Dalğalıqda istifadə üçün təyin edilmiş vasitələr bu şəraitlərdə yaxşı fəaliyyət göstərməli, vasitəni bəyənmiş Administrasiyanın
adı daxil olmaqla bəyənmə, eləcə də istənilən istismar məhdudiyyətləri üzrə göstərişlər barədə dəqiq yazılmış məlumatlara
malik olmalı; zəruri olan yerlərdə, elektrik cərəyanı dövrəsinin qısa qapanması zamanı zədələnmələrdən və bədən
travmalarından mühafizə ilə təmin olunmalıdırlar.
Administrasiya xilasetmə vasitılırinin xidmət müddətini təyin etməlidir, hansılar ki, zaman ötdükcə öz keyfiyyətlərini
itirirlər. Bu cür xilasetmə vasitələri yararlılıq müddəti və ya onkarın əvəzlənmə tarixləri göstərilməklə markalanmay malik
olmalıdırlar. Xidmət müddətinin bitmə tarixi ilə daimi markalanmanın çəkilməsi bəyənilmə müddətini müəyyən etmək üçün
daha yaxşıdır. Xidmət müddətinin bitmə tarixi ilə markalanması olmayan elektrik batareyaları, onların hər il əvəzlənməsi
şərtilə, ikinci dəfəlik batareya (akkumulyatorlar) istifadə olunan halda - əgər onların elektrolitinin yararlığının yoxlanılması
imkanı nəzərdə tutulubsa, istifadə oluna bilərlər. Pirotexniki vasitələrin üzərinə məmulatın istehsalçısı tərəfindən, onların
yararlılıq tarixini göstərən silinməyən markalanma çəkilməlidir.
Dostları ilə paylaş: