Azərbaycan Respublikası adından 22 iyun 2016-cı il



Yüklə 203,93 Kb.
Pdf görüntüsü
tarix06.02.2017
ölçüsü203,93 Kb.
#7839

 

 

 

 

 

 

 

 

 

     

Surət: 

 

 

 

 

 

Q Ə R A R  

Azərbaycan Respublikası adından

 

 

22 iyun 2016-cı il   



 

     İş № 1(106)-382/2016   

 

         



     Şirvan şəhəri 

 

Şirvan  Apellyasiya  Məhkəməsinin  Cinayət  Kollegiyasının  hakimləri:  Babayev  Zəki  Baba  oğlu  (sədrlik  edən,  məruzəçi 



hakim), Dosiyev Amil Qaraxan oğlu və Novruzov Ələsgər Əli İskəndər oğludan ibarət tərkibdə, məhkəmə iclası katibi Həbibov 

Fərid  Fərhad  oğlunun,  dövlət  ittihamçısı  -  Azərbaycan  Respublikası  Baş  Prokurorluğunun  Dövlət  İttihamının  Müdafiəsi  üzrə 

İdarəsinin  prokuroru  Hüseynov  Elnar  Əli  oğlunun,  zərərçəkimş  şəxsin  hüquqi  varisi  Ədilov  Davud  Nəcəf  oğlunun,  məhkum 

edilmiş  şəxs  Şirəliyev  Sərhəd  Səhhəd  oğlunun  və  onun  müdafiəçisi,  Şirvan  şəhər  Hüquq  Məsləhətxanasının  vəkili  Əhmədova 

Ulduzə  Mehdi  qızının  iştirakları  ilə,  Şirəliyev  Sərhəd  Səhhəd  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  120.1-ci  maddəlsi  ilə 

məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-148/2016 saylı, 05 aprel 2016-cı il tarixli hökmündən, 

zərərçəkimş  şəxsin  hüquqi  varisi  Davud  Ədilov  və  məhkum  edilmiş  şəxs  Sərhəd  Şirəliyev  tərəfindən  verilmiş  apellyasiya 

şikayətlərinə apellyasiya icraatı qaydasında, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq 



 

Müəyyən     etdi: 

 

Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  1(089)-148/2016 saylı,  05  aprel  2016-cı  il  tarixli  hökmü  ilə  (hakimlər  Nizami 



Quliyev (Sədrlik edən və məruzəçi hakim), Oruc Cəlilov və Xamməd Nuriyev) 

 

1935-ci  ildə  Sabirabad  rayonunun  Kolanı  kəndində  anadan  olmuş,  Azərbaycan 



Respublikasının  vətəndaşı,  dul,  orta  təhsilli,  təqaüdçü,  məhkumluğu  olmayan, 

Hacıqabul rayonu, Kolanı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, 

08 avqust 2015-ci il tarixdən həbsdə saxlanılan Şirəliyev Sərhəd Səhhəd oğlu 

 

Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətə azaddlqdan məhrum etmə cəzasına 



məhkum  edilmiş,  cəzasını  ciddi  rejimli  cəzaçəkmə müəsisəsində  çəkməsi,  cəzasının  başlanğıcının  08  avqust  2015-ci  il  tarixdən 

hesab  edilməsi,  barəsində  seçilmiş  həbs  qətimkan  tədbirinin  hökm  qanuni  qüvvəsini  alana  kimi  dəyişdirilməməsi,  Hacıqabul 

rayon prokurorluğunda saxlanılan iş üzrə maddi sübutlar - cinayətin aləti olan «H 12951» nömrəli 1 ədəd qoşalüləli ov tüfəngi və 

18 ədəd patronun Azərbaycan Respublikası DİN-nin təchizat idarəsinə təhvil verilməsi, 1 ədəd köynəyin, 1 ədəd şalvarın, 1 ədəd 

tumanın  (trusik),  3  ədəd  gilizin,  2  ədəd  tıxacın,  3  ədəd  qırmanın  və  hadisə  yerində  qana  bənzər  gölməçədən  hopma  üsulu  ilə 

pambıqla götürülmüş nümunənin məhv edilməsi, iş üzrə   79 manat 40 qəpik məbləğində ekspertiza xərcinin Sərhəd Şirəliyevdən 

alınıb dövlət büdcəsinə keçirilməsi, iş üzrə mülki iddianın baxılmamış saxlanılması qərara alınmışdır. 

 

İşin     halları: 



 

İstintaq orqanı tərəfindən Şirəliyev Sərhəd Səhhəd oğluna Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ittiham 

verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, 

Sərhəd Şirəliyev  oğlu Cahangir Şirəliyevin onunla birlikdə yaşayan arvadı,  yəni gəlini Novruzova Fəridə Əlişah qızının qapıbir 

qonşusu Ədilov Habil Nəcəf oğlu ilə görüşüb intim münasibətdə olmasından şübhələnərək, qisas almaq niyyəti ilə 12 may 2015-ci 

il tarixdən sonuncunu qəsdən öldürmək qərarına gəlib, özünə məxsus olan zavod üsulu ilə hazırlanmış «İJ-27 E» modelli, H12951 

nömrəli, 16 kalibirli, patronluğunun uzunluğu     70 mm. olan, daxili çaxmaqlı, hamar lüləli, qoşalülə odlu ov tüvəngini patronları 

ilə  birlikdə  yaşadığı  evdə  hazır  vəziyyətdə  saxlayaraq  cinayətkar  niyyətini  həyata  keçirmək  üçün  münasib şəraitin  yaranmasını 

gözləmiş, nəhayət əvvəllər dəfələrlə müşahidə etməsi ilə 08 avqust 2015-ci il tarixdə saat 07 radələrində Habil Ədilovun özünə 

məxsus mal-qaranı örüşə ötürmək üçün küçəyə çıxacağını bilib, həmin ov tüfənginin patronluğuna 2 ədəd patron qoyaraq atəşə 

hazır  vəziyyətə  gətirib  küçəyə  çıxmış,  həyətə  giriş  qapısının  qarşısında  bir  qədər  dayanıb  Habil  Ədilovun  küçəyə  çıxmasını 

gözləmiş,  sonuncunun  mal-qarasını  tövlədən  çıxarıb  örüşə  ötürdüyünü  gördükdə  arxadan  ona  yaxınlaşaraq  təxminən  10  metr 

məsafədən  Habil  Ədilovun  kürək  nahiyyəsini  nişan alıb  qəsdən  onu  öldürmək  məqsədi  ilə bir  dəfə  atəş  açmış, sonuncunun sağ 

böyrü üstə yerə yıxılmasından sonra isə yaxınlaşaraq yaxın məsafədən sinə nahiyyəsinə daha 2 dəfə atəş açaraq ona döş qəfəsinin 

və  sol  dirsək  oynağı  nahiyəsinin  yaralanması  nəticəsində  ürəyin  və  sol  ağ  ciyərin  zədələnməsi,  sol  dirsək  oynağı  nahiyəsində 

arteriya və venaların didilib dağılmasından sonra baş vermiş daxilə və xaricə qan itirmə ilə nəticələnməklə ölümünə səbəb olan, 

yetirildiyi  anda  həyat  üçün  təhlükəli  olan  sağlamlığa  ağır  zərər  vurmaya  aid  xəsarətlər  yetirərək  onu  qəsdən  öldürmüş,  yəni 

qəsdən həyatdan məhrum etmişdir. 

 

Apellyasiya  şikayətlərinin  dəlilləri: 

 

Hökmdən zərərçəkimş şəxsin hüquqi varisi Ədilov Davud Nəcəf oğlu  və məhkum edilmiş şəxs Şirəliyev Sərhəd Səhhəd 



oğlu apellyasiya şikayətləri vermişlər. 

Zərərçəkimş  şəxsin  hüquqi  varisi  Davud  Ədilov  apellyasiya  şikayətini  onunla  əsaslandırmışdır  ki,  Lənkəran  Ağır 

Cinayətlər  Məhkəməsinin  1(089)-148/2016  saylı,  05  aprel  2016-cı  il  tarixli  hökmü  ilə  S.S.Şirəliyev  Azərbaycan  Respublikası 

CM-in  120.1-ci  maddəsi  ilə  təqsirli  bilinərək  12  (on  iki)  il  müddətə azaddlqdan məhrum  etmə  cəzasına  məhkum  edilmiş,  onun 

həmin cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi və cinayət işi üzrə mülki iddianın baxılmamış saxlanılması qərara 

alınmışdır. 

İttiham  aktına  əsasən  guya  təqsirləndirilən  şəxs  S.S.Şirəliyev  oğlu  Cahangir  Şirəliyevin  onunla  birlikdə  yaşayan  arvadı, 

yəni gəlini Novruzova Fəridə Əlişah qızının qapıbir qonşusu Ədilov Habil Nəcəf oğlu ilə görüşüb intim münasibətdə olmasından 

şübhələnərək, qisas almaq niyyəti ilə 12 may 2015-ci il tarixdən sonuncunu qəsdən öldürmək qərarına gəlib, özünə məxsus olan 

zavod üsulu ilə hazırlanmış «İJ-27 E» modelli, H12951 nömrəli,             16 kalibirli, patronluğunun uzunluğu 70 mm olan, daxili 



 

2

çaxmaqlı, hamar lüləli, qoşalülə odlu ov tüvəngini patronları ilə  birlikdə  yaşadığı  evdə  hazır  vəziyyətdə  saxlayaraq  cinayətkar 



niyyətini həyata keçirmək üçün münasib şəraitin yaranmasını gözləmiş, nəhayət əvvəllər dəfələrlə müşahidə etməsi ilə 08 avqust 

2015-ci  il  tarixdə  saat  07  radələrində  Habil  Ədilovun  özünə  məxsus  mal-qaranı  örüşə  ötürmək  üçün  küçəyə  çıxacağını  bilib, 

həmin  ov  tüfənginin  patronluğuna  2  ədəd  patron  qoyaraq  atəşə  hazır  vəziyyətə  gətirib  küçəyə  çıxmış,  həyətə  giriş  qapısının 

qarşısında  bir  qədər  dayanıb  Habil  Ədilovun  küçəyə  çıxmasını  gözləmiş,  sonuncunun  mal-qarasını  tövlədən  çıxarıb  örüşə 

ötürdüyünü gördükdə arxadan ona yaxınlaşaraq təxminən 10 metr məsafədən Habil Ədilovun kürək nahiyyəsini nişan alıb qəsdən 

onu  öldürmək  məqsədi  ilə  bir  dəfə  atəş  açmış,  sonuncunun  sağ  böyrü  üstə  yerə  yıxılmasından  sonra  isə  yaxınlaşaraq  yaxın 

məsafədən sinə nahiyyəsinə daha 2 dəfə atəş açaraq ona döş qəfəsinin və sol dirsək oynağı nahiyəsinin yaralanması nəticəsində 

ürəyin və sol ağ ciyərin zədələnməsi, sol dirsək oynağı nahiyəsində arteriya və venaların didilib dağılmasından sonra baş vermiş 

daxilə və xaricə qan itirmə ilə nəticələnməklə ölümünə səbəb olan, yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər 

vurmaya aid xəsarətlər yetirərək onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. 

Qeyd  olunmalıdır  ki,  Sərhəd  Şirəliyevə  Azərbaycan  Respublikası  CM-nin  120.1-ci  maddəsinin  sanksiyası  həddində 

yüngül cəza təyin edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Sərhəd 

Şirəliyevin verdiyi ifadələrlə, iş üzrə şahidlərin ifadələrilə və digər sübutlarla müəyyən edilmişdir ki, o, gəlini Novruzova Fəridə 

Əlişah  qızı  ilə  zərərçəkmiş  Habil  Ədilovun  cinsi  əlaqədə  olduğunu  görməmiş,  lakin  onların  gizlində  görüşməsindən 

şübhələnmişdir. Əslində isə məhkəmə istintaqı ilə sübut edilir  ki, zərərçəkmiş şəxs Habil Ədilovla təqsirləndirilən şəxsin gəlini 

arasında  hər-hansı  əlaqə  olmamışdır.  S.S.Şirəliyevdə  şübhəni  yaradan  halların  zərərçəkmiş  Habil  Ədilova  heç  bir  aidiyyatı 

olmamışdır. Yəni S.S.Şirəliyevdə gəlini Fəridə Novruzova ilə Habil Ədilovun cinsi əlaqədə olması şübhəsinin yaranmasına səbəb, 

onun  yaşadığı həyətdə həmkəndlisi Salmanov Sahil Calal oğlu ilə Sərhəd Şirəliyevin nəvəsi Şirəliyeva Səbinə Cahangir qızının 

gizlicə görüşməsi olmuşdur. Qeyd edilən xüsusat cinayət işinin materialları və iş üzrə olan şahid ifadələri ilə tam sübuta yetirilir. 

Eyni  zamanda  cinayət  işinin  materiallarından  göründüyü  kimi  təqsirləndirilən  şəxs  Sərhəd  Şirəliyevin  zərərçəkmiş  şəxs 

Habil Ədilovu öldürməsi nəticəsində sonuncunun yetkinlik  yaşına çatmayan 2 övladı valideyin himayəsindən tamamilə məhrum 

olmuşdur.  (Habil  Ədilovun  arvadı  bir  neçə  il  əvvəl  vəfat  etmişdir).  Habil  Ədilovun  himayəsində  iki  yetkinlik  yaşına  çatmayan 

uşağı ilə yanaşı, yaşlı anası da vardır. 

Cinayət  işi  üzrə  birinci  instansiya  məhkəməsinin  təqsirləndirilən  şəxs  S.S.Şirəliyevin  barəsində  qəbul  etdiyi  bu  hökm 

yüngüllüyünə  görə  açıq-aydın  ədalətsiz  olduğundan  həmin  hökm  apellyasiya  qaydasında  dəyişdirilərək,  onun  barəsində 

Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyası həddində ən ağır cəza verilməlidir. 

Apellyasiya  şikayətində  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  1(089)-148/2016  saylı,  05  aprel  2016-cı  il  tarixli 

hökmünün  qismən,  təqsirləndirilən  şəxs  Şirəliyev  Sərhəd  Səhhəd  oğluna  Azərbaycan  Respublikası                              CM-in  120.1-ci 

maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətə azaddlqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində dəyişdirilməsi, 

onun  14  (on  dörd)  il  müddətə  azadlıqdan  məhrum  edilmə  cəzasına  məhkum  edilməsi  barədə  qərar  qəbul  edilməsi  xahiş 

olunmuşdur. 

Məhkum  edilmiş  şəxs  Sərhəd  Şirəliyev  apellyasiya  şikayətini  onunla  əsaslandırmışdır  ki,  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsi  onu  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləinin  120.1-ci  maddəsi  ilə  təqsirli  bilərək  12  (on  iki)  il  müddətə 

azaddlqdan məhrum etmə cəzasına məhkum etməsi barədə hökmü ilə qismən razıdır. Məhkəmə onun yaşını və xəstəliyini nəzərə 

almamışdır. Apellyasiya şikayətində S.S.Şirəliyev ona yardım göstərilməsini xahiş etmişdir. 

Apellyasiya şikayətlərinə qarşı etirazlar verilməmişdir. 

 

İşdə iştirak edən şəxslərin çıxışları: 

 

Apellyasiya  məhkəməsinin  iclasında,  zərərçəkimş  şəxsin  hüquqi  varisi  Ədilov  Davud  Nəcəf  oğlu  vermiş  olduğu 



apellyasiya  şikayətini  müdafiə  etdiyini,  məhkum  edilmiş şəxs  tərəfindən  verilmiş  apellyasiya  şikayətinə  qarşı  isə  etiraz  etdiyini 

bildirərək, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, əlavə olaraq göstərdi ki, Sərhəd Şirəliyevin əməli istintaq orqanı 

və birinci instansiya məhkəməsi tərəfindən əslində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Çünki 

S.S.Şirəliyev  mərhum  qardaşı  Habil  Əlilova  ağır  iztirablar  verdiyini  dərk  edərək  ona  çoxsaylı  xəsarətlər  yetirməklə  cinayəti 

xüsusi amansızlıqla törətmişdir. Habil Ədilovun bu şəraitdə öldürülməsi onun valideyin himayəsindən tamamilə məhrum olmuş 

iki  yetkinlik  yaşına  çatmayan  uşaqlarının  mənəvi  sarsıntılar  keçirməsinə səbəb  olmuşdur.  Bununla  belə  apellyasiya  şikayətində 

S.S.Şirəliyevin  əməlinin  hüquqi  tövsifini  mübahisələndirməmiş,  ona  təyin  edilmiş  cəzanın  yüngüllüyündən  şikayət  vermişdir. 

Odur  ki,  verdiyi  apellyasiya  şikayətinin  təmin  edilməsini,  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  1(089)-148/2016  saylı,  05 

aprel  2016-cı  il  tarixli  hökmünün  qismən,  təqsirləndirilən  şəxs  Sərhəd  Şirəliyevə  Azərbaycan  Respublikası  CM-in  120.1-ci 

maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətə azaddlqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində dəyişdirilməsi, 

onun  14  (on  dörd)  il  müddətə  azadlıqdan  məhrum  edilmə  cəzasına  məhkum  edilməsi,  həmin  cəzanın  bir  hissəsini  qapalı 

həbsxanada  çəkməsi  barədə  qərar  qəbul  edilməsini,  məhkum  edilmiş  şəxs  tərəfindən  verilmiş  apellyasiya  şikayətinin  isə  təmin 

edilməməsini xahiş edir. 

Apellyasiya  məhkəməsinin  iclasında,  məhkum  edilmiş şəxs  Şirəliyev  Sərhəd  Səhhəd  oğlu  verdiyi  apellyasiya  şikayətini 

müdafiə  etdiyini,  zərərçəkmiş  şəxsin  hüquqi  varisi  Davud  Ədilov  tərəfindən  verilmiş  apellyasiya  şikayətinə  qarşı  isə  etiraz 

etdiyini bildirərək, verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, əlavə olaraq göstərdi ki, Habil Ədilovu həqiqətən 

də  namus  üstündə  öldürmüşdür.  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsi  ona  cəza  təyin  edərkən  xəstəliyini  və  qoca  olduğunu 

nəzərə almamışdır. Bu yaşda ona ağır cəza təyin edildiyi halda zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə əsasən 

cəzasının  ağırlaşdırılması  düzgün  olmazdı.  Odur  ki,  göstərdiklərini  nəzərə  alaraq  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  05 

aprel 2016-cı il tarixli hökmünün dəyişdirilməsini, ona daha aşağı həddə cəza təyin  edilməsini, yaxud cəzadan azad edilməsini, 

zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş edir. 

Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Sərhəd Şirəliyevin müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı 

məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi Davud Ədilov 

tərəfindən  verilmiş  apellyasiya  şikayətinə  qarşı  isə  etiraz  etdiyini  bildirərək,  məhkum  edilmiş  şəxsin  apellyasiya  şikayətinin 

dəlillərinə uyğun çıxış edərək, Sərhəd Şirəliyevin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 

düzgün  tövsif  edildiyini,  lakin  ona  həmin  maddə  ilə  ağır  cəza  təyin  edildiyini  qeyd  etdi,  S.S.Şirəliyevin  81  yaşında  qoca  şəxs 

olmasını  və  onun  xəstəliyini  nəzərə  alaraq  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  05  aprel  2016-cı  il  tarixli  hökmünün 

dəyişdirilməsini, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə, 9 il müddətə azadlıqdan məhrum 



 

3

etmə  cəzasının  təyin  edilməsini,  zərərçəkmiş  şəxsin  hüquqi  varisi  tərəfindən  verilmiş  apellyasiya  şikayətinin  isə  təmin 



edilməməsini xahiş etdi. 

Apellyasiya  məhkəməsinin  iclasında,  dövlət  ittihamını  müdafiə  edən  Azərbaycan  Respublikası  Baş  Prokurorluğunun 

Dövlət  ittihamının  müdafiəsi  üzrə  idarənin  prokuroru  Hüseynov  Elnar  Əli  oğlu  məhkum  edilmiş  şəxs  Sərhəd  Şirəliyevin 

apellyasiya  şikayətinin  dəlillərinin  əsassız  olduğunu,  zərərçəkmiş  şəxsin  hüquqi  varisi  Davud  Ədilov  tərəfindən  verilmiş 

apellyasiya  şikayətinin  isə  əsaslı  olduğunu,  birinci  instansiya  məhkəməsi  tərəfindən  Şirəliyev  Sərhəd  Səhhəd  oğlunun  əməlinin 

Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, lakin birinci instansiya məhkəməsində iştirak etmiş dövlət 

ittihamçısı  tərəfindən  təqsirləndirilən  şəxs  barəsində  13  il  6  ay  müddətə  azadlıqdan  məhrum  etmə  cəzasının  verilməsi  təklif 

edildiyi  halda,  məhkəmənin  məhkum  edilmiş  şəxsə  12  il  müddətə  azadlıqdan  məhrum  etmə  cəzası  təyin  etməklə  yüngül  cəza 

verdiyini  göstərərək,  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  05  aprel  2016-cı  il  tarixli  hökmünün  təyin  edilmiş  cəzaya 

münasibətdə zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə əsasən dəyişdirilməsini və S.S.Şirəliyevə daha ağır cəza 

təyin edilməsi barədə qərar qəbul olunmasını, məhkum edilmiş şəxsin apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını 

xahiş etdi. 



 

İşin  hüquqi  məsələləri: 

 

Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-

nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının 

müəyyən  edilməsinin,  habelə  cinayət  qanununun  və  bu  Məcəllənin  normalarının  tətbiq  edilməsinin  düzgünlüyünü  yoxlayır. 

Həmin  Məcəllənin  397.2-ci  maddəsində  göstərilir  ki,  birinci  instansiya  məhkəməsi  tərəfindən  müəyyən  edilmiş  faktiki  hallar 

apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. 

Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası 

məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. 

Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar 

apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  yalnız  apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  hüdudlarında 

yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və 

ya təkzib  edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli 

olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu 

başa düşülməlidir. 

Birinci  instansiya  məhkəməsi  tərəfindən  cinayət  qanununun  və  CPM-nin  normalarına  riayət  edilməsi  apellyasiya 

instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması 

o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən 

edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci 

instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa 

hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi 

məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. 

Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan zərərçəkimş şəxsin hüquqi varisi Ədilov Davud Nəcəf oğlunun 

apellyasiya  şikayətinin  əsas  dəlili  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  1(089)-148/2016  saylı,  05  aprel  2016-cı  il  tarixli 

hökmünün təqsirləndirilən şəxs Sərhəd Şirəliyevə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on 

iki) il müddətə azaddlqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində dəyişdirilməsindən və onun 14 (on dörd) il müddətə 

azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsindən, məhkum edilmiş şəxs Sərhəd Şirəliyevin 

apellyasiya  şikayətinin  əsas  dəlili  isə  ona  təyin  edilmiş  cəzaya  münasibətdə  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  05  aprel 

2016-cı il tarixli hökmünün dəyişdirilməsindən və onun barəsində həmin maddə ilə aşağı həddə cəza təyin edilməsi barədə qərar 

qəbul olunmasından ibarətdir. 

Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Şirəliyev Sərhəd Səhhəd oğlunun əməlində Azərbaycan 

Respublikası  CM-nin  120.1-ci  maddəsində  nəzərdə  tutulmuş  cinayətin  əlamətlərinin  mövcud  olması,  işin  faktiki  halları,  birinci 

instansiya  məhkəməsində  tədqiq  edilmiş  sübütlar,  o  cümlədən  onun  cinayəti  törətməsini  etiraf  etməsi  ilə  bağlı  ibtidai  istintaq 

zamanı  və  birinci  instansiya  məhkəməsində  verdiyi  ifadələri,  zərərçəkmiş  şəxsin  hüquqi  varisinin  və  şahidlərin  ifadələri, 

ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. 

Məhkum  edilmiş  şəxs  S.S.Şirəliyevin  qeyd  olunan  maddədə  nəzərdə  tutulmuş  cinayət  əməlini  törətməsi  ibtidai  istintaq 

zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən tam sübuta yetirilmişdir. 

Məhkəmə  kollegiyası  zərərçəkmiş  şəxsin  hüquqi  varisi  Davud  Ədilovun  apellyasiya  məhkəməsindəki  çıxışı  zamanı 

məhkum  edilmiş  şəxs  Sərhəd  Şirəliyev  tərəfindən  mərhum  Habil  Ədilovun  xüsusi  amansızlıqla  öldürülməsinə  dair  fikirlərinə 

münasibət  bildirərək,  cinayət  işinin  materiallarına  və  cinayət  qanunu  normalarının  tələblərinə,  habelə  “Qəsdən  adam  öldürmə 

işləri  üzrə  məhkəmə  təcrübəsi  haqqında”  Azərbaycan  Respublikası  Ali Məhkəməsinin  Plenumunun  12  dekabr  2002-ci  il  tarixli 

Qərarındakı tövsiyyələrə əsaslanaraq Davud Ədilovun qeyd olunan fikirləri ilə razılaşmır. 

Belə  ki,  xüsusi  amansızlıqla  qəsdən  adam  öldürməyə  görə  cinayət  məsuliyyəti  Azərbaycan  Respublikası            CM-nin 

120.2.4-cü maddəsində nəzərdə tutulmuşdur. Qanunun mənasına görə, xüsusi amansızlıqla qəsdən adam öldürmə təqsirkarın həm 

cinayətin  törədilmə  üsulu  ilə,  həm  də  onun  xüsusi  amansızlığına  dəlalət  edən  digər  hallarla  birgə  əlaqələndirilməlidir.  Əməlin 

xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirilməsi üçün cinayətin törədilməsi üsulunun xüsusi amansız olması, 

həmin cinayətin xüsusi amansız nəticələrə səbəb olması ilə yanaşı həm də cinayət törətmiş şəxsin xüsusilə amansız (qəddarcasına, 

rəhmsiz)  davranmasını  təsdiq  edən  hallar  müəyyən  edilməlidir.  Digər  tərəfdən,  belə  qiymətləndirmə  zamanı  nəzərə  almaq 

lazımdır ki, təqsirkarın niyyəti təkcə zərər çəkmiş şəxsi həyatdan məhrum etməyə yox, həm də ona bilavasitə qəsdən öldürməyə 

qədər  və bu  cinayəti  törətmə  mərhələsində  xüsusi ağrılar,  işgəncə,  əzab  verməyə,  onun  şəxsiyyətinin  ələ salınmasına,  həmçinin 

zərər çəkmiş şəxsi onun yaxın adamlarının yanında öldürməklə onlara xüsusi əzab verilməsinə yönəlmiş olur. Bütün hallarda belə 

niyyəti təsdiq edən obyektiv və subyektiv sübutlar əldə edilməlidir. 

Bundan  başqa,  məhkəmə  kollegiyası  hesab  edir  ki,  təqsirləndirilən  şəxs  S.S.Şirəliyevə  qarşı  istintaq  orqanı  tərəfindən 

Azərbaycan  Respublikası  CM-nin  120.2.4-cü  maddəsində  nəzərdə  tutulmuş  ağır  ittiham  verilmədiyindən,  birinci  instansiya 

məhkəməsi işə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham daxilində baxmaqda haqlı olmuşdur. 



 

4

Belə  ki,  Azərbaycan  Respublikası  CPM-nin  318.1-ci  maddəsinə  əsasən  məhkəmə  baxışı  zamanı  cinayət  işinə, 



məhkəməyədək  sadələşdirilmiş  icraat  materiallarına  və  ya  xüsusi  ittiham  üzrə  şikayətə  yalnız  təqsirləndirilən  şəxsə  qarşı  irəli 

sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. 

Birinci  instansiya  məhkəməsinin  hökmündən  göründüyü  kimi  birinci  instansiya  məhkəməsi  S.S.Şirəliyevin  Azərbaycan 

Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə 

ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. 

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi S.S.Şirəliyevin qeyd edilən cinayət əməlini törətməsi ilə 

bağlı  yekun  nəticəyə  gələrkən  ibtidai  istintaq  orqanı  tərəfindən  toplanmış  və  məhkəmə  iclasında  araşdırılıb  qiymətləndirilən 

sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə hər bir epizod üzrə təqdim olunan sübutlar tədqiq edilmiş, 

sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət 

görmür. 


Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  120-ci  maddəsinin  mənasından  görünür  ki,  qəsdən  adam  öldürmə,  yəni 

digər şəxsi qəsdən həyatdan məhrum etmə CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır.  

Apellyasiya  instansiya  məhkəməsində  məhkəmə  baxışı  zamanı  məhkəmə  kollegiyası  cinayət  işinin  materiallarını  təhlil 

edərək  belə  nəticəyə  gəlir  ki, S.S.Şirəliyevə  Azərbaycan  Respublikası CM-nin  120.1-ci  maddəsi  ilə  elan  edilmiş  ittihamla  bağlı 

istər  ibtidai  araşdırma  orqanı,  istərsə  də  işə  baxmış  birinci  instansiya  məhkəməsi  Azərbaycan  Respublikası  Cinayət  Prosessual 

Məcəlləsinin  143-146-cı  maddələrinin  tələblərinə  əməl  edərək  məhkumun  ittiham  olunduğu  cinayətin  törədilməsində  təqsirli 

bilinməsi  haqda  mötəbər  nəticəyə  gəlmək  üçün  kifayət  qədər  sübutlar  toplamış  və  bu  sübutların  hər  birinin  mənsubiyyəti, 

mümkünlüyü  və  mötəbərliyi  qiymətləndirilərək  işin  faktiki  hallarına  uyğun  olan  yekun  məhkəmə  qərarı  qəbul  edilmişdir. 

Həmçinin  zərərçəkimş  şəxsin  hüquqi  varisi  Davud  Ədilov  və  məhkum  edilmiş  şəxs  Sərhəd  Şirəliyev  tərəfindən  verilmiş 

apellyasiya şikayətlərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməmişdir. 

Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Şirəliyev Sərhəd Səhhəd oğlunun əməli 

Azərbaycan  Respublikası CM-nin  120.1-ci  maddəsi  ilə  düzgün  tövsif  olunmuşdur.  İşin  faktiki  halları  və  əməlin  hüquqi  tövsifi 

barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, 

həmçinin S.S.Şirəliyevin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. 

Məhkəmə  kollegiyası  həmçinin  təyin  olunmuş  cəzanın  yüngül  olması  barədə  zərərçəkmiş  şəxsin  hüquqi  varisi  Davud 

Ədilovun  apellyasiya  şikayətinin,  həmçinin  təyin  edilmiş  cəzanın  sərt  olması  barədə  məhkum  edilmiş  şəxs  Sərhəd  Şirəliyevin 

apellyasiya  şikayətinin  dəlilini  işin  faktiki  halları  ilə  müqayisəli  şəkildə  yoxlayaraq  hesab  edir  ki,  məhkum  edilmiş  şəxs 

S.S.Şirəliyevə cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva 

edən  Azərbaycan  Respublikası CM-nin  8.1,  41.2, 58.1,  58.3,  59-cu  maddələrinin  tələbləri,  habelə  Azərbaycan  Respublikası Ali 

Məhkəməsinin  Plenumunun  “Məhkəmələr  tərəfindən  cinayət  cəzalarının  təyin  edilməsi  təcrübəsi  haqqında”  2003-cü  il  25  iyun 

tarixli  04  saylı  qərarının  tövsiyyələri,  törədilmiş  cinayətin  xarakteri  və  ictimai  təhlükəlilik  dərəcəsi,  o  cümlədən  cəzasını 

yüngülləşdirən  halların  müəyyən  edilməməsi,  S.S.Şirəliyevin  cinayəti  odlu  silahdan  istifadə  etməklə  törətməsi  kimi  cəzasını 

ağırlaşdıran halın olması onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial 

ədalətin  bərpası  kimi  hallar  nəzərə  alınaraq,  ona  törətdiyi  cinayətə  görə    CM-nin  120.1-ci  maddəsi  ilə  12  (on  iki)  il  müddətə 

azadlıqdan  məhrum  etmə  cəzası  təyin  edilərkən,  təqsirli  bilindiyi  maddənin  sanksiyasında  nəzərdə  tutulmuş  həddə  qanuni  və 

ədalətli cəza təyin edilmişdir. 

Belə ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin cinayət əməlini törətmiş 

şəxs barəsində doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. 

Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Şirəliyev Sərhəd Səhhəd 

oğluna  təqsirli  bilindiyi  cinayət  əməli  üzrə  ədalətli  cəza  təyin  edildiyindən,  apellyasiya  şikayətlərində  göstərilmiş  və  məhkəmə 

iclasında  qeyd  olunan  hallar  S.S.Şirəliyevin  cəzazının  ağırlaşdırılması  üçün,  habelə                            81  yaşında  qoca  şəxs  olması  və 

xəstəliyi onun cəzasının daha aşağı həddə yüngülləşdirilməsi üçün əsas ola bilməz. 

Məhkəmə  kollegiyası  həmçinin  cinayət  əməlinin  xarakterini,  ictimai  təhlükəlilik  dərəcəsini  və  məhkum  edilmiş  şəxs 

S.S.Şirəliyevin şəxsiyyətini nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Ona görə də hesab edir ki, 

Sərhəd Şirəliyev barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi və onun şərti olaraq cəza çəkməkdən azad 

edilməsi üçün əsaslar yoxdur. 

Qeyd  olunanlara  əsasən  məhkəmə  kollegiyası  təyin  olunmuş  cəzanın  yüngül  olması  barədə  zərərçəkmiş  şəxsin  hüquqi 

varisi Davud Ədilovun apellyasiya şikayətinin, həmçinin təyin  edilmiş cəzanın sərt olması barədə məhkum edilmiş şəxs Sərhəd 

Şirəliyevin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. 

Beləliklə,  Şirvan  Apellyasiya  Məhkəməsinin  Cinayət  Kollegiyası  məhkəmə  istintaqı  aparmadan,  cinayət  işinin 

materiallarını  araşdırıb  apellyasiya  şikayətlərinin  dəlillərini  müzakirə  edərək,  verilmiş  apellyasiya  şikayətinin  təmin  edilərək 

məhkuma daha ağır cəza təyin edilməklə məhkəmə hökmünün dəyişdirilməsi, məhkum edilmiş şəxsin apellyasiya şikayətinin isə 

təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının çıxışlarını, verilmiş apellyasiya şikayətinin 

təmin  edilərək  ona  təyin  edilmiş  cəzanın  yüngülləşdirilməsi  ilə  məhkəmə hökmünün  dəyişdirilməsi,  zərərçəkmiş şəxsin  hüquqi 

varisinin apellyasiya şikayətinin isə təmin edilməməsi barədə məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyib, 

apellyasiya  şikayətlərinin  dəlilləri  ilə  razılaşmayaraq  şikayətlərin  təmin  olunması  üçün  əsaslar  müəyyən  etmir  və  ona  görə  də 

hesab edir ki, zərərçəkimş şəxsin hüquqi varisi Ədilov Davud Nəcəf oğlunun və məhkum edilmiş şəxs Şirəliyev Sərhəd Səhhəd 

oğlunun apellyasiya şikayətləri təmin edilməməli, S.S.Şirəliyevin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli 

bilinərək  məhkum  edilməsi  barədə  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  1(089)-148/2016  saylı,  05  aprel  2016-cı  il  tarixli 

hökmü zərərçəkim şəxsin hüquqi varisi Davud Ədilov və məhkum edilmiş şəxs Sərhəd Şirəliyev tərəfindən verilmiş apellyasiya 

şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. 

Məhkəmə  kollegiyası  eyni  zamanda  hesab  edir  ki  ibtidai araşdırma  zamanı,  həmçinin  açıq,  qərəzsiz,  obyektiv  və  ədalət 

mühakiməsinin  başqa  prinsiplərinə  əməl  edilməklə  keçirilmiş  məhkəmə  istintaqında  məhkum  edilmiş  şəxs  Şirəliyev  Sərhəd 

Səhhəd  oğlunun  müdafiə  hüququ,  həm  də  Azərbaycan  Respublikasının  Konstitusiyasında,  beynəlxalq  müqavilələrdə  və 

Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən    CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş 

digər  hüquqları  tam  həcmdə  təmin  edilmiş  və  məhkəmə  baxışı  zamanı  hər  hansı  kobud  prosessual  qanun  pozuntusuna  yol 

verilməmişdir. 


 

5

Şərh  edilənlərə  əsasən  və  Azərbaycan  Respublikası  CPM-nin  397, 398.1.1,  407  və  410-cu  maddələrinin  tələblərini 



rəhbər tutaraq məhkəmə kollegiyası 

 

Qərara       aldı: 

 

Zərərçəkmiş şəxsin hüquqi varisi Ədilov Davud Nəcəf oğlunun apellyasiya şikayəti təmin edilməsin. 



Məhkum edilmiş şəxs Şirəliyev Sərhəd Səhhəd oğlunun apellyasiya şikayəti təmin edilməsin. 

Şirəliyev  Sərhəd  Səhhəd  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  120.1-ci  maddəsi  ilə  təqsirli  bilinərək  məhkum 

edilməsi  barədə  Lənkəran Ağır  Cinayətlər  Məhkəməsinin  1(089)-148/2016 saylı,  05  aprel  2016-cı  il  tarixli  hökmü  zərərçəkmiş 

şəxsin hüquqi varisi Davud Ədilov və məhkum edilmiş şəxs Sərhəd Şirəliyev tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən 

dəyişdirilmədən saxlanılsın. 

Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. 

Qərardan  Azərbaycan  Respublikası  CPM-nin  410-cu  maddəsində  nəzərdə  tutulmuş  müddətdə  Azərbaycan  Respublikası 

Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. 

 

Əsli ilə düzdür: 



 

Hakim:   

 

 

 



 

 

 



Zəki Babayev 

 

 



Yüklə 203,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin