Azərbaycan Respublikası adından 10 avqust 2016-cı il



Yüklə 57.12 Kb.
PDF просмотр
tarix11.06.2017
ölçüsü57.12 Kb.

 

 

 



 

 

 



 

 

 



 

QƏTNAMƏ  

Azərbaycan Respublikası adından 

 

10 avqust 2016-cı il                    



2(106)1412/2016                               Şirvan şəhəri 

 

Şirvan  Apellyasiya  Məhkəməsinin  Mülki  Kollegiyası  Mirzəyev  Nüsrət  Fətulla 



oğlunun  sədrliyi  ilə,  hakimlər  Heydərov  Tofiq  Xudayar  oğlundan  və  Cəbrayılov  Vüsal 

Adil oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh 

oğlunun  iştirakları  ilə  açıq  məhkəmə  iclasında  iddiaçı  «Amrahbank»  ASC-nin 

cavabdehlər  Məmmədov  Mehman  Əsgər  oğlu,  Məmmədova  Esmira  Müzəffər  qızı  və 

Abdullayev  Əfqan  Akif  oğluna  qarşı      kredit  borcunun  ödənilməsi  tələbinə  dair  2(073)-

146/2016  saylı  mülki  iş  üzrə  Cəlilabad  rayon  məhkəməsinin  28  yanvar  2016-cı  il  tarixli 

qətnaməsindən  cavabdeh  Abdullayev  Əfqan  Akif  oğlu  tərəfindən  verilmiş  apellyasiya 

şikayətinə  baxaraq 

MÜƏYYƏN  ETDİ 

 

Cəlilabad  rayon  məhkəməsinin  28  yanvar  2016-cı  il  tarixli,  2(073)-146/2016  saylı 



qətnaməsi  ilə  (sədrlik  edən  hakim  Mirələm  Quliyev)  iddiaçı  «Amrahbank»  ASC-nin 

cavabdehlər  Məmmədov  Mehman  Əsgər  oğlu,  Məmmədova  Esmira  Müzəffər  qızı  və 

Abdullayev  Əfqan  Akif  oğluna  qarşı  kredit  borcunun  ödənilməsi  tələbinə  dair  iddiası 

qismən təmin edilərək cavabdeh Məmmədov Mehman Əsgər oğlu ilə  bağlanmış 04 fevral 

2015-ci  il  tarixli,  04022015/121580  saylı  kredit  müqaviləsinə  və  Məmmədova  Esmira 

Müzəffər  qızı  və  Abdullayev  Əfqan  Akif  oğlu  ilə  bağlanmış  04  fevral  2015-ci  il  tarixli 

04022015/121580  saylı  zaminlik  müqaviləsinə  əsasən  cavabdehlər  Məmmədov  Mehman 

Əsgər  oğlu,  Məmmədova  Esmira  Müzəffər  qızı  və  Abdullayev  Əfqan  Akif  oğlundan 

17800  ABŞ dolları əsas, 6641 ABŞ dolları faiz, 100 ABŞ dolları  cərimə borcu olmaqla, 

cəmi 24541 ABŞ dolları (Azərbaycan  manatının həmin günə olan  məzənnəsi ilə) borcun 

və  30  manat  məbləğində  ödənilmiş  dövlət  rüsumunun  müştərək  qaydada  tutularaq 

“Amrahbank” ASC-yə ödənilməsi qət edilmişdir.  

Cavabdeh

  Abdullayev  Əfqan  Akif  oğlu 

tərəfindən 

Cəlilabad  rayon  məhkəməsinin 

28  yanvar  2016-cı  il  tarixli,  2(073)-146/2016  saylı

  qətnaməsindən  apellyasiya  şikayəti 

verilərək 

Cəlilabad  rayon  məhkəməsinin  28  yanvar  2016-cı  il  tarixli,  2(073)-146/2016 

saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi  

xahiş edilmişdir.  

 

İŞİN   HALLARI: 



 

İddiaçı 


“Amrahbank” 

ASC


-nin 

iddiası 


onunla 

əsaslandırılmışdır 

ki,        

«Amrahbank»  Açıq  Səhmdar  Cəmiyyətinin  Yasamal  filialı  ilə  borclu  Məmmədov 

Mehman  Əsgər  oğlu  arasında  04  fevral  2015-ci  il  tarixdə  bağlanmış  04022015/121580 

saylı  kredit  müqaviləsinə  əsasən  cavabdehə  illik  faiz  dərəcəsi  25%  olmaqla  09  ay 

müddətinə 17800 ABŞ dolları məbləğində kredit verilmişdir.  Kredit müqaviləsinə əsasən 


 

borcalan  krediti  və  ona  hesablanmış  faizləri  bankın  kassasına  ödəməyi  öz  üzərinə 



götürmüşdür.  Lakin  cavabdehə  bu  barədə  dəfələrlə  xəbərdarlıq  edilməsinə  baxmayaraq 

kredit  müqaviləsi  üzrə  üzərinə  götürdüyü  öhdəlikləri  yerinə  yetirməmiş  və  borc 

ödənilməmişdir.    Götürülmüş  kreditin  təminatı  olaraq 

“Amrahbank”  ASC

-nin  Yasamal 

filialı ilə Məmmədova Esmira Müzəffər qızı  və Abdullayev Əfqan Akif oğlu arasında 04 

fevral 2015-ci il tarixdə zaminlik  müqavilələri bağlanmışdır. Tərəflər arasında bağlanmış 

kredit  müqaviləsinin  5.1-ci  maddəsinə  əsasən  borclu  götürdüyü  öhdəlikləri  vaxtında 

yerinə  yetirmədikdə  yaranmış  mübahisələr  məhkəmə  qaydasında  həll  edilir.  Hal-hazırda 

cavabdehin banka 17800 ABŞ dolları əsas borcu, 6641 ABŞ dolları faiz borcu, 500 ABŞ 

dolları  cərimə  borcu  olmaqla  cəmi  24941  ABŞ  dolları  borcu  vardır.  Ona  görə  də  iddiaçı  

Məmmədov  Mehman  Əsgər  oğlu  ilə  bağlanmış  04  fevral  2015-ci  il  tarixli 

04022015/121580  saylı  kredit  müqaviləsinə,  Məmmədova  Esmira  Müzəffər  qızı  və 

Abdullayev Əfqan Akif oğlu ilə bağlanmış 04 fevral 2015-ci il tarixli  04022015/121580 

saylı  zaminlk  müqavilələrinə  əsasən  cavabdehlər  Məmmədov  Mehman  Əsgər  oğlu, 

Məmmədova  Esmira  Müzəffər  qızı  və  Abdullayev  Əfqan  Akif  oğlundan  17800  ABÇ 

dolları  əsas  borcun,  6641  ABŞ  dolları  faiz  borcunun,  500  ABŞ  dolları  cərimə  borcu 

olmaqla  cəmi  24941  ABŞ  dolları  borcun  və  30  manat  dövlət  rüsumunun  müştərək 

qaydada  tutulub  «Amrahbank»  Açıq  Səhmdar  Cəmiyyətinin  xeyrinə  verilməsi  barədə  

qətnamə çıxarılmasını xahiş etmişdir.     

 

APELLYASİYA    ŞİKAYƏTİNİN    DƏLİLLƏRİ: 



 

Cavabdeh  Abdullayev  Əfqan  Akif  oğlunun  apellyasiya  şikayəti  onunla 

əsaslandırılmışdır  ki,  birinci  instansiya  məhkəməsinin  qətnaməsi  maddi  və  prosessual 

hüquq  normalarının  pozulması  ilə  çıxarılmış,  məhkəmə  işin  faktiki  halını  araşdırmadan, 

cavabdehin iştirakını təmin etmədən iş üzrə əsassız nəticəyə gəlmişdir. 

İş  üzrə  tərəflərə 

məhkəmə  iclasının  vaxtı  və  yeri  barədə  məlumat  verilməsinə 

baxmayaraq  məhkəmə  iclaslarında  iştirak  etməmişlər.  Məhkəmə  kollegiyası  Azərbaycan 

Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  376.2-ci  maddəsinə  əsasən  işə  tərəflərin  

iştirakı olmadan baxılmasını mümkün hesab etdi.   

 

HÜQUQİ    MƏSƏLƏLƏR 



 

Azərbaycan  Respublikası  MPM-nin  14.2-ci  maddəsinə  əsasən  məhkəmə  yalnız 

tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.  

Həmin  Məcəllənin  77.1-ci  maddəsinə  əsasən  hər  bir  tərəf  öz  tələblərinin  və 

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.   

İş  materialları  ilə  müəyyən  olunur  ki,  kreditor  «Amrahbank»  Açıq  Səhmdar 

Cəmiyyətinin  Yasamal  filialı  ilə  borclu  Məmmədov  Mehman  Əsgər  oğlu  arasında 

bağlanmış 04 fevral 2016-cı il tarixli, 04022015/121580 saylı nömrəli kredit müqaviləsinə 

əsasən borcluya illik 25 % olmaqla  09 ay müddətinə ödəmək şərti ilə 17800 ABŞ dolları 

məbləğində    kredit  verilmişdir.  Kredit  müqaviləsinə  əsasən  borcalan  krediti  və  ona 

hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür.  

Kredit  müqaviləsi  üzrə  yaranmış  öhdəliyin  icrasının  təmin  edilməsi  üçün  digər 

cavabdehlər  Abdullayev  Əfqan  Akif  oğlu  ilə  04  fevral  2015-ci  il  tarixdə  


 

04022015/121580  saylı  və  Məmmədova  Esmira  Müzəffər  qızı  ilə  04  fevral  2015-ci  il 



tarixdə  04022015/121580 saylı zaminlik müqavilələri bağlanmışdır.  

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372.1-ci  maddəsinə 

əsasən  apellyasiya  instansiyası  məhkəməsi  tam  hüquqlu  məhkəmə  kimi  işə,  işdə  olan  və 

əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.  

Həmin  Məcəllənin  372.7-ci  maddəsinə  əsasən  apellyasiya  instansiyası  məhkəməsi 

şikayətin  dəlillərindən  asılı  olmayaraq,  məhkəmənin  maddi  və  prosessual  hüquq 

normalarına riayət etməsini yoxlayır. 

Məhkəmə  kollegiyası  işin  müyyən  edilmimş  faktiki  hallarına  münasibətdə 

aşağıdakıları qeyd etməyi zəruri hesab edir: 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  385.1-ci  maddəsinə  görə  öhdəliyə 

əsasən  bir  şəxs  (borclu)  başqa  şəxsin  (kreditorun)  xeyrinə  müəyyən  hərəkəti  etməlidir, 

məsələn,  pul  ödəməli,  əmlak  verməli,  iş  görməli,  xidmətlər  göstərməli  və  i.a.  və  ya 

müəyyən  hərəkətdən  çəkinməlidir,  kreditorun  isə  borcludan  vəzifəsinin  icrasını  tələb 

etmək hüququ vardır.  

Həmin  Məcəllənin  386.1-ci  maddəsinin  tələbinə  görə  öhdəliyin  zərər  vurulması, 

əsassız  varlanma  və  ya  bu  Məcəllədə  nəzərdə  tutulmuş  digər  əsaslar  nəticəsində  əmələ 

gəlməsi  halları  istisna  olmaqla,  öhdəliyin  əmələ  gəlməsi  üçün  onun  iştirakçıları  arasında 

müqavilə olmalıdır. 

Göründüyü  kimi  qeyd  olunan  maddi  hüquq  normaları  tələbin  qanuni  əsası  kimi 

çıxış  etməklə  mübahisə  olunan  hüquq  münasibətinə  tətbiqi  belə  nəticəyə  gəlməyə  əsas 

verir  ki,  bir  tərəfdən  Məmmədov  Mehman  Əsgər  oğlu,  digər  tərəfdən  isə  “Amrahbank” 

ASC  olmaqla  04  fevral  2015-ci  il  tarixdə  kredit  müqaviləsi  bağlanmış,  həmin  kredit 

öhdəliyinin  təminatı  kimi  04  fevral  2015-ci  il  tarixdə  Abdullayev  Əfqan  Akif    oğlu  və 

Məmmədova Esmira Müzəffər qızı ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmış və 

bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik 

münasibətləri yaranmışdır. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  425.1-ci  maddəsinə  əsasən  öz 

hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın 

tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə 

və  bu  Məcəllənin  tələblərinə  müvafiq  surətdə,  belə  şərtlər  və  tələblər  olmadıqda  isə 

işgüzar  adətlərə  və  ya  adətən  irəli  sürülən  digər  tələblərə  müvafiq  surətdə  hərəkət 

etməlidir. 

Həmin  Məcəllənin  442-ci  maddəsinə  əsasən  öhdəliyin  icra  edilməməsi  dedikdə, 

onun  pozulması  və  ya  lazımınca  icra  edilməməsi  (vaxtında  icra  edilməməsi,  mallarda, 

işlərdə  və  xidmətlərdə qüsurlarla  və  ya öhdəliyin  məzmunu  ilə  müəyyənləşdirilmiş  digər 

şərtləri pozmaqla icra edilməsi) başa düşülür.  

Həmin  Məcəllənin  443.1-ci  maddəsinə  əsasən  öhdəliyini  icra  etməyən  borclu 

kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa 

görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 

Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə 

nəticəsində  vurduğu  zərər  üçün  və  gecikdirmə  zamanı  təsadüfən  baş  vermiş  icra 

mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.  

Qanunun  yuxarıda  göstərilən  tələblərinin  işin  halları  üzrə  tətbiqi  belə  nəticəyə 

gəlməyə əsas verir ki, borclu Məmmədov Mehman Əsgər  oğlu 04 fevral 2015-ci il tarixli 

kredit  müqaviləsinə  əsasən  kreditor  “Amrahbank”  ASC  qarşısında  götürdüyü  öhdəliyi 


 

icra  etməməklə  (vaxtında  icra  etməməklə  və  qüsurla  icra  etməklə)  kreditora  ziyan 



dəymişdir və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət 

daşıyır.   

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  448.1-ci  maddəsinə  əsasən  əgər  bu 

Məcəllə  ilə  və  müqavilə  ilə  ayrı  qayda  müəyyənləşdirilməyibsə,  borclu  onun  risk 

dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.  

İş  materiallarına  əlavə  olunmuş  04  fevral  2015-ci  il  tarixli  kredit  müqaviləsindən 

görünür  ki,  həmin  müqavilədə  göstərilən  kredit  məbləğinin  ödənilməsi  ilə  bağlı  tərəflər 

arasında  ayrı  qayda  nəzərdə  tutulmamışdır.  Ona  görə  də  qanununun  yuxarıda  göstərilən 

tələbini  əsas  tutaraq  belə  nəticəyə  gəlmək  olar  ki,  Məmmədov  Mehman  Əsgər  oğlu  icra 

edilməyən digər məbləğlər üçün də cavabdehdir.  

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  470.1-ci  maddəsinə  əsasən  zaminlik 

müqaviləsi  üzrə  zamin  başqa  şəxsin  kreditoru  qarşısında  həmin  şəxsin  öz  öhdəliyini 

tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.  

Həmin  Məcəllənin  472.1-ci  maddəsinə  əsasən  borclu  zaminliklə  təmin  edilmiş 

öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik 

müqaviləsində  zaminin  subsidiar  məsuliyyəti  nəzərdə  tutulmayıbsa,  zamin  və  borclu 

kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 

Həmin Məcəllənin 472.2-ci  maddəsinin tələbinə  görə əgər zaminlik  müqaviləsində 

ayrı  qayda  nəzərdə  tutulmayıbsa,  faizlərin,  borc  tutulması  üzrə  məhkəmə  xərclərinin  və 

borclunun  öhdəliyi  icra  etməməsi  və  ya  lazımınca  icra  etməməsi  nəticəsində  kreditora 

dəyən  digər  zərərin  əvəzinin  ödənilməsi  də  daxil  olmaqla,  zamin  kreditor  qarşısında 

borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 

İş  materiallarından  görünür  ki,  tərəflər  arasında  bağlanmış  kredit  müqaviləsinin 

təminatı olaraq  Kredit Təşkilatı  ilə  Abdullayev Əfqan  Akif oğlu  və Məmmədova  Esmira 

Müzəffər qızı arasında bağlanmış zaminlik müqavilələri Azərbaycan Respublikası MM-in 

471-ci  maddəsinin  tələbinə  uyğun  olaraq  yazılı  şəkildə  bağlanmış  və  müqavilə  zaminlər 

Abdullayev  Əfqan  Akif  oğlu  və  Məmmədova  Esmira  Müzəffər  qızının  iradə  ifadəsinə 

zidd olmamış və onlar tərəfindən imzlanmışdır. Həmin müqavilələrlə onlar faizlərin, borc 

tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca 

icra  etməməsi  nəticəsində  kreditora  dəyən  digər  zərərin  əvəzinin  ödənilməsi  də  daxil 

olmaqla,  kreditor  qarşısında  borclu  ilə  eyni  həcmdə  məsuliyyət  daşımasına  razılıq 

vermişlər.   

Məhkəmə  kollegiyası  belə  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi  tərəfindən 

iddia  tələbi  təmin  edilərkən  maddi  və  prosessual  hüquq  normaları  düzgün  tətbiq 

edilmişdir. Ona görə də cavabdeh Abdullayev Əfqan Akif oğlunun apellyasiya şikayətinin 

birinci  instansiya  məhkəməsinin  qətnamə  qəbul  edərkən  maddi  və  prosessual  hüquq 

normalarını pozması və işin faktiki hallarını araşdırmaması barədə dəlilləri əsassızdır.  

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  389.1-ci  maddəsinə  əsasən  mülki 

hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya 

bir neçə şəxsin razılaşması müqavilə sayılır. 

Həmin Məcəllənin 399.1-ci  maddəsinə əsasən  müqavilə bağlandığı andan qüvvəyə 

minir və tərəflər üçün məcburi olur.   

Tərəflər 

arasında 

öhdəlik 

münasibətləri 

rəsmiləşdirilərkən 

Azərbaycan 

Respublikasının  Mərkəzi  Bankının  İdarə  Heyəti  tərəfindən  34  saylı  protokol  ilə  qəbul 

edilmiş  və  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyi  tərəfindən  10  dekabr  2008-ci  il 



 

tarixdə 3462 sayla qeydiyyata alınmış «Banklarda kreditlərin verilməsi qaydaları»nın hər 



hansı bir tələbi pozulmamışdır.  

Məhkəmə  kollegiyası  belə  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsinin  gəldiyi 

nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci 

instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları 

tam  araşdırılmışdır.  Ona  görə  də  məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlillərini 

formal mülahizə hesab edir. 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  385.2-ci  maddəsinə  görə 

birinci  instansiya  məhkəməsinin  faktlar  nöqteyi-nəzərindən  qanuni  və  əsaslı  olan  və 

mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.  

Şərh  olunanlara  əsasən  və  Azərbaycan  Respublikasının  Mülki  Prosessual 

Məcəlləsinin 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər 

tutaraq məhkəmə kollegiyası 

QƏT  ETDİ:  

 

Cavabdeh  Abdullayev 

Əfqan  Akif  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayəti 

təmin edilməsin.    

Cəlilabad  rayon  məhkəməsinin  28  yanvar  2016-cı  il  tarixli,  2(073)-146/2016  saylı 

qətnaməsi dəyişdirilməsin. 

Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində 

Şirvan  Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  

Mülki  Kollegiyasına  kassasiya  şikayəti  verilə  bilər. 

Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən 

sonra qanuni qüvvəyə minir.  

 

 



 

             Sədrlik edən:                         Nüsrət Mirzəyev 

 

                  Hakimlər:                         Tofiq Heydərov 



                                                            

                                                            Vüsal Cəbrayılov 

 

 

 



Sədrlik edən: İmza. 

Hakimlər: İmzalar. 

 Əsli ilə düzdür. Hakim:                           Nüsrət Mirzəyev

 

 



 

 

 



 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə