1
İş № 2-1(107)-179/2014
Surət
Azərbaycan Respublikası аdındаn
Q Ə R A R D A D
21 iyul 2014-cü il Şəki şəhərində
Şəki Apellyasiya Məhkəməsinin İnzibаti-iqtisаdi Kollegiyаsı
Hаkimlər Səlimov Hümbət Qаmunа oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir
Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundаn ibаrət tərkibdə,
Məhkəmə iclas katibi Hünmətov Zaur Adil oğlunun katibliyi ilə
İddiaçılar Cavadov Əlihüseyn Əli oğlunun, Mahmudova Klara Ağababa
qızının cavabdehlər İsmayıllı Rayon İcra Hakimiyyətinə, Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinə qarşı “İsmayıllı rayonu Lahıc
qəsəbəsi Nizami Hüseynov küçəsi ev 51 saylı ünvanda yerləşən mülkün, 0,02 ha
həyətyanı torpaq sahəsinin Şıxıyev Xalid Əbutalib oğlunun mülkiyyətinə verilməsi
barədə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06.04.1999-cu il tarixli, 74
saylı qərarının və həmin qərar əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən
şəhadətnamənin 1/3 hissəsinə Cavadov Əlihüseyn Əli oğlunun, 1/3 hissəsinə
Mahmudova Klara Ağababa qızının adına dəyişdirilməsi” tələbinə dair iddianın
mümkün sayılmaması barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2014-cü
il tarixli 2-1(84)-462/2014 nömrəli qərardadından iddiaçılar Cavadov Əlihüseyn
Əli oğlu və Mahmudova Klara Ağababa qızı tərəfindən verilmiş аpellyаsiyа
şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq
m ü ə y y ə n e t d i :
Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hakim Kənan Vəliyev) 05 iyun 2014-
cü il tarixli 2-1(84)-462/2014 nömrəli qərardadı ilə, iddiaçılar Cavadov Əlihüseyn
Əli oğlunun, Mahmudova Klara Ağababa qızının cavabdehlər İsmayıllı Rayon İcra
Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin İsmayıllı rayon şöbəsinə qarşı “İsmayıllı rayonu Lahıc qəsəbəsi
Nizami Hüseynov küçəsi ev 51 saylı ünvanda yerləşən mülkün, 0,02 ha həyətyanı
torpaq sahəsinin Şıxıyev Xalid Əbutalib oğlunun mülkiyyətinə verilməsi barədə
İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06.04.1999-cu il tarixli, 74 saylı
qərarının və həmin qərar əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən
şəhadətnamənin 1/3 hissəsinə Cavadov Əlihüseyn Əli oğlunun, 1/3 hissəsinə
Mahmudova Klara Ağababa qızının adına dəyişdirilməsi” tələbinə dair iddiasının
mümkün sayılmaması qərara alınmışdır.
2
İşin halları
İddiaçılar Cavadov Əlihüseyn Əli oğlu və Mahmudova Klara Ağababa qızı
cavabdehlər İsmayıllı Rayon İcra Hakimiyyətinə, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin İsmayıllı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibаti-İqtisаdi
Məhkəməsinə müraciət edərək İsmayıllı rayonu Lahıc qəsəbəsi Nizami Hüseynov
küçəsi ev 51 saylı ünvanda yerləşən mülkün, 0,02 ha həyətyanı torpaq sahəsinin
Şıxıyev Xalid Əbutalib oğlunun mülkiyyətinə verilməsi barədə İsmayıllı rayon
Aqrar İslahat Komissiyasının 06.04.1999-cu il tarixli, 74 saylı qərarının və həmin
qərar əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin 1/3
hissəsinə Cavadov Əlihüseyn Əli oğlunun, 1/3 hissəsinə Mahmudova Klara
Ağababa qızının adına dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İsmayıllı rayonu, Lahıc
qəsəbəsi Nizami Hüseynov küçəsi 51 nömrəli ünvanda yerləşən mülk 1930-cu
illərdə dünyasını dəyişmiş Baxış Əlimərdanovun mülkiyyətində olmuş, onun
Mahmud, Əli, Fizzə və Mədinə adında övladları olmuşdur. İddiaçılardan Klara
Mahmudova Mahmudun həyat yoldaşı, Əlihüseyn Cavadov isə Əlinin nəvəsi,
üçüncü şəxs Şıxıyev Xalid Əbutalib oğlu isə Mədinənin oğludur. Ulu babaları
1937-1938-ci illərdə vəfat etmiş, lakin onun ölüm haqqında şəhadətnaməsi yoxdur.
İddiaçı Əlihüseyn Cavadovun babası Əli 1900-cu ildə anadan olmuş, lakin onun
doğum haqqında sənədi yoxdur, sonuncu erkən yaşlarında, 1932-1933-cü illərdə
vəfat etmiş, lakin onun ölümü qeydə alınmamışdır. Əlihüseyn Cavadovun anası
Şəkər atasının ölümü ərəfəsində anadan olmuşdur ki, onun doğumu da qeydə
alınmamışdır. İsmayıllı rayonu, Lahıc qəsəbəsi Nizami Hüseynov küçəsi 51
nömrəli ünvanda yerləşən mülk bu günə qədər Cavadov Əlihüseyn Əli oğlu və
Mahmudova Klara Ağababa qızının sahibliyindədir. Belə ki, mövsüm zamanı
orada sənətkarlar işlədirlər. Buna baxmayaraq İsmayıllı rayon Aqrar İslahat
Komissiyasının 06.04.1999-cu il tarixli, 74 saylı qərarı ilə həmin mülk həyətyanı
torpaq sahəsi kimi Şıxıyev Xalid Abutalib oğlunun mülkiyyətinə verilmiş, bu
barədə adına mülkiyyət sənədi verilmişdir. Halbuki həmin mülkün bütünlükdə
sonuncunun mülkiyyətinə verilməsi qanunsuz olmuşdur. Buna görə də hazırki iddia
ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə
əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişlər.
Cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi
birinci instansiya məhkəməsinə ünvanladığı 26.05.2014-cü il tarixli, 161 nömrəli
məktubla
iddia
tələbinə
münasibət
olaraq
bildirmişdir
ki,
iddiaçılar
qanunvericiliyin tələblərinə əsasən həyətyanı torpaq sahəsinin onların qanuni
istifadəsinə verilməsini təsdiq edən sənədləri təqdim etmədiklərindən onların adına
mülkiyyət sənədi hazırlanmamışdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının
16.04.1999-cu il tarixli, 74 saylı qərarı ilə iddia olunan həyətyanı torpaq sahəsinə
Xalid Əlimərdanovun adına A seriyalı 220432 saylı torpaq sahəsinin planı və
ölçüsü sənədi hazırlanmışdır. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011
saylı qətnaməsi ilə Xalid Əlimərdanovun adına hazırlanmış A seriyalı 220432 saylı
torpaq sahəsinin planı və ölçüsü sənədinin Şıxıyev Xalid Abutalıb oğluna məxsus
olması faktı müəyyən edilmişdir.
İş üzrə yuxarıda qeyd edilən qərardad qəbul edilmişdir.
3
Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2014-cü il tarixli 2-1(84)-
462/2014 nömrəli qərardadından iddiaçılar Cavadov Əlihüseyn Əli oğlu və
Mahmudova Klara Ağababa qızı apellyasiya şikayəti vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
İddiaçılar Cavadov Əlihüseyn Əli oğlu və Mahmudova Klara Ağababa qızı
apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmənin qərardadı qanunsuz
və əsassızdır, buna görə də apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki,
İsmayıllı rayon Lahıc qəsəbəsi Nizami Hüseynov küçəsi ev 51 ünvanda yerləşən
mülk iddiaçıların və Şıxıyev Xalid Əbutalıb oğlunun babasının mülkiyyətində
olmuşdur. Həmin evi hazırda miras kimi Şıxıyev Xalid Əbutalıb oğlu ilə yanaşı
iddiaçılar da qəbul etmişlər. Lakin İsmayıllı rayon Aqrar İslahat Komissiyasınm
06.04.1999-cu il tarixli 74 saylı qərarı və AR DT və XT İsmayıllı rayon şöbəsi
tərəfindən verilmiş mülkiyyət hüququnu təsdiq edən şəhadətnaməsi ilə həmin
mülkin yerləşdiyi həyətyanı sahəyə yanlız Şıxıyev Xalid Əbutalıb oğlunun
mülkiyyət hüququ tanınmışdır. Beləliklə iddianın predmetini İsmayıllı rayon Aqrar
İslahat Komissiyasının 06.04.1999-cu tarixli 74 saylı qərarı və AR DT və XT
İsmayılh rayon şöbəsi tərəfindən verilmiş mülkiyyət hüququnu təsdiq edən
şəhadətnamə (bu qərar inzibati akt olaraq) təşkil etmişdir. İnzibati İcraat haqqında
Qanunun 35.1.2-ci maddəsinə əsasən inzibati aktın qəbuluna səbəb ola bilən yeni
sübutlar aşkar olunmasını inzibati aktın dəyişdirilməsinin əsası kimi göstərir.
İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı
qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul
edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya
dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin
Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə
iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə
bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra
olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini
özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələbinin
mümkünsüzlüyü qaydası Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsi ilə
tənzimlənir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə
tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya
qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya
hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının
pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə
haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən
çəkinməyə dair iddia mümkün sayılır.
Yuxarıda göstərildiyi kimi iddianın predmetini İPM-nin 2.2.1-ci maddəsinə
uyğun mübahisələndirilməsi nəzərdə tutulan inzibati aktlar təşkil etmişdir.
Məhkəmənin
iddianı
mümkünsüz
sayarkən
gətirdiyi
dəlillər,
iddianın
mümkünsüzlüyünün deyil, iddianın əsassızlığına dair dəlillər olmuşdur.
Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2014-cü il tarixli 2-1(84)-
462/2014 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılaraq icraata
qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər.
4
Proses iştirakçılarının izahatları
İddiaçılar Cavadov Əlihüseyn Əli oğlu, Mahmudova Klara Ağababa qızı,
cavabdehlər İsmayıllı Rayon İcra Hakimiyyəti, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin İsmayıllı rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi
qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və
gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə
onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Hüquq məsələləri
Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə
əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində
və hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə tam
həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci
maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları və faktları da nəzərə
alır.
Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq
edib hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli,
iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2014-cü il tarixli 2-1(84)-
462/2014 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
İş materiallarından məlum olur ki, iddiaçılar hazırki iddia tələbi ilə
məhkəməyə müraciət edərkən hüquqlarının pozulmasını onunla əsaslandırmışlar
ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsi Nizami Hüseynov küçəsi 51 nömrəli ünvanda
yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi 1930-cu illərdə dünyasını dəyişmiş ulu
babaları Baxış Əlimərdanovun mülkiyyətində olmuş, həmin torpaq sahəsi
vərəsəlik yolu ilə onların mülkiyyətinə keçməsinə baxmayaraq İsmayıllı rayon
Aqrar İslahat Komissiyasının 06.04.1999-cu il tarixli, 74 saylı qərarı ilə qanunsuz
olaraq Şıxıyev Xalid Abutalib oğlunun mülkiyyətinə verilmişdir.
Məlum olduğu kimi Azərbaycan Respublikası ərazisində dövlət
torpaqlarının müəyyən edilməsi, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə
verilməsi, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının
təminedilməsi 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahatı haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. Həmin vaxtadək
torpaq sahələri üzərində mülkiyyət hüququ yalnız dövlətə məxsus olmuş,
vətəndaşların isə torpaq sahələri üzərində sahiblik və istifadə hüquqlarını həyata
keçirmələri daimi istifadə formasında olmuşdur. Belə olan halda 1930-cu illərdə
vəfat etmiş Baxış Əlimərdanovun mülkiyyətində torpaq sahəsinin olması, həmin
torpaq sahəsinin vərəsəlik üzrə başqasına keçməsi halı mümkün deyildir.
Bundan əlavə iddiaçılar mübahisə predmeti olan torpaq sahəsinə dair
Şıxıyev Xalid Əbutalib oğlunun adına mülkiyyət hüququnu təsdiq edən
şəhadətnamənin dəyişdirilməsini iddia etsələr də, işdə olan İsmayıllı rayonu, Lahıc
qəsəbəsi, N.Hüseynov küçəsi, 51 nömrəli evin Şıxıyev Xalid Abtalıb oğlunun
adına dövlət qeydiyyatına alınması barədə hüquqların dövlət qeydiyyatı haqqında
MA seriyalı 0381703 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda evin
yerləşdiyi torpaq sahəsinin 0,02098 ha olmaqla bələdiyyə mülkiyyətində olması
qeyd olunmuşdur. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi Şıxıyev
Xalid Abtalıb oğlunun deyil, bələdiyyənin mülkiyyəti kimi qeydə alınmışdır.
5
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi məhkəməyə
ünvanladığı məktubunda sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququna dair
şəhadətnamənin deyil, torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanmasını
göstərmişdir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci
maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddialar konkret olaraq
sadalanmışdır. Həmin maddəyə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati
orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv
olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında
iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq
öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən
müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən
inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin
edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati
aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və
azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən
hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud
olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair
iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər
istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına
dair iddialara (qanunauyğunluq haqqında iddia); inzibati mübahisələrin həlli ilə
bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları)
və
ya
hərəkətləri
(hərəkətsizliyi)
nəticəsində
vurulmuş
ziyana
görə
kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; bələdiyyələrin inzibati nəzarət
orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə
qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılır.
Sözügedən Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri
ilə
bağlı
inzibati
orqan
tərəfindən
qəbul
edilmiş
inzibati
aktın
mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara
(mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 35.1-ci
mаddəsinə müvafiq olaraq iddiaçı iddia qaldırmaq səlahiyyətinə malik olmalıdır.
Bu səlahiyyət o halda mövcud ola bilər ki, iddiaçı mübahisələndirilən inzibati
aktın onun subyektiv –publik hüquqlarını pozduğunu iddia edə bilsin.
İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsində deyilir ki, bu Məcəllədə
bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın
qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın
hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn
mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа,
məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri
etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır.
İddiaçılar mübahisə predmeti olan Lahıc qəsəbəsi, N.Hüseynov küçəsi, 51
nömrəli evin yerləşdiyi 0,02098 ha torpaq sahəsi ilə bağlı qəbul edilmiş qərarların
və verilmiş sənədlərin onların hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının
pozduğunu əsаslаndıra bilməmişlər. Əksinə sözügedən torpaq sahəsinin vərəsəlik
kütləsinə aid olmaması, habelə həmin torpaq sahəsinin Şıxıyev Xalid Əbutalib
6
oğlunun mülkiyyətində olmaması və ona mülkiyyət hüququnu təsdiq edən
şəhadətnamənin verilməməsi, torpaq sahəsinin daşınmaz əmlakın dövlət
reyestrində bələdiyyə mülkiyyəti kimi qeydə alınması ilə müəyyən edilir ki,
iddiaçıların mübahisə predmeti olan 0,02098 ha torpaq sahəsi ilə bağlı hüquqları
və qаnunlа qorunаn mаrаqlаrı pozulmamışdır. Belə olan halda isə birinci
instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün saymamışdır.
Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki,
apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iş üzrə
düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş
üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2014-cü il tarixli 2-1(84)-
462/2014 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır.
Məhkəmə Kollegiyası şərh olunanlara əsasən və Azərbаycаn Respublikаsı
Mülki Prosessuаl Məcəlləsinin 82,87və 89-cu mаddələrini rəhbər tutaraq
Q ə r а r а а l d ı:
İddiaçılar Cavadov Əlihüseyn Əli oğlu və Mahmudova Klara Ağababa qızı
tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2014-cü il tarixli 2-
1(84)-462/2014 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın.
Qərаrdаddаn surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Şəki
Apellyаsiyа Məhkəməsi (AZ-5507, Şəki şəhəri Sаbit Rəhmаn küçəsi № 7)
vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri Yusif
Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikаyəti verilə bilər.
Sədrlik edən: imza var
Hakimlər: imza var
Düzdür
Hakim Hümbət Səlimov
Dostları ilə paylaş: |