Azərbaycan Respublikası adından q ə t n a m ə



Yüklə 56.54 Kb.
PDF просмотр
tarix10.06.2017
ölçüsü56.54 Kb.

 

 

 

 

Azərbaycan Respublikası adından 

Q Ə T N A M Ə 

 

 

02 sentyabr  2016-cı il   

İş № 2(106)1680/2016   

 

Şirvan şəhəri 

 

Şirvan  Apellyasiya  Məhkəməsinin  mülki  kollegiyası,  hakimlər  Əhmədov  İsmayıl 



Həmid  oğlu  (sədrlik  еdən  və  məruzəçi),  Camalov  Etibar  Əli  оğlu  və  Əkbərov  Kamran 

Hüseyn  оğlundаn  ibarət  tərkibdə,  İsrafilov  Elçin  Əvəz  oğlunun    katibliyi,  cavabdeh 

Ağayev Seymur Xanoğlan oğlunun nümayəndəsi İslamov Nicat Qurbanəli oğlunun iştirakı  

ilə, 


İddiaçı  «Nikoil»  İKB-nin  cavabdehlər  Ağayev  Seymur  Xanoğlan  oğluna,  Ağayev 

Güloğlan  Xanoğlan  oğluna,  Ağayev  Rafiq  Qənbər  oğluna  və  Eynullayeva  Məleykət 

Şahüseyn qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki 

iş  üzrə    Masallı  Rayon  Məhkəməsinin  2(050)918/2016  saylı,  29  aprel  2016-cı  il  tarixli 

qətnaməsindən  iş  üzrə  cavabdeh  Ağayev  Seymur  Xanoğlan  oğlu  tərəfindən  verilmiş 

apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, 

 

M Ü Ə Y Y Ə N      E T D İ: 

 

Masallı  Rayon  Məhkəməsinin  2(050)918/2016  saylı,  29  aprel  2016-cı  il  tarixli 

qətnaməsi  ilə  (hakim  Nemət  Musayev),  İddiaçı  «Nikoil»  İKB-nin  cavabdehlər  Ağayev 

Seymur  Xanoğlan  oğluna,  Ağayev  Güloğlan  Xanoğlan  oğluna,  Ağayev  Rafiq  Qənbər 

oğluna  və  Eynullayeva  Məleykət  Şahüseyn  qızına  qarşı  kredit  müqaviləsi  üzrə  yaranmış 

borcun  tutulması  tələbinə  dair  iddiası  təmin  edilmiş,  cavabdehlərdən  müştərək  qaydada  

7941,43ABŞ  dolları  əsas  borc,  925  ABŞ  dolları  faiz  borcu,  cərimə  borcu  üzrə  100  ABŞ 

dolları,  cəmi  8966,43  ABŞ  dolları  kredit  borcunun  qətnamənin  icrası  gününə  olan  manat 

məzənnəsi  ilə  və  20  manat  dövlət  rüsumu  alınaraq  iddiaçı  «Nikoil»  İKB-yə  verilməsi  qət 

edilmişdir. 

Qətnamədən cavabdeh Ağayev Seymur Xanoğlan oğlu apellyasiya şikayəti vermişdir. 

 

İŞİN    HALLARI: 

 

Kreditor  «Nikoil»  İKB  ərizə  ilə  məhkəməyə  müraciət  edərək  cavabdehlər  Ağayev 

Seymur Xanoğlan oğlundan, Ağayev Güloğlan Xanoğlan oğlundan, Ağayev Rafiq Qənbər 

oğlundan  və  Eynullayeva  Məleykət  Şahüseyn  qızından  3048  manat  30  qəpik  məbləğində 

əsas  borc,  381  manat  66  qəpik  məbləğində  faiz  borcu,  ümumilikdə    3429  manat  96  qəpik 

məbləğində  pulun  və  20  manat  məbləğində  ödənilmiş  dövlət  rüsumunun  tutularaq 

«Ekspressbank» ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını  tələb 

etmişdir. 

Masallı Rayon Məhkəməsinin 10 fevral 2016-cı il tarixli  məhkəmə əmri ilə kreditorun 

ərizəsi  təmin  edilmişdir.  Lakin  verilmiş  tələbə  qarşı  cavabdeh  Ağayev  Seymur  Xanoğlan 

oğlunun  etirazı  olduğundan,  Masallı  rayon  Məhkəməsinin  18  mart  2016-cı  il  tarixli 


 

qərardadı ilə Masallı Rayon Məhkəməsinin 10 fevral 2016-cı il tarixli məhkəmə əmri ləğv 



edilmiş və materiallar iddia icraatına keçmişdir.  

İddiaçı  «Nikoil»  İKB  tələbini  onunla  əsaslandırmışdır  ki,  Kreditor  «Nikoil»  İKB-nin 

Masallı  filialı  ilə  borclu  Ağayev  Seymur  Xanoğlan  oğlu  arasında  21  noyabr  2014cü  il 

tarixdə  26-BİZ-1-0-341-14  nömrəli  kredit  müqaviləsi  bağlanmış,  kredit  müqaviləsinin 

şərtlərinə  görə  Ağayev Seymur Xanoğlan  oğluna bank  tərəfindən cəmi 12750  ABŞ  dolları 

məbləğində  istehlak  kredit  ayrılmış,  həmin  müqavilənin  şərtlərinə  görə  Ağayev  Seymur 

Xanoğlan oğlu illik 22 % olmaqla 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış 

faizləri qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq 21 

noyabr  2014-cü il tarixdə “Nikoyl”İKB ilə Ağayev Güloğlan Xanoğlan oğlu, Ağayev Rafiq 

Qənbər  oğlu  və  Eynullayeva  Məleykət  Şahüseyn  qızı  arasında  zaminlik  müqaviləsi 

bağlanmış,  həmin  müqaviləyə  əsasən  Ağayev  Güloğlan  Xanoğlan  oğlu,  Ağayev  Rafiq 

Qənbər  oğlu  və  Eynullayeva  Məleykət  Şahüseyn  qızı  borcun  tam  şəkildə  banka 

qaytarılmasına görə Ağayev Seymur Xanoğlan oğlu ilə birgə məsuliyyət daşımağını üzərinə 

öhdəlik  götürmüşdür.    “Nikoyl”  İKB  üzərinə  götürdüyü  öhdəliyi  tam  icra  etsə  də  lakin, 

Ağayev  Seymur  Xanoğlan  oğlu  kredit  müqaviləsinin  şərtlərini  pozaraq  kreditin  əsas 

məbləğini  və  ona  hesablanmış  faizlərin  ödənilməsini  mütəmadi  olaraq  gecikdirmiş,  bank 

tərəfindən  ona  dəfələrlə  xəbərdarlıq  edilməsinə  baxmayaraq,  banka  olan  borcu 

qaytarmamışdır. Odur ki, iddianın təmin olunmaqla 21 noyabr 2014-cü il tarixli 26-BİZ-1-0-

341-14  nömrəli  kredit  müqaviləsindən  irəli  gələn  öhdəlikləri  pozduğuna  görə    Ağayev 

Seymur  Xanoğlan  oğlu,  Ağayev  Güloğlan  Xanoğlan  oğlu,  Ağayev  Rafiq  Qənbər  oğlu  və 

Eynullayeva Məleykət Şahüseyn qızından müştərək qaydada 7941,43 ABŞ dolları əsas borc, 

925 ABŞ dolları  faiz borcu, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 8966,43  ABŞ dolları 

kredit borcu və 20 dövlət rüsumunun tutularaq “Nikoyl” İKB-ın hesabına ödənilməsi barədə 

qətnamə çıxarılması xahiş edilir 

Masallı  Rayon  Məhkəməsinin  2(050)918/2016  saylı,  29  aprel  2016-cı  il  tarixli 

qətnaməsi ilə mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. 

 

APELLYASİYA  ŞİKAYƏTİNİN  DƏLİLLƏRİ: 

 

Apellyasiya  şikayətinin  müəllifi  məhkəmənin  gəldiyi  nəticəni  işin  faktiki  hallarına, 

qanunvericiliyin normalarına uyğun olmamasını, ədalətli məhkəmə araşdırması hüququnun 

pozulması ilə çıxarıldığını hesab etmişdir.  

Şikayətdə qeyd edilmişdir ki,  məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş arqumentləri 

araşdırmadan  qərar  qəbul  etmişdir.  Belə  ki,məhkəmə  kredit  borcunun  iddiaçı  tərəfindən 

düzgün  hesablanıb  hesablanmamasını  araşdırmamış,  bu  barədə  sənədləri  tələb  edib  işə 

əlavə  etməmişdir.  Azərbaycan  Respublikası  MPM-nin  97.1-ci  maddəsinə  əsasən  işə 

baxılarkən  xüsusi  bilik  tələb  olunan  sualları  izah  etmək  üçün  məhkəmə  işdə  iştirak  edən 

şəxsin  vəsatəti  və  ya  öz  təşəbbüsü  ilə  ekspertiza  təyin  edə  bilər.  Kredit  müqaviləsi  üzrə 

ödənilmiş  məbləğin  iddiaçı  tərəfindən  əsas  borc,  faiz  və  və  dəbbə  pulunun  düzgün 

hesablanmasının  müəyyənləşdirilməsi  üçün  xüsusi  bilik  tələb  edildiyindən  iş  üzrə 

mühasibatlıq  ekspertizası  təyin  edilməli  idi.  Lakin  məhkəmə  yalnız  iddiaçının 

arqumetlərinə istinad etmişdir. 

Şikayət  müəllifləri  qeyd  edilənlərə  istinad  edərək  Masallı  Rayon  Məhkəməsinin 

2(050)918/2016  saylı,  29  aprel  2016-cı  il  tarixli  qətnaməsini  ləğv  edərək  yeni  qətnamə 

çıxarılmasını xahiş etmişdir. 

 


 



TƏRƏFLƏRİN İZAHATLARI: 



 

Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Ağayev Seymur Xanoğlan 

oğlunun  nümayəndəsi  İslamov  Nicat  Qurbanəli  oğlu  apellyasiya  şikayətinin  dəlillərinə 

uyğun  izahat  vermiş,  iş  üzrə  məhkəmə  mühasibatlıq  ekspertizasının  təyin  edilməsi  barədə 

vəsatət  vermişdir.  Nümayəndə  cavabdeh  tərəfindən  kredit  borcu  üzrə  icra  edilmiş 

ödənişlərin,  qəbzlərinin  təqdim  edilməsi  barədə  məhkəmənin  müraciətinə  cavab  olaraq 

cavabdehin  həmin  qəbzləri  saxlamamasını,  həmin  ödənişləri  təstiq  edən  sənədlərin 

iddiaçıdan tələb edilməsini xahiş etmişdir. 

Vəsatət  təmin  edilməmiş,  nümayəndə  Masallı  Rayon  Məhkəməsinin  2(050)918/2016 

saylı, 29 aprel 2016-cı il tarixli   qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. 

 

HÜQUQİ MƏSƏLƏLƏR: 

 

Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya 

məhkəməsi  tam  hüquqlu  məhkəmə  kimi  işə,  işdə  olan  və  əlavə  təqdim  olunmuş  sübutlar 

əsasında mahiyyəti üzrə baxır.  

Həmin  Məcəllənin  372.7-ci  maddəsinin  tələbinə  görə  apellyasiya  instansiya 

məhkəməsi  şikayətin  dəlillərindən  asılı  olmayaraq,  məhkəmənin  maddi  və  prosessual 

hüquq normalarına riayət etməsini yoxlayır. 

Məhkəmə  kollegiyası  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi  mübahisə  ilə  bağlı 

düzgün  nəticəyə gəldiyindən apellyasiya şikayəti  yuxarıda göstərilmiş tələblərlə əsassızdır 

və təmin edilməməlidir. 

Belə  ki,  işə  əlavə  edilmiş  21  noyabr  2014-cü  il  tarixli  26-BİZ-1-0-341-14  nömrəli 

kredit müqaviləsindən  görünür ki, 21 noyabr  2014-cü il tarixdə “Nikoyl”İKB  ilə Ağayev 

Seymur Xanoğlan oğlu arasında 26-BİZ-1-0-341-14  nömrəli kredit  müqaviləsi bağlanmış, 

kredit  müqaviləsinin  şərtlərinə  görə  Ağayev  Seymur  Xanoğlan  oğluna  bank    tərəfindən 

cəmi 12750 ABŞ dolları məbləğində istehlak kredit ayrılmış, həmin müqavilənin şərtlərinə 

görə  Ağayev  Seymur  Xanoğlan  oğlu  illik  22  %  olmaqla  24  ay  ərzində  kreditin  əsas 

məbləğini və ona hesablanmış faizləri qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. 

İşə  əlavə  edilmiş  21  noyabr  2014-cü  il  tarixli  26-BİZ-1-0-341-14  nömrəli  zaminlik 

müqaviləsindən  görünür  ki,  kredit  müqaviləsinin  təminatı  olaraq  21  noyabr    2014-cü  il 

tarixdə  “Nikoyl”İKB  ilə  Ağayev  Güloğlan  Xanoğlan  oğlu,  Ağayev  Rafiq  Qənbər  oğlu  və 

Eynullayeva  Məleykət  Şahüseyn  qızı  arasında  zaminlik  müqaviləsi  bağlanmış,  həmin 

müqaviləyə  əsasən  Ağayev  Güloğlan  Xanoğlan  oğlu,  Ağayev  Rafiq  Qənbər  oğlu  və 

Eynullayeva  Məleykət  Şahüseyn  qızı  borcun  tam  şəkildə  banka  qaytarılmasına  görə 

Ağayev  Seymur  Xanoğlan  oğlu  ilə  birgə  məsuliyyət  daşımağını  üzərinə  öhdəlik 

götürmüşdür. 

İşə  əlavə  edilmiş  ödəniş  tapşırığından  görünür  ki,  “Nikoyl”İKB  Ağayev  Seymur 

Xanoğlan oğluna 12750 ABŞ dolları məbləğində istehlak krediti vermişdir.  

İşə  əlavə  edilmiş  xəbərdarlıq  məktublarının  və  bildirişin  surətindən  görünür  ki, 

“Nikoyl”İKB  Ağayev  Seymur  Xanoğlan  oğlu,  Ağayev  Güloğlan  Xanoğlan  oğlu,  Ağayev 

Rafiq  Qənbər  oğlu  və  Eynullayeva  Məleykət  Şahüseyn  qızına  xəbərdarlıq  etməklə  və 

bildiriş  göndərməklə  banka  olan  kredit  borclarını  vaxtında  qaytarmadıqları  halda 

məhkəməyə  müraciət  ediləcəyi  bildirilmiş,  yaranmış  borcun  və  ona  hesablanmış  faiz  və 

cərimələrin ödəməsi tələb edilmişdir.   


 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  739.1-ci  maddəsinə  əsasən  borc 



müqaviləsinə  görə,  iştirakçılardan  biri  (borc  verən)  pula  və  ya  digər  əvəz  edilən  əşyalara 

mülkiyyət  hüququnu  digər  iştirakçıya  (borc  alan)  isə  aldıqlarını  müvafiq  olaraq  pul  və  ya 

eyni  keyfiyyətdə  və  miqdarda  olan  eyni  növlü  əşyalar  şəklində  borc  verənə  qaytarmağı 

öhdəsinə götürür. 

Həmin  Məcəllənin    385.1-ci  maddəsinə  əsasən  borclu  kreditorun  xeyrinə  müəyyən 

hərəkətlər  etməli,  məsələn  pul  ödəməli,  əmlak  verməli,  iş  görməli,  xidmət  göstərməli, 

kreditorun isə borcludan vəzifəsinin  icrasını tələb etmək hüququ vardır. 

Həmin  Məcəllənin  430.1-ci  maddəsinə  əsasən  əgər  bu  Məcəllədə  ayrı  qayda  nəzərdə 

tutulmayıbsa,  öhdəliyin  icrasından  birtərəfli  imtinaya  və  onun  şərtlərini  birtərəfli 

dəyişdirməyə yol verilmir.  

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  448.1-ci  maddəsinə  əsasən  əgər  bu 

Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə 

daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.  

Həmin  Məcəllənin  443.1-ci  maddəsinə  əsasən  öhdəliyini  icra  etməyən  borclu 

kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 

Həmin  Məcəllənin  449.1-ci  maddəsinə  əsasən  özgəsinin  pul  vəsaitini  qanunsuz 

saxlamaqla,  onu  qaytarmaqdan  boyun  qaçırmaqla,  onun  ödənilməsini  digər  şəkildə 

gecikdirməklə  və  ya  başqa  şəxsin  hesabına  pul  vəsaitini  əsassız  əldə  etməklə  və  ya 

toplamaqla  ondan  faydalanmağa  görə  həmin  vəsaitin  məbləğindən  faizlər  ödəməlidir. 

Faizlərin  miqdarı  pul  öhdəliyinin  və  ya  onun  müvafiq  hissəsinin  icra  edildiyi  gün  üçün 

bank  uçot dərəcəsi  ilə  müəyyənləşdirilir. Borc  məhkəmə qaydasında tutulduqda  məhkəmə 

kreditorun tələbini qərarın çıxarıldığı gün üçün əsas götürməklə ödəyə bilər. 

Azərbaycan  Respublikası  Mülki  Prosesual  Məcəlləsinin  14.2-ci  maddəsinin  tələbinə 

görə  məhkəmə  yalnız  tərəflərin  təqdim  etdikləri  sübutları  araşdırmalı  və  onlardan  istifadə 

etməlidir. 

Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər 

bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 

Azərbaycan  Respublikası  Mülki  Prosesual  Məcəlləsinin  217.4-cü    maddəsinin 

tələbinə  əsasən  məhkəmə  (  hakim)  öz  qətnaməsini  yalnız  məhkəmə  iclaslında  tədqiq 

olunmuş sübutlarla əsaslandırır. 

Birinci  instansiya  məhkəməsi  yuxarıda  sadalanan  sübutları  araşdıraraq  müəyyən 

etmişdir  ki,    İddiaçı  «Nikoil»  İKB  ilə  Cavabdeh  Ağayev  Seymur  Xanoğlan  oğlu  arasında 

etibarlı  kredit  müqaviləsinin  bağlanmasına  baxmayaraq,  cavabdeh  kredit  müqaviləsi  ilə 

üzərinə  düşən  öhdəliyi  vaxtında  yerinə  yetirməmişdir.  Ona  görə  məhkəmə  düzgün  olaraq 

hesab etmişdir ki, Cavabdeh Ağayev Seymur Xanoğlan oğlu kredit müqaviləsi ilə aldıqlarını 

zaminlərlə  birlikdə  İddiaçı  «Nikoil»  İKB-yə  qaytarmalı,  bununla  da    iddia  təmin 

olunmalıdır. 

Belə ki,  Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu 

zaminliklə  təmin  edilmiş  öhdəliyi  icra  etmədikdə  və  lazımınca  icra  etmədikdə,  əgər  bu 

Məcəllədə  və  ya  zaminlik  müqaviləsində  zaminin  subsidiar  məsuliyyəti    nəzərdə 

tutulmayıbsa,  zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.  

Həmin  məcəllənin  472.2-ci  maddəsinə  əsasən  zaminlik  müqaviləsində  ayrı  qayda 

nəzərdə  tutulmayıbsa,  faizlərin,  borc  tutulması  üzrə  məhkəmə  xərclərinin  və  borclunun 

öhdəliyi  icra  etməməsi  və  ya  lazımınca  icra  etməməsi  nəticəsində  kreditora  dəyən  digər 



 

zərərin  əvəzinin  ödənilməsi  də  daxil  olmaqla,  zamin  kreditor  qarşısında  borclu  ilə  eyni 



həcmdə məsuliyyət daşıyır. 

Məhkəmə  düzgün  olaraq  hesab  etmişdir    ki,  öhdəliyin  təminatı  kimi  çıxış  etmiş 

zaminlər  Ağayev  Güloğlan  Xanoğlan  oğlu,  Ağayev  Rafiq  Qənbər  oğlu  və  Eynullayeva 

Məleykət  Şahüseyn  qızı  da  Cavabdeh  Ağayev  Seymur  Xanoğlan  oğlu  ilə  birlikdə  iddiaçı 

qarşısında eyni həcmdə məsuliyyət daşıyır. 

Məhkəmə  kollegiyası  hesab  edir  ki,  Cavabdeh  Ağayev  Seymur  Xanoğlan  oğlunun 

apellyasiya şikayətində göstərdiyi, iş üzrə mühasibatlıq ekspertizasının keçirilməməsi kredit 

üzrə  aydın  ödəniş  cədvəlinin  olduğu,  kredit  borcunun  hansı  aylarda  və  nə  məbləğdə 

ödənildiyi  barədə bank arayışının olduğu  və cavabdehin etirazının əsaslandırması  üçün  icra 

edilmiş  ödənişlərin  bank  ararayışında  göstərilən  məbləğdən  daha  çox  olması  barədə  ödəniş 

qəbzlərini  məhkəməyə  təqdim  edə  bilmədiyi  vəziyyətdə  apellyasiya  şikayətinin  təmin 

edilməli olmasının  hesab edilməsi üçün əsas deyil.  

Məhkəmə  kollegiyası  iş  materiallarını  araşdırıb,  apellyasiya  şikayətinin  dəlillərini  iş 

materialları  üzrə  yoxlayıb  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə 

qanuni və əsaslıdır.  

Qeyd  olunanlara  əsasən  məhkəmə  kollegiyası hesab  edir  ki, birinci instansiya  məhkəməsi 

hazırkı  işin  faktiki  hallarını  tam,  hərtərəfli  və  obyektiv  araşdırmış  və  tərəflər  arasındakı 

mübahisənin  həlli  üçün  tətbiq  edilməli  olan  maddi  və  prosessual  hüquq  normalarını  düzgün 

tətbiq  etmişdir  ki,  bu  da  Azərbaycan  Respublikasının  MPM-nin  384.0.1-ci  maddəsinə  görə 

məhkəmə  qətnaməsinin  dəyişmədən,  apellyasiya  şikayətinin  isə  təmin  edilmədən  saxlanılması 

üçün əsasdır. 

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 392, 

393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, 

 

Q Ə T   E T D İ: 

 

Cavabdeh  Ağayev  Seymur  Xanoğlan  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayəti  



təmin edilməsin.  

Masallı  Rayon  Məhkəməsinin  2(050)918/2016  saylı,  29  aprel  2016-cı  il  tarixli 

qətnaməsi dəyişdirilmədən saxlanılsın. 

Qətnamədən  işdə  iştirak  edən  şəxslərə  rəsmi  qaydada  verildiyi  gündən  2  ay 

müddətində  Şirvan  Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. 

Kassasiya  şikayəti  verilmədiyi  halda,  qətnamə  qəbul  edildiyi  gündən  2  ay  keçdikdən 

sonra qanuni qüvvəyə minir.  



 

 

Sədrlik edən: 

 

İsmayıl Əhmədov 

Hakimlər: 

 

Kamran Əkbərov 

 

 

 

Etibar Camalov 

 

 

 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə