AZƏrbaycan öLKƏ ÜZRƏ gender qiYMƏTLƏNDİRİLMƏSİ Asiya İnkişaf Bankı



Yüklə 89.48 Kb.
Pdf просмотр
səhifə11/17
tarix22.04.2017
ölçüsü89.48 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

D. 
Tövsiyələr

Qadınların  hökumətin  yerli  və  mərkəzi  siyasi  strukturlarında  daha  geniş  şəkildə 
iştirakı üçün maneə və çətinliklərin qiymətləndirilmələri aparılmalı və müvafiq siyasət 
və proqram tövsiyələri verilməlidir. Qadınların idarəetmə strukturlarında iştirakının 
artırılmasına və həvəsləndirilməsinə yönəlmiş mərkəzi, regional və yerli hökumət 
səviyyələrində ictimaiyyətin məlumatlandırma kampaniyaları dəstəklənməlidir.

Qadınların dövlətin yerli qərar qəbuletmə strukturlarında iştirakı və onların rayon 
və  vilayət  səviyyəsində  təmsilçiliyi  üçün  hədəflərin  müəyyənləşdirilməsi  nəzərdə 
tutulmalıdır.

Hökumətin bütün səviyyələrində gender bərabərliyinə dair məlumatlılığın artırılması 
proqramları, o cümlədən gender təhlili və gender yanaşması texnikası üzrə treninqlər 

həyata keçirilməlidir.

Yerli,  regional  və  mərkəzi  hökumət  səviyyələrində  qadın  QHT-ləri,  icma-
əsaslı  təşkilatlar  (İƏT)  və  vətəndaş  cəmiyyətinin  nümayəndələri  ilə  müntəzəm 
məsləhətləşmələr  aparılması  üçün  effektiv  mexanizmlər  yaradılmalı  və  hökumət 
siyasətləri  və  proqramlarında  müəyyən  olunmuş  əsas  məsələlərin  effektiv  əks 
olunması təmin edilməlidir.

Bakıda və bölgələrdə gender məsələləri sahəsində fəaliyyət göstərən QHT və İƏT-
lərin potensialının yaradılması, gücləndirilməsi və onların fəaliyyət koordinasiyası 
dəstəklə təmin edilməlidir.

Birləşmiş Millətlər, beynəlxalq və çoxsahəli təşkilatlar və beynəlxalq QHT-lər də daxil 
olmaqla inkişaf partnyorları ilə müntəzəm görüşlər keçirilməli, məlumat mübadiləsi 
və  gender  sahəsində  təcrübə  mübadiləsi  aparılmalı  və  həmçinin  donor  tərəfindən 
dəstəklənən fəaliyyətdə gender yanaşmasının təqdir edilməsi və dəstəklənməsi üçün 
koordinasiya mexanizmi yaradılmalıdır (məsələn, gender məşvərət qrupu və ya buna 
oxşar).

Öz siyasət və proqram işlərində, o cümlədən layihə personalının cəlb edilməsində 
gender bərabərliyi prinsiplərinə nəzarət etmək tələbində, layihələrin hazırlanması, 
monitorinqi və qiymətləndirilməsi layihələrində, və bütün səviyyələrdə hökumətlə 
siyasət  məsələlərinə  dair  dialoqlarda  inkişaf  partnyorlarının  gender  bərabərliyi 
prinsiplərini müdafiə etməyə davam etmələri təmin edilməlidir. 

 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan

7-ci fəsil 
 
Gender bərabərliyinin digər problemləri
A. 
Xarici/daxili əmək miqrasiyası
Son  illərdə  artan  həm  daxili  (kəndlərdən  şəhərlərə),  həm  də  xarici  (müvəqqəti/
qeyri-qanuni) miqrasiyanı uzun müddətli işsizliklə özünü biruzə verən və getdikcə pisləşən 
iqtisadi vəziyyətlə əlaqələndirirlər; bir çox miqrantlar məşğulluq imkanlarını və beləliklə 
də gəliri əsas səbəb kimi qeyd edirlər. (BMqT 2001:25).
13
 
BMqT həmçinin qeyd edir ki, 
Azərbaycanda  iqtisadiyyatın  inkişafı  üçün  nəzərdə  tutulan  islahatların,  o  cümlədən  xam 
neftin  Qərbə  çatdırılması  məqsədilə  neft  şirkətləri  ilə  imzalanan  müqavilələrin  və  “İpək 
Yolu” marşrutunun dirçəlişi nəticəsində sərhədlərarası miqrasiyanın əhəmiyyətli dərəcədə 
artması gözlənilir. Azərbaycan ərazisindən keçən tranzit miqrasiyasının, o cümlədən Rusiya, 
Ukrayna  və  Mərkəzi  Asiyadan  Türkiyəyə  və  digər  ölkələrə  qadın  və  qızların  alverinin 
səviyyəsinin artması da qeyd olunur və bütün bunlar Hökumətin, beynəlxalq təşkilatların 
və QHT-lərin potensial və geri qayıdan qeyri-qanuni miqrantları təkmilləşdirilmiş məlumat, 
müdafiə və dəstəklə təmin etməyə yönəlmiş davamlı səylərini çətinləşdirir.
Dəqiq məlumat əldə etməyin çətin olmasına baxmayaraq, BMqT-nin 2001-ci ildə 
Azərbaycanın  7  rayonunda  769  potensial  miqrant  (o  cümlədən  ilk  dəfə  miqrasiya  edən) 
arasında keçirdiyi sorğu göstərmişdi ki, miqrantların beşdə iki hisəsini (41,5 %) qadınlar təşkil 
edir. Onların əksəriyyətinin yaş həddi 20-30 yaş arasında idi. Nisbətən az qadın mirasiyası 
Xanlar, Quba və Xaçmaz (müvafiq olaraq 30,6%, 13,3% və 22,2%) rayonlarında müşahidə 
olunmuşdu, bu isə bu ərazilərdə qadınların hərəkətlərində məhdudiyyətin daha çox olması 
ilə izah olunur. Qadınların yalnız yarısından çoxu subay idi (55,8%). Kişi miqrantların isə, 
əksinə, bütün ərazilərdə yüksək səviyyəsi, əsasən 25-35 yaş arasında qeyd olunmuşdu. Kişi 
miqrantların təqribən 60%-i evli idi (BMqT 2001:25).
Tədqiqat həm Türkiyə, həm də Rusiyanın qeyri-müntəzəm miqrasiya üçün əsas tranzit 
ölkələri olması haqqında ilkin mülahizəni təsdiq etdi. Bu, Azərbaycan miqrantları üçün bir 
çox gizli imkanlar yaradır. Potensial miqrantlar kömək üçün qaçaqmalçılara müraciət edirlər 
və onların 50%-i qaçaqmalçıların işinin qanuni olduğuna inanırlar. Çətin iqtisadi vəziyyətdə 
yaşayan  miqrantlar  təyinat  ölkələrə  qanuni  yolla  daxil  olmaq  üçün  etibarlı  sənədlər,  o 
cümlədən pasport və Şengen vizasını (Avropa Birliyinin əksər üzv dövlətlərinə səfər üçün) 
əldə etmək məqsədilə vasitəçiyə 3000 ABŞ dollarına qədər pul ödəmək üçün evlərini satmağa 
və ya borc götürməyə məcbur olurlar. Hesabat təsdiq edir ki, qanuni imkanlarda mövcud 
olan məhdudiyyətlər potensial miqrantları xaricə getmək səylərində qaçaqmalçılardan tam 
asılı vəziyyətə salır (BMqT 2001:9). 
Alverə  məruz  qalmaq  riski  olan  qadın  miqrantların  axını  əhəmiyyətli  dərəcədə 
artır, belə ki, onlardan bir çoxu gənc qadınları xaricdə qeyri-müəyyən işlərə düzəldən özəl 

BMqT-nin 2001-ci ildə ölkənin 7 rayonunda potensial miqrantlar arasında keçirdiyi sorğu görtərmişdir 
ki,  respondentlərin  60%-inin  miqrasiyasının  səbəbi  xaricdə  hər  hansı  bir  məşğuliyyətin  tapılması  və  həyat 
şəraitinin


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
agentliklərə  və  ya  fərdi  şəxslərə  müraciət  edirlər.  Qaçaqmalçılara  müraciət  etmək  qadın 
miqrantlar üçün xüsusilə təhlükəlidir, çünki onlar alverçilər üçün asan qənimət ola bilərlər. 
Qadın  miqrantların  seksual  təhqirlərə,  istismara  və  reproduktiv  sağlamlıq  risklərinə,  o 
cümlədən İİV və cinsi yolla keçən xəstəliklərə həssaslığı lazımınca qiymətləndirilməlidir. 
ABŞBİA  tərəfindən  2004-cü  ildə  keçirilən  gender  qiymətləndirilməsində  qeyd 
olunmuşdur  ki,  bəzi  kənd  ərazilərində  kişi  miqrasiyasının  yüksək  səviyyəsinin  səbəbləri 
ailəni  dolandırmaq  ehtiyacı,  bazar  iqtisadiyyatında  dəyişikliklərə  uyğunlaşmamaq  (az 
ödənilən və ya az nüfuzlu “qadın işlərindən” imtina) və evlənmək üçün pul toplamaqdır. 
Bu miqrasiyanın səbəbləri çox zaman ailələrə mənfi təsir göstərir, belə ki, kişilər ailəni tərk 
etdikdə bütün işlərin idarə olunması qadınların çiyinləri üzərinə düşür (o cümlədən ağır kənd 
təsərrüfatı işləri) və bəzi hallarda kişi ağır iş şəraiti və/və ya CYYX nəticəsində sağlamlığını 
itirmiş  vəziyyətdə  geri  qayıdır  (ABŞBİA  2004:  8).  Səbəblərin  və  qadın/kişi  daxili/xarici 
miqrasiyasının (pul köçürmələrinin ölçüsü və rolu daxil olmaqla) təsirinin sonrakı analizi 
müvafiq proqramların işlənib hazırlanması üçün vacib olan məlumatı təmin edəcək. 
B. 
Qadın və Uşaq Alveri 
Qadın  və  uşaqlaın  (daha  az  miqdarda  kişi  və  oğlanların)  alveri  Azərbaycanda 
getdikcə artan çox ciddi problemdir. Azərbaycan əsasən seksual istismar məqsədilə istifadə 
olunan  qadın  və  qızların  alveri  üçün  həm  bir  mənbə,  həm  də  tranzit  ölkəsi  kimi  tanınır. 
İlkin  təyinat  ölkələri  Türkiyə  və  BƏƏ-dir  (Çərçivə  2).  Qadınlar  çox  zaman  yaxşı  təşkil 
olunmuş, təcrübəli və həm quru, həm də hava sərhədləri vasitəsilə hərəkət edə bilən, güclü 
milli və beynəlxalq əlaqələri olan beynəlxalq cinayətkar şəbəkələr tərəfindən alverə məruz 
qalır. Azərbaycanın coğrafi mövqeyi, xüsusilə də onun Şərqi Avropanın (Moldova, Ukrayna, 
Rusiya və Ermənistan kimi) mənşə ölkələrinə və Türkiyə kimi təyinat və tranzit ölkələrinə 
yaxınlığı onu insan alveri ilə məşğul olan şəbəkələr üçün xüsusilə əlverişli edir (Vətəndaş 
Hüquqları  Uğrunda  “Təmiz  Dünya”  Sosial  Birliyi  2004:  27).  Ölkədaxili  insan  alveri  də 
mövcuddur və bu da rayonlardan Bakıya, əsasən də fahişəlik məqsədilə gətirilənlərdir.
 
BMqT tərəfindən insan alveri qurbanları ilə keçirilmiş müsahibələr göstərir ki, alverə 
məruz qalan qadınların əksəriyyəti 19-35 yaş arasında, orta məktəb təhsilli, kənd ərazilərindən 
gəlmiş və işsizdirlər. Yoxsulluq və gələcəyə ümidsizlik onları bu yola əl atmağa vadar edən 
əsas  amillərdir:  BMqT-nin  bu  yaxınlarda  (2002)  insan  alverinə  məruz  qalmış  qadınlar 
arasında keçirdiyi sorğuda respondentlərin 82%-i özlərini çox yoxsul kimi təqdim etmişdir 
və respondentlərin hamısı bu təklifləri ailələrinin və özlərinin həyat şəraitini yaxşılaşdırmaq 
məqsədilə qəbul etdiklərini qeyd etmişlər. Bu hesabat onu da göstərir ki, kişilər artıq ailələrini 
dolandırmaq iqtidarıında olmadıqda, qadınların gəlir əldə etmək ehtiyacları onları alverlə 
məşğul olanlar üçün daha həssas edir, həm də ona görə ki, bu qadınların onları gözləyən 
təhlükədən xəbərləri olmur. Digər həssas qruplara yoxsul ailələrdən olan uşaqlar və küçə 
uşaqları aiddir; BMqT göstərir ki, Azərbaycanda itən hər beş insandan biri 18 yaşından aşağı 
uşaqdır (BMqT 2002: 36). Dəlillər həmçinin göstərir ki, məcburi əmək məqsədilə Türkiyəyə 
satılan kişi və oğlanların sayı daha azdır (BMqT 2002: 20).


Gender bərabərliyinin digər problemləri
 
Keyfiyyət dəlilləri sübut edir ki, alverlə məşğul olanlar məşğulluq və turizm agentlikləri 
adı altında işləmələrinə baxmayaraq, qurbanların çox hissəsi qohumlar, dostlar və tanışlar 
tərəfindən alverə məruz qalır. Agentliklərin tələb etdikləri ödənişlər 1500$-a qədər olsa da, 
bir çox qurbanlar əvvəlcədən heç nə ödəməyərək bu məbləğin onların ilk əmək haqqından 
çıxılmasına razılıq verirlər. Təyinat ölkələrinə gəldikdən sonra qadınlar bu pulları qaytarmaq 
məcburiyyəti və borcları üzündən hədə-qorxu ilə üzləşir və cüzi ödənişlər alırlar; cinayətkar 
şəbəkələrin  rəhbərləri  onların  məvaciblərinin  çox  hissəsini  mənimsəyirlər.  Pasportlar  və 
şəxsiyyəti təsdiq edən digər sənədlər çox zaman müsadirə edilir və bu qadınlara qaçmağı 
və ya hakimiyyət orqanlarına yardım üçün müraciət etməyi çətinləşdirir. Onlardan bir çoxu 
fiziki  təhqirlərə  məruz  qalir  və    CYYX  və  digər  bu  kimi  problemlərdən  əziyyət  çəkirlər 
(Vətəndaş Hüquqları Uğrunda “Təmiz Dünya” Sosial Birliyi 2004, BMqT 2001). 
Azərbaycan cinayət məcəlləsində insan alveri cinayət kimi müəyyənləşdirilməyib və 
insan alveri ilə bağlı olan cinayətləri törədən şəxsləri məhkəməyə cəlb etmək üçün köləlik, 
zorlama, fahişəliyə məcbur etmə və yetkinlik yaşına çatmamışların fahişəliyə cəlb edilməsi 
müddəaları istifadə olunur. Hökumətin 2004-cü il Bəyanatına əsasən, insan alveri ilə bağlı 
olaraq 106 təhqiqat aparılmışdır, onlardan 10-u ittihamla nəticələnmişdir və bu 2003-cü ildə 
olan 20 ittihamla müqayisədə daha aşağı göstəricidir (ABŞ Dövlət Departamenti 2005).
 Azərbaycan  2005-ci  ildə ABŞ  Dövlət  Departamenti  tərəfindən  ardıcıl  olaraq  2  il 
“hesabat dövründə insan alveri ilə mübarizədə səylərin artırılmasını göstərən sübutları təqdim 
edə bilmədiyi üçün” “Müşahidə siyahısında 2-ci sıra” ölkə kimi qiymətləndirilmişdir. Hesabat 
göstərmişdir ki, hökumətin səylərinin həyata keçirilməsi hələ də ilkin mərhələdə olmasına 
Çərçivə 2. Lalənin məsələsi
Lalə bu işə 17 yaşı olanda Ucar şəhərində cəlb edilib. Bir qadın ona Bakıda fəaliyyət 
göstərən şirkət üçün qız işçilər yığdığını bildiribmiş. Bu minvalla Lalə və digər iki qız Bakıya 
deyil, Sumqayıta gətirilir və həmin qadının bacısı Svetaya təhvil verilirlər. Sveta bütün qızlar 
üçün yeni sənəd və pasportlar hazırlayır. Bakıya gedərkən Laləni bir neçə nəfər müşayiət edirdi, 
o cümlədən onun əri olduğunu bildirən və sonra Lalə ilə BƏƏ-yə yola düşən bir kişi.
Dubaya gələrkən, Lalənin pasportu və vizası bir Suriya vətəndaşına verilir. O, Laləni 
3  həftə  saxlayır  və  mütəmadi  olaraq  zorlayır.  Sonra  o,  Svetaya  qaytarılır  və Azərbaycandan 
olan  digər  qızlar  yaşadığı  mənzildə  yerləşdirilir  və  gündə  8-9  kişiyə  xidmət  etməyə  məcbur 
edilir. Sveta qızların müştərilərlə görüşünü təşkil edir, azərbaycanlı taksi sürücüsü isə qızları 
müştərilərinin olduqları yerlərə, sonra isə evə daşıyırdı. Soruşanda ki, niyə kömək üçün kiməsə 
müraciət etməyib, Lalə deyir: “Mən bu adamların yanında kiməm ki? Hər şey onların nəzarəti 
altındadır. Sveta və onun qohumları qızları rayonlardan Sumqayıta gətirirlər. Sonra qızlar üçün 
sənəd düzəldir...və onları buraya gətirirlər. Taksi sürücüsü də kənar adam deyil, o da onlar üçün 
çalışır. Onlar hətta bizim evə göndərmək istədiyimiz pula da nəzarət edirlər. Mən heç vaxt evə 
zəng etmirəm: istəyirəm inansınlar ki, mən Bakıda işləyirəm”.
Mənbə: BMqT 2002: 30.


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
baxmayaraq, “hökümət problemin olduğunu qəbul edir və onu başa düşür, və artıq bir neçə 
əhəmiyyətli sahədə, xüsusilə də insan alveri əleyhinə qanunvericiliyin hazırlanması və cinayət 
məcəlləsində  düzəlişlər  edilməsi  sahəsində  nailiyyətlər  var”  (ABŞ  Dövlət  Departamenti 
2005). 1996-cı ildə Azərbaycan Insan Alveri və başqalarının Fahişəliyinin istismar məqsədilə 
istifadə edilməsini qadağan edən 1949-cu il Konvensiyasına qoşulmuşdur. Bu Konvensiyaya 
əlavə olaraq Palermoda Insan Alverinə dair Protokol hazırlanmış və Azərbaycan 2000-ci ilin 
dekabrında ona qoşulmuşdur və Protokol 2003-cü ilin dekabrında Milli Məclis tərəfindən 
ratifikasiya olunmuşdur. 
BMT-nin bu Konvensiyaları Prezidentin 2004-cü il 6 May Sərəncamı ilə qəbul və 
təsdiq olunmuş Azərbaycanın İnsan Alverinə Qarşı Milli Fəaliyyət Planının əsasını təşkil edir. 
Bu sənədin məqsədi hökumətə insan alverinin yayılmasının qarşısını almağı, cinayətkarları 
məhkəməyə  cəlb  etməyi  və  onların  həqiqi  və  potensial  qurbanlarını  müvafiq  vasitələrlə 
müdafiə etmək imkanı verən tam və məqsədyönlü fəaliyyətlər təklif etməkdir. 
Milli  Fəaliyyət  Planında  müəyyənləşdirilmiş  tədbirlərə  qanuni  çərçivələri 
təkmilləşdirmək, Milli Koordinator təyin etmək, DİN-in nəzdində insan alveri üzrə xüsusi 
polis departamenti yaratmaq və potensial və həqiqi qurbanların müdafiəsini təmin etmək aiddir. 
Milli Fəaliyyət Planının məqsədlərindən biri Azərbaycan Respublikasının qanunvericiliyini 
BMT-nin konvensiyaları və onlara əlavə olunan Protokollara və insan alveri ilə mübarizə 
sahəsində digər beynəlxalq sənədlərə uyğunlaşdırmaq və eyni zamanda yuxarıda göstərilən 
sənədlərə
14
 müvafiq olaraq insan alverinin cinayət əməli kimi tanınması üçün konstitusiyaya 
düzəlişlər etməkdir. 
Milli Fəaliyyət Planı insan alverinə qarşı mübarizənin ümumi prinsiplərini, onların 
təşkili üçün çərçivələri və səlahiyyət sahiblərinin insan alveri ilə mübarizədə öhdəliklərini 
müəyyənləşdirməklə insan alveri ilə mübarizəyə dair qanunun qəbul edilməsi, insan alverinin 
qarşısının  alınması  üçün  tədbirlərin  həyata  keçirilməsi,  bu  cür  cinayətlərə  məruz  qalmış 
qurbanların fiziki, psixoloji, sosial reabilitasiyası və vətənə qaytarılması, və Milli Fəaliyyət 
Planında  yer  almış  digər  məqsədlərin  yerinə  yetirilməsi  məsələlərini  qarşıya  qoyur.  Bu 
Plan əsasən, qurbanlar və alver qurbanı olduqları güman edilən insanlar və şahidlər üçün 
təhlükəsiz  sığınacaq  təşkil  etmək  və  insan  alverinin  həqiqi  və  potensial  qurbanları  üçün 
pulsuz və daimi (həftədə 7 gün, sutkada 24 saat) əlaqə xidməti təmin etməyi nəzərdə tutur 
(BMqT 2002: 35-46). 
Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı əsas məqsəd kimi insan alveri ilə bağlı 
olan beynəlxalq konvensiyaları ratifikasiya etməyə və milli qanunvericiliyi gücləndirməyə 
yönəlmiş tədbirləri nəzərdə tutur. Bundan əlavə, o, insan alverinə sabəb olan amillərə qarşı 
tədbirlərin həyata keçirilməsinin vacibliyini də qeyd edir. 

İndiki Cinayət Məcəlləsində insan alveri və seksual istismarı müəyyən edən bir neçə maddə 
mövcuddur, lakin hələ də insan alveri problemini əhatə edən ayrıca maddə yoxdur. Milli Fəaliyyət Planı 
şəxslərin insan alveri məqsədilə fahişəliyə cəlb edilməsini ağırlaşdırıcı cinayət kimi Cinayət Məcəlləsinə 
daxil olunmasını nəzərdə tutur (BMqT 2002:35-46).


Gender bərabərliyinin digər problemləri
BMqT və bəzi yerli QHT-lərin
5
 
 fəaliyyəti insan alveri hallarının aşkara çıxarılmasına, 
alverə daha həssas olan qrupları müəyyən etməyə və siyasətdə, qanunvericilikdə olan boşluqları 
ön  plana  çəkməyə  yönəlmişdir.  Onlar  xüsusi  olaraq  alver  qurbanlarına  dair  araşdırmalar 
aparmış, və bu araşdırmalar insanların alverə necə cəlb olunduqlarını, alverlə məşğul olan 
şəbəkələrin  çox  yaxşı  əlaqələri  olduğunu,  o  cümlədən  alver  qurbanlarının  çıxarıldığı  və 
gətirildiyi ölkələrdə sərhəd işçiləri və qanun gözətçiləri arasinda korrupsiyanın çox yüksək 
səviyyədə olmasını aşkara çıxarmağa kömək etmişdir. Aaşdırmalar onu da göstərir ki, bu 
məmurlar üçün təlimlərin təşkil edilməsi, sərhəddə ciddi viza nəzarətinin gücləndirilməsi və 
cinayət məcəlləsində insan alverini cinayət əməli kimi müəyyənləşdirən hüquq islahatlarının 
aparılmasına böyük ehtiyac var. Bundan əlavə, qurbanları müdafiə etməyi və ya onları QHT-
lərə yönəltməyi və insan alveri barədə şəhərlərdə və kənd yerlərində məlumatın yayılmasını 
təmin edən tədbirlər görülməlidir.
C. 
(YenidənOrtaya çıxan ənənələr və təcrübələr
Narahatlıq doğuran belə bir fikir var ki, Azərbaycanda yenidən baş qaldıran ənənəvi 
inam və inanclar qadınların imkanlarını genişləndirmək və bərabərliyə nail olmaq cəhdlərinə 
mane ola bilər. Bu böyük bir mübahisə mövzusudur: belə inam yeni yaranıb, xarici amillərin 
təsiri ilə ölkəyə gətirilib, və İslamın ölkə daxilində artan təsirinin nəticəsidir. Bəlkə də Sovet 
dövründə qadağan edilməsinə baxmayaraq, onun kökü kəsilməyib və xalq arasında həmişə 
mövcud  olub?  Faktiki  olaraq  hər  iki  şərh  həqiqətə  uyğundur  və  onların  hər  ikisi  gender 
bərabərliyi siyasətinin və proqramlarının həyata keçirilməsində böyük əngəl törədə bilərlər 
(Çərçivə 3) .
2004-cü  ildə  Dünya  Bankının  Kəndlərə  İnvestisiya  Layihəsinin  Sosial 
qiymətləndirilməsi aşkar etdi ki, bir çox kənd yerlərində qərarları orta yaşlı və qoca kişilər 
qəbuledirlər və onlar mühüm məsələlər həll olunan görüşlərdə iştirak edirlər. Bəzi qadınlar, 
əsasən də müəllim və həkim kimi ali təhsilə malik olanlar bu proseslərdə daha böyük rol 
oynamaq istəsələr də, onların qərar qəbul etmədə işturakı çox məhduddur. Qiymətləndirmə 
zamanı aşkar edilmişdi ki, əksər hallarda qadınlardan məsləhət alınmır və onlar görüşlərdə 
və qərar qəbul etmədə iştirak etmirlər. Bu təcrübələrə baxmayaraq, kəndlərdə yaşayanların 
yüksək faizi, 67% qadınlar və 63% kişilər hesab edirlər ki, qərar qəbul etmə prosesində 
qadınların fikri tam şəkildə təmsil olunmur (Dünya Bankı 2004a: 60). 
2001-ci  il  RSM-si  gender  əsaslı  inam  və  ənənələrin  mənbəyini  araşdırmamasına 
baxmayaraq, qadınların öz rolu və mövqeləri barədə söylədikləri də narahatlıq doğurur.u 
razılaşdı ki, qadın işə getmək üçün həyat yoldaşından icazə almalıdır və ailə məsələlərində 
son sözü demək hüququ yalnız kişiyə məxsusdur. Lakin qadınların təhsil səviyyəsi və sosial 
iqtisadi statusu artdıqca bu fikirlə razılaşanların sayı azalır (ABŞBİA/XNM/BMTƏF və b. 
2003: 204). Qadınların üçdə iki hissəsindən çoxu (70%) hesab edir ki, uşaqların qayğısına 

İndiki Cinayət Məcəlləsində insan alveri və seksual istismarı müəyyən edən bir neçə maddə 
mövcuddur, lakin hələ də insan alveri problemini əhatə edən ayrıca maddə yoxdur. Milli Fəaliyyət Planı 
şəxslərin insan alveri məqsədilə fahişəliyə cəlb edilməsini ağırlaşdırıcı cinayət kimi Cinayət Məcəlləsinə 
daxil olunmasını nəzərdə tutur (BMqT 2002:35-46).


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
qalmaq  qadın  işidir,  lakin  universitet  və  aspirantura  təhsili  görmüş  qadınlar  arasında  bu 
razılaşma 51,2%-ə düşür; orta təhsil və ya ondan da aşağı təhsil görmüş qadınlarla (97,1%) 
müqayisədə  universitet  təhsilli  qadınların  83,6%-i  bu  fikirlə  razılaşırlar  (ABŞBİA/XNM/
BMTƏF və b. 2003: 204). 
Bu cür tədqiqatların çətinliyi kişilərin bu məsələyə münasibətlərinin və inamlarının 
və bu faktorların həm ailənin, həm də icmanın dəyər və inamlarına təsir etməsinin nəzərdən 
qaçırılmasıdır. Bu inamların kökü də tam tədqiq edilməmişdir. Bu suallara cavab olaraq, BMTİP 
və Norveç Hökuməti qadınların və kişilərin gender münasibətlərini və gender dəyərlərini 
araşdırmalı və ölkə daxilində dövlət səviyyəsində aparılan tədqiqatları qiymətləndirməli olan 
layihəni dəstəkləyir. QPDK-nin əməkdaşlığı ilə həyata keçirilən bu layihə MDB məkanında 
ilk belə tədqiqat olacaq; nəticələr 2006-cı ildə BMTİP-in Azərbaycanda İnsan İnkişafına dair 
Məruzəsinin əsasını təşkil edəcək. Bu tədqiqat vaxtında aparılan, həm də vacib bir tədqiqatdır 
və o, şəhər/kənd və regional münasibətləri və dəyərləri, və onların qadınların “ictimai” və 
“özəl” sahələrdə gündəlik həyatına təsir yollarını öyrənəcək. 
 
D. 
Gender, ətraf mühit və təbii sərvətlər
Azərbaycan 1998-ci ildə Ətraf Mühit üzrə Milli Fəaliyyət Planını və 2000-ci ildə 
Biomüxtəliflik üzrə Strategiyanı və Fəaliyyət Planını tamamlamışdır. 2001-ci ildə Azərbaycanda 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Azərbaycan həmçinin ətraf mühitə dair 
bir çox beynəlxalq konvensiyaları, o cümlədən BMT-nin İqlimin Dəyişdirilməsi haqqında 
Çərçivə Konvensiyası (1995), Biomüxtəliflik haqqında Konvensiya (2000), Meşələrin Məhv 
edilməsinə qarşı Mübarizə haqqında Konvensiyanı (1998) ratifikasiya etmişdir. 
Belə  siyasət  və  fəaliyyət  planları  kSİ-nın  ekoloji  cəhətdən  ən  çox  zərər  çəkmiş 
ölkələrindən  biri  olan  və  ciddi  ekoloji  problemlərlə  üzləşən  Azərbaycan  üçün  çox 
əhəmiyyətlidir. 70 il müddətində Azərbaycan kSİ-nın əsas neft istehsal edən regionlarından 
biri və iri kimya, neft-kimya və metallurgiya komplekslərinə malik olan sənaye mərkəzi idi. 
Bu, ciddi ekoloji zədələnməyə, o cümlədən Xəzər dənizinin və ətraf ərazilərin çirklənməsinə 
Çərçivə 3. Yeddi oğul istərəm, bircə dənə qız, gəlin.
Ənənəvi Azərbaycan toylarında bir çox kiçik mərasimlər keçirilir. Onlardan biri yeddi oğul və 
bir qızın arzu edilməsidir. Toy günündə bəy və onun ailəsi gəlinin evinə gəlir və burada bəyin 
kiçik qardaşı gəlinin belinə qırmızı lent bağlayır və aşağıdakı şeri söyləyir:
Anam, bacım qız gəlin,
Əli-ayağı düz gəlin.
Yeddi oğul istərəm,
Bircə dənə qız, gəlin.
Mənbə: Bayatı


Gender bərabərliyinin digər problemləri
səbəb olmuşdu. Davamlı olaraq etibarlı enerji mənbələrinin çatışmazlığı, torpağın eroziyası 
və duzlaşması və kənd (bəzən şəhər) ərazilərində içməli suyun qeyri-adekvat təchizatı kimi 
əsas ekoloji problemlərin həll olunmaması davamlı inkişafın təmin olunması və yoxsulluğun 
azaldılması ilə bağlı həyata keçirilən səyləri poza bilər. 
Xəzər dənizi ən dəyərli balıq olan nərə balığının dünyada ən zəngin mənbələrindən 
biridir. Qara kürü pərakəndə səviyyədə illik gəliri 1 mlrd ABŞ dolları olan potensial sənaye 
sahəsidir.  Xəzər  kürüsü  dünya  istehsalının  90%-i  təşkil  edir  və  tarixən Azərbaycan  üçün 
xarici  mübadilənin  əsas  gəlir  mənbəyi  olub.  Lakin  son  iki  onillik  ərzində  nərə  balığının 
elan olunan illik ovu 1980-ci illərdəki 25000 tondan 1997-ci ildə 1000 tona və ya 96%-
ə  qədər  əhəmiyyətli  dərəcədə  azalmışdır.  Balıq  ehtiyatlarının  belə  azalması  sərvətlərin 
qeyri-adekvat idarə olunması, nərə balığının uzun müddət qanuni və qanunsuz tutulması və 
Xəzər dənizi ilə sərhəddə yerləşən ölkələrdə nərə balığı yetişdirən müəssisələrdə istehsalın 
azalması nəticəsində baş vermişdir. Azərbaycanın balıqçılıq sektorunda qadınların rolunun 
gender qiymətləndirilməsinin tam araşdırılmamasına baxmayaraq, aydın olmuşdur ki, həm 
bilavasitə iş yerlərinin itirilməsi (fabrik və əlaqədar sənaye obyektlərində), həm də həyat 
yoldaşının işsizliyi nəticəsində ailənin gəlirinin itirilməsi qadınlara mənfi təsir edir.  Xlor 
zavodları Sumqayıt şəhəri ətrafında ciddi civə çirklənməsi törədir; hal-hazırda bu problemi 
aradan  qaldırmaq  üçün  tədbirlər  görülür  (Dünya  Bankının  köməyi  ilə).  Dünya  Bankının 
qiymətləndirmə qrupu aşkar etmişdi ki, Xəzər dənizində civə çirklənməsi artıq mövcuddur 
və Dünya Bankının 1998-ci ildə Sumqayıt ərazisində keçirdiyi ayrıca bir tədqiqatı burada 
uşaq  ölümü  faizinin  qonşu  ərazilərə  nisbətən  6  dəfə  yüksək  olduğunu  müəyyən  etmişdi 
(Dünya Bankı 2004a: 60).
 
Qeyri-müntəzəm qaz və enerji təchizatı bir cox ev təsərrüfatlarını daha yararsız, və 
ətrafı daha çox çirkləndirən enerji mənbələrindən istifadə etməyə məcbur edir. YAİİDP-in 
2003/2004-cü il Monitorinq Hesabatına əsasən kəndlərdə 92,4% ev təsərrüfatları hələ adekvat 
qaz təchizatı almırlar. Meşəətrafı zonaların yaxınlığındakı ev təsərrüfatları qızdırılma üçün 
odundan istifadə edirlər. Müstəqillikdən əvvəl Azərbaycan Rusiyadan ucuz taxta idxalına 
arxalanırdı. Lakin bu gün yanacaq odunu əsasən yerli meşələrdən alınır və bu, meşələrin 
məhv edilməsinə səbəb olur. İlkin qiymətləndirməyə əsasən, müəyyən ərazilərdə yanacaq 
odununa tələbat illik hasil olunan yanacaq odununun miqdarından 10 dəfə artıqdır (Dünya 
Bankı 2003: 1). Dünyanın digər yerlərində olduğu kimi Azərbaycanda da yemək hazırlanması 
və mənzillərin qızdırılması üçün odun yığımı qadın işi sayılır. Beləliklə, qadınlar meşələrin 
məhv  olması  nəticəsində  odun  ehtiyatının  azalmasının  ağırlığını  çəkməli  olurlar.  Odun 
ehtiyatı görməyə əlavə vaxt və enerji sərf edən qadınlar meşələrin məhv edilməsi nəticəsində 
uzun məsafəyə ağır yük daşımalı olur və bu da onların sağlamlığına təsir edir. Oduna qənaət 
etmək ehtiyacı qidanın tərkibinə və müxtləfliyinin azaldılmasına səbə olur ki, bu da ailədə 
pəhrizə və nəticədə sağlamlığa mənfi təsir edir. Azərbaycanda odun ehtiyatının yığılması, o 
cümlədən buna sərf edilən vaxtın/əməyin və eləcə də meşə təsərrüfatı sektorunda qadınların 
rolunun ətraflı qiymətləndirilməsi ümumiyyətlə mümkün deyil, lakin meşə təsərrüfatında 
effektiv siyasət və proqramların hazırlanması və tətbiq edilməsi üçün bu qiymətləndirmənin 
çox böyük əhəmiyyəti var.
1   ...   7   8   9   10   11   12   13   14   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə