AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0.57 Mb.

səhifə1/7
tarix09.12.2016
ölçüsü0.57 Mb.
  1   2   3   4   5   6   7

 

AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  



AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

«MAG STRATURA MƏRKƏZ » 

Ə

lyazması hüququnda 



Rüstəmova Günay Süleyman qızı 

 (Magistrantın soyadı, adı və atasının adı) 

 

«Dövlət büdcəsinin idarə olunmasında xəzinədarlığın rolunun artırılması» 

Mövzusunda 



MAG STRD SSERTAS YASI 

 

 

xtisasın şifri və adı     __060403 “Maliyyə”_ 



 

           xtisaslaşma                    “Maliyyə nəzarəti və audit” 

 

Elmi rəhbər:   

Magistrproqramının rəhbə

i.e.n. dos. R.N.Quşxani 

i.e.n. prof.       A.M.Kərimov 

 (А.S.А., elmidərəcə və elmi ad) 

 

 (А.S.А., elmidərəcə və elmi ad) 



Kafedra müdiri  (А.S.А., elmidərəcə və elmi ad):  

i.e.d. prof. M.X. Həsənli  

 

                                 BAKI   -   2 015 


 

MAG STR D SSERTAS YASININ  Ş PLANI 



 

Magistr  dissertasiyasının  adı:  «Dövlət  büdcəsinin  idarə  olunmasında 

xəzinədarlığın rolunun artırılması» 



Giriş ....................................................................................................................3 

 

Fəsil  1.  Dövlət  büdcəsinin  idarə  olunmasında  xəzinədarlığın  nəzəri  və  metodoloji 

ə

sasları...........................................................................................................5-27 

1.1

  Dövlət büdcəsinin nəzəri əsasları.........................................................................5 



1.2

  Dövlət büdcəsinin idarə olunmasının ənənəvi metodları.....................................14 

1.3

  Dövlət büdcəsinin idarə olunmasında Xəzinədarlıq Agentliyinin rolu...............24 



 

Fəsil  2.  Dövlət  büdcəsinin  idarə  olunmasında  xəzinədarlığın  rolunun  müasir 

vəziyyəti....................................................................................................29-50 

2.1


  Dövlət  büdcəsinin  xərclərinin  idarə  olunması  prosesində  xəzinədarlıın 

fəaliyyətinin təhlili.........................................................................................29 

2.2

  Dövlət büdcəsinin icrasında Xəzinədarlıq Agentliyinin fəaliyyəti.....................36 



2.3

  Dövlət kreditinin və büdcə kəsrinin istifadə və idarə olunmasının səmərəliliyinin 

artırılması  məqsədilə  xəzinədarlıq  sistemində  nəzarət  sisteminin  fəaliyyətinin 

təhlili......................................................................................................................43 

 

Fəsil  3.  Dövlət  büdcəsinin  idarə  olunmasında  xəzinədarlığın  rolunun  artırılması 

istiqamətləri....................................................................................................51-74 

3.1


  Dövlət büdcəsindən maliyyələşən bütün təşkilatlar üzrə maliyyə əməliyyatlarının 

müvafiq uçot qaydalarının təkmilləşdirilməsi.................................................51 

3.2

  Dövlət  büdcəsinin  xərclərinin  idarə  olunması  prosesində  Xəzinədarlıq 



Agentliyinn işinin səmərəliliyinin artırılması..................................................60 

3.3

  Dövlət Büdcəsinin darə edilməsində yeni texnologiyaların tətbiqi..................68 

 

Nəticə və təkliflər...........................................................................................75 

Ə

dəbiyyat siyahısı..........................................................................................77 

Xülasə.............................................................................................................79 

Summary........................................................................................................80 

Rezume..........................................................................................................81 

 

 



 

 

Magistrant     Rüstəmova Günay Süleyman qızı 



(A.S.A.) 

 

Elmi rəhbər    i.e.n. dos. R.N.Quşxani 

(A.S.A., elmi dərəcə və elmi ad) 

 

 



 

 

 



 

 

 



G R Ş 

 

Tətqiqatın  aktuallığı.Müasir  dünya  iqtisadiyyatında  qlobal  meyillərin 

dərinləşdiyi  bir  dövrdə  dövlətin  milli  maraqlarının  və  möqeyinin 

möhkəmlənməsinə  təsir  gostərən  əsas  faktorlardan  biri  düzgün  dövlət  büdcə 

siyasətidir.  Müstəqilliyin  ilk  illərindən  başlayaraq  Azərbaycan  Respublikasında 

aparılan  iqtisadi  islahatların  mühüm  istiqaməti  ölkə  iqtisadiyyatının  fiskal 

siyasətinin prioritetlərinin müəyyənləşdirilməsindən ibarətdir. Keçid iqtisadiyyatlı 

ölkələrdə  dövlət  büdcəsi  sosial  problemlərin  həllinə  və  nəticə  etibarı  ilə  sosial 

ə

dalətin bərpasına yönəldiyi üçün dövlət büdcəsinin idarə edilməsi və son illərdə 



Xəzinədarlıq  Agentliyinin  büdcə  idarə  etməsinin  təkmilləşdirilməsində  rolunu 

öyrənmək müasir dövrdə obyektiv zərurətdən irəli gəlir. 



Tətqiqat  işinin  öyrənilmə  səviyyəsi.  Dövlət  büdcəsinin  idarə  edilməsi 

məsələsinin  öyrənilməsi  çox  qədim  tarixə  malikdir.  Bu  məsələnin  tədqiqatı  ilə 

A.Smit, D.Rikardo, C.Keyns və digər iqtisadçılar məşğul olmuşlar. Qeyd olunan 

alimlərin tədqiqatları şübhəsiz boyük elmi dəyərə malikdir, amma onu da nəzərə 

almaq lazımdır ki, müasir maliyyə bazarları çox mürəkkəb və dəyişkəndirlər,buna 

görə də sürətlə dəyişən iqtisadi mühitə adekvat olaraq uyğun təhlillərin aparılması 

elmi nəzəriyyənin daimi yenilənməsini və təkmilləşdirilməsini tələb edir. 

        Bir  sıra  ölkələrdə  dövlətin  agentlik  və  institutları  büdcə  siyasətinə  birbaşa 

təsir etmək iqtidarına malikdirlər. 

Azərbaycan  Respublikasının  büdcəsinin  icrasında  və  büdcəyə  nəzarətdə  Dövlət 

Xəzinədarlıq  Agentliyi  Maliyyə  Nazirliyinin  fəaliyyətinin  təkmilləşdirilməsi 

tədbirləri həyata keçirir. 



Tədqiqatın  məqsədi.  Tədqiqatın  məqsədi  hazırki  qeyri-stabil  qlobal  iqtisadi 

şə

raitdə dövlət büdcəsinin idarə edilməsinin effektiv metodlarının təyin edilməsi 



və  Xəzinədarlıq  Agnetliyinin  bu  metodların  təkmilləşdirilməsində  rolunun 

müəyyən edilməsi, eyni zamanda təkliflərin hazırlanmasından ibarətdir.  



 

Tədqiqatın obyekti; Dövlət büdcəsi və Dövlət Xəznədarlıq Agentliyi 



Tədqiqatın predmeti; Müasir qeyri-stabil iqtisadi şəraitdə Dövlət Büdcəsinin 

idarə  edilməsində  Xəzinədarlıq  tərəfindən  həyata  keçirilən  işlər  və  tətbiq  edilən 

metodlarındakı dəyişikliklər. 

Tədqiqatın  nəzəri  və  metodoloji  əsasları.  Tədqiqatın  nəzəri  əsası  kimi 

müxtəlif 

Azərbaycan və dünya alimlərinin bu mövzu üzrə elmi araşdırmaları çıxış etmişdir. 

Mövzunun  hazırlanması  zamanı  tədqiqatın  ümum  elmi  metod  və  üsullarından 

istifadə edilmişdir; sistem, struktur-funksional təhlil, eləcə də sosioloji, iqtisadi və 

iqtisadi-sosioloji yanaşmalar. 



Dissertasiya  işinin  informasiya  bazasını    ASK-nin  və  Maliyyə  Nazirliyinin 

statistik məlumatları təşkil edir. 

Metodoloji  informasiya  və  metodoloji  baza  qismində  isə  müxtəlif  təşkilatların 

(Beynəlxalq valyuta fondu, Dünya Bakı və s. ) məlumatları, dövrü qəzet və jurnal 

buraxılışlarının  materialları,  internet  şəbəkəsi  resursları,  eləcə  də  AR  Mərkəzi 

Bankının,  Maliyyə  Nazirliyinin  və  qtisadi  inkişaf  Nazirliyinin  statistik 

materialları çıxış etmişdir. 

Tədqiqatın praktiki əhəmiyyəti. Dissertasiya işində alınan nəticə və təkliflər 

Dövlət  Büdcəsinin  idarə  edilməsində  Xəzinədarlıq  Agentliyinin  təcrübəsinin  və 

mövcud  qanunvericiliyin  təkmilləşdirilməsi  üçün  dövlət  hakimiyyəti  orqanları 

tərəfindən istifadə edilə bilər. 



Dissertasiyanın  strukturu.  Dissertasiyanın  hazırlanması  üçün  qarşıya 

qoyulmuş  məqsədlər  onun  məntiqini  və  strukturunu  müəyyən  etmişdir.  O 

girişdən, üç fəsildən,nəticə və təkliflərdən, ədəbiyyat siyahısından ibarətdir.  

Elmi yenilik: Dövlət kreditinin və büdcə kəsrinin istifadə və idarə olunmasının 

səmərəliliyinin  artırılması  məqsədilə  xəzinədarlıq  sistemində  nəzarət  sisteminin 

yaradılması. 

 

 



 

FƏS L 



1. 

DÖVLƏ

BÜDCƏS N N 

DARƏ 

OLUNMASINDA 

XƏZ NƏDARLIĞIN NƏZƏR  VƏ METODOLOJ  ƏSASLARI 

 

1.1 Dövlət büdcəsinin nəzəri əsasları 

 

Digər subyektlər kimi dövlət də bu və ya digər məqsədləri həyata keçirmək  



üçün  öz  büdcəsindən  istifadə  edir.  Dövlət  büdcəsini  əmələ  gətirən  amillər 

çoxşaxəli  olduğundan  büdcə  anlayışı  da  müxtəlif  ədəbiyyatlarda  fərqli  izah 

olunur.  Bir  qisim  mütəxəssislər  tərəfindən  dövlət  büdcəsinə  dövlət  gəlirlərinin 

toplumu  forması  kimi,  yəni  dövlətin  xəzinəsi  baxımından  yanaşılır.  Digər  qisim 

isə  dövlət  büdcəsi  dedikdə,  höküməti  müxtəlif  ehtiyaclarını  ödəmək  üçün  bir 

vasitə  kimi  nəzərdə  tuturlar.  “Dövlət  büdcəsi  haqqında”  Azərbaycan 

Respublikasının qanununda verilən tərif isə aşağıdakı kimidir:  

“Büdcə  –  Azərbaycan  Respublikasının  müvafiq  dövlət  hakimiyyəti  və 

özünüidarəetmə  orqanları  vasitəsilə  dövlətə  və  bələdiyyələrə  məxsus  vəzifə  və 

funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə 

olunması üçün əsas maliyyə sənədidir.” 

      “Dövlət  büdcəsi”  anlayışının  mahiyyətinə  gəldikdə  isə  burada  da  fərqli 

yanaşmalar  mövcüddur.  Bir  qrup  mənbələrdə  dövlət  büdcəsi  vəsaitlərin  vaxtli-

vaxtında  və  tam  həcmdə  toplanmasl  kimi,  digərlərində  isəyalnız  dövlət  büdcə 

xərclərinin  qarşılanması  kimi  izah  olunur.  Qədim  və  müasir  iqtisadi 

ə

dəbiyyatlarda  dövlət  büdcəsinin  metodları  və  prinsipləri,  eyni  zamanda  burada 



səmərililik  meyarlarının  izahı  sübut  edir  ki,  “dövlət  büdcəsi”anlayışı  daha  geniş 

mənanı  ifadə  edir.  Yəni,  bura  dövlət  büdcə  münasibətlərinin  bütün  mərhələləri 

daxildir. Beleliklə, sözügedən anlayışa aşağıdakı kimi tərif verə bilərik: 

“Dövlət 


büdcəsi 

– 

uyğun 



büdcə 

mənbələrinin 

tapılması, 

toplanmışvəsaitlərin  səmərəli  istifadə  olunması,  büdcə  kəsirinin  ödənilməsi 

məqsədilə  pul  fondlarının  və  ya  vəsaitlərinin  səfərbər  edilməsindən  ibarət 

tədbirlər kompleksidir.” 



 

      Dövlət büdcəsinin nəzəri əsaslarının tədqiqində klassik və müasir məktəblərin 



baxışları  kifayət  qədər  fərqlənir.  Bu  məktəblərin  dövlətin  büdcə  siyasətinə,  o 

cümlədən  ölkə  iqtisadiyyatına  büdcə  xərcləmələrinin  səmərəliliyinə  münasibəti 

fərqlidir. 

      Büdcə  haqqında  klassik  iqtisadi  nəzəriyyənin  banilərindən  biri  A.Smitin 

“Xalqların  sərvətlərinin  təbiəti  və  onların  səbəbləri  haqqında  tədqiqat”  adlı 

ə

sərində  yer  alır.  Bununla  müəllif  hələ  o  dövr  üçün  də  aktuallıq  daşıyan,  hətta, 



müasir  dövrdə  hər  bir  dövlətin  maliyyə  siyasətinin  ayrılmaz  hissəsi  olan  dövlət 

büdcəsi haqqında klassik baxışın əsasını qoymuşdur. 

Müxtəlif dövrlərdə dövlət büdcəsinə və büdcə sisteminə fərqli baxışlar olsa 

da,  hər  bir  dövlətin  konkret  tarixi  şəraitindən  asılı  olaraq,  mövcüd  şəraitdə 

optimal  olan  funksiyaları  yerinə  yetirən,  yəni  dövləti  maliyyə  vəsaiti  ilə  təmin 

etmək üçün formalaşmış dövlət büdcəsi olmalıdır. Dövlət özünün iqtisadi, sosial 

və  siyasi  vəzifələrini,  funksiyalarını  yerinə  yetirmək  üçün  mərkəzləşdirilmiş  pul 

vəsaiti fonduna malik olmalıdır.  ctimai – iqtisadi formasiyalar hətta dəyişiləndə 

belə  dövlətin  mühüm  elementləri  olan  vergilər,  istiqrazlar  və  dövlətə  xas  olan 

xərclər  kimi  kateqoriyalar  obyektiv  surətdə  zəruri olur.  Məhz bu cəhətlər dövlət 

büdcəsinin obyektiv bir iqtisadi kateqoriya kimi zəruri olmasını şərtləndirir. 

Bütün  dövlətlərin  iqtisadi  və  dövlət  quruluşuna  xas  olan  büdcə  sistemi 

təşəkkül tapmış və formalaşmışdır. Azərbaycan respublikasının iqtisadi sisteminə, 

onun dövlət quruluşuna xas olan büdcə sistemi yaranmışdır. 

Büdcə  sisteminin  qurulması  və  onun  bütün  növləri  arasında  qarşılıqlı 

ə

laqələr büdcə quruluşu adlanır. 



Büdcə  sistemində  birləşdirilən  ayrı-ayrı  müstəqil  büdcələrin  məcmusu 

dövlətin  büdcə  sistemini  təşkil  edir.  Büdcə  sistemi  bütün  büdcə  növlərinin 

məcmusunu özündə əks etdirir. Ölkənin büdcə sisteminin təşkili əsasları dövlətin 

Konstitusiyasında  və  büdcə  sistemi  haqqında  qanunlarda  əks  olunur.  Büdcə 

sisteminin  təşkili  müəyyən  prinsiplərə  əsaslanır  ki,  bu  prinsiplər  də  ölkənin 

iqtisadi, siyasi və sosial əsasların üzərində qurulmuşdur. 



 

Büdcə  sistemi  dövlətin  inzibati  ərazi  vahidinin  bütün  büdcələrinin 



məcmusunu  özündə  birləşdirdiyinə  görə  onlar  arasında  qarşılıqlı  münasibətlər 

qanunvericiliklə  tənzimlənir.  Büdcə  sisteminin  xarakteri  ölkənin  ictimai-iqtisadi 

və  siyasi  quruluşu  ilə  müəyyən  olunur.  Büdcə  sisteminin  təşkilati  quruluşu  və 

onların  qarşılıqlı  əlaqələri  dövlətin  iqtisadi  və  siyasi  təşkili  əsasında  müəyyən 

olunur. 

nkişaf  etmiş  ölkələrlə  (unitar  dövlətlərdə)  məsələn,  Böyük  Britaniyada, 

Fransa və s. kimi ölkələrdə büdcə sistemi dövlətin mərkəzi büdcəsindən və yerli 

özünüidarə  orqanlarının,  yerli  bələdiyyələrin  büdcələrindən  ibarətdir.  Federal 

dövlətlərin  büdcə  sistemi  üç  halqadan,  yəni  mərkəzi  federal  büdcədən, 

federasiyaya  daxil  olan  subyektlərin  büdcələrindən  və  yerli  orqanların 

büdcələrindən  ibarətdir.  Məsələn,  ABŞ-da,  Rusiyada,  Almaniya  Federativ 

Respublikasında və s. büdcə sistemi üç həlqədən ibarətdir. ABŞ-da federal büdcə, 

ş

tatların  büdcələri,  Rusiyada  respublikaların,  vilayətlərin  büdcələri  və  mərkəzi 



federasiyasının büdcəsindən ibarətdir. 

Azərbaycan  Respublikasının  büdcə  sistemi  mərkəzi  büdcədən,  yəni 

respublika  büdcəsindən,  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsindən  və  yerli 

hakimiyyət  orqanlarının,  o  cümlədən,  bələdiyyələrin  büdcələrindən  ibarətdir. 

Bütün  büdcə  növləri  arasında  qarşılıqlı  maliyyə  münasibətləri  Azərbaycan 

Respublikasının  Konstitusiyası  ilə  müəyyən  olunmuşdur.  Bununla  yanaşı 

Azərbaycanın  büdcə  sistemi  «Dövlət  büdcəsi  haqqında»  Azərbaycan 

Respublikasının qanunu ilə tənzimlənir. 

 

 


 

Azərbaycan Respublikasının 



büdcə sistemi 

Azərbaycan 

Respublikasının 

Dövlət büdcəsi 

(mərkəzi büdcə

 

Naxçıvan

 MR-nın 

büdcəsi 

 

Yerli 



büdcələr 

Respublika 



tabeçiliyində olan 

şəhərlərlərin 

büdcəsi 

 

Rayonların 

büdcələri 

 

Bələdiyyələrin 

büdcələri 

Azərbaycan  Respublikasının  büdcə  quruluşunu  aşağıda  sxem  formasında 

göstərmək olar: 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Deməli,  Azərbaycan  Respublikasının  büdcə  sistemi  Dövlət  büdcəsindən, 

yəni  mərkəzi  büdcədən,  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsindən  və  yerli 

büdcələrdən  ibarətdir.  Yerli  büdcələr  respublika  tabeçiliyində  olan  şəhərlərin 

büdcələrindən,  rayonların  büdcələrindən  və  bələdiyyələrin  büdcələrindən 

ibarətdir. 

Azərbaycan  Respublikasının  büdcə  sistemi  aşağıdakı  mühüm  prinsiplər 

ə

sasında qurulmuşdur: 



1. Büdcə sisteminin vahidliyi  

2. Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi. 

3. Gəlirəlin və xərclərin büdcələr arasında bölüşdürülməsi. 

4. Büdcələrin  gəlirləri  və  xərclərinin,  büdcədənkənar  dövlət  fondlarının  həmin 

büdcələrdə tam əks olunması. 

5. Büdcələrin balanslaşdırılması 



10 

 

6. Büdcə  vəsaitinin  istifadə  edilməsində  səmərəlilik  və  qənaət  rejiminə  əməl 



olunması. 

7. Büdcələrin aşkarlığı 

8. Büdcələrin həqiqiliyi (reallağı) 

9. Büdcə vəsaitinin ünvanlı və məqsədli istifadəsi 

Həmin prinsipləri nəzərdən keçirək. 

1. Büdcə  sisteminin  vahidliyi  onu  ifadə  edir  ki,  bütün  büdcə  həlqələri 

Azərbaycan  Respublikasının  vahid  büdcə  sistemində  birləşdirməklə  onların 

gəlirləri və xərcləri vahid büdcə təsnifatı əsasında qurulur. Həm də gəlirlərin və 

xərclərin  büdcə  həlqələri  arasında  bölüşdürülməsi  Respublikanın  ali 

qanunvericiliyinə  əsaslanır.  Bütün  büdcələr  gəlirlər  və  xərclər  haqqında 

məlumatları, büdcələrin tərtibi və icrasını büdcə təsnifatı üzrə aparırlar. 



2. Büdcələrin  müstəqillik  prinsipi  onda  ifadə  olunur  ki,  Azərbaycan 

Respublikasının  Ali  qanunvericiliyi  (Milli  Məclis)  əsasında  hər  bir  büdcə 

həlqəsinin müstəqil gəlir mənbəyi təyin edilir və büdcə vəsaitinin xərclənməsində 

müstəqil  olmaqla  onların  hüquqları  qanunla  tənzimlənir.  Büdcələrin  müstəqil 

fəaliyyət  göstərməsi  bütün  dövlət  hakimiyyəti  və  idarə  orqanlarının  hüquq  və 

səlahiyyətlərinə müvafiq olaraq zəruri gəlir mənbələri və buna müvafiq xərclərlə 

təmin  edilirlər.  Azərbaycan  Respublikasının  Ali  qanunvericiliyi  (Milli  Məclis) 

tərəfindən  hər  maliyyə  iliüçün  Respublikanın  Dövlət  büdcəsi  müzakirə  edilib 

təsdiq  olunarkən  Respublika  dövlət  büdcəsinin  və  eləcə  də  Naxçıvan  Muxtar 

Respublikasının  büdcəsi  və  yerli  büdcələr  üçün  tənzimləyici  gəlirlər  də  təyin 

edilir. Bununla yanaşı Naxçıvan MR və yerli hakimiyyət orqanları öz büdcələrini 

tərtib və təsdiq edərkən öz gəlir mənbələrini artırmaqda və ondan istifadə etməkdə 

qanun  dairəsində  tam  müstəqiliyə  malikdirlər.  Həm  də  Respublikanın  Ali 

Qanunvericiliyi ilə yerli orqanları verilmiş səlahiyyət dairəsində onlar əlavə gəlir 

mənbələri  aşkar  edə  və  buna  müvafiq  xərcləri  maliyyələşdirə  bilərlər.  Büdcə 

haqqında  qanun  icra  edilərkən  əlavə  əldə  edilmiş  gəlirlər,  habelə  gəlirlərin 



11 

 

xərclərdən artıq olan məbləği və büdcə xərclərinə edilmiş qənaət məbləği yuxarı 



büdcələrə alına bilməz. 

3. Gəlirlərin  və  xərclərin  büdcələr  arasında  bölüşdürülməsi  prinsipi  onu 

nəzərdə  tutur  ki,  hər  bir  dövlət  hakimiyyət  və  dövlət  idarəsi  orqanları  üçün 

müəyyən  gəlir  mənbələri  təyin  edilir  və  xərcləri  maliyyələşdirmək  səlahiyyəti 

verilir. 

4. Büdcələrin  gəlirləri  və  xərclərinin,  dövlət  büdcədənkənar  fondunun  tam 

ə

ks  olunması  prinsipi  ondan  ibarətdir  ki,  büdcələrin  və  büdcədənkənar  dövlət 

fondlarının bütün gəlirləri və xərcləri həmin büdcələrdə icbari qaydadad tam əks 

olunmalıdır.  Bütün  dövlət  və  bələdiyyə  xərcləri  büdcə  vəsaiti  hesabına, 

büdcədənkənar dövlət fondlarının vəsait hesabüna maliyyələşdirilməlidir. 



5. Büdcələrin  balanslaşdırılması    prinsipinə  görə  hər  bir  büdcə  növü 

balanslaşdırılmalıdır.  Bu  o  deməkdir  ki,  büdcələrdə  nəzərdə  tutulan  xərclərin 

həcmi  həmin  büdcənin  gəlirlərinin  həcminə  uyğun  olmalıdır  (büdcənin  kəsirini 

ödəmək üçün nəzərdə tutulan mənbələrdən daxil olan vəsaitlər də daxil olmaqla). 



 

6. Büdcə  vəsaitinin  səmərəli  və  qənaətlə  istifadə  edilməsi  prinsipi  onu  ifadə 

edir  ki,  əvvəlki  dövrdə  buraxılmış  büdcə  vəsaiti  iş  və  xidmətlərin  səviyyəsinə 

uyğun olmalı və qənaət rejiminə ciddi əməl  olunmalıdır. 

7. Büdcələrin  aşkarlığı  prinsipi  o  deməkdir  ki,  təsdiq  edilmiş  büdcələrin  və 

onların  icarəsı  haqqında  hesabatların  açıq  mətbuatda  dərc  edilməsi  icbaridir, 

büdcənin  icrasının  gedişi  haqqında  məlumatlar,  büdcələrin  tərtibi  və  icrası  üzrə 

dövlət  hakimiyyəti  və  idarəsi  orqanlarının  bütün  qərar  və  sərəncamları  kütləvi 

informasiya vasitələri vasitəsilə cəmiyyətin nəzərinə açıq bildirilməlidir. 

8. Büdcələrin  həqiqilik  prinsipi  onu  ifadə  edir  ki,  hər  bir  büdcə  növünün  

göstəriciləri müvafiq inzibati-ərazi vahidinin iqtisadi – sosial inkişaf proqramının 

göstəricilərinə uyğun tərtib ediləklə büdcənin gəlirləri və xərclərinin reallığı təmin 

edilməlidir. 



12 

 


: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə