Azərbaycan gimnastı Aliyə Qarayeva 1 yanvar 1988-ci ildə Rusiyada Sverdlovski şəhərində anadan olmuşdur. 2010- cu ildə Bakıda bədii gimnastika üzrə üç gün davam edən 23-cü Avropa çempionatının qalibidir. Şəxsi birincilikdə Azərbaycan gimnastı Aliyə Qarayeva iplə hərəkətlərdə 18,150 xal toplayaraq Avropa çempionu tituluna sahib çıxmışdır. Rusiyalı gimnastlar Vera Sessina (18,050) gümüş, Olqa Kapranova (17,750) isə bürünc medala layiq görülmüşlər. Halqa ilə hərəkətlərdə isə Olqa Kapranova (18,325 xal), ukraynalı Anna Bessonova (18,050) və Vera Sessina (17,600), müvafiq olaraq, ilk üç yeri tutmuşlar.
Dostları ilə paylaş: |