sərin yerə keçirmək, soyundurmaq, bədənini soyutmaq, üzünü havalandırmaq,
başını və sinəsini islatmaq, soyuq su səpmək) lazımdır. Nəfəsalma dayandıqda və
ya pozulduqda zərərçəkənə süni nəfəsvermə tətbiq etmək lazımdır.
Karbon oksidi, o cümlədən dəm qazı, eləcə də işıq qazı, asetilen, benzin
buxarı ilə zəhərlənmə əksər hallarda isitmə və işıqlandırma cihazlarından düzgün
istifadə etməmək nəticəsində baş verir.
Dəm tutma tədricən və his olunmadan baş verir. Dəm qazının özü qoxuya
malik deyil. Onunla eyni zamanda əmələ gələn digər qazlar “dəm ilə” qoxuyur.
Həmən bu qazlar da havada karbon oksidinin əmələ gəlməsi barədə xəbərdarlıq
edirlər.
Dəm qazı ilə zəhərlənmə ilk növbədə başağrısı, ürəkdöyünmə və ümumu
zəifləmə ilə özünü büruzə verir. Dəm tutan ilk növbədə “qulaqdakı cingiltidən”,
“gicgahdakı tıqqıltıdan”, başgicəllənmədən və ürəkbulanmadan şikayətlənməyə
başlayır. Sonra isə qusma, nəfəsalmanın və ürək fəaliyyətinin zəifləməsi, huşsuz
vəziyyət başlayır. Əgər bu zaman dəm tutana təcili yardım göstərilməsə, ölüm baş
verə bilər.
Baş vermiş dəm tutma zamanı ilk növbədə zərərçəkəni dəmli otaqdan
təmiz havaya çıxartmaq lazımdır. İmkan dairəsində təcili olaraq oksigen yastığı
gətirmək və oksigenlə nəfəs vermək lazımdır.
Dəm qazı ilə zəhərlənmiş otağa girmək zəruriyyəti yaranarsa, yardım
göstərənlər və zərərçəkənlər müvafiq təcridedici nəfəsalma aparatları
geyməlidirlər.
İlk yardım ürək getmədə olduğu kimi göstərilir.
Qusma baş verərkən dəm tutanı böyrü üstə qoymaq və yaxud başını yan
tərəfə çevirmək lazımdır.
Əgər zərərçəkən titrək, arabir nəfəs alırsa və ya ümumiyyətlə nəfəs
almırsa, həkim gələnə qədər ona süni nəfəsvermə etmək lazımdır.
Dostları ilə paylaş: