Texniki və maliyyə təklifləri eyni zərfdə təqdim etmiş İddiaçıların təklifləri qəbul edilməyəcəkdir.
Təklifi təqdim edən və ya geri götürən İddiaçının nümayyəndələri tərəfindən etibarnamə təqdim edilməlidir və şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır
Təklifi təqdim edən və ya geri götürən İddiaçının nümayəndələri tərəfindən etibarnamə təqdim edilməlidir və şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır.
Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
Müsabiqə təklifləri və tələb olunan digər sənədlər yazılı çap şəklində, Azərbaycan, rus və ya ingilis dilində, bir əsli və bir surəti olmaqla iki nüsxədə hazırlanmalı və hər səhifəsi iddiaçının səlahiyyətli şəxsi tərəfindən imzalanmalıdır. İddiaçı müsabiqə üzrə öz maliyyə və texniki təkliflərini “Əsli” və “Surəti” sözləri yazılmış ayrı-ayrı zərflərə qoyaraq imzalayıb möhürləməlidir. Zərflərin üzərində bu müsabiqənin əsas şərtlər toplusunun 1-ci səhifəsinə uyğun olaraq müsabiqə nömrəsi, satınalma predmetinin adı, zərflərin üzərində təklifin növü Texniki və ya Maliyyə təklifi sözləri, həmçinin iddiaçının ünvanı, nümayəndəsinin əlaqə nömrələri əlavə edilməklə qeyd edilməlidir.
Müsabiqə təkliflərinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən ən azı 60 təqvim günü olmalıdır. Satınalan təşkilat təklifinin qüvvədə olma müddəti 60 gündən az olan iddiaçının təklifini tələblərə uyğun olmayan hesab edərək uzaqlaşdırmaq hüququnu özündə saxlayır.
İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:
Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya rus dilində əldə etmək istəyənlər 118 AZN (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.