AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0.72 Mb.
Pdf просмотр
səhifə1/6
tarix10.07.2017
ölçüsü0.72 Mb.
  1   2   3   4   5   6

AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  

AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

MAG STRATURA MƏRKƏZ  

 

 

 

Ə

lyazması hüququnda 

 

 

 



lyasova Sevinc Mürşüd qızı 

(A.S.A) 


 

 

 



“Azərbaycan Respublikasında milli gəlirin bölgüsü və təkrar istehsalının  

surətləndirilməsinin əsas istiqamətləri” 

mövzusunda 

 

 

 

MAG STR D SSERTTAS YASI 

 

 



 

 

stiqamətin şifri və adı: 060404  qtisadiyyat 



xtisaslaşma:  qtisadi nəzəriyyə 

 

 



Elmi rəhbər: 

 

 

 

 

Magistr proqramının rəhbəri: 

prof. Ü.Q.Əliyev   

 

 

 



dos. N.Ə.Sadıqov 

 

 



Kafedra müdiri: prof. Ü.Q.Əliyev 

 

 



 

 

 



 

 

 



Bakı - 2015 

 



MÜNDƏRICAT: 



 

G R Ş ...................................................................................................................... 3 -6 

 

FƏS L 1. MILLI GƏLIRIN BÖLGÜSÜNÜN VƏ TƏKRAR  STEHSALIN 

NƏZƏR -METODOLOJ  MƏSƏLƏLƏR  ............................................................ 7    

 

1.1.

  qtisadi nəzəriyyədə milli gəlir və onun bölgüsü probleminə yanaşmalar 

....................................................................................................................... 7-19 

1.2.

  Həyat səviyyəsi ilə milli gəlir bölgüsünün və təkrar istehsalının sürətləndiril-

məsi arasinda qarşılıqlı əlaqənin nəzəri əsasları ..................................... 21-30 

1.3.

   Qərb ölkələrində gəlirlər siyasəti və gəlirlərin formalaşması 

 xüsusiyyətləri  ........................................................................................... 31-48 

 

FƏS L 2. AZƏRBAYCANDA M LL  GƏL R N FORMALAŞMASININ 

TƏNZ MLƏNMƏS N N  MÜAS R VƏZ YYƏT  .............................................. 48 

 

2.1. Transformasiya iqtisadiyyatında milli gəlirin formalaşmasında baş verən  



dəyişikliklərin mahiyyəti ............................................................................  48-51 

2.2. Milli gəlirin təkrar istehsalının sürətləndirilməsinin əhalinin pul gəlirlərinin 

formalaşmasına təsiri ............................................................................... ...52-57 

 

FƏS L 3. AZƏRBAYCAN RESPUBL KASINDA M LLI GƏL R N TƏKRAR 

STEHSALININ SÜRƏTLƏND R LMƏS N N ƏSAS  ST QAMƏTLƏR  VƏ 

MEXAN ZMLƏR  .................................................................................................. 57 

 

3.1. Milli gəlirin təkrar istehsalının sürətləndirilməsi əhali gəlirlərinin 



artırılmasının əsas mənbəyidir..................................................................... 57-69 

3.2. Milli gəlirin təkrar istehsalının sürətləndirilməsinin əhali gəlirlərində

istifadəyə və əhalinin istehlak xərclərinin strukturuna təsiri..................... 70-72 

 

 

Nəticə və təkliflər ................................................................................................. 73-77 

Ə

dəbiyyat siyahısı ................................................................................................ 78-85 

 

 


 



G R Ş 

 

Mövzunun  aktuallığı.    qtisadi  sistemindən  asılı  olmayaraq  hər  bir  ölkədə 

milli  gəlirin  bölgüsü  və  onun  təkrar  istehsalının  sürətləndirilməsi  ən  aktual 

problemlər  sırasında  durur.  Lakin  təcrübə  göstərir  ki,  bu  problem  iqtisadi  cəhətdən 

zəif, demokratik prinsiplərdən uzaq, diktatura rejimində yaşayan ölkələrdə, həmçinin 

transformasiya  iqtisadiyyatlı  ölkələrdə  daha  ciddi  xarakter  alır.  Azərbaycanın  da 

transformasiya  iqtisadiyyatlı  ölkələr  sırasında  durduğunu  nəzərə  alsaq  onda  milli 

gəlir, onun formalaşması, bölgüsü və yenidən bölgüsü sahəsində mövcud vəziyyətin 

tədqiq edilməsinin aktual problem olduğunu söyləmək olar.  

Məlumdur ki, problemin aktuallığı müstəqilliyin ilk illərində yaranmış iqtisadi, 

siyasi  böhran  şəraitində  özünü  daha  qabarıq  göstərməyə  başladı.  Belə  ki,  həmin 

dövrlərdə milli gəlir və onların formalaşması mənbələri məhdudlaşaraq ölkədə kəskin 

qeyri-bərabərlik  yaratdı.  Bunun  nəticəsi  olaraq  bazar  münasibətlərinə  keçidin  ilk 

illərində  həyat  səviyyəsinin  ciddi  surətdə  aşağı  düşməsi,  işsizlərin  və  yoxsulluq 

həddində yaşayanların daha da artması, təbəqələşmə prosesinin güclənməsi və s. bu 

kimi  hallar  ölkənin  sosial-iqtisadi  problemlərinin  həll  edilməsində  xeyli  çətinliklər 

yaratdı.  Buna  görə  də,  ölkədə  beynəlxalq  tələblərə  cavab  verən  sosial  müdafiə 

sisteminin  formalaşdırılması,  milli  gəlirin  bölgüsü  və  yenidən  bölgüsü  məsələsinə 

inzibati-amirlik  sistemindən  fərqli  olan  və  bazar  iqtisadiyyatının  tələblərinə  uyğun 

bölgü və yenidən bölgü mexanizminin yaradılmasını tələb edirdi.  

Bu  məqsədlə  Azərbaycan  müstəqilliyini  əldə  etdikdən  sonra  sosial  sahədə 

1991-95-ci  illərdə  bir  çox  qanunlar,  normativ  aktlar  və  s.  qəbul  olunmuşdur.  1996-

2013-cü  illərdə  də  əvvəllər  qəbul  edilən  qanunların  təkmilləşdirilməsi  və  yeni 

qanunların qəbul edilməsi istiqamətində xeyli işlər görülmüşdür. Bundan başqa milli 

gəlirin  bölgüsü  və  onun  təkrar  istehsalının  sürətləndirilməsi  istiqamətində  bir  sıra 

Fərman  və  Sərəncamlar  imzalanmışdır.  Bu  Qanun,  Fərman  və  Sərəncamlar  milli 

gəlirin bölgüsünə, dərinləşən təbəqələşmənin qarşısının alınmasına təsir göstərmişdir.  

Lakin son illərdə ölkəyə böyük həcmdə neft gəlirlərinin daxil olması və yaxın 

illərdə  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi  ilə bunun daha  da  artacağı  ilə bağlı 



 

verilən  proqnozlar  milli  gəlir  formalaşması,  bölgüsü  və  bərabərsizliyin  aradan 



qaldırılması istiqamətində tədqiqat işlərinin aparılmasını aktuallaşdırmışdır.  

Tədqiqatın öyrənilmə səviyyəsi. Milli gəlir formalaşması, bölgüsü və yenidən 

bölgüsü  ilə  bağlı  tənzimləmə  problemlərinə,  sosial  müdafiə  və  həyat  səviyyəsinin 

yüksəldilməsi problemlərinə istər Azərbaycanın, istərsə də xarici ölkələrin alimləri və 

mütəxəssisləri  xüsusi  diqqət  ayırmışlar.  Azərbaycanda  milli  gəlirin  bölgüsü 

problemini tədqiq edən alim və tədqiqatçıların əksəriyyəti ona müxtəlif aspektlərdən 

yanaşmışlar.  Lakin  transformasiya  iqtisadiyyatında  milli  gəlir  formalaşması  və 

tənzimlənməsi mexanizmi kompleks şəkildə öyrənilməmişdir. Bütün bunlar seçilmiş 

tədqiqat mövzusunun əhəmiyyətini, onun məqsəd və vəzifələrini müəyyən edir.  



Tədqiqatın  məqsəd  və  vəzifələri.  Dissertasiya  işində  məqsəd transformasiya 

olunan  iqtisadiyyatda  Azərbaycanda  milli  gəlirin  formalaşması,  bölgüsü  və  yenidən 

bölgüsündə  baş  verən  dəyişiklikləri,  əhalinin  istehlak  xərcləri  ilə  gəlirlər  arasında 

qanunauyğunluq,  həyat  səviyyəsi,  yaşayış  şəraiti  və  s.  məsələləri  kompleks  halda 

öyrənməkdən  və  milli gəlirin formalaşması və təkrar istehsalının sürətləndirilməsi, 

eləcə  də  təkmilləşdirilməsi  istiqamətində  elmi  əsaslandırılmış  təkliflər  işləyib 

hazırlamaqdan ibarətdir. 

Dissertasiya işində qarşıya qoyulan məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin 

həll edilməsi nəzərdə tutulmuşdur:  

•  iqtisadi nəzəriyyədə gəlirlərin bölgüsü probleminə yanaşmaların ümumiləş-

dirilməsi; 

•  həyat  səviyyəsi  və  milli  gəlir  formalaşması  arasında  qarşılıqlı  əlaqənin  

nəzəri aspektlərinin öyrənilməsi; 

•  milli  gəlir  formalaşması  mənbələri  və  onlara  təsir  edən  amillərin 

öyrənilməsi;  

•  gəlirlərin 

bərabərsizliyinə  təsir  edən  amillərin  tədqiq  edilərək 

qiymətləndirilməsi; 

•  qərb  ölkələrinin  timsalında  gəlirlərin  bölgüsü  və  tənzimlənməsi  siyasətinin 

öyrənilməsi;  

•  transformasiya  olunan  iqtisadiyyatda  milli  gəlirin  bölgüsündə  baş  verən 


 

dəyişikliklərin təhlili; 



•  gəlirlər üzrə bərabərsizliyin yaranma səbəblərinin müəyyən edilməsi;  

•  milli gəlirin bölgüsü ilə istehlak tələbi arasında asılılığın öyrənilməsi; 

•  əhalinin istehlak xərclərinin strukturunda baş verən dəyişikliklərin təhlili və 

qiymətləndirilməsi;    

•  transformasiya  iqtisadiyyatına  əhalinin  sosial  müdafiəsi  sahəsində  həyata 

keçirilən tədbirlərin təhlili və qiymətləndirilməsi; 

•  transformasiya şəraitində milli gəlirin bölgüsü, əhalinin sosial müdafiəsinin 

yaxşılaşdırılması  istiqamətində  elmi  cəhətdən  əsaslandırılmış  təklif  və  tövsiyələrin 

hazırlanması;  

•  milli  gəlirin  təkrar  istehsalının  sürətləndirilməsi  mənbələrinin  aşkarlanması 

və onların iqtisadi dövriyyəyə cəlb olunması üçün elmi təkliflərin verilməsi;  

Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyektini Azərbaycan Respubli-

kası milli gəlir, onun predmetini milli gəlirin formalaşması və onun təkrar istehsalının 

sürətləndirilməsi mexanizmləri ilə bağlı olan iqtisadi hadisə və proseslərin öyrənilərək 

ümumiləşdirilməsi və qiymətləndirilməsi təşkil edir. 



Tədqiqatın nəzəri və metodoloji əsaslarını dünyanın, eləcə də respublikanın 

iqtisadçı alimlərinin və bu sahədə çalışan təcrübəli mütəxəssislərin fikirləri, Azərbay-

can  Respublikasının  Konstitusiyası,  Azərbaycan  Respublikası  Prezidentinin  Fərman 

və  Sərəncamları,  sosial  sahəyə  aid  olan  qanunlar,  nsan  Hüquqları  haqqında  Bəyan-

namə,  Sosial  Xartiyalar,  BƏT-in  konvensiya  və  tövsiyələri  kimi  normativ  sənədlər, 

Dövlət Statistika Komitəsinin (DSK) materialları və s. təşkil edir. 

Tədqiqat  prosesində  induksiya,  müqayisəli  təhlil,  statistik  qruplaşdırma  və 

ümumiləşdirmə metodlarından istifadə edilmişdir. 



Tədqiqatın  informasiya  bazasını  Azərbaycan  Respublikası  Dövlət  Statistika 

Komitəsinin  statistik  hesabatları,  Beynəlxalq  Əmək  Təşkilatının,  Dünya  Bankının 

(DB),  Beynəlxalq  Valyuta  Fondunun  illik  hesabatları,  Əmək  və  Əhalinin  Sosial 

Müdafiəsi Nazirliyinin, Mərkəzi Bankın statistik materialları,  nternet səhifələri təşkil 

edir. 

Tədqiqat işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir: 


 

•  iqtisadi  nəzəriyyədə  milli  gəlirin  formalaşması  və  bölgüsü  probleminə 



yanaşmalar tədqiq edilərək ümumiləşdirilmiş; 

•  milli  gəlir  formalaşması  və  onun  təkrar  istehsalının  sürətləndirilməsi  ilə 

həyat səviyyəsi arasındakı qarşılıqlı əlaqənin nəzəri aspektləri müəyyənləşdirilmiş; 

•  milli gəlirin formalaşması mənbələrinin nəzəri aspektləri tədqiq edilmiş  və 

qiymətləndirilmiş; 

•  inkişaf  etmiş  qərb  ölkələrində  əhali  gəlirləri  ilə  bağlı  həyata  keçirilən 

tənzimləmə siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmiş; 

•  transformasiya iqtisadiyyatı şəraitində əhalinin gəlirlərinin tənzimlənməsi və 

quruluşunda  baş  verən  dəyişikliklər    kompleks  şəkildə  təhlil  edilərək  mövcud  çatış-

mazlıqlar aşkarlanmış; 

•  Azərbaycanda  gəlirlər  üzrə  bərabərsizliyə  təsir  göstərən  amillər  müəyyən 

edilmiş; 

•  desil (kvintil) üzrə varlı və yoxsul əhali qruplarının gəlir və xərcləri arasında 

fərq və onun yaranma səbəbləri aşkar edilmiş; 

•  transformasiya  iqtisadiyyatında  milli  gəlir  və  istehlak  tələbinin  elastikliyi 

müəyyənləşdirilmiş; 

•  əhalinin  istehlak  xərclərinin  quruluşunda  baş  verən  dəyişikliklər  kompleks 

halda tədqiq edilərək qiymətləndirilmiş; 

•  transformasiya 

iqtisadiyyatında 

milli 

gəlirin 


təkrar 

istehsalının 

sürətləndirilməsi  yolu  ilə  əhalinin  sosial  müdafiəsinin  təkmilləşdirilməsi  və 

gəlirlərinin tənzimlənməsi istiqamətdə təkliflər verilmişdir. 



Tədqiqat  işinin  təcrübi  əhəmiyyəti.  Tədqiqat  işində  əldə  edilən  nəticə  və 

təkliflərdən    dövlətin  sosial  siyasətinin  həyata  keçirilməsində,  ƏƏSMN-də, 

qtisadiyyat  və  Sənaye  Nazirliyində,  Milli  Məclisdə,  Dövlət  Statistika  Komitəsində, 

ali  məktəblərdə  eləcə  də  elmi  tədqiqat  müəssisələrində  tədqiqatçılar  istifadə  edə 

bilərlər.   


 



FƏS L 1. MILLI GƏLIRIN BÖLGÜSÜNÜN VƏ TƏKRAR  STEHSALININ 



NƏZƏR -METODOLOJ  MƏSƏLƏLƏR     

 

1.1.  qtisadi nəzəriyyədə milli gəlir və onun bölgüsü probleminə yanaşmalar 

 

Makroiqtisadi göstəricilər sistemində əsasən aşağıdakı göstəricilər əsas yer tutur: 



• Ümumi milli məhsul (ÜMM) 

• Ümumi daxili məhsul (ÜDM) 

• Xalis milli məhsul (XMM) 

• Milli gəlir (MG) 

• Şəxsi gəlir (ŞG) 

• Sərəncamda  olan  şəxsi  gəlir  (SŞG).  Bu  göstəricilər  hal-hazırda  1993-cü  ildə 

BMT  MHS  yeni  versiyasına  uyğun  olaraq  həm  də  MHS-nın  müasir  standart 

göstəriciləri kimi də qəbul olunmuşdur. 

• ÜDM müəyyən müddət ərzində (bir il) ölkə daxilində istehsal olunan bütün son 

ə

mtəə  və  xidmətlərin  bazar  qiymətidir.  Deməli,  ÜDM-in  hesablanması  üçün  vacib 



görünən şərtlərin birbaşa onun tərkibindən irəli gələn cəhətlərin nəzərə alınmasıdır: 

• Müəyyən müddətin; 

• Ölkə daxilində istehsal olunmasını; 

• Bütün qanuni istehsal olunan və satılan əmtəə və xidmətləri; 

• Son əmtəə və xidmət xarakteri almasını; 

• Müxtəlif  əşya-natural  tərkibli  əmtəələrin  və  çeşidli  xidmətlərin  bir  bazar 

qiyməti vahidinə gətirilməsi. 

Milli  gəlir  göstəricisinin  əhəmiyyəti,  onun  millətin  ümumi  gəlirinin 

qazanılmasında  tətbiq  olunan  istehsal  amillərinin  rolunun  qiymətləndirilməsi 

baxımından  müəyyən  edilir.  Bunun  nəticəsidir  ki,  MHS-də  istifadə  olunan  əsas 

ümumiləşdirici göstərici MG hesab olunur.  

   qtisadi  təhlilin  aparılmasında  MG  göstəricisindən  istifadə  olunması  bir  də 

onunla  əlaqədardır  ki,  onun  həcmində  amortizasiya  və  dolayı  vergilər  nəzərə 

alınmadığından o konkret dövrdə və ya ildə millətin əldə etdiyi gəlir kimi çıxış edir. 

Daha doğrusu, mövcud istehsal amillərinin sərfi ilə əldə olunmuş xalis gəlirin ümumi 


 

həcmi müəyyənləşir. 



MG-in  müəyyən  edilməsi  üçün  XMM-dan  dolayı  vergiləri  çıxmaq  lazımdır. 

Dolayı  vergilər  əmtəə  və  xidmətlərin  qiymətinə  olan  əlavələr  kimi  əks  olunur. 

Məsələn, aksizlər əlavə dəyər vergisi, gömrük rüsumları və s. Bu qismdən olan dolayı 

vergilərdir. Deməli, MG=XMM – dolayı vergilər.   

Bazar  iqtisadiyyatı  şəraitində  dövlət  milli  gəlirin  formalaşması  və  təkrar 

istehsalın  sürətləndirilməsində  və  sərvətlərin  yenidən  bölüşdürülməsində  birbaşa  və 

dolayısı  ilə  iştirak  edir.  Bunun  üçün  ilk  növbədə  sosial  ədalət  prinsiplərinə  cavab 

verən tənzimləmə siyasətinin aparılmasını tələb olunur. Tənzimləmə siyasəti dedikdə-

gəlirlərin bölünməsi və yenidən bölünməsinin sosial ədalət prinsipləri əsasında həyata 

keçirilməsi  siyasəti  başa  düşülür.  Onu  da  qeyd  edək  ki,  gəlirlərin  tənzimlənməsi 

(bölgüsü  və  yenidən  bölgüsü)  öz  mahiyyətinə  görə  çox  mürəkkəb  bir  prosesdir  və 

məhz  bu  səbəbdən  bu  problem  öz  aktuallığını  itirmir.  Cəmiyyətin  davamlı  inkişafı, 

tələb və təklifin dəyişməsi milli gəlirin bölgüsündə yeniləşməsinin aparılmasını tələb 

edir.  Təsadüfi  deyil  ki,  bu  günə  qədər  iqtisadi  nəzəriyyədə,  elmi  ədəbiyyatlarda, 

həmçinin beynəlxalq və dövlətlər səviyyəsində gəlirlərin bölgüsünün tənzimlənməsi 

tədqiq olunur.   

Bölgü  –  istehsal  olunan  məhsulda  iştirak  edən  hər  bir  təsərrüfat  subyektinin 

payının  (kəmiyyəti,  nisbəti)  müəyyən  edilməsi  prosesidir.  Məhsulun  bölgüsü  və 

mübadiləsi  istehsaldan  asılıdır.  Çünki  nə  istehsal  olunubsa  yalnız  onu  bölmək  və 

paylamaq  olar.  Ümumiyyətlə  istehsal,  istehlak  və  bölgü  sıx  qarşılıqlı    münasibətdə 

olmaqla  bir-birinin  inkişafına  müsbət  təsir  göstərirlər.  Bu  xarakterik  cəhətinə  görə 

gəlirlərin  bölgüsü  və  tənzimlənməsi  problemi  demək  olar  ki,  bütün  məktəblərin 

(klassiklər,  neoklassiklər,  liberalistlər,  neoliberalistlər,  keynsçilər,  neokeynsçilər  və 

s.) diqqətini çəkmişdir. Hesab edirik ki, bu iqtisadi proseslərin gəlir və bölgü əsasında 

baş  verməsi  ilə  əlaqədardır.  Gəlirlər  və  onun  bölgüsü  ilə  bağlı  ortaya  çıxan  

münasibətlər insan cəmiyyəti yaranan dövrdən mövcud olsa da ilk olaraq bu problemi 

klassik  məktəbin  nümayəndələri  tərəfindən  (A.Smit,  D.Rikardo,  C.Mill)  sistem 

halında öyrənilmişdir.  Onlar hesab edirdilər ki, gəlirlər üç əsas sinif (torpaq sahibi, 

kapitalist,  fəhlə)  arasında  əmək  haqqı,  mənfəət  (faiz),  renta  şəklində  bölünür  və  bu 


 

fərdi səviyyədə mülkiyyətin bölünməsinə təsir göstərir. A.Smit gəlirlərin yaranmasını 



(istehsal prosesində) əsas hesab etsə də, onun bölgüsünü bazarın ixtiyarına buraxırdı. 

O  hesab  edirdi  ki,  ictimai  istehsalın  artması  bütün  siniflərin  gəlirlərinin  artmasına 

təsir göstərir. A.Smit gəlirlərin bölgüsü və yenidən bölgüsünü vergi və rüsum vasitəsi 

ilə  həyata  keçirildiyini  qeyd  edirdi.  A.Smitdən  sonra  gəlirlərin  bölgüsü  D.Rikardo 

tərəfindən daha geniş şərh edilmişdir. D.Rikardo  A.Smitin ən fəal opponentlərindən 

biri  kimi  çıxış  edərək  gəlirlərin  bölgüsünü  idarə  edən  qanunun  müəyyən  edilməsini 

siyasi iqtisadın əsas məsələsi hesab edirdi. Gəlirlərin bölgüsü konsepsiyasını Rikardo 

işləsə  də,  sonralar  bu  problem  K.Marks,  C.B.Klark,  K.Vizer,  A.Piqu,  C.M.Keyns, 

.Şumpeter və başqaları tərəfindən geniş şərh edilmişdir.   

Gəlirlərin yaranması və bölgüsünün istehsal amilləri hesabına baş verməsi ilə 

bağlı  düzgün  nəzəri  aydınlaşdırmaya  C.S.Millin  tədqiqatlarında  rast  gəlmək  olar. 

C.S.Millin fikrincə, xüsusi mülkiyyətin “ağalıq” etməsi şəraitində məhsul bölgüsü iki 

istiqamətləndirici  amilə:  «rəqabət  və    adət-ənənə»yə  əsaslanır.  Bir  tərəfdən  rəqabət  

gəlirlərin  istehsal  amilləri  arasında  bölgüsünü  həyata  keçirilir.  Digər  tərəfdən 

bölgünün nəticələri rəqabətlə yanaşı adət və vərdişlərlə də bağlı olur (55 s. 394-395). 

Hesab  edirik  ki,  rəqabətin  inhisar  amili  və  ya  dövlət  tənzimlənməsi  ilə  məhdud-

laşdırılması bölgü proporsiyasını yalnız və yalnız müəyyən qədər dəyişə bilər. Lakin 

bu  ümumilikdə  gəlirlərin  bölünməsinin  funksional  nəzəriyyəsinin  inkarı  üçün  dəlil 

ola  bilməz.  Çünki  adət  ənənə  də  burada  mühüm  yer  tutur.  Yalnız  rəqabət  mühiti 

yaradıldığı halda onları fərqləndirmək olar.   

Bundan başqa, fransız iqtisadçısı Jan Batist Sey haqlı olaraq siyasi iqtisadı üç 

müstəqil hissəyə: istehsal, bölgü və istehlaka bölür. Hesab edirik ki, bu bölgü təkcə 

siyasi  iqtisadın  deyil,  ümumilikdə  ölkə  iqtisadiyyatının  və  milli  gəlir  əsasını  təşkil 

edir.  Çünki  resursların  və  gəlirlərin  bölgüsü  iqtisadiyyatda  qarşılıqlı  əsaslandırılmış 

proses  hesab  olunur.  Resursların  bölüşdürülməsi  haqqında  qərar  qəbul  edən  şəxsin 

özü  gəlirlərin  bölgüsündə  iştirak  edir  və  onları  alır.  Ona  görə  də  bölgü  prosesinin 

təhlilini  istehsal  prosesinin  təhlilindən  ayırmaq  olmaz.  Hələ  XIX  əsrdə  K.Marks 

yazırdı:  bölgü  formaca  öz  məzmununa  görə  təkcə  məhsul  istehsalına  görə  deyil,  

istehsalın nəticələrinə görə də ola bilər. Ona görə ki, o istehsalda iştiraka görə bölgü-


 

10

nün xüsusi formasını aşkar edir (53, s. 721). Fikrimizcə, bunu bölgünün strukturunun 



tam şəkildə istehsalın strukturu ilə müəyyən edilməsi kimi qiymətləndirmək olar. 

M. .Tuqan-Baranovski  gəlirlərin  ilkin  bölgüsü  prosesinin  üç  əsas  qrup  üzrə 

formalaşdığını qeyd edir (72, s. 392): 

•  mülkiyyətdən gəlirlər; 

•  əmək gəlirləri; 

•  sahibkarlıq gəlirləri (resursların effektli bölgüsü ilə bağlı olan gəlirlər.  

 Hesab edirik ki, iqtisadi nəzəriyyədə gəlirlərin bölgüsünə müxtəlif yanaşmalar 

olsa da onlar bir-birini tam inkar etmir.  

Bu  günə  qədər  mövcud  olan  nəzəriyyələrdə  bölgüyə  iqtisadi  proses  kimi  iki 

aspektdən baxılmışdır:  

• istehsal amilləri üzrə - daha çox gəlir əldə etmək məqsədilə maliyyə, əmək, 

material resurslarının daha effektli istifadəsini təmin edən sahələr üzrə bölünməsi; 

• istehsalın nəticələri üzrə-yaradılan məhsulun sahibkarlıq fəaliyyəti (sahibkar-

lıq  gəlirləri),  mülkiyyət  (divident,  renta,  faiz),  əmək  (əmək  haqqı)  və  transfert  ödə-

mələri (pensiya müavinət və s.) bölünməsi; 

Bu  zaman  dövlətin  əsas  məqsədi  cəmiyyətin  qarşısında  duran  problemlərdən 

asılı  olaraq  resursların  və  sərvətin  ölkə  iqtisadiyyatının  sahələri  və  ev  təsərrüfatları 

(əhali)  arasında  səmərəli  və  ədalətli  bölgüsünü  həyata  keçirməklə  sosial  sabitliyi 

təmin etməkdən ibarət olur.  

Məlumdur  ki,  bütün  iqtisadi  proseslər  müəyyən  sosial  mühitdən  keçir.  Ona 

görə də ictimai qarşılıqlı fəaliyyət sisteminin sosial və iqtisadi tərəfləri nisbi və şərti 

olaraq məhdudlaşdırılır. Bu səbəbdən aşağıdakı problemlərə xüsusi diqqət yetirilməsi 

tələb olunur.  

1)

 



gəlirlərin bölgüsü nəzəriyyəsinə; 

2)

 



ictimai sərvətlə səmərəlilik arasında qarşılıqlı asılılığa; 

3)

 



bərabərsizlik, tam məşğulluq və yoxsulluğun ölçülməsinə; 

4)

 



gəlirlərin bölgüsü və yenidən bölgüsü üsullarına; 

5)

 



bölgü nəzəriyyəsində mənfəətin azalması və əmək haqqının artmasına; 

6)

 



bölgü və iqtisadi inkişafa; 

 

11

7)



 

ə

mək gəlirlərinin bölgüsünə; 



8)

 

kollektiv müqavilələrin bağlanmasına;  



9)

 

gəlirlərin bölgüsü və ümumi tarazlıq nəzəriyyəsinə; 



10)

 

bölgünün makroiqtisadi nəzəriyyəsinə. 



qtisadi səmərəlilik şəraitində istehsal faktorları və ona uyğun gəlirlərin bölün-

məsi  ictimai  rifah  nəzəriyyəsinin  Pareto  teoremi  ilə  müəyyən  edilir.  Bu  yanaşmaya 

görə müəyyən edilmiş şəraitdə resursların bölgüsü elə spesifik formaya  malikdir ki, 

bu zaman heç kim ayrı-ayrılıqda öz vəziyyətini yaxşılaşdıra bilməz. Burada əlaqə və 

ya qarşılıqlı münasibət mühüm rol oynayır.  

Bütün  hallarda  milli  gəlirin  bölgüsü  və  yenidən  bölgüsündə  bərabərliyin  və 

səmərəliliyin müəyyən edilməsi nisbidir. M.Allenin sözləri ilə desək, bölgünün səmə-

rəliliyində  vahid  vəziyyət  yoxdur,  ancaq  maksimal  səmərəliliyin  sonsuz  sayı  vardır 

(34, s. 39). Lakin  bütün bunlara baxmayaraq hesab edirik ki, gəlirlərin ilkin bölgüsü, 

eləcə də, mülkiyyətin bölgüsü vacibdir. C.B.Klark cəmiyyətdə bölgü nəzəriyyəsinin 

ümumi əsaslarının mövcud olduğunu qeyd edir və bunu kapitalın sahələr üzrə bölün-

məsi  (işçilərə  uyğun  olaraq)  və  buna  müvafiq  olaraq  gəlirin  artması  ilə  əsaslandırır 

(45,  s.  67).  Bu  ehtimal  öz  növbəsində  institusional  (institusional  -  siyasi,  iqtisadi, 

ictimai  institutların  formalaşması  kimi  izah  edilir)  strukturun  olmasını  tələb  edir. 

Deməli, ortodoksal neoklassik model onu əhəmiyyətsiz (təhlilə gəlməyən) edir. Məhz 

bu  səbəbdən  də  iqtisadiyyatda  institusional  keyfiyyət  dəyişiklikləri  neoklassik  para-

diqma  çərçivəsində  hərəkətsiz  qalır.  V.S.Avtonomov  isə  bir  qədər  mübahisəli  fikir 

söyləyərək, göstərir ki, “iqtisadiyyatda dinamik dəyişikliklər (keyfiyyət) nəzəriyyəsi 

marksist siyasi iqtisadı çərçivəsində hərəkət edir” (32, s.6.). Hesab edirik ki, bu fikir 

yanlışdır.  Birincisi  dinamik  dəyişikliklər  nəzəriyyəsində  Marksa  qədərki  nəzəriy-

yələrin də önəmli rolu olmuşdur, ikincisi bu günə qədər bütün iqtisadi sistemlərdə qə-

bul edilən konkret bölgü mexanizmi yaradılmayıb. D.Nort bununla belə müasir iqti-

sad elmində bölgünün əsas axın istiqamətinin olmadığını, əgər baş verərsə onda onun 

institusional  dəyişikliklər  modelinə  əsaslanacağını  qeyd  edir  (60,  s.  137).  Əgər  son 

illərdə  keçid  iqtisadiyyatlı  ölkələrdə,  inkişaf  etməkdə  olan  ölkələrdə  gedən  iqtisadi 

proseslərə nəzər salsaq institusional dəyişkən modelin tətbiq edildiyini görmək olar. 



 

12

Lakin bir çox hallarda bu dəyişikliklərdə də yanlışlığa yol verilir.  



Q.Ofer  keçid  iqtisadiyyatının  təcrübəsində  köklü  dəyişikliklərin  əhəmiyyətini 

göstərərkən  qeyd  edir  ki,  “adətən  keçid  iqtisadiyyatlı  ölkələrdə  əvvəlcə  minimal  

institusional  bazanı  yaratmaq  əvəzinə  iqtisadi  sistemi  yaratmağa  cəhd  göstərilir.  Bu 

bazar  mexanizminin  işinin    məhv  edilməsinə,  müəssisənin  idarəetmə  metodlarının 

ə

vvəlki konservasiyasına, inhisarın tüğyan etməsinə, kölgə iqtisadiyyatının çiçəklən-



məsinə, korrupsiya və dövlət nəzarətinin zəifləməsinə gətirib çıxarır”(63 s.). Deməli, 

iqtisadi sistemin  qurulması  üçün  ilk öncə  minimal  institusional  bazanın  yaradılması 

vacibdir.  Bu  bazanın  yaradılmadığı  təqdirdə  gəlirlərin  bölgüsündə  problemlər 

meydana gəlir. Lakin bu halda da ölkənin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır.  

Ümumiyyətlə  dövlət  gəlirlərin  tənzimlənməsində  fəal  iştirak  etməklə  bir-biri 

ilə  əlaqədə  olan  zaman  ziddiyyət  təşkil  edən  iki  məsələni  həll  etməyə  çalışır.  Bir 

tərəfdən  gəlirlərdə  yaranmış  bərabərsizliyi  aradan qaldırmağa,  digər bir  tərəfdən isə 

bu bərabərsizliyin tam aradan qaldırmamağa çalışır. Çünki ciddi bərabərsizlik və tam 

bərabərlik, həm iqtisadi səmərəlilik, həm də sosial ədalət prinsiplərinə ziddir.   

Lakin  dövlət  birbaşa  və  dolayı  yolla  milli  gəlirin  təkrar  bölgüsünü  həyata 

keçirməklə bu bərabərsizliyi nisbi azaltmağa çalışır. Bunlara aşağıdakılar daxildir: 

• «transfert  ödəmələri»,  aztəminatlı  əhali  qruplarına,  əlillərə,  qocalara  və 

işsizlərə müavinət ödəmələri; 

• sosial əhəmiyyətli məhsul və xidmətlər üçün «qiymət tənzimlənməsi»; 

• gəlirlərin və transfert ödləmələrinin mövcud qanunla indeksasiya edilməsi;   

• bütün müəssisələrdə əmək ödənişinin bazası kimi «minimum əmək haqqı»nın 

tətbiq edilməsi; 

• nominal  gəlirlərin  artmasına  uyğun  olaraq  vergi  dərəcələrinin    artırılması 

kimi mütərəqqi vergi ödəməsinin tətbiqi; 

Bölgü demək olar ki, həmişə iqtisad elmində səmərəlilik problemi ilə bağlı ol-

muşdur. Əgər makro səviyyədə gəlirlərin bölgüsünə dövlət siyasəti prizmasından ba-

xılırsa,  mikro  səviyyədə  gəlirlərin  bölgüsü  ənənəvi  olaraq  istehsal  amillərinin  gə-

lirliliyinin təhlilindən keçir. Qeyd edək ki, funksional və şəxsi olmaqla gəlirlərin böl-

güsünün iki növü göstərilir.     



 

13

Gəlirlərin funksional bölgüsü - istehsal amillərinə əsaslanır. Gəlirlərin funksio-



nal bölgüsü cəmiyyətin pul gəlirlərinin əmək haqqı, renta, faiz və mənfəət kimi gəlir 

növləri ilə bağlıdır.  

Funksional  bölgü  əhalinin  ilkin  gəlirlərini  formalaşdırır.  Kiçik  mülkiyyət-

çilərin,  o  cümlədən həkimlərin,  vəkillərin,  fermerlərin, kiçik  və  korporativ  olmayan 

müəssisələrin  sahiblərinin  gəlirləri  əmək  haqqı,  gəlir,  renta  və  faizdir.  nkişaf  etmiş 

ölkələrin  təcrübəsi  göstərir  ki,  qarışıq  iqtisadiyyatda  ümumi  gəlirlərin  əsas  hissəsi 

ə

mək haqqı hesabına formalaşır.  



Məlum  olduğu  kimi,  istehsal  olunmuş  milli  gəlir  əvvəlcə  onun  istehsalçıları 

arasında  bölüşdürülür.  Burada  əmək,  torpaq,  kapital  və  sahibkarlıq  fəaliyyəti  isteh-

salın  başlıca  amilləri  kimi  çıxış  edirlər.  Buna  görə  də  həmin  gəlirlərin  bölgüsündə 

onun mülkiyyətçiləri iştirak edərək, əmək haqqı, faiz, renta mənfəət formasında gəlir 

ə

ldə  edirlər.  stehsal  olunan  milli  gəlirin  ilkin  bölgüsündən  sonra,  onun  yenidən 



bölgüsü  baş  verir  və  beləliklə,  milli  gəlirin  bölgüsü  həyata  keçirilir.  Bu  bölgüdə 

Ş

.Xəlilovun  fikirləri  ilə  ifadə  etsək,  “...milli  gəlirin  bilavasitə  istehsalı  ilə  məşğul 



olmayan  cəmiyyətin  digər  üzvləri  iştirak  edirlər.  Beləliklə,    milli  gəlirin  ilkin    və 

yenidən  bölgüsü  nəticəsində  cəmiyyətdə  bütün  üzvlərinin  və  sosial  qruplarının 

gəlirləri formalaşır (14, s. 161). Başqa sözlə, gəlirlərin tənzimlənməsi baş verir.     

qtisadi  nəzəriyyədən  məlum  olduğu  kimi,  milli  gəlir  cəmiyyətin  istehsal  və 

istehlak  tələbatını  ödəyən  həyat  səviyyəsini  formalaşdıran  ümumiləşdirilmiş  gəlir 

göstəricidir.  Milli  gəlirin  artırılması  istehsalın  və  sosial  təyinatlı  tədbirlərin  həyata 

keçirilməsinə şərait yaradır. Milli gəlirin bir hissəsi istehlak tələbatını ödəmək üçün 

ə

məyin  kəmiyyət  və  keyfiyyətindən  asılı  olaraq  bölünür,  şəxsi  istehlak  fondu  və 



alıcılıq qabiliyyəti formalaşır (9, s. 34-35). 

Milli gəlirin bölgüsündə əhalinin payını müəyyən edən gəlir səviyyəsi nominal 

gəlir  adlanır.  Nominal  gəlirlər  sahibkarın  və  əhalinin  xərclərini  ödəmək  üçün  ilkin 

bölgü  yolu  ilə  əldə  olunan  gəlirlərdir.  Lakin  maliyyə-kredit,  vergi,  qiymət  sistemi 

vasitəsilə  nominal  gəlirlərin  də  yenidən  bölgüsü  baş  verir.  Belə  ki,  dövlət    nominal 

gəlirlərdən  vergi  vasitəsilə  vəsait  toplayır  və  ümumi  cəmiyyətin  tələbatını  ödəmək 

üçün yenidən özünə qaytarır.  


 

14

Real  gəlirlər  isə  kəmiyyət  və  struktur  baxımından  nominal  gəlirlərdən 



fərqlənir. Belə ki, real gəlir – sərəncamda qalan gəlirlərlə əldə edilməsi mümkün olan 

məhsulların kəmiyyəti kimi başa düşülür. Real gəlirlər nominal gəlirlərin qiymət və 

tariflərin dəyişməsinə əsaslanaraq hesablanır. Ə.Q.Əlirzayevin fikrincə, real gəlirlərin 

dəyişməsinə təsir edən amillər nominal gəlirlərin dəyişməsinə başqa müstəvidə təsir 

göstərir  (9,  s.  35).  Gəlirlərin  real  bölgüsü  o  vaxt  mümkün  olur  ki,  həm  muzdlu 

işçinin,  həm  də  kapital  mülkiyyətçisinin  sosial  statusu  birmənalı  şəkildə  eyniləşsin. 

Göründüyü  kimi  istehsal  amillərinin  mülkiyyətçiləri  müxtəlif  istehsal  amillərinə 

sahib olduğundan gəlirlərin funksional bölgüsü onların gəlirlərini əks etdirmir.  

Gəlirlərin  şəxsi  bölgüsünə  gəldikdə  isə  bu,  onun  ev  təsərrüfatları  və  şəxslər 

arasında  paylanması  ilə  ölçülür.  Bu  zaman  dövlət  istehsal  amilləri  üzrə  əldə  edilən 

gəlirlərin  bir  hissəsini  vergi  formasında  onlardan  alır  və  yenidən  bölgü  əsasında 

aztəminatlı ailələrə, dövlət xərclərinin ödənilməsinə xərcləyir. Deməli, gəlirlərin şəx-

si bölgüsü cəmiyyətin məcmu gəlirlərinin ayrı-ayrı ev təsərrüfatları arasında bölgüsü 

ilə  bağlıdır.  Şəxsi  bölgü  qeyri-bərabərliyi  ilə  fərqlənir  və  bu  Pareto-Lorens-Cini 

metodologiyası  əsasında  müəyyən  edilir.  Hələ    XX  əsrin  əvvəllərində  Pareto  gəlir-

lərin  bölgüsünün  faktiki  göstəricilərinə  əsaslanaraq,  “Pareto”  qanununu  formalaş-

dırmışdır.  «Pareto  qanunu»na  görə  gəlir  səviyyəsi  və  onları  əldə  edənlərin  sayı 

arasında əks bağlılıq vardır. Başqa cür desək, gəlirlərin fərdi bölgüsü davamlı qeyri-

bərabərdir.  Pareto qanuna görə demək olar ki, gəlirlərin bölgüsündə qeyri-bərabərlik 

səviyyəsi  («Pareto  əmsalı»)  müxtəlif  ölkələrdə,  eynidir.  Çünki  Pareto  konsep-siya-

sında  gəlirlərin bölgüsünə  sosial və siyasi  amillərdən  asılı olmayan  və dəyişmə-yən 

amil kimi baxılır. Paretoya görə tarazlıq yalnız o halda mövcud olur ki, təkcə tələb-

təklif arasında deyil, eyni zamanda bazar münasibətləri iştirakçılarının rifah halında 

bərabərlik olsun. Eləcə də onun bütün iştirakçılarının rifahı yaxşılaşsın. Onun  rifah 

halı  meyarında  deyilir:  «heç  kimə  zərər  vurmayan  və  bəzilərinin  isə  vəziyyətini 

yaxşılaşdıran hər hansı dəyişikliyə ümumi yaxşılaşma kimi baxmaq lazımdır».  

Qeyd  edək  ki,  iqtisadi  nəzəriyyədə  gəlirlərin  bölgüsündəki  bərabərsizlik  qiy-

mətləndirilərkən müxtəlif yanaşmalardan istifadə olunur. Onlardan birincisi gəlirlərin 

bir  neçə  komponentinə  əsaslanır.  Bu  zaman  əsas  gəlir  mənbələrinə  görə  ümumi  


 

15

qiymətləndirmə  aparılır.  Burada  gəlirlərin  bərabərsizliyi  əmək  haqqından,  özünü 



məşğulluqdan  və  transfert  ödəmələrindən  əldə  edilən  gəlirlərin  ümumi  gəlirlərdə 

xüsusi  çəkisi  ilə  müqayisə  edilir.  Ancaq  bu  digər  gəlir  mənbələrinin  bərabərsizliyə 

təsirinin müəyyən edilməsinə imkan vermir. 

kinci  yanaşma  gəlirin  başqa  komponentlərinin  əlavəsi  zamanı  tədqiq  olunur. 

Bu  yanaşma,  digər  gəlir  komponentlərinin  ümumi  gəlirlərdə  bərabərsizliyə  təsirinin 

qiymətləndirilməsinə  imkan  verir.  Bununla  yanaşı  müəyyən  olunmuş  komponentin 

məbləği, ölçüsü bura əlavə olunan komponentlərin ardıcıllığından asılıdır.  

qtisadçıların  bir  çoxu  (U.Xatton,  S.Brittan,  L.Turrou,  C.K.Helbreyt)  belə 

qənaətə  gəlirlər  ki, gəlirlərin  qeyri-bərabər  bölgüsü probleminin  həlli  təkcə  milli  və 

dünya  iqtisadiyyatının  davamlılığından  deyil,  eləcə  də  gələcəkdəki  inkişaf 

trayektoriyasından asılıdır (75, s.38); (38, s.124); (73, s.86). 

Bölgü  münasibətlərinin  transformasiyasında  mühüm  yeri:  istehsal  amillərinə 

olan  tələb  və  təklif,  istehsal  amilləri  üzərində  çoxlu  mülkiyyət  formalarının  olması, 

işçilərin  əmək  haqqı,  dövlət  sektorunda  xidmət  edənlərin  məvacibi,  ev  təsərrüfat-

larının və torpaq mülkiyyətindən renta, kiçik sahibkarların gəliri (əmək haqqı kombi-

nasiyası, gəlir,   renta,  faiz və divident) və  s.  bu kimi  gəlir  mənbələri tutur.  Hazırda 

gəlirlərin bölgüsünün yeni üsulları fərdi mülkiyyətdən keçməklə, işçinin müəssisənin 

ə

mlakındakı  payına  və  korporativ  mülkiyyətin  formalaşmasına  uyğun  olaraq  həyata 



keçirilir. Bu bazar münasibətlərinin formalaşdığı bütün ölkələr üçün xarakterikdir. 

Gəlirlərin bölgüsünün sosial institutların yaranmasına və dağılmasına təsirinin 

təhlili,  keçid  dövründə  gəlirlərin  bölgüsü  mexanizmində  baş  verən  xüsusiyyətlərin 

tədqiq olunmasını tələb edir. Bu mexanizm 3 yanaşma blokundan ibarətdir.  

Birinci blok -  gəlirlərin  funksional  bölünməsini  təşkil  edir.  Belə bölgü  yalnız 

istehsal amillərinin qiymətini müəyyən edən istehsal amilləri bazarının formalaşması 

şə

raitində mümkündür.  stehsal amilləri bazarının strukturunda əmək bazarı mühüm 



rol oynayır.  

kinci blok –bu sosial təkrar bölgüdür. Bu bazar prosesi dövlətin müdaxiləsinə, 

gəlirlərin sosial qayğıya ehtiyacı olanlar arasında bölünməsinə əsaslanır, transfert və 

vergi mexanizminin köməyi ilə həyata keçirilir. 



 

16

Üçüncü  blok    –bölgü  xüsusi  maraqları  olan  qrupların  fəaliyyətinə  əsaslanır. 



Belə  bölgü  gəlirlərin  cəmiyyətdə  bölgüsünün  əvvəlki  iki  tipi  ilə  bağlıdır.  Gəlirlərin 

bölgüsünün bu üsulunun seçilməsi onun spesifik iqtisadi təbiətinə əsaslanır. 

Gəlirlərin  bölgüsündə  ictimai,  siyasi  və  iqtisadi  institutların  (institusional 

strukturun)  formalaşması  və  gəlirlərin  bölgüsündəki  nisbət  dəyişikliyini  təhlil  edər-

kən bununla bir sıra nöqsanların aradan qaldırıldığını görmək olar. Əgər institusional 

dəyişmə zamanı  gəlirlərin bölünməsi transformasiyasına kənar amillər qaçılmaz təsir 

göstərirsə onda, bu dəyişiklik əhəmiyyətini itirir və sosial gərginlik artır.  

Sosial  gərginliyin  artmasına  təsir  göstərən  əlavə  amil  gəlirlərin  sosial  qruplar 

və  regionlar  arasında  qeyri-bərabər  bölünməsidir.  Gəlirlərin  bölgüsündəki  qeyri- 

bərabərliyin  obyektiv,  subyektiv  və  spesifik  səbəbləri  vardır.  Gəlirlərin  qeyri 

bərabərliyinin obyektiv səbəbi ümumilikdə məşğulluğun faydalılığına, əmək haqqının 

ə

razi,  sahə, peşələrarası diferensiasiyasına,  təhsil  səviyyəsinə,  mülkiyyətə  sahibliyin 



qeyri-bərabərliyinə  əsaslanır.  Subyektiv  səbəbinə  gəldikdə  isə  bu  şəxsiyyətin 

xarakteri (uğur, əlaqə, risk, avantüristlik, diskriminasiya və s.) ilə bağlıdır. 

Amerika  iqtisadçısı  S.Kuznets  1955-ci  ildə  ilk  dəfə  olaraq  iqtisadi  inkişafla  

bərabərsizlik arasında bağlılıq olması məsələsinə diqqət yetirdi. O göstərdi ki, iqtisadi 

inkişaf başlanğıcda bərabərsizliyə aparır, sonra da bu bərabərsizlik azalır. Bu asılılıq 

Kuznets  əyrisi  adını  almışdır.(83)  Rovallion  Çen  1981-1994-cü  illərdə  67  inkişaf 

etməkdə  olan  və  keçid  iqtisadiyyatı  ölkəsinin  ev  təsərrüfatlarının  tədqiqini  apararaq 

bərabərsizliyin  dəyişməsi  ilə  iqtisadi  inkişaf  arasında  nisbi  asılılığı  tapdı.(71,  45) 

Oxşar nəticəni Mişel P. Keane və Esvard S. Prasad 2001-ci ildə 14 keçid iqtisadiyyatı 

ölkəsində keçid dövrünün ilk 8 ilini tədqiq edərək əldə etdi. Əvvəllər hesab edilirdi 

ki,  bərabərsizlik  iqtisadi  artımı  stimullaşdırır.  Bunu  onunla  izah  edirdilər  ki,  ilkin 

bərabərsizlik  varlıların  kapital  yığmasına  şərait  yaradır  və  yığılan  kapital  hesabına 

iqtisadi  inkişaf  stimullaşdırılır.(86,  27)  Sonralar  bərabərsizliyin  azaldılmasının 

iqtisadi  inkişafa  müsbət  təsir  göstərməsi  fikirləri  də  öz  yerini  tutmağa  başladı. 

Gəlirlərin  bölünməsində  bərabərsizliyin  iqtisadi  inkişafa  təsirini  aşağıdakı  kimi 

sıralamaq olar.  

1)  Qeyri-bərabərlik  iqtisadi  artıma  mənfi  təsir  göstərir.    belə  ki,  aztəminatlı 


 

17

insanları özlərinin potensialını və maddi imkanlarını genişləndirməkdən məhrum edir 



ki,  bu  da  uzunmüddətli  perspektivdə  iqtisadi  artım  üçün  ciddi  mənfi  təsir  göstərir. 

Gəlirlərin  bölünməsinin  təkmilləşdirilməsinə  yönələn  siyasət  ikili  xeyir  gətirə  bilər. 

Eyni vaxta qeyri-bərabərliyi azaldar və iqtisadi artıma imkan yaradar. 

2) Yüksək qeyri-bərabərlik sosial-siyasi dağıntıya,  cəmiyyətdə qeyri-sabitliyə 

səbəb olur, investisiya qoyuluşunu azaldır. 

3)  Nəhayət,  gəlirlərin  qeyri-bərabər  bölgüsü    cəmiyyətdə  iqtisadi  inkişafa 

(siyasi iqtisad nöqteyi-nəzərindən) mənfi təsir göstərir. 

Dünya təcrübəsinə nəzər salsaq görərik ki, yüksək bərabərsizlik olan ölkələrdə  

adətən şöhrətpərəst tədbirlərə, abadlıq, təmir-tikinti işlərinə meyl artır. Bundan başqa 

yüksək  bərabərsizlik  olan  ölkələrdə  ədalətsizlik,  cəmiyyətdə  bir  sinif  və  ya  ictimai 

qrup tərəfindən başqa sinif və ya ictimai qrupun mülkiyyətinin zorla əlindən alınması 

hallarının genişlənməsi yığıma marağı zəiflədir, kapital qoyuluşuna və əməyə stimulu 

azaldır,  iqtisadi  artımı  zəiflədir,  siyasi  vəziyyətin  kəskinləşməsinə  və  ciddi 

qarşıdurmaya gətirib çıxarır (44, s 13-14). 

Hazırda gəlirlərinin bölünməsində bərabərsizliyi qiymətləndirərkən ev təsərrü-

fatları  üzrə  statistik  göstəricilərdən  istifadə  edərək  az  və  ya  çox  gəlirlilər  arasında 

balansın gözlənilməsi vacibdir. Lakin bəzən cəmiyyətdəki mövcud bərabərsizliyi süni 

azaltmaq (yəni göstəricilərdə) üçün varlı ev təsərrüfatlarının sorğuya cəlb edilməməsi 

gəlirlərdə bərabərsizliyin qiymətləndirilməsinə imkan vermir.  

Aparılan  tədqiqat  işlərində  növbəti  addım  sosial-demoqrafik  xarakteristikanın 

milli  gəlirin    bölgüsünə  təsirinin  qiymətləndirilməsidir.  Bunlara:  demoqrafik  (ev 

təsərrüfatı  başçısının  yaşı,  cinsi,  təhsili,  məşğulluq  statusu)  və  məşğulluğun 

strukturunda dəyişikliklər, işsizlik, ev təsərrüfatının yaşadığı ərazi, sakinlik növü və 

s. aid edilir (44, s 19). 

Qeyd  edək  ki,  istehlak  səbəti  gəlir,  yaş,  peşə  və  başqa  əlamətləri  üzrə  dife-

rensiasiya olunaraq qiymətləndirilir. Minimum istehlak büdcəsi öz növbəsində insan-

ların  yaşaması  üçün  tələb  olunan  fizioloji  minimumun,  sağlamlığının  qorunmasının 

və digər tələbatlarının ödənilməsinin minimum həddi kimi başa düşülür. Bu hədd iş 

qüvvəsinin  təkrar  istehsalı  və  ölkədə  yoxsulluq  səviyyəsinin  müəyyənləşdirilməsi 


 

18

üçün vacibdir.  



Sosial  ədalət  anlayışına  və  onun  əsas  istiqamətlərinə:  utilitarizm  və  eqalita-

rizmdir. 

Sosial ədalətə çatmağın bu nəzəriyyələr çərçivəsində təklif olunan meyarlarını 

qısa şəkildə belə vermək olar. 

Utilitarizm  haqqında  remiya  Bentamik  (XIX  əsrin  əvvəli)  əsərlərində  rast 

gəlinir. Bu nəzəriyyəyə görə cəmiyyətin rifahı fərdlərin uğurlarının məcmusudur. Və 

dövlət məcmu nəticənin maksimallaşdırılmasının qayğısına qalmalıdır. 

Eqalitarizm  haqqında  Con  Roulzun  əsərlərində,  o  cümlədən  “Ədalət 

nəzəriyyəsi”  (1972)  kitabında  verilmişdir.  Roulz  bildirir  ki,  cəmiyyətin  rifahı  pis 

vəziyyətdə  yaşayan  fərdin  vəziyyətindən  asılıdır.  Başqa  sözlə,  vəziyyəti  daha  yaxşı 

olan fərdin rifahının istənilən yaxşılaşması cəmiyyət üçün rifahı daha pis olan fərdin 

vəziyyətinin pisləşməsinin yerini doldura bilməz 

Gəlirlərin  bərabərliyi  və  qeyri-bərabərliyi  arasında  seçim  -  ədalətsiz  iqtisadi 

effektliklə  sosial  ədalət  arasındakı  seçimdir.  Qeyd  edək  ki,  müasir  iqtisadi  nəzəriy-

yədə  «sosial  ədalət»  anlayışına:    «eqalitar»  və    «utilitar»  nəzəriyyələrinə  daha  çox 

rast  gəlinir.  Eqalitarizm  haqqında  Con  Roulzun  əsərlərində,  o  cümlədən  “Ədalət 

nəzəriyyəsi” ki tabında verilmişdir. Roulz bildlrlr ki, cəmiyyətin rifahı pis vəziyyətdə 

yaşayan  fərdin  vəziyyətindən  asılıdır.  Başqa  sözlə,  vəziyyəti  daha  yaxşı  olan  fərqin 

rifahının istənilən yaxşılaşması cəmiyyət üçün rifahı daha pis olan fərdin vəziyyətinin 

pisləşməsinin yerini doldura bilməz. 

Alimlər  yoxsulluqla  mübarizənin  bir  çox  variantını  təklif  edirlər.  Sözsüz  ki, 

fərqli  variantlar  (yanaşmalar)  yeni  ideyaların  meydana  çıxmasına  səbəb  olur. 

Yoxsulluqla  mübarizədə  güclü  dövlət  təsirinin  tərəfdarları  yoxsulluğa  sosial  və 

iqtisadi şəraitin nəticəsi kimi baxır və bunu  aztəminatlıların yoxsulluğun öhdəsindən 

gələ bilməməsi ilə izah edirlər. Onlar göstərirlər ki, qidalanmama, pis təhsil, dağılmış 

ailə,  diskriminasiya,  işləmək  imkanlarının  məhdudluğu  və  pis  ətraf  mühit 

yoxsulluğun  əsas  müəyyənləşdirici  amilidir.  Buna  görə  bu  fikrin  tərəfdarları  hesab 

edir ki, yoxsulluqla mübarizədə cavabdehlik məhz dövlətin üzərinə düşür. Dövlət ya 

yoxsulları  minimal  gəlirlərlə  təmin  etməlidir,  yaxud  da  yoxsulluğu  yaradan  şəraiti 


 

19

aradan qaldırmalıdır. Beləliklə, cəmiyyətdə gəlirlər birinci son məhsul təklifi, ikinci 



iqtisadi vəziyyətin bərabərliyi kimi müsbət əhəmiyyətə malikdir.  

Milli  gəlir  bölünməsində,  eləcə  də    tənzimlənməsində  vergilər  mühüm  rol 

oynayır.  Vergilər  real  şəxsi  gəlirlərin  ölçüsünü  müəyyən  edir.  Faiz  dərəcəsi  isə 

ə

manətlərin  artımına  təsir  göstərməklə  gəlirlərin  istehlak  hissəsinin  ölçüsünü, 



bununla yanaşı effektiv təklifin həqiqi artımını müəyyən edir. 

Ümumilikdə  milli  gəlirin  bölgüsü  və  yenidən  bölgüsündə,  həmçinin 

tənzimlənməsində   dövlət institutlarının üzərinə aşağıdakı funksiyalar düşür: 

- zəmanətli minimum əmək haqqını təyin etmək; 

-  iş həftəsinin maksimum həddini müəyyən etmək; 

- iqtisadiyyatın dövlət sektorunda əmək haqqını birbaşa tənzimləmək; 

- vergi tənzimləyicisi; 

- kollektiv müqavilələrin tənzimlənməsinin qanunvericiliyi; 

- ailənin zəmanətli minimum gəlirini təyin etmək kimi vasitələr mövcuddur. 

Bir  qayda  olaraq  əmək  haqqının  kəmiyyəti  vaxtaşırı  həmkarlar  ittifaqı  və 

sahibkar  birlikləri  arasında  bağlanan  kollektiv  müqavilələrdə  göstərilir.  Yerinə 

yetirilməsi  məcburi  olan  normativ  kimi  minimum  əmək    haqqını  təyin  etməkdə 

dövlətin  məqsədi  işəgötürənlərin  işçi  qüvvəsinə  məsrəflərin  azaldılmasına  cəhdini 

məhdudlaşdırmaqdan  ibarətdir.  Belə  bir  şəraitdə  işəgötürənlərin  rəqabətdən  istifadə 

üzrə imkanları azalır. Tarif müqavilələrində təshih olunmuş əmək haqqının kəmiyyəti 

saat  hesabı  haqqın  minimum  kəmiyyətini  ifadə  edir  və  işəgötürən  muzdlu  işçiyə 

ondan  aşağı  səviyyədə  təklif  etməyə  ixtiyarı  yoxdur.  şçi  də,  öz  növbəsində  haqqın 

azaldılmasına razılıq verməməlidir. Deməli, dövlətin təyin etdiyi zəmanətli minimum 

ə

mək haqqı, əmək haqqının yaşayış minimumundan aşağı düşməsinə və yoxsulluğun 



meydana gəlməsinə mane olan özünə xas sosial sabitləşdirici rol oynayır.  

Məlumdur ki, ailə əldə etdiyi gəlirin bir hissəsini (bəzən hamısını) öz tələbatını 

ödəmək üçün məhsul və xidmətlərə xərcləyir. Beləliklə, əldə edilən pulun bir hissəsi 

ailənin  özünün  iqtisadi  (təkrar  istehsal)  fəaliyyətin  maliyyələşməsinə  xərclənir. 

Ə

vvəldə qeyd etdiyimiz kimi, dövlət gəlirin bir hissəsini aztəminatlı, yoxsul, əlil və s. 



ə

hali  qruplarını  müdafiə  etmək  üçün  yenidən  bölür.  Beləliklə,  yenidən  bölgü  əhali  



 

20

gəlirlərinin  artırılmasına  deyil,  eyni  zamanda  büdcə  vəsaitlərinin  artırılmasına  və 



ə

halinin həyat səviyyəsinin yaxşılaşmasına təsir göstərir.  

Hazırda  müxtəlif  ölkələr  üzrə  həyat  səviyyəsini  müəyyənləşdirmək  və  müqa-

yisə etmək üçün istehlak səbəti (yaşayış minimumu) anlayışından istifadə olunur (13, 

s. 32). Şübhəsiz ki, gəlirlərin yenidən bölgüsü bütün müasir sivil dövlətlərin başlıca 

funksiyasıdır.  Bu  bölgüdə  dövlətin  qiymət  siyasəti  əhəmiyyətli  rola  malikdir.  sla-

hatlar prosesində aydın olur ki, qiymətin artması təkcə tələbin yığılmasından irəli gəl-

mir. Bu münasibətdə ən ciddi problem pul gəlirlərinin az idarə oluna bilən artımıdır. 

Nəticədə inflyasiya sürətlənir, real gəlirlər azalır və yoxsulluq səviyyəsi artır.  

Məlum  olduğu  kimi,  yoxsulluq  gəlirlərin  və  əmlakın  qeyri-bərabər  bölgüsü, 

yüksək  inflyasiya  şəraitində  gəlirlərin  indeksasiya  olunmaması,  məşğulluq  səviyyə-

sinin aşağı olması, siyasi qeyri-sabitlik və s. məsələlərlə birbaşa bağlıdır. Bu zaman 

gəlirləri,  yenidən  bölgüsü  ilə  bağlı  olan  funksiya  heç  də  az  əhəmiyyət  kəsb  etmir. 

Çünki  gəlirlərin  bölgüsünü  təmin  edən  konkret  mexanizmin  olmaması  sosial 

təbəqələşməni və yoxsulluğu dərinləşdirir. Xüsusilə insanların özündən asılı olmayan 

xəstəlik, əlillik, qocalıq və s bu kimi hallar yoxsulluğa əsas yaradır. Bu halda dövlət 

yığılan vergilərin yenidən bölgüsünü aparmaqla (sosial müdafiə, tibbi yardım, təhsil, 

müavinət)   yardım göstərir. 

Beləliklə,  milli  gəlir  və  onun  dinamikası  ölkədə  makroiqtisadi  proseslərin 

həyata  keçirilməsində,  iqtisadi  fəaliyyətin  tənzimlənməsində  və  həyat  səviyyəsinin 

qiymətləndirilməsində  əhəmiyyətli  yerlərdən  birini  tutur.  Bu  baxımdan  indiki  bazar 

münasibətləri  şəraitində  milli  gəlir  formalaşması  mənbələrinin,    strukturunun,  eləcə 

də    həyat  səviyyəsi  ilə  qarşılıqlı  əlaqəsinin  həm  nəzəri,  həm  də  praktiki  olaraq 

öyrənilməsi tələb olunur.  



Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə