasət  kimi  meydana  gəlmişdir.  Pozitiv  sosial  təzahür  olan  multikulturalizm,  cəmiyyətin  inkişafı 

üçün  münbit  şərait  yaradır,  etnik  münaqişələrin  qarşısını  alır,  müxtəlif  xalqlar  arasında  etimadı 

möhkəmləndirir. 

Azərbaycan  Respublikası  dövlət  müşaviri  Xidmətinin  təsis  edilməsi,  2011  -  2013-cü  illərdə 

Bakıda  I  və  II  Ümumdünya  Mədəniyyətlərarası  Dialoq  Forumlarının,  2015-ci  il  noyabrın  16-da 

Bakıda “Beynəlxalq tolerantlıq gününün" keçirilməsi - bu siyahını kifayət qədər genişləndirmək  - 

bütün  bunlar  Azərbaycanda  sivilizasiyalararası  dialoqun  səviyyəsinin  göstəricisidir.  Zaman  etibarı 

ilə  olduqca  kiçik  bir  dövrdə  dünyanın  11  ali  məktəbində,  o  cümlədən  Türkiyə,  Bolqarıstan, 

Gürcüstan,  Rusiya,  Litva,  Çexiya,  İtaliya,  Belorusiya,  İsveçrə,  Portuqaliya,  Ukrayna 

universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə başlanılmışdır. 

Halbuki,  demokratiyanın  klassik  vətəni  sayılan  Avropanın  üç  böyük  ölkəsi  -  Almaniya, 

İngiltərə  və  Fransa  miqrasiya  proseslərinin  təsirinə  dözməyərək  multikulturalizmdən  birmənalı 

şəkildə  imtina  etmişdir.  "Hudson  Review"  jurnalının  müəlliflərindən  olan  B.Baver 

multikulturalizmin  milli-mənəvi  dəyərlərə  mənfi  təsirindən  bəhs  edərək  yazırdı  ki,  Avropa 

ölkələrinin  multikulturalizmdən  döndərməsi  xüsusilə,  Niderland,  Danimarka,  Böyük  Britaniya, 

Norveç, İsveç, Avstriya, Almaniya və Rusiyada özünü aydın şəkildə göstərir. 

Multikulturalizm  bu  gün  Azərbaycanda  reallaşmaqda  olan  demokratik  proseslərin,  vətəndaş 

cəmiyyəti  quruculuğunun  tərkib  hissəsi  olmaqla  bərabər  dini  tolerantlığın  və  mədəniyyətlərarası 

dialoqun  etalonu  kimi  təsir  göstərmək  gücündədir.  Müasir  Azərbaycan  multikulturalizmi 

dövlətçiliyimizin, milli təhlükəsizliyimizin və mənəvi birliyimizin qarantıdır. 

 

Ədəbiyyat 



1.  K.Abdullayev.  Azərbaycan  multikulturalizmi  bu  gün:  Portuqaliyadan  İndoneziyayadək. 

http://azertag.az/xeber/ 

2. K.Abdullayev. Azərbaycanda multikultural təhlükəsizlik prinsipləri http://azertag.az/xeber/ 

3. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində Azərbaycan 

Respublikasının  Prezidenti  ilham  Əliyevin  “Mədəniyyəti  ortaq  təhlükəsizlik  naminə  paylaşaq” 

mövzusunda çıxışı. 

4. Azərbaycan mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. www. bizimyol. into 

5. Зейналова C. Баку-город с традициями толерантности.//http://www. lnews.az 

6. 

Крах 


Европейского 

мультикультурализма 

//Россия 

навсегда, 

2013,25 

ноября./https://ru. wikipedia.org 

Nuride Ehmedova 

Multiculturalism in Azerbaijan 

Summary 

In  article  illuminating  main  point  and  content  of  multiculturalism,  tolerance  and  religious 

tolerance in Azerbaijan Republic. Described the role of protection of the statehood and solidity of 

our country is being revealed. 

 

 

 



 

 

 

 

 

 

 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

312

 

 



 

 

BÖLMƏ 6 – MƏMMƏDAĞA ŞİRƏLİYEV SALONU 



 

Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü, fil.ü.e.d., professor 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru 

 

MULTİKULTURALİZM VƏ KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATI  

 

Açar sözlər: multikulturalizm, “Avesta”, “Kitabi-Dədə Qorqud”, Hüseyn Cavid, Abdulla 

Şaiq 


Key words: Multiculturalism, "Avesta", "Kitabi-Dede Qorqud", Huseyn Javid, Abdulla Shaig 

 

Azərbaycanda ən qədim zamanlardan bəri müxtəlif dinlərə və etiqadlara inanan, fərqli dillərdə 



danışan  çoxsaylı  xalqlar  və  etnik  qruplar  sülh  və  əmin-amanlıq,  dinclik  və  bərabərlik  şəraitində 

yaşamışlar. Bu cür tolerant mühit və multikultural tarixi şərait təbii olaraq azərbaycanlıların bədii 

təfəkküründə  də:  şifahi  və  yazılı  ədəbiyyatında  özünün  poetik  təcəssümünü,  obrazlı  ifadəsini 

tapmışdır.  

Klassik Azərbaycan ədəbiyyatında multikultural düşüncələr ümumilikdə götürdükdə 

aşağıdakı bir neçə şəkildə özünü göstərir: 

1) Müxtəlif dinləri təmsil edən xalqların adları ehtiramla çəkilir və onlara qarşı hörmət və 

dostluq duyğuları ifadə edilir; 

2)  Digər  dinləri  təmsil  edən  müqəddəs  şəxsiyyətlərə  böyük  sayğı  və  ehtiram  duyğuları  dilə 

gətirilir və onların yüksək əxlaq tərzi və davranışları nümunə olaraq təqdim və təbliğ edilir

3) Müxtəlif dinləri və xalqları təmsil edən gözəllərə sonsuz və səmimi sevgi duyğuları qələmə 

alınır və onlara qovuşma yollarında çəkilən əzab-iztirablar, ağrı-acılar bədii şəkildə ifadə olunur. 

Klassik  Azərbaycan  ədəbiyyatını  təmsil  edən  şair  və  yazıçıların  çoxu  bu  mənəvi  dəyərlərə 

əsərlərində geniş yer vermiş və onları yaymış, oxucularına təlqin etmişlər. 

Azərbaycan  ədəbiyyatında  multikultural  düşüncə  tərzinin  yer  aldığı  ilkin  qədim  və  dəyərli 

bədii nümunələrindən biri eramızdan əvvəl   ikinci minilliyə aid edilən “Avesta” dini-bədii abidəsi 

sayıla bilər. Azərbaycanlılarla yanaşı vaxtilə atəşpərəst olmuş bir sıra Yaxın Şərq xalqlarının ortaq 

abidəsi  sayılan  “Avesta”da  multikulturalizm  dəyərlərinə  söykənən  maraqlı  fikirlər  yer  almışdır. 

Məsələn, “Avesta”nın  “Qatlar” adlanan  ən qədim  hissəsində  Zərdüşt üzünü baş  Allaha  -  Məzdaya 

tutaraq deyir:    

 “Ey  Məzda,  əllərimi  duaya  qaldıraraq...  bütün  insanların  doğru  yola  gəlməsi  üçün  sənin 

köməyini istəyirəm”

“Avesta”nın  Zərdüştün  müəllifi  olduğu  şübhə  doğurmayan  bu  hissəsindən  aydın  olur  ki, 

qədim Manna ərazisində - indiki Azərbaycan torpaqlarında etnik münaqişələr mövcud olmamış və 

bu yurdun sakinləri olan insanlar sülh, əmin-amanlıq şəraitində həyat sürmüşlər. 

“Avesta”da  yer  alan  aşağıdakı  nümunələrdə  də  multikulturalizm  dəyərlərini  qabarıq  şəkildə 

özündə əks etdirən fikirlər diqqəti çəkir: 

Bütün  güc  və  bacarığımla  çalışacağam  ki,  insanlar  doğru  din  yolu  ilə  getsinlər.  Bu  doğru 

din  onları  birləşdirəcək,  xeyirxahlığa  yol  açacaqdır”.  “Dünyada  düşmənçiliyin  olmaması 

xoşbəxtlik deməkdir”.  “İnsanların azadlığına toxunmayın, çünki azadlıq dostluq və məhəbbətə yol 

açır”. 

“Qoy arxlarda sularınız 

Maneəsiz axıb getsin. 

İnsanların arasında 

Dostluq, düzlük olsun”.      

Eramızın  VII  əsrinə  aid  edilən,  bir  sıra  epizodları  ilə  kökləri  daha  qədimlərə  gedib  çıxan 

Azərbaycan  qəhrəmanlıq  dastanı  “Kitabi-Dədə  Qorqud”da  da  multikulturalizm  dəyərləri  ilə 

səsləşən  bir  sıra  maraqlı  məqamlara  rast  gəlirik.  Məsələn,  eposun  bir  boyunda  Bayburt  xristian 

bəyliyinin  başçısının,  qızı,  atası  tərəfindən  əsir  götürülmüş    müsəlman  oğuz  igidinə  -  Beyrəyə 

vurulur  və  eşqi  xatirinə  onu  əsirlikdən  azad  edir.  Beyrək  bu  yaxşılığın  əvəzində    xristian  qızı  ilə 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

313

 

 



 

 

evlənəcəyinə and içsə də, vədinə xilaf çıxır və bunun nəticəsi olaraq sonda xaincəsinə öldürülür ki, 



bu da əsərdə güclü bir asossiasiya yaradır: Vədə xilaf çıxanın cəzası belə olmalıdır.  

Dədə  Qorqud  dastanlarında  digər  bir  oğuz  igidi  –  Qanturalı  isə  başqa  dindən  olan  Trabzon 

təkurunun qızı ilə evlənir ki, bu fakt oğuzların əski çağlardan bəri digər dinlərin daşıyıcılarına olan 

isti münasibətindən xəbər verir.  

Dastanın baş qəhrəmanı Salur Qazanın və onun oğlu Uruzun davranışlarında da digər xalqlara 

qarşı mərhəmət və ehtiram duyğuları özünü göstərir. 

Azərbaycanın  digər  folklor  nümunələrində  də,  məsələn,  “Əsli  və  Kərəm”  dastanında,  “Şeyx 

Sənan” əfsanəsində xristian qızı ilə müsəlman gəncinin yüksək ülvi məhəbətindən bəhs olunur. Yeri 

gəlmişkən qeyd edək ki, Şeyx Sənan əfsanəsini XVII yüzillikdə Molla Camal Rənci adlı az tanınan 

bir Azərbaycan şairi ana dilində məsnəvi şəklində nəzmə çəkmişdir. Kiçik həcmli bu əsərin bir neçə 

əlyazması  yalnız  Azərbaycan  Milli  Elmlər  Akademiyası  M.Füzuli  adına  Əlyazmalar  İnstitutunda 

saxlanılır. Həmin məsnəvi-poemada ömrünün ixtiyar çağlarını yaşayan və 400 nəfər müridə başçılıq 

edən  Şeyx  Sənanın  yuxuda  gördüyü  xristian  qızına  olan  məhəbbəti  qələmə  alınmış  və  bununla  da 

müxtəlif dinlərdən olan insanlar arasında bərabərlik və sevgi duyğuları sərgilənmişdir. Şeyx Sənan 

eşqi yolunda öz dinindən dönsə də, xristian qızını ona ərə verməkdən boyun qaçırırlar. Maraqlıdır 

ki, əsərin sonunda xristian qızı Şeyx Sənana aşiq olur, onun dinini qəbul edir və sevgililər bir yerdə 

dünyalarını dəyişirlər (1). 

Qeyd  edək  ki,  Klassik  Azərbaycan  ədəbiyyatının  bir  çox  nümayəndələri  öz  həyatlarında 

multikultural  dəyərləri  yaşamış  qələm  əhli  olmuşlar.  Belə  ki,  XII  əsrin  məşhur  şairi  Əfzələddin 

Xaqani Şirvaninin anası islamı qəbul etmiş nəsturı qızı olmuşdur. Xaqaninin əsərlərindən açıq-aşkar 

görünür  ki,  böyük  şair  xristian  dininin  qanunlarına  da  yetərincə  bələd  olmuş  və  onlara  ehtiramla 

yanaşmışdır. Xaqanin şagirdi olmuş Mücirəddin Beyləqaninin anası isə həbəş qızı olmuşdur. Dahi 

Azərbaycan şairi Nizami Gəncəvinin qulluqçu olaraq ona hədiyyə edilən Afaqla ailə həyatı qurması 

faktı da bu böyük söz ustadının multikultural dünyagörüşündən xəbər verir.  

Məlum  olduğu  kimi,  klassik  Azərbaycan  yazılı  ədəbiyyatı  nümunələri  islamın  qəbulundan 

sonra mövcud ənənəyə görə üç dildə: ərəbcə, farsca və türkcə  yaranmış və bu ənənə XX yüzilliyə 

qədər  davam  etmişdir.  IX  əsrdə  yaşamış  bir  sıra  Azərbaycan  şairləri  əsərlərini  ərəbcə  yazmışlar. 

Onlar sırasında məvali şair Xüreyminin ərəb dilində qələmə aldığı qəsidələrində müxtəlif xalqların 

bərabərliyi ideyası qabarıq şəkildə özünü göstərir. Belə ki, Xüreymi şeirlərindən birində yazır: 

Mən həyatda insanları bərabər görürəm,  

Bu səbəbdən də bir qəbiri digərindən seçmirəm (2). 

Xüreymidən  üç  əsr  sonra  yaşamış  Azərbaycan  filosof-şairi  Eynülqüzat  Həmədaninin  (1098-

1131) əsərlərində də multikultural dəyərlərin açıq-aşkar şəkildə yer aldığının şahidi oluruq. Bir sıra 

fəlsəfi fikirlərinə görə dar ağacından asılmış Həmədani “Təmhidat” (“Başlanğıc”) adlı əsərinin bir 

yerində yazır: 

Ey can, gəl aləmdə bir atəş çataq, 

Küfrü, müsəlman bir yerə qataq. 

Vüsalın nurundan biz bir olalım, 

Hümmətlə aləmdə Adəm bulalım (3). 

 

Göründüyü kimi, filosof-şair insanlara dininə, inancına görə fərq qoymur, onların hamısını 



insan adını uca tutmağa dəvət edir. 

Klassik  Azərbaycan  ədəbiyyatının  ən  böyük  nümayəndələrindən  biri  olan  dahi  şair  və 

mütəfəkkir Nizami Gəncəvi yaradıcılığında multikultural düşüncələr daha konkret şəkildə və geniş 

planda,  həm  də  əlvan  boyalarla  öz  əksini  tapmışdır.  Dünya  şöhrətli  bu  dahi  söz  ustadının  bütün 

əsərlərinin ana xəttini ictimai ədalət və xeyirxahlıq, bərabərlik və bütün insanlara sevgi və məhəbbət 

kimi humanist düşüncələr təşkil edir: 



Bacarsan, hamının yükünü sən çək

İnsana ən böyük şərəfdir kömək... 

Elə bir ixtiyar olsaydı məndə, 

Qoymazdım bəndəyə möhtac bir bəndə... 

Hər kəs ki İsa kimi duyub sevib insanı, 

 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin