Baş nahiyəsinin əldə edilən vəziyyətini saxlamaq üçün kürək altına
yumrulanmış geyim qoyurlar. Zərərçəkənin ağız boşluğunu təmizlədikdən sonra
yardım göstərən iki–üç dərin nəfəs alır, sonra isə havanı öz ciyərlərindən
zərərçəkənin ağzına (və ya burnuna) üfürür. Xoşagəlməz hissiyatı rəf etmək üçün
və qarşılıqlı yoluxma təhlükəsinin qarşısını almaq
üçün üfürməni tənzif və ya
dəsmal vasitəsilə həyata keçirmək olar.
Bu məqsəd üçün həmçinin zərərçəkənin ağzına yeridilən xüsusi
borucuqdan – havaaparıcıdan istifadə etmək olar (şəkil 4.14).
Bu borucuq dili
arxaya düşmədən saxlayır, hansı ki, süni nəfəsvermə zamanı olduqca
əhəmiyyətlidir, çünki qırtlağın girişi açıq olmalıdır. Borucuğun ortasında
bərkidilmiş dairəvi lövhə onu lazımi vəziyyətdə saxlayır və zərərçəkənin ağzını kip
bağlayaraq havanın çıxmasına maneə olur. Süni nəfəsverməni bu üsul üzrə həyata
keçirərkən nəzarət etmək lazımdır ki, üfürülən havanın mümkün qədər çox miqdarı
zərərçəkənin ciyərlərinə daxil olsun.
Bundan ötrü, havanı ağızdan üfürərkən
zərərçəkənin burnunu sıxmaq, burundan üfürərkən isə azğını tutmaq lazımdır.
Süni nəfəsvermənin effektivliyi zərərçəkənin hava üfürülərkən baş verən
zərərçəkənin
döş qəfəsinin genişlənməsi üzrə müəyyən edilir.
Hava üfürülməsi
bitdikdən sonra döş qəfəsinin enməsi nəticəsində havanın çıxması sərbəst surətdə
baş verir. Bu zaman ərzi üçün sərbəst çıxışa maneə törətməməkdən ötrü
zərərçəkənin burnu və ağzı açılır. Üfürülmənin tezliyi dəqiqədə 12 – 16 dəfəni
aşmamalıdır.
Dostları ilə paylaş: