AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0.7 Mb.

səhifə1/6
tarix27.06.2017
ölçüsü0.7 Mb.
  1   2   3   4   5   6

      

 



 

AZƏRBAYCAN  RESPUBL KASI TƏHS L NAZ RL Y  

AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

“MAG STRATURA MƏRKƏZ ” 

                                                                                                  Əlyazma  hüququnda 

                                   QURBANOVA  AYGÜN  RAM Z  QIZI 

                                                                   (Magistrantın a.s.a.)                                      

                              

 

“Biomodifikasiya   olunmuş   bitki   xammalı   əsasında funksional    xassəli   



turşudulmuş   süd   məhsulların texnologiyasının  işlənib  hazırlanması”        

              mövzusunda_________ 



                                         

                                          

 

MAG STR  D SSERTAS YASI 

 

 

 

xtisasın şifri və adı : 060642 – “Qida məhsulları mühəndisliyi”                            

 

 

xtisaslaşmanın adı:    aşə məhsullarının texnologiyası və iaşənin təşkili 

 

 

 

 

 

 

Elmi rəhbər:                                                                    t.e.n.,dos. Qurbanov N.H.                                 

    

 

Magistr proqramının rəhbəri:                                   t.e.n.,dos. Qurbanov N.H. 

 

 

Kafedra müdiri:                                                         dos. Abbasbəyli G.A. 

 

 

                                                      

                                                     

 

 

BAKI – 2015 

      

 



 

M Ü N D Ə R   C A T 

                                                                                                                     səh.                                                 

Giriş…………………………………………………………………………… .4 

I FƏS L.    ƏDƏB YYAT   CMALI. 

                   PAXLALI B TK LƏR, O CÜMLƏDƏN AT PAXLASINDAN     

                    ST FADƏ ETMƏKLƏ FUNKS ONAL Q DA MƏHSULLARI  

                    STEHSALININ MÜAS R MƏSƏLƏLƏR ………………...........8 

1.1.             Dənli-paxlalı bitkilərin ümumi botaniki və bioloji xüsusiyyətləri..8 

1.2.              At paxlasının botaniki və bioloji xüsusiyyətləri, kimyəvi  

                    tərkibi  və      qidalılıq    dəyəri….......……………………….............15 

1.3.              Süd və süd məhsullarının kimyəvi tərkibi və  

                    qidalılıq dəyəri………………………………………………….....19 

 1.3.1.           Turşudulmuş süd məhsulları haqqında  ümumi məlumat…………..26 

   1.4.            Funksional süd məhsullarının istehsalı və  çeşidi haqqında..............32 

 

II FƏS L.    TƏDQ QAT OBYEKTLƏR  VƏ  METODLARI……...........….....41 



   2.1.            Tədqiqat  obyektləri ……………………............…………….....41 

   2.2.            Tədqiqat  metodları……………………………….......… ...........41 

 2.2.1.           Turşudulmuş süd məhsullarinda yağın Sokslet metodu  

                      vasitəsilə təyini..........................................................................41 

2.2.2.            Turşudulmuş  süd  məhsullarında  turşuluğun titrləmə 

                     üsulu ilə  təyini............................................................................42 

2.2.3.            Keldal metodu vasitəsilə paxlada zülalın təyini...........................43 

2.2.4.            Eksperiment nəticələrinin riyazi üsulla emalı.............. ...............45 

2.2.5.              Aminturşuların miqdarca təyinat nəticələrinin hesablanması .......47 

 

III FƏS L.    EKSPER MENTAL TƏDQ QAT H SSƏS  



 3.1.              Bioaktivləşdirilmiş paxladan alınan xırdalanmiş kütlənin texnoloji   

                     xassələrinin öyrənilməsi.............................................................49 

 3.2.              Bioaktivləşdirmə üsulu ilə at paxlasının cücərdilməsi................50 


      

 



 

 3.3.               Quru və bioaktivləşdirilmiş at paxlasında əsas kimyəvi  

                      tərkib göstəricilərinin öyrənilməsi............................................57 

3.4.                Qidalanma zamanı at paxlasının  həzm olunmasını  

                      yaxşılaşdırmaq məqsədilə  yeni texnologiyanın tətbiqi.............61 

 

IV FƏS L.  TEXNOLOJ  TƏDQ QAT H SSƏS  



                 B OAKT VLƏŞD R LM Ş AT PAXLASI NÜMUNƏLƏR NDƏN    

                   ST FADƏ   ETMƏKLƏ TURŞUDULMUŞ SÜD   

                  MƏHSULLARININ  TEXNOLOG YASININ  ŞLƏN B  

                   HAZIRLANMASI VƏ TƏDQ Q .......................................................63 

     4.1.              Bioaktivləşdirilmiş paxla nümunələrindən kombinələşdirilmiş 

                          kefir və  yoqurt texnologiyasının əsaslandırılması..................63 

     4.2.              Yeni çeşiddə turşudulmuş süd məhsullarının əsas keyfiyyət  

                           göstəricilərinin öyrənilməsi..........................................................68 

 

NƏT CƏ VƏ TƏKL FLƏR................................................................................70 



ST FADƏ  OLUNMUŞ  ƏDƏB YYAT S YAHISI........................................71 

РЕЗЮМЕ


 .............................................................................................................76 

SUMMARY ……………………………………………………………………..77 



 

                                                

 

 

 

 

 

 

 

 

 

      

 



 

G R Ş 

Qidalanma  insanın  sağlamlığını  müəyyənləşdirən  mühüm  təbii  amillər 

sırasına aiddir.  Müasir dövrdə əhalinin zəruri qida məhsulları ilə təmin edilməsi və 

normal  (rasional)  qidalanmasının  təşkili  məsələsi  bəşəriyyət  qarşısında  duran  ən 

vacib  və  daimi  problemlərdəndir.  Ümumiyyətlə,  qidalanma  canlı  orqanizmin 

böyümə və inkişafı,həyat fəaliyyəti, mövcudluğu və artımı kimi əzəli funksiyaların 

həyata keçməsi üçün ən vacib olan bioloji (fiozioloji) xassə və tələbat kimi xüsusi 

ə

həmiyyət kəsb edir.     



Ə

halinin  keyfiyyətli  ərzaq  məhsulları,  o  cümlədən  bitkiçilik  məhsulları  ilə 

təmin olunması bütün dövrlərdə dövlətin ən mühüm vəzifələrindən biri olmuşdur. 

nsanlar  çoxəsrlik  təsərrüfat  təcrübələri  prosesində  ətraf  təbii  mühitdən  seçməklə 

özünün istifadəsi üçün xeyli miqdarda bitki növləri mədəniləşdirmişdir.  nsanlar ən 

yaxşı  növ  və  sortları  seçməklə  və  yetişdirməklə  bitkilərin  məhsuldarlığının 

durmadan artırılmasına çalışırlar. 

 Bitkiçilik  sahəsindən  alınan  məhsul,  əsasən,  insanların  qidalanmasında 

ə

rzaq,  heyvanların  bəslənməsində  yem  və  yüngül  sənayedə  xammal  kimi  istifadə 



edilir.  Bu sahə insanlara kifayət qədər taxıl, şəkər, bitki yağı, lif, boyaq maddələri, 

dərman  və  s.  verir.  Məhz  buna  görə  də  bitkiçilik  kənd  təsərrüfatının  əsas  sahəsi 

hesab edilir.  

Müasir  dövrdə  bitki  xammalı  arasında  insanın  qida  rasionunda  mühüm 

ə

həmiyyət  kəsb  edəni  dənli-paxlalı  bitkilərdir.  Dənli-paxlalı  bitkilər  Fabaceae 



fəsiləsinin    müxtəlif  botaniki  cinsləridirlər.  Onların  bioloji  xüsusiyyətləri  və 

becərilmə  aqrotexnikasında  ümumi  cəhətlər  çoxdur.  Onlar  çoxillik  və  birillik, 

yazlıq və qışlıqdırlar.  

   Dənli-paxlalı  bitkilərin  məhsulu  zülalla  zəngin  olduğundan,  onlar,  ərzaq, 

yem və texniki məqsədlər üçün becərilir.  stehsal edilən yemlərin tərkibində zülal 

az  olduğundan,  yəni  1  yem  vahidində  85-86  qr  həzm  olunan  protein  olması 

yemlərin normadan artıq məsarifinə səbəb olur. Bu isə heyvandarlıq məhsullarının 

baha  başa  gəlməsinə  səbəb  olur.  Zootexniki  normaya  görə  1  yem  vahidinin 

tərkibində 105-110 qr həzm olunan protein olmalıdır. Paxlalı bitkilərin dənlərində 


      

 



 

insan  və  heyvan  orqanizmi  üçün  lazım  olan  bütün  amin  turşuları  vardır. 

Toxumlarda və meyvələrində orqanizmin normal həyat fəaliyyəti üçün zəruri olan 

çoxlu miqdarda müxtəlif vitaminlər (A, B

1

, B


2

, C, PP və s.) vardır. 

Bütün  bunlara  görə,  yüksək  dərəcədə  zülallı  qida  məhsulları  və  kənd 

təsərrüfatı heyvanları üçün müxtəlif yem növlərinin əsas ehtiyat mənbələri olmaq 

etibarı ilə dənli-paxlalı bitkilər son dərəcədə böyük əhəmiyyətə malikdirlər.  

Paxlalı  bitkilərin  paxlalı  olmayan  digər  bitkilərə  nisbətən  bir  sıra 

üstünlükləri  vardır.  Birinci  növbədə  paxlalıların  vegetativ  və  generativ  orqanları 

digər  bitkilərə  nisbətən  zülalla  2-3  dəfə  zəngindir.  Dənli-paxlalı  bitkilərin 

toxumlarında, gövdə və budaqlarında, eyni zamanda yarpaqlarında çoxlu miqdarda 

zülal olur.  

Soyanın yaşıl kütləsinin bir yem vahidində 217, yem paxlasında 218, lərgədə 

201,  göy  noxudda  175  qr  həzm  olunan  protein  olur.  Soyanın  dənindəki  bir  yem 

vahidində  223,  lüpində  245,  göy  noxudda  158,  gülüldə  186,  lərgədə  210,  yem 

paxlasında 211 qr həzm olunan protein vardır.  

Kənd təsərrüfatı heyvanları dənli taxıl və dənli-paxlalı bitkilərin qarışığı ilə 

yemləndirildikdə,  taxıllarda  olan  zülalın  mənimsənilmə  qabuliyyəti  20-50%  artır. 

Paxlalı  bitkilərin  zülalisinin  80-90%-i  heyvan  orqanizmi  tərəfindən  yaxşı 

mənimsənilir.  

Paxlalıların  bir  üstünlüyü  də    ondan  ibarətdir  ki,  vahid  torpaq  sahəsində 

çoxlu azot elementi toplayırlar. Əgər buğda hektardan 30 sentner dən verdikdə 360 

kq zülal yarada bilirsə, noxud o qədər dən məhsulu ilə 690 kq, soya 1260 kq zülal 

yarada bilir.  

Paxlalı bitkilər quru ot, yaşıl kütlə və silos məqsədi üçün də becərilir. Paxlalı 

bitkilərin  dənləri  orqanizmə  lazım  olan  amin  turşuları  ilə  də  zəngindir.  Əvəz 

edilməyən  lizin,  metionin,  triptofan  soya,  lobya,  mərcimək,  göy  noxud  və  nut 

dənlərinin  tərkibində  daha  çox  olur.  Bunların  tərkibində  olan  zülalların  

orqanizmdə mənimsənilmə faizi daha yüksək olur. 

Paxla bütün il boyu qidalanma məqsədi ilə əsasən quru halda işlədildiyindən, 

ondan istifadəni genişləndirmək və isti emalı sürətləndirmək məqsədilə, texnoloji 


      

 



 

tələblərə uyğun olaraq onun dəninin qabaqcadan isladılması və biotexnoloji emala 

uğradılması vacibdir. 

Qədim  zamanlardan  bəri  insanlar  qidalanmanın  sağlam  həyat  sürməkdə 

ə

həmiyyətini  başa  düşmüş  və  bir  sıra  xəstəliklərin  qidalanma  ilə  bağlılığını 



müəyyən etmişlər.

 

Böyük rus alimi  . .Meçnikov (1845-1916) tədqiqatının nəticəsi 



olaraq  göstərmişdir  ki,  insanlar  qidalanmaya  düzgün  əməl  etməyərək  vaxtından 

ə

vvəl  qocalır,  xəstələnir  və  həyatlarını  məhv  edir,  əgər  insanlar  rasional 



qidalanmaya əməl etsələr 120-130 il yaşaya bilərlər. 

 Hüceyrələrin yeniləşməsi və lazımı funksiyaları yerinə yetirməsi üçün əsas 

qida  maddələrinə  -  zülallara,  karbohidratlara,  yağlara  və  mineral  maddələrə 

ehtiyacı  vardır.  Eyni  zamanda  qida  maddələri  fermentlərin,  hormonların  və 

maddələr  mübadiləsini  nizamlayan  digər  maddələrin  əsas  mənbəyi  hesab  olunur. 

Düzgün  qidalanma,  həyat  şəraiti  nəzərə  alınmaqla  insan  orqanizminin  daxili 

mühütini  təmin  edir,  onun  əmək  qabiliyyətini  yüksəldir,  məişətini  nizamlayır, 

hormonik inkişafını tənzimləyir. 

Düzgün  olmayan  qidalanma  isə,  orqanizmin  müdafiə  qabiliyyətini  azaldır, 

maddələr  mübadiləsinin  normal  getməsinə  mane  olur,  piylənmə,  ürək  damar 

xəstəlikləri,  şəkərli  diabet,  xərçəng  kimi  qorxulu  xəstəliklərin  yaranmasına  səbəb 

olur. Odur ki, orqanizmə daxil olan və həzm prosesində iştirak edən hər bir maddə 

böyük  bir  metobolik  mərhələ  keçərək  orqanizmin  vəziyyətini  müəyyən  edir. 

Beynəlxalq  Sağlamlıq  Təşkilatı  (BST)  öz  bülletenində  bir  sıra  xəstəliklər 

ateroskleroz  (yunan  sözü  olub,  athe-sıyıq,  horra-  və  skleroz

  bərkimə  sözündən 

ə

mələ gəlmişdir –  qanda xolesterinin çoxluğu və damar mənfəzinin kirəcləşməsi 



yolu  ilə  yaranan  qorxulu  xəstəlik),  piylənmə,  padaqra,  öd  və  böyrək  daşlarının 

ə

mələ  gəlməsi,  şəkərli  diabet,  həzm  orqanlarının  xərçəngi  və  s.  yaranmasının 



qidalanma ilə əlaqədar olmasını göstərmişdir.  

            Beynəlxalq  Sağlamlıq  Təşkilatının  (BST)  məlumatına  əsasən  yer  kürəsi 

ə

halisinin üçdə birindən azı normal qidalanır  və hər 6 saniyədə bir nəfər acından 



ölür.  Əhalinin  yaşayış  səviyyəsini  müəyyən  edən  faktorlardan  biri  də  rasional 

qidalanma  ilə  təmin  olunma  dərəcəsidir  ki,  Norveç,  Amerika  Birləşmiş  Ştatları, 



      

 



 

Hollandiya,  Yaponiya,  Almaniya  kimi  dövlətlər  ilkin  yerləri  tuturlar.  Rasional 

qidalanma dedikdə - orqanizmin fəaliyyətini təmin edən, onun xarici mühitin mənfi 

təsirlərinə qarşı müqavimətini artıran, yüksək əmək qabiliyyəti yaradan və sağlam 

uzunömürlülük bəxş edən qidalanma nəzərdə tutulur. Rasional qidalanma zamanı 

makro- və mikronutriyentlərin nisbəti tam ödənildikdə qidalanma balanslaşdırılmış 

adlanır. 

nsanlar uzun illər ərzində qədimdən indiyə qədər təbiətdə olan xeyirli bitki 

növlərini  seçib  becərmiş  və  qoruyub  saxlamışdır.  Bu  bitkilərdən  həyat  üçün  ən 

vacib  olanlarını  insan  öz  yaşayış  yerində  əkib  becərmiş  və  bu  günə  kimi  gətirib 

çıxarmışdır.  Kənd  təsərrüfatı  bitkilərinin  ehtiyatları  əsasən  introduksiya  və 

seleksiya yolu ilə daim artır. Hazırda dünyada kənd təsərrüfatı  bitkilərinin 1500-ə 

qədər növü becərilir. Bunlardan 1200-ə qədər növü  bilavasitə kənd təsərrüfatında  

istifadə olunur ki, bu da ümumi bitkiçiliyin 83%-ni təşkil edir. Bunların ancaq 250 

növü kənd təsərrüfatında daha böyük əhəmiyyət kəsb edir. 

          Qida rasionunda xaricdən gətirilən məhsulların istifadə edilməsi, orqanizmin 

yeni  tərkibli  qida  məhsullarına  uzun  müddətli  adaptasiya  olunma  reaksiyasına 

səbəb  olur  ki,  bu  da  stress  və  sağlamlığın  pozulması  hallarını  yaradır.  Qida 

sənayesi  və  ictimai  iaşə  məhsullarının  rəqabətə  davamlığını  təmin  etmək  üçün, 

xammalın səmərəli kompleks emalını təmin edən yeni texnologiyalar işlənməlidir. 

Bu,  təkrar  material  ehtiyatlarından  istifadədən  asılıdır.  Yeni,  innovatik 

texnologiyaların  tətbiqi  yüksək  keyfiyyətli  təhlükəsiz  qida  məhsullarının 

yaradılmasına imkan verəcəkdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

      

 



 

I FƏS L. ƏDƏB YYAT   CMALI 

 

1.1.  DƏNL  – PAXLALI  B TK LƏR N  ÜMUM   BOTAN K   VƏ  

B OLOJ    XÜSUS YYƏTLƏR  

 

         Dənli-paxlalı 



bitkilər 

Fabaceae

 

fəsiləsinin 



 

müxtəlif 

botaniki 

cinsləridirlər.[1] 

Paxlalı  bitkilərin  yaratdığı  zülal  təsərrüfata  çox  ucuz  başa  gəlir.  Noxudun  1 

tonunda həzm olunan zülal dənli taxıl bitkilərində olduğuna nisbətən 3 dəfə, 1 ton 

soya cecəsində olan zülal isə 15-18 dəfə ucuz başa gəlir. Paxlalı bitkilərin ─ soya, 

noxud,  lobya,  çöl  noxudu  və  s.  ləpələrində  ehtiyat  zülallar  qlobulin  fraksiyasına 

görə  qiymətli  hesab  olunurlar.  Bundan  başqa  onların  toxumlarında  az  miqdarda 

albumin  zülalı  vardır  ki,  bu  ehtiyat  zülal  hesab  olunmur.  Onların  zülal 

fraksiyalarında  qlüteinə  rast  gəlinmir.  Paxlalı  bitkilər  zülallarla  daha  zəngindir  ─ 

20-40%. [2,3,4] 

         Paxlalıların  zülal  ekstraktından  əsas  iki  komponent  ayrılmışdır  ki,  onlara 

vitsilin və laqumin adları verilmişdir. Paxlalılardan soya daha çox qida zülallarına 

malik  olub,  hazırda  geniş  istifadə  olunmaqdadır.  Yağsızlaşdırılmış  və  yağlı  soya 

unundan müxtəlif qida məhsulları sintez olunur.  

         Soyanın  emalı  zamanı  onun  tullantılarından  heyvan  və  quş  yemləri  üçün 

istifadə edilir. Bu zaman hiss olunacaq dərəcədə çəki artımı əldə edilir. Paxlalıların 

ə

ksəriyyəti  noxud,  müxtəlif  lobya  cinsləri,  çətənə  əvəzolunmayan  aminturşularla 



çox  zəngin  olduğundan  qida  rasionunda  istifadə  olunması,  orqanizmin  zülal 

təminatını  ödəyir.  Paxlalılarda  sintez  olunan  Lipoksigenaza  və  β-amilaza 

fermentindən  buğda  ununun  ağardılmasında  və  xəmirin  uzun  müddət  dəyişməz 

qalmasında  istifadə  edilir.  Belə  xəmirdən  hazırlanan  çörək  məmulatı  məsaməli 

olduğundan yaxşı bişir və uzun müddət keyfiyyətini itirmir. [7,8] 

          Paxlalılar  paxlalı  olmayan  əksər  bitkilər  üçün  yaxşı  sələfdirlər.  Paxlalı 

bitkilər  kök  və  kövşən  qalıqları  ilə  torpaqda  əhəmiyyətli  miqdarda  azot  və  başqa 

faydalı elementlər saxlayırlar.  



      

 



 

         Paxlalı  bitkiləri  paxla  bağlama  fazasında  (başlanğıcında)  yaşıl  yem  üçün 

yığdıqda,  köklərin  hesabına  bir  hektar  torpaq  sahəsində  40  kq  azot  ehtiyatı  qalır. 

Qönçələmə-çiçəkləmə  fazasında  bitkini  torpağın  altına  çevirməklə  (yaşıl  gübrə) 

ş

umladıqda hər hektar sahəyə 100-110 kq azot verilmiş olur.  



         Dənli-paxlalı bitkilər məhsul vermək üçün onlara lazım olan azot elementinin 

çox hissəsini köklərində yaşayan fır bakteriyalarının hesabına havanın molekulyar 

(N

2

)  azotundan  alırlar.  Az  bir  hissəsi  torpağın  ehtiyat  azotunun  hesabına  ödənir. 



Digər  bitkilərə  nisbətən  paxlalılar  torpağı  az  kasıblaşdırırlar.  Torpaqda  qalan 

paxlalı  bitkilərin  qalıqları  tez  minerallaşır  və  özündən  sonra  gələn  bitkilərin 

qidalanmasına əlverişli şərait yaradırlar. [5,6] 

        Dünya  əkinçilik  sistemində  dənli-paxlalı  bitkilərin  əkin  sahəsi  160  mln. 

hektara  yaxındır.  Bunun  67  mln.  soyanın,  6  mln.  noxudun,  26  mln.  lobyanın,  12 

mln. nutun, 2 mln. yem paxlasının, 3 mln. hektarı mərciməyin və s. payına düşür. 

Respublikamızda 6-8 min hektara yaxın sahədə dən üçün paxlalı bitkilər becərilir. 

Ə

sasən  soya,  lobya,  nut,  səpin  noxudu  kimi  bitkilərin  becərilməsi  üçün  əlverişli 



şə

rait vardır. Dənli-paxlalı bitkilərin yem üçün becərilməsinin perspektivləri daha 

çoxdur.  Lərgə,  çöl  noxudu,  gülül  və  soya  bitkilərinin  aralıq  və  qarışıq  əkinləri 

geniş sahədə becərilir. 

          Botaniki təsviri. Yarpaqlarının quruluşuna görə dənli-paxlalı bitkilər 3 qrupa 

bölünür:  1)  Lələkşəkillilər  (göy  noxud,  lərgə,  mərcimək,  paxla,  nut),  2)  Üçlü 

yarpaqlılar (lobya, soya), 3) Barmaqşəkillilər (lüpin). [9] 

         Birinci  qrupun  bitkiləri  cücərərkən  ləpələrini  torpaq  səthinə  çıxarmırlar. 

Toxumları  dərinə  səpilir, əkinləri  çıxışa  qədər  və  çıxışdan  sonra  malalanmır. 

2-3-cü  qrupun  bitkilərinin  cücərtiləri  toxumların  ləpəaltı  dizciyinin  uzanması 

hesabına bölünür və ləpələri cücərti ilə torpağın səthinə çıxır. Bu qrupun toxumları 

nisbətən dayaz basdırılır. Paxlalıların kökləri torpağın 1-2 metr dərinliyinə işləyən 

mil kökdən və 1-2-3-cü dərəcəli yan köklərdən ibarətdir. Kök kütləsinin 70-90%-i 

ə

kin qatında yerləşir. Gövdələri müxtəlif forma və hündürlükdə olur.  



         Çiçəkləri kəpənəyə oxşar olmaqla müxtəlif irilikdə və formada olurlar. Çiçək 

5 ləçəkdən (yelkəncik, qayıqcıq və kürəklər), 5 kasa yarpağından, 10 erkəkcik və 1 



      

 

10 



 

dişicikdən  ibarətdir.  Dişicik  1  yuvalı  və  çox  toxumlu  tumurcuqdan  ibarətdir. 

Ləçəyin  rəngi  ağ,  bənövşəyi,  qırmızı  və  s.  olur.  Meyvəsi  paxladır.  Paxlalarda 

dənlərin  miqdarı  cinsdən  asılı  olaraq  müxtəlif  olur.  Toxumlar  toxum  göbəkciyi 

vasitəsilə paxlaya birləşir.  

Cədvəl 1.1  

Dənli–paxlalı bitkilərin dənlərinin tərkibində olan amin turşuları 1 kq quru maddəyə görə qramla 

(M.F.Tommeyə və  R.V. Martınenkoya görə) 

 

Ə

vəzedilməz  



amin turşuları 

Soya 


Sarı 

lüpin 


Lərgə  Paxla 

Çöl 


noxudu 

Səpin 


noxudu 

Lizin  


21,9 

15,9 


17,2 

13,9 


15,2 

13,4 


Metionin  

4,6 


4,6 

4,3 


3,1 

3,2 


2,6 

Sistin  


4,6 

4,2 


2,6 

4,8 


2,3 

2,4 


Arginin  

25,6 


34,2 

22,7 


17,2 

17,3 


14,2 

Leysin  


41,0 

37,4 


31,6 

24,7 


22,0 

20,5 


Fenilalanin  

16,0 


15,5 

10,0 


6,2 

9,0 


9,5 

Treonin  

12,6 

14,1 


11,8 

9,8 


7,5 

8,4 


Valin  

6,0 


12,7 

12,6 


9,3 

10,0 


8,5 

Triptofan  

3,6 

2,1 


2,9 

1,6 


1,6 

1,1 


Histidin  

8,0 


10,9 

6,3 


7,2 

7,3 


7,1 

Cəmi  : 


154 

152 


122 

97 


95 

88 


 

 

Cədvəl 1.2 



Dənli-paxlalı bitkilərin yemlilik dəyəri (Prof. M.F.Tommeyə görə) 

 

 



 

 

 



 

 

 



 

 

 



 Lizin: 1000 q – 13,9 q 

           100 q –1,39 q 

Yaxud: 1,39 ∗1000=1390 mq 

Bitkilər  

Quru 

dəndə 


zülalın 

miqdarı 


%-lə 

Həll 


olan 

zülal 


%-lə 

1 sentnerinin 

yem vahidi  

1 yem vahidində 

həll olunan zülal 

(qr-la) 


Dəndə  

Yaşıl 


kütlədə  

Dəndə 


Yaşıl 

kütlədə 


Soya 

39 


89 

138 


21 

251 


167 

Sarı 


lüpin 

36 


86 

112 


15 

276 


160 

Yem 


paxlası 

31 


87 

129 


16 

209 


163 

Lərgə 


28 

85 


109 

18 


218 

205 


Səpin 

noxudu 


24 

85 


117 

16 


174 

205 


      

 

11 



 

100q  paxlada  1390  mq  lizin,  310mq  metionin,  480mq  sistin,1720mq  arginin, 

2470mq leysin, 620mq fenilalanin, 980mq treonin, 930mq valin, 160mq triptofan, 

720mq histidin vardır. Ümumi amin turşuların cəmi:  9700mq 

         Dənli paxlalı bitkilərdə cücərmə, çıxış, gövdələrin budaqlanması, qönçələmə, 

çiçəkləmə, paxla bağlama, yetişmə, tam yetişmə fazaları olur. 

        Bioloji  xüsusiyyətləri.  Dənli-paxlalı  bitkilərin  xarici  mühit  amillərinə 

münasibəti  müxtəlifdir.  Belə  ki,  göy  noxud,  mərcimək,  lərgə  bitkilərinin 

toxumlarının  cücərməsi  üçün  minimum  4-5 

0

C,  maksimum  6-12 



0

C  istilik  tələb 

olunur.  Bunların  vegetativ  orqanlarının  formalaşması  üçün  16-20 

0

C  əlverişlidir. 



Göy  noxud  və  mərcimək  cücərtiləri  8 

0

C,  lüpin,  yem  paxlası  6 



0

C,  soya  3-4 

0



ş



axtaya davam gətirirlər. Lobya cücərtiləri şaxtaya dözməyib məhv olurlar. Lüpin, 

yem  paxlası, nut  bitkisinin  toxumları  5-6 

0

C  temperaturda  cücərməyə  başlayırlar. 



Optimal  temperatur  9-12 

0

C-dir.  Generativ  orqanlar  18-25 



0

C-də  yaxşı 

formalaşırlar. [14] 

          Dənli-paxlalı  bitkilər  nəmliyə  də  tələbkardırlar.  Lakin,  qrunt    sularının 

torpaq səthinə yaxın olmasına və torpağın həddən artıq nəm olmasına dözmürlər. 

Göy  noxud, lüpin, yem paxlası, soya bitkiləri nəmliyə daha çox tələbkardırlar. Nut 

və  lərgə  nəmliyə  nisbətən  az  tələbkardırlar.  Dənli-paxlalı  bitkilər  dənli  taxıl 

bitkilərinə  nisbətən  qida  elementlərini  daha  çox  mənimsəyirlər.  Bir  ton  əsas  və 

ə

lavə  məhsulla  torpaqdan  göy  noxud  40-64  kq  N,    21  kq  P



2

O

5



,  29  kq  K

2

O,  nut 



bitkisi-64  kq  N,  25  kq  P

2

O



5

,  60  kq  K

2

O;  soya-82  kq  N,  26  kq  P



2

O

5



,  47  kq  K

2



elementi  aparırlar.  Paxlalılar  dəndolma  dövründə  daha  çox  qida  maddələri 

mənimsəyirlər.  Nəmlik  çatmadıqda  qida  elementlərinin  bitkiyə  daxil  olması 

pisləşir.  Hətta  bioloji  azotun  təsbit  olunması  da  zəifləyir.  Günün  uzunluğuna 

münasibətlərinə görə dənli-paxlalı bitkilər 3 qrupa bölünür: 

 1)  Uzun gün bitkiləri (göy noxud, mərcimək, lərgə, lüpin, paxla) 

 2)  Qısa gün bitkiləri  (soya, maş) 

 3)  Neytral qrupa aid bitkilər (nut, lobya)  


      

 

12 



 

         Dənli-paxlalı  bitkilərin  əksəriyyəti  neytral  reaksiyalı  gillicəli  və  qumsal 

torpaqlarda  daha  yaxşı  inkişaf  edirlər.  Yalnız  sarı  lüpin  zəif  turş  reaksiyaları 

mühitdə pH=4,0-4,5 yaxşı inkişaf edir.  

         Dənli-paxlalı  bitkilər  növbəli  əkində  torpağı  alaqlardan  yaxşı  təmizləyən 

sələf  bitkilərindən  kartof,  çuğundur,  yem  turpu,  yemlik  bostan  bitkiləri,  pambıq, 

tütün  və  qarğıdalıdan  sonra  yerləşdirilir.  Dənli-paxlalı  bitkilər  eyni  xəstəliklərə 

tutulduğuna  və  eyni  zərərvericilərlə  zədələndiklərindən  öz  tarlasına  4  ildən  tez 

qaytarılmır. Bu bitkilər digər tarla bitkiləri (dənli taxıl) üçün yaxşı sələfdirlər.   

         Səpin  üçün  1-ci  və  2-ci  sinfə  aid  yüksək  keyfiyyətli  toxumlardan  istifadə 

olunmalıdır.  Səpindən  bir  ay  əvvəl  toxumlar  kök  çürümə  və  askoxitoz 

xəstəliklərinə  qarşı  1  tona  2-3  kq  fundazol,  3-4  kq  fentiuram  və  ya  1-2  kq 

taciqranla dərmanlanmalıdır. Bu iş «Mobitoks» PSŞ-3 markalı maşınlarda aparılır. 

Səpindən əvvəl toxumlar bakterial preparatlarla işlənilməlidir. [6,7] 

         Səpin  müddəti,  üsulu  və  norması.  Səpin  müddəti  bitkinin  bioloji  tələbatına 

uyğun  müəyyən  edilir.  Soyuğa  nisbətən  davamlı  olan  səpin  noxudu,  çöl  noxudu, 

yem paxlası bitkilərinin toxumları payızda və erkək yazda səpildikləri halda, istilik 

sevən  lobya  və  soyanın  toxumları  torpağın  əkin  qatında  8-12

0

C  istilik  olduqda 



səpilir. Səpin üsulu torpaq-iqlim şəraitindən, nə məqsəd üçün becərilməsindən və 

yerüstü kütlənin iriliyindən asılıdır.  

       Yaşıl  gübrə  və  ya  yaşıl  kütlə  məqsədilə  becərildikdə  toxum  üçün 

becərilməsinə  nisbətən  bitkiyə  daha  az  qidalanma  sahəsi  verilir.  Səpin  norması, 

səpin  üsulundan  torpaq-iqlim  şəraiti  və  bitkinin  nə  məqsədlə  becərilməsindən 

asılıdır.  Suvarma  şəraitində  daha  yüksək  səpin  norması  qəbul  edilir.  Yaşıl  yem 

üçün becərilən sahələrə nisbətən, toxumluq sahələrə az toxum səpilir. Dənli-paxlalı 

bitkilərin  əkinlərinə  qulluq  işləri  alaqlara  qarşı  mübarizə  tədbirləri,  suvarma, 

cərgəaralarının  becərilməsi,  xəstəlik  və  zərərvericilərə  qarşı  mübarizə,  əkinlərə 

yemləmə gübrəsinin verilməsi və s.-dir. [2] 

         Dən üçün becərildikdə məhsul ya birbaşa, ya da ki, hissə-hissə yığılır. Nut və 

soyanın dənini birbaşa kombaynla yığmaq mümkündür. Göy noxud, yem paxlası, 

lərgə və s. bitkilərin məhsulu isə iki mərhələdə yığılır. Əvvəlcə məhsul biçilib yerə 


      

 

13 



 

tökülür, 2-ci mərhələdə taxılyığan kombaynın barabanlarını dəni kütlədən ayırmaq 

üçün nizamlayaraq işi başa çatdırırlar.  

       Dənli-paxlalı  bitkilər,  heyvandarlığı  zülalla  zəngin  olan  yaşıl  yemlə  təmin 

etmək  üçün  də  becərilir.  Bunların  yaşıl  kütləsi  həm  təzə  halda  heyvanlara 

yedizdirilir,  həm  də  ondan  senaj  və  ot  unu  hazırlanır.  Respublikamızın  aran  və 

dağətəyi  bölgələrində  yaşıl  kütlə  məqsədilə  əsasən  çöl  noxudu  və  gülül  bitkiləri 

becərilir. Onlar soyuğa davamlı olduqlarından payız səpinində qışı yaxşı keçirir və 

yazın  ortalarında  keyfiyyətli  yaşıl  kütlə  məhsulu  əmələ  gətirirlər.  Yaşıl  yem 

məqsədilə dənli-paxlalı bitkilərin yaz və kövşənlik səpinlərindən də istifadə olunur. 

Son  dövrlərdə  soya,  lərgə,  yem  paxlası  yaşıl  kütlə  məqsədilə  daha  çox  becərilir. 

Qulluq  işləri  dənlik  əkinlərində  olduğu  kimidir.  Yığımı  çiçəkləmə  fazasında 

apardıqda  hektardan  istehsal  ediləcək  zülalın  miqdarı  bitkinin  məhsul  vermə 

imkanından  çox  aşağı  olur  (30-40%).  Ona  görə  də  yığımı  aşağıdakı  paxlalar 

saralmağa başladıqda aparmaq lazımdır. [1] 

         Dənli taxıl bitkilərin yaşıl yeminin tərkibində zülalın miqdarı az olur. Belə ki, 

qarğıdalının  yaşıl  kütləsində  zülalın  miqdarı  göy  noxuddakına  nisbətən  3  dəfə, 

səpin lərgəsinə nisbətən 3,5 dəfə azdır. Ona görə yemlərin keyfiyyətini yüksəltmək 

üçün  dənli  taxıl  bitkilərini  dənli-paxlalı  bitkilərlə  qarışıq  əkirlər.  Qarışıq  əkinlər 

üçün  komponentlər  seçərkən  onların  böyümə  və  inkişaf  xüsusiyyətlərini,  eləcədə 

yetişmə müddətlərini nəzərə almaq lazımdır. [5,6] 

       Qarışıq  əkində  dənli  taxıl  bitkilərinin  yaşıl  kütləsində    həzm  olunan  zülalın 

miqdarı  xeyli  yüksəlir.  Yaşıl  kütlə  məhsulunun  yemlilik  dəyəri  komponentlərin 

ümumi məhsulda nisbətindən də asılıdır. Belə ki, vələmir + gülül qarışığında gülül 

qarışığının miqdarı 20-30%-dən 55-60%-ə çatdıqda, yaşıl kütlənin tərkibində həzm 

olunan  zülalın  miqdarı  9%-dən  14%-ə  qalxır.  Yaşıl  kütlə  məhsulunun  tərkibində 

komponentlərin  əlverişli nisbətdə  olmasına  nail  olmaq  üçün  səpin  üsulu  və  səpin 

sxemini düzgün seçmək lazımdır.  

1-cərgə qarğıdalı və ya sorqo, 1 cərgə paxlalı. 

2-cərgə qarğıdalı və ya sorqo, 1 cərgə paxlalı. 

2-cərgə qarğıdalı və ya sorqo, 2 cərgə paxlalı. 


      

 

14 



 

        Bir yuvaya 2-3 qarğıdalı, 4-5 paxla toxumu səpilir. Bəzən səpin norması 2:1 

nisbətində götürülür.  Dənli-paxlalı bitkilərdən  göy  noxud,  lərgə  və gülülün təmiz 

ə

kinlərində  gövdələr  yatmış  vəziyyətdə  olduğundan  məhsul  çətin  yığılır  və 



keyfiyyəti pisləşir. Ona görə də bu bitkilər yerə yatmayan taxıl və yağlı bitkilərlə 

qarışıq  becərildikdə  yaxşı  nəticə  verir.  Qarışıq  əkinlərdə  fotosintez  prosesinin 

məhsulları da təmiz səpinlərdən yüksək olur. Ona görə də qarışıq əkinlərdən sahə 

vahidinə  görə  daha  çox  quru  maddə,  həzm  olunan  zülal  və  yem  vahidi  alınır. 

Qarışıq əkinlərin yaşıl kütləsindən keyfiyyətli silos alınır. [13,14] 

         Bitkilərin gövdələri hesabına cinsdən asılı olaraq hektara 100-400 kq-a qədər 

azot toplana bilir. Odur ki, əkinçilikdə torpaq münbitliyinin artırılmasında paxlalı 

bitkilərin mühüm əhəmiyyəti vardır. Qida maddələri ilə zəif təmin olunmuş qumlu 

və qumsal torpaqlarda paxlalıların (lüpin, göy noxud, lərgə) yaşıl kütləsini torpağa 

basdırdıqda  burada  həm  azot,  həm  də  kül  elementlərinin  ehtiyatı  artır.  Həmçinin 

torpağın susaxlama və su qaldırma xassələri də yaxşılaşır.  

          Respublikamızın qranulometrik tərkibi ağır olan  torpaqlarında hava, qida və 

su  rejimləri  daha  əlverişli  olur  (yaşıl  gübrə  hesabına).  Yaşıl  gübrə  məqsədi  üçün 

torpaq-iqlim  şəraitinə  uyğun  bitki  seçilməlidir.  Əkinlərdə  səpin  müddəti,  səpin 

üsulu  və  səpin  normaları  nəzərə  alınmalıdır.  Bunlara  riayət  edildikdə  hektardan 

400 sentnerə qədər yaşıl kütlə məhsulu götürmək mümkündür. Bu hesabla kartofun 

məhsulu  2-3  dəfə,  dənli  taxıl  bitkilərininki  isə  3,5-3,7  dəfə  artır.  Dənli  -  paxlalı 

bitkilərin  yaşıl  kütləsi  paxla  bağlama  fazasının  başlanğıcında  yerə  yatızdırılıb 

ş

umlanır. Yaşıl gübrə məqsədilə səpini yazda, yayda və ya payızda aparmaq olar. 



 

 

 



 

 

 



 

 


      

 

15 



 


: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə