Qeyri-avtomatik tüstü siqnallı
yanğını aşkaretmə qurğuları
iki tipdə -
optik və tüstünün iyinə (qoxusuna) görə aşkaretmə qurğuları olur.
Mühafizə olunan otaqda yanğının baş verməsi haqqında
siqnal xüsusi
cihaz və ya bildirici qurğu vasitəsi ilə qəbuledici stansiyaya ötürülür. Bildiricilər əl
ilə işləyən və avtomatlaşdırılmış ola bilərlər.
Əl bildiriciləri
dəhlizlərdə, istehsalat otaqlarında, maşın və qazanxana
bölmələrində, soyuducu maşınlar bölməsində və açıq göyərtələrdə quraşdırılır.
Bildiriciləri asanlıqla girilə bilən
yerlərdə və elə qaydada
yerləşdirirlər ki, onlar
yaxşı gözə çarpan olsunlar - gövdələri qırmızı rəngə boyanır. Bildirici ilə yanaşı
şüşəni sındırmaq üçün kiçik çəkic və qısa təlimat yazısı “Şüşəni sındır, düyməni
bas və burax!” bərkidilir.
Sənaye tərəfindən aşağıdakı tiplərdə əl bildiriciləri istehsal edilir:
YDBB – yanğın-düyməli bayır bildiricisi;
ŞDYB – şüa sisteminin daxili yanğın-düyməli bildiricisi;
DYX-5, DYX-6 – düyməli yanğın bildiriciləri;
YX-5, YX-6, YX-7 – yanğın bildiriciləri.
Avtomatik bildiricilər (vericilər)
yaşayış və xidməti otaqlarda, partlayıcı
və tezalışan materiallar olan saxlanclarda quraşdırılır.
Nəzarət qismində hansı parametrin seçilməsindən asılı
olaraq
bildiricilərin aşağıdakı növləri olur:
-
temperatur bildiriciləri, hansılar ki, temperaturun dəyişməsinə reaksiya
verir (termobildiricilər);
-
optik bildiricilər, hansılar ki, tüstü və ya işıq effektindən
işə düşürlər;
həssaslıq elementləri – fotoelement və ya fotomüqavimətdir;
-
ionlaşdırma bildiriciləri, hansılar ki, həssaslıq elementi – ionlaşdırıcı
kameradır.
99