havasında 12 saat ərzində 2 mil məsafədən görünür. İşıq həmçinin sayrışan ola bilər, bu halda o, işləməsinin ilk 2 saatı ərzində
1 dəqiqədə azı 50 və 70-dən çox olmayan sayrışan tezliyi ilə yanmalıdır.
Yerləşdirilmək üçün nəzərdə tutulmuş insan sayından asılı olaraq sal bir və ya iki girişə malikdir; heç olmasa,
girişlərin birində yarısərt minmə meydançası quraşdırılmışdır. Meydança ilə təchiz olunmayan giriş minmə nərdivanı ilə təchiz
olunur, hansının ki, aşağı pilləsi boş salın vaterliniyasından azı 0.4m aşağıda yerləşir. Girişlər pərdələrlə örtülürlər. Tentin
əmələ gətirdiyi örtülmənin içində, onun yuxarı hissəsində əl ilə işə salınan lampa vardır. Sal doldurulduqdan sonra o,
avtomatik olaraq işə düşür və 12 saat ərzində fasiləsiz işləməyə qadirdir.
Salın daxili və xarici perimetri boyu leyerlər bərkidilmişdir.
Salın dibi aşağı üzmə kamerasına bitişdirilmişdir. O, hava aralığı ilə bir-birindən ayrılan, 2 su keçirməyən parça
qatından ibarətdir. Soyuq havada, salın dibi əl körüyü vasitəsilə doldurularaq, salın içindəki insanları dəniz suyunun
soyuğundan qoruyur. İsti iqlim şəraitində salın dibi hava ilə doldurulmur; bu bort arxası suyun sərinliyinin daxil olmasına
şərait yaradır və orqanizmin həddən artıq qızması təhlükəsini azaldır.
Yırtıcı balıqların diqqətini cəlb etməmək üçün xarici tərəfdən salın dibi tünd rəngli boyaya malikdir.
Salın dibinə ballast cibləri bərkidilmişdir. Sal suya düşdükdə ciblər su ilə dolur. Sal yana əyildikdə, yuxarıda olan cib
onu aşağı çəkir, bununla da salın ləpəyə davamlılığını artırır. Bundan əlavə, ciblər salın dreyfinin qarşısını alır.
Salın girişlərindən birinin yanında falinin (işə salma ipinin) kök sonucu bərkidilmişdir. Onun qarşı kök sonucu
konteynerdən çıxarılmışdır, hansına ki, sal yığılmışdır, və o, gəmidə bərkidilməlidir. Falin 10m, plyus onun qoyulduğu yerdən
gəminin ən kiçik istismar suya oturumu zamanı vaterliniyasına qədər olan məsafəyə bərabər uzunluğa malik olmalı, lakin 15
metrdən az olmamalıdır.
Sal yedək ipi ilə təchiz edilmişdir, hansı ki, təkcə yedəyə almaq üçün deyil, həmçinin iki və daha artıq sayda salları
bir-birinə birləşdirmək üçün istifadə olunur.
Dostları ilə paylaş: