kayuta getməlidir. Təyin edilmiş təxliyə marşrutları eyni zamanda üç tipik hala uyğun olmalıdır, hansıları ki, nəzərə almaq
lazımdır:
-
adi iş vaxtı, haçan ki, ekipaj üzvlərinin əksəriyyəti öz iş yerlərindədirlər;
- qida qəbulu və mədəni-kütləvi tədbirlər vaxtı, haçan ki, ekipaj üzvlərinin əksəriyyəti ümumi otaqda cəmləşmişdir;
- gecə vaxtı, haçan ki,
bütün ekipaj, növbə nəfərlərindən başqa, gəminin yaşayış otaqlarındadırlar.
Toplanış yerinə aparan ən təhlükəsiz yol aşağıdakı tələblərə cavab verməlidir:
- heç bir yerdə başqa marşrutlarla kəsişməməli;
- qarşılıqlı istiqamətlərdə hərəkəti istisna etməli;
- nərdivanlarda, çıxışlarda və s. insanların yığışmasına yol verməməli;
- əvvəlki tələblər nəzərə alınmaqla, toplanış yerlərinə ən qısa yol ilə aparılmalıdır.
Gəmi üzrə təxliyə marşrutlarını göstərmək üçün yaşıl fonun üzərinə ağ və ya sarı rəngdə simvol və ya yazılar olan
fotolyuminesent göstəricilər yerləşdirilməlidir. Göstəricilər həmçinin otaqdan çıxış və xilasetmə
vasitələrinin yerləşmə
yerlərini və s. göstərirlər.
67
toplanılması həyata keçirilməlidir:
ekipajın sayı 15 nəfərə qədər olduqda – 3
dəqiqə ərzində;
ekipajın sayı 15 nəfərdən 50 nəfərə qədər olduqda – 4 dəqiqə ərzində;
ekipajın sayı 50 nəfərdən artıq olduqda – 10 dəqiqə ərzində.
Həyəcan siqnalı ilə toplanış yerlərinə çıxarkən fəaliyyətlərin dəqiqliyi, tezliyi və uzlaşdırılması gəmini tərk etmək
üzrə təlimlərdə işlənilir. Ekipaj üzvləri dəqiq bilməlidirlər ki, hansı marşrutlar üzrə və hansı çıxışlar vasitəsilə onlar toplanış
yerlərinə çıxmalı, tam qaranlıqda gəmidə yönəlməyi bacarmalıdırlar.
Qayda-qanunu mühafizə və təhlükəsizlik qruplarının ayrılmış üzvləri körpücükdən
verilən komanda üzrə təxliyə
yollarını yoxlayır, hansı keçidlərin azad olduğunu və ya tutulmuş olduğunu körpücüyə məruzə edir, lazım gəldikdə tutulmuş
keçidləri azad edirlər.
İmkan dairəsində, xilasetmə vasitələrinə ədyal, əlavə su, ərzaq və pirotexniki vasitələrin ehtiyatının gətirilməsi və
yüklənilməsi təşkil olunur. Müvafiq vəzifə borcları həvalə edilmiş ekipaj üzvləri körpücükdən daşınan radiostansiyanı,
avtomatik radiobuyu, radiolokasiya cavabvericisini gətirirlər.
Xilasedici qayıq və salların komandirləri və onların müavinləri siyahı üzrə bu xilasetmə vasitələrinə yazılmış
insanların varlığını yoxlayırlar. Siyahılar həmçinin xilasedici qayıq və sal komandirlərinin müavinlərində də olmalıdır.
Toplanış yerlərində və xilasetmə vasitələrinə mindirilərkən qayda-qanuna və nizam-intizama
riayət etməyin rolu
xüsusilə böyükdür. Qayıq və ya sal komandiri öz hərəkətləri ilə inam və intizam nümunəsi göstərməli, çaxnaşma və çaşqınlığın
qarşısını almalıdır.
Hava ilə doldurulan xilasedici sala mindirilməzdən əvvəl sal komandiri xilas olunanlardan bıçaqları, vintaçanları və
digər kəsici və deşici əşyaları müsadirə edir.
Xilasedici jiletlər və hidrokostyumlar körpücükdən verilən komanda ilə geyinilir. Xilasedici sal və ya qayıq komandiri
və onun müavini geyilmənin düzgünlüyünü yoxlayırlar.
69