AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0.56 Mb.
Pdf просмотр
səhifə1/6
tarix13.06.2017
ölçüsü0.56 Mb.
  1   2   3   4   5   6

  

1

AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  



AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET   

 

MAG STRATURA MƏRKƏZ  

Ə

lyazması hüququnda 



 

sayeva Zərifə Oruc qızı 

“Müasir geyimlərdə istifadə edilən ornamental kompozisiyaların analizi” 

mövzusunda 

 

MAG STR D SSERTAS YASI 

 

xtisasın şifri və adı:                                                         050321 - “Dizayn” 

xtisaslaşma:                                                              “Dizayn və texniki estetika” 

 

Elmi  rəhbər:                                                                              Magistr  proqramının  rəhbəri:                      

m.n.Y.Ç.Ağamalıyeva                                                 m.n.Y.Ç.Ağamalıyeva 

 

 

                       Kafedra müdiri: s.ü.f.d. L.H.Məmmədova  

 

BAKI - 2015 

 

  

2

M Ü N D Ə R   C A T 



                                               Səh. 

G R Ş...........................................................................................................................4 

 

FƏS L I. NAXIŞ SƏNƏT N N MƏNŞƏY  VƏ ORNAMENT MOT VLƏR N N 

NK ŞAFI....................................................................................................................6 

1.1. Naxiş sənətinin yaranma tarixi. .........................................................................7 

1.2.Arxeoloji 

qazıntılarda  əldə  olunan  sənə

nümunələrinin 

naxış 

xüsusiyyətləri.............................................................................................................10 

1.3. Ornamentin tipləri və  üslubları.......................................................................14 

1.4. Azərbaycan dekorativ tətbiqi sənət sahələrində tətbiq olunan ornamentlərin 

növləri........................................................................................................................18 

1.5.Azərbaycan 

xalçaçılıq 

sənətində 

istifadə 

olunan 

ornamental 

kompozisiyalar..........................................................................................................21 

 

FƏS L II. QƏD M DÖVR VƏ  LK N ORTA ƏSRLƏRDƏ AZƏRBAYCANDA 

MÖVCUD OLAN GEY MLƏR..............................................................................26 

2.1. Qədim dövr və ilkin orta əsrlərdə geyimlərin təkamülü................................28 

2.2. XVI – XVIII əsrlərdə Azərbaycan geyimləri .................................................32 

2.3. Orta əsrlərdə geyimlərin konstruktiv və bədii – dekorativ səviyyəsi............39 

 

FƏS L  III.  MÜAS R  DÖVR  GEY MLƏR NDƏ  TƏTB Q  OLUNAN  

ORNAMENTAL KOMPOZ S YALAR................................................................45 

3.1. XIX əsr Avropa və Azərbaycan geyimlərinin estetik dəyərləri.....................47 

3.2.XX  əsrin  sonu  –  XXI  əsrin  əvvəllərində  geyimlərin  ornamental 

xüsusiyyətləri.............................................................................................................54 

3.3.XXI  əsr  geyimlərində  ornamental  kompozisiyaların  istifadəsinə  dair 

tövsiyyələr..................................................................................................................58 

  


  

3

NƏT CƏ VƏ TƏKL FLƏR.....................................................................................62 



ST FADƏ OLUNMUŞ ƏDƏB YYAT S YAHISI...............................................63 

Ə

LAVƏLƏR..............................................................................................................65 



XÜLASƏ....................................................................................................................74 

РЕЗЮМЕ


..................................................................................................................75 

SUMMARY...............................................................................................................76 

 

   


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

  

4

G   R   Ş 

Geyim  bütün  dövrlərdə  insanın  milli,  dini,  sənət,  mülki  mənsubiyyətini 

müəyyənləşdirmişdir.  Müasir  geyimin  inkişafı  və  bu  inkişafla  əlaqəli  olan  moda 

keçmiş,  indiki,  gələcək  dövr  arasında  əlaqələndirici  bənd  olmaqla,  insan 

cəmiyyətinin  maddi  və  mənəvi  həyatının  vacib  hissəsini  təşkil  edir.  XX  əsrin 

sonlarının,  bəlkə  də  ən  məşhur  moda  dizayneri  olan,  taliya  modelləşdirmə 

məktəbinin  görkəmli  nümayəndəsi  Covanni  Versaçe  bu  barədə  demişdir:  “moda 

bizim  cəmiyyətdə  baş  verən  dəyişiklikləri  birinci  olaraq  kəsb  etdirir,  o,  keçmişə 

nəzər yetirir və daim yenilik axtarışındadır”.  

Müasir  geyimin  hazırlanması  ən  müxtəlif  sahələrin  mütəxəssisləri  çalışan 

mürəkkəb və çox mərhələli prosesdir. Rəssam modelyerlər və ya moda dizaynerləri 

yeni  geyim  modellərini  layihələndirirlər.  Modelyer  –  konstruktorlar  bu  modellərin 

konstruksiyalarının əsasını hazırlayırlar ki, sonra bunlar vasitəsilə tikiləcək geyimin 

hissələrini biçmək üçün ülgülər düzəldilir. Bu geyimlərin bütün texnoloji prosesinin 

həyata keçirilməsini texnoloq – mühəndislər işləyib hazırlayırlar. 

Geyimin  əsas  vəzifəsi  onu  geyinən  insanın  fiziki  və  mənəvi  rahatlığı  üçün 

şə

rait  yaratmaq,  bu  şəxsin  cəlbediciliyini  gücləndirmək,  fərdiliyini  nəzərə 



çarpdırmaqdan ibarətdir. “Dizaynın nəzəri əsası geyimin bədii layihələndirilməsidir. 

Yeni  kostyum  formalarının  layihələndirilməsi  üzərində  çalışan  dizayner,  eyni 

zamanda  bir  neçə  keyfiyyətdə  çıxış  edir:  o,  həm  rəssam  –  modelyer,  nəqqaş,  yeni 

estetika  yaradan  tərtibatçı,  öz  ideyalarını  materialda  reallaşdırmağı  bacaran 

konstruktor,  həm  insanlara  geyim  vasitəsilə  daxili  keyfiyyətlərini  izhar  etməyə, 

özlərində inam yaratmağa kömək edən psixoloq və hətta, geyimin sahibinə hər dəfə 

yeni  sima  və  bununla  bərabər  yeni  davranış  rolu  təklif  edən  müəyyən  qədər  də 

rejissordur. Geyim dizaynının özünəməxsus xüsusiyyəti ilk növbədə onun yaradıcılıq 

obyektinin insan olması ilə müəyyənləşir.  nsanın daxili keyfiyyətləri və görünüşü ilə 

tamlıq  yaradan  geyim  öz  funksiyası  xaricində  təsəvvür  oluna  bilməz  və  sahibinin 

cinsi mənsubiyyətini, yaşını, həmçinin xarici görünüşünün ayrı–ayrı xüsusiyyətlərini 

nəzərə  almalıdır.  Geyimin  müasir  təkamülü  ictimai  –  siyasi  həyatla,  iqtisadiyyatın 



  

5

səviyyəsi,  elm  və  mədəniyyətlə  bilavasitə  müəyyənləşən  moda  ilə  sıx  bağlıdır.  



Bildiyimiz  kimi,  insan  mədəniyyətinin  bədii  dəyər  sistemləri  içərisində  incəsənət 

aparıcı  rol  oynayır.  Geyim  dizaynı  və  ya  layihələşdirilməsi  arxitektonik  incəsənət 

sahəsinə  aid  olub,  iki  funksiya  daşıyır  –  estetik  və  praktik.  Biz  çalışırıq  ki,  öz 

qarderobumuzda praktik, isti və rahat, estetik tələblərimizə cavab verən, yəni gözəl, 

dəbdə  olan  və  bizim  xarici  görünüşümüzü  daha  yaxşı  nəzərə  çarpdıran  geyimlər 

olsun. Digər halda paltar yazılmış və yazılmamış qanun normaları ilə qorunan, adətə 

çevrilmiş  ümumqəbul  olunmuş  vərdişlərin  məcmusunu  əks  etdirən  və  cəmiyyətin, 

eləcə  də  onun  ayrı  –  ayrı  təbəqələrinin  riayət  elədiyi  məişət  ənənəsini  bildirir. 

Bundan başqa geyim bütün dövrlərdə insanın milli, dini, sənət, mülki mənsubiyyətini 

müəyyənləşdirmişdir. Tarixi təkamülün hər bir mərhələsində cəmiyyətin həyat tərzi 

geyimin  istifadə  xüsusiyyətlərində  əks  olunmuşdur,  buna  görə  də,  deyə  bilərik  ki, 

paltarın  müxtəlif  funksiyaları  tarixən  toplanmışdır.  Cəmiyyətin  inkişafı  gedişində 

geyim  tədricən  mükəmməlləşmiş,  öz  vəzifəsinin  spektrını  genişləndirmişdir. 

Müəyyən obrazlı paltar quruluşu təqlid edilmə nümunəsi olurdu.  ctimai təsəvvürü, 

davranış normalarını, şəxsiyyətin fərdi xüsusiyyətlərini əks etdirən geyim anlayışı bu 

cür yaranırdı. Paltardan fərqli olaraq geyim dəsti nəinki ayrıca bir insanın, eləcə də 

millətin, xalqın və hətta bütöv bir dövrün obrazlı xarakteristikasını özündə daşıyır. O, 

incəsənət  əsəri  kimi  həmişə  mədəniyyətin  müəyyən  bir  inkişaf  mərhələsini  əks 

etdirmiş, memarlıq, heykəltəraşlıq, rəssamlıq, musiqi və teatr ilə sıx bağlı olmuşdur.  

Xalq geyimləri və bəzək əşyaları ilə əsrlər boyu öz zövqünü və mədəniyyətini 

ə

ks etdirən Azərbaycan xalqı da nəinki Şərqdə, bütün Avropada birincilər sırasında 



durur.  Başqa  xalqlarda  olduğu  kimi  XIX  əsrin  sonlarından  qərbsayağı  geyimlər 

Azərbaycana  da  nüfuz  etmiş  və  geniş  yayılmışdı.  Müasir  dövrdə  müxtəlif  üslublu 

qərbsayağı  geyimlərin  gündəmdə  olduğu  bir  zamanda  milli  motivli    ornamental 

kompozisiyaların  istifadəsi  xüsusilə  vacibdir.  Bu  xalq  dekorativ  sənət  nümunəsinin 

yaşaması və gələcək nəsillərə çatdırılması sahəsində atılan mühüm addimlarından ola 

bilər. 


 

 

  

6

FƏS L I. NAXIŞ SƏNƏT N N MƏNŞƏY  VƏ ORNAMENT  



MOT VLƏRININ  NK ŞAFI 

 

Ümumiyyətlə  ornament  bir  –  birini  ritmik  şəkildə  əvəz  edən  elementlər 

birliyindən  yaranıb.  Onament  sözünün  mənası  naxış,  bəzək,  nəqqaşlıq  deməkdir.   

Onun  müxtəlif  növləri,  mənaları  və  istifadə  qaydaları  vardır.  Ornamentin  istifadə 

yerinə  görə  üç  növü  vardır:  dairədə  naxışlar  –  bu  naxışlar  oxucuda  kitablara  həvəs 

yaradır;  naxışlı  zolaqlar  –  bu  ornamentdən  binaların  tərtibatı  və  keramika 

məlumatlarının bəzədilməsi zamanı istifadə olunur; torşəkilli ornamentlər – həndəsi 

fiqurlar əsasında yaradılır. Parçada, kağızda, kitab qrafikasında təkrar olunan hissəyə 

rapport deyilir. Bunlardan applikasiyalar məlumdur. Ayrı – ayrı əşyaları özündə əks 

etdirən  applikasiyalar  –  yarpaqlar, göbələk,  günəş  və  sair, süjetli  applikasiyalar hər 

hansı bir hadisə prosesini məsələn qələbə atəşfəşanlığı, kosmosa uçuş, neft daşları, 8 

mart  və  s.  bildirir.  Dekorativ  applikasiya  –  bura  haşiyə,  naxış,  ornament  və  s. 

daxildir.  Applikasiyada  işlər  müəyyən  ardıcıllıqla  yerinə  yetirilir:  süjetin  seçilməsi, 

eskizlərin  tərtib  olunması,  kağız  və  parçanın  seçilməsi,  detalların  kəsilməsi,  fon 

üzərində kəsilmiş detalların kompozisiya əsasında yerləşdirilməsi və yapışdırılması, 

nəm  applikasiyaların  qurudulması.  Ritm  təsviri  incəsənətdə  və  arxitekturada 

elementlərin təkrarı deməkdir. Tətbiqi incəsənətdə ornamentin ritmik şəkildə parçada 

rəsmlər,  naxışlar  ilə  işlənməsinə  tez  –  tez  rast  gəlinir.  Ornamentin  tarixinə  nəzər 

saldıqda onun ilk əmək alətləri yaranan dövrdən günümüzə qədər uzun inkişaf yolu 

aydın  nəzərə  çarpır.  Qədim  dövrdə  insanlar  ətraf  mühiti,  yaşadıqları  yerləri, 

işlətdikləri  əşyalarını,  əmək  alətlərini  müxtəlif  ornamentlərlə  bəzəməyə  çalışırdılar. 

Bu  cür  ornamentlərin  elementlərini  daha  çox  təbiətin  dörd  ünsürünü  əks  etdirən 

təsvirlər,  insan,  bitki,  heyvan  və  s.  təsvirləri  təşkil  edirdi.  btidai  insanlar 

ornamentlərdə  istifadə  olunan  elementlərin  onları  müxtəlif  qara  qüvvələrdən  və 

təbiətin  dörd  ünsüründən  müdafiə  etdiyini  düşünürdülər.  Onlar  geyimlərində  də 

müxtəlif  bəsit  elementli  ornamentlərdən  istifadə  edirdilər  çünki,  bu  ornamentlərin 

özlərini  qara  qüvvələrdən  qoruduğuna  inanırdılar.  Məhz  ona  görə  onlar 

ornamentlərdən əsasən geyimlərinin qollarında və ətəklərində istifadə edirdilər.  



  

7

Müxtəlif  əşyaların,  geyimlərin,  əmək  alətlərinin  üzərində  istifadə  olunan 



ornamentlərin  elementləri  əvvəllər  çox  dərin  olmayan  nöqtə,  düz  və  əyri  xəttlər 

formasında  olurdu.  btidai  insanların  təbiətin  qara  qüvvələrindən  asılılığı  daha 

mürəkkəb  həndəsi  formaların  yaranmasına  təsir  göstərdi.  O  dövrdə  yaranan  hər  bir 

həndəsi  formanın  simvolik  mənası  vardır  ki,  bunlardan  tez  –  tez  rast  gəlinən  dairə 

günəş mənasını verirdi. Qədim dövrdə şüaları ilə günəşi əks etdirən dairə təsviri və 

suyu əks etdirən dalğalı xəttlər öz mənasını itirdisə də xalq tətbiqi sənətində istifadə 

olunan ornament motivlərinə çevrildilər. Azərbaycan  xalq tətbiqi sənətində müxtəlif 

növ naxışlarn kompozisiya xüsusiyyətləri və müxtəlif formalı ornamentin növlərinin 

bədii  tərtibat  prinsipləri  öyrənilir.  Əsas  etibarı  ilə  müxtəlif  əsrlərə  aid  xalq 

sənətlərində  tətbiq  edilmiş  əsas  ornament  qruplarının  kompozisiya  qurluşları 

prinsiplərinin müxtəlifliyi və zənginliyi nümayiş etdirilir. 

 

1.1.

  Naxış sənətinin yaranma tarixi 

 

Azərbaycan  xalqının  bədii  təfəkkür  və  yaradıcılığına  ölkənin  gözəl  təbiəti, 



iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif 

sənət növlərinin hər biri  ayrı  -  ayrılıqda uzun və  mürəkkəb inkişaf  yolu  keçməsinə 

baxmayaraq,  birlikdə  vəhdət  təşkil  edərək  Azərbaycan  incəsənəti  və  mədəniyyəti 

haqqında  tam  təsəvvür  yaratmağa  geniş  imkan  verir.  Azərbaycan  incəsənəti 

ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Azərbaycan xalqının zəngin 

yaradıcılıq  çeşməsində  ən  mühüm  yerlərdən  birini  onun  həyat  və  məişəti,  gündəlik 

güzəranı  ilə  bağlı  olan  xalq  sənətləri  tutur.  Ən  qədim  dövrlərdən  zəmanəmizədək 

davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və 

bəzəyinə qədər böyük bir sahəni əhatə edir. 

Dekorativ tətbiqi sənətə el arasında “Xalq sənəti” də deyilir. Xalq sənəti xalqın 

ə

məyi sayəsində yaranıb onun həyatını təmin edən və özündə xalqın bədii zövqünü 



ə

ks etdirən təsviri və tətbiqi sənətə deyilir. 

Dekorativ tətbiqi incəsənət ustalarının qarşısında duran əsas vəzifələrdən biri, 

milli sənət irsimizin dəyərli ənənələrmizdən yaradıcılıq boyu  istifadə edib gözəl  və 



  

8

zövqlü əsərlər yaratmaqdır. Milli sənətimizin tətbiqi ilə yanaşı bədii xüsusiyyətlərini 



təhlil etmək vacib məsələlərdəndir. Bu sahədə yaradılan hər bir sənət əsəri rəssam və 

ustalarımızın  yaradıcılıq  metodunu  zənginləşdirməklə  bərabər,   faydalı  və  ideoloji 

ə

həmiyyəti  olan  dekorativ  –  tətbiqi  incəsənəti  əsərlərinin  yüksək  səviyyədə 



inkişafına  da  kömək  edir.  Qədim  zamanlardan  qiymətli  faydalı  qazıntılarla  zəngin 

olan  Azərbaycan  torpağı  tarixən  bu  ərazidə  xüsusi  sənətlərin  inkişafına  böyük 

imkanlar açmışdır.  

VII  əsrdə  yaşamış  alban  tarixçisi  Moisey  Kalankatuklu  öz  əsərində  Qafqaz 

Albaniyasının  təbii  zənginlikləri  və  faydalı  qazıntıları  haqqında  məlumat  verir.  Bu 

gün həmin qədim tarixə ölkənin müxtəlif ərazilərindən tapılmış unikal nümunələr də 

ş

ahidlik  edir.  Naxçıvan,  Mingəçevir,  Gədəbəy,  Qazax,  Gəncə  və  s.  yerlərdən  əldə 



edilmiş  metaldan  hazırlanmış  belə  sənət  əsərlərinin  yaşı  5000  ilə  yaxındır.  Bu 

ə

razidən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, 



həm  də  onu  yaradan  sənətkarın  ustalıq  bacarığından  məlumat  verən  qiymətli 

mənbədir. 

Bu  inkişafın  mühüm  bir  mərhələsi  misin  kəşfi  ilə  bağlıdır.  Tuncdan 

düzəldilmiş  qədim  dövr  abidələrimiz  içərisində  öz  bədiiliyi  və  sənətkarlığı 

baxımından  diqqəti  cəlb  edən  əsərlərdən  biri  də  kəmərlərdir.  Qarabağ,  Qazax, 

Gədəbəy və s. yerlərdən əldə edilmiş bu tunc kəmərlər üzərindəki zoomorf rəsmləri 

və naxışları ilə adamı valeh edir. Maraqlı burasıdır ki, burada təsvir olunan geyim, 

silah  və  məişət  əşyalarının  eynisinə  yunan  alimi  Strabonun  (e.ə.  63-19)  Qafqaz 

ə

halisi  haqda  verdiyi  məlumatlarında  da  rast  gəlirik.  Həmin  dövrdə  Azərbaycanın 



cənubunda da metal emalı daha yüksək səviyyəyə çatmışdır.  

Azərbaycan el sənətləri tarixində ən zəngin dövrlərdən birini orta əsrlər təşkil 

edir.  Bu  dövrdə  yaradılmış  məişət  əşyaları  içərisində  Mingəçevirdən  arxeoloji 

qazıntılar zamanı tapılmış və hazırda Bakıda Azərbaycan Tarixi muzeyində nümayiş 

etdirilən  qab  –  qacaqlar  xüsusən  maraqlıdır.  Bu  qablar  içərisində  gümüşdən 

düzəldilmiş  nimçə  öz  incə  naxışları  və  gözəl  forması  ilə  həmişə  tamaşaçıların 

nəzərini cəlb edir. Milli ənənələrimizə sadiq qalan məişət əşyaları sırasına vaxtı ilə 


  

9

Dağıstandan  tapılmış,  hazırda  Sankt  –  Peterburqun  Ermitaj  muzeyində  saxlanılan 



bürünc məcməyini də aid etmək olar.  

 

Arxeoloji  qazıntılar  zamanı  bu  yerlərdən  əldə  edilmiş  sənət  nümunələri 



bunu  bir  daha  təsdiq  edir.  Bu  yerlərə  aid  sənət  nümunələri  içərisində  Beyləqandan 

tapılmış bürünc insan, quş fiqurları, Osman Salman oğlu Naxçıvaninin 1190 – cı ildə 

düzəltdiyi bürünc dolça xüsusi ilə maraqlıdır.  Sadalanan sənət abidələrindən görünür 

ki,  bu  əsrlərdə  həyat  və  məişətdə  istifadə  edilən  metal  məmulatların  əksəriyyəti 

bürüncdən  düzəldilmişdir.  XIV-XV  əsrlərdə  bədii  metal  sənətkarlığı  sahəsində 

Təbriz  şəhəri  görkəmli  yerlərdən  birini  tutur.  Hələ  XIII  əsrin  II  yarısında 

Azərbaycana  gəlmiş  məşhur  Venesiya  səyyahı  Marko  Polo  Təbriz  şəhərinin 

böyüklüyündən, müxtəlif sənətkarlığın inkişafında onun tutduğu mövqedən danışır.  

XVI  -  XVII  əsrlərdə  metaldan  ev  avadanlığı,  silah  və  bəzək  nümunələri 

düzəltmək Təbriz, Ərdəbil, Marağa, Naxçıvan, Gəncə, Şamaxı və Bakı şəhərlərində 

xüsusilə  geniş  inkişaf  etmişdir.  Bu  dövrdə  xaricdə  Azərbaycan  sənətkarları 

tərəfindən hazırlanmış silah və zirehli geyimlər xüsusilə geniş şöhrət tapmışdır. Rus 

mənbələrində  bu  əsrlərdə  Şamaxıda  düzəldilmiş  silahların  adlarına  tez-tez  təsadüf 

edilir.  Belə  mənbələrin  birində  rus  çarı  Boris  Qodunovun  Şamaxı  sənətkarlarının 

düzəltdiyi 8 ədəd bəzəkli zirehli başlıqlardan bəhs olunur. 

Misli  görünməyən  gözəlliyi  olan  qalxan  deyildiyinə  görə  rus  çarı 

M.F.Romanovun  müharibə  vaxtı  özünü  qoruduğu  silahlardan  olmuşdur.  Diametri 

50,8  sm  olan  bu  qalxan  bütöv  qırmızı  poladdan  döyülərək  üzəri  xatəmkarlıq 

üslubunda qızılla bəzədilmişdir. 

Azərbaycanda  düzəldilmiş  bu  dövrə  aid   iki  maraqlı  əsəri  də  qeyd  etməliyik. 

Bunların  ikisi  də  müharibə  zamanı  zadəganların  istifadə  etdiyi  baş  geyimləridir. 

Bunların  biri  hazırda  Moskvada  Silah  palatasında,  o  biri  isə  stanbulda  saxlanılır. 

kinci  başlığın  üzərində  onun  1528–ci  ildə  Şah  Təhmasib  üçün  düzəldiyi  qeyd 

olunmuşdur.  Birinci  zirehli  başlığa  ilk  dəfə  Şamaxıdan  rus  çarı  Boris  Qodunova 

gətirilən silahların siyahısı arasında rast gəlirik. Sonralar bu dəbilqə də bədii qalxan 

kimi knyaz F.Mstislavskidə olmuşdur.  



  

10

Başlığın  bəzəkləri  içərisində  xəttatlıq  sənəti  nümunələri  də  vardır.  Onlar 



başlığın alın hissəsində enli qurşaqla yerləşdirilmişdir. Burada “Qadir və mərhəmətli 

Allah naminə” sözləri yazılmışdır. 

Azərbaycanda  bu  əsrlərdə  elə  yerlər  var  idi  ki,  nəinki  bir  -  iki  küçə,  hətta 

ə

halinin  əksəriyyəti  misgərlik  sənəti  ilə  məşğul  olurdu.  Belə  məkəzlərdən  biri  o 



vaxtlar  Şamaxı  xanlığına  daxil  olan  Lahıc  idi.  Lahıcda  bu  əsrlərdə  külli  miqdarda 

məişət əşyası və ev avadanlığı hazırlanırdı. Lahıcda istehsal olunmuş məhsullar həm 

kəmiyyət  və  həm  də  keyfiyyət  etibarı  ilə  heç  də  o  dövrün  mərkəzi  şəhərlərində 

hazırlanan məhsullardan geridə qalmırdı.  

XVIII  əsrdə  Şəki  şəhəri  də  metaldan  ev  avadanlığı,  bəzək  nümunələri 

düzəltməkdə görkəmli yerlərdən birini tuturdu. 

 

 

1.2.Arxeoloji qazıntılarda əldə olunan sənət nümunələrinin naxış 

xüsusiyyətləri 

 

Azərbaycan  mədəniyyəti  zəngin  və  qədim  tarixə  malikdir.  Qazıntılar 



nəticəsində  aşkar  olunmuş  arxeoloji  tapıntılar,  nəsillərdən  nəsillərə  ötürülərək 

günümüzə  gəlib  çıxmış  zərgərlik işləri, daş  – qaşlar,  Azərbaycanın  milli  geyimləri, 

xalça  və  xalçaçılıq  işləri,  tikmələr,  mis  sənət  işləri,  qədim  və  orta  əsrlər  dövrünün 

pulları,  şərq  silahları,  arxeolji  tapıntılar  azərbaycanlıların  yaratdığı  maddi-

mədəniyyət  inciləridir.  Min  illər  ərzində  Azərbaycan  ərazisində  mövcud  olan  və 

dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs hazırda muzeylərdə 

qorunub saxlanılır. Həmin qədim əşyalar bir daha sübut edir ki, Azərbaycan qədim 

mədəniyyət beşiklərindəndir.  

Azərbaycanın qədim və orta əsrlər tarixi ulu əcdadların həyat tərzindən, əmək 

fəaliyyətindən,  onların  mübarizə  üsullarından,  düşüncə  tərzindən,  başqa  xalqlar, 

ölkələr  və  şəhərlərlə  əlaqələrindən  xəbər  verən  maddi-mədəniyyət  nümunələrinin 

köməyi  ilə  öyrənilir.  Daş  dövründən  tutmuş  son  orta  əsrlərədək  tarixin  bütün 

mərhələlərini  əhatə  edən  çoxsaylı  nadir  əşyalar  aşkar  edilərək  tədqiq 


  

11

olunmuşdur. Mil  düzündə,  Qəbələdə,  Mingəçevirdə,  Naxçıvanda  və  s.  yerlərdə 



qazıntı  işləri  zamanı  əldə  edilmiş  qızıl,  gümüş  kəmər  hissələri,  üzük,  qolbaq  və  s. 

ş

eylər  zərgərliyin  Azərbaycanda  hələ  ilk  orta  əsrlərə  qədər  də  yüksək  səviyyədə 



olduğunu  göstərir.  Zərgərliyin  ən  mürəkkəb  texniki  üsullarında:  şəbəkə,  basma, 

qələm  işi  və  s.  bəzədilmiş  bu  sənət  nümunələri  öz  orijinal  formaları  və  zərif 

işlənməsi ilə fərqlənir. 

Maraqlı  burasındadır  ki,  bu  zərgərlik  nümunələri  üzərində  rast  gəlinən  bəzək 

ünsürləri,  məsələn,  aypara,  beşguşəli  ulduz  və  s.  motivlər  dövrümüzə  qədər  gəlib 

çatmış  və  müasir  sənətkarlarımız  tərəfindən  işlənməkdədir.  XVIII  əsrdə 

Azərbaycanda  metaldan  hazırlanmış  məişət  əşyaları, silah,  zinət  şeyləri  əsas  etibarı 

ilə  6  texniki  üsulla  bəzədilirdi.  Bunlar:  döymə,  basma,  qarasavad,  şəbəkə, 

xatəmkarlıq  və  minaçılıqdır.  XIX-XX  əsrin  əvvəllərində  isə  Azərbaycanda 

metalişləmə  sənətkarlığının  əsas  etibarı  ilə  3  növü  inkişaf  etmişdir.  Bunlar 

dəmirçilik,  misgərlik  və  zərgərlik  sənəti  idi  ki,  həmin  sənət  sahələri  də  öz  – 

özlüyündə ölkənin bədii metal yaradıcılığının inkişafında misilsiz rol oynamışdır.  

Azərbaycan misgərliyin mərkəzlərindən biri olub. Bu ərazisində tapılan ilk mis 

ə

saslı  metal  işləmələrin  tarixi  neolit  dövrünə  aiddir.  E.ə.VI  minillikdə  mis  əldə 



edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanırdı. Misdən hazırlanan əl işlərinin 

40-dan artıq növü olub, beş qrupda ümumiləşdirilir: xörək qabları, süfrə qabları, su 

qabları,  ağartı  qabları  və  məişət  əşyaları.  Azərbaycanda  misgərlik  sənətinin 

mərkəzləri  Təbriz,  Gəncə,  Naxçıvan,  Şamaxı,  Bakı,  Ərdəbil,  Lahıc  və s.  olmuşdur. 

XIX  əsrdən  başlayaraq  Lahıc  misgərliyin  əsas  mərkəzinə  çevrilmişdir.  Lahıc 

ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, 

sərnic,  məcməyi,  sərpuc,  güyüm,  aşsüzən,  kəfkir,  kasa,  cam,  qazan,  çıraq  və  sair 

məmulatlar  Orta  Asiyada,  Dağıstanda,  Gürcüstanda,  randa,  Türkiyədə  və  digər 

yerlərdə  tanınmışdır.  nsanın  bəzəyərək  istifadə  etdiyi  əşyalar  içərisində  metaldan 

düzəldilmiş  məmulatlar  əhəmiyyətli  yerlərdən  birini  tutur.  Bədii  metal  sənəti 

Azərbaycan  dekorativ tətbiqi sənətin əsas qollarında biridir. Bu sənət növü özündə 

incəsənətimizin  bir  çox  qollarını  birləşdirərək  sintez  yaratmışdır.  Bədii  metal 

sənətində  əsrlər  boyu  müxtəlif  sənət  növləri  ilə  vəhdət   halında  tətbiq  edilmişdir.        


  

12

Məlum  olduğu  kimi  zərgərlik,  incəsənət  sahələri  içərisində  özünəməxsus  yeri  olan 



həmişəyaşar  milli  sərvətlərimizdən  biridir.  nsanın  onu  əhatə  edən  dünyanı  daha 

yaraşıqlı etmək istəyi kimi təbii ehtiyaclarından doğmuş bu sənət xalqların coğrafi, 

iqlim,  iqtisadiyyat,  daha  sonra  mədəniyyət,  din  və  s.  fərqləri  fonunda  formalaşaraq 

özündə  minilliklərin  izlərini  daşıyır.  Xalqın  milli  sərvəti  olmaqla  yanaşı,  zərgərlik 

həm  də  qədim  və  gözəl  ənənələrin  yaşadılmasına  və  dərk  edilməsinə  kömək  edir. 

Uzun  illər  ərzində  aparılan  arxeoloji  qazıntı  işləri  nəticəsində  toplanmış  zəngin 

maddi  mədəni  nümunələri  içərisində  bəzək  əşyaları  özünə  məxsus  yer  tutur.  Bu 

zəngin  bəzək  əşyaları  bütövlükdə  zərgərlik  sənəti  haqqında  fikir  söyləməyə  imkan 

verir.  ndi təkcə qadın geyimini bəzəyən bəzək əşyalarından qədim dövrlərdə kişilər 

də istifadə edirdilər. Bu ondan irəli gəlir ki, həmin dövrdə insanların istifadə etdikləri 

bəzək əşyaları təkcə estetik baxımdan deyil , həmdə dini sitayiş xarakteri daşıyırdı.      

Zərgərliyin  döymə,  basma,  qarasavad,  şəbəkə,  xatəmkarlıq  və  minasazlıq 

üsullarında hazırlanan sənət nümunələri öz orijinal formaları və naxışları ilə xüsusilə 

fərqlənir.  Maraqlı  cəhətlərdən  biri  əcdadlarımız  tərəfindən  düzəldilən  zərgərlik 

nümunələri  üzərində  bəzək  ünsürlərindən  beş,  altı,  səkkiz  və  onguşəli,  ortasında 

yaqut  və  ya  firuzə  qaşı  olan  ulduz,  onun  da  altını  tamamlayan  aypara 

yerləşdirilməsidir.  Qədim  Naxçıvanda  məişət  əşyaları,  silah,  zinət nümunələri,  əsas 

etibarilə,  altı  texniki  üsuldan  istifadə  edilərək  hazırlanmışdır.  Həmin  üsullardan  ən 

qədimi  döymə  olmuşdur.  Bu  üsul  başqa  texniki  üsullarla  müqayisədə  çox  sadədir.  

Naxçıvanlı  zərgərlər  kəmər,  düymə,  qolbaq  və  sair  kimi  nümunələrin 

hazırlanmasında  basma  üsulundan  da  istifadə  etmişlər.  Bu  üsulla  zinət  əşyaları,  ev 

avadanlıqları  və  silahlar  bəzədilmişdir.  Zərgərlik  məmulatlarının  hazırlanmasında 

istifadə  edilən  üsullardan  biri  də  şəbəkə  üsuludur.  Bu  üsulun  ən  çox  inkişaf  etdiyi 

bölgələrin  Təbriz,  Bakı,  Şuşa,  Şəki  olduğunu  qeyd  edən  tədqiqatçılar  bu  sırada 

Naxçıvanın da adını çəkirlər. Xəncər, qılınc və müxtəlif bədii sənət nümunələrini bu 

üsulla bəzəyən Naxçıvan zərgərləri istənilən cismi üzdən yüngülcə deşmiş, sonra bu 

deşikləri qızıl, gümüş və başqa rəngli metal ərintisi ilə doldurmuşlar. Bunun ardınca 

cismin  üstü  hamarlanmış  və  müvafiq  rəsmin  əsasında  düzülmüş  rəngli,  qiymətli 

metallar  gözəl  bir  mozaika  təsiri  bağışlamışdır.  Naxçıvan  zərgərlik  sənətində 


  

13

minasazlıq  üsulu  da  geniş  yer  tutur.  Minasazlığın  ən  çətin  və  maraqlı  sahələrindən 



birinin pərdəli mina olduğunu qeyd edən tədqiqatçılar ən çox pərdəli mina işlərinin 

Naxçıvanda  yayıldığını  bildirirlər.  Naxçıvanda  zaman  –  zaman  yaşadılan  zərgərlik 

sənəti nümunələrinin texniki cəhətləri ilə yanaşı, bədii xüsusiyyətləri və məzmunu da 

diqqətçəkici olmuşdur. Zərgərlik məmulatlarının bədii xüsusiyyətləri və məzmunu ən 

ə

vvəl  onun  ornamentindən  asılıdır.  Ornament  tətbiq  olunduğu  sənət  nümunəsini 



bəzəməklə  bərabər,  həm  də  onun  məzmununun  üzə  çıxarılmasına  xidmət  edir. 

Naxçıvan  zərgərlərinin  hazırladıqları  məmulatlar  üzərində  digər  ornamentlərlə 

yanaşı, həndəsi ornamentlərin də təsvirinə rast gəlinir. Məlumdur ki, uzaq keçmişdə 

həndəsi  naxışlar  ibtidai  insanlar  arasında  ilk  yazı,  yəni  izahat  forması  olmuşdur.  

Qeyd  etmək  lazımdır  ki,  həndəsi  ornamentlərdən  bir  zamanlar  geniş  istifadə 

edilmişdir. Azərbaycan dekorativ – tətbiqi sənətinin elə bir örnəyi yoxdur ki, orada 

emblem və rəmzi mahiyyətli bəzək və rəsmlərə rast gəlinməsin. Məsələn, dekorativ-

tətbiqi  sənətin  müxtəlif  sahələri  üzrə  hazırlanan  bəzi  nümunələr  üzərindəki  aypara 

rəsmini misal göstərmək olar. Məlumdur ki, aypara rəsmi qədim insanların astral dini 

təsəvvürləri ilə əlaqədar olduğu üçün xalq sənəti nümunələrində, o cümlədən qadın 

bəzək əşyası olan boğazaltıda daha çox istifadə olunmuşdur. Zərgərlik məmulatlarına 

bəzək  verən  həmin  ornament  sonralar  slamın  rəmzinə  çevrilmişdir.  Zərgərlik 

məmulatları  üzərində  həkk  edilən  emblem  mahiyyətli  təsvirlərdən  danışarkən  quş 

təsvirləri haqqında da söhbət açmaq istərdik.  

Dekorativ  –  tətbiqi  sənətdə  istifadə  edilən  emblem  mahiyyətli  quş  təsvirləri 

içərisində  ən  görkəmli  yeri  məhəbbəti  təmsil  edən  bülbüllə  yanaşı,  tovuzquşu  da 

tutur.  Adətə  görə  qadınlar  enli,  kişilər  isə  nazik  kəmərlər  taxardılar.  Zərgərlik 

nümunələrimizin keçmiş ənənələrlə sıx əlaqəsini bu dövrdə düzəldilmiş qadın və kişi 

kəmərləri  xüsusilə  əyani  bir  şəkildə  təsdiqləyir.  Qeyd  etmək  lazımdır  ki, 

ümumiyyətlə,  kəmər  keçmişdə  qadın  və  kişi  geyimlərinin  ayrılmaz  bir  hissəsini 

təşkil  edirdi.  Araşdırmalar  göstərir  ki,  keçmişdə  kəmərlə  onu  gəzdirən  şəxsin  və 

vəzifəsini,  var  –  dövlətini,  dini  əqidəsini,  milliyətini  və  hətta  yaşını  belə  bilmək 

olurdu. Bu əsrlərdə Azərbaycan qadınlarının istifadə etdiyi bəzək nümunələrindən ən 

geniş yayılanı boyun bəzəkləri idi. Bunlardan: sinəbənd, boğazaltı, çəçik, qarabatdaq 



  

14

və  s.  göstərmək  olar.  Nəqqaşlıq  hansısa  şəklin  və  ya  yazının  kəsici  alətlə  müxtəlif 



materialın üzərinə həkk olunmasıdır. Nəqqaşlıq dekorativ – tətbiqi sənət növü kimi 

qəbul  edilir.  Müasir  dövrdə  əsasən  məişət  əşyalarının  bəzək  işlərində  tətbiq  edilir. 

Texniki  xüsusiyyətlərinin  çətinliyi  ucbatından  uzun  illər  bu  işlə  yalnız  mahir 

sənətkarlar 

məşğul 

olublar 


və 

bu 


sənət 

ə

srlər 



boyu 

yüksək 


qiymətləndirilib. Nəqqaşlıqla  məşğul  olan  kəslərə  nəqqaşlar  deyilir.  Keçmişdə 

materialı əsasən kəsmə və döymə üsulu ilə onların üzərinə təsvirləri həkk ediblər. Bu 

zaman  şəkil  və  ya  yazı  materiala  üzə  çıxıntılı,  yaxud  da  materialın  dərinliyinə 

hopmuş formada həkk olunub.  

 


Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə